Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-5/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3 hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Abşeron rayon Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Quba rayonu, Bagbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasinın vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Bagbanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 07.07.2020-ci il tarixdə saat 16:45 radələrində sürücülük hüququnu təsdiq edən AB № 690733 “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz yolunun Quba rayonu, Alekseyevka kəndi ərazisindən keçən 2-ci kilometrliyində Quba şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolun sağ kənarında ağacın altında oturmuş X3 yerindən qalxaraq onun hərəkət istiqamətinə nəzərən sağdan sola iti qaçışla yolu keçmək üçün qarşısına çıxdığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq əvəzinə əyləci sıxaraq sürəti təxminən saatda 50 km endirib əks axınlı nəqliyyatın hərəkət zolağına çıxmış, həmin zolaqda avtomobillərin hərəkətdə olduğunu görüb yenidən öz hərəkət zolağına qayıtdıqda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə piyada zərərçəkmiş şəxs Şakir Ağarzayevi vuraraq ehtiyatsızlıqdan gözlərinin ağlı qişası və birləşdiri toxumasında qansızma, hər iki burun dəliyində və sol qulağında qanlı ifrazat, başında və bədənində çoxlu yara və sıyrıq, başın yumşaq toxumalarının alt səthində alıntəpə-gicgah nahiyələrində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxlu qapalı ikiqat sınıqları, sol ağ ciyərin yuxarı və aşağı payının toxumasının cırılıb dağılması və sol ağ ciyərin toxumasına qansızma, döş və qarın boşluğunda 1600 ml-ə yaxın sərbəst qan, sol baldırın hər iki sümüyünün 1/3-nin qapalı sınıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07.07.2020-ci il tarixdə, saat təxminən 16:45 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Kia Besta” markalı, **-ML-*** qeydiyyat nişanlı yük avtomobili ilə Qusar rayonuna getmək üçün qohumu Şahid2 ilə birlikdə Quba rayonu, Bağbanlı kəndində yaşadığı evdən çıxmış, həmin gün saat 17 radələrində Quba-Xaçmaz yolu ilə təxminən 50-60 km/saat sürətlə Quba şəhəri istiqamətində düz yolla hərəkətdə olarkən Quba rayonu, Alekseyevka kəndi ərazisinə çatdıqda yolun sağ kənarında ağacın altında oturmuş orta yaşlı tanımadığı bir nəfər kişi qəflətən oturduğu yerdən qalxaraq yolun digər tərəfinə doğru qaçmağa başlamışdır. Bu zaman həmin şəxslə birlikdə oturmuş digər kişi yeridən qalxaraq qaçmağa başlamışdır. Həmin vaxt birinci qaçan kişi yolun hərəkət hissəsinə anidən çıxdıqdan idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə birinci qaçan kişini idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hava çox küləkli olmuşdur. Mərhum yanındakı şəxslə ağacın altında oturmuşdur. Mərhumu onunla avtomobilinin arasında 15-20 metr məsafə olduqda görmüş və o, saatda 50-60 km/saat sürətlə hərəkət etmişdir. Hadisənin qarşısını almaq üçün avtomobili yolun soluna yəni, əks istiqamət zolağına doğru hərəkət etdirmək istəsə də, qarşı tərəfdən avtomobil gəldiyindən bu mümkün olmamışdır. Həmçinin hadisənin qarşısını almaq üçün əyləci sıxsa da avtomobili saxlaya bilməmiş və məlum hadisə baş vermişdir. Mərhumu avtomobilin qabaq sağ tərəfi ilə, yolun sağ tərəfindən təqribən 1 metr məsafədə vuraraq avtomobilini 10 metr irəlidə saxlamış, avtomobildən düşərək mərhuma yaxınlaşdıqda sonuncunun artıq öldüyünü görüb təcili yardım xidmətinə məlumat vermişdir. Hadisə yerinə baxışda özü iştirak etmişdir. Baxış zamanı müstəntiq ona mərhumu vurduğu yer kimi yolun orta hissəsin göstərdikdə o, səhv göstərdiyini deyərək mərhumu yolun sağ yan hissəsində vurduğunu bildirmişdir. Lakin müstəntiq təkidlə eyni yeri göstərdiyi üçün sonuncu ilə razılaşmışdır. İdarə etdiyi avtomobil 1997-ci il buraxılışlı olmaqla surətli maşın deyildir. Hadisə vaxtı avtomobildə yük olmamış və yanında sərnişin kimi Şahid2 olmuşdur. Baş vermiş hadisədə onun təqsiri olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Sonda ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X14 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, X9 onun atasıdır. Sonuncu 07.07.2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı Quba rayonu, Alekseyevka kəndindəki evindən çıxaraq həmin kənddə yerləşən bağ sahələrindən meyvə yığdırmaq üçün getmiş, həmin gün saat 17:05 radələrində tanımadığı şəxs ona zəng edərək Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində atasını avtomobil vurduğunu və onun yerindəcə vəfat etdiyini bildirmişdir. O, hadisə yerinə çatdıqda atasının Quba-Xaçmaz yolunun Alekseyevka kəndində keçən hissəsində Quba şəhəri istiqamətində yolun kənarında ölmüş vəziyyətdə olduğunu görmüşdür. Sonradan isə hadisədən bir qədər əvvəl atası ilə birlikdə olmuş həmkəndlisi Şahid1 bildirmişdir ki, sonuncu onun atası ilə birlikdə Xaçmaz şəhərinə getmək üçün Quba-Xaçmaz yolunun kənarına getmiş, kölgədə dayanmaq üçün Quba şəhəri istiqamətində yolun sağ kənarındakı ağacın atdında oturmuşlar. Həmin vaxt güclü külək baş verdiyindən, altında oturduqları ağacın budağı sınaraq yüksək gərginlikli elektrik naqillərinə toxunmuş və möhkəm qığılcım yaranmışdır. Onlar bundan qorxaraq dərhal yerlərindən qalxıb yolun əks istiqamətində qaçmağa başlamışlar. Atası birinci olaraq yolun hərəkət hissəsinə daxil olmuşdur. Onlar həmin anda qorxudan yolda hər hansı bir avtomobilin hərəkətdə olmasına fikir verməmişlər. Bu zaman Təqsirləndirilən şəxs həmin yolda idarə etdiyi “Kia Besta” markalı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən atasının qarşısına qəflətən çıxdığı üçün hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avtomobilin qabaq tərəfi ilə atasını vuraraq bir qədər məsafədə maşının qabağında aparmış və maşın dayandıqdan sonra sonuncu yolun kənarına düşərək yerindəcə vəfat etmişdir. Hadisə yerinə gəldikdə, atasının meyitinin hadisə baş verən yerdən 30 metrə yaxın məsafədə yolun sağ kənarında olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, atası yolun hərəkət hissəsinə qaçdıqda, orta xəttə qədər irəliyə bilmiş və sürücü avtomobili sola sağa çəkdiyindən avtomobilin qabaq sol hissəsi ilə atasını vurub 30 metr qarşıya aparmışdır. Qeyd etdiyi hadisə təsadüf nəticəsində baş verdiyindən hazırda Təqsirləndirilən şəxsla barışmış, sonuncu barəsində heç bir şikayəti və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X14 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (iş vər.: 144); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, tanışı olan X9 ilə Quba rayonu, Alekseyevka kəndindəki bağlardan meyvə toplayıb satmaqla məşğul olmuşdur. 07.07.2020-ci il tarixdə saat 16 radələrində Şakir Ağarzayevlə birlikdə Quba rayonu, Alekseyevka kəndində onun kirayə qaldığı evin yaxınlığında yolun kənarında qoz ağacının altında yerdə oturaraq siqaret çəkmişdir. Həmin vaxt onların oturduğu yerdən 6-7 metr aralıda olan çinar ağacının iri budağı külək əsməsi nəticəsində elektrik naqillərinin üstünə düşmüş və naqillər bir-birinə dəyərək qığılcım əmələ gəlmişdir. Şakir Ağarzayev həmin səsdən qorxaraq yolun hərəkət hissəsinə qaçmış, o isə Şakirin ardınca yola qaçmışdır. Onlar yola çıxan zaman Quba şəhəri istiqamətində hərəkət edən “Kia Besta” markalı **-ML-*** qeydiyyat nişanlı avtomobil Şakir Ağarzayevi vurmuş, nəticədə Şakir hadisə yerində ölmüşdür. O isə hər hansı xəsarət almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o, Şakirlə yoldan 1,5 m kənarda oturmuşdur. Şakir Ağarzayev yola 2 addım çıxmışdır ki, bu vaxt avtomobil onu vurmuşdur. O, yola çıxanda 1-2 saniyə olardı ki avtomobil qarşılarına çıxmışdır. Həmin vaxt avtomobil onu da vura bilərdi, lakin sürücü avtomobili sola qaçırdığından o, xəsarət almamışdır. Hadisə yerində Şakirlə ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 07.07.2020-ci il tarixdə saat təxminən 16:45 radələrində qohumu Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Kia Besta” markalı **-ML-*** qeydiyyat nişanlı yük avtomobili ilə Qusar rayonuna getmək üçün Quba rayonu, Bağbanlı kəndində yerləşən Namikin yaşadığı evdən çıxmışlar. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs avytomobillə Quba-Xaçmaz yolu ilə təxminən 50-60 km/saat sürətlə Quba şəhəri istiqamətində düz yolla hərəkətdə olmuşdur. Quba rayonu, Alekseyevka kəndi ərazisinə çatdıqda yolun sağ kənarında ağacın altında oturmuş orta yaşlı tanımadığı bir nəfər kişi qəflətən oturduğu yerdən qalxaraq yolun digər tərəfinə doğru qaçmağa başlamış, bu zaman həmin şəxslə birlikdə oturmuş başqa bir kişi yerindən qalxaraq qaçmağa başlamışdır. Birinci qaçan kişi yolun hərəkət hissəsinə çıxmış və Namik baş verəbiləcək hadisənin qarşısını almaq üçün avtomobili yolun soluna yəni, əks istiqamət zolağına doğru hərəkət etdirməyə cəhd etsə də, qarşıdan avtomobillərin hərəkətdə olduğunu gördüyü üçün bunu edə bilməmişdir. Namik həmin kişinin yola çıxdığını gördüyü zaman əyləci sıxaraq sürətini azaltmış, lakin hadisənin qarşısını ala bilmədiyindən idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə kişini vuraraq həmin yerdən təxminən 5-6 metr məsafədə yəni, yolun sağ kənarı istiqamətində həmin şəxsi avtomobilin qabağında aparıb dayanmış və kişi yolun sağ çiyninə yerə düşmüşdür. Toqquşma zamanı kişinin başı avtomobilin alın şüşəsinə dəymişdir. Hadisə zamanı o, qabaq sağ oturacaqda əyləşmişdir. O, heç bir bədən xəsarəti almamışdır. O, Namiklə avtomobildən düşərək köməklik göstərmək üçün həmin kişiyə yaxınlaşdıqda sonuncunun öldüyünü görmüşlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, Namik onun əmisi oğludur. O, 15-20 metr məsafədən yolun sağ tərəfində 2 nəfər şəxsin ağacın altında oturduğunu görmüşdür. Onlar hadisə baş verən yerə çatmağa 1,5 – 2 metr qalmış mərhum anidən yola çıxmışdır. Avtomobili sola və ya sağa çevirməyə və əyləci sıxmağa vaxt olmamışdır. Sürücü maşını sola çəkməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahid X1 verdiyi ifadəsində göstərdi ki, Bağbanlı kəndində fəhlə işləyir. Hadisə günü idarə etdiyi “Ford” markalı avtomobillə bağdan gələn zaman avtomobili saxlayıb, enib siqaret çəkmişdir. Bu vaxt Quba-Xaçmaz yolunun Quba rayonu, Alekseyevka kəndindən keçən hissəsində iki nəfər şəxsin yolun kənarında olan qoz ağacının altında oturduğunu görmüşdür. Onunla həmin şəxslər arasında təxmini 10-15 metr məsafə olmuşdur. Həmin vaxt güclü külək əsmişdir. Şəxslərin oturduğu ağacın üzərindən keçən naqil küləkdən qırıldıqda, möhkəm səs və qığılcımlar çıxmışdır. Həmin şəxslər ağacın altından dərhal qalxıb yolun hərəkət hissəsinə tərəf qaçmışlar. O, səs əşidib hadisə olan tərəfə baxdıqda şəxslərdən birini avtomobil vurduğunu görmüşdür. Hadisə baş verən an orada olsa da, ağacın altında olan şəxslərin yola qaçdığı görsə də, başqa istiqamətə baxdığından zərərçəkmiş şəxsin vurulduğu anı görməmişdir. Zərərçəkmiş şəxs avtomobil yolunun hərəkət hissəsinə təxminən 0,7 – 1 metr daxil olduqda vurulmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Quba RPŞ-nin İB-nin baş müstəntiqi X12 bildirdi ki, 07.07.2020-ci il tarixdə 17:15-də Quba RPŞ-nə daxil olmuş məlumat əsasında Quba rayonu, Alekseyevka kəndində yerləşən yol-nəqliyyat hadisəsi yerinə gəlmişdir. Hadisə yerinə çatdıqda yol-nəqliyyat hadisəsinin yaşayış məntəqəsi sayılan, qarşı-qarşıya nəqliyyat axının ayırmaq üçün uzununa nişanlama xətli çəkilmiş 2 zolaqlı eni 7,4 metr olan asfaltbeton yolun düz hərəkət hissəsində baş verdiyini müşahidə etmişdir. Hadisəni törətmiş “Kia Besta” markalı **-ML-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, həmçinin hadisə yerinə baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs və digər şahidlərin verdiyi məlumatlar əsasında hadisə yerinin sxemi çəkilmişdir. Piyadanı vurduğu yeri Təqsirləndirilən şəxs bilavasitə özü göstərmişdir. Həmin yer yolun kənarından 3,4 metr aralıqda orta xəttinə çatmamış, mərhumun oturduğu ağacdan isə çəpinə istiqamətdə 7 metr məsafədə olmuşdur. Hadisəni törətmiş avtomobil isə həmin nöqtədən 27-28 metr məsafədə yolun sağ tərəfində, yolun kənarından 0,7 metr aralıqda torpaq yolada dayanmış, zərərçəkmiş şəxsin meyiti isə avtomobilin qarşısında yerdə uzanmış vəziyyətdə olmuşdur. Sonradan ifadə verərkən, Təqsirləndirilən şəxs bildirmişdir ki, mərhumu vurmamaq üçün əvvəlcə yoldan sola çıxmış, lakin qarşı tərəfdən avtomobil gəldiyi üçün öz yoluna qayıdıb zərərçəkmişi vurmuş və avtomobilin qarşısında xeyli apardıqdan sonra mərhum yerə düşmüşdür. 05.09.2020-ci il tarixdə istintaq eksperimenti keçirilmiş və müəyyən edilmişdir ki, X13 oturduğu yerdən qalxaraq yolun asfalt örtüyündə işarələnmiş 7,0 metr məsafəni iti qaçışla sonuna qədər gəlmiş və həmin vaxt üç dəfə təkrar ölçmə nəticəsində onun həmin məsafəni qət etmək üçün 3,25 saniyə, 3,25 saniyə və 2,77 saniyə vaxt sərf etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istintaq eksperimentinin iştirakçısı X4 boyunun, bədən quruluşunun və qaçış tempi və formasının 07.07.2020-ci il tarixdə avtomobili ilə vurmuş olduğu piyada Şakir Ağazrayevin hərəkət forması və tepminə, həmçinin onun bədən quruluşuna, boyuna uyğun olmuşdur. İş üzrə məhkəmə yol-nəqliyyat hadisəsinin tədqiqi ekspertizası keçirilmiş və 17.09.2020-ci il tarixli 8/1471 saylı rəy əldə edilmişdir. Təqsirləndirilən şəxs həmin rəylə tanış olarkən heç bir etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs bütün ilkin sənədləri şəxsən tanış olub imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Rüstəm Şıxəliyev bildridi ki, təqsirləndirilən şəxsin dediyi kimi, mərhumu yolun kənarından 1 metr məsafədə vurmuş olsaydı, sonuncu həmin yolun sağına düşmüş olardı və avtomobil onu 27 metr çəpinə sürüyüb aparmış olmazdı. Hadisə yerində əyləc izi olmamışdır. Ekspertiza mərkəzindən müvafiq rəyi almaq üçün təqsirləndirilən şəxsin maneəni hansı məsafədə görübgörməməsi barədə sual qoymamış, bunun heç bir əhəmiyyəti olmadığını düşünmüşdür. Bütün göstəriclər Təqsirləndirilən şəxs və Şahid1 dedikləri əsasında, 2 nəfər hal haşidinin iştirakı ilə tərtib edilmiş sxemə və protokola daxil edilmiş, fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yolnəqliyyat hadisəsinin baş verdiyi yer Quba-Xaçmaz yolunun Quba rayonu, Alekseyevka kəndi ərazisindən keçən asfaltbeton yolun düz hərəkət hissəsində yaşayış məntəqəsidir. Yol örtüyünün eni 7,4 metr, toqquşma yeri Xaçmaz şəhəri istiqamətində yolun sol kənarından 3,4 meter məsafədə yerləşir. Hərəkət hissəsi soldan və sağdan yol çiyini ilə birləşir. Sonra sağdan bağ sahəsi, soldan isə kənd tipli tikililərə birləşir. Yol işıqlandırılmır (iş vər.: 5-15); Quba rayon Mərkəzi xəstəxanasının 07.07.2020-cu il tarixli 380 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxdur (iş vər.: 21); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 Təcrübi Birliyinin 07.07.2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, X16 meyitinin xarici müayinəsi zamanı gözlərinin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və sol qulağında qanlı ifrazat, başında və bədənində çoxlu yara və sıyrıq, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində alın-təpə-gicgah nahiyələrində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxlu qapalı ikiqat sınıqları, sol ağ ciyərin yuxarı və aşağı payının toxumasının cırılıb dağılması və sol ağ ciyərin toxumasına qansızma, döş və qarın boşluğunda 1600 ml-ə yaxın sərbəst qan, sol baldırın hər iki sümüyünün 1/3-nin qapalı sınıqları aşkar edilmişdir ki, bunlar da həyati olub ölmündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən 07.07.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması və hissəvi olaraq üzərindən keçməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Ş.C.Ağarzayevin meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X16 ölmünə səbəb kəllə qapağı və əsası sümüklərin sınması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur, ölüm meyitin müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğun gəlir (iş vər.: 58,59); “istintaq eksperimenti keçirilməsi haqqında” 05.09.2021-ci il tarixli protokolundan görünür ki, istintaq eksperimentinin keçrilməsinə səbəb 07.07.2020-ci il tarixdə Quba- Xaçmaz yolunun Quba rayonu, Alekseyevka kəndindən keçən hissəsində piyada X3 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurularaq ölməsinə səbəb olmuş hadisə baş verən vaxt piyada Şakir Ağarzayevin sürücü Təqsirləndirilən şəxs görünüş dairəsinə düşdüyü yerdən iti qaçışla avtomobillə vurulma nöqtəsinə qədər olan 7,0 metr məsafəni başlanğıc nöqtəsində yerdə oturmuş vəziyyətdən qalxaraq iti qaçmaq şərti ilə müddətə qət edə biləcəyini müəyyən etmək olmuşdur. Aparılmış istintaq eksperimenti nəticəsində müəyyən olunmuşdur ki, X13 oturduğu yerdən qalxaraq yolun asfalt örtüyündə işarələnmiş 7,0 metr məsafəni iti qaçışla sonuna qədər gəlmiş və həmin vaxt üç dəfə təkrar ölçmə nəticəsində onun həmin məsafəni qət etmək üçün 3,25 saniyə, 3,25 saniyə və 2,77 saniyə vaxt sərf etməsi müəyyən olunmuşdur. İştirakçı Təqsirləndirilən şəxs istintaq eksperimentinin iştirakçısı X4 boyunun, bədən quruluşunun və qaçış tempi və formasının 07.07.2020-ci il tarixdə avtomobili ilə vurmuş olduğu piyada Şakir Ağazrayevin hərəkət forması və tepminə, həmçinin onun bədən quruluşuna, boyuna uyğun olduğunu bildirmişdir (iş vər.: 67-69); Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17.09.2020-ci il tarixli 8/1471 nömrəli ekspert rəyindən görünür ki, “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vər.: 74-77); məhkəmə tərəfindən təyin olunmuş əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən (Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 26.01.2021-ci il tarixli 8/2271 nömrəli ekspert rəyi) görünür ki, sürücü Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə əsasən göstərilən məlumatlar, yəni sürücünün hadisədən əvvəl piyadanın yolun sağ kənarında ağacın altında oturmasını 15-20 metr məsafədən görməsi, piyada yolun sağ kənarından sola doğru qaçmağa başlayan anda Kia Besta markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın vurulma yeri arasında 1,5-2-3-3,5 metr məsafənin olması real deyildir. Məhkəmə tərəfindən konkret olaraq piyadanın vurulma yeri və təhlükə yaranan andan vurulmaya kimi piyadanın qət etdiyi məsafə müəyyən edilmədiyindən və qərarda Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə əsasən göstərilən məlumatlar real olmadığından həmin məlumatlar əsasında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən müəyyən edilən məlumatlara əsasən “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin olunmuş əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən (Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03.05.2021-ci il tarixli 8/824 nömrəli ekspert rəyi) görünür ki, təhlükə yaranan andan vurulmaya kimi 2,77- 3,25 saniyə vaxtın keçməsi və “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhlükə yaranan andan vurulmaya kimi 3,25 saniyə vaxtın keçməsi və “Kia Besta” markalı **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhlükə yaranan andan vurulmaya kimi 2,77 saniyə vaxtın keçməsi və “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin 60 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti qaçışla 7 metr məsafə qət etməsi, piyadanın iti qaçışla hərəkət sürətinin yuxarı həddi müvafiq olaraq piyadaların hərəkət sürətləri cədvəlindən götürülməsi və “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50-60 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. AB seriyalı 690733 nömrəli 10.01.2012-ci il tarixdə verilmiş və 10.01.2022-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır (iş vər.: 17); 08.05.2004-cü il tarixli AA 570918 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1997-ci il buraxılışlı “Kia Besta” markalı, **-ML- *** qeydiyyat nişanlı yük avtomobili Bakı şəhər sakini X10 mülkiyyətindədir (iş vər: 17); 11.06.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Bakı şəhər sakini X15 tərəfindən Təqsirləndirilən şəxs 1997-ci il buraxılışlı “Kia Besta” markalı, **-ML-*** qeydiyyat nişanlı yük avtomobilindən 1 il 6 ay müddətinə, yəni 10.01.2022-ci il tarixədək istifadə etmək hüququ verilmişdir (iş vərş: 18); Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 15.07.2020-ci il tarixli 146- 14/154524120 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs AB № 690733 “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır, sonuncu sürücülük hüququndan məhrum edilməmişdir (iş vər.: 48); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 92, 93); “qətimkan tədbiri seçmə barədə” 21.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 106-108). İstintaq tərəfindən müəyyən edildiyi kimi, təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti qaçışla 7 metr məsafə qət etməsi, piyadanın iti qaçışla hərəkət sürətinin yuxarı həddi müvafiq olaraq piyadaların hərəkət sürətləri cədvəlindən götürülməsi və “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50-60 km/saat sürətlə hərəkətdə olması şəraitində sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göstərilən halın müəyyən edilməsi, yəni ibtidai istintaq orqanın özünün istintaqın ilkin mərhələsində keçirdiyi və mötəbər sübut hesab etdiyi istintaq eksperimenti protokolunda əks olunmuş 3 eksperimental vaxt göstəricilərindən biri, yəni təhlükə yaranan andan piyadanın vurulmasına qədər 2,77 saniyə vaxtın keçməsi şəraitində təqdirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olmamasının məhkəmə istintaqı zamanı ortaya çıxması və subuta yetirilməsi, özüözlüyündə təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılması üçün kifayət qədər əsas kimi qiymətləndirilməlidir. Ona görə ki, məhz həmin protokolda göstərilən eksperimental zaman kəsiklərindən çıxarılmış orta göstərici, ibtidai istintaq orqanı tərəfindən ekspertiza qarşısında təhlükə anının davam etdiyi vaxt kimi, hadisə mexanizminin müəyyən edilmiş şərti kimi qoyulmuş, yol-nəqliyyat ekspertizası həmin şərt əsasında keçirilərək, iş üzrə Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması barədə qeyri-obyektiv rəy alınmışdır. Artıq, yuxarıda qeyd edildiyi kimi, həmin üç eksperimental vaxt kəsiklərindən biri ərzində, yəni təhlükə anının 2,77 saniyə davam etməsi şəraitində Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması, həmin protokolun əsasında təhlükənin davam etmə müddətinin müəyyən edilməsi məqsədilə orta vaxt kəsiyinin müəyyən edilməsi məqsədilə orta vaxt kəsiyinin müəyyən edilməsi və ekspertiza şərti kimi qəbul edilməsi daha sonra isə göstərilən şərt əsasında yol-nəqliyyat ekspertizası təyin edilib keçirilməsini bir mənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının keçirdiyi göstərilən istintaq eksperimenti protokolu ərzində əks etdirdiyi təqsirlilik və təqsirsizlik barədəki ziddiyyətli nəticələr, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi barədə danılmaz və qaçılmaz şübhələri, onların digər qanuni vasitələrlə aradan qaldırılması mümkün olmadığından, təqsirləndirilən şəxsin təqsirsizliyi barədə nəticəyə gəlməyə və bununla bağlı onun barəsində bəraət hökmü çıxarmağa kifayət qədər əsasdır. Məhkəmə bir halı da xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı hadisənin baş vermə mexanizmi nə ittiham və müdafiə tərəfləri, nə də ki, məhkəmə tərəfindən mübahisələndirilməmiş, şübhə altına alınmamış və istintaq orqanının müəyyən etdiyi hadisənin baş vermə mexanizmi əsas kimi götürülmüşdür. Lakin ibtidai istintaq orqanının keçirdiyi ilkin istintaq eksperimenti protokolunda təqsirləndirilən şəxsin orada əks olunmuş eksperimental vaxt kəsiklərindən asılı olaraq, həm təqsirliliyinin, həm təqsirsizliyinin öz əksini və təsdiqini tapması, müdafiə tərəfinin haqlı vəsatəti əsasında əlavə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsini zəruri, qaçılmaz etmişdir. Digər tərəfdən, ibtidai istintaq zamanı keçirilmiş istintaq eksperimentinin nəticələri nəzərə alınmasa belə, hazırki ittihamda və hadisə yerinə baxış protokolunda verilən digər göstəricilər, yəni X3 yerindən qalxaraq sürücünün hərəkət istiqamətinə nəzərən sağdan sola iti qaçışla yolu keçməsi, vurulduğu yerədək 7 metr məsafə qət etməsi də Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03.05.2021-ci il tarixli 8/824 nömrəli ekspert rəyi ilə piyadanın iti qaçışla hərəkət sürətinin yuxarı həddi müvafiq olaraq piyadaların hərəkət sürətləri cədvəlinə əsasən “Kia Besta” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmaması qənaətinə gəlinmişdir. Belə ki, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 №-li Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hər tərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisənin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qeyd edilən Qərarın 19-cu bəndində isə qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizalarının rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yonəldilsin. Məhkəmələrə tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə – təkrar, habelə zərurət yaranarsa komisiyon və kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmənin cinayət işi üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə təyin etdiyi əlavə məhkəmə yol-nəqliyyat ekspertizasının 03.05.2021-ci il tarixli 8/824 nömrəli rəyinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsi məhkəmədə heç şübhə doğurmur və ibtidai istintaq və məhkəmə eksperimenti protokollarında göstərilən parametrlər üzrə ayrı-ayrılıqda təhqiqat aparılaraq rəy verilməklə Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmadığı və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 №-li qərarının 18-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması, habelə piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması və bu pozuntunun həmin şəxslərinin özlərinin CM-in 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olması hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdə keçirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmadığı və eləcə də, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmadığı halda baş vermiş yol-nəqliyyat hadisəsi ətrafında hərtərəfli, tam və obyektiv araşdırma aparmadan əsassız olaraq cinayət hadisəsi kimi qiymətləndirib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə də cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi isə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmasını təsdiq edən hər hansı bir başqa sübut təqdim etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; 7.2-ci maddəsinə əsasən şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz; 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci madddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0-139.0.1-ci maddələrinə görə, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir; 349.5-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəd də öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hər tərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsivə düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxudda cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarı da göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, hadisə yerinə baxış protokolunu, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03.05.2021-ci il tarixli 8/824 nömrəli ekspert rəyinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq vəədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. Məhəmə onu da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs verilən ittiham üzrə ilk gündən özünü təqsirli bilməmiş və müdafiəsi üçün əsaslı və mötəbət sübutlar təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.2-ci maddələrinə görə isə, məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibi olmadıqda müəyyən edildikdə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılır; 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə, işdəki bütün sübutları araşdırıb onların məcmusu ilə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubliksı CM-nin 263.2-ci maddəsi ilə nəzərədə tutulan cinayət tərkibi yoxdur və qanunun tələbinə əsasən onun əməlində Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olmaması təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hal olduğundan, ona bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatlarının dəyəri 300 (üç yüz) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349-350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Cinayət işi üzrə verilən ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-5/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-5/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver