Məhkəmə qərarları › İş №1(027)-5/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-5/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-5/2022 02.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X5 oğlunun iştirakları ilə, 08.02.1963-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba şəhəri, Ə.Əliyev küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,250 qram çəkidə narkotik vasitə heroini və təmiz çəkisi 0,031 qram ağ rəngli krislal şəkilli psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanında saxlamış, 30 may 2021-ci il tarixdə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq şübhəli şəxs qismində tutulub saat 21:30 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sol yan cibindən 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,016 qram, 0,019 qram, 0,020 qram, 0,021 qram ümumi çəkisi 0,076 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə-heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Quba şəhəri, Ə.Əliyev küçəsi, ev 16-da Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı evin yataq otağındakı masanın üzərindən 7 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,015 qram, 0,023 qram, 0,031 qram, 0,033 qram, 0,027 qram, 0,026 qram olmaqla ümumi çəkisi 0,174 qram qəhvəyi rəngli tozşəkilli narkotik maddə heroin və bir büküm təmiz çəkisi 0,031 qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün bədənindəki ağrıları azaltmaq məqsədilə narkotikdən istifadə edir.2021-ci ilin aprel ayının sonlarında Bakı şəhərində olduğu zaman, Şamaxinka adlanan ərazidə hazırda adını xatırlamadığı şəxsdən özü istifadə etmək üçün 70 manat müqabilində təxminən 25-30 ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin almışdır. Həmin narkotiki yaşadığı Quba şəhərinə gətirib yaşadığı ünvanda və üzərində saxlayaraq mütəmadi olaraq istifadə etmişdir. Xəstə olduğu üçün qardaşı Elmanın oğlu Əmin onun Quba şəhərində yaşadığı evə gələrək ona baş çəkmişdir. 30.05.2021-ci il tarixdə saat təxminən 18 radələrində Əmin ona baş çəkmək üçün yaşadığı evə gəlmişdir. Əminlə çay içib söhbətl etdikdən sonra, Əmin yemək hazırlamağa başlamışdır. Saat 21 radələrində hava isti olduğundan hava almaq məqsədilə yaşadığı evin qarşısındakı küçəyə çıxmışdır. Bir az küçədə dayandıqdan sonra, Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz saxlanmasında şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Dəvət edilmiş müdafiəçi Rafik Əskərovun iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra, üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində olan əşyaları çıxarması təklif edilmişdir. Buna görə də o, əynində olan gödəkcənin sol cibində olan bir ədəd alışqanı, şalvarının sağ cibində olan 30 manat pulu, gödəkcəsinin sol yan cibində olan 4 ədəd siqaret kağızına bükülmüş bükülüləri, gödəkcəsinin içəri sol döş cibindən əlillik vəsiqəsini çıxarıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 4 ədəd bükümlərin nə olması ondan soruşulduqda polis əməkdaşlarına da həmin bükülülərdəki maddələrin narkotik vasitə heroin olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin 4 ədəd büküm 1 ədəd ağ zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra isə o, həmin narkotik vasitədən yaşadığı evdə də öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmadığı soruşulduqda, o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun və müdafiəçisinin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin yataq otağındandakı masanın üzərindən 10 ədəd bükümlərdə olan narkotik vasitə və həmin narkotiki istifadə etməsi üçün saxladığı tibbi şprislər aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin bükümlərin 7 ədədinin içərisində narkotik vasitə heroin, 1 ədədinin içərisində psixotrop maddə metamfetamin olduğunu, digər birinin içərisində isə əvvəllər heroin olduğunu, lakin istifadə etdiyi üçün içərisinin boş olduğunu bildirmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkildikdən sonra ağ zərf ə qoyularaq qablaşdırılmışdır. götürülmüş, həmçinin narkotik vasitələri istifadə etdiyi 7 ədəd tibbi şprislər də götürülmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və xəsdə olamasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdi ki, Quba şəhəri, Ə.Əliyev küçəsi, ev 16 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan ondan, Quba RPŞ- nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2, PPXB-nün polis nəfəri polis serjantı Şahid3, KTQ-nun baş kriminalist inspektoru X3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 30 may 2021-ci il tarixdə saat 21 radələrində qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Ə.Əliyev küçəsinə getdikdə onu yaşadığı evin qarşısında görmüşlər. Özlərini Təqsirləndirilən şəxs təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra, ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol cibində olan bir ədəd alışqanı, şalvarının sağ cibində olan 30 manat pulu, gödəkcəsinin sol yan cibində olan 04 ədəd siqaret kağızına bükülmüş bükülüləri, gödəkcəsinin içəri sol döş cibindən əlillik vəsiqəsini çıxarıb avtomobilin kapotunun üzərinə qoymuşdur. Həmin büklülər açılıb içərisinə baxıldıqda qəhvəyi rəngli kütələr olduğu müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o, həmin kütlələrin heroni olduğunu, keçən ayın axırlarında Bakı şəhəri, Şamaxinka adlanan ərazidə adını dəqiq bilmədiyi şəxsdən 70 manata aldığını, həmin narkotik vasitələrin bir neçə bükümünü yaşadığı evdə stolun üstündə saxladığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə heroinə bənzər kütələr elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilməsi üçün onun yaşadığı evə keçmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən evdə stolun üzərində 10 ədəd siqaret kağızına bükülmüş bükülülər, 7 ədəd açıq vəziyyətdə, 8 ədəd istifadə olunmayan kağız paketdə olan 5 qramlıq şpirislər, 3 ədəd siqaretin qızılı kağızından hazırlanmış falqa, bir ədəd Samsunq və bir ədəd Etel markalı mobil telefonlar, 3 ədəd alışqanlar aşkar olunmuşdur. Onlar bu barədə Təqsirləndirilən şəxs soruşduqda o, stolun üstündə olan bükülülərin 7 ədədinin içərisində narkotik vasitə heroin olduğunu, bir ədədinin içərisində psixotrop maddə metamfetamin olduğunu, bir ədədinin içərisində şəkər tozuna bənzər maddə olduğunu, digər bir bükülünün içərisində olan heroindən istifadə etdiyi üçün həmin bükülünün içərisinin boş olduğunu bildirmişdir. Həmin bükülüdə olan narkotik vasitə heroinə bənzər kütələr elektron tərəzidə çəkilmiş, sonra həmin bükülülər və istifadə olunan 7 ədəd şpiris ayrı ayrılıqda kağız zərfə qoyularaq qablaşdırılmışır. Bununla əlaqədar protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi David tək yaşadığı və xəstə olduğu üçün hər gün onun yaşadığı evə gedib onun üçün yemək hazırlayır və məişət işlərində ona köməklik edir. 30 may 2021-ci il tarixdə saat 18 radələrində o, əmisi Davidə yemək hazırlamaq üçün onun yaşadığı Ə.Əliyev küçəi, ev 16 ünvana getmişdir. Əmisi Davidlə çay içib söhbət etdikdən sonra o, əmisi üçün yemək hazırlamağa başlamışdır. Əmisi David isə həmin vaxtı havasını dəyişmək üçün küçəyə çıxmışdır. Təxminən 15- 20 dəqiqə sonra David bir neçə polis əməkdaşı ilə evə daxil olmuşdur. Həmin vaxtı polis əməkdaşları otaqda oaln masanın üstündən əmisi Davidə aid 8 ədəd içərisində narkotik vasitə heroin və metamfetamin olan bükümlər və yeddi ədəd işlənmiş şpris aşkar edib götürmüşlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizsının 31 may 2021-ci il tarixli, 6- 2171 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 67 dairəvi möhür olan üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd büküm..” yazı və imzalar olan zərfdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,016 qr, 0,019 qr, 0,021 qr və 0,021 qr olmaqla ümumi çəkisi 0,076 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N67 dairəvi möhür olan üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülmüş 10 ədəd büküm..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin, 7 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,019 qr, 0,015 qr, 0,023 qr, 0,031 qr, 0,033 qr, 0,027 qr, 0,026 qr olmaqla ümumi çəkisi 0,174 qram qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir.1 ədəd bükümdə təmiz çəkisi 0,050 qram ağ rəngli kristal şəkilli maddə narkotik vsitə və psixotrop maddələrə aid deyildir.Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N67 dairəvi möhür əksi olan, üzərində “Vət.Təqsirləndirilən şəxs evindən aşkar olunan tibbi şpirislər.yazı və imzalar olan zərfdə içərisi boş qəhvəyi rəngli izlər olan 06 ədəd ml həcmində şpiris və 1 ədəd 2 ml həcmində şpirislərin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və yenilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd büküm...” yazılan 1 nömrəli zərfdə olan 4 büküm heroin üzərində Təqsirləndirilən şəxs evindən aşkar olunub götürülmüş 10 ədəd büküm..” yazılan nömrəli zərfdə olan 7 büküm heroin ilə xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin” siyahısına daxildir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2021 -ci il tarixli 2683 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən nakomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə və ona məxsus Quba şəhəri, Ə.Əliyev küçəsi, ev 16 ünvanına baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxsn üzərinə və yaşadığı evə baxış keçirilən zaman üzərindən dörd büküm heroinə bənzər maddə, yaşadığı evdən isə yeddi büküm heroniə bənzər maddə və bir büküm ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli 238 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seıilmiş və həbs etmənin əvvəli 30.05.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 0.195 qram çəkidə narkotik vasitə heroin, 0,021 qram çəkidə psixotrop maddə metafetamin, 0,021 qram çəkidə ağ rəngli kristalşəkilli maddə və yeddi ədəd işlənmiş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0.195 qram çəkidə narkotik vasitə heroin, 0,021 qram çəkidə psixotrop maddə metafetamin, 0,021 qram çəkidə ağ rəngli kristalşəkilli maddə və yeddi ədəd işlənmiş şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar