Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-5/2023 05.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1987-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Quba şəhəri, Muxtadır küçəsi, ev 19da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Topaz” idman mərc oyunlarının aid olduğu "xxxx" QSC ilə fiziki şəxs Zərərçəkmiş şəxs arasında bağlanmış ticarət nümayəndəsi (agenti) haqqında müqaviləyə əsasən sonuncunun Quba şəhəri, Vaqif küçəsində icarəyə götürməklə ticarət nümayəndəliyi həyata keçirərək işlətdiyi “Topaz” idman mərc oyun məntəqəsində çayçı işləyərkən özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs adına '‘http://www.topaz.az’ internet saytında olan pul məlumatlarının əks olunduğu hesaba qanunsuz daxil olaraq oradan 04 sentyabr 2021-ci il tarixdə, saat 00.53.40-da 22076080 Bet nömrəli 20 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 01.15.44də 54615245 bet nömrəli 20 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 01.57.24-də 04428123 bet nömrəli 20 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 02.09.33-də 77409984 bet nömrəli 40 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 03.06.37-də 19832457 bet nömrəli 20 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 04.05.40-da 74167386 bet nömrəli 35 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 05.42.48-də 57007087 bet nömrəli 40 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 06.12.54-də 37529963 bet nömrəli 20 manat məbləğində əməliyyat, 04 sentyabr 2021-ci il tarixdə, saat 07.18.26-da 30788903 bet nömrəli 12 manat məbləğində əməliyyat olmaqla ümumilikdə 227 manat mərc oyunlarına pul qoymaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin məbləği qanunsuz olaraq gizli talayıb Zərərçəkmiş şəxs məxsus 227 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs adına 'http://www.topaz,az” internet saytında olan pul məlumatlarının əks olunduğu hesaba qanunsuz daxil olaraq oradan 16 sentyabr 2021-ci il tarixdə, saat 01.11.11-də 07276386 bet nömrəli 10 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.11.40-da 10128515 bet nömrəli 10 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.30.25-də 22535940 bet nömrəli 10 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.30.48-da 24883843 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.31.52-də 31427870 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.55.48-də 75040914 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 01.57.05-də 82758437 bet nömrəli 10 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 02.01.01-də 06245643 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 02.06.20-də 38123279 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 02.18.26-də 10599970 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 03.48.20-də 50826775 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 03.53.33-də 81361316 bet nömrəli 20 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 04.00.57-də 26659558 bet nömrəli 56 manat məbləğində əməliyyat, 16 sentyabr 2021-ci il tarixdə saat 05.57.32-də 25934081 bet nömrəli 4 manat məbləğində əməliyyat olmaqla ümumilikdə 260 manat mərc oyunlarına pul qoymaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin məbləği qanunsuz olaraq təkrarən gizli talayıb Zərərçəkmiş şəxs məxsus 260 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs adına “http://www.topaz.az' internet saytında olan pul məlumatlarının əks olunduğu hesaba qanunsuz daxil olaraq oradan 30 sentyabr 2021-ci il tarixdə saat 00.57.17-də 83762182 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 01.25.04-də 50527824 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 01.26.16-da 57742031 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 01.28.09-da 68982772 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 03.00.08-də 20952256 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 03.00.57-də 25818809 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 03.02.37-də 35883983 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 04.04.54-də 09513188 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 04.08.30-da 31155803 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 04.24.26-da 24772200 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 06.48.11-də 89302309 bet nömrəli 20 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 07.38.07-də 88776160 bet nömrəli 100 manat məbləğində əməliyyat, 30 sentyabr 2021-ci il tarixdə saat 08.51.01-də 26158260 bet nömrəli 290 manat məbləğində əməliyyat olmaqla ümumilikdə 260 manat mərc oyunlarına pul qoymaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin məbləği qanunsuz olaraq təkrarən gizli talayıb Zərərçəkmiş şəxs məxsus 260 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs adına 'http://www.topaz.az" internet saytında olan pul məlumatlarının əks olunduğu hesaba qanunsuz daxil olaraq oradan 22 oktyabr 2021-ci il tarixdə saat 02.32.26-da 34843240 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 03.15.15-də 91703129 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 03.18.05-də 08648122 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 03.20.13-də 21398811 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 03.21.21-də 28276848 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 03.22.50-də 37168776 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 05.39.03-də 54387790 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 05.40.31-də 63279716 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.00.52-də 85250102 bet nömrəli 10 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.04.02-də 04207742 bet nömrəli 20 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.34.56-da 89764398 bet nömrəli 20 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.37.17-də 03856647 bet nömrəli 20 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.39.49-da 19124531 bet nömrəli 3 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 06.43.56-də 43786427 bet nömrəli 20 manat məbləğində əməliyyat, 22 oktyabr 2021-ci il tarixdə saat 07.00.25-də 43786427 bet nömrəli 19 manat məbləğində əməliyyat olmaqla ümumilikdə 136 manat mərc oyunlarına pul qoymaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin məbləği qanunsuz olaraq təkrarən gizli talayıb Zərərçəkmiş şəxs məxsus 136 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs adına http://www.topaz.az" internet saytında olan pul məlumatlarının əks olunduğu hesaba qanunsuz daxil olaraq oradan 25 oktyabr 2021-ci il tarixdə saat 00.34.19-da 45965527 bet nömrəli 20 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 02.09.09-da 15049078 bet nömrəli 30 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 02.09.39-da 18069580 bet nömrəli 30 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 02.11.27-də 28807003 bet nömrəli 20 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 03.14.57-də 09817746 bet nömrəli 20 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 03.16.26-da 18709069 bet nömrəli 20 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 03.18.54-də 33641402 bet nömrəli 3 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 03.54.08-də 44866623 bet nömrəli 45 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 04.52.23-də 94334858 bet nömrəli 4 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 04.54.30-da 07085545 bet nömrəli 3 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 05.06.30-da 79228196 bet nömrəli 3 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 05.20.29-da 63114292 bet nömrəli 3 manat məbləğində əməliyyat, 25 oktyabr 2021-ci il tarixdə saat 05.31.25-də 28713218 bet nömrəli 3 manat məbləğində əməliyyat olmaqla ümumilikdə 204 manat mərc oyunlarına pul qoymaqla elektron məlumat daşıyıcılarından istifadə etməklə həmin məbləği qanunsuz olaraq təkrarən gizli talayıb Zərərçəkmiş şəxs məxsus 204 manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Quba şəhəri, Muxtadır küçəsi, ev 19 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda Quba şəhərində Qəçrəş yolu yaşayış massivində yerləşən “Darkforest” restoranında ofisiant işləyir. Zərərçəkmiş şəxs Quba şəhərində fərdi sahibkar kimi tanımışdır. Belə ki. Hatəm Quba şəhəri, Vaqif küçəsində “Topaz” mərc oyunları məntəqəsini işlətmişdir. Hatəm ona məntəqədə işləməyi təklif etdikdə onunla razılaşaraq məntəqədə işləməyə başlamışdır. Hatəm “Topaz” mərc oyunları adı altında fəaliyyət göstərsə də, əslində “Topaz” mərc oyunlarının adından müştərilərə “qara bazar” təklif edilmişdir. Belə ki, məntəqəyə yaxınlaşan müştəri mərc oyunlarına pul qoymaq istəyən zaman ona kofsenti daha yüksək olan “qara bazar” saytları təklif edilmişdir. Hatəmin tapşırığına əsasən oyunlara pul qoymaq istəyən şəxslərdən pulları almış, onlara “Topaz” mərc oyunları əvəzinə “aysbet.com” saytında oyunlara pul qoymasını təklif etmişdir. Belə ki, həmin saytda kofsent böyük olmuş, ona görə də, müştərini cəlb etmişdir. Hatəmin həmin saytda ana balansı olmuş, yəni qoyulan bütün pullar Hatəmin hesabına münasibətdə yüklənmişdir. “Topaz”a qoyulan pullarda kofsent gəlməyən pul dövlətin hesabına keçmiş, “aysbet.com” saytında isə uduzulan pul Hatəmin cibinə getmişdir. Adətən, müştərinin verdiyi pulu götürmüş, mobil nömrəsini götürmüş, “aysbet.com” saytına yükləyərək yükləməni “screenshot” edib “Whatsapp”la müştəriyə göndərmişdir. Müştəri udan zaman “screenshofla ona yaxınlaşmışdır. O, da müştərilərin verdiyi puldan və ya Hatəmin ona verdiyi nağd puldan özünə deyib vermişdir. Adətən, “Topaz”ın 1,50 kofsent verdiyi mərc oyununa “Aysbet” 1,90, 2.0 kofsent vermişdir. Ona görə də, müştəriyə cəlb edicl gəlmişdir. Müştəri üçün kontorun fərqi olmamış, əsas kofsentin yüksək olması olmuşdur. Hatəm ona “aysbet.com” saytında “Quba1005” adlı hesab vermiş, həmin hesab əsasında oyunlara pul vurmuşdur. Hatəm də ana hesabından bu əməliyyatlara nəzarət etmişdir. Həmin əməliyyatları Hatəmin verdiyi “Samsung” markalı mobil telefonla etmişdir. Həmin “screenshoflar da həmin telefonda qalmışdır. Telefonu da Hatəmə vermişdir. Ona görə də, həmin “screenshoflar hazırda onda yoxdur. İşlədiyi müddət ərzində mütəmadi olaraq Hatəmin hesabından “aysbet.com” saytında mərc oyunlarına xırda-xırda olmaqla pul yükləmişdir. Təqribən hesablamalarına görə 1100 manat civarında Hatəmin hesabında mərc oyunlarına özbaşına pul yükləmişdir. Hatəmə məxsus məntəqədə müqaviləsiz işləmişdir. Maddi məsuliyyəti olmamışdır. Hatəmin şifahi göstərişinə əsasən məntəqəni işlətmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Quba şəhəri, Fətəlixan küçəsində yerləşmiş “Topaz” idman-mərc oyunları obyektini işlətmişdir. Məntəqənin yerləşdiyi obyekti isə icarəyə götürmüşdür. “Topaz” ilə ticarət nümayəndəliyinin həyata keçirilməsi haqqında müqavilə bağlamışdır. Bundan başqa, “Topaz” idman mərc oyunlarının rəsmi saytında (topaz.az) online idman-mərc nəticələrini yükləmək üçün “YapıKrediBank”da hesab açdırmışdır. X1 Nömrəsi vardır və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İlk başlayan vaxtlarda kassaya Hüseyn adlı şəxs nəzarət etmişdir. Adətən, müştərilərin etdikləri ödənişləri nağd qəbul etmiş, onlayn formada “topaz.az” rəsmi saytına daxil olaraq “YapıKrediBank”da olan hesabından müştərilərin qeyd etdikləri mərcləri sayta yükləmişdir. “YapıKrediBank”da olan hesabında 7000 manat depozit kimi pulu olmuşdur. Müştərilərin əlbəəl etdiyi ödənişi hər dəfə bir-bir onlayn yükləmək bir qədər vaxt almışdır. Ona görə də, müştərilərin ödənişini əlbəəl almış, həmin məbləği depozit hesabından onlayn qaydada “topaz.az” saytında istifadə etmişdir. 2021-ci ilin sentyabr ayında məntəqənin çayxanasında tanışı Təqsirləndirilən şəxs ofisiant kimi işə başlamışdır. Bu zaman bütün hesab-kitab işlərinə Əli yox, Hüseyn baxmışdır. Əlinin işi sadəcə müştərilərə çay hazırlayıb vermək olmuşdur. Təqsirləndirilən şəxs əmək müqaviləsi olmamışdır. Günəmuzd ofisiant işləmişdir. Hüseyn hesab-kitab işlərinə baxan zaman obyektin açarı həm Hüseyn də, həm də Əlidə olmuşdur. İşlərə Hüseyn nəzarət etdiyi üçün Əli işdən sonra terminalı açaraq obyektin depozit hesabında “topaz.az” saytında istədiyi mərc oyunlarına ümumilikdə 600 manat pul yükləmişdir. Hər həftənin ikinci günü hesab-kitab işləri görülmüş, bu zaman depozit hesabda 600 manat əskik olması müəyyən olunmuşdur. Həmin vaxt Əli obyekt bağlanandan sonra özündəki açarla obyektə daxil olmasını və obyektin depozit hesabında mərc oyunlarına özbaşına yükləmə etməsini təsdiq etmişdir. Həmin vaxt o, Əlini işdən çıxarmaq istəsə də. Əlinin arvadı hamilə olduğu üçün onun yalvar-yaxarlarına göz yummuş və qalıb işləməsini, işləyə-işləyə pulu ödəməsinə razılaşmışdır. Əli söz vermişdir ki, işləyə-işləyə pulu tam qaytaracaq. Bu faktı həmin vaxt kassaya nəzarət edən Hüseyn də təsdiq edə bilər. Lakin, üzərindən az bir müddət keçdikdən sonra Əli yenidən 400 manat məbləğində depozit hesabdan özbaşına mərc oyunlarına yükləmə etmişdir. Özü obyektə gələn zaman terminala baxanda səhər saat 05.00-a yaxın bir yükləmənin olmasını görmüş, həmin vaxt obyekt işləmədiyi üçün şübhələnmiş və Əlidən bu barədə soruşduqda Əli etiraf edərək pulu qaytaracağına dair söz vermişdir. Bu müddət ərzində Hüseyn işləri ilə əlaqədar işdən uzaqlaşmış və onu Rəcəb əvəz etmişdir. Qeyd olunan faktı Rəcəb təsdiq edə bilər. Lakin, az bir müddət sonra Rəcəb də ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə qayıtmalı olmuş, bu zaman məcburiyyətdən Əliyə işlərə nəzarət etməsini, müştərilərin variantlarını qəbul edərək onlayn yükləməsini, lakin özünün hər hansı variant yükləməməsini tapşırmışdır. Əliyə işlərə nəzarət etməsi üçün ona şifahi təlimat vermişdir. Şifahi göstərişi əsasında Əli müştərilərdən pul vəsaitlərini qəbul etmiş, obyektinin “YapıKrediBank”da olan cari hesabındakı məbləğə nəzarət etmişdir. Təqsirləndirilən şəxs maddi məsuliyyəti olmamış, onunla obyektin maddi qiymətlilərinin qorunub saxlanılması, çatışmazlığa görə məsuliyyətin olması barədə müqavilə bağlanılmamış, belə bir müqavilə olmasa da, şifahi olaraq o, obyektin kassasını və depozit hesabdan istifadəni ona həvalə etmişdir. Müştərilərdən ödənişlərin toplanılması, ödənişlərə və müştərinin istəyinə uyğun mərclərin sayta yüklənilməsi şifahi göstərişi əsasında Təqsirləndirilən şəxs həvalə edilmişdir. 2021-ci ilin noyabr ayı ərzində 1 həftənin içərisində Əli ümumilikdə 7500 manat depozit hesabdan müxtəlif variantlara pul yükləmişdir. Q, həftənin bazar günü hesab edəndə depozit hesabda 7500 manatın olmamasını görmüş, müştərilərin ödədiyi məbləğləri ondan tələb etdikdə Əli həmin məbləğlərin müştərilərdə olmasını, nisyə olaraq 7500 manat vurduğunu, bir gün sonra müştərilərdən 7500 manatı alaraq ona verəcəyini bildirmişdir. Lakin, bir gün sonra Əli, həmin puldan ona yalnız 6413 manat hissəsini vermişdir. Məlum olmuşdur ki, qalan 1087 manat məbləğində pulu Təqsirləndirilən şəxs müştərilərdən hər hansı ödəniş qəbul etmədən özbaşına hesabdakı pul vəsaitini hesabından mərc oyunlarına yükləmə etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ona 1087 manat məbləğində zərər vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 13 may 2022-ci il tarixli, 01375 nömrəli məktubundan və məktuba əlavə edilmiş çıxarışlardan görünür ki, fiziki şəxs Zərərçəkmiş şəxs (VÖEN:**********) "xxxx" QSC-də olan AZ83KABA******************** saylı AZN hesabı olmuş və xx.xx.2022-ci il tarixinə hesab qalığı 2.28 AZN təşkil etmişdir. 2021-ci ilin noyabr ayı ərzində ümumilikdə Zərərçəkmiş şəxs hesabına 5126,29 manat pul mədaxil olmuş və istifadə edilmişdir. İş materiallarında olan ticarət nümayəndəsi (agent) haqqında müqavilədən görünür ki, Zərərçəkmiş şəxs ilə “Topaz” idman mərc oyunlarının aid olduğu "xxxx" QSC arasında ticarət nümayəndəliyinin həyata keçirilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 1 №-li əlavədən görünür ki, Zərərçəkmiş şəxs ilə "xxxx" ASCnin Sumqayıt filialı arasında bank hesabı müqaviləsi bağlanılmış, Zərərçəkmiş şəxs adına "xxxx" ASCdəAZ83KABA******************** saylı hesab açılmış, əlavəyə əsasən Zərərçəkmiş şəxs “Topaz” idman mərc oyunlarının aid olduğu "xxxx" QSC-nin elektron sorğusu (tapşırığı) əsasında müvafiq vəsaitin akseptsiz qaydada "xxxx" QSC-nin bankdakı müvafiq hesabına köçürülməsinə razılıq vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli 854 №-li arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən gürünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 adında üz uşağı vardır Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) ay, 09 (doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1 maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il taixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) ay, 09 (doqquz) gün, cəmi 01 (bir) ay 11 (on bir) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 02 (iki) ay, 22 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba şəhəri, Muxtadır küçəsi, ev 19 ünvanında yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad azad edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-5/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-5/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver