Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-5/2024 09.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi - Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Cavadova (Hüseynova) Gülnar Vahid qızının, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 20 aprel 1984-cü ildə Quba rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Cavadova (Hüseynova) Gülnar Vahid qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 3783/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(027)- 845/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7450,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Cavadova (Hüseynova) Gülnar Vahid qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2008-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2010cu il tarixdə X11 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə ailə daxili baş verən münaqişələr nəticəsində münasibətləri korlanmışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilməklə ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 154,00 manat olmaqla, ümumilikdə 308,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Quba rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün barəsində Ədliyyə Nazirliyi İstintaq idarəsində cinayət işi başlanmış 2019-cu ilin dekabr ayında o, həmin vaxta olan aliment borcunu Zərərçəkmiş şəxs tam şəkildə ödədiyi üçün barəsində başlanılan cinayət işinin icraatına xitam verilmişdir. Bütün bu olanlardan sonra o, yenidən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, icra orqanı tərəfindən barəsində yenidən istintaq orqanlarına təqdimat verilən günə, yəni xx.xx.2022-cİ il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 7450,00 manat aliment borcunu ödəməmişdir. 2023-cü ilin may ayından 2023-cü ilin dekabr ayına qədər olan müddətdə 1250 manat ödəniş etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs yaranmış aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Cavadova (Hüseynova) Gülnar Vahid qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2008-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X11 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulu ancaq özünə xərcləyərək evə gec saatlarında gələrək ona və övladlarına laqeyd yanaşmışdır. Bu səbəbdən də o, 2018-ci İlin mart ayında nikahın pozulması və aliment tələbi İlə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2009-cu İİ təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Quba rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün barəsində Ədliyyə Nazirliyinin İstintaq idarəsində cinayət işi başlanmışdır. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs ona həmin vaxta olan aliment borcunu tam şəkildə ödədiyi üçün istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində başlanılan cinayət işinin icraatına xitam verilmişdir. Bütün bu olanlara baxmayaraq Təqsirləndirilən şəxs bir daha öz qərəzli hərəkətlərini davam etdirərək yenidən aliment pulunu ödəməyərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci İl tarixli qətnaməsini və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı İlə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 7450,00 manat aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs bu vaxta qədər cəmi 1250 manat ödəniş etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini tələb etdiyini bildirərək, təqsirləndirilən şəxsə qanuna nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3783 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154,00 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308,00 sabit pul məbləğində aliment tutulub X6 verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixdə Quba rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, 125886/18 saylı icra işi açılmış və müvafiq qaydada İcraata başlanmışdır. Eyni zamanda borcluya aliment ödəməsi barədə rəsmi məlumat verilmişdir. Lakin borclu tələbi qismən təmin etmişdir. Tələbin borclunun əmlakına və gəlirlərinə yönəldilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına, bank və digər kredit təşkilatlarına sorğular göndərilmişdir. Eləcə də borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən müvəqqəti məhdudlaşdırılmışdır.Borclunun əmlaklarının və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Eləcə də borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasına dair xx.xx.2019-cu il tarixdə təqdimat tərtib olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinitaq İdarəsinə göndərilmişdir. İstintaq zamanı borclu Təqsirləndirilən şəxs təqdimat verilərkən hesablanmış 3320,00 aliment borcunu tam olaraq ödədiyinə görə istintaq orqanının xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Bundan sonra borclu tərəfindən mütəmadi olaraq aylıq alimentin ödənilməməsi və icra sənədi üzrə aliment borclarının yaranmasını nəzərə alaraq məcburi icra tədbirləri davam etdirilmiş borclu Təqsirləndirilən şəxs əmlak və gəlir yerləri İlə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EİS-nə sorğular verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs adına borcun ödənilməsinə yönəldiləsi əmlak və gəlir yerləri müəyyən edilməmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı və onun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün barəsində xx.xx.2021-ci il tarixdə axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və Quba rayon polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 5600332/21 nömrəli axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilərək Quba rayon icra və probasiya şöbəsinə təhvil verilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində İnzibati qaydada həbs olunmuşdur. İcraat zamanı borclu Təqsirləndirilən şəxs icra sənədinə olan münasibətin öyrənilməsi məqsədilə alınmış izahatlarında fərdi əməklə məşğul olduğunu, aylıq 500,00-600,00 manat maddi gəlir əldə etdiyini, tez-tez yaşayış yerini dəyişdiyini qeydiyyatda olduğu Quba şəhəri, Qaqarin küçəsi ev 47-də yerləşən yaşayış evi satdığını və daimi yaşayış yerinin olmadığını bildirmişdir. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasına və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıqlar edilməsinə baxmayraq o, tələbi təmin etməkdən qərəzli olaraq boyun qaçırmağa davam etmiş və hazırda onun 7450,00 manat məbləğində aliment üzrə borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-3783/2018 saylı icra sənədindən və qətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154,00 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308,00 sabit pul məbləğində aliment tutulub X6 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 3783/2018 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Şöbəsinin xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-246/2019 saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-161/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ədliyyə Nazirliyi İstintaq idarəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və xx.xx.2019-cu il tarixdə onun barəsində başlanılan cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş X5 X2 filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq" altsistemində xx.xx.2020-ci il tarixdən işsiz şəxs kimi qeydiyyatı aşkar olunmuş və bundan əlavə, sosial rifahının və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs "emas.sosial.gov.az” internet portalı vasitəsilə MEİS-tn “Əmək və Məşğulluq" altsistemini mütəmadi izləmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvnda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı onun barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi nəzərə alınaraq onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası X4 yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 may 2023-cü il tarixdən 14 may 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi qaydada verildiyi andan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-5/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-5/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver