Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-5/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Xaçmaz rayonu, Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xaçmaz rayonu, Qımılqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Quba rayonu, Gənclər qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki heyvan saxladığı tövləyə 04 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bir ədədinin qiyməti 400 manat olan 6 (altı) baş xırda buynuzlu heyvanı (qoyunu) gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Quba rayonu, Timiryazev qəsəbəsi ərazisində, yol kənarında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus Vaz 21061 markalı, **- BK-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sol qapısını açmaqla avtomobilin salonundan 25 manat dəyərində 01 ədəd Tailand istehsalı, “Pioneer” markalı, TS-A6971 E model, üzərində 350W MAX 80W yazıları olan, 35 manat dəyərində 01 ədəd Tailand istehsalı, “Pioneer” markalı, TS-A6995 S model, üzərində 600W MAX 100W yazıları olan, 35 manat dəyərində 01 ədəd Tailand istehsalı, “Pioneer” markalı, TS-A6974 S model, üzərində 600W MAX 40W yazıları olan və 30 manat dəyərində “Pioneer” markalı cəmi 04 ədəd səsgücləndirici və avtomobildəki maqnitafonun üzərindən 3 manat dəyərində 01 ədəd üzərində “euroacs” yazıları olan 4GB yaddaşlı yaddaş kartını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 128 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2024-cü il tarixdə, saat 22:30 radələrində Quba şəhəri, Fətəlixan küçəsində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus Vaz 21074 markalı, **-LZ-*** dövlət- qeydiyyat nişanlı avtomobilin sol qapısını açmaqla avtomobilin salonundan 120 manat dəyərində 01 ədəd Tailand istehsalı, “Pioneer” markalı, üzərində DEH 8350SD yazıları olan qara rəngli maqnitafonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 120 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qram və 0,091 qram olmaqla ümumi təmiz çəkiləri 0,213 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 01 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Quba rayonu, Hacıhüseynli kəndi ərazisində saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ cibində saxladığı bir ədəd siqaret qutusunun arxasındakı sellofanından siqaretin gümüşü kağızında 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qram və 0,091 qram olmaqla ümumi təmiz çəkiləri 0,213 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, ara-bir narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Tutulduğu vaxta qədər Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində valideynləri ilə birlikdə yaşayır. X2 məxsus olan Vaz 2106 markalı, **-BK-*** dövlət- qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuşdur. Taksi fəaliyyəti ilə məşğul olarkən pul qazana bilmədiyi üçün maddi tələbatını ödəmək üçün oğurluq etmək fikrinə düşmüşdür. 04 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi avtomobillə Quba rayonu, Gənclər qəsəbəsi ərazisinə, Hacıhüseynli-Hacıqayıb kənd yolunun kənarında olarkən X7 yaxınlığında qapıları bağlı olan bir ev görmüş və avtomobili saxlayaraq düşüb həmin evə yaxınlaşıb evdə heç kəsin olmadığını görmüşdür. Həmin evin yanında bir mərtəbəli tövlə binası olmuşdur. Tövlənin taxta qapısı çubuqla bağlı olduğu üçün çubuğu burub qapını açaraq içəri qaxil olmuş və görmüşdür ki, tövlənin birinci otağında toyuq-cücə, ikinci otağında isə qoyun saxlanılır. Qoyun saxlanan otağa daxil olub görmüşdür ki, otaqda 6 (altı) baş qoyun var. Bundan sonra o, çölə çıxaraq avtomobilinə əyləşib oradan bir kilometr uzaqlaşaraq Quba rayonu, Hacıhüseynli kəndi istiqamətinə sürmüş və həmin kəndə gedən yolun yaxınlığında avtomobili saxlayaraq piyada tövləyə geri qayıtmışdır. Saat 21 radələri tövlə yerləşən evə yaxınlaşıb tövləyə daxil olub qoyunları çölə çıxararaq qoyunları qabağına qataraq piyada kanal kənarı ilə onları avtomobili saxaladığı yerə gətirmişdir. Orada həmin qoyunlardan üçünü tutub avtomobilinin salonuna, üçünü isə arxa yük yerinə qoyub avtomobili Xaçmaz şəhərinin Bakı prospektində yerləşən mal-heyvan bazarına sürmüşdür. Orada səhərə kimi gözləmiş və 05 yanvar 2024-cü il tarix, saat 07 radələrində tanımadığı 40-45 yaşlarında olan orta boylu bir nəfər tanımadığı kişiyə həmin qoyunların hamısını bir yerdə 780 (yeddi yüz səksən) manata satıb oradan uzaqlaşmışdır. 31 yanvar 2024-cü il tarixdə isə, saat 22 radələrində idarə etdiyi avtomobillə Quba rayon Timiryazev qəsəbəsi ərazisində yol kənarında olan “480” adlı kafenin qarşısında dayanarkən dövlət-qeydiyyat nişanını xatırlamadığı qara rəngli Vaz 2106 markalı avtomobili görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobildə hər-hansı bir şəxsin olmadığını görüb sürücü tərəfdən qabaq qapını açıb avtomobilə daxil olmuşdur. Avtomobilin maqnitafonunun üstünə taxılmış ağ rəngli yaddaş kartını dartıb çıxararaq götürmüşdür. Bundan sonra avtomobilin arxa şüşəsinin önündə olan 04 ədəd “Pioneer” markalı səsgücləndiriciləri dartıb çıxararaq səskücləndiriciləri idarə etdiyi avtomaşına qoyub oradan uzaqlaşaraq bir neçə dəqiqə sonra saat təxminən 22:30 radələrində Quba şəhəri ərazisində yerləşən “Ləzzət” çay evinin yaxınlığına getmişdir. Orada yol kənarında ağ rəngli Vaz 21074 markalı, dövlətqeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin sağ qabaq qapısı bağlı olmadığı üçün avtomobilə daxil olub avtomobildən “Pioneer” markalı maqnitafonu çıxararaq maqnitafonu öz avtomobilinə qoyub oradan uzaqlaşmışdır. Birinci maşından götürdüyü yddaş kartını öz avtomobilinin salonundakı bara qoymuş, maqnitafon və səsgücləndiriciləri isə yaşadığı evin tövləsindəki kağız qutuya qoyub gizlətmişdir. 29 yanvar 2024-cü il tarixdə, günorta vaxtlarında Xaçmaz şəhəri, köhnə avtovağzal ərazisində olarkən yerdən 3 büküm narkotik vasitə tapmışdır, Həmin narkotik vasitələrini özündə olan siqaret qutusuna qoyub üzərində saxlamışdır. 01 fevral 2024-cü il tarixdə, saat 12:30 radələrində Quba rayon Hacıhüseynli-Hacıqayıb kənd yolunun kənarında olarkən ona mülki geyimdə üç nəfər yaxınlaşaraq özlərini təqdim edib Quba rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər Polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşduqda üzərində narkotik vasitə gəzdirdiyini polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşları saxlandığı yerə Quba rayon polis şöbəsindən təhqiqatçı dəvət etmişlər. Təhqiqtçı gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim edilm və vəkilin iştirakı ilə orada üzərində şəxsi axtarış aparılımışdır. Şəxsi axtarış zamanı o, gönüllü olaraq bir neçə gün əvvəl Xaçmaz şəhərindən tapıb siqaret qutusunun içərisinə qoyaraq üzərində saxladığı üç büküm narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümlər açıldıqda iki bükümün işərisində psixotrop maddə metamfetaminə oxşar kütlə, bir bükümün içərisindən isə narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonra idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Baxış zamanı 31 yanvar 2024-cü il tarixdə sahibini tanımadığı avtomobildən oğurlayıb öz maşınında saxladığı yaddaş kartı və avtomobilinin saxlanc yerində olan üç ədəd telefon polis əməkdaşları tərəfində götürülmüşdür. Sonra o, polis əməkdaşlarına bir neçə gün əvvəl Quba rayonunun ərazisindən sahibini tanımadığı iki ədəd avtomaşından bir ədəd maqnitafon, bir ədəd yaddaş kartı və dörd ədəd səsgücləndiricini oğurladığını etiraf etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə oradan birbaşa yaşadığı evə gəlib bir neçə gün əvvəl Quba rayonunun ərazisində olan iki ədəd avtomobildən oğurlayıb yaşadığı evin anbar otağında saxladığı dörd ədəd səsgücləndiricini və bir ədəd maqnitafonu polis əməkdaşlarına təqdim etmişdir. Polis şöbəsində onunla apardıqları profilaktik söhbət zamanı o, bir neçə gün əvvəl Quba rayonunun, Gənclər qəsəbəsində yol kənarında yerləşən evin həyətində olan tövlədən altı baş qoyun oğurlayıb oğurladığı qoyunları səhəri gün Xaçmaz rayonu ərazisində yerləşən mal bazarında tanımadığı şəxsə 780 manata satdığınıda etiraf etmişdir. Saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona heç bir zor və ya təzyiq edilməmişdir. Üzərindən aşkar olunmuş iki büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamini tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır, üzərindən heç kəsə satmamışdır, verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödədiyini bildirib məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 10 ildən yuxarıdır ki, X7 nəzarətçisi işləyir və həmin idarənin balansında olan, Quba rayonunun Gənclər qəsəbəsindən keçən X7 yaxınlığındakı həyətyanı sahəsi olan birmərtəbəli evdə arvadı X4, 2009-cu il təvəllüdlü oğlu Tural və 2010-cu il təvəllüdlü oğlu Qurbanla birlikdə yaşayır. Həmin ev iki otaq, bir mətbəx və bir eyvan otaqdan ibarətdir. Yaşadıqları evin həyətində iki otaqdan ibarət birmərtəbəli mal-heyvan saxlanılması üçün tikdiyi tövlə binası var. Həmin tövlə binasını daş kərpicdən tikmişdir, dam örtüyü dəmirdir, qapları isə taxtadır. Tövlə binasına giriş taxta qapıdandır, taxta qapını isə özü düzəltdiyi tellə çöldən bağlayırmış. Həmin qapıdan içəri daxil olanda məftil tordan düzəltdiyi otaq kimi balaca yer var. Həmin yeri də yay vaxtı heyvanları saxlamaq üçün düzəltmişdir. Tövlənin hər iki otağına giriş məftil tordan düzəltdiyi yerdəndir. Otaqların hər ikisinin qapısı taxta materialındandır. Tövlənin birinci otağında 15 ədədə yaxın toyuq-cücə saxlayır. İkinci otaqda isə 06 baş dişi cinsli xırda buynuzlu qoyun saxlamışdır. Həmin qoyunları 2023-cü ilin iyul ayında evinin qarşısından keçib köç edən sürünün tanımadığı çobanlarından almışdır. Qoyunlar 3-4 yaşında boğaz, hamısının qarnı balalı imiş, yanvar ayının axırına doğmalı imişlər. Həmin qoyunların hamısının yununun rəngi ağ, birinin başı qara rəngdə, birinin başı ağ rəngdə, birinin başı sarı rəngdə, birinin başı qırmızı rəngdə imiş. Digər ikisinin başı isə qırmızı rəngdə olmaqla alınlarında ağ qaşqaları var imiş. Hər qoyunun burnunun üstündə qövsvari damğa var imiş. Qoyunların birinin diri çəkisi 50 kq yaxın olmuşdur. Yaşadığı evin yaxınlığında başqa şəxslər yaşamır, evi həmin ərazidə tək evdir. 04 yanvar 2024-cü il tarixdə, saat 18:30 radələrində toyuq-cücəni və 06 baş qoyunu tövləyə salıb qapıları bağlamış və sonra da, saat 19 radələrində arvadı və iki oğlu ilə birlikdə öz Vaz 2107 markalı, **-BL-*** dövlət-qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən iki kilometr aralıda yerləşə Xaçmaz rayonu, Qırağlı kəndində yaşayan qardaşı Elgünün evinə qonaq gedib saat 23:30 radələrində geri qayıtmışlar. Geri qayıdanda tövlənin ümumi qapısına uzaqdan baxmışdır, bağlı olduğu üçün daha gedib heyvanlara baxmamış və evə keçib yatmışlar. 05 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində yuxudan oyanıb həyətə düşərək tövlənin qapılarını açıb heyvanları buraxmaq istədikdə görmüşdür ki, qoyunlar yoxdur. Ətraf ərazini gəzib qoyunları tapa bilmədiyi üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Şikayəti əsasında Quba rayon polis şöbəsinə başlanmış cinayət işinin istintaqı zamanı məlum olmuşdur ki, ona məxsus qoyunları Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs oğurlamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, etibarnamə əsasında Vaz 21074 markalı, **-LZ-*** dövlətqeydiyyat nişanlı avtomobil idarə edir. 31 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi həmin avtomobillə Quba şəhərinin Fətəlixan küçəsində yerləşən “Ləzzət” çay evinə gəlmişdir. Avtomobili çay evinin qarşısnda saxlayıb qardaşı Uğur və həmkəndliləri Sahib və Ravillə birlikdə çay evinə getmişlər. Gedəndə avtomobilinin bütün qapılarını örtmüşlər, amma kilidləməmişdir. Saat 23:30 radələrində çayxanadan çıxıb avtomoblilinə minəndə görmüşdür ki, avtomobilin qabaq şitində olan maqnitafonu yerində yoxdur. Buna görədə DİN-nin 102 xidmətinə zəng vurub polisə məlumat vermişdir. Avtomobilindən başqa heç nə oğurlanmamışdır. Həmin maqnitafon “Pioneer” markalı, qara rəngli, disk və flaşkartla işləyən maqnitafon olmuşdur. Şikayəti əsasında Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, avtomaşınından oğurluq edən şəxs Xaçmaz rayon sakini Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Vaz 21061 markalı, **-BK-*** dövlət-qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 31 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində əmisi oğlu X9 ilə birlikdə idarə etdiyi avtomobillə Quba rayonunun Timiryazev qəsəbəsində yol kənarında yerləşən “Şişa” adlı kafeyə getmişlər. Avtomobildən düşəndə qapıların dördünü də örtüb kilidlə bağlamışdır. 01 fevral 2024-cü il tarixə keçən gecə, saat 00 radələrində avtomobilə yaxınlaşıb sükan tərəfdən qapını açıb mühərriki işə salıb maqnitafonu açanda görmüşdür ki, səs gəlmir. Baxıb görmüşdür ki, avtomobilin arxa şüşəsinin önündəki 04 ədəd “Pioneer” markalı səs gücləndiricilər yerində yoxdur. “Pioneer” markalı maqnifatonu yerində olsada gümüşü rəngli 4 GB yaddaşlı flaşkart isə yerində olmamışdır. Avtomaşınından oğurluq olduğunun başa düşüb Quba rayon polis şöbəsinə şikayət etmişdir. Şikayəti əsasında Quba rayon polis şöbəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, avtomaşınından səsgücləndiriciləri və yaddaş kartını Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs oğurlamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla işlədiyi şöbənin rəhbərliyə məruzə etmiş və məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, Quba RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Quba rayonu, Hacıhüseynli kəndində yol kənarında olduğunu müəyyən edildikdən sonra saat 12:30 radələrində Təqsirləndirilən şəxs həmin yerdə yol kənarında saxlamılar. Özələrini təqdim edib Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olduğunu onlara etiraf etmişdir. Bundan sonra onlar, həmin yerə Quba rayon polis şöbəsindən təhqiqatçı dəvət etmişlər. Təhqiqatçı gələnə kimi Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, onları üzərindən kənarlaşdıra bilməsin. Təhqiqatçı gəldikdən sonra, Təqsirləndirilən şəxs hüquqularını müdafiə etmək üçün ona vəkil təqdim edilmiş və həmin yerdə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ cibindən bir ədəd ağ rəngdə siqaret qutusu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusunun kağızı ilə üst sellofanı arasında üç ədəd gümüşü rəngli bükülü aşkar edilmişdir. Bükümlər açıldıqda ikisinin işərisindən psixotrop maddə metamfetaminə bənzər ketlə birinin içərisindən isiə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərflərə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən gəzdirilməsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı, 27- BK- 426 dövlət-qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobildə bir gün əvvəl Quba rayonunun ərazisində olan sahibini tanımadığı avtomaşından oğurladığı flaşkart var. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında bir ədəd gümüşü rəngdə yaddaş kartı və 03 ədəd mobil telefon aşkar olunmuşdur. Bundan başqa avtomobildə qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Avtomobilə baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə gün əvvəl Quba rayonunun ərazisindən iki ədəd avtomaşından bir ədəd maqnitafon, dörd ədəd səsgücləndirici və bir ədəd yaddaş kartı oğurlamışdır. Oğurladığı bir ədəd maqnitafonu və dörd ədəd səsgücləndiriciləri yaşadığı evin həyətində olan anbar otağında gizlətmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndindəki evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətdəki anbar otağına girərək orada olan dəmir çəlləyin içindən kağız qutu çıxarıb onlara təqdim etmişdir. Kağız qutunun içindən bir ədəd qara rəngli avtomobil maqnitafonu və 04 ədəd avtomobil səs gücləndiricisi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, maqnitafonu Quba rayonunda Vaz 2107 markalı avtomobildən, 04 ədəd səs gücləndiriciləri isə Quba rayonunda Vaz 2106 markalı avtomobildən oğurlamışdır. Bundan sonra onlar Elvini Quba rayon polis şöbəsinə aparmışlar. İbtidai istintaq zamanı təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2024-cü il tarixli, rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,122 qram və 0,091 qram, ümumi təmiz çəkisi 0,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki ümumi sayı iki ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Digər zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 0,213 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,163 qram. Metamfetaminin təmiz çəkisi - 0,365 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,315 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. İbtidai istintaq zamanı təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 1791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq zamanı təyin edilərək keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2024-cü il tarixli, 3-16-16/2- 6/752 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iş üzrə götürülmüş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 648 manat, 06 baş qoyunun ümumi dəyəri nəzəri qaydada təxminən 2400 (6x400) manat müəyyən olunur. Təqdim edilmiş:
1. Tailand istehsalı, “Pioneer” markalı, üzərində DEH 8350SD yazıları olan qara rəngli maqnitafonun qiyməti- 120 manat;
2. Tailand istehsalı, “Pioneer” markalı, TS-A6971 E model, üzərində 350W MAX 80W yazıları olan səsgücləndiricinin qiyməti- 25 manat;
3. Tailand istehsalı, “Pioneer” markalı, TS-A6995 S model, üzərində 600W MAX 100W yazılan olan səsgücləndiricinin qiyməti- 35 manat;
4. Tailand istehsalı, “Pioneer” markalı, TS-A6974 S model, üzərində 600W MAX 40W yazıları olan səsgücləndiricinin qiyməti- 35 manat;
5. “Pioneer” markalı səsgücləndiricinin qiyməti- 30 manat;
6. Üzərində “euroacs” yazıları olan 4GB yaddaşlı yaddaş kartının qiyməti- 3 manat;
7. Vyentam istehsalı, “Samsung” markalı, SM-A305FN/DS (A30) modelli mobil telefonun qiyməti-140 manat;
8. “Samsung” markalı, “A50” model göy rəngli mobil telefonun qiyməti-180 manat;
9. Çin Respublikası istehsalı, “Meizu” markalı, M710H model mobil telefonun qiyməti- 80 manat; 10.Diri çəkisi 50 kq, dişi cinsli, 3 yaşında, yanvar ayının axırında doğmalı olan 06 baş xırda buynuzlu heyvanın (qoyun) bir ədədinin nəzəri qaydada qiyməti 400 manat olmaqla cəmi 06 baş xırda buynuzlu heyvana (qoyun) görə 2400 manatdır. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini özündə əks etdirən DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Quba rayonu, Hacıhüseynli kəndi ərazisində saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ cibində saxladığı bir ədəd siqaret qutusunun arxasındakı sellofanından siqaretin gümüşü kağızında 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,122 qram və 0,091 qram olmaqla ümumi təmiz çəkiləri 0,213 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif olunmuşdur. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahısının 83-cü bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram və 2-ci siyahının 118-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin xalis çəkisi 0,365 qram və heroinin xalis çəkisi 0,213 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02.02 2024-cü il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nın 234.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan cinayət işinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi bir icraatda birləşdirilmişdir. ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 02.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 06 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli xx.xx.2024-cü il tarxidən hesablanmışdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qımılqışlaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onun idarə etdiyi avtomaşından oğurlanmış 04 ədəd səsgücləndirici və bir ədəd yaddaş kartı qaytarıldığı üçün onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, onun idarə etdiyi avtomaşından oğurlanmış bir ədəd “Pioneer” markalı maqnitafonun qaytarıldığı üçün onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona məxsus olan altı baş qoyunun dəyəri Təqsirləndirilən şəxs tərəfindən ödənildiyi üçün ona təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza və Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl, yəni 04 yanvar 2024-cü il, 31 yanvar 2024-cü il və 01 fevral 2024-cü il tarixlərdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəzailə əhatə etmək yolu ilə və ya təyin edilmiş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu ilə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, məhkəmə,Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəzaları təyin edilməklə cinayətlərin məcmusu üzrə cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xazmaz rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə təyin eilmiş 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət və Xaçmaz Rayon Məhkəməsinin hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CMnın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,163 qram narkotik vasitə heroin və 0,315 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, maddi subut olan 04 ədəd “Pioneer” markalı səsgücləndiricilər və bir ədəd 4GB yaddaşlı yaddaş kartı Zərərçəkmiş şəxs3, 01 ədəd “Pioneer” markalı maqnitafonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 139 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırması cəzasının iki günə bərabər tutulmaqla CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum olunduğu cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 139 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut olan 03 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza rəyindən sonrakı qalıq çəkiləri 0,163 qram narkotik vasitə heroin və 0,315 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi subut olan 04 ədəd “Pioneer” markalı səsgücləndiricilər və bir ədəd 4GB yaddaşlı yaddaş kartı Zərərçəkmiş şəxs3, 01 ədəd “Pioneer” markalı maqnitafonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Quba rayon PŞ-nə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər
Hakim: Vüqar Seyidov