Məhkəmə qərarları › İş №1(027)-50/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-50/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-50/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba şəhəri, 29-cu məhəllədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd polietilen bağlamada narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək bir qədərini istifadə etdikdən sonra qalan hissəsini daha sonra istifadə etməsi üçün hissələrə ayıraraq üzərində və idarə etdiyi avtomobilində saxlamış, xx.xx.2020-ci il tarixdə pandemiya ilə bağlı Respublika ərazisindəki karantin rejimi qaydalarına əsasən Quba-Qusar yolunda qurulmuş stasionar postda Quba RPŞ-nin əməkdaşları tərəfindən vətəndaşların hərəkətinə müvafiq icazənin olmasının yoxlanılması məqsədi ilə saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan yerində saat 12:50 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 7,369 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,835 qram narkotik vasitə olan qurudulmuş marixuana və idarə etdiyi “Vaz-2121” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altından bir ədəd polietilen paketdə ümumi təmiz çəkisi 9,638 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz 2121” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində tanışları Şahid4 və Şahid5 ilə Xaçmaz rayonunun Xudat şəhərindən Quba şəhərinə qayıdan zaman Quba rayonunun girişində olan karantin postunda yoxlama aparılması üçün polislər tərəfindən saxlanılmışdır. 2020-ci ilin yay aylarında Quba şəhəri, Dəvədabanı massivindəki bağlar ərazisində at otararkən tapdığı polietilen paketdə narkotik vasitə olan çətənə kolunun az bir hissəsini istifadə etdikdən sonra qalanını avtomobilində gizlətmişdir. Tapdığı narkotik vasitəni üç hissəyə ayıraraq avtomobilində saxlamış, lakin saxlanılan gün ondan istifadə etməmişdir. Paketlərdən birini özü əyləşdiyi qabaq sol oturacağın altına, digərini sürətlər qutusunun yanında, kibrit qutusunda olanı isə əynindəki şalvarın qabaq sağ cibinə qoymuşdur. Qeyd olunan postda saxlanıldığı zaman üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün polis əməkdaşı ondan avtomobilini yolun kənarında saxlayaraq enməsini xahiş etmişdir. O, avtomobili bir qədər yolun sağ kənarına doğru hərəkət etdirib saxlamış və avtomobilin sürətlər qutusunun yanında olan polietilen paketi götürüb şalvarının qabaq sağ cibinə qoymuşdur. Bu zaman polis əməkdaşı ondan cibinə qoyduğu bükülünün nə olduğunu soruşmuş və onu yoxlayacağını bildirdiyi zaman o, şəxsi istifadəsi üçün cibində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və yanında olan sərnişinlər Şahid4 və Şahid5 avtomobildən düşürüb postda saxlamışlar. Dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə və avtomobilinə baxış keçirilmiş, üzərində və avtomobildə saxladığı narkotik vasitələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Quba şəhəri, Dəvədabanı massivindəki bağlar ərazisində at otararkən polietilen paketdə bükülmüş narkotik vasitə tapmışdır. Paketdəki narkotik vasitə kol şəklində olmuşdur. Sonradan o, həmin kolu üç hissəyə ayıraraq ikisini göy rəngli polietilen paketdə, bir hissəsini isə kibrit qutusunda saxlamışdır. O, uzun müddətdir ki, psixi-əsəb xəstəliyindən əziyyət çəkir və bununla bağlı davamlı ağrıları olur. Ağrıların qarşısını almaq məqsədilə 1 ildir ki, narkotik vasitədən istifadə edir. Tapdığı kütləni də məhz şəxsi istifadəsi üçün saxlamışdır. O, həmin narkotik vasitəni satmaq və yaxud əkib-bəcərmək fikrində olmamışdır. O, Şahid4 və Şahid5 üzərində saxladığı narkotik vasitədən verməmişdir. Adı çəkilən şəxslərlə heç vaxt birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2020ci il tarixdə saat 11:30 radələrində dostu Təqsirləndirilən şəxs və sonradan tanıdığı Şahid5 birlikdə Xaçmaz rayonunun Xudat şəhərindən Quba rayonuna qayıdan zaman Quba rayonunun girişində olan karantin postunda polislər tərəfindən müvafiq yoxlama aparılması üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil saxlanılmışdır. Şəxsiyyət vəsiqələri üzərlərində olmadığından polis əməkdaşı Təqsirləndirilən şəxs avtomobilini yol kənarında saxlamasını bildirmişdir. Onlar polis əməkdaşının xahişi ilə avtomobildən enmişlər. Təqsirləndirilən şəxs avtomobildən enməzdən əvvəl sürətlər qutusunun yanında olan polietilen paketi götürüb cibinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı həmin paketdə narkotik vasitə olduğunu polis əməkdaşına bildirmişdir. Sonradan həmin yerə çağırılmış vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq sağ cibindən bir ədəd polieltilen paketdə və bir ədəd kibrit qutusunda, avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sol oturacağın alt hissəsindən bir ədəd polietilen paketdə ot şəklində kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuna olduğunu, onları bağ sahəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxladığını bildirmişdir. Sorğu zamanı onun üzərindən qatlanan cib bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə olan qurudulmuş marixuanın olmasından xəbəri olmamış, Kamal bu barədə ona qabaqcadan bildirməmiş, həmin narkotik vasitədən birlikdə istifadə etmələrini təklif etməmiş, marixuananı ona satmaq istəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Quba-Dağıstan yolunun Quba rayonu, Susayqışlaq kəndi ərazisindən keçən hissəsində karantinlə bağlı qurulmuş stasionar posta o, Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mikayıl Rüstəmov, RPŞ-nin RPŞ-nin PPXBnin polis nəfəri polis serjantı Şahid3, Daxili Qoşunların MAXE-ləri çavuş Röyal Abbaslı və əsgər Alxan Babayevlə xidmətdə olan zaman həmin gün saat 11:40-da Qusar rayonu istiqamətindən hərəkətdə olan “Vaz-2121” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobil post ərazisində daxil olduqda müvafiq yoxlama aparılması üçün saxlanılmışdır. Həmin avtomobilin sürücüsü və iki nəfər sərnişinin sənədlərini tələb etmiş, sürücü özünü şübhəli apardığından onun sərxoşluq vəziyyətinin yoxlanılması üçün ondan avtomobildən enməsini xahiş etmişdir. Bu zaman sürücü Təqsirləndirilən şəxs əvvəlcədən avtomobilin sürətlər qutusunun yanında saxladığı göy rəngli polietilen paketi əynində olan şalvarının cibinə qoyaraq avtomobildən enmişdir. Sürücüdən həmin polietilen paketdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. O, hadisə barədə RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. xx.xx.2020ci il tarixdə saat 12:50-də hadisə yerinə gəlmiş istintaq-əməliyyat qrupunun üzvü təhiqatçı Cəlal Sultanov qrupunun digər üzvlərini Təqsirləndirilən şəxs təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün həmin yerə dəvət olunmuş Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu və bir ədəd polietilen bükülünü, bir ədəd qatlanan bıçaq və digər şəxsi əşyalarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara və bir ədəd göy rəngli polietilen paket və kibrit qutusuna Cəlal Sultanov tərəfindən baxış keçiriliş və içərisində olan kütlənin nə olduğu barəsində soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, onu bağ sahəsindən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, bıçağı isə bağ sahəsində istifadə etdiyini bildirmişdir. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra X8 İskəndərovun özünə məxsus olduğunu bildirdiyi “Vaz-2121’' markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmişdir. Baxış zamanı avtomobilin saxlanc yerindən içərisi kibrit çöpləri ilə dolu olan üç ədəd kibrit qutusu, qabaq sol oturacağın altından isə bir ədəd göy rəngli polietilen paketdə kütlə aşkar edilmişdir. Polietilen paketin içərisinə baxış keçirildikdə oradan aşkar olunan kütləninin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Avtomobilin yük və mühərrik hissəsinə keçirilmiş baxış zamanı qanunsuz saxlanılmış hər hansı bir əşya aşkar edilmədi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, polis əməkdaşının təklifi ilə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu və bir ədəd polietilen bükülünü, bir ədəd qatlanan bıçaq, bir ədəd balaca ətir şüşəsi, bir ədəd açar breloku, bir ədəd bir manatlıq pul əskinazı, şalvarın sol qabaq cibindən bir ədəd sarı rəngli alışqan və çərisində 4 ədəd siqaret gilizi olan “Kent” markalı siqaret qutusu, arxa sağ cibindən b' ədəd qara rəngli “Samsung A8+” markalı mobil telefon, şalvarın qayış halqasında avtomobil pultunu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşyalara və 1 ədəd göy rəngli polietilen paket və kibrit qutusuna polis əməkdaşı tərəfindən baxış keçirilir və onların içərisində olan kütlənin nə olduğu barəsində soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, onu bağ sahəsindən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, bıçağı isə bağ sahəsində istifadə etdiyini bildirir. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilir və ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirdiyi “Vaz-2121” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı avtomobilin saxlanc yerindən içərisi kibrit çöpləri ilə dolu olan üç ədəd kibrit qutusu, qabaq sol oturacağın altından isə bir ədəd göy rəngli polietilen paketdə kütlə aşkar edildi. Polietilen paketin içərisinə baxış keçirildikdə oradan aşkar olunan kütləninin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirir. Həmin kütlə elektron tərəzidə çəkildikdə onun 13,9 qram olması müəyyən edildi. Həmin kütlə zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir. Avtomobilin yük və mühərrik hissəsinə keçirilmiş baxış zamanı qanunsuz saxlanılmış hər hansı bir əşya aşkar edilmədi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) xx.xx.2020-ci il tarixli 7/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdəki bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi 7,369 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi-3,835 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki bir ədəd göy rəngli sellofan bükülüdə təmiz çəkisi-9,638 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üç ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 20,842 qram, cəmi tədqiqata istifadə olundu - 0,15 qram (hər obyektdə -0,05 qram) qalıq - 20,692 qramdır (iş vər.: 46-50); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-ballistik ekspertizası) xx.xx.2020-ci il tarixli 3/1960 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərüfat-məişət təyinatlı turist bıçaqdır, soyuq silah hesab edilmir. Bıcağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (iş vər.: 119-122); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin (kompleks məhkəmə-ambulator-psixiatrik və məhkəmə psixoloji ekspertizası) xx.xx.2021ci il tarixli 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hərbi həkim komissiyası tərəfindən müayinə olunsa da, onda nevrotik pozuntular qeyd olunsa da, halhazırda onda həmin pozuntu əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vər.: 166-169); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2021-ci il tarixli 169 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vər.: 170-171); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. xx.xx.2020-cu il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Quba rayonu, Susayqışlaq kəndi ərazisindən keçən Quba-Qusar avtomobil yolu üzərində quraşdırılmış karantin postunda saxlanılan və üzərində narkotik vasitə gəzdirməsində şübhəli bilinən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirərək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən göy rəngdə bükülmüş sellofanparçası, bir ədəd kibrit qutusu, bir ədəd qəhvəyi rəngli qatlanan cib bıçağı, bir ədəd balaca ətir şüşəsi, bir ədəd açar burloku, qatlanmış bir manatlıq pul əskinazı, şalvarının qabaq sol cibindən sarı rəngli alışqan, içində 04 ədəd siqaret gilizi olan "Kent” markalı siqaret qutusu, arxa sol cibindən bir ədəd Samsung A8 markalı mobil telefon, şalvarının qayış halqasından isə avtomobil pultunu çıxarıb təqdim etmiş və daha üzərində heç bir əşyası olmadığını bildirmişdir. Göy sellofanvə kibrit qutusu açılaraq içində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmiş və bu barədə Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, salafanda və kibrit qutusunda narkotik vasitə olan çətənə koludur, özü istifadə etdiyi üçün üstündə gəzdirir, bağdan tapmışdır. Həmin kütlələr ayrı-ayrılıqda “Constant” markalı qramlıq elektron tərəziyə qoyulub çəkilmiş, salafandakı kütlə saafanla birlikdə 10,6 qram, kibrit qutusundakı kütlə isə kibrit qutusu ilə birlikdə 7,4 qram gəlmişdir. Həmin kütlələr ayrı-ayrı zərflərə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Araşdırma zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar da tərəfindən götürülmüş Sony markalı videokamera ilə şəxsi axtarışın keçirilməsi qeydə alınmışdır (iş vər.: 23); xx.xx.2020-cu il tarixli “axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Quba rayonu, Susayqışlaq kəndi ərazisindən keçən Quba-Qusar avtomobil yolu üzərində quraşdırılmış karantin postunda saxlanılarkən üzərinə baxış zamanı narkotik vasitələrə oxşar kütlələr aşkar edilmiş xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs postda saxlanılan “Vaz-2121” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna, yük yerinə və mühərrik hissəsinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin “bardaçok”undan içi kibrit çöpləri ilə dolu 03 ədəd kibrit qutusu, qabaq sağ oturacağın altından isə içində kütlə olan göy sellofanparçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan parçasındakı kütlə narkotik vasitədir, özünündür, özü istifadə etdiyi üçün gəzdirir. Həmin kütlə sellofanparçası ilə birlikdə “Constant” markalı qramlıq elektron tərəziyə qoyulub çəkilmiş, çəkisi 13,9 qram gəlmişdir. Sonra həmin kütlə zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. İştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Araşdırma zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 03 ədəd kibrit qutusu da götürülmüşdür. Sony markalı videokamera ilə baxışın keçirilməsi qeydə alınmışdır (iş vər.: 23); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs Bakı-Quba- Dağıstan yolunun Quba rayonu, Susayqışlaq kəndi ərazisindən keçən hissəsində üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilinə baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd ümumi tutumu 698 MB olan DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş bıçaq soyuq silah hesab edilmədiyindən cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. (iş vər.: 181-191); İş də olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ondan götürülmüş 01 ədəd turist bıçağı ona qaytarılmışdır (iş vər.: 194). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının xx.xx.2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi 20,842 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir (iş vər.: 8); xx.xx.2020-ci il tarixli “tutulmuş şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək, o, MSY-dən azad edilmişdir (iş vər.: 76); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (iş vər.: 111); Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 1-62/2004 saylı hökmndən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) saat müddətində ictimai işlər cəzasına məhkum edilmişdir (iş vər.: 176-178); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli i-13/01 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 1-62/2004 saylı hökmü xx.xx.2004-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə ona təyin olunmuş ictimai işlər cəzasını tam olaraq çəkmiş və Quba rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır (iş vər.: 179); Quba RMX-nın xx.xx.2020-ci il tarixli 4276 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoliji kabinetlərində qeydiyyatda yoxdur (iş vər.: 138); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 3209 nömrəli xasiyyətnamədən görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş Quba şəhəri, 29-cu məhəllədə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır (iş vər.: 154); Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin 20,842 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı paketlərə və kibrit qutusuna qablaşdırmasını və üzərində gəzdirməsini onu mənfi xarakterizə edən hal kimi nəzərə alıb hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 20,842 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq həmin marixuananın qalıq çəkisi 20,692 qram təşkil edən hissəsi saxlanması üçün Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Odur ki, maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 20,692 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-ballisik ekspertizalarının ümumi xərci olan 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq zamanı Şahid4 üzərindən aşkar edilmiş bir ədəd bıçağın tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat ekspertiza xərci hazırki iş üzrə verilən ittihama heç bir aidiyyəti olmadığından, iş üzrə Təqsirləndirilən şəxs tutula bilməz və dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji və məhkəmə-ballisik ekspertizalarının ümumi xərci olan 153 (bir yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan qalıq çəkisi 20,692 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar