Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-50/2022 30.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayon məhkəməsinin 09.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına m əhkum olunmuş, 13 noyabr 2021-ci il tarixdə “8 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməklə həmin Qərarının 36-cı bəndinə əsasən 07 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsi ev 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd ağ kağız bükümdə və 01 ədəd şəfaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,034 qram və 0,421 qram olmaqla ümumi təmiz çəkisi 0,455 qram təşkil edən, kristalşəkilli, kimyəvi tərkibinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bahadır oğlunun Quba şəhəri C.Cabbarlı küçəsində saxlanılararaq onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ arxa cibində gizlətdiyi həmin 01 ədəd ağ kağız bükümdə və 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,034 qram və 0,421 qram olmaqla ümumi təmiz çəkisi 0,455 qram psixotrop maddə olan metamfetamin kütlələri aşkar edilərək götürülmüşdür.. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirini etiraf edərək göstərmişdir ki o, Quba şəhəri 223-cü Atıcı Diviziya ev 4-də yaşayır. Subaydır və heç bir yerdə işləmir. Əvvəllər dəfələrlə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 07 dekabr 2021-ci il tarixdə 07 saylı cəza çəkmə müəssisəsindən cəzasını çəkib qurtararaq Quba şəhərinə gələrkən Bakı şəhərində “Şamaxinka” adlanan yerdə şəfaf selofan bükümümdə narkotik vasitə olan metamfetamin tapmışdır. Tapdığı bükümü özü ilə götürmüşdür ki, lazım gələndə ondan istifadə etsin. 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, həmin narkotik vasitəni əynində olan göy rəngli şalvarının arxa cibinə qoyub Quba şəhəri C.Cabarllı küçəsi ilə gedərkən Quba rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğu ona bildirmişlər. Həmin vaxtı o, polislərə həqiqəti deyərək üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra polis əməkdaşları orada ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirərək əynində olan tünd göy rəngli şalvarın arxa sağ cibində saxladığı 01 büküm ağ kağızda və şəfaf selofanda olan metamfetamin kütlələrini aşkar edərək ondan götürmüşlər. Aşkar olunmuş 01 ədəd bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkldikdən sonra, ayrıca zərfə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Bahadır oğlu əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2,göstərmişdir ki o, Quba rayon polis şöbəsində əməliyyat müvəggili vəzifəsində işləyir. Quba şəhəri 223-cü Atıcı Diviziya ev 4də yaşayan Təqsirləndirilən şəxs Bahadır oğlunun üzərində narkotik vasitələr gəzdirərək istifadə etməsi barədə Quba rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əşəliyyat məlumatının yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Məlumatın yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs Bahadır oğlu 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Quba şəhəri C.Cabarllı küçəsində şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Bahadır oğlunun əynundə olan göy rəngli şalvarının arxa cibindən 01 ədəd ağ kağız büküm, kağız bükümün içərisindən isə iki ədəd bükümdə narkotik maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə metamfetamindir və həmin narkotik vasitəni 07 dekabr 2021-ci il tarixdə Bakı şəhərindən Quba şəhərinə gələrkən “Şamaxinka” adlanan ərazidən yerdən tapmışdır. Aşkar edilmiş narkotik maddə metamfetaminə bənzər maddə elektron tərəzidə şəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Qasımov X1 Həzrət Nazim oğlunun göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 6/5492 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Bahadır oğlunun üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmış, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,034 qram, 0,421 qram olmaqla ümumi təmiz çəkisi 0,455 qram təşkil edən, kristalşəkilli maddələr, kimyəvi tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi 0,455 qram təşkil edir, tədqiqata sərf edildi -- 0,03 qram, qalıq isə 0,425 qramdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 511 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bahadır oğlunda opioidlərin qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. O, narkomaniya xəstəlyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı iş materiallarına maddi sübut kimi əlavə edilmiş CD diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, 13 dekabr 2021-ci il tarixdə Quba şəhəri C.Cabbarlı küçəsində saxlanılmış Təqsirləndirilən şəxs Bahadır oğlu üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarının sağ arxa cibindən iki ədəd bükümdə içərisində narkotik maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Bahadır oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bahadır oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bahadır oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Bahadır oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Bahadır oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Quba rayon məhkəməsinin 09.06.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə 13 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bahadır oğlu “8 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilərək, həmin Qərarının 36-cı bəndinə əsasən, cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur. İş materiallarıa əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 7 saylı Cəza Çəkmə müəssisəsinin 07 dekabr 2021-ci il tarixli 226 saylı arayışından görünür ki. “8 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Bahadır oğlu cəzadan azad edilmişdir. “8 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aid olduğundan onun üzərindən məhkumluq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Quba Rayon Mərkəzi Xəstəxanasından alınmış 12.07.2019-cu il tarixli 1272 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.02.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs Bahadır oğlunun vəziyyətin ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsi tutlması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarıindan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13.12.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rehimli cəzaçəkmə müəssisəsində çəkməli və çəzaçəkmə müddətinin əvvəli 13.12.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi haqda yuxarıda qeyd edilmiş ekspert rəyini nəzərə alaraq, təqsirləndirilən şəxsin müalicə olunması və yeni cinayət törətməsinin qarşısını almaq məqsədilə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni quvvəyə minənədək dəyişdirilmədən qüüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manat 70 qəpik pulun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,425 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Quba rayon Vəkil Bürosunun vəkili Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın və iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,425 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-50/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-50/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver