Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-50/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində Quba rayonu, Pirvahid kəndində yerləşən və Şahid4 məxsus çayxananın qarşısında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq, bir qədər əvvəl sonuncunun ucadan nalayiq söyüşlər söydüyü zaman çayxananın yanından keçən ailə üzvlərinin bunu eşitdiyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir etmiş, bununla bağlı onların arasında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxsla əlbəyaxa olmuşdur. Daha sonra ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək sonuncunu qollarından tutub yerə yıxaraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadıqları kənddə ailə üzvləri ilə birlikdə piyada yaşadığı evə gedərkən kəndlərində yerləşən Seyran Hesynova məxsus çayxanasının qarşısından keçən zaman çayxananın qarşısında avtomaşına söykənmiş həmkəndlisi Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlər söymüşdür. O, ailə üzvləri ilə birlikdə çayxanadan 15-20 metr aralandıqdan sonra, ailə üzvlərini yola salıb çayxanaya qayıtmışdır. Əsəbi olduğu üçün ilk növbədə çayxanaya girib Seyrana avara adamları çayxanaya yığıb ətrafda olan insanları narahat etdiyini bildirərək orada olan və üzərində pivə bakalları olan masalardan birini aşırmışdır. Sonra, çayxananın yola tərəf baxan hissəsinə çıxaraq çöldə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb söyüş söydüyü üçün iradını bildirmişdir. Bu zaman onların aralarında mübahisə yaranmışdır və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Vüsal, yerdən qalxdıqdan sonra, yerdə olan zibil vedrəsini götürüb onun başına vurmuşdur. Həmin vaxti orada olan həmkəndliləri Şahid1, Şahid3 və digər şəxslər onları ayırmışlar. Vüsalla əlbəyaxa olan zaman əynindəki qısaqol köynək çırılmışdır. Sonradan qardaşı Xəzər və oğlu Əhməd oraya gəlib onu evinə aparmışlar. Hadisə yaşadıqları kənddə yerləşən çayxananın qarşısında baş vermişdir və təxminən 15-20 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı kənddə yerləşən Seyranın Hüseynovun işlətdiyi çayxananın çöl tərəfində həmkəndlisi Loğmanla dayanıb söhbət etmişdir. Sohbət zamanı o, zarafat etmək məqsədi ilə söyüşlə danışaraq Loğmana birlikdə pivə içməyi təklif etmişdir. Onlar çayxananın qarşısında olarkən, bir qədər əvvəl ailə üzvləri ilə birlikdə çayxananın qarşısından keçən həmkəndlisi Təqsirləndirilən şəxs çayxanaya qayıdaraq onların yanından keçib çayxananın içərisinə girərək orada üzərində qab-qacaq olan masalardan birini çevirib aşırmışdır. Bundan sonra, Cövdət çayxananın qarşısına çıxaraq ucadan onun ünvanına nalayiq söyüşlər söyərək ona yaxınlaşıb nə üçün ailə üzvlərinin yanında söyüş söydüyünü deyib onunla əlbəyaxa olmuşdur. Həmin vaxt Cövdət fənd işlədərək onun qolundan tutub onu yerə yıxmışdır. O, ayağa qalxaraq çayxananın qarşısına qoyulmuş plastmas zibil qabını Cövdətin başına vurmuşdur. Həmin vaxt Şahid1, Şahid3 və orada olan digər həmkəndliləri onları ayırmışlar. Sonra əmisi oğlu Həzrət onu öz avtomobilinə əyləşdirib evinə aparmışdır. Münaqişə yaşadıqları kənddə yerləşən çayxananın qarşısında baş vermiş və təxminən 15-20 dəqiqə davam etmışdir. Dava zamanı Cövdətin başına yalnız bir dəfə plastmas zibil qabı ilə vurmuşdur. Əvvəllər Cövdətlə aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində Şahid4 işlətdiyi çayxananın arxa hissəsində həyətində əyləşib pivə içən zaman çayxananın içərisindəki masaların dağıdıldığını və səs-küy gəldiyini eşitmişdir. Səs-küyü eşidib dərhal çayxananın içərisinə, oradan sonra çayxananın həyətinə çıxdıqda həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söydüyünü və onunla əlbəyaxa olduğunu görüb onlara yaxınlaşmışdır. O, onlara yaxınlaşıb ayırmaq istəyərkən Cövdət Vüsalı yerə yışmışdır. Bundan sonra, Vüsal ayağa qalxıb çayxananın qarşısına qoyulmuş plastmas zibil qabını götürərək Cövdətin başına vurmuşdur. O. və orada olan digər həmkəndliləri Cövdət və Vüsalı aralaşdırmışlar. Sonra Cövdətin qardaşı Xəzər gəlib Cövdəti yaşadığı evə aparmışdır. Həmin vaxtı Vüsalın əmisi oğlu Həzrət Vüsalı özünə məxsus “Opel” markalı avtomobilə əyləşdirərək evinə aparmışdır. Münaqişə zamanı Vüsal yalnız Cövdətin başına bir dəfə zibil qabı ilə vurmuşdur. O və Vüsal Cövdəti yumruqla vurmamış, eləcə də onu nalayiq söyüşlərlə söyməmişdir. Həmin vaxt yalnız Cövdətlə Vüsalı ayrımışdır. Əvvəllər onun Cövdətlə aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. Mübahisə zamanı orada Rahid, Orxan, Loğman, Həzrət və digər şəxslər olmuşdur. Onların arasında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 12 avqust 2022-cl il tarixdə, axşam saat 22:00 radələrində yaşadıqları kənddə yerləşən çayxananın qarşısında olarkən həmkəndlisi Zərərçəkmiş şəxs zarafatla onunla söyüşlə danışaraq ona pivə içməsini təklif etmişdir. Bu zaman ailəsi ilə yaxınlıqdan keçən Çövdət Orucəliyev ailə üzvlərini bir qədər irəli ötürüb çayxanaya qayıdaraq onların yanından keçib çayxananın içərisinə daxil olub orada üzərində qab-qacaq olan masanı çevirib aşırmışdır. Sonra, Cövdət çölə çıaraq ucadan Vüsalın ünvanına nalayiq söyüşlər söyərək, Vüsalıa yaxınlaşıb onunla əlbəyaxa olmuşdur. Həmin vaxt Cövdət Vüsalı yerə yıxmışdır. Vüsal ayağa qalxaraq kafenin qarşısına qoyulmuş plastmas zibil qabını Cövdətin başına vurmuşdur. Həmin vaxt o, Şahid1, Şahid3 və digər həmkəndliləri Cövdət və Vüsalı ayırmışlar. Sonra Cövdət və Vüsalın qohumları gələrək onları yaşadıqları evə aparmışlar. Münaqişə təxminən 10-15 dəqiqə davam etmışdir. O, Vüsalın və Samirin Cövdəti yumruqla vurduğunu görməmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. 12 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı evdə olarkən tanışlarından biri onun mobil telefonuna zəng vuraraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yaşadıqları kənddə yerləşən çayxanasının qarşısında dalaşdıqlarını bildirmişdir. Xəbəri aldıqdan dərhal sonra o, idarə etdiyi “Opel” markalı avtomobilə əyləşib həmin çayxanaya gedərək əmisi oğlu Vüsalı evlərinə aparmışdır. Yolda Vüsal ona bir qədər əvvəl Cövdətlə mübahisə etdiyini, mübahisə zamanı Cövdətin onun ünvanına ucadan nalayiq söyüşlər söydüyünü, onunla əlbəyaxa olaraq yerə yıxdığını bildirmişdir. Cinayət işi materialına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibb ekspertizasının 16 avqust 2022-ci il tarixli 734 N-li rəyindən göründüyü kimi, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət, sağ dirsəyindəki sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti 12 avqust 2022-ci il tarixə uyğun gəlir, həmin xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin keçirilmiş məhkəm-tibbi eksprtizasının rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona görə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, o həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Pirvahid İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi trəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli 27 N-li arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZE N 11619842 seriyalı və AZE N 11619843 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən göründüyü kimi, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci və xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-50/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-50/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver