Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-51/2025 01.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Quba şəhəri, Yusif Qasımov küçəsi, 14B ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Quba şəhəri Nizami Gəncəvi adına parkın ərazisində ağaclıq ərazidə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir neçə dəfə yumruqla və bədəninin müxtəlif nahiyyələrinə təpiklə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş alnında solda və sol gözün altında qançır-hematoma, sifətində solda və burnunun sol tərəfində sıynqlar, burun kökündə solda və sağ baldırın orta 1/3-nin ön səthində əzilmiş yaralar, üst dodaqda sağda sağda selikli qişada qançır-qansızma, sağ əlin 2 barmağın əsas falanqasmda yumşaq toxumanın əziyi və qançır, sol əlin 4-cü barmağının uc falanqasmda sıynqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdən Aygül adlı şəxslə sevgili münasibətləri vardır. Həmin il onun Aygüllə olan münasibətlərindən Aygülün keçmiş əri Zimistanın məlumatı olmuş, bu hadisədən sonra Zimistanla aralarında bir neçə dəfə söz mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra Zimistana zəng edərək onunla görüşüb söhbət etmək istədiyini demişdir. Təxminən saat 21 radələrində Quba şəhərində yerləşən Nizami Gəncəvi adına parkda görüşmüşlər. O Zimistana Aygül barəsində yalan şayələr yaydığını dedikdə Zimistan ona bilə-bilə yalan şayə yaydığını demiş və bundan əvvəl onun azyaşlı qızını söydüyünü deyərək ondan üzür istəməsini tələb etmişdir. O Zimistana etiraz edən zaman aralarında mübahisə yaranmış mübahisə zamanı Zimistan baş nahiyyəsi ilə onun sifət nahiyyəsindən bir dəfə vurmuş, bu vaxtı o da Zimistanm sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə vurmuşdur. Zimistanda aralarında olan dava-dalaş zamanı onun bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla vurmuşdur. Mübahisə Quba şəhərində yerləşən Nizami Gəncəvi adına parkda ağaclıq ərazidə baş vermişdir. Mübahisə baş verən zaman orada o Aygul və Zimistandan başqa kimsə olmamışdır. Mübahisə təxminən beş dəqiqə davam etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2013-cü il tarixdə Şahid ilə evlənmiş, birgə nikahdan iki övladı doğulmuşdur. Təxminən 2023-cü ildən Aygülün Murad adlı şəxslə münasibəti olduğunu öyrənmiş və bu hadisədən sonra Aygüllə aralarında mütəmmadi mübahisələr olmuşdur. Bundan əlavə bir neçə dəfə də Muradla aralarında bu səbəbdən mübahisələri olmuşdur. 2024-cü ildə o Aygüllə rəsmi şəkildə boşanmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində Murad ona zəng edərək onunla görüşmək istədiyini demiş və onlar Quba şəhəri Nizami Gəncəvi adına parkda görüşmüşlər. Muradla görüşdükdən sonra yenidən onunla Aygülə görə mübahisə etməyə başlamış və onu söyüb təhqir etmişdir. Murad onun və azyaşlı övladının ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt Murad onun əynində olan gödəkçənin yaxasından tutaraq onu vurmaq istəyən zaman o Muradı arxaya itələyib yumruqla Muradın sifət nahiyyəsindən vurmuşdur. Bu vaxtı Murad da onun üzərinə gələrək onun sifət nahiyyəsindən yumruqla və bədəninin müxtəlif nahiyyələrinə təpiklə bir neçə dəfə vurmuşdur. Həmin vaxtı o da Muradı yumruq və təpiklə vurmuşdur. Sonradan isə Murad yenidən onu söyərək oradan uzaqlaşmış, aralarında olan mübahisə Nizami Gəncəvi adına parkda ağaclıq ərazidə baş vermiş, mübahisə zamanı orada o, Aygül və Muraddan başqa heçkəs olmamışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayətinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirimişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Quba şəhəri Nizam Gəncəvi adına parkın ərazisində ağaclıq ərazidə olduqları zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında mübahisə yaranmış, mübahisə zamanı Zimistanla Murad dalaşaraq bir-birinə əl atmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, Zimistan Muradı təpik və yumruqla vuran zaman görmüş, onları yaxınlaşıb ayırmışdır. Mübahisə zamanı orada onların üçündən başqa kimsə olmamışdır. İş materiallarında olan: Azərbaycan Rrespublikasının Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris biliyinin Quba Rayon Şöbəsinin 27 fevral 2025cü il tarixli 105 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - alnında solda və sol gözün altında qançır-hematoma, sifətində solda və burnunun sol tərəfində sıynqlar, burun kökündə solda və sağ baldırın orta 1/3- nin ön səthində əzilmiş yaralar, üst dodaqda sağda sağda selikli qişada qançır- qansızma, sağ əlin 2 barmağın əsas falanqasında yumşaq toxumanın əziyi və qançır, sol əlin 4-cü barmağının uc falanqasında sıynq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 15 fevral 2025-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir; Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X3 Şəxs Quba Rayon X1 Hüquqi Şəxsin 03 mart 2025-ci il tarixli 18-1-56/2-285/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur; Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə zərərçəkmiş şəxsin və şahidin göstərdikləri, ekspert rəyi, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-51/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-51/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver