Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-52/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (X3), müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-ci ildə Quba şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Məhərrəmkənd rayonu, Samur kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx xxxxxxx 2019-cu il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdən barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Səməndəriviçin (X3), Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Səməndəriviç (X3), 2018-ci ilin noyabr ayının ortalarında saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Quba şəhəri, Mehmandarov küçəsi 32 ünvanında yerləşən yaşayış sahəsi olan evinin daş hasarının üzərindən evin həyətinə keçərək, həyətdə yerləşən hamam otağına qanunsuz daxil olub oradan 900 manat dəyərində bir ədəd “Electrolux” markalı kombi cihazını və evin giriş qapısından yaşayış sahəsinə qanunsuz daxil olaraq ikinci mərtəbədə qonaq otağından 150 manat dəyərində bir ədəd 57 diaqonallı “Samsung” markalı televizoru, ümumilikdə A.Şalbuzovun 1050 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Quba şəhəri Heydər Əliyev prospektidə yerləşən stomatoloji avadanlıq satılan mağazanın qapısının qıfılını yerdən götürdüyü daşla vurub sındıraraq, saxlanc yeri hesab edilən həmin mağazaya qanunsuz daxil olub, mağazada olan kassadan 200 (iki yüz) manat pulu gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Səməndəriviç (X3), ona Azərbaycan Respublikası CM-nin177.2.2 və177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2018-ci ilin noyabr ayının ortalarında axşam radələrində tək özü tanıdığı Ruhidin evinə tərəf getmiş, Ruhidin evinin daş hasarından evin həyətinə keçmiş, evin həyətinə daxil olduqdan sonra sağ tərəfdə hamam otağına keçmiş və markasını xatırlamadığı ağ rəngli kombi cihazını yerindən çıxardıb qapının yanına yerə qoymuşdur. Bu zaman evin qapısının açıq olmasını görüb evə daxil olmuş və evin ikinci mərtəbəsində evin qonaq otağında olan bir ədəd markasını xatırlamadığı televizoru da oradan oğurlamışdır. Sonra evdən küçəyə çıxmış, məhz bundan sonra Şahid4 zəng edib özünə məxsus kombi cihazını və televizoru satmağa kömək etməsini xahiş etmiş, Cəmil onun santexnik olduğunu bildiyinə görə həmin kombinin oğurluq olmasından şübhələnməmişdir. Cəmil təxminən 30-40 dəqiqədən sonra Şahid2 idarə etdiyi QAZ-3110 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, kombi cihazını avtomobilin baqaj hissəsinə qoymuş, Cəmil qabaq sərnişin oturacaqda əyləşmiş, özü isə arxa oturacaqda əyləşmiş və televizoru qucağında saxlamışdır. Onlar birlikdə Xaçmaz şəhərinə getmiş, Xaçmaz şəhərində Cəmil Şahid5 ilə telefon əlaqəsi saxlamış və onun dediyi ünvana gəlmişlər. Zaur və Elman avtomobildə oturmuş, Cəmil isə Ruslanın evinə getmişdir. Təxminən 5 dəqiqədən sonra Ruslan və Cəmil kombi cihazını avtomobildən götürüb evin həyətinə aparmışlar. Təxminən 15 dəqiqədən sonra Cəmil onun yanına gəlmiş və Zaur özü " televizoru evin həyətinə aparmış və Ruslanın dediyi yerə qoymuşdur. Zaur gəlib avtomobildə əyləşmiş, təxminən 10 dəqiqədən sonra Cəmil gəlib birlikdə Quba şəhərinə qayıtmışlar. Cəmil kombi cihazını Ruslandan 300 manata satmağa xahiş etdiyini bildirmiş, lakin səhərsi günü Cəmil ona zəng edib tanımadığı və markasını yadında saxlamadığı açıq baqajdan kombi cihazı görsənən maşınla yanına gəlmiş, maşından heç düşməyib baqajı göstərmiş və Ruslanın kombi cihazını sata bilmədiyi üçün qaytardığını bildirmiş və onları verib çıxıb getmişdir. Təqsirləndirilən şəxs bundan sonra bir daha Cəmili görməmiş, sonradan onun Bakıda oğurluğa görə tutulduğunu eşitmişdir. Həmin kombi cihazını və televizoru yoldan keçən tanımadığı arxasında yük hissəsi olan bir taksi ilə Bakı şəhərinə aparmış, Bakıda taksidən məişət malları - televizor, elektrik cihazlarının təmiri sexini tapmasını xahiş etmiş, taksi Bakıda təxminən 20-30 dəqiqə sürdükdən sonra tanımadığı bir yerdə belə tipli dükan ya sex tapmış, həmin yerin hara olduğunu Bakını tanımadığı üçün bilməmişdir. Zaur həmin dükanda ya sexdə olan adama anası xəstə olduğu üçün özünə məxsus malları satdığını bildirmiş və ikisinə 500 manat istəmiş, həmin adam ona cəmi 300 manat verə biləcəyini cavab vermiş, nəticədə 340 manata razılaşmışlar. Təqsirləndirilən şəxs həmin puldan 50 manatı taksiyə, qalan pulu isə Bakıda, sonra Qubada öz işləri üçün xərcləmişdir. Bundan sonra o, xx xxxx 2019-cu il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən tanışı Zərərçəkmiş şəxs2 işlədiyi stomatoloji avadanlıqların satışı mağazasından oğurluq etmək qərarına gəlmiş, həmin günü axşam hava qaralanda saat 23 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən stomatoloji avadanlıqların satışı mağazasının qarşısına çatmış, yerdən götürdüyü daşla qapıdakı qıfılı sındırmış və mağazanın içərisinə daxıl olmuşdur. Mağazada olan pul kassasına yaxınlaşmış və kassanın sirməsini açmış, orada olan 200 manatı götürüb uzaqlaşmışdır. Həmin pulu Quba şəhərində yerləşən müxtəlif kafelərdə xərcləmişdir. Təqsirləndirilən şəxs Şahid5 qohumunun evinə Şahid4lə birlikdə apardığı kombi cihazının və “Samsung” markalı televizorun oğurluq olması barədə Ruslanın, onun yeznəsi olan ev sahibi Şahid1, və avtomobilin sürücüsü Şahid2 xəbərləri və ya məlumatları olmadığını göstərmiş, etdiyi oğurluq hərəkətlərindən çox peşman olduğunu bildirmişdir.. İfadəsinin sonunda Təqsirləndirilən şəxs (X3), törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaxın qohumlarının evində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, 7-ci mikrorayon, S.Axundov küçəsi, ev 33, mənzil 3 ünvanında yaşayır, özü istefada olan hərbiçidir, şəxsi həyət evi Quba şəhəri, Mehmandarov küçəsi, ev 32 ünvanında yerləşir, həmin evdə ara-sıra, bayram və ya istirahət günlərində müvəqqəti yaşayır. Hadisədən əvvəl ailəsi axırıncı dəfə həmin evdə xx xxxxxx 2018-ci il tarixdə olmuş, evdən sonuncu çıxan qardaşı Bədrəddin evin açarlarını qonşuya vermiş, lakin açarları verdikdə evin qapısını və həyətin darvazasını kilidləməyi unutmuşdur. Zərərçəkmiş şəxs1 xx xxxxxx 2018-ci il tarixdə günorta saatlarında Qubaya evinə qayıtdıqda hamamda olan kombini işə salmaq istəmiş, lakin “Elektrolux” markalı kombinin yerində olmadığını aşkar etmiş, daha sonra evə keçəndə ikinci mərtəbədə zalda olan “Samsung” markalı televizorun da oğurlandığını görmüşdür. Bu səbəbdən polisə zəng edərək, oğurluq barəsində polis şöbəsinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs(X3), tərəfindən ona vurulmuş zərər tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərməkmiş şəxs Zərərçəkmiş şəxs2 göstərdi ki, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır, təxminən 15 il olar ki, Quba şəhəri Heydər Əliyev prospektində yerləşən Stomatoloji ləvazimatların satışı mağazasında işləyir, həmin mağazanın qapısının bağlanmasında qıfıldan istifadə edir, mağazanı adətən səhər saat 09 radələrində özündə olan açarla açır və axşam saat 17 radələrində bağlayır. Zərərçəkmiş şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində işlədiyi mağazanı açmağa gəldikdə, qapını bağladığı qıfılın yerində olmadığını, mağazanın içərisinə daxil olub mağazada satılan stomatoloji ləvazimatların hamısının yerində olmasını görmüşdür. Lakin pul kassasına baxanda 200 manat pulun olmamasını aşkar etmişdir. Zərərçəkmiş şəxs2 həmin zaman heç bir hüquq mühafizə orqanına bu hadisə ilə bağlı şikayət ərizəsi verməmiş, mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı mağazanın qonşuluğunda olan digər dükanların sahiblərinə bu barədə bildirmişdir. Zərərçəkmiş şəxs2 xx xxxxxxxx 2019-cu il tarixdə polis şöbəsinə dəvət edilib, polis şöbəsinə gəldikdə polis əməkdaşlarından işlətdiyi mağazadan oğurluq edən şəxsin tanışı Quba şəhər sakinləri llyasov Zaur Səməndər oğlu olduğunu öyrənmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 polis şöbəsində dükanında baş verən oğurluq barəsində rəsmi şikayət ərizəsini vermişdir. Hazırda Təqsirləndirilən şəxs Səməndəriviç(X3), tərəfindən ona vurulmuş zərər tam ödənilmiş və ona qarşı şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, ailəsi ilə birlikdə Xaçmaz şəhərində yaşayır, yaşadığı evin yaxınlığında bərbər işləyir. 2018-ci ilin noyabr ayının ortalarında ailə üzvləri ilə Bakı şəhərində yaşayan qaynı Ruslan tək onun evinə qonaq gəlmişdir. Ruslanın ailəsi ilə gəlməməyinin səbəbi arvadı ilə boşanma problemində olması olmuşdur. Ruslan bir həftə onlarda qaldmışdır. Həmin ərəfədə Ruslan tanışı Cəmilin özünə məxsus kombi aparatı və televizoru bir günlük gətirib evində saxlamasını xahiş etmiş, növbəti gün Bakı şəhərinə aparacağını bildirmişdir. O, Ruslana inanıb həmin əşyaların evində bir günlük saxlanmasına razılıq vermişdir. Həmin gün saat 23 radələrində Cəmil “Qaz-31” markalı avtomobillə evinin çöl qapısının qarşısına gəlmiş, Məzahir və Ruslan onu qarşılayaraq, ilk dəfə gördüyü Cəmillə tanış olmuşdur. Avtomobili başqa şəxs idarə etmiş, lakin avtomobildə digər şəxslərin olub-olmamasını görməmişdir. Cəmil və Ruslan avtomobilin baqaj hissəsindən 01 ədəd kombi aparatını və 01 ədəd qara rəngli, 80 sm uzunluqlu, plazma televizoru götürüb yaşadığı evin həyətində qoymuşlar. Cəmil onları üstü bağlı həyətə yerləşdirib gəldiyi avtomobillə uzaqlaşmışdır. Şahid1 növbəti gün səhər saatlarında işdə olduğu zaman Cəmil həmin televizor və kombini həyətdən götürərək aparmış, bunu işdən evə gələn zaman Ruslandan öyrənmişdir. Məhkəmə iclasında Şahid5 göstərdi ki, tanışları ilə birlikdə Quba şəhərində yaşayır, 9 ildən çoxdur ki, fərdi olaraq müxtəlif yaşayış evlərində rəngsaz işi ilə məşğul olur, 2015-ci il tarixdə Quba rayon sakini olan Şahid4 ilə tanış olmuş, Cəmil usta kimi evlərin üzlüklərini çəkməklə məşğul olmuşdur. Həmin zaman Cəmillə Bakı şəhərində 10 gün bir nəfərin evində birlikdə işləyərək tanış olmuş, bundan sonra aralarında münasibət yaranmışdır. 2018-ci ilin noyabr ortalarında ailəsində problem olduğu üçün, arvadı ilə boşanma ərəfəsində tək Xaçmaz şəhərində yaşayan kürəkəni Məzahirin evinə gəlib bir həftəyə qədər həmin evdə qalmışdır. Həmin ərəfədə axşam saatlarında Cəmil mobil nömrə ilə ona zəng edərək, özündə bir ədəd kombi və bir ədəd televizor olduğunu demiş, onları bir günlük yaşadığı kürəkəni Məzahirin evində saxlamasım xahiş etmiş, növbəti gün isə özü ilə Bakı şəhərinə aparacağını bildirmişdir. Məzahirlə məsləhətləşib razılaşdıqdan sonra həmin gün saat 23 radələrində Cəmil Qaz-31 markalı avtomobillə qaldığı kürəkəninin evinin çöl qapısının qarşısına gəlmiş, Ruslan və Məzahir onu qarşılamışlar. Həmin vaxt avtomobili başqa şəxs idarə etmiş, lakin avtomobildə digər şəxslərin olub-olmamasını görməmişdir. Şahid5 Cəmillə birlikdə avtomobilin baqaj hissəsindən 01 ədəd kombi aparatını və 01 ədəd qara rəngli, 80 sm uzunluqlu, plazma televizoru götürüb Məzahirin evinin həyətinə qoymuşlar. Cəmildən qeyd olunan əşyaların kimə məxsus olmasını soruşduqda, Cəmil həmin əşyaların dostuna məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Cəmil onları üstü bağlı həyətə yerləşdirib gəldiyi avtomobillə uzaqlaşaraq getmişdir. Növbəti gün səhər saatlarında Cəmil ona zəng edərək qoyduğu həmin əşyaları tək gəldiyi dostlarının birinin ağ rəngli “Hyundai Sonata” markalı avtomobillə götürərək aparmışdır. Sonuncu dəfə Cəmillə həmin göstərdiyi vaxtda əlaqəsi olmuş, bundan sonra uzun müddət Cəmillə əlaqəsi olmamışdır. Məhkəmədə Şahid2 göstərdi ki, atası ilə birlikdə Quba şəhərində yaşayır, X4 ilə 2018- ci ilin noyabr ayının əvvələrində tanış olmuş, Şahid1 və Şahid5 isə tanımamış, ləqəbi Mamed olan Şahid3la isə 1 il əvvəl tanış olmuş, onlarla hər- hansı düşmənçilik və ya ədavəti olmamışdır. Şahid2 2018-ci ilin noyabr ayının ortalarında axşam saatlarında Quba şəhərində adını unutduğu kafedə Məmmədlə birlikdə çay içən zaman Cəmil sonradan tanıdığı Quba şəhər sakini Zaurla birlikdə içəri daxil olub onlarla əyləşmişlər. Həmin vaxt Cəmil bir ədəd kombi və bir ədəd televizoru Xaçmaz şəhərinə aparmağa xahiş etdikdə, Cəmil dostu olduğundan sözündən çıxa bilməyib onunla razılaşmışdır. Şahid2 və Məmməd həmin kombi və televizorun oğurluq olması barədə heç nə bilməmiş, Elman özü Məmmədə onunla Xaçmaz şəhərinə gedib-gəlməyə təklif etmişdir. Elman idarə etdiyi atasına məxsus QAZ-31 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məmməd, Zaur və Cəmil, Cəmilin göstərdiyi Quba şəhəri, 32-33-cü məhəlləyə gəlib, ara küçəyə girmiş və orada avtomobili saxlamış, Zaur və Cəmil avtomobildən düşərək, bir azdan avtomobilin arxa baqaj hissəsinə markasını bilmədiyi 01 ədəd ağ rəngli kombini və 01 ədəd qara rəngli televizoru yerləşdirmişlər. Məmməd həmin əşyaları görməmiş, arxa oturacaqda əyləşərək yuxulamışdır. Daha sonra Cəmilin göstərdiyi Xaçmaz şəhərindəki bazar ərazisinin yaxınlığına gedib, orada yaşayış evinin çöl qapısının qarşısında dayanmış, yalnız Cəmil avtomobildən düşüb avtomobilin arxa baqajına yerləşdirdiyi 01 ədəd həmin kombini və 01 ədəd televizoru bir nəfərlə birlikdə evin içərisinə aparmışlar. Bundan sonra da Cəmil avtomobilə əyləşmiş və onlar birlikdə Quba şəhərinə qayıtmışlar. Elman Cəmilin apardığı kombi və televizorun oğurluq olmasını bilməmiş, həmin işdə onlara Cəmil onun dostu olduğu üçün təmənnasız kömək etmişdir. İş üzrə Şahid4 məhkəmə iclasında tədqiq edilərək elan edilmiş ibtidai istintaq zamanı vediyi ifadəsində göstərmişdir ki, Şahid4 Təqsirləndirilən şəxs 34 il əvvəl santexnik-usta kimi tanımış, tanış olduqdan sonra Təqsirləndirilən şəxsla heç bir oğurluq hadisəsində iştirak etməmiş, nə aptekdən pulun, nə də hər hansı bir evdən kombi cihazı və televizorun oğurlanmasında iştirakı olmamışdır. Şahid4 bir dəfə 2018-ci ilin noyabr ayında Zaur llyasov satdığı kombi cihazını dostu Şahid2 avtomobili ilə Xaçmaza aparıb digər dostu Ruslana satmaq üçün köməklik göstərmiş, həmin zaman televizoru görməmiş, Zaurun həmin kombi cihazını haradan əldə etdiyi, həmin kombinin oğurluq olması haqqında heç bir məlumatı olmamış, heç bir oğurluqda iştirak etməmişdir. İş materialında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səməndər oğlu cinayət işində Təqsirləndirilən şəxs kimi tanınmışdır. Şahid4 barəsində olan cinayət təqibinə xitam verilmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə iqtisad “Ərzaq və sənaye mallarının əmtəəşunaslıq tədqiqi” ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən oğurlanmış əşyaların qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:-bir ədəd 2016-cı il tarixdə istehsal olunmuş 57 diaqonallı “Samsung” markalı istifadə edilmiş televizor 150,00 manat:-bir ədəd 2016-cı il tarixdə istehsal olunmuş isitmə sahəsi 320 kv.m, gücü 32kw olan təbii maqistarl qaz ilə işləyən “Elektrolux” markalı istifadə olunmuş kombi cihazı 900,00 manat. İş materialında olan DİN-in Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nm Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, llyasov Zaur Səmndəroviçin(X3), ailə tərkibi -1985-ci il təvəllüdlü arvadı X5, 2008-ci il təvəllüdlü oğlu- llyasov Fuad Zaur oğlu, 2010-cu il təvəllüdlü qızı- X2 ibarətdir və müvəqqəti ünvan 6 ünvanında yaşayır. İş materialında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, llyasov Zaur Səmndəroviçin (X3), xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki övladı var. İş materialında olan 51 N5200238 nömrəli Rusiya Federasiyası vətandaşının pasportunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Samandaroviç (X3) xx.xx.1983-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur və Rusiya Federasiyası vətandaşıdır. İş materialında olan Quba RlHB-nın Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş llyasov Zaur Səməndəroviç(X3), barəsində olan xasiyyətnamədən görünür ki, 1983-cü ildə anadan olmuş llyasov Zaur Səməndəroviç(X3), müsbət xarakterizə olunur, nümayəndəliyə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdı. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviçin(X3), barəsində 2 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və və həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviçin (X3), barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilmişdir. İş materialında olan Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviçin (X3), ev dustaqlığında saxlanma müddəti 2(iki) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materialında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki,təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviçin(X3), barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs llyasov Zaur Səmndəroviç (X3), tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və buna görədə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materialında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviç (X3), tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və buna görədə ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs llyasov Zaur Səməndəroviçin (X3), Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs (X3), cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir.Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs (X3),təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs(X3), cəza təyin edərkən onun zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs(X3), cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə Təqsirləndirilən şəxs (X3),təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını isə Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olduğundan və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmadığından həmin cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs(X3), təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının real olaraq təyin olunması ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən məqsədəmüvafiq deyildir, belə olan təqdirdə cinayət və cəza arasında balans pozulmaqla onun özü və ailəsi məhrumiyyətlərə düçar ola bilər, cəzanın məqsədləri tam təmin olunmaz. Məhkəmə Təqsirləndirilən şəxs (X3),barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını ona görə məqsədəmüvafiq hesab etmir ki, o, Rusiya Federasiyasnın vətəndaşı olmaqla Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdur. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə onun barəsində şərti məhkum etmə barədə hökmün icrası gələcəkdə qeyri-mümkün olmaqla təyin olunmuş cəza səmərəsiz ola bilər və cəzanın məqsədləri təmin olunmaz. Belə ki, şərti məhkum etmə barədə hökmün başqa ölkə ərazisində icrası nə Azərbaycan Respublikasının qanunvericiliyində, nə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eləcə də «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyada nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş şəxslərə vurduğu zərəri tam ödəməklə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaltmasını Azərbaycan Respublikasi CM-nin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edərək hesab edir ki, Təqsirləndirilən şəxs (X3),Azərbaycan Respublikası CM-nin177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, barəsində Azərbaycan Respublikasi CM-nin 62-ci maddəsi tədbiq edilərək cərimə cəzasınaməhkumedilməli,Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (X3), xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 05 gün nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq cərimə cəzası saxlanılmalı vəbarəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökmqanuniqüvvəyəminənədəkdəyişdirilmədənqüvvəsindəsaxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında doğulmuş şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (X3), Azərbaycan Respublikasında anadan olduğundan onun barəsində əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (X3), 75 (yetmiş beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə dəymiş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs (X3), Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirlibilinsin və barəsində Azərbaycan Respublikasi CM-nin 62-ci maddəsi tədbiq edilərək 2000 (iki min) manat miqdarında cərimə cəzasınaməhkumedilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (X3), xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 05 gün nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin Təqsirləndirilən şəxs (X3), barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs (X3), 75 (yetmiş beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə dəymiş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-52/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-52/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver