Məhkəmə qərarları › İş №1(027)-52/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-52/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-52/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi oğlunun iştirakları ilə 09.02.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən,Quba şəhəri, H.Əliyev prospekti 1 saylı evin 13 saylı mənzilində qeydiyyatda olan və Quba rayonu İqriq kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 oktyabr 2020-ci il tarixdə günorta saatlarında qohumu Şahid2 ilə birlikdə tanışı Şahid1 Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evinə gedərək birlikdə evdə bir qədər oturub çay içib söhbətləşdikdən sonra Quba şəhərində yerləşən çayxanalardan birinə gedib söhbətlərini davam etdirmək məqsədilə evdən çıxarkən Şahid1 mənzilin qapısını və həyət darvazasını bağlayıb açarlarını darvazanın çöl tərəfindəki navalçanın altına qoyduğunu gördükdə evin nəzarətsiz qaldığına əmin olub həmin evdən özgə əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu niyyətini həyata keçirmək məqsədilə birlikdə getdikləri çayxanada şəxsi işinin olduğunu bildirərək Şahid1 və Şahid2 orada qoyaraq sonuncuya məxsus “AZSAMAND MİNİK” markalı **- TZ-*** qeydiyyat nişanlı avtomobillə yenidən Şahid1 yaşadığı ünvana gəlmiş, açarları darvazanın yaxınlığındakı navalçanın altında yerdən götürüb həmin açarlar vasitəsi ilə həyət darvazasını və evin giriş qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan ikinci mərtəbədə otaqların birindəki saxlanc yeri hesab olunan qab-qacaq şkafında olan dolabdan Şahid1 anası X5ma məxsus 2100 manat, həmin günün məzənnəsi ilə 34 manat təşkil edən 20 ABŞ dolları, 800 manat dəyərində 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəsti, 278 manat dəyərində 1 ədəd üzərində qırmızı rəngli qaş olan qızıl sırğa cütü, 458 manat dəyərində 1 ədəd üzərində qırmızı rəngli karunt qaşı olan qızıl üzük, 1080 manat dəyərində 1 ədəd qızıl qolbaq, 204 manat dəyərində üzərində 1 ədəd yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan 1 ədəd qızıl sırğa cütü, 343 manat dəyərində üzərində 3 ədəd ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, 436 manat dəyərində 1 ədəd qızıl üzük, 159 manat dəyərində 1 ədəd üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük , 328 manat dəyərində 1 ədəd üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, 440 manat dəyərində üzərində yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan qızıl üzük, 284 manat dəyərində üzərində 1 ədəd ağ şəffaf 0,037 karat brilyant qaş olan 1 ədəd qızıl üzük, 166 manat dəyərində 1 ədəd qızıl kulon, 251 manat dəyərində üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, 3 320 manat dəyərində üzərində ağ şaffaf qaşları olan 1 ədəd qızıl kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti, 1 700 manat dəyərində 1 ədəd sünbül qızıl sep qolbağı ilə birlikdə, 400 manat dəyərində 1 ədəd qızıl zəncir qolbaq, 419 manat dəyərində 1 ədədi tək, 2-si 5 ədəd olmaqla 2 ədəd qızıl diş qapağını, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 13 200 (on üç min iki yüz) manat məbləğində əmlakı gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Quba rayonunun İqrik kəndində yaşayır. Quba şəhərinin 32/33-cü məhəlləsində yaşayan Şahid1 uşaqlıqdan dostudur. 2020-ci ilin oktyabr ayının əvvəllərində iş axtardığı üçün Bakı şəhərində Binə qəsəbəsində avtomobillərin yuyulma məntəqəsində özünə iş tapmış, Əlini həmin yerdə işləməyə dəvət etmiş və işə başlamaq üçün Əli ilə 08 oktyabr 2020-ci il tarixdə Bakı şəhərinə gedib axşam Bakı şəhərinin Binə qəsəbəsində yaşayan yeznəsi Şahid2 evində qalmışlar. Səhərsi günü, 09 oktyabr 2020-ci il tarixdə yeznəsi İlyasdan onları Quba şəhərinə aparmağı xahiş etmiş və həmin gün İlyasın idarə etdiyi avtomobili ilə onları Bakı şəhərində Qubaya şəhərinə gətirmişdir. 10 oktyabr 2020-ci il tarixdə səhər 11 radələrində Əlinin dəvəti əsasında İlyasla birlikdə Əlinin evinə qonaq getmişlər. Əlinin evində yarım saat oturub çay içdikdən sonra, çayçıya getmək üçün evdən çıxmışlar, evdən çıxdıqda Əli evinin açarlarını qoyduğu yeri yadında saxlamış, evin açarların yerini bildikdən sonra, Əlini başqa yerə aparıb, sonra evinə qayıdıb oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra, onlar Quba şəhərində yerləşən çayçıya getmişlər. Cayxanaya çatdıqda o, evdə işinin olmasını bildirib İlyasdan maşının açarlarını alıb oradan birbaşa Əlinin yaşadığı evə getmişdir. Əli isə İlyasla çayxanada qalmışdır. Əlinin yaşadığı evə çatıb, açarları Əlinin qoyduğu yerdən götürüb əl qapısını açaraq həyətə daxil olmuşdur. Evin qab-qacaq dolabı olan orta otağın iki laylı taxta qapısını əli ilə itələyib otağa daxil olmuşdur. Qab-qacaq şkafının bir dolabının açar yeri olan qapısı bağlı olduğuna görə qapıdan tutub özünə tərəf dartdıqda qapı açılmış, dolabda qabların içində çoxlu sayda qızıl üzüklər, qızıl seplər, sırğalar, qızıl diş və pul olduğunu görmüşdür. Qızılların sayına və pulun miqdarına baxmadan, qızılları, azərbaycan manatı ilə olan xeyli miqdarda azərbaycan manatını və 20 ABŞ dollarını götürüb evdən çıxmışdır. Evdən çıxıb tələsik avtomaşına yaxınlaşarkən oğurladığı qızıl zinyət əşyaları əlindən yerə düşüb dağılmışdır. Tələsik qızılları yerdən yığıb yaşadığım evə gedərək oğurladığı qızıl zinyət əşyalarını və pulları yaşadığı evdə gizlədib çayxanada onu gözləyən Əli ilə İlyasın yanına getmişdir. Bundan sonra, yeznəsinin avtomobilini avtoyuma yerində yuduzdurub arvadı Zülfıyyəni götürdükdən sonra İlyasla, İlyasın avtomobili ilə Bakı şəhərinə getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cavan olmasını və himayəsində azyaşlı uşağının olmasını bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Quba şəhərində oğlu-Şahid1 ilə birlikdə yaşayır, yaşadığı ev birmərtəbəli evdir, evin 3 otağı, bir eyvanı var, evin böyük otağında qab-qacaq şkafı var, həmin şkafın dolabına qızıllarını və pulunu qoyub saxlamış, dolabın qapısını da açarla bağlamışdır. Dolabda təxminən 1 700 manat dəyərində bir sünbül qızıl sep qolbağı ilə birlikdə, təxminən 250 manat dəyərində tək qaş qızıl üzük, 300 manat dəyərində bir qızıl barmaqça, 300 manat dəyərində enli çox qaşlı üzük, təxminən 400 manat dəyərində bir ədəd qızıl zəncir qolbaq, 630 manat dəyərində bir cüt tulpan naxışlı sırğa və üzük, 1000 manat dəyərində qızıl zəncir sep gül naxışlı klonla birlikdə, 300 manat dəyərində bir cüt gül naxışlı qızıl sırğa üzüyü ilə birlikdə, 310 manat dəyərində bir cüt qızıl qırmızı qaşlı sırğa, 300 manat dəyərində bir ədəd qızıl fantaziya üzük, 250 manat dəyərində bir ədəd abadok qızıl üzük, 250 manat dəyərində bir cüt yaşıl qaşlı qızıl uşaq sırğası, 400 manat dəyərində bir ədəd qızıl gül naxışlı qədim qolbaq, 350 manat dəyərində bir ədəd qırmızı qaşlı paxlava qızıl üzük, 300 manat dəyərində gül qaşlı qızıl üzük, 1 ədəd 150 manat dəyərində pul şəklində klon və 250 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 2100 manat və 20 ABŞ dolları pul və qramına görə 350 manat dəyərində 07 ədəd qızıl diş olmuşdur. Həmin dolabın açarı və dolab olan otağın açarı həmişə özündə olmuş, həmin açarları əl çantasında gəzdirmişdir. Evin qapısının və küçə darvazasının hərəsinin bir açarı olmuş, həmin açarlar bir yerdə - evdən çıxanda darvazanın qarşısındakı dolçanın dəmirinin altına qoyulmuş, oğlu Əli ya özü kim evə tez gəlsə, açarları oradan götürmüşlər. 10 oktyabr 2020-ci il tarixdə, saat 08:50-də evdən çıxıb işə gedəndə oğlu evdə yatmış vəzyyətdə olmuş, işə gedib saat 17:30-da evə qayıdıb küçə qapısının açarını darvazanın çöl tərəfindəki dəmirinin altından götürərək darvazanı açıb əvvəlcə həyətə, sonra evin qapısı açıb evə daxil olmuşdur. Dolab olan otağın qapısını açarla açıb otağa daxil olaraq dolabı yoxlamış, dolaba əlini vuran kimi açılmış, heç açara ehtiyac olmamışdır. Dolaba baxdıqda qızılların və pullarının yerində olmadığını görmüş, tez qonşu Minarənin qapısına getmiş və ondan soruşmuşdur. Minarə ona günorta vaxtlarında qapılarına bir qara rəngli taksi nişanı olan avtomobilin gəldiyini, maşından saqqalı olan oğlanın düşüb aşağı əyildiyini, nəsə götürdüyünü, sonra qapının ağzında dayandığını bildirmişdir. Bundan sonra o, zəng vurub oğlu Əlini evə çağırmış və evə oğru girdiyini bildirmişdir. Oğlu Əli gündüz vaxtı evdə Elman adlı dostu olduğunu və Elmanın qara maşınla gəldiyini demişdir. Əli ilə birlikdə Elmana zəng vurub danışdıqda sonuncu heçnə etiraf etməmiş, Elmana əgər qızıllarını və pullarını gətirib qaytarsa polisə məlumat verməyəcəyini bildirmiş, lakin xeyli gözlədikdən sonra Elmanın gəlməyəcəyini və Bakıda olduğunu bildikdə polis şöbəsinə müraciət edib şikayət ərizəsini yazmışdır. Polis şöbəsində aparılan araşdırmadan sonra məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxs Elmandır. Bir neçə gündən sonra, Təqsirləndirilən şəxs götürülmüş ona məxsus qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Oğurlanmış qızıl zinyət əşyalarında 1 ədəd sünbül sepli qızıl qolbağı və 1 ədəd qızıl zəncir qolbağı həmin vaxtı ona qaytarılmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Quba şəhərində anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 10 oktyabr 2020-ci il tarixdə, saat 09 radələrində anası Sevinc işə getmiş, evdə tək olduğu vaxtı saat 12 radələrində Quba rayonu, İqriq kəndində yaşayan Elman adlı dostunu Bakı şəhərində yaşayan İlyas adlı yeznəsi ilə birlikdə evinə qonaq çağırmışdır. Onlar İlyasa məxsus olan qara rəngli “Azsamand” markalı avtomobili ilə gəlmişlər. Evdə 15- 20 dəqiqə oturub çay içdikdən sonra, çayxanaya getmək məqsədi ilə evdən çıxmışlar. Evdən çıxarkən, evin qapılarını bağlayıb Elman və İlyasın yanında açarları həmişə qoyduğu darvazanın çöl tərəfindəki su nolçasının dəmirinin altına qoymuşdur. Sonra hər üçü avtomobilə əyləşib “Əli Ticarət” mərkəzi tərəfdə yerləşən “Narclub” adlı çay evinə getmişlər. Çay evinin qarşısına çatdıqda Elman 15-20 dəqiqəlik işi olacağını bildirib onları orada düşürmüş və İlyasın maşını ilə harasa getmişdir. İlyasla bir saat yarıma yaxın çay evində gözlədikdən sonra Elman onların yanına gəlmişdir. Çayxanadan çıxdıqdan sonra, Elmanla İlyas onu evlərinin yaxınlığında düşürüb Bakı şəhərinə getmişlər. Həmin vaxt saat 19 radələrində anası Sevinc zəng vurub ona evlərində oğurluq olduğunun bildirmişdir. Evə getdikdə anası dolabdan qızılların və pullarının oğurlandığını, qonşunun qapıda qara maşın dayandığını və maşından saqqallı oğlan düşərək, evlərinin qapısına yaxınlaşdığını gördüyünü bildirmişdir. Bu tanışı Elman olacağını başa düşmüş və Elmana zəng vurub telefonu anasına vermişdir. Anası Elmana qızıllarını qaytarmasını desə də, lakin Elman boynuna almayaraq, xəbəri olmadığını bildirmişdir. Bundan sonra anası Sevinc hadisə barədə Quba rayon polis şöbəsinə ərizə iklə müraciət etmişdir. İşdə olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşunaslıq ekspertizasının 09.12.2020-ci il tarixli 6/2446-9/4927 nömrəli rəyindən görünür ki, : Fiziki-kimyəvi tədqiqat üzrə: 1. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü və üzük dəsti üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 10,67 qram, qaşları qiyməti qaşlara aid deyil; 2. 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,70 qram, qaşı karunt qaşlar qrupuna aiddir; 3. 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaş olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 6,11 qram, qaşı karunt qaşlar qrupuna aiddir; 4. 1 ədəd sarı rəngli metaldan qolbaq qolbaq - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 14,40 qramdır; 5. 1 ədəd sarı rəngli metaldan, üzərində yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,72 qram, qaşları qiyməti qaşlara aid deyil; 6. 1 ədəd sarı rəngli metaldan, üzərində 3 ədəd ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,57 qram, qaşları qiyməti qaşlara aid deyil; 7. 1 ədəd sarı rəngli metaldan üzük üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 5,82 qramdır; 8. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,12 qram, qaşları qiyməti qaşlara aid deyil; 9. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan qızıl üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,38 qram, qaşları qiyməti qaşlara aid deyil; 10. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan üzük - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 5,87 qram, qaşları qiyməti qaşlara aid deyil; 11.1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd ağ şəffaf qaş olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,45 qram, qaşı brilyantdır, ölçüsü 0,037 karat, 3/3 keyfiyyətlidir; 12. 1 ədəd sarı rəngli metaldan kulon - üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 2,22 qramdır; 13. 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,34 qram, qaşları qiyməti qaşlara aid deyil; 14. 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti( sırğa cütü qırıqdır) - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 44,27 qram, qaşları qiyməti qaşlara aid deyil; 15.2 ədəd sarı rəngli metaldan ( 1 ədədi tək, 2-si 5 ədəd olmaqla) diş qapağı-metalı təxminən 900 əyarlı qızıla uyğundur, qırıntı hesab olunur. Əmtəəşunaslıq tədqiqatı üzrə: Müvafiq aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən və 1 qram 583/585 əyarlı qızıl məmulatın qiymətinin 75,0 manat olmasını nəzərə alaraq təqdim olunmuş məmulatların 20202-ci ilin oktyabr ayına olan pərakəndə satış qiyməti aşağıdakı kimi müəyyən edilir: 1. 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəsti - 800 manat; 2. 1 ədəd üzərində qırmızı rəngli qaş olan qızıl sırğa cütü - 278 manat; 3. 1 ədəd üzərində qırmızı rəngli karunt qaşı olan qızıl üzük - 458 manat; 4. 1 ədəd qızıl qolbaq - 1080 manat; 5. Üzərində 1 ədəd yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan 1 ədəd qızıl sırğa cütü - 204 manat; 6. Üzərində 3 ədəd ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük - 343 manat; 7. 1 ədəd qızıl üzük - 436 manat; 8. 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük - 159 manat; 9. 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük - 328 manat; 10. Üzərində yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan qızıl üzük- 440 manat; 11. Üzərində 1 ədəd ağ şəffaf 0,037 karat brilyant qaş olan qızıl üzük - 284 manat; 12. 1 ədəd qızıl kulon - 166 manat; 13. Üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük - 251 manat; 14. Üzərində ağ şaffaf qaşları olan 1 ədəd qızıl kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti3 320 manat; 15. 1 ədədi tək, 2-si 5 ədəd olmaqla 2 ədəd qızıl diş qapağı - 419 manat. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020- ci ilin oktyabr ayına olan pərakəndə satış qiyməti ilə ümumi dəyəri 8 966,0 manat müəyyən edilir. İşdə olan məhkəmə-daktiloskopik ekspertizasının 16.12.2020-ci il tarixli 20/67İR nömrəli rəyindən görünür ki, 10.10.2020-ci il tarixdə Quba şəhəri 32-33-cü məhəllə ünvanında yaşayan vət. Şahid1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar 08 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 08 ədəd əl barmaq izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Quba RPŞ-dən daxil olan) xx.xx.1998-ci il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının, sol əlinin isə şəhadət barmağının əksi ilə, digər 02 ədəd əl barmaq izi ( ADİS-n məlumat bankına Quba RPŞdən daxil olan) xx.xx.1997-ci il tarixdə Quba rayonunda anadan olmuş Şahid1 sağ əlinin adsız və çeçelə barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan 04 ədəd əl barmaq izləri ilə DİNin KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim olunmuş vət. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs əl barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi atası X3, arvadı X2 ibarətdir. İşdə olan Quba RİHB-nın Quba şəhər İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1998-ci ildə Quba şəhərində anadan olmuş Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla müsbət xarakterizə olunur. Cnayət işinə əlavə edilmiş **********83 nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixdə oğlu olmuş, lakin yeni doğulduğu üçün onun şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd hələlik tərtib olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Quba Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Quba rayon məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 12 oktyabr 2020-ci il tarixdən hesablanmışıdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin edilmiş olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 50 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Quba rayon PŞ-ndə saxlanılan iş üzrə maddi sübut olan 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində qırmızı rəngli qaş olan qızıl sırğa cütü,1 ədəd üzərində qırmızı rəngli karunt qaşı olan qızıl üzük, 1 ədəd qızıl qolbaq, Üzərində 1 ədəd yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan 1 ədəd qızıl sırğa cütü, Üzərində 3 ədəd ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, Üzərində yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan qızıl üzük, Üzərində 1 ədəd ağ şəffaf 0,037 karat brilyant qaş olan qızıl üzük, 1 ədəd qızıl kulon, Üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, Üzərində ağ şaffaf qaşları olan 1 ədəd qızıl kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti, 1 ədədi tək, 2-si 5 ədəd olmaqla 2 ədəd qızıl diş qapağı Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 06 ay 23 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonunun İqrik kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 50 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Quba rayon PŞ-ndə saxlanılan iş üzrə maddi sübut olan 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində qırmızı rəngli qaş olan qızıl sırğa cütü,1 ədəd üzərində qırmızı rəngli karunt qaşı olan qızıl üzük, 1 ədəd qızıl qolbaq, Üzərində 1 ədəd yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan 1 ədəd qızıl sırğa cütü, Üzərində 3 ədəd ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, 1 ədəd qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 1 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, Üzərində yaşıl rəngli qaş və ağ şəffaf qaşları olan qızıl üzük, Üzərində 1 ədəd ağ şəffaf 0,037 karat brilyant qaş olan qızıl üzük, 1 ədəd qızıl kulon, Üzərində ağ şəffaf qaşları olan 1 ədəd qızıl üzük, Üzərində ağ şaffaf qaşları olan 1 ədəd qızıl kulonlu boyunbağı, sırğa cütü və üzük dəsti, 1 ədədi tək, 2-si 5 ədəd olmaqla 2 ədəd qızıl diş qapağı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar