Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-52/2022 16.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Quba rayonu, Hacıhüseynli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmayan, 3-cü qrup əlil, Quba rayonunun Hacıhüseynli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.02.2022-ci il tarixdə, saat 15:00 radələrində Quba rayonu, Hacıhüseynli kəndində yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yumruqla vuraraq. Ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş alnının ortasında əzilmişcırılmış yaradan ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, 08.02.2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı Quba rayonu, Hacıhüseynli kəndində yaşadığı evdə olarkən qapıları döyülmüş, qardaşı Sərvət evdən bayıra çıxmış, onun kiminləsə söhbət etdiyini eşidərək o da həyətə çıxmış və qonşuları Zərərçəkmiş şəxs qardaşı Sərvətdən analarını bayıra çağırmasını xahiş etmişdir. Nəyə görə gəldiyini və nə istədiyini soruşduqda isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “get anavı çağır” dediyindən ona yaxınlaşaraq onu çölə itələyərək yumruqla başından vurmuşdur. Həmin vaxt ora gələn qardaşı Həzrət onu tutub saxlamış, Zərərçəkmiş şəxs isə çıxıb getmişdir. O, törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirmişdir ki, yaşadığı Quba rayonu, Hacıhüseynli kəndində qonşuluqda yaşayan Ayxanım adlı qadınla təxminən 15 ilə yaxındır ki, qeyri rəsmi münasibəti olmuşdur. 07.02.2022-ci il tarixdə, saat 18 radələrində küçədə rastlaşarkən Ayxanım onu öz evinə görüşə çağırmışdır. Həmin gecə saat 02 radələrində Ayxanımın yaşadığı evin həyətinə getmiş, Ayxanımın ona uşaqlarının evdə olmasını deyib çıxıb getməsini xahiş etmişdir. Ertəsi gün, yəni 08.02.2022-ci il tarixdə, saat 09 radələrində Ayxanım onun oğu Firdovsi Bəşirovla küçədə rastlaşarkən oğluna ondan şikayət etmişdir. Oğluda bu barədə atasına irad bildirdikdə həmin gün saat 15 radələrində Ayxanımın ondan nəyə görə şikayət etməsini öyrənmək məqsədi ilə Ayxanımın evinə gəlmiş, həyətdə olan Ayxanımın oğlu Sərvətdən anasını çağırmasını xahiş etmiş, bu zaman Ayxanımın digər oğlu Təqsirləndirilən şəxs bayıra çıxmış və ondan da anasını çağırmasını xahiş etmiş, bu söz Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün onun üstünə gələrək yumruqla başından vurmuşdur. Həmin vaxt Həzrət onları aralamış, ora gələn Ayxanım isə oğlanlarının üstünə qışqırmış, bununla da 4-5 dəqiqə davam edən mübahisə bitmiş və o, həyətdən çıxıb getmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahid ifadəsini və ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07.02.2022-ci il tarixdə, saat təxminən 02 radələrində Zərərçəkmiş şəxs gecə saat 02 radələrində həyətdə məni çağırdığını və fanarla pəncərəmə işıq vurduğunu gördüm. Mən pəncərəni açıb ona uşaqların evdə olduğunu bildirdim və ona getməsini dedim. O, da çıxıb getdi. 08.02.2022-ci il tarixdə mən saat 09 radələrində onun oğlu Firdovsi Bəşirovu küçədə görərkən ona atası Səftərin hərəkətini dedim. 08.02.2022-ci il tarixdə, saat təxminən 15 radələrində Zərərçəkmiş şəxs bizim həyətə gəldiyi barədə oğlum Şahid2 mənə dedi. Mən də tez ora gəldim və orada Şahid1 Təqsirləndirilən şəxs qucaqlayıb içəri salmaq istədiyini gördüm. Mən də Səftərə çıxıb getməsini bildirdim. O da çıxıb getdi. Oğlum Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağını görməmişəm. Həmin vaxtı orada mən üç oğlum və Zərərçəkmiş şəxs olmuşdur. Məhkəməyə şahid qismində dəvət olunmuş Şahid2 və Şahid1 Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddlərini əsas gətirərək qardaşları Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 08.02.2022-ci il tarixli, 89 saylı rəyindən görünür ki, 1965ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekpertizası əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarət- alnında ortada əzilmiş-cırılmış yara küt əşyanın küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 08.02.2022-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə yetirilə bilər, dərəcəsinə görə sağlamılqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 16 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RMX PHŞ-in 17 fevral 2022-ci il tarixli, 286 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabentində qeydiyyatda yoxdur. İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, X5 “budun anadangəlmə birtərəfli çıxığı, anadangəlmə sağ bud sümüyü başının çıxığı, sağ aşağı ətrafın 10 sm qısalığı, bud sümüyü başının deformasiyası diaqnozu ilə müddətsiz üçüncü qrup əlilik dərəcəsi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nin Hacıhüseynli İnzibati Ərazi X6 tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, X1 rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs X3 istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 04 saat üçün 24 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia, müsadirə olunası əmlak və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-52/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-52/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver