Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-53/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta işləməyən, Quba rayonu, Pirvahid qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycanlı, ailəli, məhkumluğu olmayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Quba rayonu, Pirvahid kəndində yerləşən Şahid4 məxsus kafenin qarşısında öz tanışları ilə dayanaraq zarafatyana nalayiq ifadələr işlətməklə söyüş söyərkən yaxınlıqdan ailə üzvləri ilə birlikdə keçən Zərərçəkmiş şəxs ailə üzvlərini evə ötürdükdən sonra ona yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan, yəni guya həmin söyüşləri ailə üzvlərinin eşitməsini əsas gətirib onu nalayiq ifadələr işlətməklə söyərək, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq edən, habelə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həyata keçirməklə onunla əlbəyaxa olaraq qollarından tutub yerə çırpmaqla “sağ dirsəyində sıyrıq” kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək xuliqanlıq etmiş, o isə buna cavab olaraq çayxananın qarşına qoyulmuş plastik zibil vedrəsini götürüb Zərərçəkmiş şəxs başına qəsdən vuraraq sonuncuya “baş beyin silkələnməsi ilə müşayiət olunan alnında solda, sağ almacıq sahəsində sıyrıqlar, sağ kürəkdə sıyrıq” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı kənddə yerləşən Seyranın Hüseynovun işlətdiyi çayxananın çöl tərəfində həmkəndlisi Loğmanla dayanıb söhbət etmişdir. Sohbət zamanı o, zarafat etmək məqsədi ilə söyüşlə danışaraq Loğmana birlikdə pivə içməyi təklif etmişdir. Onlar çayxananın qarşısında olarkən, bir qədər əvvəl ailə üzvləri ilə birlikdə çayxananın qarşısından keçən həmkəndlisi Zərərçəkmiş şəxs çayxanaya qayıdaraq onların yanından keçib çayxananın içərisinə girərək orada üzərində qab-qacaq olan masalardan birini çevirib aşırmışdır. Bundan sonra, Cövdət çayxananın qarşısına çıxaraq ucadan onun ünvanına nalayiq söyüşlər söyərək ona yaxınlaşıb nə üçün ailə üzvlərinin yanında söyüş söydüyünü deyib onunla əlbəyaxa olmuşdur. Həmin vaxt Cövdət fənd işlədərək onun qolundan tutub onu yerə yıxmışdır. O, ayağa qalxaraq çayxananın qarşısına qoyulmuş plastmas zibil qabını Cövdətin başına vurmuşdur. Həmin vaxt Şahid1, Şahid3 və orada olan digər həmkəndliləri onları ayırmışlar. Sonra əmisi oğlu Həzrət onu öz avtomobilinə əyləşdirib evinə aparmışdır. Münaqişə yaşadıqları kənddə yerləşən çayxananın qarşısında baş vermiş və təxminən 15-20 dəqiqə davam etmışdir. Dava zamanı Cövdətin başına yalnız bir dəfə plastmas zibil qabı ilə vurmuşdur. Əvvəllər Cövdətlə aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəıkmiş şəxslə barışqığını bildirib onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadıqları kənddə ailə üzvləri ilə birlikdə piyada yaşadığı evə gedərkən kəndlərində yerləşən Şahid4 məxsus çayxanasının qarşısından keçən zaman çayxananın qarşısında dayanmış həmkəndlisi Təqsirləndirilən şəxs ucadan nalayiq söyüşlər söymüşdür. O, ailə üzvləri ilə birlikdə çayxanadan 15-20 metr aralandıqdan sonra, ailə üzvlərini yola salıb çayxanaya qayıtmışdır. Əsəbi olduğu üçün ilk növbədə çayxanaya girib Seyrana avara adamları çayxanaya yığıb ətrafda olan insanları narahat etdiyini bildirərək orada olan və üzərində pivə bakalları olan masalardan birini aşırmışdır. Sonra, çayxananın yola tərəf baxan hissəsinə çıxaraq çöldə dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq ailə üzvlərinin yanında söyüş söydüyünü bildirib onun ünvanına nalayiq söyüş söyərək onunla əlbəyaxa olmuşdur. Həmin vaxt əsəbi olduğu üçün Vüsalı itələyib yerə yıxmışdır. Vüsal yerə yıxılan zaman qolundan xəsarət almışdır. Vüsal, yerdən qalxdıqdan sonra, çayxananın qarşısına qoyulmuş plastmasdan olan zibil vedrəsini götürüb onun başına vurmuşdur. Vedrə onun başına dəydiyi üçün o, baş nahiyyəsindən xəsarət almışdır. Həmin vaxti orada olan həmkəndliləri Şahid1, Şahid3 və digər şəxslər onları ayırmışlar. Sonradan qardaşı Xəzər və oğlu Əhməd oraya gəlib onu yaşadığı evə aparmışlar. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışqdığı üçün ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində Şahid4 işlətdiyi çayxananın arxa hissəsində həyətində əyləşib pivə içən zaman çayxananın içərisindəki masaların dağıdıldığını və səs-küy gəldiyini eşitmişdir. Səs-küyü eşidib dərhal çayxananın içərisinə, oradan sonra çayxananın həyətinə çıxdıqda həmkəndlisi Zərərçəkmiş şəxs digər həmkəndlisi Təqsirləndirilən şəxs ünvanına ucadan nalayiq söyüşlər söydüyünü və onunla əlbəyaxa olduğunu görüb onlara yaxınlaşmışdır. O, onlara yaxınlaşıb ayırmaq istəyərkən Cövdət Vüsalı yerə yıxmışdır. Bundan sonra, Vüsal ayağa qalxıb çayxananın qarşısına qoyulmuş plastmas zibil qabını götürərək Cövdətin başına vurmuşdur. O, və orada olan digər həmkəndliləri Cövdət və Vüsalı aralaşdırmışlar. Sonra Cövdətin qardaşı Xəzər gəlib Cövdəti yaşadığı evə aparmışdır. Həmin vaxtı Vüsalın əmisi oğlu Həzrət Vüsalı özünə məxsus “Opel” markalı avtomobilə əyləşdirərək evinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 12 avqust 2022-cl il tarixdə, axşam saat 22:00 radələrində yaşadıqları kənddə yerləşən çayxananın qarşısında olarkən həmkəndlisi Təqsirləndirilən şəxs zarafatla onunla söyüşlə danışaraq ona pivə içməsini təklif etmişdir. Bu zaman ailəsi ilə yaxınlıqdan keçən Çövdət Orucəliyev ailə üzvlərini bir qədər irəli ötürüb çayxanaya qayıdaraq onların yanından keçib çayxananın içərisinə daxil olub orada üzərində qab-qacaq olan masanı çevirib aşırmışdır. Sonra, Cövdət çölə çıaraq ucadan Vüsalın ünvanına nalayiq söyüşlər söyərək, Vüsalıa yaxınlaşıb onunla əlbəyaxa olmuşdur. Həmin vaxt Cövdət Vüsalı yerə yıxmışdır. Vüsal ayağa qalxaraq kafenin qarşısına qoyulmuş plastmas zibil qabını Cövdətin başına vurmuşdur. Həmin vaxt o, Şahid1, Şahid3 və digər həmkəndliləri Cövdət və Vüsalı ayırmışlar. Sonra Cövdət və Vüsalın qohumları gələrək onları yaşadıqları evə aparmışlar. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 avqust 2022-ci il tarixli, 718 saylı rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - baş beyin silkələnməsi ilə müşahidə olunan alnında solda, sağ almacıq sahəsində sıyrıqlar, sağ kürəkdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törəməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 12 avqust 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından olan Quba rayon İcra hakimiyyəti Başçısının Pirvahid İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işinin icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 14 fevral 2013-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut olan bir ədəd plastik vedrənin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 05 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə maddi sübut olan bir ədəd plastik vedrənin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-53/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-53/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver