Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-54/2025 07.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "Avrora” MMC-nin nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 22 avqust 1996-cı il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdən 31 yanvar 2024-cü il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 06 iyul 2021-cı il tarixli X14 haqqında müqaviləyə, 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə və vəzifə təlimatına əsasən sifarişləri terminal və ya elektron poçt ünvanı vasitəsi ilə qeydə almaq və sifarişlərin zamanında çatdırılmasına nəzarət etmək, satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında "xxxx" MMC tərəfindən ona təhkim olunmuş terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik tam maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə, müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 31 dekabr 2023-cü il tarixli akta əsasən 111.227,96 (yüz on bir min iki yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat dəyərində, 01 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək isə ona təhkim olunmuş terminal ilə yazdığı fakturalar əsasında satış üçün 3.165,73 (üç min yüz altmış beş manat yetmiş üç qəpik) manat dəyərində müxtəlif markalı spirtli və spirtsiz içki məhsullarını şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 114.393,69 (yüz on dörd min üç yüz doxsan üç manat altmış doqquz qəpik) manat puldan anbara 8.603,54 (səkkiz min altı yüz üç manat əlli dörd qəpik) manat dəyərində mal qaytardığını, satış nöqtələrində 42.467,99 (qırx iki min dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə onun tərəfindən 7058,95 (yeddi min əlli səkkiz manat doxsan beş qəpik) manat, satış nöqtələri tərəfindən isə 10521,92 (on min beş yüz iyirmi bir doxsan iki qəpik) manat olmaqla ümumilikdə 17580,87 manat (on yeddi min beş yüz səksən manat səksən yeddi qəpik) manat ödəniş edildiyini, inventarizasiya zamanı satış nöqtələri tərəfindən 803,68 (səkkiz yüz altı manat altmış səkkiz qəpik) manat dəyərində malın yerində geri qaytarıldığını nəzərə alaraq "xxxx" MMC-yə məxsus cəmi 44.937,61 manat (qırx dörd min doqquz yüz otuz yeddi manat altmış bir qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba filialının xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4cü maddələrilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin iyul ayından 2024-cü ilin yanvar ayına kimi "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, onunla X14 haqqında müqavilə və əmək müqaviləsi bağlanmış, satış nümayəndəsinin vəzifə təlimatı keçilmiş və ona əmək funksiyaları izah olunmuşdur. Vəzifə öhdəliklərinə müştərilərə malları sifariş etmək, malların çatdırılmasına nəzarət etmək, satış nöqtərlərində olan maddi vəsaitlərə nəzarət etmək və məsuliyyət daşımaq, Cəmiyyətə məxsus malların satılmasından əldə olunan pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa nəzarət etmək və buna məsuliyyət daşımaq və sair daxil olmuşdur. Vəzifələrinin icra edilməsi üçün şirkət tərəfindən ona terminal təhkim olunmuş, terminalın təhkim olunmasına dair MMC rəhbəri tərəfindən əmr verilmiş və o, həmin əmrlə terminal üzrə aparılan bütün əməliyyatlara maddi məsul şəxs olmuşdur. O, Cəmiyyətin Quba rayonu üzrə satış nümayəndəsi vəzifəsində işləmiş, işi "xxxx" MMC-nin anbarından ona təhkim olunmuş ərazilər üzrə energetik və spirtli içkilərin mağazalar üçün sifariş edilməsi, daha sonra malların satışından əldə olunan pulu satış nöqtələrindən toplayaraq MMC-nin Quba filialının kassasına mədaxil edilməsindən ibarət olmuş, Cəmiyyətin hər satış təmsilçisinin mobil telefonuna “Tayqa” adlı mobil tətbiq yüklənmiş, həmin mobil tətbiqdə onun adına hesab açılmış və o, bütün sifarişləri həmin mobil tətbiq vasitəsi ilə vermiş, ərazidə olan müştəriyə yaxınlaşaraq onların istəyinə uyğun mal sifariş vermiş, tətbiqdə hər müştərinin adı olmuş, müştərinin adını seçdikdən sonra, malların adını, növünü və sayını qeyd edərək müştərinin adına sifariş vermiş, onun verdiyi sifariş əsasında mərkəz anbarda sifariş verilən mallar çeşidlənmiş və 3 ədəd satış fakturası ilə Cəmiyyətin Quba rayonu üzrə filialının anbarına göndərilmiş, bundan sonra həmin anbardan mallar daşıyıcılar vasitəsi ilə mağazalara çatdırılmış, mallar mağazalara təhvil veriləndən sonra müştəri malların təhvil alınması ilə bağlı satış fakturasına imza atmış, satış fakturasının biri daşıyıcı tərəfindən müştəriyə təqdim edilmiş, bir faktura ona təqdim olunmuş, o da həmin fakturaya imza atmış, bir faktura isə baş ofisdə saxlanmışdır. Daha sonra o, bəzi müştərilərə hər həftə sonu, bəzilərinə isə hər ay sonu yaxınlaşaraq satılan malların pulunu toplamış, müştərilər pulları ancaq ona ödəmiş, müştəri başqa heç kimə pul ödəməmişdir. Malların pulunu müştəridən təhvil alandan sonra bu barədə mobil tətbiqdə əməliyyat icra etmiş, əməliyyat icra olunan kimi müştərinin sistem üzərində borcu azalmış və həmin əməliyyat əsasında Quba filialında bölgə müdiri ödəmə qəbzləri tərtib etmişdir. Sistem ümumi olduğuna görə bölgə müdiri onun tərəfindən icra olunan bütün əməliyyatları görmüşdür. Daha sonra o, topladığı pul ilə ofisə yaxınlaşıb qəbzi bölgə müdirindən alandan sonra həmin pulu qəbzlə birlikdə kassirə təqdim etmiş, kassir pulu qəbul edəndən sonra qəbzi imzalayaraq ödəməni təsdiq etmiş, qəbzin biri kassirdə digəri isə onda qalmışdır. Həmçinin bəzi müştərilər bəzən satılan malları geri qaytarmış, müştərinin qayatardığı malları o, sistemə əlavə etmiş, bununla bağlı bölgə müdiri kompyuterdə geriqaytarma fakturası tərtib etmiş, həmin fakturalar əsasında daşıyıcılar malları müştərilərdən toplayıb anbara təhvil vermişlər. 2023-cü ilin dekabr ayında audit Murad və bölgə müdiri Coşqun müştərilərin birində 4 min manat məbləğində əskikliyin olmasını ona bildirmiş, o, isə müştərinin 4 min manat pulu verməməsini, ona görə əskiklik yaranmasını bildirmiş, bu kimi müştərilərin çox olduğunu, təxminən müştərilərin 35 min manat məbləğdə pulu ödəmək istəmədiklərini demiş, bundan sonra 2024-cü ilin yanvar ayında Coşqun və Murad ilə əraziyə çıxaraq ərazidə olan müştərilərin borc qalıqlarını yoxlamış, bir-bir müştərilərə yaxınlaşaraq onların borclarını soruşmuş, bəzi müştərilər borclarının olmamasını bildirsələr də, sistem üzərində onların Cəmiyyətə bordan olmuş, ona görə də onun ərazisində 54 manata yaxın əskikliyi yaranmışdır. Hər bir müştəri ilə bağlı üzləşmə aktları tərtib olunmuş və o həmin aktlara imza atmışdır. 50 min manata yaxın əskikliyin yaranmasının bir çox səbəbləri olmuş, birinci səbəb odur ki, Cəmiyyət tərəfindən ona plan qoyulmuş, həmin planı yerinə yetirmək üçün münasibəti olduğu müştərilərə almaq istədiyindən daha çox məbləğdə mal almasını xahiş etmiş, müştəri isə onunla razılaşmış və onun xətrinə ondan məsələn 500 manatlıq mal almaq istəmişdirsə, 5000 manatlıq almış, həmin mallarında satılması çox vaxt tələb etmiş, həmin vaxt ərzində digər şirkətin nümayəndələri həmin müştəriyə yaxınlaşaraq eyni malı qat-qat ucuz qiymətə təklif etmiş, müştəri də bundan narazı qalaraq onu ziyana saldığını bildirərək pul ödəməkdən imtina etmiş, o, bunu dəfələrlə bölgə müdirlərinə bildirmiş, onlar isə düzələcəyini demiş və buna əməmiyyət verməmişlər. Bu kimi hallar bütün mağazalarda təkrarlanmışdır. Həmçinin, satış nöqtələrinə çoxlu sayda mal satmış, lakin bəzən həmin malların çoxu müştəri tərəfindən geri qaytarılmış, bununla bağlı sistemdə əməliyyat icra etmək istəsə də, sistem həmin əməliyyatı qəbul etməmiş, ona görə də bununla bağlı faktura tərtib olunmamışdır. Müştəri isə malı istəməmiş, o, da daşıyıcıdan bütün malları götürüb anbara aparmasını xahiş etmiş, anbardar isə malları fakturasız qəbul etməmişdir. Mallar şirkətin həyətində qalmış, daha sonra atılmışdır. Bəzən o özü malları aparıb atmış, müştəri faktiki olaraq malı qaytardığına görə öz borcundan qaytardığı malın dəyərini çıxmış, geriqaytarma sistemə işlənilmədiyinə görə, sistemdə həmin borc azalmamış, təftiş zamanı da müştəri borcunun az olmasını demişdir. Lakin sistemdə fərqli məbləğ göstərilmişdir. Arada yaranan fərq isə ona borc kimi yazılmışdır. Bu hal “Zaur opt”, “Ən Ucuz market Nügədi”, “Era Market”, “İmam market”, “Nazir market”, “My Market” və bütün digər marketlərdə də təkrarlanmışdır. Göstərilən əskiliyin ona heç bir aidiyyəti olmamışdır. O sadəcə öz avtomobilinin təmir edilməsi məqsədi ilə, satışdan əldə olunan pullardan 9000 manata yaxın pulu götürərək xərcləmişdir. Çünki o, avtomobili şirkətdə işlədiyi üçün almış və şirkətin işləri ilə bağlı idarə etmişdir. Ona görə də malların satışından əldə olunan 9000 manat pulla avtomobilini təmir etdirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş müştərilərlə keçirilmiş təhvil-təslim zamanı tərtib edilmiş “Qarşılıqlı borc üzləşmə aktları”nda göstərilən əskiklikləri qəbul edib imza atması, xx.xx.2024- cü il xx.xx.2024-cü il tarixlərdə keçirimiş təhvil-təslim keçirilməsinə dair tərtib olunmuş aktda da bütün əskikliləri imzası ilə təsdiq edərək qəbul etməsi, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixli izahatda öz xətti ilə izahat verərək 54000 manat məbləğində pulu mənimsəməsini etiraf etməsi barədə heç bir şey deyə bilməmişdir. Müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 31 dekabr 2023-cü il tarixli akta əsasən 31 dekabr 2023-cü il tarixə müştərilərin Cəmiyyətə 111.227,96 (yüz on bir min iki yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat dəyərində borcu olmasını təsdiqləmiş, hər ayın sonu müştərilərin borcları yoxlanılmış və bu barədə akt tərtib olunmuş, həmin dövrdə də müştərilərin həmin məbləğdə borcu olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, 3 il "xxxx" MMC-də işləmiş, həmin müddət ərzində şirkətin malını satıb şirkət üçün gəlir əldə etmişdir. Öhdəsində 170 dükan olmuş, əvvəl özü tək başına idarə etmiş, sonradan çatdıra bilmədiyi üçün başqa ekspeditorla birlikdə əraziyə çıxmışdır. O, özü dükanlara mal verməmişdir. Sadəcə sifarişləri götürüb malın pullarını yığmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, 15000 min əksiyi vardır. Həmin 15000 manatın 5000 manatı dükanlarda qalmışdır. Bəzən mallar dükanlar üçün yazılmış, lakin anbarda qalıb dükanlara verilməmişdir. Bəzən də hansısa mağaza bloka salınmış, onlara verilməli mal onun adına yazılmışdır. Bundan başqa topdan satış mağazalara 100000 və ya 200000 manatlıq mal verilmiş, həmin malın 20000 manatlıq hissəsi geriqaytarma kimi qeydə alınmışdır. Təqsirləndirilən şəxs əvvəl özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqının son iclaslarında mülki iddianı qəbul edərək, qalan borcu ödəməkdən yayınmadığı, ona vaxt veriləcəyi təqdirdə qalan borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMCnin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Hüquq Şöbəsində hüquqşünas vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvvəllər "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, satış nümayəndəsi şirkətin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmiş, onun məsuliyyətini daşımış, müştərilərdən, ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Təqsirləndirilən şəxs ilə şirkət arasında X14 daşıma haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən şirkətə məxsus olmaqla Fərəhə tapşırılmış əmlakın salamatlığını təmin etmək, vurulmuş ziyana görə X14 daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək öhdəliyi götürmüşdür. Bundan başqa satış nümayəndəsi kimi işə başlayan zaman Təqsirləndirilən şəxs tərəfindən imzalanmış vəzifə təlimatına əsasən "xxxx" MMC-nin məhsullarının ərazidə satışını təşkil etmiş, satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmiş, onun məsuliyyətini daşımışdır. Belə ki, satış nümayəndələri satış nöqtələrinin sifarişini post terminalda qeyd edərək cəmiyyətin anbanna elektron şəkildə yönləndirmiş, satış nümayəndəsinin verdiyi sifarişə əsasən qida və qeyri-qida məhsulları anbardan sürücülər vasitəsilə satış nöqtələrinə paylanmışdır. Təqsirləndirilən şəxs satış nümyəndəsi olduğu ticarət nöqtələri üzrə şirkətin əmlakında çatışmazlıqlar müəyyən olunduğuna görə xx.xx.2024-cu il tarixdən xx.xx.2024-cü il tarixədək həmin ticarət obyektlərində şirkətin daxili auditi təşkil olunmuşdur. Yoxlamada daxili audit Şahid7, bölgə müdiri X5, Təqsirləndirilən şəxs özü və yeni satış nümayəndəsi Nurlan Abdullayev işitrak etmişlər. Yoxlama 50 ticarət obyektində aparılmış və Təqsirləndirilən şəxs hər bir obyektdə aparılan yoxlamada şəxsən iştirak etmişdir. Yoxlama zamanı ticarət obyektlərində 54023,62 manatlıq əskiklik müəyyən olunmuşdur. Lakin yoxlama zamanı bəzi mağazalar bağlı olduğuna və həmin mağaza sahiblərinin yerini müəyyən edə bilmədiklərinə görə onların real borcunu öyrənə bilməmiş, 3 mağazanın borcu müəyyən edilmədiyinə görə həmin məbləğ Təqsirləndirilən şəxs xeyrinə çıxılmış və Təqsirləndirilən şəxs öhdəliyində 51982,45 manat məbləğində pul qalmışdır. Cəmiyyətin kassasına pullar bəzi mağazalar tərəfindən öz hesablarından birbaşa Cəmiyyətin bank hesabına ödənilmiş, lakin daxili audit keçirilən zaman müştərilər tərəfindən birbaşa bank hesabına ödənilmiş məbləğlər dəqiqləşdirilməmiş, lakin sonradan rayon prokurorluğundan sənədlərin təqdim edilməsi ilə bağlı sorğu daxil olduqda müvafiq sənədlər hazırlanarkən Təqsirləndirilən şəxs ərazisində olan müştərilərin əlavə olaraq 831 manat məbləğində pul ödədikləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 7058,95 manat nağd ödənilmiş, 3218,79 manatının təftiş zamanı yerində satış nöqtələri ödəmiş, qalan məbləğ isə satış nöqtələri tərəfindən bank köçürməsi vasitəsi ilə ödənilmiş, ümumilikdə 17580,87 manat ödəniş edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs hesabında olan ümumi çatışmazlıq 50423 manat məbləğində olmuşdur. “May Market” satış nöqtəsinin müdiri Şahid8 tərəfindən 5486,29 manat məbləğində malın pulunun ödənilməməsi və malların atılması daxili audit zamanı bildirilmədiyinə görə həmin məbləğ Təqsirləndirilən şəxs hesabına yazılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi, ilkin yoxlama zamanı 54023,62 manatlıq əskiklik müəyyən edilmiş, yoxlama zamanı bəzi mağazalar bağlı olduğuna və həmin mağazaların borcu müəyyən edilmədiyinə görə həmin məbləğ Təqsirləndirilən şəxs xeyrinə çıxılmış və Təqsirləndirilən şəxs öhdəliyində 51982,45 manat məbləğində pul qalmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs hesabında 50.423,90 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilmişdir. İbtidai araşdırma zamanı işi aparan müstəntiq faktiki sübutlarla 44.937,61 manat çatışmamazlığının olmasını müəyyən etmiş, həmin ziyandan Təqsirləndirilən şəxs tərəfindən 5000 manat ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi mülki iddianı müdafiə edərək, bildirdi ki, mülki iddia ərizəsində tələb olunan məbləği 39.937,61 manat təşkil etdiyini bildirsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən 5000 manat ödənilmiş, hal-hazırda dəymiş ziyan 34.937,61 manat təşkil edir. Sonda zərərçəkmiş şəxsin şirkətə dəymiş ziyanı tələb edir, əks halda Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından "xxxx" MMC-nin Quba filialının xəzinədarı vəzifəsində işləmiş, vəzifəsi satışdan əldə olunan məbləğlərin qəbul edilməsi və baş ofisə göndərilməsindən ibarət olmuş, Quba filialında tək işləmişdir. İşi ancaq pulların qəbul olunub sistemə işlənilməsindən ibarət olmuşdur. Malların satışı, geri qaytarılması və digər məsələlərin ona aidiyyəti olmamışdır. Cəmiyyətin Quba filialında təxminən 30 nəfər satış təmsilçisi olmuş, hər satış təmsilçisinin satdığı mal fərqli olmuş, Cəmiyyət təkcə spirtli və enerji içiləri deyil, həmçinin un məhsulları da satmışdır. Satış təmsilçisi malları sifariş verərək müştərilərə paylamış, daha sonra isə pulları müştərilərdən toplamış, müəyyən məbləğdə pul yığılandan sonra onlar filial müdiri Coşquna yaxınlaşmış və Coşqun kompyuterdən satış təmsilçisinin adı və ödədiyi məbləğ qeyd olunan ştrixkodlu qəbzlər tərtib etmiş və satış təmsilçilərinə təqdim etmiş, satış təmsilçisi isə həmin qəbzlə birlikdə satışdan əldə olunan pulları ona təqdim etmiş, o, pullan sayandan sonra qəbul etmiş və həmin ştrixkodu sistemə vurmuşdur. Baş ofisdən təyin olunan vaxt isə o pulları və qəbzləri inkassator vasitəsi ilə baş ofisə göndərmişdir. Onun işi bundan ibarət olmuşdur. Təqsirləndirilən şəxs Quba filialında satış təmsilçisi işləmiş, Fərəhlə işlədiyi dövrdə hər hansı bir problem olmamışdır. Sonradan Təqsirləndirilən şəxs satışdan əldə olunan pulları kassaya mədaxil etməyərək mənimsədiyini öyrənmişdir. Satışdan əldə olunan pullar başqa şəxs tərəfindən qəbul edilməmiş, satışdan əldə olunan pullar qəbzlə onun tərəfindən qəbul edilərək baş ofisə göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs gün ərzində yığdığı pulları üzərində gətirib vermiş, o da qəbul etmişdir. Bir nüsxəsi özündə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, 2023-cü ilin dekabr ayının 1-dən "xxxx" MMC-nin Quba-Qusar bölgəsinin müdiri vəzifəsində işləmiş, Quba-Qusar rayonlarında ümumilikdə 140 müştəri olmuş və bölgəsində satış təmsilçisi olmuşdur. Vəzifə öhdəliklərinə satış təmsilçilərinə, malların müştərilərə çatdırılmasına nəzarət və sair daxil olmuşdur. "xxxx" MMC qida, spirtli və energetik içkilərin satışını həyata keçirmiş, malların satışı satış təmsilçiləri vasitəsi ilə həyata keçirilmiş, hər bir satış təmsilçisinə terminal təhkim olunmuş, satış təmsilçisi ona təhkim olunmuş ərazidə olan müştərilərə yaxınlaşaraq onların istəyinə uyğun mal sifariş etmiş, terminalda aparılan əməliyyat avtomatik olaraq baş ofisdə görünmüş və sifarişə uyğun olaraq baş ofisdə yerləşən anbarda sifariş verilən mallar çeşidlənərək ayrılmış və daşıyıcılar vasitəsi ilə MMC-nin Quba rayonu, İqrik kəndində yerləşən anbarına çatdırılmışdır. Mallar əsas anbardan 3 ədəd satış fakturası ilə birlikdə gəlmiş, daha sonra yerli filialdan daşıyıcılar vasitəsi ilə mallar müştərilərə paylanmış, mallar paylanandan sonra tərtib olunmuş fakturalardan biri baş ofisə təqdim olunmuş, biri satış təmsilçisinə verilmiş, biri isə müştəridə qalmışdır. Daha sonra satış təmsilçisi müştərilərə yaxınlaşaraq satılan malların pulunu əlbəəl onlardan almış, pulu alandan sonra terminalda bu barədə həmin müştərinin adına müvafiq məbləği daxil edərək ödəniş etmiş, daha sonra toplanan pulu Quba filialında kassaya ödəmiş, ödəniş barədə sistemə məlumat daxil edəndən sonra bunu sistem üzərində görümüş və ödəniş barədə qəbz çıxardaraq satış təmsilçisinə vermişdir. Daha sonra kassir həmin qəbz əsasında satış təmsilçisinin müştəridən aldığı məbləği qəbul etmiş və pulu təhvil alınması ilə bağlı kassir, təhvil verilməsi ilə bağlı isə satış təmsilçisi qəbzə imza atmışlar. O, bu formada satışa nəzarət etmişdir. Təqsirləndirilən şəxs səhv xatırlamırsa 2021-ci ildən "xxxx" MMC-də satış təmsilçisi işləmiş, Fərəhi 2023-cü ilin dekabr ayından tanımış, onunla münasibəti yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ilin yanvar ayında, şirkətin daxili auditi Şahid7 ilə müştərilərin borc qalıqlarını yoxlamaq üçün əraziyə çıxmış, Təqsirləndirilən şəxs işlədiyi ərazidə, bəzi müştərilərdə borcda uyğunsuzluq yaranmışdır. Təqsirləndirilən şəxs ancaq enerji içkilərinin satışını həyata keçirmiş, həmin əskikliklər müəyyən ediləndən sonra Fərəh müştərilərə endirimlə mal satdığına görə belə bir əskikliyin yarandığını bildirmiş, o, Fərəhdən ümumilikdə nə qədər əskiliyin olmasını soruşanda Fərəh ona 35 min manat civarında olduğunu bildirmişdir. Ona görə də Fərəhi işdən kənarlaşdıraraq ərazini yoxlamaq qərarına gəlmiş və 16-31 yanvar 2024-cü il tarixdə Cəmiyyətin audit şöbəsinin mütəxəssisi Şahid7, Təqsirləndirilən şəxs və yeni işə düzələn satış təmsilçisi Nurlan Abdullayevin iştirakı ilə ərazidə müştərilərin borc qalıqlarını yoxlamışlar. Yoxlama zamanı bir-bir müştərilərə yaxınlaşaraq onların Cəmiyyətə olan borclarını soruşmuş, bir çox müştərinin real borcu sistem üzərində göstərilən borcdan daha az olmuş, bununla bağlı üzləşmə aktları da tərtib olunmuş və Fərəh özü də həmin aktlara imza ataraq müştərinin dediklərini təsdiq etmişdir. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs hesabında 53 min manata yaxın məbləğdə əskiklik yaranmış, bununla bağlı aktda tərtib olunmuş və Təqsirləndirilən şəxs da həmin akta da imza atmışdır. 16-31 yanvar 2024-cü il tarixdə keçirilən təftiş zamanı bağlı mağazalar olmuş, həmin müştərilərin real borcunu öyrənə bilmədiklərinə görə sistem üzərində göstərilən borcu Təqsirləndirilən şəxs borcu kimi hesablamışlar, sonradan təqdim olunan sənədlərdə həmin bağlı mağazaların borcu çıxılmışdır. Təqsirləndirilən şəxs müştəriyə mal sifariş verdikdən sonra borcu olan müştəriyə yaxınlaşaraq ondan satılan malın pulunu almış, lakin bu barədə ona təhkim olunmuş terminal vasitəsi ilə əməliyyat aparmamış, həmçinin yığdığı pulu da kassaya ödəməmişdir. Bu formada Fərəh yığdığı pulu mənimsəmişdir. Satış təmsilçisinə həqiqətən də aylıq plan qoyulmuş, plan mövsümə uyğun olaraq dəyişilmişdir. Əgər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi, müştərilər malların pulunu ödəməkdən imtina etmişlərsə, Fərəh bu barədə təftiş zamanı ona bildirməli olmuş, lakin təftiş zamanı Fərəh heç bir şey deməmişdir. Müştərilər də belə bir halın olmasını onlara bildirməmişlər. Onun dedikləri həqiqət olmamışdır. O, təftiş zamanı da əskikliklərin hansı səbəbə yaranmasını Fərəhdən soruşanda sonuncu həmin pulları avtomobilinin təmirinə xərcləməsini bildirmişdir. Təqsirləndirilən şəxs geri qaytarılan malları barədə sitemdə əməliyyat icra etməsinə baxmayaraq, sistem tərəfindən əməliyyatın icra olunmaması, buna görə də geriqaytarma fakturası tərtib edə bilməməsi, faktura tərtib edə bilmədiyinə görə də anbardarın malları qəbul etməməsi barədə ifadəsində göstərdikləri yalan olmuş, bütün mallar həqiqətən geriqaytarma fakturası əsasında anbara qaytarılmış, bəzən yeni gələn mallar olanda adı sistemə gec daxil edilmiş və həmin mal barədə geriqaytarma əməliyyatı icra etmək mümkün olmamış, belə olan halda baş ofisə məlumat verilmiş və bu problem yarım saat ərzində aradan qaldırılmışdır. Malların uzun müddət ya müştəridə, yada anbarda qalması həqiqətə uyğun olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2023-cü avroradan işə başlamıram, 2024-cü ilin yanvar ayında, şirkətin daxili auditi Şahid7 ilə müştərilərin borc qalıqlarını yoxlamaq üçün əraziyə çıxmış, Təqsirləndirilən şəxs işlədiyi ərazidə, bəzi müştərilərdə borcda uyğunsuzluq yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, 2023-cü ilin aprel ayında "xxxx" MMC-nin Şimal regionu üzrə filial müdiri vəzifəsində təyin edilmişdir. Onun vəzifəsi səlahiyyətlərinə aid olan məsələlərdən nizam intizama riayət edilməsini yoxlamaq, geyim formasına nəzarət etmək və işçilərə baxış keçirməkdir. Ona təhkim olan bölgə müdiri Şahid3 tərəfindən bildilirdi ki, Təqsirləndirilən şəxs işlədiyi ərazidə, bəzi müştərilərdə borcda uyğunsuzluq yaranmışdır. O, bu barədə rəhbərliyə məlumat vermis, bununla bağlı araşdırma aparılmışdır. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs 54000 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilmiş, qaytarılan pullardan sonar 44.000 manat çatışmamazlığının olmasını müəyyən etmişdir. O, araşdırma zamanı nə də audit yoxlamasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 2022-ci ilin may ayından "xxxx" MMC-nin Şimal filialının müdiri vəzifəsində işləyir. Cəmiyyətin Şimal filialına Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən rayonları daxildir. Onun vəzifəsinə bölgə müdirləri, satış təmsilçilərinə, malların vaxtında çatdırılması və müştərilərə paylanması, kassa yığımlarında nəzarət etmək və sair daxildir. Filialda 4 bölgə müdiri və 28 satış təmsilçisi vardır. "xxxx" MMC qıda məhsullarının satışını həyata keçirir. Satış satış təmsilçiləri tərəfindən təşkil olunur. Hər satış təmsilçisinin mobil telefonuna “Tayga Sale” adlı mobil tətbiq yüklənir, həmin tətbiqdə satış təmsilçisinin adma hesab açılır və satış təmsilçisi həmin tətbiq vasitəsi ilə əməliyyatlar icra edərək sifarişlər verir. Həmin tətbiqdə satış təmsilçisinin öz ərazisində olan müştərilərin siyahısı olur. Satış təmsilçisi müştəriyə yaxınlaşaraq sifarişlər qəbul edir və bu barədə tətbiqdə malların adını, növünü və sayını göstərərək, müvafiq müştərinin adını seçərək sifariş verir. Həmin sifariş əsasında mərkəz anbarda satış fakturası tərtib olunur və sifariş verilən mallar satış fakturaları ilə birlikdə daşıyıcılar vasitəsi ilə Quba rayonu, İqrik kəndində yerləşən anbara gətirilir. Bundan sonra isə həmin anbardan mallar daşıyıcılar vasitəsi ilə müştərilərə paylanılır. Mallar paylanandan sonra müştəri satış fakturasına malları qəbul etməsi ilə bağlı imza atır. Növbəti gün isə satış təmsilçisi malların təvhil verilib-verilməməsini yoxlamaq üçün əraziyə çıxır və müştəriləri yoxlayır. Mallar çatdırılandan bir müddət sonra satış təmsilçisi müştərilərdən satılan malların pulunu yığır. Hər ödəniş barədə satış təmsilçisi onda olan mobil tətbiqdə əməliyyat icra edir. Bundan sonra müştərinin borcu sistemdə azalır. Ödəniş barədə filialda qəbzlər tərtib olunur və kassirə təhvil verilir. Pulları yığandan sonra satış təmsilçisi həmin ödəniş qəbizlərinə əsasən pulları kassaya təhvil verir. Həmçinin bəzən elə olur ki, mallar müştərilər tərəfindən geri qaytarılır. Bu halda satış təmsilçisi müştəriyə yaxınlaşaraq qaytarmaq istədiyi malları adını və sayını tətbiqə daxil edir. Bunun əsasında geriqaytarma fakturası tərtib olunur. Bundan sonra daşıyıcı həmin faktura əsasında malları müştərindən alaraq anbara gətirir. Növbəti gün isə satış təmsilçisi malların geri qaytarılması ilə bağlı tərtib olunmuş fakturaya imza atır. O Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu 2021-ci ildən Cəmiyyətin satış nümayəndəsi vəzifəsində işləyir, Quba rayonunda yerləşən müştərilərə mal satır. 2023-cü ilin dekabr ayında onun ərazisində olan bəzi mağazalarda əskiklik aşkar olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs işdən xaric edərək onun fəaliyyətini yoxlamışlar, yoxlama zamanı Təqsirləndirilən şəxs ərazisində 54 min manat civarında əskiklik aşkar edilmişdir. Təqsirləndirilən şəxs da həmin təftiş zamanı iştirak etmiş və yaranan əskiklikləri etiraf etmişdir. Satış təmsilçisinə aylıq plan qoyulmuş, plan mövsümə uyğun olaraq dəyişilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, Quba rayonu, Amsar kənd ərazisində “May” adlanan marketdə müdir işləyir, satış fakturalarında mağazanın adı “May” kimi qeyd olunmuşdur. Malların sifariş olunması, malların pulunun ödənilməsi və mağazanın bütün fəaliyyətinə özü rəhbərlik etmişdir. "xxxx" MMC-dən “Bizon” enerji içkilərini almış, malları satış təmsilçiləri vasitəsi ilə sifariş etmiş, satış təmsilçisi Təqsirləndirilən şəxs tanımış, Fərəhlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, malları nisyə olaraq almış və mallar gələndən sonra hər ayın sonuna kimi hissə-hissə malların pulunu Fərəhə əlbəəl nağd şəkildə ödəmiş, faktura əsasında malları qəbul etmiş, malları qəbul etməsi ilə bağlı daşıyıcı tərəfindən ona təqdim olunan satış fakturasına imza atmış, malların qaytarılması da həmin qaydada həyata keçirilmiş, qaytarmaq istədiyi malları satış təmsilçisinə bildirmiş, sonuncu isə bu barədə sistemdə qeydlər aparmış, növbəti gün daşıyıcı gələrək ona geriqaytarma fakturası təqdim etmiş və o həmin faktura əsasında malları qaytarmışdır. 17 yanvar 2024-cü il tarixdə mağazada olan zaman Fərəh və "xxxx" MMC-nin digər əməkdaşları gələrək onun Cəmiyyətə nə qədər borcunun olmasını soruşmuş, həmin vaxt onun 918,61 manat borcu olmuş, lakin Cəmiyyətin hesablamalarına görə onun 6404,90 manat məbləğində borcu olmuş, 5486,29 manat əskiklik yaranmışdır. Fərəh üçün şirkət tərəfindən müəyyən məbləğdə plan qoyulmuş, həmin planı yerinə yetirmək üçün Fərəh ona istədiyindən artıq məbləğdə mal yazmış, Fərəh özü bunu ondan xahiş etmiş, o, isə malları sata biləcəyini düşünərək etiraz etməmiş, həmin mallar daşıyıcılar vasitəsi ilə mağazaya gətirilmiş, o, da həmin malları qəbul etmişdir. Lakin mağazasının dövriyyəsi az olduğundan bütün malı sata bilməmiş, ona görə də malları Fərəhə qaytarmaq istəmiş, lakin Fərəh həmin malların şirkət tərəfindən qəbul edilmədiyini bildirərək saxlamasını xahiş etmiş və daha sonra götürəcəyini bildirmişdir. O, isə həmin malları bir müddət saxlamış, daha sonra Fərəhin özü malları qəbul etmiş və mallar xarab olduğuna görə atmışlar. 5486,29 manat dəyərində mal geri qaytarılmamış və vaxtı keçdiyinə görə atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, 2023-cü ilin fevral ayından "xxxx" MMC-nin Quba filialında sürücü vəzifəsində işləmiş, vəzifəsi ancaq malların daşınmasından ibarət olmuşdur. 2023- cü ilin sentyabr ayına kimi Siyəzən rayonunda işləmiş, həmin vaxtdan sonra isə Quba rayonunda keçirilmişdir. Mallar satış təmsilçisi tərəfindən sifariş veriləndən sonra mərkəz anbardan Quba rayonunda olan anbara gətirilmiş, daha sonra isə koordinator Şahid2 tərəfindən hansı malların hansı sürücü tərəfindən daşınacağı müəyyən edilmiş, o, ancaq Quba rayonuna, 6 satış təmsilçisinin sifariş verdiyi malları daşımış, malları anbardardan satış fakturası əsasında təhvil almış və mağazalara paylamışdır. Malları təhvil alması ilə bağlı satış fakturasına imza atmış, müştəriyə təhvil verəndən sonra da müştəriyə imzalatmışdır. Mallar 3 ədəd faktura ilə gəlmiş, fakturaların biri müştəridə biri onda qalmış, digəri isə satış təmsilçisi tərəfindən imzalandıqdan sonra baş ofisə göndərilmişdir. Malların geri qaytarılması da eyni qayadada həyata keçirilmiş, satış təmsilçisi geri qaytarılan mallar barədə sistemə əməliyyat daxil edəndən sonra geriqaytarma fakturası tərtib olunmuş və ona təqdim edilmiş, o, həmin faktura əsasında malları mağazalardan yığaraq anbara gətirmiş, anbardar faktura əsasında malları sayıb qəbul edib geriqaytarma fakturasına imza atmışdır. Daha sonra həmin mallar mərkəz anbara qaytarılmışdır. O, Quba rayonuna keçirildikdən sonra Təqsirləndirilən şəxs tanımış, Fərəh ilə heç bir ədavəti və düşmənçiliyi olmamış, sonradan Fərəhin ərazisində müəyyən məbləğdə əskiklik yaranmasını və Fərəhin işdən azad olunmasını eşitmişdir. O, işlədiyi dövrdə anbardarın geri qaytarılan malı qəbul etməməsi halı baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, o, 1996-cı ildən Quba rayonu, İkinci Nügədi kəndində mağaza işlədir. Müxtəlif şirkətlərdən mallar sifariş edir. Mal sifariş etdiyi şirkətlərdən biri də "xxxx" MMC-dir. Təqsirləndirilən şəxs tanıyır. Sonuncu "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. O, sifariş vermək istədiyi malları Fərəhə bildirmiş, Fərəh isə onda olan telefon vasitəsi ilə malları sifariş vermiş, 1 və ya 2 gündən sonra mallar sürücülər vasitəsi ilə mağazaya çatdırılmışdır. Mallar çatdırılandan hər həftə sonuncu malın pulunu əlbəəl şəkildə ödəmişdir. 2024-cü ilin yanvar ayında "xxxx" MMC-nin əməkdaşları Fərəh ilə birlikdə mağazaya gəlmişlər və onun şirkətə olan borcunu soruşmuşlar, həmin vaxt onun şirkətə borcum yox idi. O, istədiyi qədər mal sifariş vermiş və fakturada göstərilən məbləği də Fərəhə nağd şəkildə ödəmişdir. Az məbləğdə geriqaytarmalar olmuşdur, lakin həmin mallar da ancaq geriqaytarma fakturası əsasında qaytarılırmışdır. Fakturasız mal qaytaramamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, o, Quba şəhərində “Mega Market” adlanan mağaza işlədirəm. Mağazada müxtəlif növ məhsulları satır. 2020-ci il tarixdən "xxxx" MMC ilə əməkdaşlıq edir. Təqsirləndirilən şəxs tanıyır. Sonuncu "Avrora” MMC-nin satış təmsilçisi vəzifəsində işləmişdir. O, mağazaya malları Fərəh vasitəsi ilə sifariş etmiş, mallar gələndən sonra isə hər ayın sonu malların pulunu nağd şəkildə Təqsirləndirilən şəxs ödəmişdir. 31 yanvar 2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndələri Təqsirləndirilən şəxsla mağazaya gələrək borc qalığın yoxlamışlar. Həmin vaxt onun şirkətə borcu olmamışdır. Lakin şirkətin hesablamalarına görə 1346,40 manat məbləğində borc qalmışdır. O, istədiyi qədər mal sifariş vermişdir və fakturada göstərilən məbləği də Fərəhə nağd şəkildə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, 2019-cu ildən "xxxx" MMC-nin Quba filialının logistik koordinatoru vəzifəsində işləmiş, vəzifəsi malların anbardan mağazalara paylanması və mağazadan anbara qaytarılmasına nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Tabeliyində daşıyıcılar olmuşdur. Region üzrə hər rayonun öz daşıyıcısı olmuş, satış təmsilçiləri malları sifariş verdikdən sonra o, sistem üzərində verilən sifarişlərə baxıb malları daşıyıcılar arasında bölmüş, hər satış təmsilçisinin malını müəyyən daşıyıcılar mağazalara paylamışdır. Ona görə də verilən sifarişlərin hansı satış təmsilçisi tərəfindən verilməsindən asılı olaraq o daşıyıcıları müəyyən etmişdir. Daha sonra mallar mərkəz anbardan satış fakturaları ilə Quba fililalının anbarına gətirilmiş, anbardar tərəfindən qəbul olunduqdan sonra satış fakturası əsasında mallar ayrılmış, daha sonra onun təyin etdiyi daşıyıcı malları satış fakturası əsasında qəbul etmiş və müştərilərə paylamışdır. Müştərilər malları qəbul edəndən sonra daşıyıcının ona təqdim etdiyi 3 ədəd fakturaya imza atmış və malları qəbul etmişdir. Həmin fakturanın biri müştərinin özündə qalmış, digər satış fakturası satış təmsilçisinə verilmişdir. Bir satış fakturası da baş ofisə göndərilmişdir. Malların geri qaytarılması da həmin qaydada həyata keçirilmişdir. Satış təmsilçisi sistemdə geriqaytarma əmliyyatı icra etmiş, hər satış təmsilçisinin öz kodu olmuş, o, satış təmsilçisinin koduna daxil olaraq geriqaytarma edib- etməməsinə baxmış, geri qaytarma olan zaman da 3 ədəd faktura tərtib olunmuş və həmin faktura daşıyıcıya təhvil verilmişdir. Daşıyıcı da fakturada göstərilən malları fakturada göstərilən müştəridən təhvil alaraq anbara gətirmiş və anbardar da həmin malları sayaraq qəbul etmişdir. Geriqaytarma fakturasına da sürücü, müştəri və anbardar imza atmışlar. O, işlədiyi dövrdə satış təmsilçilərindən biri Fərəh olmuş, Fərəh işlədiyi dövrdə malların daşınmasında hər hansı bir problem olmamışdır. Daşıyıcılar geriqaytarma fakturası olmadan malları qaytarmamış, anbardar da qəbul etməmişdir. Lakin onun xatırladığı qədəri ilə qaytarılan malların hamısı daşıyıcılar tərəfindən götürələrək anabara təhvil verilmişdir. Təhvil alınmayan mal olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 2019-cu ilin fevral ayından "xxxx" MMC-nin Quba filialının anbardarı vəzifəsində işləmiş, vəzifəsi malların qəbul olunması, çeşidlənməsi və təhvil verilməsindən ibarət olmuşdur. Mallar satış təmsilçisi tərəfindən sifariş veriləndən sonra mərkəz anbardan daşıyıcılar tərəfindən 3 ədəd satış fakturası ilə Quba filialının anbarına gətirilmiş, ona təqdim olunan fakturalar əsasında malları sayıb qəbul etmiş, daha sonra isə malları ayırıb hazır qoymuş, həmin gün və ya növbəti gün daşyıcı gələrək faktura əsasında ondan malları təhvil almış, o, malları təhvil verməsi ilə bağlı satış fakturalarına imza ataraq daşıyıcıya təqdim etmiş, daha sonra həmin daşıyıcı malları ondan təhvil alandan sonra mağazalara paylamışdır. Malların geri qaytarılması da həmin qaydada həyata keçirilmiş, satış təmsilçisi geri qaytarılan mallar barədə sistemə əməliyyat daxil edəndən sonra geriqaytarma fakturası tərtib olunmuş və daşıyıcıya təhvil verilmişdir. Daşıyıcı həmin faktura əsasında malları mağazalardan yığaraq anbara gətirmiş və o həmin faktura əsasında malları sayıb qəbul edib geriqaytarma fakturasına imza atmışdır. Daha sonra həmin mallar mərkəz anbara qaytarılmışdır. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamış, Fərəhlə işlədiyi dövrdə sonuncunun hər hansı bir probleminin olmasının şahidi olmamışdır. Sonradan Fərəhin şirkətə məxsus pulları mənimsəməsini eşitmişdir. O, geri qaytarılan malları anbara ancaq faktura əsasında qəbul etmiş, faktura olmadığı təqdirdə malları qəbul etməmişdir. Bəzən də, geri qaytarılan mallar ilə fakturada göstərilən mallarda uyğunsuzluq olmuş, belə olan halda o, satış təmsilçisinə məlumat vermiş və bu uyğunsuzluq yeni faktura tərtib olunmaqla aradan qaldırılmışdır. Lakin Təqsirləndirilən şəxs və ya qeyrisi geriqaytarma fakturası olmadan ona mal gətirməmişdir. Anbarın həyətində malların qalması halı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, o, Quba şəhəri, bazar ərazisində yerləşən topdan və pərakəndə satış olan ərzaq mağazası işlətmiş, mağazanın rəsmi adı olmamış, satış fakturasında mağazanın adı “Zaur topdan” kimi qeyd olunmuşdur. Malların sifariş olunmasına, pulunun ödənilməsinə, geri qaytarılmasına və mağazanın bütün fəaliyyətinə özü rəhbərlik etmişdir. "xxxx" MMC qida məhsullarının satışını həyata keçirmiş, o, "xxxx" MMC-dən “Bizon” enerji içkilərini almış, malları satış təmsilçiləri vasitəsi ilə sifariş etmiş, satış təmsilçisi Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, malları nisyə olaraq almış və mallar gələndən sonra ayın sonuna kimi hissə-hissə malların pulunu Fərəhə ödəmiş, malları faktura əsasında qəbul etmiş, fakturasız malları qəbul etməmiş, malları qəbul etməsi ilə bağlı daşıyıcı tərəfindən ona təqdim olunan satış fakturasına imza atmış, malların qaytarılması da həmin qaydada həyata keçirilmişdir. 2024-cü ilin yanvar ayında mağazada olan zaman Fərəh və "xxxx" MMC-nin digər əməkdaşları gələrək Cəmiyyətə nə qədər borcunun olmasını soruşmuş, həmin vaxt onun 6360,02 manat borcum var olmuş, lakin Cəmiyyətin hesablamalarına görə onun 9429,83 manat məbləğində borcu olmuşdur. 31 yanvar 2024-cü il tarixli “Qarşılıqlı borc üzləşmə” aktında olan imza ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs Cəmiyyət tərəfindən ona plan qoyulması, həmin planı yerinə yetirmək üçün münasibəti olduğu müştərilərə almaq istədiyindən daha çox məbləğdə mal almasını xahiş etməsi, müştərinin isə daha çox mal alması, həmin vaxt ərzində digər şirkətin nümayəndələri müştəriyə yaxınlaşaraq eyni malı qat-qat ucuz qiymətə təklif etməsi, müştəri də bundan narazı qalaraq ona pul ödəməsi barədə ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, onda belə bir hal baş verməmiş, Fərəh ona belə bir təklif etməmişdir. O, ancaq öz istədiyi miqdarda mal sifariş verirmiş və satış fakturasında göstərilən məbləği də ödəmişdir. Təqsirləndirilən şəxs geri qaytarılmış mallara görə sistemdə əməliyyat icra etsə də, sistem həmin əməliyyatı qəbul etməməsi, faktura tərtib olunmaması, müştərinin isə malı istəməməsi, onun isə da malları anbara aparması, lakin anbardarın malları qəbul etməməsi, müştərinin faktiki olaraq malı qaytardığına görə öz borcundan qaytardığı malın dəyərini çıxması, geriqaytarma sistemə işlənilmədiyinə görə, sistemdə həmin borcun azalmaması, təftiş zamanı da müştərinin borcunun az olmasını bildirməsi barədə ifadəsində göstərdiyi xüsatlar barədə bildirmişdir ki, onun satış nöqtəsində belə bir hal olmamış, satış təmsilçisi mağazaya gəlmiş, o, qaytaracağı malları sadalamış, Fərəh isə bunu terminalda qeyd etmiş, növbəti gün daşıyıcı gələrək ona geriqaytarma fakturası təqdim etmiş və həmin fakturada göstərilən mallar onun bir gün əvvəl satış təmsilçisinə dediyi mallar olmuş, o, həmin malları daşıyıcıya qaytarmış, fakturaya da imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, 2022-ci ildən Quba şəhərində yerləşən “Panda” adlanan mağazanı icarəyə götürərək işlədir. Mağazaya malların sifarişi, pulların ödənilməsi, malların qaytarılmasına və bütün maliyyə məsələlərinə özüm nəzarət edir. 2022-ci ildən "xxxx" MMC ilə əməkdaşlıq edirəm, enerji içkiləri alır. Malları satış təmsilçisi vasitəsi ilə sifariş verir. Satış təmsilçisinə sifariş etmək istədiyi malın növünü və sayını bildirir. Növbəti gün sifariş verdiyi mallar daşıyıcılar vasitəsi ilə mağazaya çatdırılır. Mallar satış fakturası ilə birlikdə gəlir və o, həmin satış fakturası əsasında malları qəbul edir. Sonradan isə hissə hissə malların satış təmsilçisinə əlbəəl ödəyir. Bəzən pulları mağazada satıcı işləyən Emil də ödəmişdir. 17 yanvar 2024-cü il tarixə satıcı Emil ona zəng edərək "xxxx" MMC-nin əməkdaşlarının gəlməsini və mağazanın onlara olan borcunu soruşmalarını bildirmişdirlər. Həmin vaxt mağazanın cəmiyyətə borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərmişdir ki, Quba şəhər ərazisində “Orbit” adlanan marketdə müdir işləyir. Malların sifariş olunması, malların pulunun ödənilməsi və mağazanın fəaliyyətinə özü rəhbərlik edir. "xxxx" MMC- ilə əməkdaşlıq edir. MMC qida məhsullarının satışını həyata keçirir. O, "xxxx" MMC-dən “Bizon” enerji içkilərini alır. Malları satış təmsilçiləri vasitəsi ilə sifariş edir. Satış təmsilçisi Təqsirləndirilən şəxs olmuşdur. O, malları nisyə olaraq almış və mallar gələndən sonra ayın sonuna kimi hissə-hissə malların pulunu Fərəhə ödəmişdir. O, faktura əsasında malları qəbul etmiş və fakturasız malları qəbul etməmişdir. 17 yanvar 2024-cü il tarixdə mağazada olan zaman Fərəh və "xxxx" MMC-nin digər əməkdaşları gələrək onun Cəmiyyətə nə qədər borcunun olmasını soruşmuş, lakin o, nə qədər borcu olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 göstərmişdir ki, Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən “Pərviz” adlanan marketdə müdir işləyir. Malların sifariş olunmasına, malların pulunun ödənilməsinə və mağazanın bütün fəaliyyətinə özü rəhbərlik edir. "xxxx" MMC-ilə əməkdaşlıq edir. MMC qida məhsullarının satışını həyata keçirir. O, "xxxx" MMC-dən “Bizon” enerji içkilərini alır. Malları satış təmsilçiləri vasitəsi ilə sifariş edir. Satış təmsilçisi Təqsirləndirilən şəxs tanıyır. O, malları nisyə olaraq almış və mallar gələndən sonra malların pulunu hissə-hissə Fərəhə əlbəəl ödəmişdir. O, faktura əsasında malları qəbul etmişdir, fakturasız malları qəbul etməmişdir. Malları qəbul etməyi ilə bağlı daşıyıcı tərəfindən ona təqdim olunan satış fakturasına imza atmışdır. Malların qaytarılması da həmin qaydada həyata keçirilmişdir. O, qaytarmaq istədiyi malları satış təmsilçisinə bildirmişdir. O isə bu barədə sistemdə qeydlər aparmışdır. Növbəti gün daşıyıcı gələrək ona geriqaytarma fakturası təqdim etmişdir və o, həmin faktura əsasında malları qaytarmamışdır. 22 yanvar 2024-cü il tarixdə o, mağazada olan zaman Fərəh və "xxxx" MMC-nin digər əməkdaşları gələrək onun Cəmiyyətə nə qədər borcunun olmasını soruşmuşdur. Onun cəmiyyətə cəmin 1000 manata yaxın borcu olmuş, onu da nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Yoxlama zamanı Fərəh özü bu halı etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 göstərmişdir ki, Quba rayonu, İkinci Nügədi kənd ərazisində “Zabite” adlanan marketdə müdir işləyir. Satış fakturalarında mağazanın adı “Zabite” kimi qeyd olunub. Malların sifariş olunması, malların pulunun ödənilməsi və mağazanın bütün fəaliyyətinə özü rəhbərlik etmişdir. "xxxx" MMCilə əməkdaşlıq edir. MMC qida məhsullarının satışını həyata keçirir. O, "xxxx" MMC-dən “Bizon” enerji içkilərini alır. Malları satış təmsilçiləri vasitəsi ilə sifariş edir. Satış təmsilçisi Təqsirləndirilən şəxs tanıyır. O, malları nisyə olaraq almış və mallar gələndən sonra hər ayın sonuna kimi hissə-hissə malların pulunu Fərəhə əlbəəl nağd şəkildə ödəmişdir. O, faktura əsasında malları qəbul etmiş, malları qəbul etməyi ilə bağlı daşıyıcı tərəfindən ona təqdim olunan satış fakturasına imza atmışdır. Malların qaytarılması da həmin qaydada həyata keçirilmişdir. O, qaytarmaq istədiyi malları satış təmsilçisinə bildirmişdir. O isə bu barədə sistemdə qeydlər aparmışdır. Növbəti gün daşıyıcı gələrək ona geriqaytarma fakturası təqdim etmiş və o, həmin faktura əsasında malları qaytarmışdır. 21 yanvar 2024cü il tarixdə o, mağazada olan zaman Fərəh və "xxxx" MMC-nin digər əməkdaşları gələrək onun Cəmiyyətə nə qədər borcumun olmasını soruşmuş, həmin vaxt onun borcu olmamışdır. İş materiallarında olan: 18 may 2021-ci il tarixli əmək müqaviləsindən və 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə əlavədən və eyni tarixli 6BDXYK000101 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. 06 iyul 2021-ci il tarixli X14 daşınması haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında X14 haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC qarşısında vurulan ziyana görə X14 daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. "xxxx" MMC-nin 06 iyul 2021-ci il tarixli 329\k №-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Satış Departamentinə Satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş satış nümayəndəsinin vəzifə təlimatından görünür ki, həmin təlimatda satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması, müştərilərdən alınan pullann tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödənilməsi, X14 daşımaq satış nümayəndəsinin vəzifə təlimatlarında öz əksini tapmış və Təqsirləndirilən şəxs həmin vəzifə təlimatı ilə tanış olaraq bunu öz imzası ilə təsdiq etmişdir. "xxxx" MMC-nin 18 may 2021-ci il tarixli əmrindən görünür ki, Məmmədov Fərəh Elman oğlu 18 may 2021-ci il tarixdən ona təhkim olunmuş müvafiq mobil ticarət proqramı üzrə edilən bütün mal və pul əməliyyatlarında görə tam maddi məsuliyyət daşımışdır. "xxxx" MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi və təhvil-təslim işlərinin aparılması barədə tərtib olunmuş 08 fevral 2024-cü il aktdan görünür ki, müştərilərin 31 yanvar 2024-cü il tarixə "xxxx" MMC-yə 36981,70 (otuz altı min doqquz yüz səksən doqquz manat yetmiş qəpik) manat məbləğində faktiki mal qalığı, yəni borcu olmuş, 31 dekabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətin kassasına 13530,77 manat məbləğində ödəniş edilmiş, sonuncu bu faktı öz imzaları ilə təsdiq etmişdir. 31 dekabr 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin satış nümayəndəsi, maddi-məsul şəxs Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixə ona təhkim olunmuş satış nöqtələrində 111227.96 (yüz on bir min iki yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat mal qalığı olmuş, Məmmədov Fərəh Elman oğlu bu faktı öz imzaları ilə təsdiq etmiş və həmin məbləğdə borcu üzərinə götürmüşdür. Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs 08-29 yanvar 2024-cü il tarixlərdə "xxxx" MMC-nin xəzinəsinə 7058,95 manat məbləğində ödəniş etmişdir. 07 yanvar 2024-cü il tarixli 30FSU.70107.6696 nömrəli, 10 yanvar 2024-cü il tarixli 30FSU.70110.2639 nömrəli, 10 yanvar 2024-cü il tarixli 30FSU.70110.2640 nömrəli, 10 yanvar 2024-cü il tarixli 30FSU.70110.2631 nömrəli, 11 yanvar 2024-cü il tarixli 30FSU.80111.2453 nömrəli satış fakturalarından görünür ki, 01 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək Təqsirləndirilən şəxs ona təhkim olunmuş terminal ilə yazdığı fakturalar əsasında satış üçün 3.165,73 (üç min yüz altmış beş manat yetmiş üç qəpik) manat dəyərində müxtəlif markalı spirtli və spirtsiz içki məhsulları sifariş vermişdir. Təqsirləndirilən şəxs təhkim olunmuş 1765 nömrəli terminal ilə aparılmış əməliyyatlar üzrə system çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək "xxxx" MMC-nin anbarına 8603.54 manat dəyərində mal qaytarmışdır. "xxxx" MMC-nin 21 noyabr 2024-cü il tarixli 1813 nömrəli məktubundan görünür ki, audit olunan dövrdə Təqsirləndirilən şəxs tərəfindən Cəmiyyətin kassasına 17580,87 manat ödənilmiş, 10521,92 manat məbləğində pul vəsaiti ticarət nöqtələri tərəfindən bank ödənişi formasında həyata keçirilmiş, 7058,95 manat məbləğində olan hissəsi isə kassaya nağd şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs"xxxx" MMC-yə 05 fevral 2024-cü il tarixdə verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 54023.62 manat məbləğində pul vəsaitini mənimsəməsini etiraf etmişdir. 16-31 yanvar 2024-cü il tarixdə keçirilmiş təftiş zamanı tərtib olunmuş qarşılıqlı borc üzləşmə aktlarından görünür ki, təftiş zamanı müştərilər tərəfindən 803,68 (sıkkiz yüz altı manat altmış səkkiz qəpik) manat dəyərində mal yerində geri qaytarılmış və 3218,79 manat məbləğində ödəniş edilmişdir. 07 mart 2024-cü il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparılmış və MMC-nin satış üzrə nümayəndəsi, maddi məsul şəxs Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixə öhdəsində 51982,45 (əlli bir min doqquz yüz səksən iki manat qırx beş qəpik) manat məbləğində satış pulunun çatışmazlığının olması müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 26 iyul 2024-cü il tarixli 4/983 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş materialın 15-16-cı vərəqlərində xx.xx.2020-ci il tarixli İRD-01 nömrəli Satış üzrə nümayəndənin vəzifə təlimatın 1-ci vərəqində olan imza və 2-ci vərəqində “İşçi” qrafasındakı imza və həmin imzadan aşağıdakı “Təqsirləndirilən şəxs” yazıları; 18-ci vərəqində xx.xx.2021-ci il tarixli X14 Daşınması haqqında müqavilənin 1-ci vərəqin sonunda olan imza və arxa tərəfində “İşçi” qrafasındakı imza; 18-22-ci vərəqlərində xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin 1-4-cü vərəqlərin aşağı sağ küncündəki imzalar və 5-ci vərəqində “İmza:” qrafasındakı 2 ədəd imza; 23-cü vərəqində xx.xx.2021-ci il tarixli X7 sonunda “İşçi: Təqsirləndirilən şəxs” hissəsində “İmza” qrafasındakı imza; 27-38-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Borc qalığının təsdiq olunması barədə barədə aktın” 1-11-ci vərəqlərində aşağı sağ küncündəki imzalar və 12-ci vərəqində “Maddi-məsul şəxs: A.S.A Təqsirləndirilən şəxs” yazıları qarşısındaki “İmza:” qrafasındakı imza; 39-44-cü vərəqlərində olan xx.xx.2024xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktın 1- 5-ci vərəqlərində “Təhvil verən Satış nümayəndəsi Ad. Soyad. İmza” qrafalarındaki imzalar və 6-cı vərəqində “Təhvil verdi: Avrora MMC”-nin satış nümayəndəsi: A.S.A Təqsirləndirilən şəxs Elman” yazıları qarşısındakı “İmza:” qrafasındakı imza; 45-ci vərəqində olan Təqsirləndirilən şəxs adından olan xx.xx.2024-cü il tarixli izahatdakı yazılar və “İmza” qrafasındakı imza; 46-48-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC Komerrsiya direktorluğu satış nümayəndəsi Təqsirləndirilən şəxs Elman oğlu tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə aktın 3-cü vərəqində “Təqsirləndirilən şəxs Elman satış nümayəndəsi” yazıların arasında “İmza” qrafasındakı imza; 67-68-ci, 70-82, 91-100-cu və 104-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarda “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalarındaki imzalar; 69-cu, 90-cı, 105- 109-cı, 113-cü, 119-120-ci və 123-125-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarda “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalanndakı imzalar; 83-89-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarında “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalanndakı imzalar; 101-ci və 122-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarda “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalanndakı imzalar; 102-103-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarında “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalanndakı imzalar; 110-111-ci və 121-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarda “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu" qrafalanndakı imzalar; 114-118-ci və 126-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli Qarşılıqlı borc üzləşmə aktlarda “Təhvil verən: Təqsirləndirilən şəxs Elman oğlu” qrafalanndakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdən 31 yanvar 2024-cü il tarixədək olan müddət ərzində "Avrora” MMC-nin Quba filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən həmin Cəmiyyətlə arasında bağlanmış 06 iyul 2021-cı il tarixli X14 haqqında müqaviləyə, 06 iyul 2021-ci il tarixli əmək müqaviləsinə və vəzifə təlimatına əsasən sifarişləri terminal və ya elektron poçt ünvanı vasitəsi ilə qeydə almaq və sifarişlərin zamanında çatdırılmasına nəzarət etmək, satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında "xxxx" MMC tərəfindən ona təhkim olunmuş terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər əlahiyyətlərə malik tam maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə talama məqsədilə, müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 31 dekabr 2023-cü il tarixli akta əsasən 111.227,96 manat dəyərində, 01 yanvar 2024-ci il tarixdən 31 yanvar 2024-cü il tarixədək isə ona təhkim olunmuş terminal ilə yazdığı fakturalar əsasında satış üçün 3.165,73 (üç min yüz altmış beş manat yetmiş üç qəpik) manat dəyərində müxtəlif markalı spirtli və spirtsiz içki məhsullarını şəxsən sifariş verərək nəticədə sifariş verilən mallar üzrə onların satışından əldə etməli olduğu cəmi 114.393,69 yüz on dörd min üç yüz doxsan üç manat altmış doqquz qəpik) manat puldan anbara 8.603,54 (səkkiz min altı yüz üç manat əlli dörd qəpik) manat dəyərində mal qaytardığını, tuş nöqtələrində 42.467,99 (qırx iki min dörd yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat məbləğində mal qaldığını, şirkətin xəzinəsinə onun tərəfindən 7058,95 (yeddi m əlli səkkiz manat doxsan beş qəpik) manat, satış nöqtələri tərəfindən isə 10521,92 (on min beş yüz iyirmi bir doxsan iki qəpik) manat olmaqla ümumilikdə 17580,87 manat (on yeddi min beş yüz səksən manat səksən yeddi qəpik) manat ödəniş edildiyini, inventarizasiya zamanı satış nöqtələri tərəfindən 803,68 (səkkiz yüz altı manat altmış səkkiz qəpik) manat dəyərində malın yerində geri qaytarıldığını nəzərə alaraq "xxxx" MMC-yə məxsus cəmi 44.937,61 manat (qırx dörd min doqquz yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində pulu Cəmiyyətin Quba filialının xəzinəsinə təhvil verməyərək si ehtiyaclarına xərcləmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz Uuq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə yenidən ittiham elan edilmiş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178, 308 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar vəsatət kimi qəbul edilərək əsassız olduğundan təmin edilməyərək rədd edilmiş, cinayət işi üzrə alınmış şahidlərin dindirilməsi protokolları, məhkəmə- xətşünaslıq ekspertizasının 26 iyul 2024-cü il tarixli 4/983 nömrəli, məhkəməmühasibatlıq ekspertizasının 24 dekabr 2024-cü il tarixli 9/8519, 08 fevral 2024-cü il tarixli "xxxx" MMC-nin daxili audit aktı, 07 mart 2024-cü il tarixli audit prosedurlarının aparılmasına dair akt və toplanmış digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilmişdir. Beləliklə məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, məhkəmədə tədqiq edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham ona görə verilmişdir ki, o, "xxxx" MMC-yə məxsus cəmi 44.937,61 manat məbləğində pulu Cəmiyyətin Quba filialının xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəmiş və bununla da Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; “qətimkan tədbirinin seçilməsi barədə” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünüür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən həmin məcəllənin 179.2.3 və 79.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178, 308 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar vəsatət kimi cəbul edilərək əsassız olduğundan təmin edilməyərək rədd edilmiş, cinayət işi üzrə alınmış şahidlərin dindirilməsi protokolları, məhkəmə-xətşünaslıq ekspertizasının 26 iyul 2024-cü il tarixli 4/983 nömrəli, məhkəməmühasibatlıq ekspertizasının 24 dekabr 2024-cü il tarixli 9/8519, 08 fevral 2024-cü il tarixli "xxxx" MMC-nin daxili audit aktı, 07 mart 2024-cü il tarixli audit prosedurlarının aparılmasına dair akt və toplanmış digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilmişdir. Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Köhnə Xaçmaz kəndində yaşayır və ailə tərkibi atası- xx.xx.1968-ci il təvəllüdlü X6, anası-xx.xx.1971-ci il təvəllüdlü X3, bibisi xx.xx.1963-cü il təvəllüdlü X4 və həyat yoldaşı X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, vurduğu zərəri qismən ödəməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertizanın dəyəri 225 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmiş və həmin Qərar rəsmi olaraq 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmələrin icraatında olan və dövlət hesabına müdafiəçinin (vəkilin) cəlb olunduğu işlər üzrə vəkilə dövlət hesabına hüquqi yardım haqqının ödənilməsi barədə məhkəmələr tərəfindən müvafiq yekun qərar (əsaslandırılmış qərardad) qəbul edilərkən məhkəmənin icraatında olan və ya davam edən işlər üzrə 29 aprel 2025-ci il tarixədək vəkilin faktiki iştirak etmiş olduğu məhkəmə proseslərində dövlət hesabına göstərilən hüquqi yardımın bir saatına görə xidmət haqqının əvvəlki qaydada 6 (altı) manatdan, 29 aprel 2025-ci il tarixdən başlayaraq faktiki davam edən və ya yeni məhkəmə işləri üzrə isə məhkəmə proseslərində vəkilin iştirak etdiyi və ya edəcəyi hər iş saatının 11 (on bir) manatdan hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarı xx.xx.2025-ci il tarixdə saat 10:20-də dərc edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 29 aprel 2025-ci il tarixədək keçirilmiş hazırlıq və baxış iclaslarında vəkil Müdafiəçi hüquqlarını müdafiə edərək, faktiki olaraq məhkəmə iclaslarında 2 saat iştirak etmiş, 29 aprel 2025-ci il tarixdən sonrakı məhkəmə baxış iclaslarında 8 saat iştirak etmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 12 (on iki) manat məbləğində, 29 aprel 2025-ci il tarixdən sonrakı sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "Avrora” MMC məhkəməyə mülki iddia ilə müraciət edərək, cinayət əməlinin törədilməsi nəticəsində 39937 manat 61 qəpik məbləğində dəymiş zərər və 209 manat 81 qəpik ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq ödənilməsini xahiş etmişdir. İş marteriallarında olan xx.xx.2025-ci il tarixli 001003 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı dəymiş ziyandan 5000 manat ödəniş edilmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nə dəymiş 44.937,61 (qırx dörd min doqquz yüz otuz yeddi manat altmış bir qəpik) manat məbləğində ziyandan Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 10.000 (on min) manat ödənilmiş, 5.000 manat ibtidai istintaq zamanı və 5.000 manat məhkəmə istintaqı zamanı ödənilmişdir. Belə ki, mülki iddia ərizəsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 39937 manat 61 qəpik ziyanın ödənilməsini tələb etsə də, məhkəmə istintaqı zamanı ifadə verən zaman bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaqda ödənilən 5.000 manatdan başqa məhkəmə istintaqı zamanı daha 5.000 manat ödəniş edilmişdir. Bununla da Təqsirləndirilən şəxs Cəmiyyətə cəmi 34937 manat 61 qəpik borcu qalmışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləkiklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət əməlinin törədilməsi nəticəsində dəymiş zərərin məbləği 34937 manat 61 qəpik Təqsirləndirilən şəxs tutularaq "Avrora” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 209 manat 81 qəpik dövlət rüsumu mülki cavabdehdən alınaraq mülki iddiaçıya verilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya müəssisələrində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın dəyəri 225 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 29 aprel 2025-ci il tarixədək sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 02 (iki) iş saatına görə 12 (on iki) manat məbləğində, 29 aprel 2025-ci il tarixdən sonrakı sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Cinayət əməlinin törədilməsi nəticəsində nəticəsində məbləğində dəymiş zərərin məbləği 34937 manat 61 qəpik və iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 209 manat 81 qəpik Təqsirləndirilən şəxs tutularaq "Avrora” MMC-yə ödənilsin. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Quba rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-54/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-54/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver