Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-55/2022 04.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X3c katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Tümen vilayəti, Purovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 18 fevral 2022-ci il tarixdə, saat 04 radələrində, yaşadıqları Quba rayon Timiryazev qəsəbəsində yerləşən evlərində, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs qəsdən əlləri ilə döyərək ona baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün orbiti ətrafında qançır-hematoma, hər iki gözün ağlı qişasında qansızma, sol qulaq seyvanında və sağ bazuda qançır, üst və alt dodağın selikli qişasında qançır-qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, anası vəfat etdikdən sonra, atası Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus Quba rayonunun Timiryazev qəsəbəsində yerləşən evdə yaşayır. 18 fevral 2022-ci il tarixdə, səhər saat 04 radələrində sərxoş vəziyyətdə evə gələrək mətbəxə keçib çörək yemək istəyərkən mətbəxin qapısını kilidlə bağlı görüb qapını itələyib açmaq istədikdə atası Sevindik yuxudan qalxıb üstünə gələrək qışqırmışdır ki,- “çörək almısan ki çörəyə əl dəyəs’n”. Bu zəmində onların aralarında mübahisə yaranmışdır. Həmin vaxt atası Sevindiyin sifətindən bir neçə zərbə vurmuşdur. Onların səsinə mərhum qardaşının arvadı Vəfa yuxudan ayılıb onların yanına gələrək onu çölə çıxarmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciyət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması zamanı ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki o, Quba rayonu Timiryazev qəsəbəsindəki evində oğlu Romik, vəfat etmiş oğlunun arvadı Vəfa və onun iki azyaşlı övladları ilə birlikdə yaşayır. Oğlu Romik rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi işlərlə məşğul olub qazanc əldə etdikdə isə spirtli içkilər qəbul edir və ailəyə maddi cəhətdən göməklik göstərmir. Gəlini Vəfa yeməkxanalarda süfrəçi işləyərək ailəni dolandırır. 18 fevral 2022-ci il tarixdə isə, səhər saat 04 radələrində evdə yatdığı zaman mətbəxin qapısının silkələnməsi səsisnə yuxudan oyanıb görmüşdür ki, Romik sərxoş vəziyyətdə, kilidlə bağlı olan mətbəxin qapısını qırıb mətbəxə girmək istəyir. O, oğlu Romikə iradını bildirdikdə, Romik onun üstünə hücüm edərək əlləri ilə onun qollarından tutub onu divara çırpmış və sonra isə onun sifət nahiyyəsinə ardıcıl olaraq 7-8 dəfə yumruq zərbəsi vurmuşdur. Onların səslərinə yuxudan ayılan gəlini Vəfa gəlib Romik çölə çıxararaq hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəm-tibb ekspertizasının 18.02.2022-ci il tarixli, 100 saylı canlı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər, baş beyin silkələnməsi ilə müşayiət olunan hər iki gözün orbiti ətrafında qançır-hematoma, hər iki gözün ağlı qişasında qansızma, sol qulaq seyvanında və sağ bazuda qançır, üst və alt dodağın selikli qişasında qançır-qansızma küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddətləri 18.02.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Quba MRX-nın 23.02.2022-ci il tarixli, 245 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba MRX-nın X1 psixatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Quba rayon RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan isə görünür ki, Təqsirləndirilən şəxs Quba rayonnun Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-55/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-55/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver