Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-55/2024 27.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Xaçmaz rayonu, Mürsəli-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Mürsəli-qışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, 25 dekabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olaraq imtiyazlı avtomobil verilməsində köməklik göstərəcəyi barədə yalandan vəd verməklə 2500 manat istəmiş, aralarında əldə edilmiş razılaşmaya əsasən onlar görüşərək 11 oktyabr 2022-ci il tarixdə, saat 12:25 radələrində Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində notarial qaydada bağlanmış kredit müqaviləsi əsasında Zərərçəkmiş şəxs borc verən qismində 2500 manat pulu Təqsirləndirilən şəxs borc alan qismində borc vermiş və sonuncu da həmin pulu qaytarmağı öz öhdəsinə götürmüş, dərhal sonra Zərərçəkmiş şəxs Kapital Bank ASC-də onun adına açılmış hesaba 2500 manat yükləmiş və o, 11 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Quba regional “ASAN Xidmət” mərkəzinin qarşısında yerləşən "xxxx" ASC-nin Quba filialından onun hesabına yüklənmiş 2500 manat pulu götürərək zərərçəkmiş şəxsə məxsus həmin məbləğdə pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur və 2022-ci ilin sentyabr ayında tanışı Zeynal Məmmədov 2-ci Qarabağ müharibəsində döyüş yoldaşı olmuş tanışı Zərərçəkmiş şəxs əlil avtomobili almasına köməkliyə ehtiyacı olmasını bildirmiş və həmin vaxt pula ehtiyacı olduğundan yalandan Zeynala müəyyən pul qarşılığında köməklik edə biləcəyini bildirmişdir. Zeynaldan Zərərçəkmiş şəxs mobil nömrəsini götürüb zəng edərək tanışlıq vermiş və əlillik avtomobili verilməsi üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. İlkin 2500 manat pulu Quba şəhəri “Asan Xidmət Mərkəzi”ndə notarial qaydada rəsmiləşdirməklə ona verəcəyini bildirdikdə, onunla razılaşmışdır. 11 oktyabr 2022-ci il tarixdə tanışı Raufl Hümbətovla birlikdə Quba şəhərində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısına gəlmiş və İlkin həmin mərkəzin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus banka 2500 manat yerləşdirmişdir. O da 2500 manat pulu elə həmin vaxt bankdan götürmüşdür. Zərərçəkmiş şəxs 2500 manat müqabilində ona 2023-cü ilin yanvar ayına kimi qaziləri üçün nəzərdə tutulmuş “Xəzər Azsamant” markalı avtomobil verilməsində kömək edəcəyinə söz vermişdir. İlkini inandırmaq üçün İlkindən pulu alandan sonra İlkinin şəxsiyyət vəsiqəsinin, 2-ci qrup əlil olmasını təsdiq edən sənədin və avtomobil almaq üçün əvvəllər etdiyi müraciət üzrə dövlət orqanından alınmış rədd cavabının rəsmi sənədlər əsasında surətlərini götürmüşdür. Həmin işin icra olunması üçün bir dəfə fərdi vəkil vasitəsilə ərizə yazdıraraq poçtla Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyinə göndərmişdir ki, İlkin onun hərəkətsiz olduğunu görüb şübhələnməsin və işinin həll olunacağına ümid etsin. Həmin 2500 manat pulla öz maddi ehtiyaclarını qarşılamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə sol qolunun dirsək nahiyyəsindən aşağı hissəsini itirərək 2-ci qrup əlil olmuşdur. 2023-cü ilin yanvar ayından Qusar rayonu, Qənərçay kənd tam orta məktəbində hərbi müəllim vəzifəsində işləyir. 2022-ci ilin sentyabr ayında tanışı Zeynal Təqsirləndirilən şəxs adlı şəxsin ona əlillik avtomobili verilməsində kömək edə biləcəyini dedikdən sonra, oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək, Qarabağ əlilliyi ilə bağlı olaraq avtomobil verilməsində köməklik edə biləcəyini bildirmişdir. Rasim iş üçün 2500 (iki min beş yüz) manat pul verməli olduğunu da bildirmiş, o öz valideynləri ilə razılaşaraq həmin pulu verə biləcəyini bildirmişdir. 11 oktyabr 2022-ci il tarixdə Quba şəhərində yerləşən “Asan xidmət” mərkəzində Təqsirləndirilən şəxs və onun tanışı Raufla görüşmüşdür. Həmin vaxt o, “Asan xidmət” mərkəzində 2500 manat məbləğində pulun Rasimə verilməsi ilə əlaqədar müqavilə müqavilə bağladıqdan sonra, həmin məbləğdə pulu "xxxx" ASC-nin “Quba Asan Xidmət mərkəzi”nin qarşısında yerləşən filialında bank vasitəsilə Rasimə vermişdir. Təqsirləndirilən şəxs söz vermişdir ki, 2023-cü ilin yanvar ayının 1-də ona əlilliklə bağlı “Xəzər” markalı avtomobil veriləcəkdir. Bundan sonra, Rasim ondan şəxsiyyət vəsiqəsinin və əlilliyini təsdiq edən sənədlərin surətlərini götürüb ondan ayrılmışdır. 2023-cü ilin yanvar ayında dəfələrlə Raufa zəng edib onunla əlaqə yaratmağa çalışsada, Rauf onun zənglərinə cavab verməmişdir. Sonra o, Rauf İsrafilov tərəfindən aldadıldığını başa düşüb onun barəsində şikayət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qusar rayonu, Atluxan kənd sakini Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs vasitəsilə tanmışdır. Belə ki, 1 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, 2500 manat pul müqabilində İlkin adlı şəxsə əlillik avtomobili verilməsi işini həll etmək istəyir və İlkin həmin məbləğdə pulu ona Quba şəhərində yerləşən “Asan Xidmət mərkəzi”ndə müqavilə əsasında ona vermək istəyir. Rasim pulu götürmək üçün birlikdə getmələrini xahiş etmişdir. 11 oktyabr 2022-ci il tarixdə, saat 10:00 radələrində o, Rasimlə birlikdə Quba şəhərində yerləşən “Asan xidmət mərkəzi”nə getmişlər. “Asan xidmət mərkəzi”ndə Rasim və İlkin öz aralarında bir qədər danışdıqdan sonra İlkin özü ilə gətirdiyi 2500 manat pulu Rasimin adına “Asan Xidmət mərkəzi”nin qarşısında yerləşən "xxxx" ASC-nin filialında banka yerləşdirmişdir. Rasim adına olan 2500 manat pulu həmin vaxt, yəni 11 oktyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində bankdan götürmüşdür. Rasim İlkindən 2500 manat pulu götürəndən sonra İlkinə söz vermişdir ki, 2023-cü ilin yanvar ayına kimi ona qazilər üçün nəzərdə tutulmuş “Xəzər Azsamant” markalı avtomobil veriləcəkdir. Rasim pulu alandan sonra İlkinin şəxsiyyət vəsiqəsinin, 2-ci qrup əlil olmasını təsdiq edən sənədin və avtomobil almaq üçün əvvəllər etdiyi müraciət üzrə dövlət orqanından alınmış rədd cavabının surətlərini götürmüşdür. Sonradan İlkinin işi öz həllini tapmayanda ona məlum olmuşdur ki, Rasim aldadaraq İlkinin 2500 manat pulunu ələ keçirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi etirafedici ifadəsilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 27 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyan tam şəkildə ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Qeyd edilən Məcəllənin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hal olduğundan, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 3 saat üçün 18 manat Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə icraata xitam verilsin və o, cinayət məsuliyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-55/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-55/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver