Məhkəmə qərarları › İş №1(027)-56/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-56/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-56/2021 02.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafəçisi X9 iştirakları ilə, xx.xx.1981-ci ildə Quba rayonu, Yerfi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Yerfi kəndində qeydiyyatda olan və yaşayan, 16 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs övladları, 11.08.2009-cu il təvəllüdlü X7 və 30.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla. Cəmi 320 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(012)- 2133/2019 saylı qanuni qüvvəyə minmiş qatnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 550 manat məbləğində aliment pulu ödəmiş, şəxsi maraq niyyətilə təqdimat verilən 29.10.2021-ci il tarixədək 4890 manat məbləğində aliment borcunu ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki o, övladları, 11.08.2009-cu il təvəllüdlü X7 və 30.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, tələbkar T. Məmmədovanın xeyrinə cəmi 550 manat məbləğində aliment pulu ödəmiş, təqdimat verilən 29.10.2020-ci il tarixə dək 4890 manat məbləğində aliment borcu yaranmışdır. İstintaq zamanı məsuliyyətini dərk edərək 1000 manat məbləğində pul vəsaitini tələbkarın xeyrinə poçt vasitəsi ilə ödəmiş, fərdi əməklə məşğul olmaqla ayda 100-150 manat əldə etdiyi qazancının onun öz dolanışığına çətinliklə çatdığını əsas gətirərək, 3890 manat aliment borcunu maddi imkanı olmadığından ödəyə bilmədiyini qeyd etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmiş şəxsə olan aliment borcunu tam olaraq ödədiyini bildirərək baərəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs övladları, 11.08.2009-cu il təvəllüdlü X7 və 30.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cəmi 550 manat məbləğində aliment pulu ödəmiş, təqdimat verilən 29.10.2020-ci il tarixədək 4890 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona olan aliment borcunu tam olaraq ödədiyini, ona qarşı heç bir şikayət tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladları, 11.08.2009-cu il təvəllüdlü X7 və 30.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 160,00 manat olmaqla, cəmi 320,00 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 550,00 manat məbləğində aliment pulu ödəmiş, şəxsi maraq niyyətilə təqdimat verilən 29.10.2020-cu il tarixədək 4890,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar 29.10.2020-cu il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 X1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(012)-2133/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 11.08.2009-cu il təvəllüdlü X7 və 30.05.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan 04 iyun 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etmək təklif olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3 (027)-1201/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Quba rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 02.06.2020-ci il tarixli bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış 4890,00 (dörd min səkkiz yüz doxsan) manat borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli, 919 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Vətəndaş Təqsirləndirilən şəxs orta təhsillidir, onun barəsində nümayəndəliyə istər rəsmi istərsə də şifahi şikayət doğuran heç bir məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs X5 Quba rayon məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaranmış aliment borcunun tam şəkildə ona ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yaranmış aliment borcunu tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar