Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-56/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, 07 avqust 2001-ci ildə Quba rayonunun, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsill, işləməyən, məhkum olunmayan, Quba rayonunun, Digah kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxxxxxx 2003-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Quba rayonunun, Digah kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə 2021 -ci ilin noyabr ayının sonlarında, saat 00:30 radələrində Quba rayonu, Digah kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan birmərtəbəli fərdi evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən aşıb qanunsuz olaraq keçmiş, həyətyanı sahədən evin taxta materiallı giriş qapısının üzərindəki kilid yerinə sarılmış dəmir materiallı naqili açmaqla dəhlizə keçmiş, dəhlizdən böyük otağın kilidlənmiş vəziyyətdə olan taxta materiallı qapısını ikisi birlikdə çiyin zərbələri ilə vurub sındırmaqla açaraq içəri - yaşayış sahəsinə daxil olmuş, Zərərçəkmiş şəxs məxsus, böyük otaqda yerləşən “LG” markalı televizorun altlığında olan rəflərdən 01 ədəd istifadədə olmuş, “Openbox” markalı, “F-300FTA” modelli, 15,0 manat dəyərində peyk qəbuledicini, 01 ədəd istifadədə olmuş, “Geepas” markalı, “GDVD2727” modelli, 25,0 manat dəyərində DVD oxuducunu və 01 ədəd istifadədə olmuş, “Sonashi” markalı, “DVD-6006” modelli, 25,0 manat dəyərində DVD oxuducunu, oradan mətbəx otağına keçib 01 ədəd uzun müddət istifadədə olmuş, üzərində qüsurlar olan (klaviatura düymələri üzərində yoxdur, üzərində cızıqlar, boya qopuqları var) “Lenovo” markalı, “3000 N200” modelli, 50,0 manat dəyərində noutbuku götürmüş, əllərində götürdükləri əşyalar olduğundan həmin televizoru böyük olduğu üçün götürə bilməyib növbəti gün aparmağı planlaşdırmış, əvvəlki niyyətin davamı olaraq növbəti gün, saat 00:30 radələrində eyni üsulla evə daxil olmaqla həmin 01 ədəd istifadədə olmuş 2014-cü il istehsallı, “LG” markalı, “42LB5820” modelli 400,0 manat dəyərində televizoru götürüb gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə və özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, alkoqol sərxoşluğu vəziyyətində, ümumi vahid niyyətlə 2021-ci ilin noyabr ayının sonlarında, saat 00:30 radələrində Quba rayonu, Digah kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan birmərtəbəli fərdi evin həyətyanı sahəsinə mişar daşından hörülmüş hasarın üstündən aşıb qanunsuz olaraq keçmiş, həyətyanı sahədən evin taxta materiallı giriş qapısının üzərindəki kilid yerinə sarılmış dəmir materiallı naqili açmaqla dəhlizə keçmiş, dəhlizdən böyük otağın kilidlənmiş vəziyyətdə olan taxta materiallı qapısını ikisi birlikdə çiyin zərbələri ilə vurub sındırmaqla açaraq içəri - yaşayış sahəsinə daxil olmuş, Zərərçəkmiş şəxs məxsus, böyük otaqda yerləşən “LG” markalı televizorun altlığında olan rəflərdən 01 ədəd istifadədə olmuş, “Openbox” markalı, “F- 300FTA” modelli, 15,0 manat dəyərində peyk qəbuledicini, 01 ədəd istifadədə olmuş, “Geepas” markalı, “GDVD2727” modelli, 25,0 manat dəyərində DVD oxuducunu və 01 ədəd istifadədə olmuş, “Sonashi” markalı, “DVD-6006” modelli, 25,0 manat dəyərində DVD oxuducunu, oradan mətbəx otağına keçib 01 ədəd uzun müddət istifadədə olmuş, üzərində qüsurlar olan (klaviatura düymələri üzərində yoxdur, üzərində cızıqlar, boya qopuqları var) “Lenovo” markalı, “3000 N200” modelli, 50,0 manat dəyərində noutbuku götürmüş, əllərində götürdükləri əşyalar olduğundan həmin televizoru böyük olduğu üçün götürə bilməyib növbəti gün aparmağı planlaşdırmış, əvvəlki niyyətin davamı olaraq növbəti gün, saat 00:30 radələrində eyni üsulla evə daxil olmaqla həmin 01 ədəd istifadədə olmuş 2014-cü il istehsallı, “LG” markalı, “42LB5820” modelli 400,0 manat dəyərində televizoru götürüb gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki o, valideynləri ilə birlikdə Quba rayonunun, Digah kəndində yaşayır. Heç bir yerdə işləmir. Birlikdə oğurluq etdiyi Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Ravin həmkəndlisi olmaqla yanaşı, eyni zamanda dostudur. 2021-ci ilin noyabr ayının sonlarında, saat 22 radələrində yaşadığı kənddə yerləşən Hikmətin işlətdiyi kafedə Ravinlə yemək yeyib spirtli içki qəbul edərək Ravinə təklif etmişdir ki, Bakı şəhərində yaşayan Nəzakət adlı qadına məxsus kəndlərində yerləşən evə daxil olaraq oradan oğurluq etsinlər. Ravin onun təklifi ilə razılaşdıqdan sonra, kafedən çıxıb Nəzakətin evinin qarşısına gələrək mişar daşından hörülmüş hasarı aşaraq həyətə daxil olub məftillə bağlanmış evin giriş qapısını açıb dəhlizə daxil olmuşlar. Dəhlizdən otağa keçmək üçün nəzərdə tutulmuş taxta qapını ciyinləri ilə vurub açaraq böyük otağa daxil olaraq otaqdan bir ədəd peyk antenasının aparatını, iki ədəd DVD aparatını, mətbəxdən bir ədəd Lenovo markalı noutbuku götürüb çıxmışlar. Otaqda olan televizor böyük olduğu üçün həmin vaxt onu götürə bilməmişlər və fikirləşmişlər ki, televizoru növbəti gün gəlib aparsınlar. Nəzakətin evindən çıxaraq oğurladıqları bir ədəd peyk antena aparatını, iki ədəd DVD aparatını və bir ədəd Lenovo markalı noutbuku onun yaşadığı evə aparmışlar. Yaşadığı evin qarşısında Ravini yola saldıqdan sonra o, həmin əşyaları öz otağına yığmışdır ki, ailə üzvləri görməsin. Növbəti gün, axşam saatlarında yenə də həmin kafedə Ravinlə görüşüb saat 00:30 radələrində eyni üsulla, yəni bir gün əvvəlki qaydada Nəzakətin evinə daxil olaraq bir gün əvvəl apara bilmədikləri LG markalı televizoru götürüb onun yaşadığı evə aparmışlar. Onlar razılaşmışlar ki, oğurladıqları əşyaları satıb pulunu öz aralarında bölsünlər. Bir gün sonra, Ravin Bakıya getdiyi üçün oğurladıqları əşyaları özü satmaq qərarına gəlmişdir. Həmin ərəfədə şəxsiyyət vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsində olduğu üçün şəxsiyyət vəsiqəsi olan bir nəfər adam axtarmağa başlamışdır ki, oğurladığı əşyaları rahat şəkildə sata bilsin. Fikirləşmişdir ki, satdığı evməişət əşyaları işlənmiş olduğu üçün onları almaq istəyən adam oğurlanmadığına əmin olmaq üçün onun şəxsiyyət vəsiqəsini istəyəcək. Oğurluq etdikdən bir neçə gün sonra, yəni 27 noyabr 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı kənddə təsadüfən həmkəndlisi Yasin ilə görüşmüşdür. Söhbət zamanı Yasinə bildirmişdir ki, Bakı şəhərində yaşayan bacısı onlara bir ədəd televizor göndərib. Təcili pul lazım olduğundan həmin televizoru satmaq istəyir lakin şəxsiyyət vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsində olduğu üçün sata bilmir. Həmin vaxt o, Yasinin şəxsiyyət vəsiqəsindən istifadə edərək televizoru satmaq üçün ona kömək etməsini xahiş etmişdir.. Yasin ona inanıb razılaşaraq demişdir ki, "sabah baxarıq". 28 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində kəndin mərkəzindəki yolun kənarında görüşərkən Yasinə televizoru aparıb Quba şəhərində satmağı təklif etmişdir. Yasin həmin vaxt təkrarən ondan televizorun oğurluq olub-olmaması barədə soruşmuşdur. O, yenə də Yasini inandıraraq televizorun oğurluq olmadığını bildirmişdir. Yasin razılıq verdikdən sonra, taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Fərruxun idarə etdiyi avtomaşınla evlərinə gedib televizoru götürərək Quba şəhərində olan Əli Ticarət Mərkəzinə getmişlər.. Orada Zahid adlı şəxsin işlətdiyi mağazaya yaxışlaşaraq televizoru göstərib satmaq istədiyini bildirmişdir. Zahid televizora baxaraq neçəyə satdığını soruşmuşdur. O, 250 manata satdığını bildirmişdir. Zahid televizoru yoxlayıb vəziyyətinə baxdıqdan sonra qiymət barədə öz fikrini bildirəcəyini, televizoru saat 17 radələrinə kimi yoxlaya biləcəyini demişdir. Onlar televizoru yoxlanılması üçün orada qoyaraq Zahiddən əlaqə telefon nömrəsi götürüb kəndə getmişlər. Həmin günü, saat 16 radələrində mağazaya qayıdıb gələndə Zahid ona bildirmişdir ki, televizorun ekranındakı işıq lampalarının bir neçəsi işləmir və təmir xərci təxminən 140 manat təşkil edir. O, həmin təmir xərcini nəzərə alaraq televizoru aşağı qiymətə, yəni 130 manata satmağı təklif etsə də, Zahid razılaşmamışdır. Lakin bir müddət keçdikdən sonra Zahid televizoru 130 manata almağa razılıq vermişdir. Bundan sonra Yasin öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və Zahid surətini çıxardaraq vəsiqəni qaytarıb vermişdir. Bundan sonra onlar sağollaşaraq ayrılmışlar. O və Yasin Quba şəhərində qalmış, Fərrux isə kəndlərinə qayıdıb getmişdir. Növbəti gün o, Bakı şəhərində olan Ravinə zəng edərək televizoru 130 manata satdığı baradə bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki o, ailəsi ilə birlikdə Quba rayonunun Digah kəndində yaşayır. Heç bir yerdə işləmir. Birlikdə oğurluq etdiyi Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Vilayət həmkəndlisi olmaqla yanaşı, eyni zamanda dostudur. 2021-ci ilin noyabr ayının sonlarında, saat 22 radələrində yaşadığı kənddə yerləşən Hikmətin işlətdiyi kafedə Vilayətlə yemək yeyib spirtli içki qəbul edərkən Vilayət ona təklif etmişdir ki, Bakı şəhərində yaşayan Nəzakət adlı qadına məxsus kəndlərində yerləşən evə daxil olub oradan oğurluq etsinlər. O, Vilayətin təklifi ilə razılaşdıqdan sonra, kafedən çıxıb Nəzakətin evinə doğru getməyə başlamışlar. Nəzakətin evinin qarşısına çatıb ətrafa baxaraq heç kimin olmadığına əmin olduqdan sonra, mişar daşından hörülmüş hasarın üstündən aşaraq həyətə keçmişlər. Sonra onlar evin taxta materialdan olan giriş qapısına bağlanmış məftili açaraq evin dəhlizinə daxil olub dəhlizdən böyük otağa keçmək üçün nəzərdə tutulmuş qapını çiyinləri ilə vurub açaraq otağa daxil olmuşlar. Onlar otaqda olan LG markalı televizorun altlığında olan bir ədəd peyk antena aparatını və iki ədəd DVD aparatını, mətbəxdən isə bir ədəd Lenovo markalı noutbuku götürüb evdən çıxmışlar. Televizor böyük olduğu üçün həmin vaxt onu götürə bilməmişlər və fikirləşmişlər ki, televizoru növbəti gün gəlib aparsınlar. Evdən çıxdıqdan sonra, oğurladıqları bir ədəd peyk antena aparatını, iki ədəd DVD aparatını və bir ədəd Lenovo markalı noutbuku Vilayətin yaşadığı evə aparmışlar. Növbəti gün, axşam saatlarında yenə də həmin kafedə Vilayətlə görüşüb saat 00:30 radələrində eyni üsulla, yəni bir gün əvvəlki qaydada Nəzakətin evinə daxil olaraq bir gün əvvəl apara bilmədikləri LG markalı televizoru götürüb Vilayətin yaşadığı evə aparıb razılaşmışlar ki, oğurladıqları əşyaları satıb əldə etddikləri pulu öz aralarında bölsünlər. Bir gün sonra o, müalicə almaq üçün Bakı şəhərinə getmişdir. Bir neçə gün sonra o, Bakı şəhərində olarkən Vilayət ona zəng edərək oğurladıqları televizoru 130 manata satdığını bildirmişdi. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödədiyini və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 22 saylı evin 7 saylı mənzilində yaşayır. Bakı şəhərində yaşasa da Quba rayonu, Digah kəndində də evi vardır. O, 2016-cı ildən Bakı şəhərində yaşadığından Quba rayonunda yerləşən evinə nadir hallarda gəlir. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayının 6-da Quba rayonu, Digah kəndində yerləşən evinə gəlmişdir. Həmin vaxt evində olan bütün əşyalar yerində olmuşdur. 2021-ci ilin dekabr ayının 7-də Quba rayonunun, Digah kəndində yerləşən evinə gəldikdə evin giriş qapısının sındırıldığını görmüşdür. Evə daxil olduqda evin içərisində əşyalar dağınıq vəziyyətdə olmuşdur. O, evdən oğurluq olmasından şübhələnmiş və dərhal DİN-in "102" xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib yaşadığı evə baxış keçirmiş və məlum olmuşdur ki, evindən 01 ədəd Lenovo markalı noutbuk, 01 ədəd LG markalı televizor, 01 ədəd Openbox F-300FTA model anten rəqəmsal nizamlayıcı, 01 ədəd Geepas GDVD-2727 və Sonashi DVD-6006 markalı pleyerlər oğurlanmışdır. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki. evindən oğurluq edən şəxslər Quba rayonu, Digah kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Quba şəhərində yerləşən Əli Ticarət Mərkəzindəki mağazalardan birini icarə əsasında işlədir. Mağazada kompüter, telefon, kamera və digər oxşar əşyalar satır. Bəzi hallarda işlənmiş kompüter və televizor avadanlıqlarını alaraq nisbətən baha qiymətə satır. İşlənmiş əşya satan şəxslərdən şəxsiyyət vəsiqəsi tələb edərək surətini çıxarmaqla özündə qeydiyyat aparır. 28 noyabr 2021-ci il tarixdə, saat 12 radələrində işdə olarkən Quba rayonu, Digah kənd sakinləri Vilayət və Yasin adlı iki nəfər cavan oğlan gəlib adı Vilayət olan şəxs işlənmiş LG markalı televizor göstərib satmaq istədiyini bildirmişdir. O, əmin olmaq üçün Vilayətdən televizorun haradan olduğunu və oğurluq olub-olmamasını soruşmuşdur. Vilayət cavab vermişdir ki, "evimizdə olan televizordu, bacım Bakıdan bizim üçün göndərib, pula ehtiyacımız olduğundan üçün satırıq". O, inandıqdan sonra televizora baxaraq neçəyə satdığını soruşmuşdur. Vilayət 250 manata satdığını dedikdə o, televizoru yoxlayıb vəziyyətinə baxdıqdan sonra qiymət barədə bir fikir bildirəcəyimi demişdir. Onlara televizoru saat 17 radələrinə kimi yoxladıqdan sonra bir cavab deyəcəyini bildirmişdir. Həmin gün saat 16 radələrində Yasin və Vilayət təkrar onun işlədiyi mağazaya gəlmişlər. Onlara televizorun ekranındakı işıq lampalarının birində problem olduğunu, təmir xərcinin 140 manat təşkil etdiyini bildirmişdir. Vilayət ilk olaraq 130 manata satmağı təklif etsə də, o, həmin qiymətə alıb satmağın sərf etmədiyini düşünərək razılaşmamışdır. Lakin sonradan Vilayətdən televizoru 130 manata almışdır. Vilayətin şəxsiyyət vəsiqəsi olmadığından Yasin öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və o, surətini çıxarmışdır. Sonradan onu polisə dəvət edəndə bilmişdir ki, televizor oğurluq yolu ilə əldə edilib. Ona görə də həmin televizor təhqiqatçı Fərid adlı polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ondan təhvil götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2` oğlu göstərmişdir ki, özünə məxsusu olan "VAZ 2109" markalı avtomobillə taksi fəaliyyəti ilə məşqul olur. 2021-ci ilin noyabr ayının sonlarında, həmkəndlisi Vilayət ona zəng edərək onunla Quba şəhərinə getmək stədiyini bildirmişdir. Vilayət ona zəng etdikdən təxminən 5 dəqiqə sonra o, Vilayətin dediyi yerə gedib onu və onun yanında olan həmkəndlisi Yasinidə götürüb Vilayərin evinə getmişdir. Vilayət evdən bir ədəd televizoru götürüb maşına qoyandan sonra onlar Quba şəhərində olan Əli Ticarət mərkəzinə gəlmişlər. Yolda Vilayət ona bildirmişdir ki, həmin televizoru Bakı şəhərində yaşayan bacısı onlara göndərib, təcili pul lazım olduğu üçün satır. Ticarət mərkəzinə çatdıqdan sonra Vilayət televizoru maşından düşürüb zahid adlı şəxsin işlətdiyi mağazaya aparmışdır. Zahid televizoru yoxladıqdan sonra alıb-almaması barədə qərar verə biləcəyini soylədikdən sonra.o, Vilayət və Yasindən ayrılıb öz işi ilə məşğul olmuşdur. Həmin gün saat 17 radələrində Vilayət və Yasinlə gürüşüb Zahidin mağazasına getmişlər. Həmin vaxt zahid 130 manata televizoru vilayətdən almışdır. Vilayət onun yol pulunu verdikdən sonra o, onlardan ayrılıb evinə getmişir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2022-ci il tarixli, 9/746 nömrəli rəyindən görünür ki,01 ədəd istifadədə olmuş 2014-cü il istehsallı, “LG” markalı, “42LB5820” modelli televizor 400,0 manat, 01 ədəd istifadədə olunmuş “Lenovo” markalı, “3000 N200” modelli noutbuk 50,0 manat, 01 ədəd istifadədə olunmuş, “Openbox” markalı, “F- 300FTA” modelli peyk qəbuledici 15,0 manat, 01 ədəd istifadədə olunmuş, “Geepas” markalı, “GDVD2727” modelli DVD oxuducu 25,0 manat, 01 ədəd istifadədə olmuş, “Sonashi” markalı, “DVD- 6006” modelli DVD oxuducu 25,0 manat olmaqla cəmi 515,0 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RlHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonunun Digah kəndində qeydiyyatda olmaqla həımin kəhddə yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş üzrə Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RlHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən gürünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonunun Digah kəndində qeydiyyatda olmaqla həımin kəhddə yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Zərərçəkmiş şəxs məhkəmə dail olmuş ərizəsindən gürünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmasrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqına qəradan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 15 dekabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “LG” markalı televizorun, 01 ədəd “Lenovo” markalı noutbukun, 01 ədəd “Openbox” markalı peyk qəbuledicisinin, 01 ədəd, “Geepas” markalı DVD oxuducusunun və 01 ədəd “Sonashi” markalı DVD oxuducusun Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Digah kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Digah kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd “LG” markalı televizorun, 01 ədəd “Lenovo” markalı noutbukun, 01 ədəd “Openbox” markalı peyk qəbuledicisinin, 01 ədəd, “Geepas” markalı DVD oxuducusunun və 01 ədəd “Sonashi” markalı DVD oxuducusun Zərərçəkmiş şəxs qızına qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-56/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-56/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver