Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-56/2023 18.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Amsar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Quba rayonu, Çiçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 16 dekabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan fermanın nəzarətsiz qaldığına əmin olduqdan sonra özgənin əmlakını gizli yolla talama niyyəti ilə giriş qapısından kilidli olmayan qıfılı açmaqla fermaya qanunsuz daxil olaraq 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 230 kiloqram olan 1500 (min beş yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 210 kiloqram olan 1400 (min dörd yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 250 kiloqram olan 1600 (min altı yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 225 kiloqram olan 1450 (min dörd yüz əlli) manat dəyərində erkək dana, 02 baş diri çəkiləri 200 kiloqram olan hər biri 1200 (min iki yüz) manat dəyərində dişi dana, 01 baş yerli cins, 10 aylıq, diri çəkisi 30 kiloqram olan 180 (yüz səksən) manat dəyərində erkək keçi və 01 baş yerli cins, 10 aylıq, diri çəkisi 30 kiloqram olan 160 (yüz altmış) manat dəyərində dişi keçi olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 8690,00 (səkkiz min altı yüz doxsan) manat dəyərində mal-qaranı gizli yolla talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 16 dekabr 2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, Amsar kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan fermanın nəzarətsiz qaldığına əmin olduqdan sonra özgənin əmlakını gizli yolla talama niyyəti ilə giriş qapısından kilidli olmayan qıfılı açmaqla fermaya qanunsuz daxil olaraq 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 230 kiloqram olan 1500 (min beş yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 210 kiloqram olan 1400 (min dörd yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 250 kiloqram olan 1600 (min altı yüz) manat dəyərində erkək dana, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 225 kiloqram olan 1450 (min dörd yüz əlli) manat dəyərində erkək dana, 02 baş diri çəkiləri 200 kiloqram olan hər biri 1200 (min iki yüz) manat dəyərində dişi dana, 01 baş yerli cins, 10 aylıq, diri çəkisi 30 kiloqram olan 180 (yüz səksən) manat dəyərində erkək keçi və 01 baş yerli cins, 10 aylıq, diri çəkisi 30 kiloqram olan 160 (yüz altmış) manat dəyərində dişi keçi olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 8690,00 (səkkiz min altı yüz doxsan) manat dəyərində mal-qaranı gizli yolla talayıb zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, onların hər birinin törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hazırda işləmir, lakin mövsümi meyvələrin yığımı zamanı Xaçmaz rayonunda yerləşən bağ sahələrində fəhlə işləyərək meyvə yığaraq qazanc əldə edir. Faktiki işsiz olması, maddi imkansızlığı səbəbindən yaşadığı Quba rayonu, Amsar kəndi ərazisində yerləşən əmisi Şahid3 kənd sakini Zərərçəkmiş şəxsla birgə işlətdiyi fermadan 01 baş dana oğurlayıb həmin dananı sataraq pul qazanmaq qərarına gəlmişdir. O, həmin fermanın qapısının kilidlə tam bağlanmadığını, qıfılın sadəcə keçirildiyini, kilidlənmədiyini bilmişdir. 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində dostu Təqsirləndirilən şəxs2 zəng edərək əmisi Qurbanın fermasından oğurluq etmək istədiyini, ona köməklik göstərilməsini xahiş etmişdir. Ümid razılaşmışdır. Ümidlə görüş zamanı sonuncu Xaçmaz şəhərində yaşayan heyvan alveri ilə məşğul olan tanışına zəng edərək gəlib heyvanlara baxıb almasını təklif etmişdir. Həmin şəxs də Ümidlə razılaşmışdır. 16 dekabr 2022-ci il tarixdə saat 23 radələrində o Ümidlə fermaya gəlmişdir. Fermanın dəmir giriş qapısında qıfıl olsa da, həmin qıfıl kilidli olmamış, sadəcə keçirilmişdir. Ümid kilidi çıxarıb dəmir qapını açmışdır. Qapını açan kimi 06 ədəd dana və 02 ədəd keçi çölə çıxmışdır. O əvvəl 01 baş dana oğurlamaq niyətində olmuş, lakin fermadan əvvəlcə iki baş keçi, ardınca da danalar çıxmışdır. O Ümidlə birlikdə fermanın qapısını bağlamışlar. Çölə ümumilikdə iki baş keçi, 06 baş da dana çıxmışdır. O Ümidlə danışmış və onlar heyvanların hamısını oğurlamaq qərarına gəlmişlər. Ümidlə birlikdə heyvanları Ümidə məxsus Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən alma bağına aparmışlar. 17 dekabr 2022-ci il tarixdə saat 08 radələrində Ümidin Xaçmaz şəhərindəki tanışına zəng edib həmin yerə çağırmışlar. Həmin şəxs saat 11 radələrində Qazel markalı avtomobillə bağ sahəsinə gəlmiş, Ümidlə aralarında olan razılığa əsasən heyvanların hamısını 3000 manata almış və malları maşına yükləyib oradan uzaqlaşmışdır. Ümid aldığı 3000 manatdan 1500 manatı ona vermişdir. Bundan sonra onlar ayrılmış, o 1500 manat puldan bir hissəsini öz şəxsi xərclərinə sərf etmiş, özünə 300 manata Samsung A30 markalı mobil telefon almışdır. 19 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nərimanov rayonunda çay evində Ümidlə olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Quba RPŞ-nə gətirilmişlər. Oğurluq barədə kimsə bilməmişdir. Heyvanları satan zaman mal-qaranın özlərinə məxsus olmasını bildirmişlər. Heyvanların oğurluq olması barədə Şahid1 deməmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan onlar tərəfindən ödənilmiş olmasa da, mal-qaranın satıldığı yer müəyyən edildikdən sonra sahibinə qaytarılmışdır. Hazırda o, törətdiyi əməldən peşmandır. Səhvə yol vermiş, bir daha belə hərəkətə yol verməyəcəkdir. Sonda Təqsirləndirilən şəxs1 vurduğu ziyanın ödənildiyini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda işləmir, lakin mövsümi meyvələrin yığımı zamanı Xaçmaz rayonunda yerləşən bağ sahələrində fəhlə işləyərək meyvə yığaraq pul qazanır. 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində dostu Təqsirləndirilən şəxs1 ona zəng edərək əmisi Qurbanın fermasından oğurluq etmək istədiyini, bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O da razılaşmışdır. Təxminən bir saat sonra Quba şəhərində çay evində İlhamla görüşmüş, İlham ona heyvanları oğurladıqdan sonra fermanın yaxınlığında ona məxsus bağ sahəsinə aparılmasını, oğurladıqları heyvanları oradan satıb pulu yarı bölməyi təklif etmişdir. O da razılaşmışdır. O Xaçmaz şəhərində yaşayan, heyvan alveri ilə məşğul olan tanışı Marifə zəng edib əlində satdıq heyvan olduğunu, Marifə xəbər edəndə gəlib heyvanlara baxıb almasını təklif etmişdir. Marif də razılaşmışdır. 16 dekabr 2022-ci il tarixdə saat 23 radələrində o İlhamla fermaya gəlmişdir. Fermanın dəmir giriş qapısında qıfıl olsa da, həmin qıfıl kilidli olmamış, sadəcə keçirilmişdir. O, kilidi çıxarıb dəmir qapını açmışdır. Fermanın qapısını açan zaman 06 ədəd dana və 02 ədəd keçi çölə çıxmışdır. İlham ona ilk öncə 01 baş dana oğurlamaq istəyini demişdir, lakin fermadan əvvəlcə 02 baş keçi, ardınca da 06 baş da dana çıxmış ona görə İlhamla danışmış və onlar heyvanların hamısını oğurlamaq qərarına gəlmişlər. İlhamla birlikdə heyvanları ona məxsus Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən alma bağına aparmışlar. 17 dekabr 2022-ci il tarixdə saat 08 radələrində İlhamla heyvanları saxladıqları bağ sahəsinə gəlmişlər. O Marifə zəng edib həmin yerə çağırmışdır. Marif saat 11 radələrində Qazel markalı avtomobillə bağ sahəsinə gəlmişdir. O heyvanların hamısını 4000 manata Marifə təklif etmiş, lakin Marif həmin heyvanlara görə 3000 manat pul verə biləcəyini demiş, o da Mariflə razılaşmışdır. Marif malları maşına yükləyib oradan uzaqlaşmışdır. O, aldığı 3000 manatdan 1500 manatı əvvəlcədən razılaşdıqları kimi İlhama vermişdir. Bundan sonra onlar ayrılmışlar, o 1500 manat puldan bir hissəsini öz şəxsi xərclərinə sərf etmişdir. 19 dekabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri Nərimanov rayonunda çay evində İlhamla olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Quba RPŞ-nə gətirilmişlər. Oğurluq barədə kimsə bilməmişdir. Heyvanları satan zaman mal-qaranın özlərinə məxsus olmasını bildirmişlər. Heyvanların oğurluq olması barədə Şahid1 deməmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan onlar tərəfindən ödənilmiş olmasa da, mal-qaranın satıldığı yer müəyyən edildikdən sonra sahibinə qaytarılmışdır. Hazırda o, törətdiyi əməldən peşmandır. Sonda Təqsirləndirilən şəxs2 vurduğu ziyanın ödənildiyini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi olmaqla, fermada şəriki Şahid3 qardaşı oğludur. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. 16 dekabr 2022-ci il tarixdə saat 18 radələrində tanışı Quba rayonu, Amsar kənd sakini X10 ilə birlikdə 39 baş dananı və 02 baş keçini işlətdiyi fermaya salmışlar. Fermanın dəmir giriş qapısına qıfılı keçirmiş, lakin qıfıl xarab olduğu üçün kilidləmədən sadəcə keçirib evinə getmişdir. 17 dekabr 2022-ci il tarixdə səhər saat 08 radələrində o, fermaya getmiş, qıfılı fermanın qapısına necə keçirmişdirsə, olduğu vəziyyətdə də görmüşdür. O qıfılı çıxarıb fermada olan heyvanları çölə buraxmışdır. Heyvanları saydıqda 06 baş dananın və 02 baş keçinin olmadığını müəyyən etmişdir. Bu barədə əvvəlcə şəriki Qurbana zəng edib bildirmiş, daha sonra heyvanların oğurlandığını düşünüb bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış heyvanlardan ikisi tünd qırmızı, biri sarı rəngli dişi dana, biri sarı rəngli, biri boz, başı ağ rəngli, digəri isə süd rəngli erkək danalar olmuşdur. Keçilərdən biri qara rəngli erkək, digəri isə ağ rəngli dişi olmuşdur. Oğurlanmış danaların ümumi qiyməti 6500 manat, keçilərin qiyməti isə 300 manat olmuşdur. Ümumilikdə ona baş vermiş oğurluq nəticəsində 6800 manat ziyan dəymişdir. 18 sebtyabr 2022-ci il tarixdə səhər saatlarında şəriki Qurbanla birlikdə Xaçmaz rayonunda yerləşən heyvan bazarına getmişlər. Orada bir nəfər tanımadığı şəxsin Qazel markalı avtomobilin yük yerində ona məxsus oğurlanmış danalara oxşar 06 ədəd dananın olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşıb danalara diqqətlə baxdıqda həmin danaların ona məxsus danalar olduğunu müəyyən etmişdir. O həmin şəxsə danaların ona məxsus olduğunu, həmin danaların fermasından oğurlandığını bildirib hardan aldığını soruşmuşdur. Həmin şəxs ona danaları Quba rayonu, Dəvədabanı yaşayış massivində Ümid adlı şəxsdən aldığını bildirmişdir. O həmin şəxsə fermasından iki baş da keçi oğurlandığını bildirdikdə, həmin şəxs keçilərin həyətində olduğunu demişdir. Bundan sonra həmin şəxslə birlikdə heyvanları da götürüb Quba rayon polis şöbəsinin qarşısına gəlmişlər. Orada polisin iştirakı ilə oğurlanmış heyvanlara yenidən baxış keçirilmiş və həmin heyvanlar özünə qaytarılmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, fermadan heyvanları oğurlayan şəxslər Təqsirləndirilən şəxs1 və onun tanışı Təqsirləndirilən şəxs2dur. O, şəriki Qurbanla birlikdə 39 baş dananı və iki baş keçini fermanı icarəyə götürdüyü vaxt Quba rayonu ərazisində müxtəlif kəndlərdən axtarıb almışdır. Fermadan oğurlanmış heyvanlar ona məxsusdur, maddi ziyan ona dəymişdir. Sonda zərərçəkmiş şəxs bildirdi ki, Dəymiş ziyan aradan qalxdığından onun heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin həbs olunmasını istəmir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ananloji ifadə verərək, Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 10 ilə yaxın müddətdir ki, heyvandarlıqla məşğuldur. Xaçmaz rayonu ərazisində yerləşən mal bazarında heyvan satışını həyata keçirir. 16 dekabr 2022-ci il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək özündə satdıq mal-qara olduğunu demişdir. Gecə yola çıxmadığı üçün 17 dekabr 2022-ci il tarixdə saat 09 radələrində Ümid ona zəng edərək təkrar mallar üçün gəlib-gəlməyəcəyini soruşmuşdur. Həmin gün saat 11:30 radələrində bacısı oğlu Şahid2 ilə özünə məxsus Qazel markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Dəvədabanı yaşayış massivi deyilən əraziyə gəlmişdir. Ümidin satmaq istədiyi 06 baş dana və 02 baş keçiyə baxmışlar. Ümid heyvanları 4000 manata satdığını bildirmiş, lakin o həmin heyvanlara görə 3000 manat pul verəcəyini təklif etmiş, Ümid də razılaşmışdır. O Ümiddən malların özünə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuşdur. Ümid heyvanların halal olduğunu demişdir. O Ümidə 3000 manat pulu vermişdir. Heyvanları qazelə yükləyib yaşadığı Xaçmaz rayonu, Ərəb kəndinə qayıtmışdır. Əvvəl Ümiddən mal almamışdır. 18 dekabr 2022-ci il tarixdə təxminən saat 06 radələrində bacısı oğlu Mədətlə birlikdə Mədətə məxsus Qazel markalı avtomobillə Ümiddən aldığı 06 baş dananı satmaq üçün Xaçmaz rayonunda yerləşən mal bazarına aparmışdır. İki baş keçi isə yaşadığı evin həyətində qalmışdır. Malları düşürəndən sonra Seyfəl və Qurban adlı şəxslər ona yaxınlaşıb malları haradan aldığını soruşmuşlar. O malları Quba rayonundan aldığını dedikdə, ona malların Seyfələ məxsus olduğunu, həmin malların oğurlandığını demişlər. Daha sonra o heyvanları da götürüb Quba rayon polis şöbəsinə gəlmişdir. Quba RPŞ-nin qarşısında polisin iştirakı ilə oğurlanmış heyvanlara yenidən baxış keçirilmiş və həmin heyvanlar sahiblərinə qaytarılmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Ümid tanışı İlhamla birlikdə fermadan heyvanları oğurlayaraq ona satmışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, heyvanları alarkən oğurluq olması barədə məlumatı olmamışdır. O, ümumilikdə heyvanlara görə təqsirləndirilən şəxslərə 3000 manat vermişdir. Heyvanlar qaytarılandan sonra 1600 manat şöbədə qaytarılmış, 1400 manat isə qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 - hər birinin ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası) xx.xx.2023-cü il tarixli 9/9321 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqına qərarda göstərilən mal-qaranın 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 7490,00 manat (01 baş yerli cins, 02 yaşında, diri çəkisi 230 kiloqram olan erkək dana 1500 manat, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 210 kiloqram olan erkək dana 1400 manat, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 250 kiloqram olan erkək dana 1600 manat, 01 baş yerli cins, 02 yaşında, diri çəkisi 225 kiloqram olan erkək dana 1450 manat, 02 baş, diri çəkiləri 200 kiloqram olma dişi dana 1200 manat, 01 baş yerli cins 10 aylıq, diri çəkisi 30 kq olan erkək keçi 180 manat, 01 baş yerli cins 10 aylıq, diri çəkisi 30 kq olan dişi keçi 160 manat) müəyyən edilmişdir. - “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 və Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü mədəsinin tərkibi olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs anbarından oğurlanmış ekspertiza tədqiqatına təqdim edilmiş ekspertiza təyini haqqında qərarda göstərilən mal-qaranın məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9321 nömrəli rəyində göstərilən qiymətinin deyil, ekspert X4 qızının ifadəsində qeyd etdiyi məbləğin, yəni mal-qaranın 2022-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümumi dəyərinin nəzəri qaydada təxminən 8690 manat olması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-117/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu, Amsar kəndində yaşayır və onun atası X14, anası X11 və arvadı X8 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yer üzrə müsbət xarekterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Eyni zamanda, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(027)-117/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir; - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir; - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yaşayır və onun anası X12, bacısı X6 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, vurulmuş zərərin tam ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırar halların olmadığını müəyyən edir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxslərin ifadalərindən göründüyü kimi, hər biri işsiz olsa da, mövsümi meyvələrin toplanılması zamanı onlar Xaçmaz rayonunda yerləşən bağ sahələrində çalışır və meyvə yığaraq qazanc əldə edirlər. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə həm yaşadıları Quba rayonunun, həm də fəaliyyət göstərdikləri Xaçmaz rayonunun hüdudlarını tərk etməmək vəzifəsinin qoyulması məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübüt kimi tanınmış yerli cins hər biri 02 yaşında, diri çəkiləri 230, 210, 250 və 225 kiloqram olmaqla 04 baş erkək dana, diri çəkiləri 200 kiloqram olmaqla 02 baş dişi dana, yerli cins hər biri 10 aylıq, diri çəkiləri 30 kq olmaqla bir erkək və bir dişi keçinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi cəmi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Quba və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 20 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, 04 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Quba və Xaçmaz rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış yerli cins hər biri 02 yaşında, diri çəkiləri 230, 210, 250 və 225 kiloqram olmaqla 04 baş erkək dana, diri çəkiləri 200 kiloqram olmaqla 02 baş dişi dana, yerli cins hər biri 10 aylıq, diri çəkiləri 30 kq olmaqla bir erkək və bir dişi keçinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (VÖEN **********, AZ34CTRE********************, X7, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-56/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-56/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver