Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-57/2020 09.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Rusiya Federasiyasında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Quba rayonu, Təngəaltı kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 22:30 radələrində baş etibarnamə əsasında idarə etdiyi “Chanqan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Birinci Nügədi kəndi ərazisində Təngəaltı kəndi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsi daxilində 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməli, gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolun sağ kənarı ilə eyni istiqamətdə hərəkət edən piyada xx.xx.1979-cu il təvəllüdlü Quba rayonu, Birinci Nügədi kənd sakini Zərərçəkmiş şəxs avtmobilin ön sağ tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan onun başın sol təpə gicgah nahiyəsində əzilmiş-cırılmış yara, baş beyinin əzilməsi və subdural hemotoma ilə müşayiət olunan kəllə beyin travması, kürəküstü və sol dirsək nahiyələrində əzilmiş yaraları kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,xx.xx.2018-ci il tarixdə saat təxminən 22:30 radələrində özünə məxsus, tanışı Səmədov Əmin ikram oğlunun adına olan, baş etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən tam saz vəziyyətdə olan boz metalik rəngli •Changan” markalı, “Honor” modelli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 60 km/saat sürətlə Quba şəhərindən yaşadığı Quba rayonu, Təngəaltı kəndinə gedən zaman yolun Birinci Nügədi kəndindin ərazisindən keçən hissəsində qarşı tərəfdən gələn avtomobil uzaq işıqlarını yandırmış və buna görə qabağını görməyə çətinlik çəkdiyindən qarşıda onun hərəkət yolunda 3 nəfər şəxsin irəli istiqamətdə hərəkət etdiklərini gec görmüş, həmin şəxslər yan-yana olduqlarından yolun təxminən 1.5 metr hissəsini tutmuşdular, onunla eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən piyadaları vurmamaq üçün avtomobilinin sükanını azca sola döndərmişdir ki qarşıdan əks istiqamətdə gələn avtomobillə də, toqquşmasın, lakin buna baxmayaraq hərəkət yolunda olan piyadalardan biri avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş və həmin şəxsin başı avtomobilinin qabaq alın şüşəsinin sağ tərəfinə dəyib yerə yıxılmışdır. Bundan sonra o, tez avtomobilini tormoz verib saxlamış, həmin şəxsin başı qanadığından və özündə olmadığından onun yanında olan şəxslərlə birlikdə tibbi yardım alması üçün Quba rayon mərkəzi xəstəxanasına gətirmişdir. Bundan başqa o, hərəkət yolunda olan piyadaları təxminən 15-20 metr məsafədən gördüyünü, həmin şəxsləri vurmamaq üçün avtomobilini sol tərəfə doğru döndərsə də, qarşı hərəkət zolağında avtomobil olduğundan və həmin avtomobillə toqquşmamaq üçün o yolun hərəkət hissəsində olan şəxslərdən birini vurduğunu, hadisə zamanı avtomobildə özündən başqa heç kimin olmadığını, hadisə zamanı qarşı tərəfdən gələn avtomobilin uzaq işıqları və ksenon lampaları yanılı vəziyyətdə olduğundan həmin işıqlar ən azı 4-5 saniyyə gözünü qamaşdırdığını və piyadaların hər üçünün də, yolun hərəkət hissəsində olduqlarını bildirmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxs ilə barışmağa cəhd etdiyi və ona dəymiş ziyanı qismən ödəməsini nəzərə alıb, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2018-ci il tarixdə saat təxminən 22:20 radələrində tanışları Mahir və Xanlarla birlikdə çayxanadan çıxıb kəndin aşağı tərəfi istiqamətində evinə tərəf əsas yolun sağ tərəfi ilə piyada gedən zaman, o, Xanlar və Mahir asfalt yolun üzərində olmuş, qarşı tərəfdən gələn avtomobilin işığı onun gözünə düşdüyündən o, arxadan gələn avtmobili hiss etməmiş və həmin avtomobil qəfildən onu arxa tərəfdən vurmuşdur. Sonra o, hurşunu itirdiyindən sonrasını xatırlamamış, hadisə zamanı o, sadə asta yerişlə hərəkət etmiş və bu zaman əlində heç bir əşya olmamışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, onu avtomobili ilə ehtiyyatsızlıqdan vuran şəxs Quba rayonu, Təngəaltı kənd sakini Təqsirləndirilən şəxsdur. Hadisədən sonra Qədir onun müalicə xərlərinin bir qismini ödədiyindən və sonradan ona kömək edəcəyini söz verdiyindən o, Qədirlə barışıq etməyi və ona dəymiş zərərin tamamilə ödənilməsi barədə ərizə yazmış, sonradan isə Qədirin onun müalicəsinə ciddi yanaşmadığını görərək Qədirdən şikayət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən maddi tələbi olduğu üçün ona qarşı şikayətçi olduğunu bildirmişdir. İş üzrə Şahid1 teleqramma ilə məhkəməyə müraciət edərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədn xahiş etmişdir. Şahid1 ibtidai istintaqda göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə Quba rayonu, Birinci Nügədi kəndinə qohumu Şahid2 ilə birlikdə qonaq gəlmiş, xx.xx.2018-ci il tarixdə saat təxminən 22:30 radelerinde Mahir və digər dostu, Quba rayonu, Birinci Nügədi kəndində yaşayan Anarla birlikdə kafedə pivə içdikdən sonra kəndin mərkəzi küçəsi ilə kəndin 2-ci Nügədi istiqamətində yolun hərəkət hissəsi ile hərəkət etmişlər, hamin vaxt o, yolun sağ tərəfində Mahir ortada, Anar isə sol tərəfdə olmuşdur. Qarşı tərəfdən gələn avtomobilin işıqları onların gözünə düşdüyündən arxadan başqa bir avtomobilin gəlməsini hiss etməmişlər, arxadan gələn, sonradan sürücüsünün adının Qədir olduğunu bildiyi şəxs avtomobilin qabaq tərəfi ilə Anarın arxa sol tərəfindən vurmuş, zərbənin təsirindən Anarın başı avtomobilin qabaq şüşəsinə dəymiş sonra isə Anar yerə yıxılmışdır. Bundan sonra Anarı Qədirin avtomobilinə yerləşdirərək Quba rayon mərkəzi xəstəxansına çatdırmışlar. İş materialında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci tarixli 1057 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-başın sol təpə gicgah nahiyəsində əzilmiş-cırılmış yara, baş beyinin əzilməsi və subdural hemotoma ilə müşayiət olunan kəllə beyin travması, kürəküstü və sol dirsək nahiyələrində əzilmiş yaralar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2018-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir. İş materialında olan təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu kəllə-beyin travması ilə əlaqədar keçirilmiş “Sağ təpə sümüyünün kraniotomiya” cərrahiyə əməliyyatından sonra onda hal-hazırda “Postravmatik ensefalopatiya, tez-tez (ayda 6-7 dəfə) təkrarlanan qıcolma tutulmaları ilə Üzvi mənşəli, dəqiqləşdirilməmiş şəxsiyyət və davranış pozğunluğu, psixoorqanik sondrom” kimi patoloji dəyişikliklərin olduğu müəyyən İş üzrə təyin edilib keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2018-ci tarixli, 23465 saylı rəyindən görünür ki, “Chanqan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə hərəkət etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2018-ci il tarixli, 515 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol səxoşluğu vəziyyəti yoxdur. İşdə olan Quba RPŞ-nin, DYPB tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışı ilə müəyyən edilmişidir ki, Təqsirləndirilən şəxs AENfi 601740 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər sənədləri ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İşdə olan Daxili işlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya idarəsindən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Quba rayon İHB-nın Çiçi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 127 saylı arayışından görünür ki, Quba rayonu, Təngəaltı kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi, atası-1962-ci il təvəllüdlü X3, anası-1966-cı il təvəllüdlü X1, qardaşı-1988-ci il təvəllüdlü X2 və qardaşı-1992-ci il təvəllüdlü X4 ibarətdir. İşdə olan Quba rayon İHB-nın Çiçi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən onun cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddələrinə əsasən, cavan olmasını və əməlindən peşiman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qasımov Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğdə ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı Quba rayonu, Təngəaltı kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğdə ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-57/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-57/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver