Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-58/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli, 137 saylı ƏHV sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 475-də qeydiyyatda olan və Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 45A, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 29 gün hissəindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, Beyləqan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanmış, xx.xx.2023cü il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, üzərində 1583,06 manat məbləğində ödənilməyən cərimə cəzası qalan, Beyləqan şəhəri, H.Hacıyev küçəsi, ev 61-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku edilmiş, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Quba şəhəri, Fətəlixan küçəsi, ev 10A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 30 avqust 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu, Pirvahid kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus evin əvvəlcə həyətinə tullanaraq evin giriş qapısının qıfılını qırmaqla qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində, yataq otağındakı şkafın içərisində olan qırmızı rəngli köynək qutusunun içindəki sarı rəngli pul qabının içərisindən 1000 manat, 100 ABŞ dolları, həmin şkafdan 50 manat dəyərində qızılı rəngli bir cüt sırğa və klon bijuteriyası, evin həyətindən bir ədəd qırmızı rəngli kisədə ümumi çəkisi 6 kq olan 30 manat dəyərində fındığı gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 1250 (min iki yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 30 avqust 2023-cü il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin yan tərəfindəki hasara bərkidilmiş taxtanı aralayaraq həyətə girib evin damına qalxaraq damdakı pəncərədən qanunsuz daxil olaraq evin yataq otağındakı şkafın içərisindən 1200 manat dəyərində 2 ədəd qızıl üzük, bir cüt qızıl sırğa, 3 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan qolbaq, şkafın üzərindən altı ədəd 200 manat dəyərində ətir, pəncərənin qarşısındakı iki ədəd dəftərin arasında olan ümumilikdə 510 manat pul, həmin otaqda olan şalvarın cibindən 300 manat pul, digər yataq otağındakı şkafın içərisindən 2000 manat dəyərində 1 ədəd klonu ilə birlikdə olan qızıl sepi gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 4213 (dörd min iki yüz on üç) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə tullanaraq kilidli olmayan giriş qapısından qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 10 manat dəyərində bir cüt bijuteriya sırğa, 30 manat dəyərində bir cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, 40 manat dəyərində bir ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan, metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisindən hazırlanmış, ümumi çəkisi 10,12 qram olan qolbaqsız saat, 1 manat dəyərində bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, üzərində qırmızı rəngli qaşlar olan(qiymətli qaşlara uyğun olmayan) broşu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 381 (üç yüz səksən bir) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 30 avqust 2023-cü il tarixdə, saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin yan tərəfindəki hasara bərkidilmiş taxtanı aralayaraq həyətə girib evin damına qalxaraq damdakı pəncərədən qanunsuz daxil olaraq evin yataq otağındakı şkafın içərisindən 1200 manat dəyərində 2 ədəd qızıl üzük, bir cüt qızıl sırğa, 3 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan qolbaq, şkafın üzərindən altı ədəd 200 manat dəyərində ətir, pəncərənin qarşısındakı iki ədəd dəftərin arasında olan ümumilikdə 510 manat pul, həmin otaqda olan şalvarın cibindən 300 manat pul, digər yataq otağındakı şkafın içərisindən 2000 manat dəyərində 1 ədəd klonu ilə birlikdə olan qızıl sepi gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 4213 (dörd min iki yüz on üç) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə tullanaraq kilidli olmayan giriş qapısından qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 10 manat dəyərində bir cüt bijuteriya sırğa, 30 manat dəyərində bir cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, 40 manat dəyərində bir ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan, metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisindən hazırlanmış, ümumi çəkisi 10,12 qram olan qolbaqsız saat, 1 manat dəyərində bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, üzərində qırmızı rəngli qaşlar olan(qiymətli qaşlara uyğun olmayan) broşu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 381 (üç yüz səksən bir) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə tullanaraq kilidli olmayan giriş qapısından qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 10 manat dəyərində bir cüt bijuteriya sırğa, 30 manat dəyərində bir cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, 40 manat dəyərində bir ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan, metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisindən hazırlanmış, ümumi çəkisi 10,12 qram olan qolbaqsız saat, 1 manat dəyərində bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, üzərində qırmızı rəngli qaşlar olan(qiymətli qaşlara uyğun olmayan) broşu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 381 (üç yüz səksən bir) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə tullanaraq kilidli olmayan giriş qapısından qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 10 manat dəyərində bir cüt bijuteriya sırğa, 30 manat dəyərində bir cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, 40 manat dəyərində bir ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan, metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisindən hazırlanmış, ümumi çəkisi 10,12 qram olan qolbaqsız saat, 1 manat dəyərində bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, üzərində qırmızı rəngli qaşlar olan(qiymətli qaşlara uyğun olmayan) broşu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 381 (üç yüz səksən bir) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Bəxdiyarla Bakı şəhəri Nərimanov rayonunda metronun yaxınlığında görüşmüş, Bəxdiyara onunla birlikdə Quba rayonuna getməyi təklif etmiş, Bəxdiyar da razılaşmışdır. Quba rayonunda Pirvahid kəndindən keçən zaman yolun kənarındakı evlərdən birinin həyət qapısında qıfıl asıldığını görmüşdür. Bəxiyar ilə birlikdə Nügədi kəndinə, Məryəm şadlıq sarayının yanındakı kafəyə gəlmişlər. O, Bəxdiyardan maşınını götürüb Pirvahid kəndinə getmişdir. Bəxdiyar isə kafedə qalmışdır. Pirvahid kəndində yol kənarında gördüyü qapısında qıfıl olan evə çatmağa bir qədər qalmış qoz ağaclarının altında avtomobili saxlamış, evin ətrafına göz gəzdirmiş, həyət divarının yanında dəmir çəlləyin olduğunu görüb həmin çəlləyin üzərinə çıxaraq üstündən tullanıb həyətə daxil olmuşdur. Evin həyətində olan qarajın qapısının qıfılını qırıb içəri girmişdir. Evin ikinci mərtəbəsinə qalxmış, yataq otağına daxil olub şkafın içində olan qırmızı rəngli köynək qutusunun içindən sarı rəngli pul qabı düşmüş, açıb içinə baxmış, 1000 manat və 100 ABŞ dollarını görüb götürmüşdür. Qayıdıb həyətə düşmüş, həyətdə qırmızı torbada fındıq görüb onları da götürüb evdən çıxaraq Bəxdiyarın yanına gəlmişdir. Orada Bəxdiyarla birlikdə çay içib hesabı verdikdən sonra, Bəxdiyar ilə birlikdə 2-ci Nügədi kəndində yerləşən stadionun yanına gəlmişlər. 1-2 saat orada gəzdikdən sonra hava qaralan kimi Bəxdiyara “sən çöldə gözlə, mən qohumumun evinə gedib gəlirəm” demişdir. Bundan sonra o, həmin ərazidə olan evin yan tərəfindən taxtanı aralayıb həyətdən dama qalxmış, damdakı pəncərəni açmağa çalışan zaman əlindən xəsarət almışdır. Bəxdiyarın onun oğurluq etmək planından xəbəri olmamış, ümumiyyətlə Bəxdiyar sözügedən evlərə girməmiş, onu küçədə gözləmişdir. Evdən götürülmüş qan izləri də Bəxdiyara deyil ona məxsus olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat 02-03 radələrindən sonra Bəxdiyar, Röyal və Nadir ilə birlikdə Bakı şəhərindən çıxıb Quba rayonuna gəlmişlər. Həmin vaxt Bəxdiyar ayıq olmuş, onlar isə sərxoş olmuşlar. Gecəni maşında qalmış və səhər saat 09 radələrində Quba rayonunun 2-ci Nügədi kəndinə getmişlər. Həmin vaxt o, maşından düşüb kənddə gəzərkən evlərin birinin qapısında qıfıl görüb təkbaşına həmin evə girərək bir cüt qızıl sırğa götürmüş, həmin evdən çıxdıqdan sonra Nadirlə rastlaşmış və sonuncuya onu gözləməsini, qohumunun evinə girib çıxacağını bildirmişdir. İkinci evə hasardan daxil olarkən ev sahibi onu gördüyündən oradan qaçıb Nadirin yanına gəlmişdir. Həmin vaxt Nadir ondan niyə qaçdığını soruşduqda o, oğurluq etiyini bildirmiş və onlar oradan birlikdə maşına doğru qaçmış, lakin Bəxdiyarla Röyal onların maşına doğru qaçdığını görüb onları götürmədən maşınla oradan uzaqlaşmışlar. O, da Nadirlə birlikdə tanımadığı taksi ilə əvvəl Xaçmaz rayonuna, ordan da Bakı şəhərinə qayıtmışlar. Suallara cavab olaraq bildirdi ki, maşından düşəndə Bəxdiyarla Röyal onu görmüşdür. O maşından bir dəfə düşmüşdür. İki dənə evin qapısında qıfıl olduğunu görüb aşağı tərəfdəki evin həyətinə tullanmış, ordan da o biri evin həyətinə keçmişdir. Nadir həmin vaxt mağazaya getmişdir. 15 sentyabr 2023-cü il tarixdə ikinci evdən oğurluq edərkən Nadir ona evə daxil olmağa köməklik göstərməmiş, Nadir çöl tərəfdə onu gözləmiş, evə daxil olmağını görüb- görmədiyini dəqiq bilmir. Həmin vaxt Bəxdiyarla Röyal maşının yanında olmuşlar. İbtidai istintaqda olan ifadələr işi aparan müstəntiq tərəfindən yalnış olaraq yazılmış, onların əlyazma ifadələri olmuşdur ki, həmin ifadələr işin materiallarına əlavə edilməmişdir. Həmin ifadələrdə o, hazırda göstərdiyi məlumatları bildirmişdir, yəni hadisəni olduğu kimi göstərərək, Bəxdiyarın, Nadirin və Röyalın onun oğurluq etməsindən xəbərləri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ilkin ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Rəşadla Bakı şəhərində görüşmüş, Rəşad ona Quba rayonunun Nügədi kəndinə xalasıgilə getməyi təklif etmişdir. O da razılaşmışdır. Birlikdə onun avtomobili ilə Quba rayonuna gəlmişlər, Quba rayonu, 2-ci Nügədi kəndində olan çayxanada oturub çay içmişlər. Rəşad qohumunun evinə gedib gələcəyini deyib onun avtomobilini götürmüşdür. Rəşad gedib təxminən yarım saatdan sonra gəlmiş və o Rəşadla birlikdə 2-ci Nügədi kəndi ərazisində tanımadığı yerə getmişlər. Maşını yola yaxın bir yerdə saxlamış, Rəşad ona xalası ilə görüşüb gələcəyini demişdir. Sonradan gəlib maşına əyləşmişdir. Rəşadın evdən oğurluq etdiyini bilməmişdir. 14 sentyabr 2023-cü il tarixdə o yenidən Rəşadın yaşadığı evə getmiş, orada oturub çay içib söhbət etdikdə, Rəşad ona Quba rayonuna gedib qohumları ilə görüşməli olduğunu demişdir. Rəşadla razılaşmış, o, Rəşad, Nadir və Röyal birlikdə Quba rayonuna gəlmişlər. Gecəni Quba rayonu, 2-ci Nügədi kəndində avtomobilin içində yatıb səhərin açılmağın gözləmişlər. Yuxudan oyanıb Rəşadın maşında olmadığını görmüşdür. Təxminən 20 dəqiqə sonra Röyalla maşının yanında dayanıb siqaret çəkən zaman Rəşadla Nadirin qaçaraq gəldiyini, ardlarıyca da bir qadının maşına doğru qaçdığını görmüşdür. Rəşadla Nadir onlara çatdıqdan sonra Rəşad oğurluq etdiyini demiş, o da Röyalla birlikdə maşına oturub, Rəşadla Nadiri orda saxlayıb sürüb getmişdir. Zarat DYP postunda da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaqdakı ifadəsində göstərilən “pəncərəni açdım əlimdən yaralandım” cümləsini işlətməmiş, evdə aşkar edilən qan izləri ona məxsus deyil. Belə ki, həmin qanın ona məxsus olmasını aydınlaşdırmaq məqsədilə ondan qan nümunəsi götürülməmişdir. Qubaya Rəşadın xalasigilə getmək üçün gəlmişlər. Yola gecə saatlarında çıxmasına fikir verməmişdir. Gecə saatlarında maşını Rəşadın xalasıgilin qapısında saxlamağın etik olmayacağını düşündüyü üçün avtomobili tində saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 15 sentyabr 2023cü il tarixdə saat 03 radələrində Rəşad, Bəxdiyar və Röyalla birlikdə Bakı şəhərindən Quba rayonuna gəlmiş və gecəni maşında yatmışlar. Səhər yuxudan oyananda Rəşad maşından düşmüş və qohumunun evinə gedəcəyini demişdir. O, isə marketə gedib 7-8 manatlıq şirniyyat almış və geri qayıdanda taraktorun yanında Rəşadı görmüş, sonuncu qohumugilə gedib gələcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Rəşadın qaçaraq gəldiyini, ardınca da bir qadının qışqırdığını görmüşdür. O Rəşaddan nə olduğunu soruşduqda, Rəşad ona evdən oğurluq etdiyini, ev sahibi gəlib çıxdığı üçün qaçdığını demişdir. Lakin Bəxdiyarın maşınına minməmişlər. Rəşad ilə birlikdə Xaçmaz rayonunda dairədə düşüb avtovağzaldan avtobusa minib Bakı şəhərinə getmişdir. Quba rayonuna gələn zaman Rəşadın oğurluq məqsədi ilə gəldiyini bilməmişdir. Rəşad qaçan zaman Rəşadın oğurluq etməsini bilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ilkin ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki o, 11 sentyabr 2023-cü il tarixdə Nadir ilə birlikdə Bakı şəhərinə qonaq gəlmiş və tanışı Bəxdiyarla Bakıda görüşmüşdür. Həmin gün onlar Bəxdiyarın tanışı Rəşadla görüşmüşlər. Rəşad onlara Quba rayonuna gedərək orada istirahət etməyi təklif etmiş, getmişkən xalasından pul alacağını və onlara qonaqlıq verəcəyini bildirmişdir. O, Rəşad, Bəxdiyar və Nadirlə birlikdə 15 sentyabr 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhərindən Quba rayonuna yola düçüb saat 4-5 radələrində Quba rayonunun hansısa kəndinə çatıb maşında yatmışlar. Kəndin adını bilmir. Səhər hava açılanda Rəşad xalasigilə gedib qayıdacağını deyib maşından düşmüşdür. Həmin vaxt Nadir maşında olmamışdır. Təxminən 15-20 dəqiqə sonra siqaret çəkmək üçün maşından düşən zaman Nadirlə Rəşadın avtomobilə doğru qaçdığını, arxalarınca da bir qadının qışqıra-qışqıra gəldiyini görmüşlər. X12 Nadiri maşına mindirməmiş, Bəxdiyar onu maşına mindirərək birlikdə oradan uzaqlaşmışlar. Verilən suallara cavab olaraq, bildirdi ki, Qubaya Bəxdiyar, Rəşad və Nadirlə birlikdə gəlmişdir. Rəşad onlara yeyib içməyə gedəcəklərini demişdir. Həmin vaxt maşını Bəxdiyar idarə etmişdir. Nadirlə Rəşadın avtomobilə doğru qaçan zaman arxalarınca da bir qadının qışqıra-qışqıra gəldiyindən, X11 mindirmədən sürüb getmişdir. Zarat postunda polis əməkdaşları tərəfindən saxlanılmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, oğurluqdan xəbəri olmamışdır. Bəxdiyarla birlikdə Qubaya istirahət etməyə gəlmişdir. Bakıda Rəşadın evində qalmamışdır, mexmanxanada qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 özünün müdafiəsi üçün dəlillər gətirərək özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilmədiyini qeyd edərək, ümumiyyətlə Qubaya istirahət etmək məqsədilə gəldiyini, Rəşadın oğurluq planlarından bixəbər olduğunu, Rəşad tanımadığı evə girən zaman yanında olmadığını qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır, onlarla qohumluq əlaqələri yoxdur. Avqust ayının axırlarında Bakıya getmiş və həmin müddətdə evdə kimsə olmamışdır. 16 sentyabr 2023-cü il tarixdə axşam saatlarında evə qayıdan zaman evin çöl giriş qapısından içəri həyətə daxil olmuşdur. Əvvəl şübhəli nəisə hiss etməmiş, sonradan zirzəminin qapısının açıq olmasını, qapının üzərində olan kilidin qırılmasını görüb evə baxış keçirmiş, baxış zamanı evindən oğurluq olunmasını müəyyən etmişdir. Belə ki, əmlakını oğurlayan şəxslər evin zirzəmisindən evə daxil olaraq, evin yuxarı mərtəbəsində yerləşən otaqda olan dolabın içəsində saxladığı pul qabından 1170 manat pulu, evin zirzəmisindən 7-8 kiloqrama yaxın fındığı və bir cüt halqa şəklində sırğa (bijuteriya) oğurlamışlar. Bundan sonra bacanağı Faiqə zəng edib evdən oğurluq olması barədə bildirmişdir. Faiq də Bakı şəhərindən çıxıb onun yanına gəlmişdir. Bundan sonra Faiq oğurluq olması barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona məxsus Quba rayonu, Pirvahid kəndində yerləşən evdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1250 manat maddi ziyan dəymişdir. Hazıra kimi ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, 30 avqust 2023-cü il tarixdə saat 15 radələrində o, ailə üzvləri ilə birlikdə qızı Aysunun ad günü məclisini qeyd etməkdən ötrü Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən Çənlibel gölünün yaxınlığında yerləşən restoranların birinə getmişlər. Məclisdə iştirak edən zaman artıq axşam saatlarında hava soyuduğundan qızı Aysu paltarını dəyyişmək məqsədilə babası İbrətlə evə getmiş, evin çöl giriş qapısından həyətə daxil olduqda evdən səs gəldiyini eşidərək qızı Aysun babasına evdə oğruların olduğunu bildirmişdir. Atası İbrət də həyətdən evin içərisinə keçən qapınının kilidini açıb içəri keçmişdir. Bu zaman evindən oğurluq edən şəxs və ya şəxslər evin arxa tərəfindən qaçıb getmişlər. Bundan sonra qızı Aysu evə daxil olaraq otaqların dağınıq vəziyyətdə olduğunu görüb ona zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. O, evə gedib baxış keçirmiş, yataq otağında olan dolabın içərisindəki ətir qutusunun içində olan təxmini dəyəri 1200 manat olan iki ədəd qızıl üzük, bir cüt sırğa, həmçinin həmin otaqda pəncərənin qarşısında olan iki dəftərin içərəsindən birində 210, digərində 300 manat olmaqla, ümumilikdə 510 manat, bundan başqa qızı Aysunun şalvarının cibində olan 300 manat pulu oğurlanmışdır. Daha sonra o yataq otağındakı şkafın üstünə baxdıqda ümumi dəyəri 200 manat olan ətirlərin də götürüldüyünü aşkar etmişdir. Sonra gəlinləri Aydanın qaldığı yataq otağına baxdıqda aşkar etmişlər ki, orada olan şkafdan bir ədəd qızıl sepli klonu oğurlanmışdır. Həmin qızıl sepin klonu ilə birikdə dəyəri təxminən 2000 manat olmuşdur. Evindən oğurluq edən şəxs və ya şəxslər həyətə sağ tərəfdə olan hasara bərkidilmiş taxtanı qıraraq daxil olmuşlar, daha sonra həyətdən evin damına qalxıb mətbəxin pəncərəsini qıraraq evin içərisinə daxil olmuşlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə oğlu Xadimin evinə getmiş, bir gecə orda qalmışdır. 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində yaşadığı evə gəlmiş, çöl qapını açıb həyətə girən zaman həyətdən səs gəldiyini eşitmiş və səs gələn tərəfə qaçıb evə kimin girdiyini müəyyənləşdirməyə çalışmışdır. Evin arxa tərəfinə keçəndə bir nəfər şəxsin hasardan qonşunun həyətinə tərəf tullandığını görmüşdür. O dərhal geri qayıdıb həyətdən çölə çıxmışdır. Çölə çıxan zaman qonşu Əlisəfanın giriş qapısının yanındakı hasardan iki nəfər şəxsin yola tərəf tullanıb qaçdığını görmüşdür. Məhləyə çıxdıqda həmin iki nəfər şəxsin qaçdığı istiqamətdə onun evindən təxminən 50 metr aralıda yolun sağ və sol tərəfində iki nəfər də şəxsin olduğunu görmüşdür. Həmin qaçan iki nəfər şəxs digər gözləyən iki nəfər şəxsə çatdıqda, dördü də sola tərəf dönüb qaçmışlar. O həmin şəxslərin ardınca qaçmış, həmin 4 nəfər şəxs isə avtomobilə oturub uzaqlaşmışlar. Bundan sonra o, evə qayıdıb evindən hər hansı əşya oğurlanıb-oğurlanmamasını yoxlamışdır. Birinci mərtəbədəki yataq otağında olan şkafın içərisindən ona məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 60 manat dəyərində iki cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, vəfat etmiş qaynatasına məxsus bir neçə qədimi dəmir pulların oğurlandığını aşkar etmişdir. Daha sonra ikinci mərtəbəyə qalxıb baxdıqda qonaq otağındakı şüşəbənddən üç ədəd dəmir dişin də götürüldüyünü müəyyən etmişdir. Evindən oğurluq edən şəxs və ya şəxslər evinə hasardan tullanaraq daxil olmuş, evə giriş qapısının açıq olmasından istifadə edərək oğurluq etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hadisə olan gün dörd nəfər şəxsi görmüşdür. Evinə girən və hasarın üstündən tullanan Təqsirləndirilən şəxs1 olmuşdur. Digər bir nəfər qonşusunun həyətində olmuşdur. Rəşad hasardan qonşunun həyətinə tullanıb həmin şəxsə qoşulmuş, ikisi də qaçıb küçədə gözləyən digər iki nəfər şəxsə çatmış və onlar birləşib anidən uzaqlaşmışlar. Dəqiq görməsə də, təxmin edir ki, həmin dörd nəfər oradan keçən “Prius” markalı açıq göy rəngli avtomobilə minib getmişlər. Çünki həmin vaxt orada başqa avtomobil olmamış, beləliklə də, güman edir ki, onlar məhz sözügedən avtomobilə minib hadisə yerindən qaçmışlar. Dörd nəfərdən biri Təqsirləndirilən şəxs1 olmuş, qalanlarını tanımır. Ümumilikdə evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona 380 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs4 anası tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbnin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində Şahid2 ifadə verərək bildirdi ki, 30 avqust 2023-cü il tarixdə saat 15 radələrində o ailə üzvləri ilə birlikdə nəvəsi Aysunun ad günü məclisini qeyd etməkdən ötrü Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən Çənlibel gölünün yaxınlığında yerləşən restoranların birinə getmişlər. Məclisdə iştirak edən zaman artıq axşam saatlarında hava soyuduğundan nəvəsi Aysunla evə getmiş, evin çöl giriş qapısını açarla açmış, Aysu da onun arxasında dayanmışdır. Həyətə daxil olduqda Aysu ona “baba, evdə adam var, səslər gəlir” deyə bildirmişdir. O, evin ikinci mərtəbəsində həyətə baxan pəncərəyə nəzər saldıqda həmin pəncərədən bir nəfər şəxsin həyətə baxdığını görmüşdür. Həyətdən evin içərisinə keçən qapının kilidini açıb içəri keçən zaman o iki nəfər şəxsin ayaq səslərini eşitmişdir, həmin şəxslər sürətlə evdən qaçmışlar. Qapını açıb içəri daxil olduqda pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Nəvəsi Aysu da ardınca evə daxil olmuş, Aysu otaqların dağınıq vəziyyətdə olduğunu görüb anası Xəyaləyə zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. Ümumi otaqlara baxış keçirtmişlər, evdən pul və qızıl-zinət əşyaları oğurlanmışdır. Evindən oğurluq edən şəxs və ya şəxslər həyətə sağ tərəfdə olan hasara bərkidilmiş taxtanı qıraraq daxil olmuşlar, daha sonra həyətdən evin arxa tərəfində yerləşən damına qalxıb ikinci mərtəbədə mətbəxin pəncərəsinin dəstəyini qıraraq evin içərisinə daxil olmuş və həmin yerdən də qaçıb getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 15 sentyabr 2023-cü il tarixdə saat 8 radələrində evdən çıxıb işə gedən zaman tanımadığı “Prius” markalı avtomobilin məhləsinə gəldiyini, avtomobilin içərisində dörd nəfər şəxsin olmasını görmüşdür. İki saat sonra yeznəsi zəng etmiş və evinin darvasının açıq olmasını bildirmişdir. Onun xahişi ilə yeznəsi evinə gedib baxmış və evin dağnıq olmasını bildirmişdir. O, evinə gəlmiş və evindən oğurluq olmasını müəyyən etmişdir. Bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Evindən qızıl sırğa oğurlanmışdır. Polis şöbəsində həmin sırğa ona qaytrılmışdır. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində psixi xəstəlikdən əziyyət çəkdiyini bildirdiyindən, məhkəmənin qərarı əsasında əldə edilmiş Azerbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024cü il tarixli 58 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda «emosional davamsiz şəxsiyyət pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 60.3) kimi psixi pozuntunun əlamətləri müəyyən edilir. Bunu halhazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə çətinliklə tabe olması, nalayiq ifadələr işlətməsi, tez-tez tibb personalından siqaret tələb etməsi, aqressiv olması, xx.xx.2024-cü il tarixdə hər iki qolunu kəsərək özünə xəsarət yetirməsi, siqaretə tələbatının çox olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində əhvali-ruhiyyəsində davamsızlığın müşahidə edilməsi, əsəbiliyə meylli və hövsələsiz olması, tez hirslənməsi, xırda qıcığa affektiv reaksiya verməsi, ondan asılı olmadan tez əsəbiləşdiyini, hirslənəndə qan çıxarmaqla sakitləşdiyini deməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqsız olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 qərarın təsviri şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkət xarakterini və ictimai təhlükəsizliyini tam şəkildə dərk etmək və tam şəkildə idarə etmək iqtidarında olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq ediməsi zərurəti yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilir və öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirə bilər. Təqsirləndirilən şəxs3 davranışlarının açıqlaması kimi psixi xəstəlikdən əziyyət çəkdiyini və bununla əlaqədar psixonevroloji dispanserdə mualicə aldığını vurğulasa da, rəyin nəticəsindən göründüyü kimi Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkət xarakterini və ictimai təhlükəsizliyini tam şəkildə dərk və idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-əmtəəşünaslıq ekspertizası) xx.xx.2023-cü il tarixli, 6/5306-9/7617 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində təqdim olunmuş məmulatların 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 122,0 manat müəyyən edilir. Təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzəri naxışlı sırğa cütü metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,80 qramdır - 68,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı qiymətsiz metal ərintisindən hazırlanmışdır, çəkisi 3,38 qramdır, qaşları qiymətli qaşlara uyğun deyil - 10,0 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan diş qapağı sarı rəngli hissənin metali təxminən 900 əyarı qızıla uyğundur, gümüşü rəngli hissənin metalı qiymətsiz metal ərintisində hazırlanmışdır, ümumi çəkisi 1,91 qramdır, qırıntı hesab olunur, qiymətli metalın ayrılıqda çəkisini müəyyən etmək mümkün deyil qiymətli metalın ayrılıqda çəkisini müəyyən etmək mümkün olmadığı üçün qiymətləndirilmir; 1 ədəd sarı rəngli (qaralmış) metaldan diş qapağı metalı qiymətsiz metal ərintisində hazırlanmışdır, ümumi çəkisi 1,19 qramdır, qırıntı hesab olunur qiymətləndirilmir; 1 ədəd gümüşü rəngli metaldan qolbaq metalı dəmir əsaslı ərintiden hazırlanmışdır, çəkisi 15,31 qramdır, bijuteriyadır - 3,0 manat; 1 ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan saat (qolbaqsız) metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisində hazırlanmışdır, ümumi çəkisi 10,12 qramdır, qırıntı hesab olunur - 40,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində qırmızı rəngli qaşlar olan broş - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4,38 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 1,0 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin (komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası) xx.xx.2023-cü il tarixli 2884 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 şəxsiyyətin emosional-davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs3 müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs3 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs3 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 13-11/2-14185/2023 nömrəli məktubuna əsasən, aparılmış müqayisəli DNT tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, Quba rayonu 2-ci Nügədi kəndində, Zərərçəkmiş şəxs2 evinə qanunsuz daxil olma faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 02 (iki) ədəd tənzifdə qan nümunələri (Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-91/2- 23806/2023 №-li məktubu ilə KTİ-yə təqdim edilmiş), Təqsirləndirilən şəxs2 (xx.xx.1996-cı il, Beyləqan r.) məxsusdur. Təqdim edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 götürülmüş bioloji nümunələrdən əldə olunmuş DNT profilləri, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankına əlavə edilmiş və müqayisəli DNT tədqiqatı nəticəsində eynilik aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (177.2.1); təkrar törədildikdə (177.2.2); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3) bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyindən, digərləri isə ümumiyyətlə təqsirli bilmədiyindən, məhkəmə onların hər birinin əməlinə ayrı ayrılıqda qiymət verilməsini zəruri bilir. İlk növbədə qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə üç oğurluq cinayətini törətməqdə özünü təqsirli bilsə də, həmin cinayət əməllərini təkbaşına törətdiyini bildirmiş və digər təqsirləndirilən şəxslərin onun törətmiş olduğu cinayət əməlləri ilə heç bir əlaqəsi olmadığı iddia etmişdir. Məhkəmə onun bu ifadəsini inandırıcı hesab etmir və cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətindən yayındırmaq üçün atılan addım kimi qiymətləndirir. Belə ki, Nərimanov Bəxdiyar 30 avqust 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobillə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gəldiyini etiraf etsə də, həmin evə daxil olmadığını, oğurluqda iştirak etmədiyini, hadisə yerindən götürülmüş qan izlərinin ona məxsus olmadığını və həmin evin Rəşadın öz qohumunun evi kimi təqdim etdiyini bildirmişdir. Lakin, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-14185/2023 nömrəli məktubundan göründüyü kimi, aparılmış müqayisəli DNT tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, Quba rayonu 2-ci Nügədi kəndində, Zərərçəkmiş şəxs2 evinə qanunsuz daxil olma faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 02 (iki) ədəd tənzifdə qan nümunələri (Quba RPŞnin xx.xx.2023-cü il tarixli, 3-13-91/2- 23806/2023 №-li məktubu ilə KTİ-yə təqdim edilmiş), Təqsirləndirilən şəxs2 (xx.xx.1996-cı il, Beyləqan r.) məxsusdur. Qeyd olunan qan izləri olan tənzif iş materiallarına əlavə edildiyindən, məhkəmədə təqsirləndirilən şəxs Nərimanov Bəxdiyara yenidən tədqiqat aparılması təklif edilsə də, o, zatən məhkəməyə inanmadığından, bundan imtina etmişdir. Onu da qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 güya öz qohumunun evinə getməsini Bəxdiyara bildirsə də, sonuncu avtomobilini evin qarşısında deyil, xeyli aralıda saxlayır və Rəşad hadisə yerinə piyada getmiş olur. Məhkəmə bunu məhz avtomobilin hadisə yerində görünməməsı, gələcəkdə iz itirmək məqsədilə edilən hərəkətlər kimi qiymətləndirir. 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq edilməsi faktı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırki iş üzrə verilən ittihama görə, 15 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus evin əvvəlcə həyətinə tullanaraq kilidli olmayan giriş qapısından qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 300 manat dəyərində qızıl üzük, 10 manat dəyərində bir cüt bijuteriya sırğa, 30 manat dəyərində bir cüt bijuteriya sırğa və iki ədəd bijuteriya üzük, 40 manat dəyərində bir ədəd sarı rəngli (qaralmış) metaldan, içərisində "SLAVA" yazısı olan, metalı üzərinə qızıl təbəqə çəkilmiş qiymətsiz metal ərintisindən hazırlanmış, ümumi çəkisi 10,12 qram olan qolbaqsız saat, 1 manat dəyərində bir ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, üzərində qırmızı rəngli qaşlar olan(qiymətli qaşlara uyğun olmayan) broşu gizli yolla talayıb zərəçəkmiş şəxsə ümumilikdə 381 (üç yüz səksən bir) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişlər. Təqsirləndirilən şəxs1 həmin oğurluğu təkbaşına törətdiyini bildirsə də, cinayət işinin materiallarından və məhkəmədə tədqiq edilən sübutlardan məlum olur ki, təqsirləndirilən şəxslər Bəxdiyar Nərimanovun idarə etdiyi avtomobillə xx.xx.2023-cü il tarixdə gecə saat 4-5 radələrində Bakı şəhərindən çıxıb həmin ünvana gəlmiş, avtomobili küçələrin birində saxlamış, Bəxdiyar və Röyal avtomaşının yanında gözləmiş, Rəşad və Nadir isə onlardan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs3 həmin vaxt mağazaya getdiyini və Rəşadın oğurluq etdikdən sonra ona tərəf qaçdığını gördükdə, onunla birlikdə avtomobilə tərəf qaçdıqlarını, lakin Bəxdiyarı və Röyalın onları gözləmədən uzaqlaşdığıbı bildirmişdir. Onun dediklərini digər təqsirləndirilən şəxslər də təsdiq etmişlər. Lakin, iş üzrə zərərçəkmiş Məlahət Nurullayeva məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, “evinə girən və hasarın üstündən tullanan Təqsirləndirilən şəxs1 olmuşdur. Digər bir nəfər qonşusunun həyətində olmuşdur. Rəşad hasardan qonşunun həyətinə tullanıb həmin şəxsə qoşulmuş, ikisi də qaçıb küçədə gözləyən digər iki nəfər şəxsə çatmış və onlar birləşib anidən uzaqlaşmışlar. Dəqiq görməsə də, təxmin edir ki, həmin dörd nəfər oradan keçən “Prius” markalı açıq göy rəngli avtomobilə minib getmişlər. Çünki həmin vaxt orada başqa avtomobil olmamış, beləliklə də, güman edir ki, onlar məhz sözügedən avtomobilə minib hadisə yerindən qaçmışlar.” Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslərin ifadələrindən aydın olur ki, xx.xx.2024-cü il tarixdə onlar dördü də hadisə yerində olmuşlar. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri də onu göstərir. Təqsirləndirilən şəxs3 hadisə yerində olmadığını, verilən suallara çaşdırıcı cavablar verərək, Rəşad oğurluq edən verərək zaman gah mağazada olduğunu, gah da məhlənin başında dayanıb Rəşadı gözlədiyini qeyd edir. Ümumiyyətlə məhkəmə zalında aqressiv davranışlar nümayiş etdirərək tutarlı cavablar vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki,”özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göründüyü kimi, təqsirləndirilən şəxslər törətdikləri oğurluq cinayətlərində qabaqcadan əlbir olmuş, oğurluqlar zamanı kimin nə edəcəyi barədə aralarında qabaqcadan razılıq əldə etmişlər. Təqsirləndirilən şəxs4 oğurluqdan ümumiyyətlə məlumatsız olduğunu bildirsə də, zərərçəkmiş şəxsə dəymiş zərər məhz onun tərəfindən ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, ibtudai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X9 Quliyevin oğurluq etdiyini bilmiş, onu bu əməldən çəkindirmək istəsə də, sonuncunun xahişi ilə pəncərəni açmağa köməklik etmiş və həmin vaxt əlindən xəsarət almışdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 oğurluq hadisəsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və bu ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verdiyi nəticəsinə gəlir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini digər xəslərin məsuliyyətdən yayındırmaq xarakteri daşıdığı kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən hesab edir ki, aşağıda qeyd olunanlar həmçinin nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-67/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə, həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 13 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay müddətinə, yəni 18 dekabr 2023-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək uzadılmışdır. - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-86/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 18 fevral 2024-cü il tarixədək uzadılmışdır; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Quliyev X8 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır; - Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görüünür ki, Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir; - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 10 dekabr 2023-cü il tarixli, 610 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadır, Quba şəhəri, Dəvədabanı yaşayış massivində qeydiyyatsız yaşayır və onun atası X3 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Belə ki, o, hazırki ittiham üzrə cinayət əmmələrini məhkumluğu qanunla müəyyən edilmiş müddətdə və qaydada ödənilmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün — ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nın 61.1.1-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivini cəzasını ağırlaşdırar hal kimi qiymətləndirir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 oğunun barəsində CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-68/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə, həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 13 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay müddətinə, yəni 18 dekabr 2023-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək uzadılmışdır. - Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixdə il tarixli 4(027)-87/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti istintaq müddəti iki ay, yəni 15 fevral 2024-cü il tarixədək uzadılmışdır; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır; - Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(011)-58/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Apellyasiya məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası cəzasının çəkilməmiş qalan 05 ay 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir; - Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəsinin 23 noyabr 2023cü il tarixli 5-37-27/2-xx-xx/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır və onun atası Qasımov Hicran Fərman oğlu, anası X7, qardaşı Nərmanov Elgün Hicran oğlu və qardaşı Nərmanov Rahil Hicran oğlundan ibarət ailə tərkibi vardır. Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən, Təqsirləndirilən şəxs2 müxtəlif cinayətlərdə adı keçdiyindən dəfələrlə nümayəndəlikdən arayış və xasiyyətnamələr istənmişdir. Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs3 sonuncuya qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nın 61.1.1-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivini cəzasını ağırlaşdırar hal kimi qiymətləndirir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Belə ki, o, hazırki ittiham üzrə cinayət əmmələrini məhkumluğu qanunla müəyyən edilmiş müddətdə və qaydada ödənilmədən törətmişdir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 oğunun barəsində CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ittiham elan olunmuşdur; - Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-68/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə, həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 13 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay müddətinə, yəni 18 dekabr 2023-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək uzadılmışdır. - Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixdə il tarixli 4(027)-85/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti istintaq müddəti iki ay, yəni 15 fevral 2024-cü il tarixədək uzadılmışdır; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Nadirli X6 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləöində cərimə cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nın 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəmsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanmış, xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, üzərində 1583,06 manat məbləğində ödənilməyən cərimə cəzası qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 cərimə cəzasından 1416,94 manat ödənilmişdir; - Beyləqan rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 05/2024 saylı məktubundan və ona əlavə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 cərimə cəzasından 1416,94 manat ödənilmişdir; - Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəsinin 24 noyabr 2023- cü il tarixli 3886/1 nömrəli arayışından görünür ki, Nadirli X6 şəhəri, H.Hacıyev küçəsi ev 61də qeydiyyatdadır və onun nənəsi- X1 ibarət ailə tərkibi vardır. Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. - Göründüyü kimi, Təqsirləndirilən şəxs3 Beyləqan rayon məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı tarixli və Bakı şəhəri, Nərimanov rayon xx.xx.2020-ci il tarixli hökmləri ilə CM-nin 67.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası ilə toplanılmaqla ona qəti cəza təyin edilsədə o, cərimə cəzasını ödəmədiyi üçün Fizuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ödənilməmiş qalan həmin cərimə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən birləşdirilməklə ona yenidən azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Təqsirləndirilən şəxs3 sonuncu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtarsada üzərində 1583,06 manat məbləğində ödənilməyən cərimə cəzası qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Həmin Qərardan göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 18-ci maddəsinə əsasən: 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. CM-nın 65.2-ci mddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nın 61.1.1-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs3 əməlində cinayətin təhlükəli residivini cəzasını ağırlaşdırar hal kimi qiymətləndirir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırki hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs3 Fizuli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1583,06 manat hissəsi ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən tam toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs3 üzərində qəti cəza saxlanılmalıdır. Cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs4 oğunun barəsində CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: - “şübhəli şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ittiham elan olunmuş və MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Gəncə RİHB-nın 3 saylı SİƏD üzrə nümayəndəsinin 08 dekabr 2023-cü il tarixli 3729 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 4, mənzil 23-də qeydiyyatsız yaşayır və onun anası - X5 ibarət ailə tərkibi vardır. Gəncə RİHB-nın 3 saylı SİƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən. Təqsirləndirilən şəxs4 barəsində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs4 əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və onun əvvəlki cəzaları azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan sonra, o, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 iki dəfə ardıcıl olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məhkumluqların heç biri hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməklə, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nın 61.1.1-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs4 əməlində cinayətin təhlükəli residivini cəzasını ağırlaşdırar hal kimi qiymətləndirir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs4 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə ekspertizasının xərci olan 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüş qolbaq, 01 cüt 585 əyyarlı üzərində döymə naxışlar olan qızıl sırğa, 02 ədəd qızılı rəngli diş, 01 ədəd qızılı saat, 01 cüt qızıl sırğa, 01 ədəd qızılı rəngdə üzərində qaşlar olan saç broşkasının zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı hökmlə təyin edilmiş cəza Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1583,06 manat hissəsi ilə tam toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1583,06 manat məbləöində cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdən – xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs4 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüş qolbaq, 01 cüt 585 əyyarlı üzərində döymə naxışlar olan qızıl sırğa, 02 ədəd qızılı rəngli diş, 01 ədəd qızılı saat, 01 cüt qızıl sırğa, 01 ədəd qızılı rəngdə üzərində qaşlar olan saç broşkası zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci olan 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həbsdə saxlanılmaları ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-58/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-58/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver