Məhkəmə qərarları › İş №1(027)-59/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-59/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-59/2022 20.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Quba rayonu, Dəlləkli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.02.2022-ci il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Dəlləkli kəndi ərazisində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməklə özünə aidiyyəti olmayan, başqa şəxslər arasında olan mübahisəyə müdaxilə edərək həmin mübahisədə iştirak etməyən və onu həmin mübahisədən kənarlaşdırmaq istəyən həmkəndlisi Zərərçəkmiş şəxs əvvəlcə kəndin mərkəzindəki çayxanaların qarşısındakı yolda, sonra isə həmin yerdən 50 metr uzaqlıqda, küçənin içində qəsdən baş və əl zərbələri ilə döyüb yerə yıxaraq ona baş-beyin silkələnməsi ilə müşayiət olunan sol gözün altında qançırhematoma, sağ gözün altında əzilmiş yara və ənsə nahiyyəsində solda qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, sadələşdirilmiş icraat materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24.02.2022-ci il tarixdə saat 23:30 radələrində kənd sakini Elşadın çayxanasında kənd sakinləri Sərvər, Vaqif, Kazım və İsmətlə olarkən, sahibi çayxananı bağlayacağını bildirdiyi üçün, bayıra çıxmışlar. Həmin vaxt X9 mübahisə etdiyini görmüş və ayırmaq məqsədilə yaxınlaşmışdır. Pərviz ona “sən qarışma, özləri bilər” deyib qolundan tutub kənara çəkmişdir. O, Pərvizə “qolunu çək” demiş, sonuncu çəkmədiyi üçün başı ilə sifətinə bir dəfə vurmuş və sonra aralanıb kənarda dayanmışdır. Bu vaxt Pərviz özü ona yaxınlaşmış, o da Pərvizin yaxasından tutub yerə yıxmışdır. Orada olan şəxslrər onları ayırmış və o, öz vi istiqamətində gemişdir. İkinci dəfə isə, Kazımla piyada evinə doğru gedən zaman çayxanadan təxminən 50 aralıda Pərviz əlində daşla ona yaxınlaşmışdır. X16 əlindən daşı almış və onlar hərə öz yoluna getmişdir. Elmanla Bəhlulun arasındakı mübahisəyə müdaxilə etməyinin məqsədi qonşusu ayırıb evinə aparmaq olmuşdur. Hadisə zamanı o, sərxoş olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında bu vaxta qədər ədavət və düşmənçilik olmamışdır. Hadisə kəndin mərkəzində olan çayxananın yanında, təxmini 20 metr aralıda olmuşdur. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt orada olan İbrahim, Elman, Bəhlul, Natiq hadisənin şahidi olmuşlar. Sonda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24.02.2022-ci il tarixdə saat 19 radələrində işdən sonra Elman və İbrahim adlı həmkəndliləri ilə birlikdə kəndin mərkəzində Elşadın işlətdiyi çayxanaya gedib orada oturmuşlar. Saat 23:30 radələrində Elşad çayxananı bağlamaq istədiyi üçün onlar bayıra çıxmışlar. X9 arasında mübahisə yaranmış, o isə İbrahimlə birlikdə onları sakitləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq nə olduğunu soruşmuşdur. O, Tahirə “sən qarışma, çəkil qırağa, əmim oğlumdur, özümüz bilərik” demiş və Tahiri oradan aralamışdır. Tahir yenidən onlara yaxınlaşmış və başı ilə onun sifətinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt yanlarında olan şəxslər Tahiri ondan ayırmışlar. Ona vurmasının səbəbini soruşmaq üçün Tahirə yaxınlaşan zaman, sonuncu onu tutub arxası üstə yerə yıxmışdır. Həmin vaxt araya girən İbrahimi də yerə yıxmışdır. Hadisə yerində olan həmkəndliləri Tahiri kənara çəkmiş və sonuncu piyada evinə tərəf getmişdir. Tahirin onu vurması pis təsir etdiyindən mübahisəyə aydınlıq gətirmək üçün ardınca getmişdir. Bu vaxt aralarında yenidən mübahisə yaranmış və o, Tahirin sifətinə başı ilə bir zərbə atmış, lakin zərbə Tahirə dəyməmişdir. Tahir isə onun başına 5-6 yumruq zərbələri vuraraq yerə yıxmışdır. Hadisə yerinə gələn Elman, İbrahim, Bəhlul, Natiq Tahiri ondan ayırmışlar. Tahir evinə tərəf gedən zaman o, əlinə daş alıb qorxutmaq üçün Tahirin ardınca getmiş, lakin Elman ona mane olmuşdur. Onlar aralanıb hərə öz evinə getmişdir. Tahirin hərəkətlərindən əsəbiləşdiyi üçün DİN-nin 102 xidmətinə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial təsdiqli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. 24.02.2022-ci il tarixdə saat 23 radələrində kənd sakinləri Pərviz və digərləri ilə birlikdə Şahid1 bağında işləməyə getmiş və işi qurtardıqdan sonra kəndin mərkəzində yerləşən Elşadın çayxanasında oturmuşlar. Saat 23:30 radələrində Elşad çayxananı bağladığı üçün o, Elman, Pərviz və Bəhlulla bayıra çıxıb çayxananın qarşısında dayanmışlar. Həmin vaxt Elmanla Bəhlulun arasında söz mübahisəsi yaranmış, lakin çox keçmədən onların arasında barışıq yaranmışdır. Onlardan bir qədər aralıqda dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb mübahisənin səbəbini soruşmuşdur. Pərviz Tahirə qarışmamasını, mübahisənin artıq bitdiyini demişdir. Bu vaxt Tahirlə Pərvizin arasında sözlə mübahisə yaranmış və Tahir başı ilə Pərvizin sifətinə bir zərbə vurmuşdur. Elman, Natiq və Bəhlul Tahiri ayırıb kənarlaşdırmış və Tahir, Kazım və Bəhlulla piyada evinə tərəf getmişlər. Pərviz Tahirin arxasınca getmişdir. Pərviz Tahirə yaxınlaşıb onun paltarından tutanda Tahir Pərvizi yerə yıxmışdır. X15 yenə ayırmışlar. Pərviz ayağa qalxıb əlinə daş almış, lakin Elman mane olduğu üçün Pərviz daşı yerə atmışdır. Bundan sonra Tahir evinə tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, 24.02.2022-ci il tarixdə saat 23:30 radələrində Elşad adlı həmkəndlisinin işlətdiyi çayxananın qarşısında Bəhlulla aralarında sözlə mübahisə yaranmış, lakin çox keçmədən mübahisə bitmişdir. Bir qədər kənarda dayanmış Təqsirləndirilən şəxs onların hələ də mübahisə etdiyini düşünmüş və Bəhlulu evinə aparmaq məqsədi ilə onlara yaxınlaşmışdır. Bu vaxt yanlarında olan Pərviz Tahirə “sən qarışma, özləri bilər” demiş və tutub Tahiri kənara çəkmişdir. Bununla bağlı Tahirlə Pərvizin arasında sözlə mübahisə yaranmış və Tahir başı ilə Pərvizin sifətinə bir zərbə vurmuşdur. O digərləri ilə birlikdə Tahirlə Pərvizi ayırmış və Tahir öz evinə getmişdir. Pərviz Tahirin arxasınca getmiş və çayxanadan təxminən 50 metr aralıda Tahirə çatmışdır. Pərviz Tahirə yaxınlaşıb onun paltarından tutan zaman Tahir Pərvizi yerə yıxmışdır. Pərviz ayağa qalxıb əlinə daş almış, lakin o, Pərvizin əlindən daşı alıb yerə atmış və dalaşmağa imkan verməmişdir. Bundan sonra hərə öz evinə getmişdir. Pərvizlə Tahir əvvəl çayxananın qarşısında, 5-6 dəqiqə sonra isə çayxanadan 50 metr aralıda, küçədə dalaşmışlar. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt orada olan İbrahim, Bəhlul, Natiq hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Yekun protokolun məhkəmə iclasına çağırılmalı olan şəxslər siyahısında göstərilən Şahid4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid4 araşdırma zamanı vermiş olduğu izahatı məhkəmədə elan olunan zaman, müəyyən edildi ki, sonuncu digər şahidlərin göstərdiklərinə uyğun izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 25.02.2022-ci il tarixli, 112 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözün altında qançır-hematoma, sağ gözün altında əzilmiş yara və ənsə nahiyəsində solda qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 24.02.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 16). Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 24 və 210 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Dəlləkli kəndində yaşayır və yaşayış yerində müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 10.09.2000-ci il təvəllüdlü X3, qızları- 28.12.2018-ci il təvəllüdlü X6 və 23.03.2020-ci il təvəllüdlü X2 ibarətdir (iş vər.: 33- 35); Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 28.12.2018-ci il təvəllüdlü X6 və 23.03.2020-ci il təvəllüdlü X1 Tahir Bahadur oğlunun uşaqlarıdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 50); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Quba rayon Mərkəzi xəstəxanası X17 11.03.2022-ci il tarixli 444 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur (iş vər.: 51); “sübutların qiymətləndirilməsi haqqında” 16.03.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şahid3 barəsində cinayət işinin başlanılması rədd edilmişdir (iş vər.: 57). Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzanın icrasının başlanğıcı aylıq qazancından tutulmaların başlandığı aydan (gündən) hesab edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar