Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-59/2023 23.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Hacıbəyova (Aqamova) Elza Akif qızının, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan. 04.11,2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2010-cu il təvəllüdlü X1, 13.04,2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla cəmi 200,00 manat məbləğində sabit alimentin alınaraq tələbkar Hacıbəyova (Aqamova) Eİza Akif qızının xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 15 mart 2017- ci il tarixli, 2(027)- 205/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə üçün əvvəllər analoji cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsinə, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(27)-910/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2018-ci il tarixdən, sonuncu təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8400,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Hacıbəyova (Aqamova) Eİza Akif qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər də aliment borcunu ödəmədiynə görə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli ammistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Hal-hazırda rəsmi iş yeri yoxdur. Lakin Quba-Bakı xətti üzrə fərdi qaydada taksi fəaliyyəti ilə yəni sərnişinlərin daşınması ilə məşğul olaraq bütün xərcləri çıxdıqdan sonra aylıq orta hesabla 600-700 manat qazanc əldə edir. O Hacıbəyova (Aqamov) Eİza Akif qızı ilə 2009-cu ildə nikaha daxil olaraq el adəti ilə toy etmişdir. Nikahları xx.xx.2011-ci il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Onun Hacıbəyova (Aqamov) Eİza Akif qızı ilə olan nikahından Əminə və Qumuru adlı uşaqları olmuşdur. Əvvəllər Eİza Hacıbəyova ilə münasibətləri yaxşı olsa da, sonradan ailə daxili yaranmış söz-söhbətlərə görə münasibətləri korlanmışdır. Bu səbəbdən 2016-cı ildə ayrılıblar, bundan sonra Eİza Hacıbəyova məhkəməyə müraciət etdiyinə görə Quba Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi ləğv edilməklə, xx.xx.2016-cı ildən başlayaraq xx.xx.2010-cu il təvvəllüdlü Aqamova Əminə və xx.xx.2014-cü il təvvəllüdlü Aqamova Qumru adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq Hacıbəyova (Aqamova) Eİza Akif qızına verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Quba rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmin vaxtı aliment borcunu ödəməmişdir. Bu səbəbdən də qanuni qüvvəyə minmiş məkəmə qətnaməsini icra etmədiyi üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 8400 manat borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə 7500 manat ödəniş etmiş, qalan 900 manat borcu da ödəyəcəkdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın çox hissəsini ödəməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsin xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıbəyova (Aqamova) Elza Akif qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2010-cu il təvəllüdlü Aqamova Əminə və xx.xx.2014-cü il təvəllüdlü Aqamov Qumru adlı övladları dünyaya gəlmişdir. Uzun zaman mehriban və xoşbəxt ailə şəraitində yaşamışlar. Lakin sonradan münasibətləri pozulmuşdur. Ona görə də o, 2017-ci il tarixdə nikahın ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsilə ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200,00 manat məbləğində sabit alimentin alınaraq onun xeyrinə ödəməlidir. Sözü gedən qətnamə icra edilməsi üçün Quba Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8400 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs borclu olduğu 8400 manat məbləğindən 7500 manatını ödəmişdir. İfadəsinin sonunda Hacıbəyova (Aqamova) Elza Akif qızı təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza veilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 04 noyabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Hacıbəyova (Aqamova) Eİza Akif qızına ödənilməlidir. Qeyd olunan icra sənədi 28 mart 2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanıimışdır. Başlanılmış icraat zamanı borclu tələbi qismən təmin etmiş və onda tələb yönəldilə biləcək əmlaklar o, cümlədən gəlir yerləri aşkarlanmamışdır. Görülmüş tədbirlə nəticəsində borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən müvəqqəti məhdudlaşdırılması təmin edilmişdir. Yaranmış borcu və təyin olunmuş aylıq aliment pulunu qərəzli şəkildə ödəmədiyi üçün borclu Təqsirləndirilən şəxs məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasıdan nəticə çıxartmayaraq tələbi təmin etməkdən boyun qaçırtmış və nəticədə onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı aidiyyəti istintaq orqanına müvafiq qaydada təqdimat göndərilmişdir. İstintaq orqanı tərəfindən aparılmış istintaq hərəkətləri nəticəsində borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarına olan qərəzli mövqeyi tam sübuta yetirilmiş və o, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(027)-72 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri növündə cəzaya məhkum olunmuşdur. Borclu Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qəsarının 2.8-ci bəndinin təsiri altına düşdüyünə görə cəzadan azad edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş, icra sənədinin icrası ilə bağlı onunla proflaktiki söhbətlər aparılmış və gələcəkdə bundan əvvəl yol verdiyi səhvlərin təkrarlanmaması onun diqqətinə çatdırılmışdır. Lakin, buna baxmayaraq borclu Təqsirləndirilən şəxs onunla aparılmış söbətlərdən, inzibati və cinayət məsuliyyətinə cəlb olunmasından nəticə çıxarmayaraq icra sənədinin icrasından qərəzli şəkildə yayınmağa davam etmişdir. Ona görədə borclu Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunaraq xx.xx.2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaranmış 8400 manat aliment borcunu qərəzli olara ödəməkdən yayınmışdır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-205/2017 saylı 15 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvvəllüdlü Aqamova Əminə və xx.xx.2014-cü il təvvəllüdlü Aqamova Qumru adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq Aqamova Eİza Akif qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.20217-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-205/2017 saylı 15 mart 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Şöbəsinin xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-937/2017 saylı xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-84/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndi rəhbər tutularaq Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Hacıbəyova (Aqamova) Elza Akif qızının məhkəmə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 8400 manat məbləğində maddi ziyanın 7500 manat mıəbləğində hissəsi ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk dəfə dövlət nəfinə tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Müsadirə olunası əmlak, məhkəmə məsrəfləri və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-59/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-59/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver