Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-6/2020 16.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X14 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 3 uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə xx.xx.1987-ci ildə Quba rayonu, Kupçal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Quba rayonu, Kupçal kəndində qeydiyyatda olan və yaşayan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə atası X11 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8 məxsus Abşeron rayonu ərazisində "Qızıl keçi" qış otlaq sahəsində yerləşən evinin giriş qapısını metal parçası ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan Nizami Hümbətova məxsus 40 manat dəyərində bir ədəd "Aqidel" markalı su nasosunu, 500 manat deyərində bir ədəd "Lutian" markalı elektirik generatorunu, 15 manat deyərində bir ədəd mis qazanı, 35 manat dəyərində 7 ədəd aliminium ləyənləri, 120 manat dəyərində 5 ədəd yun döşəkləri, 25 manat dəyərində bir ədəd yun yorğanı, 5 manat dəyərində bir ədəd döşəkçəni, 50 manat dəyərində bir ədəd samovarı, 15 manat dəyərində bir ədəd istifadə olunmuş gödəkçəni, 1050 manat dəyərində üç ədəd "Qarabağ" çeşidli əldə toxunma xalçaları, cəmi X8 məxsus 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Abşeron rayonu Saray qəsəbəsi M.Rəsulzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi bərbər köşkünün giriş qapısını metal parçası ilə sındırmaqla saxlanc yerinə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 80 manat dəyərində "LC" markalı televizoru, bir ədəd 20 manat dəyərində "NİOSAT" markalı peyk antenasınının aparatını, dolabın siyirməsində olan iki yüz manat məbləğində pulu, cəmi Zərərçəkmiş şəxs6nna məxsus 300 manat məbləğində əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə atası X11 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu ərazisində, "Şahgəldi" qış otlaq sahəsində yerləşən evinin giriş qapısını metal parçası ilə sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs8 məxsus hər birinin qiyməti 500 manat olan iki ədəd istifadə olunmuş "Lutian" markalı elektirik generatoru, 250 manat dəyərində 500 metr uzunluğunda istifadə olunmuş "Unal" markalı elektirik naqilini, Zərərçəkmiş şəxs8 məxsus cəmi 1250 (bir min iki yüz əlli) manat məbləğində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 saylı ünvanda yerləşən, "Şəfəq" qəzeti redaksiyasının inzibati binasının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub xidməti otaqlardan qiymətli əşya və pul axtarsa da tapa bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 saylı ünvanda yerləşən, "Qızıl-Aypara" cəmiyyətinə məxsus inzibati binannın qarşısına gələrək, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona melumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub otaqdakı masanın siyirməsindən həmin idarənin rəis müavini vəzifəsində işləmiş Nurməmmədov ilqar Xəlil oğluna məxsus 350 manat məbləğində pulu gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 saylı ünvanda yerləşən, 5 saylı regional "Mətbuat Yayımı" idarəsinə məxsus inzibati binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub xidməti otaqlardan qiymətli əşya və pul axtarsa da tapa bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışıb Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında "X21" MMC-ə aid Xaçmaz rayonu Arzu kəndi ərazisində yerləşən "OBA" marketin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə marketin arxa qapısının asma qıfılını burğacla (vintaçan) sındırıb açmaqla binaya qanunsuz daxil olub kompüter otağında qoyulmuş, saxlanc yeri hesab olunan dəmir seyfin qapısını burğacla açıb içərisindən şirkətə məxsus 3439 manat pulu, masanın üzərindən 136 manat dəyərində "NİVATCH" markalı DVR-108 Q modelli qurğunu və 244 manat dəyərində HDD cihazını, zərərçəkmiş "X21" MMC-yə məxsus cəmi 3819 (üç min səkkiz yüz on doqquz) manat məbləğində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 saylı ünvanda yerləşən "xxxxxxxxx" ASC-yə məxsus binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə həmin idarənin elektiriki işləyən. Zərərçəkmiş şəxs11 təmir işləri ilə məşğul olduğu sexin pəncərəsinin dəmir barmaqlıqlarını və kilidini burğacla açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan V.Dadaşova məxsus 100 manat dəyərində bir ədəd boyavuran kompressoru, hər birinin dəyəri 25 manat olan iki ədəd istifadə olunmuş “MEAKİDA” markalı elektrik mişarını və 2 manat dəyərində bir ədəd istifadə olunmuş kəlbətini pəncərədən çölə atıb Təqsirləndirilən şəxs2 ötürməsinə baxmayaraq kənardan səs eşitdiyi üçün gizli yolla talamaq istədiyi, Zərərçəkmiş şəxs11 məxsus 152 manat dəyərində əmlakı orada qoyub qaçaraq hadisə yerindən uzaqlaşmış, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq cinayəti törətməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri 22-ci məhəllədə yerləşən, Zərərçəkmiş şəxs12 məxsus "Əfqan market" ərzaq malları mağazasının arxa tərəfinə gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə mağazanın tavan hissəsini özü ilə götürdüyü metal boru ilə deşməklə oradan içəri qanunsuz olub mağazada saxlanc yeri kimi istifadə olunan seyfin içərisindən 400 manat məbləğində pulu, masanın üzərindəki sellofan paketdə qəpiklərdən ibarət 425 manat məbləğində pul, anbarda olan 450 manat dəyərində 15 blok “KENT” markalı, 225 manat dəyərində 15 blok “VEST” markalı, 140 manat dəyərində 10 blok “Prima” markalı, 120 manat dəyərində 8 blok “Klassik” markalı siqaretləri və mağazada quraşdırılmış müşahidə kamerasının 15 manat dəyərində “QOLD STAR” markalı yaddaş kartını, Zərərçəkmiş şəxs12, İlqar oğluna məxsus cəmi 1775 (bir min yeddi yüz yetmiş beş) manat dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğuruq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu Kunxırt kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus dəmir köşkün giriş qapısının qıfılını özü ilə götürdüyü metal parçası ilə sındırmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 500 manat dəyərində “LUTİAN” markalı elektrik generatorunu gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialının Quba şəhəri Fətəlixan küçəsində yerləşən 3 saylı şöbəsinin inzibati binasının giriş qapısının kilidini özü ilə gətirdiyi metal parçası ilə sındırmaqla binaya qanunsuz olub oradan içərisində 128 manat deyərində poçt markaları, 38 manat 60 qəpik dəyərində bir ədəd yaddaş kartı, 8 manat dəyərində 18 şrift ölçüdə iki ədəd təqvim möhürü olan 400 manat dəyərində bir ədəd dəmir seyfi, “xxxxxxxx” MMC-yə məxsus cəmi 574 manat 60 qəpik (beş yüz yetmiş dörd manat altmış qəpik) dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında "X21" MMC-ye Quba rayonu Zərdabi qəsəbəsindəki "OBA" marketin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə marketin giriş qapısının özü ilə əvvəlcədən götürdüyü balta ilə sındırıb binaya qanunsuz daxil olmaqla oradan "X21" MMC-yə məxsus 102 manat dəyərində bir ədəd kassa aparatının içliyini gizli talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus "Universal inşaat" təsərrüfat mallan mağazasının qarşısına gələrək, əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə ona məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, o isə mağazanın arxa pəncərəsinin kilidini özü ilə götürdüyü metal parçası ilə sındırmaqla həmin yerdən binaya qanunsuz olub oradan 120 manat dəyərində bir ədəd “MEKİDA” markalı elektrik mişarı, 70 manat dəyərində bir ədəd “EVROMAX” markalı elektrik mişarı, 100 manat dəyərində bir ədəd odun doğrayan aləti, 160 manat dəyərində bir ədəd “KESPA ASRİ” markalı su nasosunu, 130 manat dəyərində bir ədəd beton dələn aləti (prefarator), 40 manat dəyərində “ZENİT” markalı beton dələn aləti, 130 manat dəyərində “HAMMER” markalı beton dələn aləti, 160 manat dəyərində 100 metr uzunluğunda “SEDEF kablo TSEN 50525-2-11, H05V-F2X6” markalı naqil, 300 manat dəyərində 100 metr uzunluğunda “SEDEF kablo TSEN 50525-2-11, H05V-F4X6” markalı naqil, 25 manat dəyərində açar, 5 manat dəyərində bir cüt istifadə olunmuş kişi çəkməsini pəncərədən çölə atıb, Təqsirləndirilən şəxs2 ötürməklə Zərərçəkmiş şəxs2 məxsus cəmi 1190 (bir min yüz doxsan) manat dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, xx xxxxxx 2018-ci il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 saylı ünvanda yerləşən, "Şəfəq" qəzeti redaksiyasının inzibati binasının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub xidməti otaqlardan qiymətli əşya və pul axtarsa da tapa bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, xx xxxxxx 2018-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 saylı ünvanda yerləşən, "Qızıl-Aypara” cəmiyyətinə məxsus inzibati binanın qarşısına gələrək, əvvəlcədən razılaşdıqlan kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub otaqdakı masanın siyirməsindən həmin idarənin rəis müavini vəzifəsində işləmiş Nurməmmədov İlqar Xəlil oğluna məxsus 350 manat məbləğində pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 2 saylı ünvanda yerləşən, 5 saylı regional "Mətbuat Yayımı” idarəsinə məxsus inzibati binanın qarşısına gətərək əvvəlcədən razılaşdıqlan kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə giriş qapısını burğacla (vintaçan) açmaqla binaya qanunsuz daxil olub xidməti otaqlardan qiymətli əşya və pul axtarsa da tapa bilməmiş, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında "X21" MMC-ə aid Xaçmaz rayonu Arzu kəndi ərazisində yerləşən "OBA" marketin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə marketin arxa qapısının asma qıfılını burğacla (vintaçan) sındırıb açmaqla binaya qanunsuz daxil olub kompüter otağında qoyulmuş, saxlanc yeri hesab olunan demir seyfin qapısını burğacla açıb içərisindən şirkətə məxsus 3439 manat pulu, masanın üzərindən 136 manat deyərində "NİVATCH" markalı DVR-108 Q modelli qurğunu ve 244 manat deyərində HDD cihazını, zererçekmiş "X21" MMC-ye məxsus cemi 3819 (üç min səkkiz yüz on doqquz) manat məbləğində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 saylı ünvanda yerləşən "xxxxxxxxx" ASC-yə məxsus binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə həmin idarənin elektiriki işləyən Zərərçəkmiş şəxs11 təmir işləri ilə məşğul olduğu sexin pəncərəsinin dəmir barmaqlıqlarını və kilidini burğacla açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan V.Dadaşova məxsus 100 manat dəyərində bir ədəd boyavuran kompressoru, hər birinin dəyəri 25 manat olan iki ədəd istifadə olunmuş “MEAKİDA” markalı elektrik mişarını ve 2 manat dəyərində bir ədəd istifadə olunmuş kəlbətini pəncərədən çölə atıb ona ötürməsinə baxmayaraq kənardan səs eşitdiyi üçün gizli yolla talamaq istədiyi, Zərərçəkmiş şəxs11 məxsus 152 manat dəyərində əmlakı orada qoyub qaçaraq hadisə yerindən uzaqlaşmış, bununla da qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar oğurluq cinayəti törətməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri 22-ci məhəllədə yerləşən, Zərərçəkmiş şəxs12 məxsus "Əfqan market" ərzaq mallan mağazasının arxa tərəfinə gəlmiş, əwəlcədən razılaşdıqlan kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə mağazanın tavan hissəsini özü ilə götürdüyü metal boru ilə deşməklə oradan içəri qanunsuz olub mağazada saxlanc yeri kimi istifadə olunan seyfin içərisindən 400 manat məbləğində pulu, masanın üzərindəki sellofan paketdə qəpiklərdən ibarət 425 manat məbləğində pul, anbarda olan 450 manat dəyərində 15 blok KENT markalı, 225 manat dəyərində 15 blok VEST markalı, 140 manat dəyərində 10 blok Prima markalı, 120 manat dəyərində 8 blok Klassik markalı siqaretləri və mağazada quraşdırılmış müşahidə kamerasının 15 manat dəyərində “QOLD STAR” markalı yaddaş kartını, Zərərçəkmiş şəxs12 məxsus cəmi 1775 (bir min yeddi yüz yetmiş beş) manat dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğuruq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayonu Kunxırt kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus dəmir köşkün giriş qapısının qıfılını özü ilə götürdüyü metal parçası ilə sındırmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 500 manat dəyərində “LUTİAN” markalı elektrik generatorunu gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində özgənin əmlakını gizli talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında X6 Cəmiyyətinin Quba filialının Quba şəhəri Fətəlixan küçəsində yerləşən 3 saylı şöbəsinin inzibati binasının giriş qapısının kilidini özü ilə gətirdiyi metal parçası ilə sındırmaqla binaya qanunsuz olub oradan içərisində 128 manat dəyərində poçt markalan, 38 manat 60 qəpik dəyərində bir ədəd yaddaş kartı, 8 manat dəyərində 18 şrift ölçüdə iki ədəd təqvim möhürü olan 400 manat dəyərində bir ədəd dəmir seyfi, “xxxxxxxx” MMC-yə məxsus cəmi 574 manat 60 qəpik (beş yüz yetmiş dörd manat altmış qəpik) dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında "X21" MMC-yə Quba rayonu Zərdabi qəsəbəsindəki "OBA" marketin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqlan kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə marketin giriş qapısının özü ilə əvvəlcədən götürdüyü balta ilə sındırıb binaya qanunsuz daxil olmaqla oradan "X21” MMC-ye məxsus 102 manat dəyərində bir ədəd kassa aparatının içliyini gizli talayaraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus "Universal inşaat" təsərrüfat mallan mağazasının qarşısına gələrək, əvvəlcədən razılaşdıqlan kimi o, bir qədər kənarda pusquda dayanıb kənar şəxslərin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 məlumat vermək məqsədilə ətrafı nəzarətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə mağazanın arxa pəncərəsinin kilidini özü ilə götürdüyü metal parçası ilə sındırmaqla həmin yerdən binaya qanunsuz olub oradan 120 manat dəyərində bir ədəd “MEKİDA” markalı elektrik mişarı, 70 manat deyərində bir ədəd “EVROMAX” markalı elektrik mişarı, 100 manat dəyərində bir ədəd odun doğrayan aləti, 160 manat dəyərində bir ədəd “KESPA ASRİ” markalı su nasosunu, 130 manat dəyərində bir ədəd beton dələn aləti (prefarator), 40 manat dəyərində “ZENİT” markalı beton dələn aləti, 130 manat dəyərində “HAMMER” markalı beton dələn aləti, 160 manat dəyərində 100 metr uzunluğunda “SEDEF kablo TSEN 50525-2-11, H05V-F2X6” markalı naqil, 300 manat dəyərində 100 metr uzunluğunda “SEDEF kablo TSEN 50525-2-11, H05V-F4X6” markalı naqil, 25 manat dəyərində açar, 5 manat dəyərində bir cüt istifadə olunmuş kişi çəkməsini pəncərədən çölə atıb ona ötürməklə Zərərçəkmiş şəxs2 məxsus cəmi 1190 (bir min yüz doxsan) manat dəyərində əmlakı gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Quba rayonu Küpçal qışlaq kənd sakini Təqsirləndirilən şəxs2 həbsxanada olarkən tanımış, cəzasını çəkib qurtarandan sonra onunla əlaqələrini davam etdirmişlər. Ruslanla birlikdə Quba şəhərində və rayon ərazisində bir neçə dəfə oğurluq cinayəti törətmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə saat 01 radələrində Ruslanın təklifi ilə və onunla birlikdə Quba şəhərində yerləşən "Şəfəq" qəzetinin redaksiyasının binasının qarşısına gəlmiş, Ruslan pusquda dayanıb gözləmiş, o isə plastik materialdan olan giriş qapısının kilidini vintaçanla açıb içəri daxil olmuşdur. Binanın içərisini axtarsada pul və qiymətli əşya tapa bilməmişdir. Onlar redaksiya binasına oğurluğa gedərkən 500 manat pul oğurlayacaqlarını güman etmişlər. Təxminən yarım saat sonra, redaksiya binası ilə bir binada yerləşən "Qızıl Aypara" Cəmiyyətinə məxsus otaqlardan oğurluq etmişlər. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə gecə saat 02 radələrində Quba şəhərində, "Şəfəq" qəzetinin redaksiyasının binasındakı "Qızıl-Aypara" Cəmiyyətinə məxsus otağın plastik materialdan olan qapısını itələyib açaraq içəri daxil olmuş, həmin anda əvvəlcədən razılaşdıqları Ruslan kənarda pusquda dayanıb onu gözləmişdir. Otaqda olan şkafın siyirməsinindən 350 manat pul tapmış və oğurlamışdır. Daha sonra "Qızıl Aypara" Cəmiyyətinin binasının dəhlizindən başqa bir otağa plastik materialdan qapı olduğunu görüb həmin qapının kilidini vintaçanla açaraq həmin otağa daxil olmuşdur. Həmin yer 5 saylı "Mətbuat Yayımı" İdarəsinin binası olmuşdur. Həmin yerdən təxminən 300-400 manat pul oğurlayacağını güman etsədə qiymətli əşya və pul tapa bilməmişdir. Bundan başqa 2018-ci dekabr ayının 18-də Xaçmaz rayonu Arzu kəndində yerləşən "OBA" marketdən Ruslanla birlikdə oğurluq etmişdir. Belə ki, xx xxxxxx 2019cu il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs2lə Xaçmaz şəhərindən markasını və nömrə nişanını xatırlamadığı taksi ilə Xaçmaz rayonu ilə Quba rayonu arasında olan kanal deyilən ərazidə düşmüşdür ki, oradan piyada Ruslangilin evlərinə getsinlər. Xaçmaz rayonu Arzu kəndi ərazisində yerləşən "OBA" marketi görüb Ruslana təklif etmişdir ki, həmin marketdən oğurluq etsinlər. Razılaşdıqları kimi Ruslan kənarda pusquda dayanıb ətrafı gözləmiş, o isə marketin ön tərəfi işıqlı olduğu üçün arxa tərəfinə keçmiş, orada dəmir barmaqlığın asma qıfılını və plastik materialdan giriş qapısının kilidini vintaçanla açmış və piştaxtanın üzərindən içəri daxil olmuşdur. Marketin içərisi qaranlıq olduğundan özündə olan alışqanla işıq salaraq mağazanın içərisini axtarmış, orada dəmir seyf, seyflə üzbəüz masanın üzərində iki ədəd kompüter, kompüterin yanında isə müşahidə kamerasının yaddaş qurğusu olduğunu görmüşdür. O, vintaçanla seyfin kilidini açmış, alışqanın işığı ilə baxanda seyfn içərisində pul olduğunu görmüş, həmin pulların hamısını və müşahidə kamerasının yaddaş qurğusunu oğurlayıb küçəyə çıxmışdır. Mağazadan təxminən 1800 manat pull oğurlamış, həmin puldan 700 manatını Ruslana vermişdir. Ondan sonra Ruslan ona demişdir ki, öz avtomobilini Xaçmaz şəhərində saxlayıb. Nəyə görə avtomobilini Xaçmazda saxladığını soruşanda Ruslan demişdir ki, avtomobillə oğurluğa getməyə ehtiyat etmişdir. Ona görə də Ruslanla birlikdə yol maşını ilə yenidən Xaçmaz şəhərinin girişinə qayıtmış və Ruslanın “VAZ 2106” markalı avtomobili ilə oradan Quba rayonu Küpçal-Qışlaq kəndinə, Ruslangilin evinə getmişlər. "OBA" marketdən oğurladığı müşahidə kamerasının yaddaş qurğusunu isə yolda tullamışdır. Bundan başqa Quba şəhəri "Mübariz Petrol" Yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən "Evim" məişət malları mağazasından oğurluq etmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 22 radələrində Ruslanın təklifi ilə və onunla birlikdə "Evim" məişət malları mağazasının qarşısına gəlmiş, mağazanın qarşı tərəfi işıqlı olduğundan arxa pəncərədən içəri daxil olmağı planlaşdırmışdır. Bu məqsədlə Ruslan pusquda dayanıb ətrafı gözləmiş, o isə mağazanın arxa pəncərəsini vintaçanla sındırmaqla içəri daxil olmuş, mağazanın qarşı tərəfdən giriş qapısından sol tərəfdə olan yerdə, kassadan 80 manat pul tapıb oğurlamış, başqa heç nə tapa bilməmişdir. Mağazada müşahidə kamerası olduğu üçün axtanb yaddaş aparatını tapıb götürmüşdür ki, onu tanıya bilməsinlər. Oğurladığı yaddaş aparatını mağazanın arxa tərəfində olan pəncərələri olmayan bir tikilinin içərisinə tullamışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Ruslanın təklifi ilə və onunla birlikdə Quba şəhərində yerləşən "xxxxxxxxx" adlanan yanmstansiyadan oğurluq etmişdir. Belə ki, həmin gün saat 22 radələrində Ruslanla həmin yerin qarşısına gəlmiş, Ruslan pusquda dayanıb gözləmiş, o isə yarımstansiyanın pəncərəsinin dəmir barmaqlıqlarını əyib içəri keçmək üçün yer açmış və Ruslanla birlikdə həmin yerdən içəri daxil olmuşlar. Oradan bir ədəd hava və boya vuran kompressor qurğusu, iki ədəd istifadə olunmuş laqonda alətləri, bir ədəd istifadə olunmuş kəlbətini oğurlayıb pəncərədən çölə, Ruslana ötürmüşdür. Sonra çölə çıxıb əşyaları aparmaq istəyəndə səs gəldiyi üçün oğurladıqları əşyalan orada qoyub qaçmışlar. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə gecə Quba şəhər bazarı ərazisində, qəbirstanlığın yanında olan "Əfqan market" ərzaq mağazasından oğurluq etmişdir. Belə ki, həmin gün gündüz saatlarında Ruslanla birlikdə qarşı tərəfdən mağazaya baxdıqda orada mağazaların çox olduğundan gözətçi olacağını düşünərək oğurluq etməyin çətin olacağını bilmiş, ona görə də arxa tərəfdən mağazaya daxil olmağı planlaşdırmışlar. Qəbiristanlığın içərisi ilə həmin mağazaya arxa tərəfdən yaxınlaşıb baxmış, mağazaya ancaq arxa divan deşməklə daxil olmağı planlaşdırmışlar. Ona görə də gündüz saatlarında yaxınlıqdakı metal qəbulu məntəqəsindən mağazanın divarını deşmək üçün bir ədəd metal lom, həmin ölçüdə boz rəngli metal boru və bir ədəd mantirovka alaraq yaxınlıqda gizlətmişlər. Gecə saat 03 radələrinde həmin alətləri gizlətdikləri yerdən götürüb qəbiristanlıqdan keçməklə mağazanın arxa tərəfinə gəlmiş və divarı təxminən bir metr hündürlükdə qəbiristanlıq tərəfdən deşməyə başlamışlar. Təxminən bir saat işləsələrdə divarı deşə bilməmiş, ona görə də Ruslan qəbirlərin arasında pusquda dayanıb gözləmiş, o isə mağazanın damına çıxıb metal boru ilə tavanı deşib həyətə düşmüş, mantirovka ilə mağazanın arxa tərəfində olan giriş qapısının kilidini sındırıb içəri daxil olmuşdur. Mağazanın içərisində olan seyflərdən birinin qapısını aça bilməmiş, ikinci seyfin qapısını mantrovka ilə sındırıb içərisindən təxminən 400 manat pul götürmüş, daha sonra digər otaqda selofan paketdə yığılmış təxminən 400 manat qəpik pulları və həmin otaqda müşahidə kamerasının yaddaş aparatını oğurlayıb içəri daxil olduğu yerdən çölə çıxmışdır. Ruslan onu mağazanın arxa tərəfində, qəbirlərin arasında gözləmişdir. Mağazadan oğurladığı manatlıqları həmin gün Ruslanla bölmüş, qəpik pulları isə ertəsi günü Bakı şəhərində Ruslanla birlikdə manata çevirib bölmüşlər. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Ruslanla birlikdə və Ruslanın idarə etdiyi “VAZ 2106” markalı, 10EZ132 dövlət nömrə nişanlı avtomobillə Quba rayonu Təngəaltı kəndi ərazisinə getmiş, gecə saat 03 radələrində Qonaqkənd kəndinə gedən yolun kənarında adını bilmədiyi kəndin ərazisində yolun kənarında dəmir köşk görüb qıfılını mantirvka ilə sındırıb içəri daxil olmuş, oradan bir ədəd elektirik generatorunu oğurlayaraq Ruslanın avtomobilinin baqajına yükləmişlər. Həmin hadisədən təxminən 15 dəqiqə sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Ruslanla birlikdə Quba rayonu Təngəaltı kəndi ərazisində, yolun kənarında olan olan,* “Marxal" adlanan kafenin otağının giriş qapısının kilidini mantirovka ilə sındırıb içəridən bir ədəd su nasosunu oğlurlamış, Ruslanın avtomobilinin baqajına yükləmişlər. Geri qayıdanda Quba rayonu Püstəqasım kəndində Ruslanın təqsiri üzündən idarə etdiyi avtomobili başqa bir avtomobillə toqquşmuş, Ruslan kənd camaatının qorxusundan avtomobili orada qoyub hadisə yerindən qaçmışdır. Ondan sonra yol maşını ilə Quba şəhərinə gedib orada Ruslana zəng etmiş, onunla görüşüb birlikdə Ruslangilin evinə getmişlər. Oğurladıqları elektirik genaratoru və su nasosu Ruslanın avtomobilinin baqajında qalmışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Ruslanla birlikdə Quba şəhəri 3 saylı poçt şöbəsində olan dəmir seyfi oğurlamaq üçün həmin yerin qarşısına gəlmiş, özü ilə əvvəlcədən mantirovka və vintaçan götürmüşdür. Ruslan kənarda pusquda dayanıb gözləmiş, o isə mantirovka ilə plastik materialdan olan giriş qapısının kilidini sındırıb içəri daxil olmuş, daha sonra Ruslanı çağırmış, poçtun binasından dəmir seyfi birlikdə qapıdan çıxarıb təxminən 100 metr kənara aparıb tində gizlətmişlər. Yaxınlıqdakı zibillikdən kağız karton tapıb seyfi həmin kartona bükmüşlər ki, yoldan keçənlər seyfi görməsinlər. Sonra Ruslan taksi fəaliyyəti ilə məşğul olan tanışına zəng edib həmin yerə çağırmış, seyfi onun avtomaşınına yükləyib Quba rayonu Küpçal- Qışlaq kəndinə, Ruslangilin evlərinə aparmışlar. Taksi sürücüsü apardıqları əşyanın nə olduğunu soruşanda Ruslan həmin əşyanın soba olduğunu demişdir. Taksi sürücüsü seyfi yerə boşaldandan sonra çıxıb getmişdir. Ruslangildə seyfin qapısını armatur kəsiyi ilə sındırmış, lakin seyfin içərisindən pul çıxmamışdır. Seyfin içərisində kağızlar və iki ədəd təqvim möhürləri olmuş, Ruslan həmin əşyaları götürüb həyətlərindəki ayaqyolunun içərisinə tullamışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Ruslanla birlikdə Quba şəhərindəki "Mübariz Petrol" yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan "Universal İnşaat" tikinti materialları mağazasından oğurluq etmək məqsədilə həmin yerə gəlmiş, mağazanın qarşı tərəfindən çox avtomobillər keçdiyi üçün arxa hissəsindən mağazaya daxil olmağı planlaşdırmışlar. Ruslan 7-8 metr kənarda pusquda dayanıb gözləmiş, o isə mağazanın arxa hissəsində olan təxminən 80smX60sm ölçüdə plastik materialdan olan pəncərəni mantirovka ilə sındırıb içəri daxil olmuş, mağazanı axtarsada pul tapa bilməmiş, ona görə də iki ədəd direl, iki ədəd laqonda alətlərini, iki ədəd prefarator alətini, bir ədəd su nasosunu, iki top elektrik naqilləri və bir cüt istifadə olunmuş kişi çəkmələrini oğurlamış, həmin əşyaları pəncərədən çölə, Ruslana ötürmüşdür. Ruslan isə həmin əşyaları alıb kənara yığmış, sonra izi azdırmaq üçün oğurladıqları əşyaları markasını və nömrə nişanını xatırlamadığı taksi ilə əvvəl Xaçmaz şəhərinə, dəmir yol vağzalının qarşısına aparıb yerə boşaltmış, daha sonra isə oradan başqa bir taksi saxlayıb həmin əşyaları Quba rayonu Küpçal-Qışlaq kəndinə, Ruslangilin evlərinə aparmışlar. Mağazadan oğurladığı çəkmələri özü geyinmişdir. Bundan başqa Ruslanla birlikdə 2019-cu ilin yanvar ayının 26-da Quba rayonu Zərdabi kəndi ərazisində yerləşən "OBA" marketdən oğurluq etmək məqsədilə həmin yerə getmişlər. Gecə saat 03 radələrində marketin yaxınlığına getmiş, Ruslan kənarda pusquda dayanıb gözləmiş, o isə mağazanın giriş qapısını Ruslangilin həyətindən götürdüyü balta ilə sındırıb içəri daxil olmuş və bu zaman siqnalizasiya işə düşmüşdür. O, kassa aparatının içliyini götürüb mağazadan çıxıb qaçmış və Ruslana zəng edib bağ sahəsində onunla görüşmüşdür. Ruslanla birlikdə kassanın içliyinə baxanda pul tapa bilməmiş, ona görə də həmin kassa içliyini meyvə bağında atıb getmişlər. Bundan başqa o, Abşeron rayonu ərazisində atası Sovet Bəşirovla birlikdə iki dəfə, təklikdə isə bir dəfə olmaqla ümumilikdə üç dəfə oğurluq cinayəti törətmişdir. Belə ki, 2018-ci ilin yayında özünə məxsus "MERSEDES" markalı, 38BE376 dövlət qeydiyyyat nişanlı avtomobilini idarə etməklə atası Sovet Bəşirovla birlikdə Abşeron rayonu ərazisində yerləşən qış otlaq sahəsində atılmış qara metalları yığaraq qəbul məntəqəsinə təhvil verib çörək pulu qazanmaqla məşğul olmuşdur. 2018-ci ilin avqust ayının təxminən 10-da saat 16 radələrində idarə etdiyi avtomobillə qış otlaq sahəsində metal axtaran zaman yataqlardan çoxunun sahibsiz olduğunu görmüş, evlərdən birinin giriş qapısının qıfılını metal parçası ilə sındırıb içəri daxil olmuş, otaqda olan bir ədəd kişi gödəkçəsini, bir neçə yorğan döşəkləri, xalçaları götürüb pəncərədən çörə çıxmış, atası ilə birlikdə həmin əşyaları avtomobilə yükləmişdir. Sonra evin giriş qapısının sağ tərəfində olan, anbar kimii stifadə olunan yerin qapısının qıfılını metal parçası ilə sındırıb içəri daxil olmuş, oradan bir neçə qazanları, bir ədəd samovarı, südçəkən aparatı, bir neçə aliminium ləyənləri oğurlayıb avtomobilə yükləmişdir. Həyətdə olan başqa bir yardımçı tikilinin giriş qapısının qıfılını metal parçası ilə sındırıb içəri daxil olmuş, oradan iki ədəd elektrik generatorunu atası ilə birlikdə oğurlayıb avtomobilə yükləmiş, həmin əşyaları atasının kirayədə yaşadığı Müşfıqabad qəsəbəsindəki evinə aparmışdır. Ertəsi günü oğurladıqları əşyaların bir hissəsini Binəqədi rayonu ərazisində tanımadığı şəxsə satmış, əşyaların qalan hissəsini isə yaşadığı Saray qəsəbəsindəki evinə aparmış, polis tərəfindən saxlanıldıqdan sonra həmin əşyaları Abşeron rayon polis şöbəsinə təqdim etmişdir. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhərindən taksi ilə Saray Dövlət Yol Polisi postunun yanında düşmüş, oradan piyada yaşadığı Saray qəsəbəsindəki evinə gedərkən qəsəbənin içərisində yolun kənarında kişi bərbərxanası olduğunu görmüşdür. Ətrafda heç kim olmadığından dəmir parçası tapıb bərbərxana köşkünün giriş qapısının kilid hissəsinə salaraq qapını açıb içəri daxil olmuş, şkafın siyirməsini açanda içərisindən 200 manat pul tapıb oğurlamışdır. Şkafın üzərində olan bir ədəd LG markalı smart ekranlı televizoru, bir ədəd peyk antennasına məxsus cihazı oğurlamış, yolun əks tərəfinə keçib orada taksi saxladıb həmin əşyaları taksi ilə yaşadığı evə aparmışdır. Televizorla peyk antenasının qurğusunu həyətində gizlətmiş, etəsi günü Sumqayıt şəhərinə, əşya bazarına aparıb tanımadığı şəxsə ümumilikdə 80 manata satmışdır. Bundan başqa 2018-ci ilin avqust ayının təxminən 26-da saat 16 radələrində atası Sovet Bəşirovla birlikdə Abşeron rayonu ərazisində olan "Şah gəldi" qış otlaq sahəsinə getmiş və həmin ərazidəki yataqda olan bir evin plastik materialdan olan giriş qapısının qıfılını dəmir parçası ilə sındınb evə daxil olmuşdur. Evdə olan bir ədəd elektirik generatorunu oğurlayıb atası ilə birlikdə avtomobilinə yükləmişdir. Sonra başqa bir otaqda olan bir ədəd eyni markalı elektrik generatorunu və bir top istifadə olunmuş elektirik naqilini oğurlayıb avtomobilə yükləmiş, həmin əşyaları atasının kirəyədə yaşadığı Müşfiqabad qəsəbəsindəki eviinn həyətinə aparmışlar. Ertəsi günü həmin əşyaları Binəqədi rayonu ərazisində tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış, pulunu isə atası ilə bölmüşdür. Təqsirləndirilən şəxs1 daha sonra göstərmişdir ki, oğurladığı pullardan ona qalan məbləği ancaq evinə ərzaq almağa xərcləmiş, evə nağd pul aparmamışdır. Oğurluq əşyalardan ancaq bir cüt çəkməni geyinib evə getmiş, Quba şəhərində "Universal İnşaat" mağazasından oğurladıqları laqonda, naqillər və direlləri Ruslangilin evlərinə aparmış, həmin avadanlıqları Ruslan satandan sonra ona 100, yaxud 200 manat pul vermişdir. Ruslanın həmin əşyaları kimə və hansı qiymətə satdığını bilməmiş, "Marxal" kafesindən oğurladıqları su nasosunu və onun yaxınlığındakı dəmir köşkdən oğurladıqları elektirik generatoru isə qəza hadisəsindən sonra Ruslanın avtomobilinin baqajında qalmışdır. Sonradan eşitmişdir ki, Ruslan həmin əşyaları avtomobilini vurduğu şəxsə ziyan əvəzində verib. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, həbsxanada olarkən Azad adlı şəxslə tanış olmuş, cəzasını çekib qurtarandan sonra onunla münasibətlərini davam etdirmişdir. Dəfələrlə Azadın yaşadığı Sumqayıt şəhəri Saray bağlar massivində olmuşdur. Təqsirləndirilən şəxs1la birlikdə 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar və fevral aylarında Quba şəhərində, Quba rayonu ərazisində, eləcə də Xaçmaz rayonu ərazisində bir sıra oğurluq cinayətləri törətmişlər. Belə ki, xx xxxxxx 2018-ci il tarixdə saat 01 radələrinde Azadın təklifi ilə və onunla birlikdə Quba şəhərində yerləşən, "Şəfəq" qəzetinin redaksiyasından oğurluq etmək məqsədilə həmin binanın qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o pusquda dayanmış, Azad isə redaksiyanın plastik materialdan olan giriş qapısının kilidini vintaçanla açıb içəri daxil olmuşdur. Daha sonra Azad həmin binanın başqa otaqlarında yerləşən "Qızıl Aypara" Cəmiyyətindən oğurluq etmişdir. Belə ki, gecə saat 02 radələrində o, pusquda dayanmış, Azad "Qızıl-Aypara" Cəmiyyətinə məxsus idarənin otağının plastik materialdan olan qapısını itələyib açaraq içəri daxil olmuş, daha sonra həmin idarənin içərisindən 5 saylı "Mətbuat Yayımı" İdarəsinin binasına keçmişdir. Təxminən bir saatdan sonra Azad onun yanıma qayıtmış, üç idarənin ikisindən heç ne tapmadığını, "Qızıl Aypara" Cəmiyyətinin binasından isə cəmi 350 manat pul oğurladığını bildirmiş, həmin pulun yarısını ona vermişdir. Bundan başqa 2018-ci dekabr ayının 18-də Xaçmaz rayonu Arzu kəndində yerləşən "OBA" marketdən Azadla birlikdə oğurluq etmişlər. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Azadla Xaçmaz şəhərindən markasını və nömrə nişanını xatırlamadığı taksi ilə Xaçmaz rayonu Arzu kəndinə gəlmiş, həmin kəndin ərazisində yerləşən "OBA" marketdən oğurluq etmişlər. Qeyd olunan tarixdə və vaxtda Azadın təklifi ilə pusquda dayanıb gözləmiş, Azad marketin arxa tərəfindəki qapının kilidini sındırıb içəri daxil olmuşdur. Bir az sonra Azad onun yanına qayıtmış, mağazadan 1800 manat pul və müşahidə kamerasının yaddaş qurğusunu oğurladığını bildirmiş, həmin puldan 700 manatını ona vermiş, müşahidə kamerasının yaddaş qurğusunu isə tullamışdır. O, avtomobilini Xaçmaz şeherində saxladığı üçün, Azadla birlikdə yol maşını ile Xaçmaza qayıtmış ve orada saxladığı VAZ 2106 markalı avtomobili ile Azadla birlikde Quba rayonu Küpçal-Qışlaq kəndindəki evlərinə qayıtmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1la birlikdə Quba şəhəri "Mübariz Petrol" Yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən "Evim" meişet malları mağazasından oğurluq etmişlər. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radelerində Azadın təklifi ilə və onunla birlikde "Evim" məişət malları mağazasının qarşısına gəlmiş, mağazanın qarşı tərəfi işıqlı olduğundan arxa pəncərədən içəri daxil olmağı planlaşdırmışlar. Bu məqsədlə o pusquda dayanıb ətrafı nəzarətdə saxlamış, Azad isə mağazanın arxa pəncərəsini sındırmaqla içəri daxil olmuş, bir az sonra geri qayıdanda mağazadan heç nə tapa bilmədiyini bildirmişdir. Lakin mağazada müşahidə kamerası olduğu üçün yaddaş aparatını tapıb oğurlamışdır ki, onu tanıya bilməsinlər. Azad oğurladığı yaddaş aparatını mağazanın arxa tərəfində olan köhnə tikilinin içərisinə tullamışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Azadın təklifi ilə və onunla birlikdə Quba şəhərində yerləşən "xxxxxxxxx" adlanan yarımstansiyadan oğurluq etmişlər. Belə ki, həmin gün saat 22 radələrində Azadla həmin yerin qarşısına gəlmiş, o pusquda dayanıb gözləmiş, Azad isə yarımstansiyanın pəncərəsinin dəmir barmaqlıqlarını əyib içəri keçmək üçün yer açmış və həmin yerdən içəri daxil olmuşdur. Azad oradan bir ədəd kompressor qurğusunu, iki ədəd istifadə olunmuş laqonda alətlərini, bir ədəd istifadə olunmuş kəlbətini oğurlayıb pəncərədən çölə, ona ötürmüş, çölə çıxıb əşyaları birlikdə aparmaq istəyəndə səs gəldiyi üçün oğurladıqları əşyaları orada qoyub qaçmışlar. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə gecə Təqsirləndirilən şəxs1la birlikdə Quba şəhər bazarı ərazisində, qəbirstanlığın yanında olan "Əfqan market" ərzaq mağazasından oğurluq etmişlər. Belə ki, həmin gün gündüz saatlarında Azadla birlikdə qarşı tərəfdən mağazaya baxdıqda oradan oğurluq etməyin çətin olacağını, çoxsaylı mağazalar olduğundan gözətçi olacağını düşünmüş, ona görə də arxa tərəfdən mağazaya daxil olmağı planlaşdırmışlar. Qəbiristanlığın içərisi ilə həmin mağazaya arxa tərəfdən yaxınlaşıb baxanda mağazaya ancaq divarı deşməklə daxil ola biləcəklərini düşünmüşlər. Ona görə də gündüz saatlarında yaxınlıqdakı metal qəbulu məntəqəsindən mağazanın divarını deşmək üçün bir ədəd metal lom, həmin ölçüdə boz rəngli metal boru və bir ədəd mantirovka alaraq yaxınlıqda gizlətmiş, gecə saat 03 radələrində həmin alətləri gizlətdikləri yerdən götürüb mağazanın arxa tərəfinə gəlmiş və divarı qəbiristanlıq tərəfdən deşməyə başlamışlar. Təxminən bir saat işləsələr də divarı deşə bilməmiş, ona görə də o, qəbirlərin arasında pusquda dayanıb ətrafı nəzarətdə saxlamış, Azad isə mağazanın damına çıxıb metal boru ilə tavanı deşib oradan mağazaya düşmüşdür. Təxminən 15 dəqiqədən sonra Azad əlində müşahidə kamerasının yaddaş kartı geri qayıtmış, mağazadan təxminən 800 manat pul oğurladığını bildirmişdir. Oğurluq pullardan 400 manatadək məbləğ qəpiklərdən ibarət olmuş, həmin pulu Azad onunla bölmüş, müşahidə kamerasının yaddaş aparatını isə qəibiristanlığın yanında tullamışlar. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Azadla birlikdə oğurluq məqsədilə Quba rayonu Təngəaltı kəndi ərazisinə getmiş, gecə saat 03 radələrində Qonaqkənd kəndinə gedən yolun kənarında dəmir köşk görüb avtomobili saxlamış, Azad mantirovka ilə köşkün qapısının kilidini sındırıb içəri daxil olmaqla oradan bir ədəd elektirik generatorunu oğurlamış, birlikdə generatoru avtomobilinin baqajına yükləmişlər. Təxminən 15 dəqiqə sonra Azadla birlikdə Quba rayonu Təngəaltı kəndi ərazisində, yolun kənarında olan olan "Marxal" kafesinin otaqlarından birinin giriş qapısının kilidini Azad mantirovka ilə sındırıb içəri daxil olmaqla oradan bir ədəd su nasosu oğlurlamış, həmin su nasosunu da birlikdə onun avtomobilinin baqajına yükləmişlər. Geri qayıdanda Quba rayonu Püstəqasım kəndində idarə etdiyi “VAZ 2106” markalı, 10EZ132 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı başqa bir avtomobillə toqquşmuş, təqsir onda olduğundan kənd camaatının qorxusundan avtomobili orada qoyub hadisə yerindən qaçıb Quba şəhərinə getmişdir.Bir az sonra Azad ona zəng edib harada olduğu ilə maraqlanmış, Quba şəhərində onunla görüşüb yol maşını ilə Küpçal-Qışlaq kəndindəki evlərinə gedərək gecəni onlarda qalmışlar. Oğurladıqları genarator və su nasosu isə onun avtomobilinin baqajında olmaqla hadisə yerində qalmışdır. Bir neçə gün sonra polis əməkdaşları onu Quba rayon Polis Şöbəsinə dəvət edəndə bilmişdir ki, avtomobili Polis Şöbəsinin duracağında saxlanılır. Polis şöbəsində hadisə zamanı avtomobili ilə toqquşmuş VAZ 2107 markalı avtomobilin sürücüsü ilə tanış olmuş, pulu olmadığı üçün Azadla birlikdə oğurladıqları elektirik generatoru və su nasosunu avtomobilinin baqajından çıxarıb həmin şəxsə vermişdir ki, öz avtomobilini təmir etsin. Generatoru və su nasosunu həmin şəxsə verəndə özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa Quba şəhərində, keçmiş notarial kontorun yanında olan 3 saylı poçt şöbəsinin binasından dəmir seyfi oğurlamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Azadla birlikdə həmin yerə getmiş, Azad özü ilə əvvəlcədən mantirovka və vintaçan götürmüş, onları gödəkçəsinin iç cibinə qoymuşdur. O, pusquda dayanıb gözləmiş, Azad isə mantirovka ilə poçtun plastik materialdan olan giriş qapısının kilidini sındırıb içəri daxil omuş, sonra onu çağırmış, poçtun binasından dəmir seyfi birlikdə çıxarıb təxminən 100 metr kənara aparıb tində gizlətmişlər. Yaxınlıqdakı zibillikdən kağız karton tapıb seyfə bükmüşlər ki, yoldan keçənlər seyfi görüb şübhələnməsinlər. Ondan sonra taksi fəaliyyəti ilə məşğul olan Sənan adlı tanışına zəng edib həmin yerə çağırmış, seyfi Sənanın “VAZ 2106” markalı avtomobilinin baqajına yükləyib Quba rayonu Küpçal-Qışlaq kəndindəki evlərinə aparmışlar. Taksi sürücüsü Sənan əşyanın nə olduğunu soruşanda odun sobası olduğunu demiş, Sənan seyfi həyətə boşaldandan sonra çıxıb getmişdir. Xidmət haqqı olaraq 20 manat pulu günün sonunadək Sənana çatdıracağını ona bildirsədə həmin pulu verə bilməmişdir. Sənan onların oğurluq etdiklərini bilməmişdir. Həyətlərində Azadla birlikdə seyfin qapısını armatur kəsiyi ilə sındırmış, lakin seyfin içərisindən pul çıxmamışdır. Seyfin içərisindən çıxan qəbzlər və təqvim möhürlərini isə həyətdəki ayaqyolunun içərisinə tullamışdır. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində Quba şəhərindəki "Mübariz Petrol" yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan "Universal inşaat” tikinti materialları mağazasının qarşısına gəlmiş, mağazanın qarşı tərəfindən tez-tez avtomobillər keçdiyi üçün arxa hissəsindən mağazaya daxil olmağı planlaşdırmışlar. Bu məqsədlə o pusquda dayanıb gözləmiş, Azad isə mağazanın arxa hissəsində plastik materialdan olan balaca pəncərəni mantirovka ilə sındırıb içəri daxil olmuşdur. Bir az sonra Azad içəri daxil olduğu pəncərədən iki ədəd direl, iki ədəd laqonda alətlərini, iki ədəd prefarator alətini, bir ədəd su nasosunu, iki top elektrik naqilləri və bir cüt istifadə olunmuş kişi çəkmələrini ona ötürmüş, o isə həmin əşyaları alıb kənara yığmışdır. İzi azdırmaq üçün oğurladıqları əşyaları markasını və nömrə nişanını xatırlamadığı taksi ilə əvvəl Xaçmaz şəhərinə, dəmir yol vağzalının qarşısına aparıb yerə boşaltmış, daha sonra isə oradan başqa bir taksi ilə Quba rayonu Küpçal- Qışlaq kəndindəki evlərinə aparmışlar. Mağazadan oğurladıqları çəkmələri Azad geyinmişdir. Bundan başqa Azadla birlikdə 2019-cu ilin yanvar ayının 26-da Quba rayonu Zərdabi kəndi ərazisində yerləşən "OBA" marketdən oğurluq etmişlər. Belə ki, hemin gün gecə saat 03 radələrində o pusquda dayanmış, Azad isə mağazanın giriş qapısını onların həyətindən götürdüyü balta ilə sındırıb İçəri daxil olmuşdur. Bu zaman siqnalizasiya işə düşdüyü üçün Azadı gözləmədən hemin yerdən qaçıb uzaqlaşmış, bir az sonra Azad ona zəng etmiş, bağlar ərazisində görüşmüşlər. Azad mağazanın kassa aparatının içllyini oğurlamış, lakin kassanın içərisində pul olmadığından meyvə bağında atıb getmişlər. Daha sonra göstərmişdir ki, Quba şəhərində yanacaq doldurma məntəqəsinin yanında olan "Universal inşaat" tikinti malları mağazasından oğurladıqları laqonda, naqillər, direlləri və başqa alətləri öz evinə apardıqdan sonra həmin avadanlıqların bir hissesni həmkəndlisi Azər adlı ustaya, əşyaların qalan hissəsini isə həmkəndisi Şahid1 satmış və həmin oğurluq əşyalardan əldə etdiyi 200 manatdan 100 manatını Azada vermişdir. Əşyaları satdığı şəxsləri Azad tanımamış, onları satanda yanında olmamışdır. Oğurladıqlan əşyaları apardıqları taksi sürücülərindən ancaq Sənanı tanımış, taksi sürücüləri, o cümlədən Sənan adlı taksi sürücüsü həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Quba rayonu Təngəaltı kəndi ərazisindəki kafelərdən bir ədəd generator və bir ədəd su nasosunu idarə etdiyi VAZ 2106 markalı, 10EZ132 dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1la birlikdə oğurlamış, həmin avtomobili 2018-ci İlin təxminən dekabr ayının əvvəllərində torpaq sahəsini satmaqla Xaçmaz rayonu Qaraçı kənd sakini İslam adlı şəxsdən 700 manata almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyərək onlarla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxxxxxx" MMC-nin Quba filialının 3 saylı şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 göstərdi ki, 3 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Həmin poçt şöbəsi Quba şəhəri Fətəlixan küçəsində, notariat kontorun keçmiş binasının yanında yerləşir. Poçt şöbəsi bazar günü istisna olunmaqla hər gün səhər saat 09-dan axşam saat 17.30-dək fəaliyyət göstərir. Hər gün şöbənin inzibati binasınının giriş qapısını o özü bağlayır, səhər saatlarında isə qapını özü açır. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində, yəni iş vaxtının sonunda poçt şöbəsinin inzibati binasının plastik materialdlan olan giriş qapısını bağlayaraq evə getmiş, ertəsi günü səhər saat 08.40-da iş yerinə gələndə giriş qapısının kilidinin sındırıldığını, qapının açıq olduğunu görmüşdür. Pəncərədən baxanda otaqda olan dəmir seyfin yerində olmadığını görmüş, DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və polis əməkdaşları ilə birlikdə içəri daxil olaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir, oğurlanmış dəmir seyfdə pul saxlanılmamış, seyfin içərisində iki ədəd dəyişən 18 ölçü şriftli təqvim möhürləri, bir ədəd ETOKEN markalı yaddaş kartı (filəşkart), 128 manat dəyərində 10, 20, 30 və 60 qəpik dəyərində poçt markaları, 180 ədəd xxxxxxxx MMC-yə məxsus boş qəbzlər olmuşdur. Seyfin içərisində bir ədədinin qiyməti 10 qəpik dəyərində 250 ədəd, bir ədədinin dəyəri 20 qəpik olan 200 ədəd, bir ədədinin dəyəri 30 qəpik olan 10 ədəd və bir ədədinin dəyri 60 qəpik olan 100 ədəd olmaqla ümumilikdə 128 manat dəyərində 560 ədəd poçt markaları olmuşdur. Həmin poçt markaları vətəndaşlar tərəfindən göndərilən poçt banderollarına və çəkisi 20 qramdan yuxarı olan məktubların üzərinə yapışdırmaq məqsədilə qiyməti vətəndaşlar tərəfindən ödənilməsi üçün istifadə olunmuşdur. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, yaşadığı Quba rayonu Kunxırt kəndi erazisində, Quba-Qonaqkənd yolunun kənarında, "Suatan" şəlaləsi kimi tanınan yerdə bir neçə sot torpaq sahəsini yay mövsümündə kafe kimi İşlədir. Qeyd olunan kafenin yanında dəmir köşk qoymuş, mövsüm qurtarandan sonra kafedə işlətdiyi əşyaları həmin dəmir köşkə yığıb saxlayır. Qeyd olunan demir köşkün içərisinə manqal, su qabları, çaydan, qab-qacaq və bir eded benzinlə işləyən "LUTİAN" markalı elektirik generatoru yığmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində həmin yerdən keçərkən demir köşkü yoxlayanda qapısının qıfılının sındrıldığını, elektirik generatorunun oğurlandığını görmüşdür. Ona görə də bu barədə Qonaqkənd polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın aradan qaldırıldığını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş "X21" MMC-nin nümayəndəsi Rəçidov Rövşən Xusaşirin oğlu göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslər MMC-nin Xaçmaz rayonu Arzu kəndi erazisində yerləşən "OBA" marketinin arxa qapısının demir barmaqlıqların asma qıfılını, eləcə də plastik materialdan olan qapısının kilidini sındırmaq yolu ilə içəri daxil olmuşlar. Sonradan mağaza təftiş olunarkən müəyyən olmuşdur ki, mağazadakı seyfdə saxlanılan 3439 manat pul, eləcədə mağazada quraşdırılmış müşahidə kamerasının “HİVATÇİ” markalı yaddaş qurğusu oğurlanmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş "X21" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 göstərdi ki, "X21" MMC-nin Xaçmaz rayon Zərdabi Kəndində yerləşən "RBA" marketin adminstratoru vəzifəsində işləyir. İşlədiyi mağaza səhər saat 09-dan axşam 21-dək fəaliyyət göstərir, maöazada mahafizəçi olmur. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında naməlum şəxslər giriş qapısının kilidini sındırmaqla içəri daxil olmuş, 102 manat dəyərində bir ədəd kassa aparatının içliyini oğurlamışlar. Ona görə də bu barədə Quba rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 göstərmişdir ki, "xxxxxxxxx" ASC-də elektirik işləyir. İdarəyə məxsus bir otaqda özünə məxsus şəxsi alətlərini, yəni bir ədəd boya vurmaq üçün 8 atmosferlik kompressor aləti, iki ədəd istifadə olunmuş "MEAKİDA" makalı laqondalar, bir ədəd istifadə olunmuş kəlbətini gündəlik istifadə etmək məqsədilə saxlamışdır. Həmin otağın pəncərəsinə dəmir barmaqlıqlar vurulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında işə gedəndə işlədiyi otağın pəncərəsinin dəmir barmaqlıqlarının və pəncərənin kilinin sındırıldığını, ona məxsus yuxarıda sadaladığı alətlərin pəncərənin qarşısında, yəni çöldə üst-üstə yığıldığını görmüşdür. Ona görə də oğurluğa cəhd olduğunu bilib bu barədə Quba rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə nəticəsində ona və idarəyə hər hansı maddi ziyan dəyməmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, "xxxxxxxxxxxxxxxxx” ASC-nin 5 saylı Regional İdarəsində baş mühasib vəzifəsində işləyir. Qeyd olunan İdarənin inzibati binası ünvan 5 saylı ünvanda yerləşir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 18 radəlerinde idarənin aliminium materialdan olan giriş qapısınını açala bağlayıb evə getmiş, ertəsi günü, yəni xx xxxxxx 2019-cu il tarixdə seher saat 09 radələrində işə gələndə qapının açıq olduğunu, kilid yerinin sındırıldığını, xidməti otaqların səliqəsiz vəziyyətə salındığını görmüşdür. Ona görə də bu barədə Quba rayon polis şöbəsinə şikayət erizesi ile müraciət etmişdir. Təftiş olunan zaman idarədən heç nə oğurlanmadığı müəyyən olunmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırıldığını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. Məhkəmdə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, "Şəfəq" qəzetinin baş redaktoru vəzifəsində işləyir. Redaksiya binası Quba şəhəri Lütfizadə küçəsində, "Qızıl aypara" və "Mətbuat yayımı" İdarələri ilə bir binada yerləşir. xx xxxxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində iş yerinə gedəndə redaksiyanın giriş qapısının kilid hissəsinin sındığını, qapının açıq olduğunu, otaqların səliqəsiz vəziyyətdə salındığını görüb binaya oğurluq məqsədilə girdiklərini bilmişdir. Redaksiya binasında pul və qiymətli əşya saxlanılmadığından heç bir şey oğurlamamışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaqda göstərmişdir ki, Quba şəhəri 22-ci məhəllədə ərzaq malları mağazası vardır. Həmin mağazanın əsas giriş qapısı Quba kolxoz bazarı yerləşən küçəyə açılır. Mağazanın arxa tərəfində olan 15 kvm boş yeri mişar daşı ilə hasara alaraq həmin > yerin üst hissəsini dəmir barmaqlıqlarla bağlamışdır ki, həmin yerdən mağazaya girmək mümkün olmasın. Mağazanın ümumi sahəsi təxminən 700 kvadrat metr təşkil etmiş, mühafizəçi olmamış, lakin müşahidə kamerası quraşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında mağazaya getmiş, giriş qapısını açıb içəri daxil olarkən anbarların qapılarının kilid yerlərinin sındırıldığını, arxa tərəfdə olan yerin üstündəki dəmir barmaqlıqların isə sındırıldığını görmüşdür. Mağazadakı otaqların birindən selofan torbanın içərisində qəpiklərdən ibarət 400 manat, digər otaqdakı seyfin kilidini sındırmaqla içərisindən 397 manat pul oğurlanmışdır. Bundan başqa 15 blok "KENT", 15 blok "VEST", 10 blok "PRİMA", 8 blok "KLASSİK" markalı siqaretlər və mağazada quraşdırılmış "Qold Star" markalı müşahidə kamerasının yaddaş qurğusu oğurlanmışdır. Bir neçə gün bu barədə heç bir yerə müraciət etməmiş, oğruları özü tapmaq qərarına gəlmiş, lakin bir nəticə olmadığından xx xxxxxx 2019-cu il tarixdə Quba rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs12 ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər ödənilməyib, təqsirləndirilən şəxslərə hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda göstərmişdir ki, Quba şəhəri Cəfər Cabbarlı küçəsində ona məxsus "Universal inşaat" təsərrüfat malları mağazası vardır. Mağazanın əsas giriş qapısı "Mübariz petrol" Yanacaq doldurma məntəqəsi istiqamətində açılır. Mağazada mühafizəçi olmur, hər gün işin sonunda mağazanı özü bağlayır. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında mağazaya getmiş, giriş qapısını açarla açıb içəri daxil olmuş, arxa divarda olan kiçik pəncərənin dəmir barmaqlıqlarının və plastik materialdan olan pəncərənin sındırıldığını görmüşdür. Ona görə də bu barədə Quba rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təftiş aparan zaman məlum olmuşdur ki, mağazadan iki ədəd prefarator adlanan alətlər, iki top hər biri 100 m uzunluğunda 4mm və 2,5 mm markalı elektirik naqilləri, bir ədəd ağac kəsən alət, bir ədəd açar (qaz açarı), İki eded bolqarka aletleri (laqonda) və bir cüt kişi çəkməsi oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırıldığını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi olmadığını məhkəməyə bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaqda göstərmişdir ki, mal qara saxladığı üçün Abşeron rayonu erazisində, "Qızıl keçi" adlanan yerdə qış otlaq sahəsi vardır. Heyvanları yaylağa apardıqda qeyd olunan qışlaq sahəsindəki yaşayış yerində və tövləsində ev əşyaları və avadanlıqları mühafizəsiz qalır. 2018-ci İlin may ayında mal-qaranı yaylağa aparmış, xx xxxxxxxx 2018-ci il tarixdə qışlağı yoxlamağa gedəndə oğurluq olduğunu görmüşdür. Qışlaqdakı evindən, anbarından və həyətdə saxladığı vaqondan bir ədəd LUTİAN 2500W EV-4 markalı elektirik generatoru, bir ədəd "Aqidel" markalı su nasosu, bir ədəd 7 İt tutumlu süd çəkən aparatı, 10 litr tutumlu 7 ədəd aliminium ləyənlər, 5 litr tutumlu bir ədəd mis qazan, 1975-ci ildə əldə toxunmuş, 2mX1,5m. ölçüdə 3 ədəd Qarabağ çeşidli yun xalçaları, yorğan döşək, kişi gödəkçəsi, 3 ton arpa məhsulu, bir ədəd samovar, "Aqidel" markalı su nasosu və s oğurlanmışdır. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. X7 məhkəməyə ünvanladığı teleqrammadan görünür ki, ona vurulmuş maddi ziyan tam ödənilmiş və təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaqda göstərmişdir ki, mal-qara saxlamaqla məşğul olduğundan Abşeron rayonu erazisində "Şah gəldi" adlanan yerdə qışlağı vardır xx xxx 2018-ci il tarixdə heyvanlarını Quba rayonu ərazisindəki yaylağa aparmış, xx xxxxxx 2018-ci il tarixdə eşitmişdir ki, qışlaqdakı yerindən əşyaları oğurlanmışdır. Qışlağa qayıdıb yoxlayanda iki ədəd LUTİAN 2500W EV-4 markalı elektirik generatorları, 500 metr uzunluğunda istifadə olunmuş "Unal" markalı, 2,5 mm diametrli elektirik naqilinin oğurlandığını müəyyən etmiş, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı teleqrammadan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaqda göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi, M.Rəsulzadə küçəsində yerləşən köşkdə icarə əsasında bərbər xidməti göstərir. Həmin köşkə bir ədəd “LG” markalı televizor, peyk antenası qurğusu quraşdırmışdır. xx xxxxxx 2018-ci il tarixdə axşam saat 24 radelerində köşkün qapısını kilidləyib evinə getmiş, iki yüz manat pulu isə şkafın siyirməsində saxlamışdır. Ertəsi günü səhər saatlarında işə gələndə köşkün qapısının giriş qapısının kilidinin sındırıldığını, televizorun, peyk antenasının qurğusunun və şkafda olan 200 manat pulun oğurlandığını görmüş, lakin polisə şikayət etməmişdir. Özü oğürluq edən şəxsi axtarsada tapa bilməmş, bu səbəbdən xx xxxxxx 2018-ci ildə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İşdə olan məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs6 Qasim oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Nurməmmədov İlqar Xəlil oğlu ibtidai istintaqda göstərmişdir ki, 2019-cu ilin fevral ayınadek Quba şəhəri Lütfizadə küçəsində yerləşən "Qızıl aypara" cəmiyyətində sədr müavini vəzifəsində işləmişdir. Qeyd olunan cəmiyyətin sədri vəzifəsində onun atası Xəlil Nurməmmədov olmuş, xx xxxxxxx 2018-ci il tarixdə atası dünyasını dəyişəndən sonra həmin vəzifəni o müvəqqəti evəz etmişdir. Təxminən 2018-ci ilin dekabr, yaxud 2019-cu ilin yanvar ayında idarəyə gedərkən giriş qapısının kilidinin sındırıldığını, qapının açıq olduğunu görmüş, xidməti otaqları yoxlayanda masanın siyirməsində qoyduğu özünə məxsus 350 manat pulun yerində olmadığını görmüş, ona görə də bu barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində idarəyə məxsus heç bir əşya oğurlanmamışdır. İşdə olan məhkəməyə daxil olmuş Nurməmmədov İlqar Xəlil oğlunun ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2019-cu ilin fevral ayının təxminən 3-də həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs2 ona zəng edərək evləinə dəvət etmiş, usta işlədiyini bildiyi üçün evində olan bir ədəd divar deşən alət (prefarator), bir ədəd laqonda, bir ədəd açar (qaz açarı), bir ədəd su nasosu göstərmiş, həmin alətləri satmaq istədiyini bildirmişdir. Onların hamısına ümumilikdə 200 manat pul verərək Bakı şəhərindən aldığını deyib 300 manata təklif etmişdir. Həmin əşyalar üçün 200 manat verə biləcəyini deyəndə Ruslan onunla razılaşmış və həmin məbləği verib həmin alətləri Ruslandan alıb öz evinə aparmışdır. 2019-cu ilin fevral ayının təxminən 5-də Ruslan xəstəxanaya müayinə üçün gedəcəyini bildirib ondan borca 200 manat pul istəmiş, o isə pulu olmadığını bildirmişdir. Təxminən bir saatdan sonra Ruslan yenidən ona zəng edərək satlıq elektrik naqili olduğunu bildirmiş, təklif etmişdir ki, 100 manat borc pulun müqabilində müvəqqəti olaraq naqili onda saxlasın. Ruslanla razılaşmış, bir top 2X6 markalı naqili onun evindən götürmüş və 100 manatı Ruslana vermişdir. Bir neçə gündən sonra eşitmişdir ki, Ruslanın ona satdığı əşyalar cinayət yolu ilə əldə olunubmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, təxminən xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 yaşadığı Quba rayonu Küpçalqışlaq kəndindəki öz evində ona bir ədəd prefarator, bir ədəd laqonda və bir top elektirik naqilini 150 manata satmış, həmin əşyaların onun özünə məxsus olduğunu, avtomobillə yol nəqdiyyat hadisəsi törətdiyindən zərərçəkənlər üçün həkimə pul verəcəyi üçün ucuz qiymətə satmağa məcbur olduğunu bildirmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Ruslan ona satdığı əşyaları mağazadan oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində özünə məxsus, idarə etdiyi “VAZ 21074” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun rayonun Püsteqasım kəndi ərazisindən keçən hissəsində Qonaqkənd istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən hərəkətdə olan VAZ 2106 markalı, nömrə nişanını xatırlamadığı avtomobil işıq dirəyinə dəyərək idarəetməni itirmiş, daha sonra onun avtomobilnə dəymişdir. Nəticədə idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş həyat yoldaş, iki azyaşlı uşaqları və özü yüngül xəsarət almışdır. Avtomobildən düşüb sürücüyə yaxınlaşmış, sürücü üzrxahlıq edərək öz şəxsiyyət vəsiqəsini ona vermiş və dəymiş ziyanı ödəcəyini bildirmişdir. Şəxsiyyət vəsiqəsinə baxanda Quba rayonu Küpçal-Qışlaq kənd sakini Təqsirləndirilən şəxs2 yazıldığını görmüşdür. O uşaqlarına yaxınlaşıb vəziyyətləri ile maraqlananda VAZ 2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 avtomobilini hadisə yerində qoyaraq çıxıb getmişdir. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermiş, hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmiş, Təqsirləndirilən şəxs2 avtomobilini duracağa aparmışlar. Ertəsi günü Quba rayon polis şöbəsinə dəvət ediləndə Ruslan Şahmirzeyevi orada görmüş, Ruslan ona dəymiş ziyanı ödəyəcəyini vəd etmiş, həmin güriü Quba şəhərində ona 160 manat pul vermişdir. Daha sonra Quba rayon polis şöbəsinin duracağında saxlanılan avtomobilinin baqajında olan bir ədəd elektirk generatoru və bir ədəd su nasosunun özünə məxsus olduğunu, 600 manata aldığını bildirməklə dəymiş ziyanın əvəzinə həmin əşyaları ona təklif etmişdir. Ruslandan pul ala bilməyəcəyini görüb təkliflə razılaşmış və bir ədəd generatorla, bir ədəd su nasosunu (qidrafon) ondan götürmüşdür. Bir neçə vaxt sonra onu Quba rayon polis şöbəsinə dəvət edəndə Təqsirləndirilən şəxs2 ona vermiş olduğu generator və su nasosunun rayonun Güləzi kəndindəki "Marxal" kafesindən və dəmir köşkdən oğurladığını bilmişdir. İş üzrə təyin edilib keçirilmiş Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxxx 2019-cu il tarixli, 5863 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd MEKİDA markalı laqonda 2019-cu ilin yanvar ayına 120 manat, bir ədəd benzinlə işləyən ağac kəsən alət 100 manat, bir ədəd ESPA markalı su nasosu 160 manat, bir ədəd PR-1500 markalı prefarator aləti 130 manat, bir ədəd PLEASED 02 markalı açar 25 manat, bir ədəd ZENİT markalı prefarator aləti 40 manat, bir ədəd EVROMAX markalı laqonda aləti 70 manat, bir ədəd ROTAR markalı beton deşən alət 130 manat, bir top 100 m uzunluğunda SEDEF 2X6 markalı elektirik naqili 160 manat, bir top 10 m uzunluğunda SEDEF 4X6 markalı elektirik naqili 300 manat, bir ədəd LUTİAN markalı elektirik generatoru 500 manat, bir ədəd MARQUİS markalı hidroforlu su nasosu 60 manat, bir ədəd qara-qırmızı rəngli, zədəli vəziyyətdə dəmir seyf 400 manat təşkil etmişdir. İş üzrə təyin edilib keçirilmiş Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxx 2019-cu il tarixli, 13541 nömrəli rəyindən görünür ki, iki ədəd 2016-cı il istehsallı istifadə olunmuş MEAKİDA markalı laqondalar 2019-cu ilin yanvar ayına nəzəri olaraq 50 manat, bir ədəd istifadə olunmuş kəlbətin (yastıdodaq) aləti 2 manat, bir ədəd istmifadə olunmuş "SOLD STAR" markalı kamera görüntülərinin eks olunduğu yaddaş kartı 15 manat, 2018-ci ilin avqust ayına bir ədəd 2010-cu il istehsallı "Aqidel" markalı su nasosu 40 manat, 7 ədəd istifadə olunmuş aliminium ləyənlər 35 manat, bir ədəd istifadə olunmuş 5 litr tutumlu mis qazan 15 manat, 500 metr uzunluğunda "Unal" markalı 2,5 mm elektrik naqili 250 manat təşkil edir. İş üzrə təyin edilib keçirilmiş Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxx 2019-cu il tarixli, 15536 nömrəli rəyindən görünür ki, 15 blok KENT markalı siqaretlər 2019-cu ilin yanvar ayına nəzəri olaraq 450 manat, 15 blok VEST markalı siqaretlər 225 manat, 10 blok PRİMA siqaretlər 140 manat, 8 blok Klassik markalı siqaretlər 120 manat, bir ədəd istifadə olunmuş 18 şrift ölçüdə təqvim möhürü 4 manat təşkil edir. İş üzrə təyin edilib keçirilmiş Ədliyyə Nazirliyinin MEM-in “ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası” şöbəsinin xx xxxxxx 2018-ci il tarixli, 29844 nömrəli rəyindən görünür ki, qırmızı rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış bir ədəd yorğanın 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 25 manat, ağ-mavi rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəyin bir ədədi 25 manat, çəhrayı rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəyin bir ədədi 25 manat, qızılı rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəyin bir ədədi 20 manat, qırmızı-san rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəyin bir ədədi 20 manat, müxtəlif rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış yastığın bir ədədi 10 manat, qırmızı rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəkcə bir ədədi 5 manat, çəhrayı-ağ rəngli içərisi yundan üzəri parça materialdan hazırlanmış döşəyin bir ədədi 25 manat, təxminən 4 litr su tutumu olan samovann qiyməti 50 manat, süni materialdan hazırlanmış, uzun müddət istifadə olsuş qara rəngli gödəkçənin qiyməti 15 manat, 3 ton arpanın (1 kq-0,28 manat) 840 manat təşkil edir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli əhv fərmanı ilə cəzadan azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.3, 66.3cümaddələri ilə təqsirlli bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əhv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilib. İşdə olan X10 bağları massivi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışından görünür ki, Bəşirov X12 şəhər Saray bağları ev 4259-da yaşayır. xx.xx.2007-ci il təvəllüdlü Əli, xx.xx.2010-cu il təvəllüdlü Kənan və xx.xx.2020-cu il təvəllüdlü Sənan adlı övladları var. İşdə olan X10 bağları massivi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnaməyədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İşdə olan Quba rayonu Küpçal-Qışlaq kənd X17 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İşdə olan “xxxxxxxxxx” MMC-nin idarə heyətinin sədri V.Şərivofun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 3921 manat məbləğdən 1960 manat məbləği ödədiyi üçün həmin şəxs barəsində şikayət və tələblərinin olmadığını, digər şəxs Təqsirləndirilən şəxs2 barəsində iddialarının qüvvədə olduğu bildirilmişdir. İşdə olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı teleqrammadan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxs X7 məhkəməyə ünvanladığı teleqrammadan görünür ki, ona vurulmuş maddi ziyan tam ödənilmiş və təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs10 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs6 Qasim oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan aradan qaldırılmış və Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, məhkəmə-əmtəəşunaslıq ekspertizalarının müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, himayəsində üç azyaşlı övladının olmasını, cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olmasını və 2-ci qrup Qarabağ əlili olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1təqsirlibilindiklərimaddələrinsanksiyasıhəddində, azadlıqdan məhrum etməcəzasınıtəyinetməyiəsaslıvəədalətlihesabedir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan Quba rayon PŞ-də saxlanılan bir ədəd metal parçası məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd seyf, iki ədəd prefarator, iki ədəd laqonda, bir ədəd açar, ikitop elektrik naqilləri, bir cüt çəkmənin iş üzrə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs2 1960 (min doqquz yüz altmış) manat məbləğdə pul vəsaiti “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müştərək qaydada, 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan Quba rayon PŞ-də saxlanılan bir ədəd metal parçası məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd seyf, iki ədəd prefarator, iki ədəd laqonda, bir ədəd açar, ikitop elektrik naqilləri, bir cüt çəkmənin iş üzrə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs2 1960 (min doqquz yüz altmış) manat məbləğdə pul vəsaiti “xxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-6/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-6/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver