Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-6/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1975-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil, təqaüdçü, “Şəhid ailələrinə qayğı” cəmiyyətinin Quba rayon şöbəsinin sədri, məhkum olunmamış, Xocavənd rayonu, Kurapatkin kəndində qeydiyyatda olmaqla Quba rayonu, Kupçal kəndində yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Quba rayonu, Üçgün kənd sakini, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmaqla Qanıx çayının Zaqatala rayonu ərazisindən keçən hissəsində çimərkən boğularaq ölmüş X3 meyitini Üçgün kəndində toplanmış digər kənd sakinləri ilə birlikdə qarşılayarkən heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq kənd sakinlərinin və hüquq-mühafizə orqanları əməkdaşlarının gözü qarşısında meyiti müşayiət etmiş hərbi qulluqçularla mübahisə edib F.Yarəliyevlə heç bir qohumluq münasibətinin olmadığı halda mərhumun ölümünün səbəblərini aydınlaşdırmağa cəhd göstərərək hadisənin baş verməsində hərbi hissə komandanlığını günahlandırmış, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin X4nın şəxsi heyət üzrə müavini polkovnik Zərərçəkmiş şəxs ona və ətrafa yığışmış digər şəxslərə məlumat verməsinə baxmayaraq daha da azğınlaşaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq sözlərlə təhqir etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib əli ilə yaxasından tutub dartmaqla və bir neçə dəfə əli ilə sinəsindən vuraraq fiziki ağrı yetirməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İ-ci Qarabağ müharibəsində iştirak etmiş, həmin vaxtı üç dəfə güllə yarası almışdır. Sonuncu cərrahi əməliyyatdan sonra isə sol ayağından aldığı xəsarətlərə görə ona İİ qrup əlillik dərəcəsi verilmiş və hazırda buna görə 230 manat təqaüd alır. xx xxxx 2020-ci il tarixdə yaşadığı kəndə qonşu olan Quba rayonu, Üçgün kəndində yaşayan və Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən hərbi hissəsində xidmətdə olmuş, adını bilmədiyi bir nəfər şəxsin şəhid olması, həmin günü yaşadığı kənddə gətirildiyi tanışları tərəfindən bildirdikdən sonra o, şəhidi qarşılamaq üçün qeyd etdiyi kənddə getmişdir. Belə ki, o, özü də, Qarabağ müharibəsində iştirak etdiyi üçün kiminsə şəhid olduğunu eşitdikdə mütləq onun qarşılanmasında iştirak edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Quba rayonu, Üçgün kəndinə getmiş, həmin vaxt adını sonradan bildiyi X3 döyülərək çaya atıldığı və qəsdən öldürüldüyünü kənd sakinlərindən eşitdərək DSX-nin əməkdaşları ilə mübahisə etməyə başlamış, adını bilmədiyi Sərhəd Qoşunlarının polkovniki ilə kənd sakinləri arasında mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmiş və üzərinə hücum edərək onu vurmaq istədikdə orada toplanmış kənd sakinləri və Sərhəd Qoşunlarının əməkdaşları mane olduqları üçün əli həmin polkovnikin sinəsinə dəymişdir. Həmin vaxt polkovniki sinəsindən tutub onu itələmişdir. Bundan başqa onun əsəbləşərək polkovnikin üzərinə hücum edərək onun sinəsindən tutaraq itələməsinə səbəb isə həmin sonuncunun gülərək “mən həmin hərbi hissədə qulluq etmirəm, mənə həmin əsgəri veriblər, mən də gətirmişəm” deməsi olmuşdur. Həmin polkovnikin bu hərəkətləri, gətirdiyi əsgərin meyitinə etdiyi hörmətsizlik onu əsəbləşdirdiyindən o, özünü saxlaya bilməmiş və polkovnikin üzərinə hücum edərək onu nalayiq ifadələrdə təhqir etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki o, 1992-ci ilin avqust ayından etibarən Sərhəd Qoşunlarında xidmət edir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, 2019-cu ilin oktyabr ayında SHÇDX-nin Quba rayon şöbəsi tərəfindən çağırılmış əsgər X5 xx xxxx 2020-ci il tarixdə 16-cı sərhəd zastavasının 24-cü sahəsinə “xüsusi obyekt gözətçisi” xidmətinə təyin olunduğu halda, sərhəd xidməti qaydalarını pozub xidməti yerini özbaşına tərk edərək 26-cı sahə boyu axan Qanıx sərhəd çayına çimmək məqsədilə girmiş və həmin gün saat 13:55-də çayda boğularaq ölmüşdür. xx xxxx 2020-ci il tarixdə X4 tərəfindən verilmiş göstərişə əsasən Quba şəhərinə gəlmiş, mərhum Fərdi Yarəliyevin cəsədini yaxın qohumlarına təhvil verilməsi məqsədilə N nömrəli hərbi hissənin hərbi qulluqçuları və polis əməkdaşları ilə birlikdə Quba rayonu, Üçgün kəndinə aparılmışdır. Ailə üzvləri əsgərin cənazəsini qarşıladıqdan 6-7 dəqiqə sonra evdən qadınlar çıxaraq səs-küy salmağa başlamış, mərhumun valideynlərinə vəziyyəti başa salaraq əsgərin boğularaq vəfat etdiyini desələr də, bunu onlara izah edə bilməmişlər. Bu zaman şəxsiyyəti sonradan məlum olan xx xxxxxx 1975-ci ildə Xocavənd rayonu, Kuropatkin kəndində anadan olmuş, Quba rayonu, Küpçal kəndində yaşayan Təqsirləndirilən şəxs kənd sakinlərinin yanında uca səslə əsgərin snayperlə vurulduğunu iddia edərək qışqırmağa başlamış və onların ünvanına təhqiramiz ifadələr işlədərək təhqir etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona hücum edərək vurmağa və söyməyə başlamış, həmin vaxtı Zaur onun yaxasından tutub bir neçə dəfə itələmiş, bir dəfə yumruqla sinəndən vurub sonuncuya fiziki ağrı yetirmiş və vurararkən papağı başından düşmüşdür. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində çalışır, polis leytenantıdır. Quba RPŞ-nin rəhbərliyi tərəfindən verilmiş göstəriş əsasında rayon polis şöbəsinin digər əməkdaşları ilə birlikdə xx xxxx 2020-ci il tarixdə Quba rayonu, Üçgün kəndində gətiriləcək əsgər meyitinin qarşılanması, orada ictimai-asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi məqsədilə həmin kəndə getmişdir. Həmin kənd sakini olan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu əsgər X5 xx xxxx 2020-ci il tarixdə Qanıx çayında çimmərkən boğularaq ölmüşdür. Fərdi Yarəliyevin cənazəsi xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən onun yaşadığı kəndə gətirilmişdir. Cənazə qarşıladıqdan 6-7 dəqiqə sonra mərhumun evindəki qadınlar çıxaraq səs-küy salmağa başlamış, Sərhəd Qoşunlarının əməkdaşları onlara vəziyyəti başa salaraq, əsgərin boğularaq vəfat etdiyini desələr də, bu zaman şəxsiyyəti sonradan məlum olan Quba rayonu, Küpçal kəndində yaşayan Xocavənd rayon sakini Təqsirləndirilən şəxs uca səslə əsgərin snayperlə vurulduğunu iddia edərək qışqırmağa başlamış, hərbiçilərin qarşısına çıxaraq kənd sakinlərinin yanında Dövlət Sərhəd Xidmətinin zabitlərinin ünvanına təhqiramiz ifadələr işlədərək onları təhqir etməyə başlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs hərbiçilərə hücum edərək vurmağa və söyməyə başlamış, Zaur həmin vaxtı orada olan Sərhəd Qoşunlarının polkovniki Zərərçəkmiş şəxs sinəsindən vurub papağını yerə salaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxtı o, Quba rayon polis şöbəsinin digər əməkdaşları ilə birlikdə hadisə baş verən yerə yaxınlaşaraq Zauru oradan uzaqlaşdırmışlar. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid8, Şahid7 və Şahid5 Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1028 nömrəli ekspet rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı bir xəsarət və onun izi aşkar olunmamış, Zərərçəkmiş şəxs adına olan tibbi sənəddə onun müraciəti vaxtı qoyulan diaqnoz “NSD hipertenziv sindrom” somativ xəstəliyə uyğun olub hər hansı fiziki travma ilə səbəbli əlaqəsi yoxdur. İşdə olan Quba rayon Mərkəzi xəstəxanasının xx xxxxxx 2020-cu il tarixli 2743 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən verilmiş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. İşdə olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Küpçal kənd X9 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Küpçal kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri 11 saylı poliklinikasında Təqsirləndirilən şəxs adına açılmış ambulator kartoçkadan çıxarılan epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə 4 ay müddətində əsirlikdə olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını, İ-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla əsirlikdə olmasını, zərərçəkmiş şəxslə barışmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının üçüncü bəndinin ikinci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cinayəti törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi əməldən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar Təqsirləndirilən şəxs ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPМ-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CМ-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-6/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-6/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver