Məhkəmə qərarları › İş №1(027)-6/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-6/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-6/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1990-cı İl tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin qərargahın planlaşdırma fəaliyyəti üzrə köməkçisi işləyən, məhkumluğu olmayan, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla Tərtər rayonu, Qaradağlı kəndində yaşayan, barəsində “komandanlığın müşahidəsi altına vermək” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs oğlu, Şahid5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qulluçu kimi işə qəbul etdirəcəyini yalan vəd verib aldadaraq 27 mart 2022-ci il tarixdə, saat 19 radələrində Quba rayonu, Vladimirovka kəndində yerləşən "Stop’' adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs 4000 (dörd min) manat pulunu Şahid4 vasitəsi ilə nağd şəkildə, 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazİliyi Daxili Qoşunların Baş İdarəsinin qarşısında 500 (beş yüz) manat məbləğində pulu nağd şəkildə, 23 iyun 2022-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində yerləşən "Stop" marketə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə 1500 (min beş yüz) manat məbləğində və 2022ci ilin iyun ayının sonlarında Quba şəhərində yerləşən "Yeni market" adlanan mağazada quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə 250 (iki yüz əlli) manat məbləğində pulu istintaqa məlum olmayan plastik bank kartı hesabına köçürtməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 6250 (altı min iki yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən N saylı hərbi hissəsində əməliyyat və döyüş hazırlığı bölmə rəisinin qərargah fəaliyyətinin planlanması üzrə köməkçisi vəzifəsində xidmət edir. 2022-ci ilin ilk aylarında sürücülük fəaliyyəti ilə məşğul olan tanışı Şahid4 onunla görüşərək bir nəfər şəxsin X5 rayonunda yerləşən hərbi hissəsində işə düzəlmək istədiyini bildirib, bu işdə onlara köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra o, Daxili Qoşunlara xidmətə qəbul qaydalarını öyrənib Mübarizə həmin şəxsin Daxili Qonşunlara işə düzəlməsinə köməklik göstərə biləcəyinin bildirib, işə qəbul olunmaq üçün 6000 manat tələb olunduğunu bildirmişdir. Bir qədər sonra, yəni 2022-ci ilin mart ayının sonlarında Mübarizin onunla Quba rayonunun Valadimirovka kəndində görüşərək, işə düzəlmək istəyən şəxsin ad və soyadını və 4000 manat pulu ona verib pulun qalan hissəsini iş düzəldikdən sonra ona veriləcəyini bildirmişdir. Pulu aldıqdan bir müddət sonra, Mübarizə işə düzəlmək istəyən adamların onunla görüşməsini xahiş etmişdir. Bundan sonra o, Mübarizin tanışı Mayıl adlı şəxslə telefonla danışaraq Bakı şəhərinə dəvət etmişdir. Onlar Bakı şəhərində, Daxili Qoşunların Baş İdarəsinin qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs öz oğlu Malik ilə gəlmişdir. Malik hərbi hissəyə girib bəzi sənədlər təqdim etdikdən sonra geri qayıtmışdır. O, həmin vaxt Mayıldan 500 manat pul almışdır. Əlavə olaraq da 1500 manat pulun lazım olacağını demişdir. 10 gündən sonra o, yenə Malik ilə həmin yerdə görüşmüşdür. Malik komandanlığa əlavə sənədlər təqdim etmişdir. O da Malikin atası ilə danışıb tanımadığı taksi sürücüsünün kartına 1500 manat pul göndərməsini demişdir. Mayıl, göndərəndən sonra o, pulu kartdan çıxarmışdır. Onun Maliki işə düzəltmək niyyəti olmamışdır. Mayıl oğlunu X7 rayonunda yerləşən hərbi hissəsinə işə qəbul etdirmək İstəmişdir. O, güman etmişdir ki, Mayılın oğlu Malik, yaşadığı yer üzrə hərbi hissəyə təyin olunacaq. Özü də Maliklə gedib-gəlmişdir ki, Malik və Mayıl onun kömək etməyinə inansınlar. Bundan başqa o, həmçinin borc qismində Mayıldan 250 manat pul almışdır. Bir neçə ay sonra Malik başqa rayonda yerləşən hərbi hissəyə təyin olunmuşdur. Ona görə də Mayıl ona verdiyi pulu geri qaytarmaq istəmişdir. O isə Mayıla pulunun olmadığı yaxın müddət ərzində pulunu qaytaracağını demişdir. Onun maddi vəziyyəti pis olduğuna görə o, Mayılın pulunu vaxtında qaytara bilməmişdir. Buna görədə Mayıl ondan hüququ mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, zərərçəkmiş şəxsə vurulan ziyanı tam ödəmiş, lakin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulan ziyanın 25%-ni ödəməyə imkanı yoxdur. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qimində dindirilmiş Zərərçəkmiş şəxs, bildirmişdir ki, Şahid5 onun oğludur. Oğlu Malik 2018-2022-ci illərdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən N nömrəli hərbi hissəsində müddətli hərbi qulluqçu qismində xidmətdə olmuşdur. 2020-ci ildə Malik, ordu sıralarından tərxis olunmuşdur. X9 Sıralarından xidmətini müddətdən artıq həqiqi hərbi qulluqçusu qismində davam etdirmək istəmişdir. Bu məqsədlə, 2022-ci ilin əvvəllərində Daxili Qoşunlara sənəd toplamağa başlamışdır. Quba rayonu Vladimirovka kəndində daimi qeydiyyatda olmaqla yaşayan qaynı Şahid1lə aralarında olan söhbət zamanı Elşənə bildirmişdir ki, oğlu Malikin Quba rayonu Aşağı Atuc kəndində yerləşən Daxili Qoşunların N nömrəli hərbi hissəsində xidmətini davam etdirməsini istəyir. Bu vaxt Elşən ona, Quba rayonu Vladimirovka kəndində müəllim kimi çalışan və fərdi sahibkarlıq fəaliyyəti İlə məşğul olan Arif Qədiməliyev adlı şəxsin olduğunu və Arifin əlaqələlərinin geniş olduğunu və bu işdə ona müraciət edəcəyini bildirmişdir. O, razılaşmışdır. Bundan sonra, qaynı Şahid1 2022-cİ ilin əvvəllərində Arif Qədiməliyevlə görüşərək oğlu X8 Qoşunlarda xidmət etmək istədiyini bildirib bu işdə onlara köməklik etməyi xahiş etmişdir. Bundan sonra o da Arif Qədİməliyevlə görüşmüşdür. Arif Qədiməliyev əvvəlcə 4000 manat pulu nəğd şəkildə qaynından istəmiş, daha sonra X10 Qoşunlara sərəncam aldıqdan sonra əlavə olaraq 2000 manat pul verməliymiş. 26 mart 2022-ci il tarixdə qaynı Şahid1 Quba rayonu Vladimirova kəndində yerləşən Arif Qədiməliyevə məxsus “Stop” adlanan mağazada nəğd şəkildə 4000 manat pulu Arifə vermişdir. Arif, isə tezliklə təyinatın baş tutacağını qaynına bildirmişdir. Bir müddət sonra hər hansı bir xəbər olmadığını gördükdə qaynı Şahid1 Arif Qədiməliyevə bu işin uzandığını və narahat olduğunu bildirmişdir. Bu vaxt Arif, 050 *** ** ** nömrəli mobil telefonu Şahid1 vermiş və bildirmişdir ki, həmin adam Quba rayonu Əlibəyqışlaq kənd sakini Təqsirləndirilən şəxsdur və Təbriz bu işdə onlara kömək edəcəkdir. 2022-ci ilin iyun ayının ortalarında o, Təqsirləndirilən şəxs zəng vurmuş, telefon danışığı zamanı Təbriz, ona bildirmişdir ki, hazırda Bakı şəhərindədir və təcili 500 manat pulu ona nəğd şəkildə verməlidir. Bu məqsədlə, o, 20 iyun 2022-ci il tarixdə Bakı şəhərinə yollanmış, Bakıda olarkən o, Təqsirləndirilən şəxs zəng vurmuş və Təbriz, ona bildirmişdir ki, hazırda Daxili Qoşunların Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Mərkəzi Aparatının qarşısındadır və həmin yerdə görüşməyi təklif etmişdir. Həmin gün səhər saat 10 radələrində o, Təbriz ilə görüşmüşdür. O, həmin gün oraya oğlu ilə birlikdə getmişdir. O, Təbrizlə razılaşdığı kimi 500 manat pulu Təbrizə əlbə-əl nağd şəkildə vermiş, Təbriz isə növbəti dəfə vəd edərək oğlu Malikin tezliklə Quba rayonunda yerləşən Daxili Qoşunlara təyinat alacağını bildirmiş, həmçinin əlavə olaraq 1500 manat pul verəcəyini demişdir. Bundan 03 gün sonra, yəni 23 iyun 2022-ci İl tarixdə o, Quba rayonunda olarkən Təqsirləndirilən şəxs ona zəng vuraraq növbəti dəfə 1500 manat pulu göndərməyini bildirmiş və bank kart nömrəsini ona demiş və həmin karta elektron köçürmə vasitəsi ilə pul göndərməli olduğunu deyərək hazırda Bakı şəhərində olduğunu təkrarlamışdır. 23 iyun 2022-ci il tarixdə o, Quba rayonunda olarkən elektron köçürmə vasitəsi həmin hesaba 1500 manat pul köçürmüşdür. Həmin pulu o, Arif Qədiməliyevin mağazasında olan elektron ödəmə aparatı ilə göndərmişdir. Bundan bir neçə gün sonra həmin ilin iyun ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək işin yubandığını bildirib əlavə olaraq ondan 250 manat pul istəmişdir. Təbrizə inandığı üçün 250 manat pulu Quba şəhərində olan elektron köçürmə aparatı vasitəsi ilə onun verdiyi kart nömrəsinə yükləmişdir. Təbriz, bir neçə ay onu oğlu Maliklə Bakı şəhərinə gətizdirib-aparmışdır. Tibbi-komissiyadan keçmək üçün həkimlərin yanına göndərmişdir. Bunlara da onun əlavə 900 manat xərci çıxmışdır. Lakin onun oğlu razılaşmaya əsasən X7 rayonu, Atuc kəndində yerləşən hərbi hissəssinə yox Bərdə rayonunda yerləşən hərbi hissəyə təyin olunmuşdur. Ona görə də o, Təbriz, Arif və Mübarizdən pulunu geri tələb etmişdir. Daha sonra o, Təbriz, Elşən, Mübariz və Arif Quba rayonu, Vladimirovka kəndində yerləşən kafelərdən birində görüşmüşlər. Orada Təbriz ona aldığı pulu və çəkdiyi bütün xərcləri qarşılayacağına söz vermişdir. Orada ona məlum olmuşdur ki, onun Arif və Mübariz vasitəsi İlə verdiyi pullan Təbriz almışdır. Oğlunun İşə düzəldilməsi ilə bağlı bütün vədləri Təbriz vermişdir. Lakin bir müddət keçdikdən sonra Təbriz yenə də pulu ödəməmişdir. Ona görə də o, müvafiq qurumlara şikayət etmişdir. Daha sonra onu DİN-İn Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Sumqayıt Hərbi prokurorluğuna çağırmışlar. Bu şikayətlərdən sonra o, izahatlar vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulunu ona geri qaytarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam şəkildə ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam şəkildə ödənildiyi üçün sonuncuya qarşı şikayət və tələbi yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2018-2022-ci illərdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən N nömrəli hərbi hissəsində müddətli hərbi qulluqçu qismində xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunandan sonra hərbiçi kimi İşləmək istəmişdir. Özü Quba şəhərində yaşadığına görə elə X7 rayonu, Aşağı Atuc kəndində yerləşən hərbi hissəsinə МАХЕ kimi işə düzəlmək istəmişdir. Atası Mayıl da ona köməklik etmək məqsədi bu işlə məşğul olmuşdur. Atası dayısı Şahid1lə söhbət edən zaman Elşən, tanışının olduğunu və onun vasitəsi ilə onu işə düzəldəcəyini demişdir. Bu işlərlə atası məşğul olduğuna görə o, Elşənin kimin vasitəsi ilə onu işə düzəldəcəyini bilməmişdir. Lakin onu bilir ki, dayısının tanışı dayısından onu işə düzəltmək üçün 6000 manat pul istəmişdir. Lakin atası razılaşmayaraq ilk öncə Elşənə 4000 manat daha sonra isə 2000 manat pul verəcəyini demişdir. Dayısının tanışı isə bununla razılaşmamışdır. Ona görə də atası 2022-ci ilin mart ayında Elşənə onun tanışına çatdırması üçün 4000 manat pul vermişdir. Pulu verəndən sonra həmin adamdan heç bir məlumat olmamışdır. Ona görə də atası Elşənlə danışıb işin yubanmasına görə narazılığını bildirmişdir. Elşən isə onlara mobil nömrə verərək Təqsirləndirilən şəxsla danışmaqlarını demişdir. Bundan sonra atası Mayıl Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təbriz onları Bakı şəhərinə dəvət etmişdir. İlk dəfə onlar X1 Bakı şəhərində yerləşən Baş İdarəsinin qarşısında görüşmüşlər. Təbriz onu Baş İdarəyə göndərmişdir. O, orada ərizə yazmış, oradan ona məlumat veriləcəyini demişdir. Ərizə yazandan sonra, atası onun yanında Təbrizə 500 manat pul vermişdir. Pulu aldıqdan sonra, Təbriz onlara işin düzəlməsi üçün əlavə olaraq 1500 manat lazım olacağını demişdir. Bundan sonra xidmətə qəbul olunmaq üçün o, müxtəlif arayışlar alaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən Baş İdarəsinə təqdim etmişdir.Bundan bir neçə gün sonra, Təbriz atasına zəng edərək atasından əlavə olaraq 1500 manat da pul tələb etmişdir. Atası da həmin məbləğdə pulu Təbrizin verdiyi kartı hesabına göndərmişdir. Bundan sonra Təbriz, onu bir neçə dəfə də Bakı şəhərinə çağırıb əlavə sənədlər istəmişdir. Təbrizin hansı sənədləri istəməsini xatırlamır. Pulları verəndən sonra onlar gözləməyə başlamışlar. 26 avqust 2022-ci il tarixdə onun Azərbaycan Respublikası DİN-in X3 rayonunda yerləşən N nömrəli hərbi hissəsinə МАХЕ kimi təyin edilməyinə dair əmr gəlmişdir. O, buna görə də Bakı şəhərinə getmişdir. Təbriz də həmin vaxt idarənin qarşısında onu gözləmişdir. O, Təbrizə Quba rayonunda deyil Bərdə rayonunda yerləşən hərbi hissəyə təyin olunduğumu demişdir. Təbriz isə ona imtina ərizəsi yazmağını və atasından aldığı pulu atasına geri qaytaracağını bildirmişdir. O isə işləmək istədiyini demiş, imtina ərizəsi yazmamışdır. Növbəti gün o, Bərdə rayonuna getmişdir. Daha sonra isə atası Mayıl Təbrizlə görüşüb ondan verdiyi pulu geri tələb etmiş, Təbriz isə pulu tam şəkildə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Quba rayonu Dəlləkli kənd ümumi orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Şahid1 onun qohumudur. Elşənlə münasibətləri yaxşıdır, heç bir ədavət və düşmənçiliyi yoxdur. Şahid4 onun həmkəndlisidir. Mübariz taksi fəaliyyəti ilə məşğul olur. Şahid1 2022-ci ilin əvvəllərində ona müraciət edərək bacısı oğlu X4 Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən hərbi hissəyə hərbiçi kimi işə düzəltmək istədiyini demiş və ona bu işdə göməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt o, islə maraqlanıb Elşənə məlumat verəcəyini demişdir. Həmkəndlisi Şahid4 həmin hərbi hissəsinin zabitləri ilə münasibətlərinin olduğunu bildiyi üçün Elşənin bacısı oğlunun işinə köməklik göstərilməsi üçün o, Mübarizə müraciət etmişdir. Mübariz də ona maraqlanacağını demişdir. 2-3 gün sonra Mübariz ona zəng edərək 6000 manata məsələnin həll olunacağını demişdir. O da bu barədə Elşənə Nəbiyevə bildirmişdir. Elşən də Mayıl ilə danışıb bildirmişdir ki, ilk öncə Mayıl 4000 manat verməyə hazırdır, iş düzələndən sonra isə 2000 manat da verəcək. O, öz növbəsində bu barədə Mübarizə demiş, Mübariz də danışıb razılaşmışdır. Mübariz ona ailəvi dostunun olduğunu, əvvəllər hərbiçi olan şəxsin işi düzəldə biləcəyini demiş, lakin həmin şəxsin adını çəkməmişdir. 26 mart 2023-cü il tarixdə kəndlərində olan “Stop” marketdə olarkən Şahid1 onun yanına gəlmiş, 4000 manat pulu ona vermişdir. O, isə növbəti gün, yəni 27 mart 2023-cü il tarixdə saat 14 radələrində “Stop” marketin Mübarizlə görüçüb Elşənin verdiyi 4000 manat məbləöində pulu Mübarizə vermişdir. Mübariz ona pulu ailəvi dostu olduğu şəxsə verəcəyini və 2-3 aya Malikin işinin həll olunacağını demişdir. 2-3 ay keçəndən sonra Şahid1 ona zəng edərək Malikin işi barədə soruşmuşdur. O da məlumatının olmadığına görə Şahid4 zəng etmişdir. Mübariz ona Təqsirləndirilən şəxs mobil nömrəsin verib Malikə təqdim etməyini, onların özlərinin danışmasını bildirmişdir. O da elə etmişdir. Daha sonra Mayıl ilə Təbriz özləri danışmışlar. Sonradan öyrənmişdir ki, Mayıl Təbriz ilə görüşüb Təbrizə əlavə olaraq 2000 manatdan çox pul verib, Təbriz bir neçə dəfə Maliki və Mayılı tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə çağırıb. Həmin məsələlərdən onun məlumatı olmamışdır. Pulu verəndən 6 ay sonra X6 Quba rayonunda deyil, Bərdə rayonunda olan hərbi hissəsinə təyinat almışdır. Bundan sonra Elşən ona zəng edərək bu barədə məlumat vermiş və narazılığını bildirmişdir. O da öz narazılığını Mübarizə bildirmişdir. Ona görə də Mübariz onların Təbriz ilə görüşlərini təşkil etmişdir. O, Mübariz, Elşən və Təbriz Valdimirovka kəndində yerləşən kafedə görüşmüşlər. Təbriz 7150 manat məbləğində pulu qaytaracağına söz vermiş və 1 həftə vaxt istəmişdir. Lakin bir həftə keçməsinə baxmayaraq Təbriz yenə də ona pul qaytarmamışdır. Ona görə də Zərərçəkmiş şəxs onun və Mübarizin barəsində müxtəlif qurumlara şikayət ərizəsi yazmışdır. Bununla bağlı o, DİN-in Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Sumqayıt Hərbi Prokurorluğuna çağırılmışdır. Orada olanlar barədə izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, Arif Qədiməliyev onun dostu, həmçinin həmkəndlisi, Təqsirləndirilən şəxs isə onun uzaq qohumudur. Təbriz əvvəllər hərbçi olmuş, lakin sonradan səhhəti ilə əlaqədar xidmətdən tərxis olmuşdur. Təbriz həmişə ona iş, təqaüd və sair məsələləri həll edə bildiyini və bu kimi məsələlər olanda ona müraciət etməsini demişdir. 2022-ci ilin əvvəllərində həmkədlisi Arif Qədiməliyev ona müraciət edərək tanışı Mayılın oğlunu X7 rayonu, Aşağı Atuc kəndində yerləşən hərbi hissəyə hərbçi kimi işə düzəlmək istədiyini deyərək bu işdə ona köməklik göstərməyi xahiş etmişdir. Bundan bir neçə gün sonra, Təqsirləndirilən şəxs onun avtomaşınında Bakı şəhərindən Quba şəhərinə gələrkən yolda Təbrizə bir nəfər şəxsin X7 rayonunda yerləşən hərbi hissəsinə işə düzəlmək istədiyini dedikdə, Təbriz ona maraqlanıb bir söz deyəcəyini söyləmişdir. Növbəti gün Təbriz ona zəng edərək həmin məsələni 6000 manata həll edə biləcəyini dedikdən sonra, o bu barədə Arif Qədiməliyevə bildirmiş, Arif isə Mayılın qaynı Elşən ilə danışmış, Mayılın ilk öncə 4000 manat, iş düzələndən sonra isə 2000 manat verə biləcəyini demişdir. Təbriz bununla razılaşmışdır. 27 mart 2023-cü il tarixdə saat 15 radələrində Arif Qədiməliyevdən kəndlərində olan “Stop” mağazasının qarşısında 4000 manat pul alıb həmin gün axşam saat 19 radələrində həmin yerdə Təqsirləndirilən şəxsla görüşüb tanışı Şahid3 yanında Arifdən aldığı 4000 manat məbləğində pulu Təbrizə vermişdir. Pulu verəndən təxminən 2-3 ay sonra Malik tibbi komissiyadan keçmək üçün Bakı şəhərinə çağırılmışdır. Daha sonra Mayıl ilə Mübariz özləri danışdıqlarına görə onun sonradan olan məsələlərdən məlumatı olmamışdır. X2 əlavə olaraq 2000 manatdan çox pul aldığını eşitmişdir. Malik Bərdə rayonuna təyinat alandan sonra Quba rayonu, Vladİmirovka kəndində yerləşən “Emin” kafesində Elşən, Arif və Təbrizlə görüşmüş, daha sonra Mayıl özü də gəlmiş, söhbət zamanı Mayıl 7150 manat məbləğində ziyan etdiyini demiş və həmin pulu Təbrizdən geri tələb etmiş və Təbrizə bir həftə vaxt vermişdir. Təbriz də həmin məbləğdə pulu ona qaytaracağına dair söz vermişdir. Lakin Təbriz pulu qaytarmamış, ona görə də Mayıl şikayət etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Bacısı oğlu Malikin müddətli hərbi xidməti bitirdikdən sonra X7 rayonu, Atuc kəndində yerləşən hərbi hissəsində işə düzəlmək istəyini nəzərə alaraq 2022-ci ilin ilk aylarında yeznəsi Mayıl ondan Malikin işə qəbul olunmasında köməklik göstərməsini xahiş elmişdir. O, da bacısı oğlunun işə düzəlməsində köməklik göstərilməsi üçün uzaq qohumu Şahid2 xahiş etmişdir. Bir müddət sonra, Arif ona bir nəfər köhnə hərbçinin Malikii 6000 manat məbləğində pul verəcəkləri təqdirdə işə düzəlməsində köməklik göstərəcəyini bildirmişdir. Ariflə söhbət etdikdən sonra o, da bu barədə Mayıla məlumat vermiş, Mayıl da razılaşmışdır. İlk öndə o, Mayıldan 4 min manat pul götürüb 26 mart 2022-ci il tarixdə Quba rayonunun Vladimirovka kəndində yerləşən “Stop” mağazasında Şahid2 vermişdir. Arif pulu alarkən ona 3 ay ərzində Malikin işə düzələcəyini demişdir. Razılaşmaya əsasən Malik işə düzələndən sonra, qalan 2000 manat pulu da verməliymişlər. Pulu verəndən sonra, Malik Bakı şəhərinə gedib tibbi komissiyadan keçmişdir. Daha sonra o, işi həll edən şəxsin adının Təbriz olmasını öyrənmişdir. Bundan bir qədər sonra, Mayıl özü Təbriz ilə danışmışdır. Təbriz Mayıldan pulun qalan hissəsini istədiyi üçün Mayıl ona 1500 manat verərək Təbrizin kartına vurmağını xahiş etmişdir. O, da Şahid2 yanında 1500 manat pulu Təbrizin kartına göndərmişdir. 6-7 ay keçdikdən sonra Malik Quba rayonunda yox, Bərdə rayonunda yerləşən hərbi hissəyə təyin olunmuşdur. Lakin bu Maliki qane etməmişdir. Mayıl ona zəng edərək Təbrizin Quba rayonuna gəldiyini və Təbrizdən pulu götürməyini xahiş etmişdir. O, Arif, Təbriz və Mübariz Vladimirovka kəndində olan kafelərin birində görüşmüşlər. Təbriz həmin vaxt onlardan üzr istəmiş və yaxın müddət ərzində aldığı pulu qaytaracağını bildirmişdir. Lakin Təbriz söz verdiyi vaxt pulu geri qaytarmamışdır. Ona görə də Mayıl şikayət etmişdir. İbtidai istintaq zanmanı şahid qismində dindirilmiş Şahid3 məhkəmədə ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki o, əvvəllər Quba şəhərində sürücü işləmişdir. Lakin halhazırda Bakı şəhərində yerləşən mağazaların birində satıcı işləyir. 2022-ci ilin mart ayında o, Quba şəhəri, “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən kafedə tanışı Şahid4 ilə çay içdikdən sonra, Mübarizə onu Vladİmirovka kəndinə düşürməsini xahiş etmiş və Mübarizə pulunun olmadığını demiş, əlavə olaraq Mübarizdən 10 manat pul istəmişdir. Mübariz də onu aparacağını demiş və tələsib-tələsməməyini soruşmuş və bir nəfərlə görüşməli olduğunu demişdir. Bundan sonra onlar yolun kənarında çıxmışlar. Bir müddət sonra, bir nəfər orta yaşlı şəxs onlara yaxınlaşaraq Mübarizlə söhbətləşməyə başlamışdır. O, həmin adamı tanımamışdır. Lakin söhbətlərdən onun adının Təbriz olmasını bilmişdir. Onlar avtomobilə əyləşmişlər. Təbriz qabaq oturacağa əyləşmiş, Mübariz sükan arxasına keçmiş, o isə Təbrizin arxasında arxa oturacaqda əyləşmişdir. Yol boyu Mübariz ilə Təbriz kiminsə işə düzəlməsi barədə söhbət etmişlər. Söhbətdən ona məlum olmuşdur ki, Təbriz kimisə hərbiyə işə düzəltməyə söz vermişdir. Onlar Vladimirovka kəndinə gəlmişlər. Mübariz avtomobili “Stop” marketə çatmamış saxlamışdır. Təbriz həmin vaxt onun yanında Mübarizə narahat olmamasını, işin həll olunacağını deyib, pul istəmişdir. Bundan sonra Mübarizl cibindən pul çıxarıb saymağa başlamışdır. Pullar hamısı 50 manatlıq əskinaskarla olmuşdur. Mübariz 50 manatlıq əskinaslarla ümumilikdə 4000 manat pulu onun yanında Təbrizə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində komandanlığın müşahidəsi altına vermək” haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsaitin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermək” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar