Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-6/2025 14.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əmirağa qızı və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Zərərçəkmiş şəxs1 beyin iflici keçirməklə hərəkət qabiliyyətini itirmiş azyaşlı qızı, 07,10.2012-ci il təvəllüdlü X8 guya müalicə edərək gəzməsinə nail olub sağaldacağı ilə bağlı yalan vədlər verərək vahid niyyətlə 2019-cu ilin iyul ayı ərzində Quba şəhəri, Qələbə küçəsində 20 gün müddətində 1400 manat, 2019-cu ilin avqust ayı ərzində Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 20 gün müddətində 1400 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini Zərərçəkmiş şəxs2 guya müalicə edərək onun belində olan problemi həll edəcəyi ilə bağlı yalan vədlər verib vahid niyyətlə Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 19 sentyabr 2019-cu il tarixdən 2020-ci ilin iyul ayının əvvəllərinə kimi cəmi 180 gün müddət ərzində ümumilikdə Zərərçəkmiş şəxs2 13100 (on üç min yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, Timiryazev qəsəbə sakini X2 guya müalicə edərək onun bel yırtığı xəstəliyini sağaldacağı ilə bağlı yalan vədlər verib vahid niyyətlə Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 2020-ci ilin noyabr ayı ərzində 13 gün müddətində ümumilikdə X1 1510 (min beş yüz on) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu, İsnovqışlaq kənd sakini Zərərçəkmiş şəxs4 guya müalicə edərək onun ayaqlarında olan problemi həll edəcəyi ilə bağlı yalan vədlər verib vahid niyyətlə Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 2022-ci ilin avqust ayının əvvələrində 2500 manat, 2022-ci ilin avqust ayının 14-15-i tarixində 2500 manat, 2022-ci ilin sentyabr ayının 8-də 2000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs4 7000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun tibbi təhsili yoxdur, lakin masajla bağlı 2000-ci ildə 6 aylıq kurs keçmiş və bundan sonra masajist kimi fəaliyyət göstərmişdir. 2008-ci ilə qədər Rusiya Federasiyasında yaşamışdır. Masaj kurslarını da Rusiyada almışdır. 2008-ci ildən Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra özəl tibb müəsissələrində masajist kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən Quba rayonunda yaşayır. Quba rayonunda yaşadığı müddətdə əvvəl Qələbə küçəsində, daha sonra Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında yerləşən evdə kirayədə yaşayaraq, müalicəvi masaj xidməti göstərməklə məşğul olmuşdur. Evdə masaj etməyi ilə bağlı Səhiyyə Nazirliyindən heç bir lisenziyası olmamışdır. Lakin fəaliyyəti ilə bağlı VÖEN-i olmuş və dövlətə vergi ödəmişdir. Müştərilərini yalnız yaşadığı evdə qəbul etmişdir. Tutulmazdan 3 ay əvvəl masaj fəaliyyətini dayandırmış və Quba şəhərindən Bakı şəhərinə köçmüşdür. 2019-cu ilin sentyabr ayının əvvəllərində adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ona zəng edərək, nömrəsini Xaçmaz şəhərində aptekdə işləyən tanışları Ülviyyədən aldığını, onurğa nahiyyəsində problem olduğunu bildirmişdir. Ertəsi gün Fərqanəni xəstəliyinin hansı səviyyədə olmasını müəyyən etmək üçün Quba şəhərində yaşadığı evə dəvət etmişdir. 18 sentyabr 2019-cu il tarixdə Fərqanə valideynləri, atası Mövlam və anası Gülşadla birlikdə gəlmişlər. O, Fərqanəni müayinə etdikdə, sonuncuda anadangəlmə kifoskolioz xəstəsi olduğunu müəyyən etmişdir. O, Fərqanə və valideynlərinə masaj yolu ilə tam sağalmasa da, 35-40 faiz düzələ biləcəyini, ağrılarının isə tam keçəcəyini bildirmişdir. O, Fərqanə və valideynlərinə bir saatlıq seansın 70 manat olacağını və ödənişin gündəlik olacağını demişdir. Fərqanə və valideynləri onunla razılaşıb müalicəyə başlamağa istəyi olduqlarını bildirmişlər. Ondan müalicənin xeyirini nə zaman görəcəklərini, ümumi nə qədər müddətə müalicə olunacağını soruşmuşlar. O, da Fərqanə və valideynlərinə 6 ay ərzində fasilələr verilməklə müalicə edəcəyini bildirmişdir. Fərqanə və valideynləri hətta, çox yerdə müalicə aldıqlarını, lakin heç bir faydası olmadığını bildirmişlər. O, isə Fərqanə və valideynlərinə gündəlik gəldikcə nəticəsinin şahidi olacaqlarını bildirmişdir. O, Fərqanə və valideynlərinə bir sonrakı gün, yəni 19 sentyabr 2019-cu il tarixdən müalicə üçün yaşadığı ünvana gəlməli olduqlarını bildirmişdir. Fərqanə 19 sentyabr 2019-cu il tarixdən müalicəyə gəlməyə başlamışdır. Təxminən 7-8 gün keçmişdi ki, o, Fərqanədən özünü necə hiss etdiyini, masajın xeyiri olub-olmadığını soruşduqda, özünü çox yaxşı hiss etdiyini, hələ onu heç bir yerdə belə müalicə edən olmadığını söyləmişdir. O, Fərqanədən hər günə 70 manat müalicə pulunu almışdır. Bundan sonrakı mərhələdə o, Fərqanəni 20 gün müalicə etsə də, Fərqanə ona heç bir ödəniş etməmişdir. 20 gündən sonra Fərqanə ona 450 manat pul vermiş və ona gündəlik pul verə bilmədiyini, müalicə davam etdikcə əlinə pul düşdükdə müalicə etdiyi günlərin pulunu gətirib verəcəyini demişdir. Həmin vaxtdan sonra yanlız bazar günlərini çıxmaq şərti ilə, o, Fərqanəni gündəlik masaj etmişdir. O, Fərqanədən pulunu istədikdə, Fərqanə ona pulu olmadığını bildirmiş, özlərinə məxsus 0,05 ha torpaq sahəsini ona bağışlamağı təklif etmişdir. Lakin, o, Fərqanə ilə razılaşmamışdır. Belə olduqda, Fərqanə ondan vaxt istəyib, torpağı adına keçirib satdıqdan sonra pulu gətirib verəcəyini bildirmişdir. Ancaq Fərqanə 66 gün ərzində ona heç bir ödəniş etməmişdir. Belə olan halda o, Fərqanəyə müalicəni dayandırmaq məcburiyyətində olduğunu bildirmişdir. Həm Fərqanəyə gedib 1-2 ay istirahət etməsini, həm də torpağı satıb ona borclu qaldığı 66 günün pulunu ödədikdən sonra müalicəni davam etdirəcəyini bildirmişdir. Təxminən bir aydan sonra Fərqanəyə zəng edib pulunu istədikdə, telefonu açmamışdır. Sonra yenə o, Fərqanəyə zəng etmiş, lakin ümumiyyətlə zəng çatmamışdır. Həmin vaxtdan sonra o, nə Fərqanəni, nə də Fərqanənin valideynlərini görməmişdir. Fərqanə 20 gün ərzində günlük 70 manatdan ona 1400 manat pul verməli olduğu halda, ona 450 manat pul vermiş, 950 manat borclu qalmışdır. Daha sonra 66 gün ərzində etdiyi müalicənin pulunu ümumiyyətlə verməmişdir. Bu da 4620 manat edir. Ümumilikdə Fərqanənin ona 5570 manat pul borcu olmuşdur. Zərərçəkmiş şəxs4 2022-ci ilin avqust ayının əvvəllərindən etibarən tanımışdır. Təbriz 2022-ci ilin avqust ayında əvvəllər müalicə etdiyi Ramazan adlı şəxslə birlikdə onun yanına gəlmişdir. Təbriz onun yanına gələndə Təbriz hasa ilə çox çətinliklə gəzmiş, yemək yeməmiş, ayaqlarını hərəkət etdirə bilməmişdir. O, Təbrizi qəbul etmiş, müalicə edərək sağalda vəziyyətinin xeyli yaxşılaşdıracağını bildirmiş və həftə sonlarını çıxmaq şərti ilə gündəlik masaj qiymətini 25 manata razılaşmışlar. O, Təbrizə müalicənin ilk 15 günlüyündə müalicənin effekt verib-verməyəcəyinə baxacaqlarını, əgər irəliləyiş olarsa davam edəcəyini qeyd etmişdir. Həmin vaxt Təbriz tam sağalana qədər yanına gələcəyini bildirmişdir. O, Təbrizə yalnız masaj edəcəyini bildirmişdir. Təbriz 2022-ci ilin sentyabr ayından onun yanına gəlməyə başlamış və hər gəlişinin pulunu, yəni günə 25 manat pulunu vermişdir. Təbriz təxminən 8-9 ay masaja gəlmiş və hər günü 25 manatdan pulunu vermişdir. Bu məbləğ ümumilikdə Təbrizin dediyi kimi, təxminən 7000 manat təşkil etsə də, Təbriz ona cəmi 2250 manat gündəlik 25 manat olmaqla vermişdir. O, Təbriz üçün İsraildən dərman vasitəsi gətizdirməmiş, eləcə də iynə vurmamışdır. Lakin, Təbrizə vitamin yazmış və qəbul etməsini məsləhət görmüşdür. Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiyi Baba və Dəyanət adlı şəxsləri tanımamışdır. Dəyanət bir dəfə Təbrizlə birlikdə onun yanına gəldə də, həmin vaxt Təbriz ona pul verməmişdir. Təbriz ona ümumi şəkildə pul verməmişdir, gündəlik yanına gəldiyi masajın 25 manat pulunu vermişdir. Zərərçəkmiş şəxs4 qısa müddətdə sağalmasına dair söz verməmiş, səhətində olan problemlərin uzun müddətə sağalacağını bildirmişdir. O, yanına gələn şəxsləri masaj edərək müalicə etmiş və müəyyən idman hərəkətləri etdirmişdir, dərman vasitəsi kimi Sentrum adlı vitamin kompleksi istifadə etmələrini yanına gələn şəxslərə tövsiyə etmiş, həmin dərman reseptsiz satıldığı üçün və bədəni qüvvətləndirdiyinə görə istifadə olunmasını məsləhət görmüşdür. İdman hərəkətlərini internet üzərindən videolara baxaraq, həmçinin özü də idmanla məşğul olduğundan, yanına gələn şəxslərin səhhətinə müsbət təsir edəcəyini bilib tətbiq etmişdir. X2 yanına masaj üçün gəlib-getdiyi vaxtdan tanımışdır. Sahibə onun yanına gələrkən belində yırtıq olmasından məlumatı olmamışdır. Sahibə onun yanına ilk gün həyat yoldaşı və qaynanası ilə birlikdə gəlmişdir. Ona belində ağrılar olduğunu demiş və o, da masaj edib həmin ağrıların keçməsinə kömək edə biləcəyini demişdir. Sahibəyə masaja başladıqdan sonra “əgər xeyrini görsən yanıma gəlməkdə davam edə bilərsən, yox əgər xeyrini görməsən gəlməzsən” deyə bildirmişdir. O, konkret olaraq 13 gün ərzində masaj edəcəyini demiş, belində olan yırtığı müalicə edəcəyinə söz verməmişdir. Masajın bir seansının 70 manat olduğunu bildirmiş və Sahibə də onunla razılaşmışdır. İlk gəldiyi gün elə masaja başlamışdır. Sahibənin belində güclü ağrı olduğundan həyat yoldaşına aptekdən ağrıkəsici alıb gətirməsini demişdir. Ağrıkəsicini də masaj etdiyi müddətdə ağrıları azalması üçün vurmuşdur. Sahibə ümumilikdə 3 gün onun yanına gəlmiş və ona cəmi 210 manat pul vermişdir. Bundan başqa Sahibə ona pul verməmişdir. O, Sahibəni sadəcə masaj etmiş və müxtəlif idman hərəkətləri etdirmişdir. Sahibə ona heç bir MRT müayinəsi göstərməmiş, o Sahibəyə belində olan yırtığı müalicə edəcəyi barədə heç bir vəd verməmişdir. Sahibənin boynunu dəsmalla dartmamışdır. Sahibəyə əlavə olaraq iynə yazmamışdır. O, Sahibəyə 600 manatlıq iynələr aldırmamışdır. 3-cü gün Sahibə masaj bitdikdən sonra qadın xəstəliyi olduğunu, xəstəliyi sağalandan sonra yenidən masaja gələcəyini bildirsə də, sonradan onun yanına gəlməmişdr. 2019-cu ilin yay aylarında Zərərçəkmiş şəxs1 anası Cəmilə ilə birlikdə beyin iflici keçirən qızı Güneli masaj etməsi üçün Quba şəhərində yaşadığı evə gətirmişdir. Fərqanə ona “qızımı hara aparıram, yaxşı masaj etmirlər, sizi tərifləyiblər, buna görə sizin yanınıza gəlmişik” demişdir. O da masaj yolu ilə azyaşlı qızı Günelin əzələlərini hərəkət etdirəcəyini, uzunmüddətli müalicə almalı olduğunu, masaj yolu ilə hərəkətlərində irəliləyiş ola biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs1 qızının ildə 3 kurs olmaqla hər kursda 10 gün masaja gəlməli olacağını, 1 ay fasilə verdikdən sonra növbəti kurs müalicəyə başlayacaqlarını demişdir. Masajın bir seansın 20 manat olacağını bildirmiş və ödənişin gündəlik olacağını demişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşıb müalicəyə başlamaq istədiyini bildirmişdir. O, hər gün ardıcıl olmaqla 10 gün qızı Güneli masaj etmiş və 10 gün ərzində 20 manat olmaqla ümumilikdə 200 manat pul almışdır. O, Zərərçəkmiş şəxs1 qızını sağaldıb tam ayağa duracağına, özünün durub gəzəcəyinə dair söz verməmişdir. Gündəlik masaj üçün 70 manat deyil, 20 manat pul almışdır. Zərərçəkmiş şəxs1 cəmisi onun yanına 10 gün gəlmişdir. Bundan sonra ikinci kurs üçün bir aydan sonra gəlməli olsa da, gəlməmişlər. Gələ bilməməsinə səbəb kimi uşaqlarının məktəbinin başlaması olmuşdur. O, masajı ilan yağı ilə edəcəyini deməmiş, nə də ilan yağı ilə masaj etməmiş, sadəcə müxtəlif mazlar və masaj yağlarından isrifadə edərək Güneli masaj etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, o, müxtəlif xəstəxanalarda həkim işlədiyini, özünün Bakı şəhərində xəstəxanası olduğunu, yay aylarında istirahətə gəldiyi üçün burada xəstələri qəbul etdiyini deməmiş, dələduzluq etməmiş, yaşadığı evdə masaj xidməti göstərmişdir. 2008-ci ildən bu işlə məşğuldur. Rusiyada bədən tərbiyyəsi institutunu bitirmişdir. İsraildə də təhsil almışdır. Masajla bağlı kurslara getmiş, buna dair sənədi də vardır. 4 il yəhudilər onu Qubaya gətirmiş, o da Qubada yaşamışdır. Mualicə edən zaman ilan zəhərindən istifadə etməmişdir. Xəstələrinə tam sağaldacağına söz verməmişdir. 10-15 gün müddətli kurslar təyin etmiş və həqiqətən də müalicənin müsbət nəticəsi olmuşdur. Təbrizi əlavə olaraq idman elətdirmişdir. Bütün bunları müəyyən pul müqabilində etmişdir. Zərərçəkmiş şəxs4 ona 2250 manat, X11 1010 manat, Zərərçəkmiş şəxs2 700 manat, Zərərçəkmiş şəxs3 Əmirağa qızı isə 180 manat vermişdir. Təbriz yanına 8 ay gəlmiş, 2250 manat ödəmişdir. Təbrizdən aldığı 2250 manat 3 kursun puludur. Xəstələri yaşadığı evdə qəbul etmişdir. Xəstələr gələndə kənar şəxslər olmamışdır. Ona kimsə heç bir sənəd göstərməmişdir. Bu vaxta qədər ondan kimsə şikayətçi olmamışdır, əksinə tərifləmişdirlər. Təbriz polisə şikayət etdikdən sonra digər zərərçəkmiş şəxslər şikayətçi olmuşlar. Başqa kimsə şikayətçi olmamışdır. Sonda Təqsirləndirilən şəxs dələduz olmadığını desə də, məhkəmədən bəraət istəməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2012-ci il təvəllüdlü qızı X12 3 aylıq olarkən hərarəti olduğundan beyin iflici keçirmişdir. Həmin vaxtdan hərəkət etməsi mümkün olmamış, nə otura, nə də gəzə bilməmiş, yataq xəstəsi olmuşdur. O, qızını dəfələrlə həkimlərə aparmış, müxtəlif müalicələr təbiq olunsa da, səhhətində hər hansı yaxşılaşma baş verməmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Quba şəhərində yaşayan Təqsirləndirilən şəxs masaj etmək yolu ilə xəstələri müalicə etməsini eşitmişdir. Buna görə də anası Cəmilə ilə birlikdə qızı Güneli Şaiq həkimin yanına aparmışdır. Həmin vaxt Şaiq həkim Quba şəhərində FHNnin X13 Xidmətinin binasına gedən yolda, adını xatırlamadığı küçədə yerləşən 2 mərtəbəli binada qalmışdır. Şaiq həkim onları qəbul edib qızı Güneli sağaldacağını, oturması bir kənara, hətta birbaşa gəzəcəyini bildirmişdir. Şaiq həkim qızının sağalması üçün yanına 3- 4 kurs gəlib-getməli olacaqlarını, gündəlik 70 manata masaj edəcəyini, masajı xaricdən gətirtdiyi ilan yağı ilə etdiyini, buna görə də masajın qiymətinin baha olduğunu, hər kurs 20 gün ardıcıl gələcəklərini, daha sonra 10 gün fasilə verəcəyini və yenidən növbəti kurs müalicəni başlayacağını demişdir. O, Şaiq həkimə qızının xəstəlik kağızlarını və reseptlərini də göstərmiş, lakin Şaiq həmin kağızlara və reseptlərə baxmadan “qoy həkimlər öz müalicəsini etsin, onların mənə aidiyyəti yoxdur, mən öz müalicəmi edəcəyəm” demişdir. Şaiq qızını sağaldacağına söz verdiyi üçün Şaiqə inanıb müalicəyə başlamağa qərar vermişlər. Birinci kurs müalicəni tam yanına gedib gəlmişlər. Hər gün 70 manat Şaiqə etdiyi masaja görə pul vermiş, 15-20 dəqiqə ərzində qızını masaj etmişdir. Birnci kurs bitdikdən sonra Şaiq həkimin dediyi kimi 10 gün fasilə vermiş, lakin həmin müalicə qızına hər hansı bir köməklik etməmişdir. O, Şaiq həkimə qızının səhhətində heç bir dəyişiklik olmadığını deyəndə, Şaiq ona “bir kurs ilə sağalan deyil ki, müalicəyə davam etmək lazımdı, 4-5 kurs müalicəyə gəlmək lazımdır ki, uşaq ayağa dursun” demişdir. Birinci kurs müalicə 2019-cu ilin iyul ayında olmuşdur. Daha sonra ikinci kurs müalicəyə 2019-cu ilin avqust ayının əvvəllərində başlamışlar. Belə ki, Şaiq həkim artıq onların birinci getdiyi ünvandan çıxmış və ünvan 2ya köçmüşdür. İkinci kurs müalicəyə də başlamışlar. Şaiq həkimin dediyi kimi, 20 gün ardıcıl olaraq yenə qızı Güneli yanına aparmışdır. İkinci kurs müalicə bitdikdən sonra yenə qızının səhhətində heç bir yaxşılaşma olmadığını görüb, həm də artıq pulu çatmadığından Şaiq həkimin yanına getməkdən imtina etmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs ondan qızı Güneli sağaldıb ayağa duracağına, gəzəcəyinə inandırıb ümumilikdə 40 gün ərzində hər günə 70 manat olmaqla, 2800 manat pul almış, lakin verdiyi sözə əməl etməyərək qızına heç bir köməklik göstərməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, ümumilikdə 2019-ci ilin iyul-avqust ayı ərzində 40 gün qızı Güneli Təqsirləndirilən şəxs yanına aparıb müalicə etməsi üçün hər günə 70 manat hesablanmaqla ümumilikdə 2800 manat məbləğində pul verdiyini, pulları Şaiqin yaşadığı mənzilində nağd şəkildə əlbəəl verdiyini, pulu verərkən yanında anası Şahid1 olduğunu bildirmişdir. İlk dəfə Şaiqin yanına yoldaşı və qızı ilə getmiş, sonradan anası ilə getmişdir. Şaiq onu aldadaraq 3 kursa uşağı sağaladacağına söz vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, verdiyi pulun qaytarılmasını, əks halda qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, anadangəlmə onurğa əyriliyindən əziyyət çəkmişdir. Ailəsi onu uşaq vaxtından təxminən 2 yaşından etibarən müalicə etdirmək məqsədilə müxtəlif həkimlərə və klinikalara aparmışdır. Azərbaycanda onurğa xəstəlikləri ilə bağlı fəaliyyət göstərən bütün həkimlərin yanında olmuşlar. Lakin həkimlərin demək olar ki, hamısı onlara gecikdiklərini bildirmişdir. Həmçinin bir neçə il əvvəl əməliyyat etdirmək üçün pul lazım olduğunu bildirdiklərindən, ailəsinin maddi imkanı olmadığından onu əməliyyat etdirə bilməmişlər. Təxminən 2012-ci ildə Bakı şəhərində yerləşən 16 yaşına çatmayan şəxslərin bərpa mərkəzlərində olmuşdur. Lakin, bütün bunlara baxmayaraq onun onurğa xəstəliyini müalicə etmək mümkün olmamışdır. 2015-ci ildə Mehriban xanım Əliyevaya məktub yazaraq müalicə etdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Bundan sonra ona Səhiyyə Nazirliyindən məlumat verilərək müalicə üçün Travmatologiya və Ortopediya institutuna getməyi bildirilmişdir. Onlar da Travmatologiya və Ortopediya institutuna getmişlər. Orada işləyən Yaşar Cəlilov adlı həkim professorun qəbulunda olmuşlar. Həmin şəxs onun kimi xəstələri dövlət hesabına əməliyyat etdiklərini bildirmişlər. Lakin onda olan onurğa əyriliyinin beyninə yaxın yerdə yerləşdiyindən əməliyyatdan sonra iflic olma və ya ölmə ehtimalımın böyük olduğunu bildirilmişdir. Ailəsi də riskli olduğu üçün əməliyyat etdirmək istəməyərək geri yaşadıqları evə qayıtmışlar. Bundan sonra isə belində olan onurğa əyriliyinin daha da böyüməməsi üçün müxtəlif müalicələr etdirmişlər. 2019-cu ilin yay aylarında tanışı olan Ülviyyə adlı şəxs Quba rayonunda həkim olduğunu, evdə müalicə etdiyinidemiş, onun da həmin həkimə getməsini məsləhət görmüşdür. Onlar da, hər əlaca əl atdığı üçün, artıq çarələri qalmadığından sonradan adını Təqsirləndirilən şəxs olaraq bildiyi həkimə məxsus mobil telefon nörməsini götürüb əlaqə saxlamışlar. Bu zaman onlara Quba şəhərində yerləşən evinə gəlməyi, orada baxaraq bir söz deyəcəyini bildirmişdir. Bundan sonra atası Mövlam və anası Gülşadla birlikdə 18 sentyabr 2019-cu il tarixdə Şaiq həkimin dediyi Quba şəhəri köhnə avtovağzal adlanan yerdəki beş mərtəbəli binanın üçüncü mərtəbəsində yaşadığı ünvana getmişlər. Onlar evə daxil olduqda həmin şəxsin həkim fəaliyyəti ilə məşğul olması ilə bağlı heç bir şey, yəni tibbi aparatlar, tibbi ləvazimatlarla təmin olunmuş otaq və ya digər vasitələrin olmadığını görmüşlər. Onlar həkimdən elə oradamı müalicə etdiyini, hansı səbəbdən xəstəxanalarda fəaliyyət göstərmədiyini soruşduqda “sizə dələduzlarmı lazımdır, mən elə burada müalicə edirəm” demişdir. Həmçinin onlara özünün Quba rayonunda yaşayan yəhudiləri müalicə etdiyini, həmin yəhudilərin onu Qubada saxladığını, əslinin Gəncəli olduğunu və ali təhsilini İsraildə aldığını bildirmişdir. Onlar da Şaiqin dediklərinə inanıb onun xəstəliyini də müalicə edəcəyini düşünmüşlər. Həmin şəxs onun onurğasına baxdıqda əyriliyin olduğunu, lakin həmin əyriliyi müalicə edəcəyini demişdir. İlkin olaraq müalicə üçün 10 günlük gəlməli olduqlarını, daha sonra hansı müddətdə müalicə edərək onu sağaldacağını bildirəcəyini demişdir. Həmçinin Azərbaycanda özündən başqa heç kimin onu sağalda bilməyəcəyini, yalnız özü onu sağalda biləcəyini demişdir. Bundan sonra Şaiq göstərmək üçün atasını masada uzadaraq bel sümüyünü dəsmalla dartmışdır. Müalicəni bu yolla aparacağını, yəni manual terapiya edəcəyini, həmçinin ona idmanlar etdirəcəyini, turniklə sallandıracağını bildirmişdir. Şaiq ona bir sonrakı gün, yəni 19 sentyabr 2019-cu il tarixdən müalicə üçün yaşadığı ünvana gəlməli olduğunu bildirmişdir. Onlar Şaiqlə razılaşıb oradan çıxıb getmək istəyən zaman, “bəs pulu barədə maraqlanmırsızmı, müalicə hansı qiymətə olacaq” demişdir. Onlar da həkimdən neçəyə olacağını soruşduqda, hər gün üçün 70 manat verməli olduqlarını bildirmişdir. Şaiq həmin sözü onlara dedikdə ailəsi 70 manatın çox olduğunu, maddi imkanlarının olmadığını bildirmişdir. Şaiq özünü həkim kimi təqdim edərək, onu sağaldacağını əminliklə dediyi üçün Şaiqlə razılaşaraq, birtəhər pulu tapıb verəcəklərini bildirmişlər. 19 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana müalicə olunmaq məqsədilə gəlmişdir. Həmin gün Şaiq onu təxminən bir saat ərzində onurğasını ilan zəhəri olaraq bildirdiyi mazla masaj etməyə başlamışdır. Bundan sonra 29 sentyabr 2019-cu il tarixədək Şaiqin yanına gedib gəlmişdir. 10 gün üçün gündəlik 70 manat olmaqla 700 manat məbləğində Şaiqə pul vermişdir. Həmin 10 gün ərzində Şaiq onu hər gün təxminən 1 saat ərzində masaj etmişdir. 10 gün bitdikdən sonra anası Gülşadla birlikdə Şaiqin yanına getdikdə, Şaiq ona 4 ay gəlib getməli olduğunu, 4 aydan sonra maniken kimi qız olacağını, bel sümüyünün açılacağı üçün boyunun da artacağını, belindəki onurğa əyriliyini tam düzəldəcəyini bildirmişdir. Onlar da bir daha sağalacağına ümid edib Şaiqlə razılaşmışlar. Bundan sonra 4 ay ilk gəldiyi 10 günlə birlikdə ümumilikdə 120 gün müalicə almalı olduğunu bildirdiyi üçün 2019-cu ilin oktyabr ayından etibarən müalicə almaq üçün Təqsirləndirilən şəxs yanına gedib gəlməyə başlamışdır. Təxminən 1 həftə getdikdən sonra Şaiq hər gün pul götürmək istəmədiyini, pulun təxminən 2-3 aylıq hissəsini əvvəlcədən istəmişdir. Onların da maddi imkanı olmadığı üçün Xaçmaz rayonunda yerləşən torpaq sahəsini 3600 manata satmışlar. Həmin puldan 2019-cu ilin oktyabr ayının əvvəllərində 1500 manatı Şaiq həkimə vermişlər. Daha sonra 2019-cu ilin noyabr ayının əvvəllərində qardaşı Babək iş yoldaşından 3000 manat məbləğində borc pul götürmüş və həmin pulu da o aparıb Şaiqə vermişdir. Bəzi günlərin pullarını anası işlədiyi zavoddan maaş aldığı üçün maaşından və ya evdə olan puldan düzəldib ona vermişlər, o da Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 2020-ci ilin yanvar ayının əvvəllərində satmış olduğu torpağın pulundan geri qalan pulu da hisəhissə ödəmiş, sonra isə qardaşı övladına Bankda saxladığı 1000 manat məbləğində pulu da Təqsirləndirilən şəxs vermişlər. Həmçinin 2020-ci ilin fevral ayının əvvəllərində xalası Gülşən Dəmirova 2000 manat məbləğində kredit pul götürüb köməklik məqsədilə onlara vermişdir. Onlar da həmin pulu Təqsirləndirilən şəxs vermişlər. Həmin vaxta kimi olan müddətdə demək olar ki, bir günün və ya bir neçə günün pulunu biryerdə aparıb Təqsirləndirilən şəxs vermişdir. Həmçinin Şaiq onlardan dərman alıb müalicə üçün istifadə etmək lazım olduğunu bildirdiyindən 500 manat məbləğində pul da almışdır. Həmin dərmanın üzərində vitamin yazılmış, o özü həmin dərmanı internetdə araşdırdıqda qiymətinin 50 manat olduğunu müəyyən etmişdir. Həmin dərmanı Şaiq ona getdiyi müddət ərzində mütamədi vermiş, dərmanın onun müalicəsində yaxşı effekt verəcəyini bildirmişdir. Bundan başqa Şaiq həkim hər dəfəsində ona müxtəlif dərmanlarla masaj etdiyini demişdir. Həmçinin hər dəfə də az müddətə sağalacağını demirdir. Bundan başqa 2020-ci ilin mart ayının əvvələrində gəlinləri Ayselə məxsus qızıl zinət əşyalarını Xaçmaz rayonunda yerləşən Bank Respublikaya qoyub 1500 manat pul götürüb həmin pulun 1050 manatını mart ayının əvvələrində, geri qalan 450 manatın üzərinə 250 manat da qoyaraq mart ayının sonlarında ümumilikdə 700 manat pulu da Şaiqə vermişdir. 2020-ci ilin may ayının əvvəllərində 700 manat, iyun ayının əvvəllərində isə sonuncu dəfə olaraq 450 manat məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı evdə Şaiqə vermişdir. Həmin müddət, yəni 2019-cu ilin sentyabr ayının sonlarından 2020-ci ilin iyul ayının əvvəllərinə kimi olan müddət ərzində 180 gün Təqsirləndirilən şəxs yanına gedib-gəlmiş və bunun müqabilində hər günə 70 manat olmaqla 12600 manat məbləğində müalicə və dərman almaq üçün 500 manat olmaqla, ümumilikdə 13100 manat məbləğində pul vermişdir. Həmçinin həmin müddət ərzində onlar dəfələrlə az-az pul vermişlər. Həmin tarixləri və verdiyi pulun miqdarlarını tam xatırlamır. Anası Gülşadın işlədiyi zavoddan da iş yoldaşları kömək məqsədilə 700 manat pul vermiş, həmin pulu da Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs danışıqları ilə onu sağaldacağına inandırdığı üçün onlar Şaiqə həmin pullan vermişlər. Lakin Şaiqin etdiyi müalicənin nəticəsində onurğa əyriliyi ümumiyyətlə dəyişməmişdir. Yəni heç bir nəticə verməmişdir. Artıq Şaiqin onu aldatdığını, müalicəni dediyi kimi etmədiyini, yəni sağaltmadığını və onu aldadaraq pulu götürdüyünü düşünmüşdür. Çünki, Şaiq ona ilk olaraq 4 aya sağaldacağını bildirsə də sağaltmamış, bundan sonra isə 2 ay müddətinə sağaldacağını bildirsə də sağaltmamışdır, o da həkimə hansı səbəbdən 6 ay gəlib getməsinə baxmayaraq sağalmadığını soruşduqda “səni müalicə edirəm, mən də pul alıb uşaqlarımı saxlayıram” demişdir. Anası da həmin zaman əsəbiləşərək Şaiq həkimə müalicə etdiyini deməsinə baxmayaraq heç bir nəticə olmadığını bildirmişdir. Şaiq bu zaman onlara yenidən 3 aylıq müalicə üçün gəlməli olduqlarını və ümumilikdə 3 ay üçün 6300 manat pul verməli olduqlarını bildirmişdir. Onlar da bir daha Şaiqə inanmış və Şaiqlə razılaşıb 6300 manat pul verəcəklərini bildirmişlər. Bundan sonra onlar pul tapana kimi bir neçə gün yenidən Şaiqin yanına gəlib getmişlər. Lakin pul olmadığından bir neçə gün sonra Şaiq ona hələlik fasilə verdiyini, iki ay sonra yenidən müalicə edəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının əvvələrində yenidən təxminən 3 gün Şaiq həkimin yanına getmişdir. Şaiq pul verməli olduğunu, pul verməsələr müalicə edə bilməyəciyini demişdir. Bundan sonra onlar Şaiqin etdiyi müalicənin heç bir xeyrinin olmadığını, həmçinin artıq pul da olmadığından müalicəni dayandırmışlar. Şaiq adlı həkim onu mülaicə etdirmək adı ilə sadəcə olaraq onun pulunu ələ keçirmişdir. O, Şaiqin yanına gedib gəlməsi üçün ailəsi ayrı-ayrı vaxtlarda 3 ayrı şəxsə məxsus taksi tutub ümumilikdə həmin taksilərə hər gün üçün 8 manat olmaqla 1440 manat məbləğində pul vermişlər. Bəzi hallarda o yol maşını ilə və ya təsadüfi maşınlarla da Quba rayonuna gəlib getmişdir. O, Təqsirləndirilən şəxs pulları yaşadığı evdə nağd şəkildə əlbəəl vermiş, pulu verərkən yanında kənar şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən, qollarından, ayaqlarından və belindən dartaraq manual-terapiya etdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, verdiyi pulun qaytarılmasını, əks halda qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə özünə məxsus **-BK-*** dövlət nömrə nişanlı "Opel Vektra markalı avtomobili olmuş, qeyd olunan tarixdə, 27 sentyabr tarixində Xaçmaz-Bakı yolunun Şabran rayonu Rəhimli kand ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış və aşağ ətrafları şikəst qalmışdır. Hazırda isə hasa ilə gəzir, hadisə baş verəndən etibarən ona 1-ci dərəcəli əlillik verilmişdir. 2022-ci ilin avqust ayında atasının tanışı, Quba rayonu Çağacuq kəndində yaşayan Ramazan adlı şəxslə atasının işlədiyi yerdə rastlaşmışdır. Ramazan ona yaxşı həkim tanıdığını və onun səhətində olan problemə kömək edə biləcəyini demişdir. Tanışlıqdan sonra Ramazan onu Quba şəhəri, köhnə avtovağzal adlanan ərazisində yaşayan, özünü ona həkim kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsin yanına gətirmişdir. Şaiq ona evində baxmış və onu tez bir zamanda sağaldacağını, ayağa durub rahat şəkildə 2 aya gəzəcəyini demişdir. Lakin həmin işin qarşılığında Şaiq ondan birinci kursda günü 100 manatdan olmaqla 2500 manat pul istəmişdir. Birinci kurs 25 gün təşkil etmişdir. Axşam saatlarında o, yaşadığı evə gəlmiş, atasına müalicə almaq istədiyini, Şaiq adlı həkimin onu müalicə edə biləcəyinə inandığını, iki kurs müalicə alacağını və hər kursun qiymətinin 2500 manat olduğunu bildirmişdir. Bundan sonra o, atası və Ramazanla birlikdə Quba şəhərinə, Təqsirləndirilən şəxs yanına gəlmişdir. Şaiq onları öz evində qəbul etmişdir. Atasına “sənin oğlunu iki kurs müalicə edəcəm, beşmərtəbəyə qaça-qaça çıxacaq” demiş və hər kurs üçün 2500 manat pul verməli olduqlarını bildirmişdir. Onlar da Şaiqin sözlərinə inanıb müalicəyə başlamağa razılaşmışlar. Birinci kursun müalicəsinə başlamaq üçün atası 2022-ci ilin iyul ayının sonlarında "xxxx"dan 2000 manat pul almış, 500 manat da özündə olmuşdur. O, atası ilə birlikdə birinci kurs müalicənin pulunu, yəni 2500 manat pulu 2022-ci ilin avqust ayının əvvəli Təqsirləndirilən şəxs Quba şəhəri, Köhnə avtovağzal dairəsində yerləşən binadakı mənzilində vermişdir. Şaiq özü həmin məbləği tələb etmiş və müalicəyə başlamaq üçün İsraildən dərman gətirməli olduğunu, həmin pulun da buna görə lazım olduğunu demişdir. Onlar pulu verdikdən bir neçə gün sonra, yəni təxminən 2022-ci ilin avqust ayının 3-4-ü tarixində onun birinci kurs müalicəsi başlamışdır. Birinci kursun 10-cu günündə Şaiq 2-ci kursun pulunu ondan istəmiş və İrandan dərman gətizdirəcəyini bildirmişdir. O, bir gün sonra qeyd olunan 2500 manat pulu Şaiqə vermişdir. Pulu verməyə tanışı Baba adlı şəxslə getmiş və Baba pulu verdiyinin şahidi olmuşdur. İkinci kursun 10-cu günlüyündə yenidən Şaiq həkim ondan 3-cü kursun pulunu istəmişdir. Həmin vaxt yenə onda pul olmadığı üçün atasından ona pul verməsini xahiş etmişdir. Atası yenidən əlacsız qalıb yenidən "xxxx"dan 30 sentyabr 2022-ci il tarixdə 4000 manat pul kredit götürmüşdür. Atasının ilkin kredit müqaviləsi üzrə borcunu həmin 4000 manat məbləğdən çıxıb yerdə qalan pulu atasına vermişlər. O, 2-ci kursun sonuna yaxın 2000 manat pulu yenidən Şaiq həkimə vermişdir. Sonuncu pulu isə həmkəndlisi Dəyanət adlı şəxsin iştirakçılığı ilə birlikdə vermişdir. 2000 manat pul verərkən Şaiq ondan 500 manatı da istəmiş, lakin o 500 manatı tapa bilmədiyini, hər həftə gələndə 100 manat verəcəyini demişdir. Şaiq də onunla razılaşmışdır. Şaiq 3-cü kursa qədər onu hər gün evində qəbul etmiş və masaj etmişdir. Lakin 3-cü kursda Şaiq onu müxtəlif vaxtlarda, bəzən ayda bir dəfə yanına çağırmışdır. 2022-ci ilin avqust ayından başladığı müalicəni 2023-cü ilin 12 mart tarixinə qədər alsa da, səhətində heç bir dəyişiklik hiss etməmişdir. Şaiqə ümumilikdə 7000 (yeddi min) manat pul versə də, Şaiq onu sağaltmamış, verdiyi vədə əməl etməmişdir. Şaiq onu xəstəxanaya aparmamış, ancaq öz evində müalicə etmişdir. Müalicəsi ancaq iynə və mazdan ibarət olmuşdur. Şaiq bundan əlavə ona bahalı dərmanlar yazmış və aldırmışdır. Həmin dərmanlar üçün, eləcə də gəlib-getməyi üçün ümumilikdə təxminən 3000 manat pul xərcləmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 7000 manat pul vermiş, ilk dəfə müalicəyə başlayanda 2022-ci ilin avqust ayının əvvəllərində 2500 manat pul birinci kurs müalicə üçün vermiş, həmin vaxt yanında atası İlham olmuşdur. İkinci dəfə 2500 manat pulu ikinci kursun müalicəsi üçün təxminən 2022-ci ilin avqust ayının 14-15-i tarixində tanışı Babanın yanında vermişdir. Üçüncü dəfə isə 2000 manat pulu üçüncü kursun müalicəsi üçün 2022ci ilin sentyabr ayının 8-də həmkəndlisi Dəyanətin yanında vermişdir. O, birinci və üçüncü kursun pullarını Şaiqə Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında yaşadığı evində, ikinci kursun pulunu isə yaşadığı binanın girişində vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, verdiyi pulun qaytarılmasını, əks halda qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında o belində ağrılar hiss etdiyindən Qusar şəhərində yerləşən OKİ xəstəxanasına gedib müayinə olunmuşdur. MRT yoxlanışı zamanı belində 4 mm ölçüdə yırtıq olduğu məlum olmuşdur. Orada adını xatırlamadığı həkim ona əməliyyat olunmalı olduğunu bildirmişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində həyat yoldaşı İntiqam onu Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında yaşayan Təqsirləndirilən şəxs adlı həkimin yanına aparmışdır. Onunla birlikdə qaynanası Xuraman Tarverdiyava da getmişdir. Hər üçü Şaiq həkimin mənzilinə daxil olmuşdur. O, özü ilə MRT-nin cavabını da aparmışdır. Təqsirləndirilən şəxs xəstəxanada olan həkimin ona əməliyyat olunmalı olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxs MRT-nin nəticəsinə baxıb “burda əməliyyatlıq nə var ki, mən bundan da ağır xəstələri sağaltmışam, cəmi 4 mm yırtıq var, mən 7 mm yırtığı da sağaldıram, bunlar mənim əlimdə heçnədir” deyə bildirmişdir. 15 gün ərzində günü 70 manat olmaqla manual-terapiya vasitəsi ilə müalicə edərək sağaldacağını, 15 gün sonra bütün ağrılarının keçəcəyini və sərbəst gəzəcəyini demişdir. O, Təqsirləndirilən şəxs manual-terapiya dedikdə nəyi nəzərdə tutduğunu, yəni onu necə sağaldacağını soruşmuşdur. Şaiq ona əl və ayaqlarını, boynunu dartaraq, ona müxtəlif idman hərəkətləri etdirərək və masaj edərək sağaldacağını, ali tibbi təhsili olduğunu, müxtəlif xəstəxanalarda işlədiyini bildirmişdir. Getdiyi gündən Şaiq həkim onu müalicə etməyə başlamış, onun belində şiddətli ağrılar olduğundan həyat yoldaşı İntiqama adını bilmədiyi iki ədəd iynə aldırmışdır. Həmin iynələri ona vuraraq ağrılarını kəsəcəyini demişdir. İynələri ona vurduqdan sonra dediyi kimi, onu arxası üstə uzadaraq əlinə dəsmal götürüb dəsmalı boynuna keçirib möhkəm dartmış, həmin anda onun huşu getmiş, Şaiq həkim onu burnuna dəman iylədib ayıltmışdır. O, Şaiq həkimə onkoloji xəstə olduğunu, boğaz nahiyyəsində olan şişin əməliyyat yolu ilə götürüldüyünü, bundan sonra sinə nahiyyəsində də şiş yarandığını, həkim-onkoloqun həmin şiş olan nahiyəyə toxunulmamasını, belə şeylərin ona pis təsir etdiyini demişdir. Lakin Şaiq həkim qorxmamasını, onu bu üsulla müalicə edib sağaldacağını demişdir. O, bu minvalla 13 gün ərzində hər gün Şaiq həkimin yanına gedib-gəlmişdir. Şaiq həkim hər dəfə onu qol və ayaqlarını, boyun nahiyəsini dartaraq daha da əzmiş, xəstəliyi isə sağalmamışdır. Həmçinin Şaiq həkim ona adını xatırlamadığı iynələr aldırmışdır. Həmin iynələrin də onun sağalmasına kömək edəcəyini demişdir. Onun həmin ərəfədə azyaşlı körpəsi olmuş və ana südü ilə qidalanmışdır. Şaiq həkim ona uşağına süd verməyi dayandırmasını tələb etmişdir. Buna səbəb ona yazdığı iynələrin tərkibinə görə uşağın zəhərlənə biləcəyini demişdir. İynələrin qiyməti də baha olmuş, o ümumilikdə Şaiq həkimin aldırdığı iynələrə də 600 manat pul vermişdir. Şaiq həkim aldırdığı iynələrin ikisini özü yanına getdiyi zaman ona vurmuş, qalan iynələri isə o özü evdə vurdurmuşdur. Müalicənin 5-ci günündə o Şaiq həkimin pulunu verərkən, 70 manat pulu olmadığını, 50 manat verə biləcəyini, qalan 20 manatı isə sabahkı müalicənin pulu ilə birlikdə verəcəyini demişdir. Bu zaman Şaiq həkim ona əsəbiləşərək bir də belə hal baş versə, müalicəni dayandıracağını demişdir. Lakin səhhətində heç bir irəliləyiş baş verməmiş, belində olan ağrıları daha da artmışdır. Müalicənin 13-cü günündə Şaiq həkimə etdiyi manual-terapiyanın ona heç bir xeyri olmadığını demişdir. Şaiq həkim ona müalicənin yenə davam etməli olduğunu, 15 gün deyil, 18 günə kimi gəlməli olduğunu bildirmişdir. Lakin o, artıq Şaiq həkimin onu aldatdığını görüb yanına getməkdən imtina etmişdir. Növbəti gün o, Xaçmaz rayon mərkəzi xəstəxanasına gedib hazırda adını xatırlamadığı nevropatoloqun yanına getmiş, həkim orada ona iynə vurduqdan 15 dəqiqə sonra ağrılarının azaldığını, iynənin ona yaxşı təsir etdiyini görmüşdür. Sonra həmin həkimin müalicəsini davam etdirərək sağalmışdır. O, Təqsirləndirilən şəxs pulları yaşadığı Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığındakı mənzilində nağd şəkildə əlbəəl vermiş, pulu verərkən yanında qaynanası Xuraman Tarverdiyevə olmuşdur. Təqsirləndirilən şəxs iynələri ona resept formasında yazıb vermiş, lakin həmin reseptlər sonradan itmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, bildirdi ki, Təqsirləndirilən şəxs əvvəl diaqnostika mərkəzində işlədiyini bildirmişdir. O, 13-14 gün masaja getmiş, hər gün üçün 70 manat ödəmişdir. Ona 1400 manat ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Şaiq onu tam sağaldacağını bildirsə də, əksinə ağrıları çoxalmışdır. Şaiqdən sonra Xaçmaz rayon mərkəzi xəstəxanaya getmiş, orada 2 kurs müalicə aldıqdan sonra ağrıları kəsilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, verdiyi pulun qaytarılmasını, əks halda qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, X4 onun gəlinidir. 2020-ci ilin oktyabr ayında Sahibə belində ağrılar hiss etdiyindən onu Qusar şəhərində yerləşən OKİ xəstəxanasına aparıb müayinə etmişlər. MRT yoxlanışı zamanı Sahibənin belində 4 mm ölçüdə yırtıq olduğu müəyyən olunmuşdur. Həkimlər aparsalar da, nəticə olmamışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində oğlu İntiqamla birlikdə Sahibəni Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında yaşayan Şaiqin yanına aparmışlar. Şaiq Sahibəni sağaldacağını bildirmişdir. Günü 70 manat olmaqla 15 gün ərzində manual-terapiya vasitəsi ilə müalicə edəcəyini, 15 gün sonra bütün ağrılarının keçəcəyini və sərbəst gəzəcəyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, 15 gün ərzində Şaiqin yanına getmişlər. Hər gün üçün Şaiqə 70 manat pul vermişlər. Şaiq hər gün Sahibəyə massaj etmiş və iynə prosedurları yazmışdır. Onlar da Şaiqin tapşırıqlarını yerinə yetirərək, yazdığı iynələri evdə vurmuşlar. Sahibəni müalicə edən zaman müxtəlif massaj hərəkətləri etmişdir. Butün bunlara baxmayaraq Sahibənin ağrıları keçməmişdir. Daha sonra onlar Sahibəni Xaçmazda fəaliyyət göstərən həkimin qəbuluna aparmışlar. Həkim Sahibəni müayinə etdikdən sonra məlum olmuşdur ki, Şaiqin tətbiq etdiyi massajlardan sonra sinirləri sıxılmışdır. Xaçmazdakı həkim yeni müalicə yazmış və Sahibə hazırda özünü yaxşı hiss edir. Şaiq onlardan pul alıb yalandan sağaldacağına dair vədlər vermişdir. Lakin Sahibəni sağaltmamışdır. Şaiq onları aldatdığı üçün şikayətçi olmuşlar. Şaiqin yanına səhv etmirsə 15-17 gün getmişlər və hər gün üçün 70 manat vermişlər. Günlərin sayını tam xatırlamadığı üçün cəmdə nə qədər pul verdiyini də bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təbrizi və atası İlhamı təxminən 5-6 ilə yaxın müddətdir ki, tanıyır. Onun yaşadığı kəndlə Təbrizin yaşadığı kənd qonşu kəndlərdir. İlham maşın ustasıdır və o da idarə etdiyi avtomobili təmirə ehtiyacı olan zaman İlhamın yanına aparır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında avtomobilini İlham ustanın yanına təmir etməsi üçün aparmışdır. Həmin vaxt Təbriz də sexdə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, İlham ona oğlu Təbrizin Quba şəhərində Şaiq adlı həkimin yanında müalicə aldığını, ikinci kurs müalicənin pulunu verməli olduğunu demiş və ondan oğlu Təbrizi öz avtomobili ilə həkimin yanına aparmasını xahiş etmişdir. O, Təbrizlə birlikdə Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına gəlmişdir. Təbriz mobil telefonla Şaiqə zəng edib çatdığını bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs avtomobilinə, Təbrizin əyləşdiyi sağ oturacağa yaxınlaşmışdır. Təbriz pulu orada Şaiqə vermək istədikdə Şaiq pulu götürməmişdir. Pulu alarkən başqasının görməməsi üçün Təbrizə avtomobildən düşüb blokun girişinə tərəf gəlməsini xahiş etmişdir. O, və Təbriz avtomobildən düşüb Şaiqin dayandığı blokun qarşısına gəlmişdir. Təbriz 2500 manat pulu çıxarıb Şaiqə vermişdir. Şaiq pulu götürüb birbaşa cibinə qoymaq istədikdə, Təbriz Şaiqə pulu saymasını demişdir. Şaiq pulu saymış, 2500 manatın tam olduğunu dəqiqləşdirmiş və pulu alıb çıxıb getmişdir. Bundan sonra o, Təbrizi aparıb Quba rayonu, Cağacuq kəndinə İlhamın işlədiyi təmir sexinə düşürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, uşaqlıqdan Zərərçəkmiş şəxs4 tanıyır. Zərərçəkmiş şəxs4 avtoqəza keçirdikdən sonra gəzməkdə problemlər çəkmişdir. 2022-ci il tarixdə Təbrizlə söhbət zamanı Təbriz, ona Quba şəhərində Şaiq adlı həkim olduğunu, müalicə ilə ayaqlarında olan problemi düzəldə biləcəyini demişdir. Bundan sonra Təbriz həmin həkimlə danışaraq həkimin yanına müalicə almağa getmişdir. O, da Təbrizin gəzməkdə problemi olduğundan bir neçə dəfə Təbrizlə həmin həkimin evinə getmişdir. 2022-ci ilin oktyabr ayında o, Təbrizlə həmin həkimin yanına növbəti dəfə Təbrizin müalicəsi üçün getmişdir. O, və Təbriz Şaiq adlı həkimin Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilinə daxil olmuşlar və onlar evdə olduğu zaman Təbriz müalicə üçün 2000 manat pulu onun yanında sayaraq Şaiqə vermiş, həmin pullar 100-lük və 50-lik əskinaslar olmuşdur. Həmin vaxt Şaiq yenidən Təbrizi müayinə etmişdir. Müayinə etdikdən sonra Təbrizin vəziyyəti daha da pisləşmişdir. Onlar oradan çıxdıqdan sonra o, Təbrizə kömək edərək birlikdə öz kəndinə Quba rayonu, İsnovqışlaq kəndinə getmişlər. 2022-ci ilin oktyabr ayında Şaiqin evində həmkəndlisi Zərərçəkmiş şəxs4 2000 manat pulu onun yanımda vermiş, həmin vaxt evdə digər otaqda Şaiqin ailəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 doğma oğludur. 27 sentyabr 2014-cü il tarixdə oğlum Təbriz özünə məxsus “Opel Vektra" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz-Bakı yolunun Şabran rayonu, Rəhimli kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan şəxs ölmüş, oğlu Təbriz isə ağır bədən xəsarəti almışdır. Bu müddətdən etibarən onun ayaqları, eləcə də aşağı ətrafları şikəst çalmışdır. Hazırda isə həsa ilə gəzir. Oğlu Təbrizə aldığı xəsarətlərdən sonra 1-ci dərəcəli əlillik verilmişdir. O özü Quba-Bakı yolunun Cağacuq kəndi ərazisindən keçən hissəsində, yolun kənarında avtomobil təmiri sexində işləyir. 2022-ci ilin iyul ayının sonlarında Cağacuq kənd sakini olan Ramazan adlı şəxs öz avtomobilini təmir etdirmək üçün sexə gəlmiş, bu zaman oğlu Təbriz də onun yanında olmuşdur. Ramazan orada oğlunun əziyyətini görüb “bu uşaq yazıqdır, müalicə elə, mən bir həkim tanıyıram, dirildir, istəsən səni tanış edərəm” demişdir. Həmin gün təminən saat 17 radələrində oğlu Təbriz Ramazanla birlikdə Quba şəhərinə, Ramazanın dediyi Şaiq adlı həkimin yanına getmişlər. Şaiq Təbrizi müalicə edə biləcəyini, iki kurs müalicə alacağını və hər kursun qiymətinin 2500 manat olduğunu bildirmişdir. Bundan sonra o, oğlu və Ramazanla birlikdə Quba şəhərinə, Təqsirləndirilən şəxs yanına gəlmişdir. Şaiq onları öz evində qəbul etmiş, ona “sənin oğlunu iki kurs müalicə edəcəm, beşmərtəbəyə qaça-qaça çıxacaq” demiş və hər kurs üçün 2500 manat pul ödəməli olduğunu bildirmişdir. O, da Şaiqin sözlərinə inanıb müalicəyə başlamasına razılıq vermişdir. Birinci kursun müalicəsinə başlamaq üçün 2022-ci iyul ayının sonlarında "xxxx"dan 2000 manat pul almış, 500 manat da özündə olmuşdur. O, birinci kurs müalicənin pulunu, yəni 2500 manat pulu 2022-ci ilin avqust ayının əvvəli Təqsirləndirilən şəxs Quba şəhəri, Könnə avtovağzal dairəsində yerləşən binadakı mənzilində vermişdir. Şaiq özü həmin məbləği tələb etmiş və demişdir ki, müalicəyə başlamaq üçün İsraildən dərman gətirməlidir, həmin pul da buna görə lazımdır. O, pulu verdikdən bir neçə gün sonra, yəni təxminən 2022-ci ilin avqust ayının 3-4-ü tarixində Təbrizin birinci kurs müalicəsi başlamışdır. Birinci kurs 25 gün təşkil etmişdir. Birinci kursun 10-cu günündə Şaiq 2-ci kursun pulunu oğlundan istəmiş və İrandan dərman gətizdirəcəyini bildirmişdir. Bu barədə oğlu Təbriz ona dedikdə, o, artıq bankdan yeni kredit götürdüyünü, buna görə də pul tapa bilməyəcəyini demişdir. Buna görə də, oğlu özü borc tapıb ikinci kursun pulunu, 2500 manat pulu Şaiqə vermişdir. İkinci dəfə pulu verərkən tanışı Baba adlı şəxslə getmişdir. İkinci kursun 10-cu günündə yenidən Təqsirləndirilən şəxs oğlu Təbrizdən 3-cü kursun pulunu istəmişdir. Yenidən oğlu Təbriz ona Şaiqin 3-cü kurs müalicə üçün pul istədiyini bildirmişdir. O, əlacsız qalıb yenidən "xxxx"dan 30 sentyabr 2022-ci il tarixdə 4000 manat pul kredit götürmüşdür. Növbəti gün, oğlu Təbriz 3-cü kursun pulunu, yəni 2000 manat pulu Şaiqə vermişdir. Həmin vaxt həmkəndliləri Dəyanət adlı şəxs də orada olmuşdur. Təbriz qalan 500 manatı isə hər həftə gedərkən 100 manat verəcəyini bildirmişdir. Şaiq 3-cü kursa qədər oğlunu hər gün evində qəbul etmiş və öz aləmində müalicə aparmışdır. Lakin 3-cü kursda o, oğlu Təbrizi müxtəlif vaxtlarda, bəzən ayda bir dəfə yanına çağırmışdır. 2022-ci ilin avqust ayından başlanmış müalicə 2023-cü ilin 12 mart tarixinə qədər getsə də, oğlunun səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməmişdir. Onlar Şaiqə ümumilikdə 7000 manat pul versələr də, o, oğlunu sağaltmamış, verdiyi vədə əməl etməmişdir. Şaiq oğlunu xəstəxanaya aparmamış, ancaq öz evində müalicə etmişdir. Müalicəsi ancaq iynə və mazdan ibarət olmuşdur. Saiq həkim bundan əlavə Təbrizə bahalı dərmanlar yazmış və aldırmışdır, həmin dərmanlar üçün, eləcə də yol xərci ilə birlikdə ümulilikdə təxminən 3000 manat pul xərclənmişdir. Təqsirləndirilən şəxsla oğlunun müalicəsi ilə bağlı danışarkən, Şaiq ona iki kurs müalicəyə oğlunu tam sağaldacağına söz vermiş, həmçinin yaxşı olarsa 3-cü kurs müalicə də almalı olacağını bildirmişdir. Buna görə də o, oğlu Təbrizə 2000 manat pulu 3-cü kurs müalicəni də almasından ötrü Təqsirləndirilən şəxs tələb etdiyi üçün vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı 1992ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 anadangəlmə onurğa əyriliyindən əziyyət çəkir. Qızını müalicə etdirmək məqsədilə 2 yaşından etibarən müxtəlif həkimlərə və klinikalara aparmışlar. 2019-cu ilin yay aylarında tanışı Ülviyyə adlı şəxs Quba rayonunda həkim olduğunu evdə müalicə etdiyini bildirmiş, Fərqanəni də həmin həkimə göstərməyi təklif etmişdir. 18 sentyabr 2019-cu il tarixdə qızı Fərqanəni aparıb Şaiq həkimin dediyi Quba şəhərində yerləşən evinə getmişlər. Evə daxil olduqda həmin şəxsin həkim fəaliyyəti ilə məşğul olması ilə bağlı heç bir tibbi aparatlar, tibbi ləvazimatlarla təmin olunmuş otaq və ya digər vasitələrin olmadığını görmüşlər. Onlar həkimdən elə oradamı müalicə etdiyini, hansı səbəbdən xəstəxanalarda fəaliyyət göstərmədiyini soruşduqda “sizə dələduzlarmı lazımdır, mən elə burada müalicə edirəm” demişdir. Həmçinin onlara özünün yəhudiləri müalicə etdiyini, ali təhsilini İsraildə aldığını bildirmişdir. Onlar Şaiqin dediklərinə inanıb qızını müalicə edəcəyini düşünmüşlər. Həmin şəxs qızının onurğasına baxdıqda əyriliyin olduğunu, lakin həmin əyriliyi müalicə edəcəyini bildirmişdir. İlkin olaraq qızının müalicə üçün 10 günlük gəlməli olduğunu, daha sonra hansı müddətdə müalicə edərək qızını sağaldacağını bildirəcəyini demişdir. Həmçinin Azərbaycanda ondan başqa heç kimin qızını sağalda bilməyəcəyini də vurğulamışdır. Müalicəni manual terapiya yolu ilə aparacağını, həmçinin qızına idmanlar etdirəcəyini bildirmişdir. 19 sentyabr 2019-cu il tarixdə qızı Fərqanəni özünü həkim kimi təqdim edən Təqsirləndirilən şəxs yanına göndərmişlər. Həmin gün qızının onurğasını ilan zəhəri olaraq bildirdiyi mazla masaj etməyə başlamış, bundan sonra qızı Fərqanə 29 sentyabr 2019-cu il tarixədək Şaiqin yanına getmişdir. 10 gün üçün gündəlik 70 manat olmaqla Şaiqə 700 manat məbləğində pul vermişlər. 10 gün bitdikdən sonra Şaiqin yanına getdikdə qızının 4 ay gəlib getməli olduğunu, 4 aydan sonra onurğa əyriliyini tam düzəldəcəyini bildirmişdir. Təxminən 1 həftə getdikdən sonra Şaiq pulun təxminən 2-3 aylıq hissəsini əvvəlcədən istəmiş, onlar da Xaçmaz rayonunda yerləşən torpaq sahəsini 3600 manata satıb həmin puldan 1500 manatı Şaiqə vermişlər. Daha sonra isə 2019-cu ilin noyabr əvvəllərində oğlu Babək iş yoldaşından 3000 manat məbləğində borc pul almış, həmin pulu da Şaiqə vermişlər. Bəzi günlərin pulu maaş aldığı üçün maaşından və ya evdə olan puldan düzəldib Şaiqə vermişlər. 2020-ci ilin yanvar ayının əvvəllərində satdıqları torpağın pulundan geri qalan pulu, sonra isə nəvəsinin adına bankda olan 1000 manat məbləğində pulu da da Təqsirləndirilən şəxs vermişlər. Həmçinin fevral ayının əvvəllərində Gülşən Dəmirova 2000 manat məbləğində kredit pul götürüb onlara vermiş, onlar da həmin pulu Şaiqə vermişlər. Şaiq onlardan dərman adı ilə 500 manat məbləğində pul almışdır. 2020-ci ilin mart ayının əvvələrində gəlini Ayselə məxsus zinət əşyalarını banka girov qoyub 1500 manat pul götürüb həmin pulun 1050 manatını mart ayının əvvələrində, geri qalan 450 manatın üzərinə 250 manat qoyub, mart ayının sonlarında ümumilikdə 700 manat pulu da Şaiqə vermişlər. 2020- may ayının əvvəllərində 700 manat, iyun ayının əvvəllərində isə sonuncu dəfə 450 manat məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı evdə ona vermişlər. Qızı 2019-cu ilin sentyabr ayının sonlarından 2020-ci ilin iyul ayının əvvəllərinə kimi olan müddət ərzində ümumilikdə 180 gün Şaiqin yanına gedib müalicə almış və bunun müqabilində hər günə 70 manat olmaqla 12600 manat məbləğində müalicə və dərman almaq üçün 500 manat olmaqla, ümumilikdə 13100 manat məbləğində pul vermişlər. Təqsirləndirilən şəxs danışıqları ilə qızını sağaldacağını inandırdığı üçün onlar Şaiqə həmin pulları vermişlər. Lakin müalicənin nəticəsində qızının onurğa əyriliyi ümumiyyətlə sağalmamışdır. Şaiq onlara ilk olaraq 4 aya sağaldacağını bildirsə də sağaltmadı, bundan sonra isə 2 ay müddətinə sağaldacağını bildirsə də yenə vədinə əməl etməyərək sağaltmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, bir çox klinikalarda olmuşlar, Şaiqdən başqa kimsə onları inandırmamışdır. O, qızının vəziyyətinə bələd olsa da, Şaiq Fərqanəni tam sağaldacağını bildirərək onu və qızını inandırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 analoji ifadə verərək Şahid2 bildirdiklərinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs2 onurğa əyriliyindən əziyyət çəkir və 2-3 yaşından müxtəlif mülaicələr alır. Təqsirləndirilən şəxs qızını sağaladacağına dair söz verdiyi üçün inanıb ona ayrı-ayrı vaxtlarda ümumilikdə 13100 manat pul vermişlər. Qızı Fərqanə 6 ay Təqsirləndirilən şəxs seanslarına getmiş lakin müsbət nəticə əldə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o uzun illər belində olan уırtıqdan (qrija) əziyyət çəkmişdir. Müalicə almaq üçün dəfələrlə müayinələrə getsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Quba şəhərində Şaiq adlı həkim olduğunu və ondakı xəstəliyi müalicə edə biləcəyini eşitmişdir. O, Şaiqlə əlaqə yaradıb xəstəliyi barədə telefonda danışmış, sonra Şaiqin Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında olan yaşadığı evə getmişdir. Şaiq onun xəstəlik sənədlərinə baxdıqdan sonra müalicə edə bləcəyini, hər gün 30 manat olmaqla onu tam sağalana qədər müalicə edəcəyini, ilk 3-4 gün ərzində pilləkənləri rahat çıxa biləcəyini qeyd etmişdir. O, da Şaiqlə razılaşmış və növbəti gündən günü 30 manat olmaqla müalicəyə başlamışdır. Təxminən 15 gün o Şaiqin yanına getmiş, müalicənin yekununda artıq onda olan ağrılar tam keçmiş, hətta Şaiq onu evində olan çəki daşları ilə sınaqdan keçirmiş, artıq sağaldığına tam əmin olmuşdur. Bundan sonra o 2022-ci ilin iyul ayında özünə məxsus VAZ 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Quba-Bakı yolunun Cağacuq kəndi ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən avtomobil təmiri sexinə rənglətmək üçün aparmışdır. Həmin sexdə Quba rayonu, İsnov-qışlaq kənd sakini İlham adlı şəxs də maşın ustası işləymişdir. İlhamı tanısa da, münasibəti olmamışdır. Daha sonra sexə bir nəfər şəxsin çətinliklə yeriyərək gəldiyinin şahidi olmuş, bir qədər gözlədikdən sonra həmin şəxsə yaxınlaşıb nə üçün çətinliklə yeridiyini soruşmuşdur. Həmin şəxs ona bir neçə il öncə avtomobil qəzası keçirdiyini, qəzadan sonra səhhətində problem yarandığını və buna görə də gəzməkdə çətinlik çəkdiyini bildirmişdir. Söhbət zamanı o həmin şəxsin adının Təbriz olduğunu, orada usta işləyən İlhamın oğlu olduğunu bilmişdir. O həm İlhama, həm də oğlu Təbrizə özünün də belində yırtıq olduğunu, Quba şəhərində olan Şaiq adlı həkimin onu müalicə etdiyini, əgər istəsələr Təbrizi də həmin həkimin yanına apara biləcəyini demişdir. Təbriz və İlham onunla razılaşmış və o həmin gün təxminən saat 17 radələrində Təbrizlə birlikdə Quba şəhərinə, Şaiqin yanına getmişlər. Şaiq yaşadığı evdə onları qəbul etmiş, Təbrizi müayinə etdikdən sonra Təbrizi sağaldacağına söz vermiş, həmçinin səhhətindəki problem daha ciddi olduğundan müalicənin uzun çəkəcəyini bildirmişdir. Bundan sonra Təbriz Şaiqin yanında müalicəyə başlamış, bir neçə dəfə o özü Şaiqin yanına müayinəyə gedərkən Təbrizlə orada rastlaşmış və Təbriz ona müalicənin yaxşı təsir etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu yanlız evində müalicə etmiş, Şaiq onu özündə olan krem və mazlardan istifadə etməklə sadəcə masaj edərək müalicə etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Zərərçəkmiş şəxs1 onun doğma qızıdır. Fərqanənin qızı 07 oktyabr 2012-ci il təvəllüdlü X12 3 aylıq olarkən hərarəti olduğundan beyin iflici keçirmişdir. Həmin vaxtdan nərəkət etməsi mümkün olmamış, nə otura bilmir, nə də gəzə bilmir, yataq xəstəsidir. Fərqanə qızını dəfələrlə həkimlərə aparıb, müxtəlif müalicələr təbiq olunsa da, səhhətində hər hansı yaxşılaşma baş verməmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Quba şəhərində yaşayan Təqsirləndirilən şəxs masaj etmək yolu ilə xəstələri müalicə etməsini eşitmişlər. Buna görə də o, qızı Fərqanə ilə birlikdə nəvəsi Güneli Şaiq həkimin yanına aparmışlar. Həmin vaxt Şaiq həkim Quba şəhərində FHN-nin X13 Xidmətinin binasına gedən yolda, adını xatırlamadığım küçədə yerləşən 2 mərtəbəli binada qalırdı. Şaiq həkim onları qəbul edib nəvəsi Güneli sağaldacağını, oturması bir kənara, hətta birbaşa gəzəcəyini bildirmişdir. Şaiq həkim nəvəsinin sağalması üçun yanına 3-4 kurs gəlib-getməli olacaqlarını, gündəlik 70 manata masaj edəcəyini, masajı xaricdən gətirtdiyi ilan yağı ilə etdiyini, buna görə də masajın qiymətinin baha olduğunu, hər kurs 20 gün ardıcıl gələcəklərini, daha sonra 10 gün fasilə verəcəyini və yenidən növbəti kurs müalicəni başlayacağını demişdir. Şaiq həkimə nəvəsinin xəstəlik kağızlarını və reseptlərini də göstərmiş, lakin o, həmin kağızlara və reseptlərə baxmamış və özü nəvəsini müalicə edəcəyini demişdir. Şaiq həkim nəvəsini sağaldacağına söz verdiyi üçün ona inanıb müalicəyə başlamağa qərar vermişlər. Birinci kurs müalicəni tam yanına gedib gəlmişlər. Qızı Fərqanə hər gün 70 manat Şaiq həkimə etdiyi masaja görə pul vermiş, Şaiq 15-20 dəqiqə ərzində nəvəsini masaj etmişdir. Birnci kurs bitdikdən sonra Şaiq həkimin dediyi kimi 10 gün fasilə vermiş, lakin həmin müalicə nəvəsin hər hansı bir müsbət təsir etməmişdir. Şaiq həkimə nəvəsinin səhhətində heç bir dəyişiklik olmadığını deyəndə, ona “sənə kim yalvarmışdı ki, nəvəni mənim yanıma gətir” deyə bildirmiş və onu nəvəsini masaj etdiyi otaqdan çıxarmışdır. Birinci kurs müalicə 2019cu ilin iyul ayında olmuşdur. Daha sonra ikinci kurs müalicəyə 2019-cu ilin avqust ayının əvvəllərində başlamışlar. Belə ki, Şaiq həkim artıq birinci getdikləri ünvandan çıxmış və ünvan 2ya köçmüşdür. İkinci kurs müalicəyə də başlamışlar. Şaiq həkimin dediyi kimi, 20 gün ardıcıl olaraq yenə nəvəsi Güneli yanına aparmışlar, ikinci kurs müalicə bitdikdən sonra yenə nəvəsinin səhhətində heç bir yaxşılaşma olmadığını görüb həm də artıq pul çatmadığından Şaiq həkimin yanına getməkdən imtina etmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs qızı Fərqanədən nəvəsi Güneli sağaldıb ayağa duracağına, gəzəcəyinə inandırıb ümumilikdə 40 gun ərzində hər günə 70 manat olmaqla, 2800 manat pul almış, lakin verdiyi sözə əməl etməyərək nəvəsinə heç bir köməklik göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2. və 178.2.4-ci maddələri ilə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməsi şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirdikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bəndi)”. “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, talama cinayətlərinin növləri kimi oğurluq və dələduzluq əməllərinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əməllərə cinayət-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 178-ci maddəsi isə dələduzluq cinayətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. Dələduzluq cinayətinin də obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən suiistifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, dələduzluq cinayəti törədilən zaman təqsirkarın aldatmada ifadə olunan hərəkətləri bilavasitə zərərçəkmiş şəxsi yanıltmağa yönəlir ki, nəticədə sonuncu öz əmlakını könüllü olaraq təqsirkar şəxsə təqdim edir.” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı) “Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). “Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul məbləğlərini alarkən onları aldatmaq niyəti olmadığını, həmin məbləğlər qarşılığında həqiqətən də zərərçəkmiş şəxslərə xidmət edərək onlara köməklik göstərdiyinə inandığını bildirmişdir. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin hər birini öz evində qəbul etdiyini, onlara masaj xidməti göstərdiyini, Zərərçəkmiş şəxs4 2250 manat, X6 1010 manat, Zərərçəkmiş şəxs2 700 manat, Zərərçəkmiş şəxs3 Əmirağa qızından isə 180 manat aldığını, bu ödəmələrin göstərdiyi masaj xidmətinin haqqı olduğunu etiraf etmiş, zərərçəkmiş şəxslərə tam sağalacaqları barədə heç bir vəd vermədiyini, masaj vasitəsilə yalnız onların vəziyyətinin bir qədər yaxşılaşacağına söz verdiyini bildirmişdir. Məhkəmə onun bu cür ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş olduğu qənaətinə gəlir və inandırıcı hesab etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iş üzrə zərərçəkmiş şəxslərin hər biri (Zərərçəkmiş şəxs1 övladı) düçar olduqları xəstəliklərdən azad olmaq üçün uzun müddət müxtəlif tibb müəssisələrinə müraciət etmiş, bir çox müalicələr almış və nəticə əldə edə bilməmişlər. Çarəsiz qalan həmin insanlar Təqsirləndirilən şəxs özü barəsində yaratdığı imicin təsiri altına düşərək, ona son ümid yeri kimi baxmış və inanmışlar. Buna səbəb bəzi insanların Şaiqin həqiqətəndə onları sağaltması barədə dedikləri və ən əsas, Şaiqin özünün onları ilk dəfə qəbul edərkən sağaldacağı barədə əminliklə verdiyi vədlər olmuşdur. Digər tərəfdən, məhkəmə onu da vurğulayır ki, iş üzrə zərərçəkmiş şəxslərin hər birinin maddi cəhətdən kifayət qədər imkansız olduğu halda, sadəcə bir qədər yaxşılaşmaq üçün, seansın biri 70 manat olmaqla, uzun müddət (bəzən aylarla) masaj etdirmək üçün onların Təqsirləndirilən şəxs kifayət qədər böyük məbləğdə pulları vermələri heç bir məntiqə sığmır. Başqa sözlə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tələb etdiyi və ələ keçirilməsinə nail olduğu məbləğlərin müqabilində zərərçəkmiş şəxslərə yalnız nisbətən yaxşılaşmalarını söz vermiş olsaydı, heç də inandırıcı və ağlabatan deyil ki, imkansız zərərçəkmiş şəxslər bu komfortu özlərinə icazə verə bilərdilər. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də, çarəsiz qalmış zərərçəkmiş şəxslərin bu vəziyyətindən öz maraqları naminə istifadə etmiş, onlara tam sağaldacağına ümid verərək, aldatmış və əsl niyyətini gizlədərək, pul şəklində əmlaklarının dələduzluq yolu ilə ələ keçirilməsinə nail olmuşdur. Digər qiymət verilməli olduğu məsələ, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrində olan pul məbləğləri ilə bağlı ziddiyyətli məqamlardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 2250 manat, X6 1010 manat, Zərərçəkmiş şəxs2 700 manat, Zərərçəkmiş şəxs3 Əmirağa qızından isə 180 manat aldığını bildirmişdir. Zərərçəkmiş şəxslər isə - Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində, Zərərçəkmiş şəxs2 13100 (on üç min yüz) manat məbləğində, X4 1510 (min beş yüz on) manat məbləğində və Zərərçəkmiş şəxs4 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini iddia etmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin göstərdiyi məbləğlərin doğru olduğuna inanır. Belə ki, hər bir zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vermiş olduqları pulların hansı hissələrlə, hansı tarixlərdə, hansı şəraitdə, kimlərin yanında verdiklərini göstərmiş, bir çox halda pulların haradan əldə olunmasına dair ifadələrində göstərdiklərini sənədlərlə bərkidmişlər. Həmin hallar məhkəmədə dindirilən şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur. Bəzi şahidlərin zərərçəkmiş şəxslərin yaxın qohumları olması da yolveriləndir. Belə ki, zərərçəkmiş şəxslər (əksəriyyəti qadın olmaqla) həkim hesab etdikləri şəxsin yanına gedərkən, təbii ki, bunu öz yaxın qohumu (əri, atası, anası və s.) ilə etməlidir. Əgər zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilk gündən inanmasaydılar, pul vermələrini müəyyən sübutlarla (qəbz, çəkiliş, digər şəxslərin iştirakı və s.) bərkidərdilər. Həmçinin iş materiallarında olan: XF-3818 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödəniş qrafikindən görünür ki, Şahid6 (iş üzrə zərərçəkmiş Təbrizin atası) xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən illik 22 faiz dərəcəsilə 24 ay müddətinə 4000 manat məbləğində kredit götürmüş, hər ayın 30-da 207 manat 50 qəpik ödəniş etməsini öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə Şahid3 bağlanmış xx.xx.2020-ci il tarixli 013ZİNAS80766401 saylı girov müqaviləsindən görünür ki, Şahid3 583 əyarlı 15.5 qram çəkisi olan boyunbağı, 583 əyarlı 8 qram çəkisi olan bilərsik, 583 əyarlı 11.5 qram çəkisi olan qadın dəsti, 583 əyarlı 1.7 qram çəkisi olan üzüyü girov qoyaraq illik 29 faiz dərəcəsilə 12 ay müddətinə 1520 manat məbləğində kredit götürmüşdür; xx.xx.2020-ci tarixli 013CASA201360006 nömrəli restrukturizasiya razılaşmasına dair ödəniş cədvəlindən görünür ki, X9 xx.xx.2020-ci il tarixli 013CASA200350001 nömrəli kredit müqaviləsinə əsasən illik 23 faiz dərəcəsilə 18 ay müddətinə 2000 manat məbləğində kredit götürmüş, hər ayın 16-da ödəniş etməi öhdəsinə götürmüşdür; Beləliklə də, Təqsirləndirilən şəxs niyətinin zərərçəkmiş şəxslərə xeyli miqdarda zərər vurmaqla təkrarən dələduzluq yolu ilə pul vəsaitlərini ələ keçirmək olması məhkəmədə tam sübuta yetirilmişdir. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:00-da Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində müəyyən edilərək saxlanılmış, Quba RPŞ-nə gətirilərək tutulmuş və MSY-nə təhvil verilmişdir; “əməlin tövsif olunması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə əməl həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)-22/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:00-dan hesablanmışdır; Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)-31/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tariədək uzadılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; Gəncə şəhər İHB-nın 3 nömrəli SİƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2021-ci il tarixli 988 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, İ.Cəfərov küçəsi ev 7, mənzil 12-də qeydiyyatdadır. Həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır; Məhkəmənin elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü İsa, xx.xx.2013-cü il təvəllüdlü Həsən, xx.xx.2013-cü il təvəllüdlü Hüseyn, xx.xx.2019-cu il təvəllüdlü Şüküfə adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnın himayəsində azyaşlı uşaqların olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxsnın əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs1 beyin iflici keçirməklə hərəkət qabiliyyətini itirmiş azyaşlı qızı, xx.xx.2012-ci il təvəllüdlü X8 guya müalicə edərək gəzməsinə nail olub sağaldacağı ilə bağlı yalan vədlər verərək vahid niyyətlə 2019-cu ilin iyul ayı ərzində Quba şəhəri, Qələbə küçəsində 20 gün müddətində 1400 manat, 2019-cu ilin avqust ayı ərzində Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 20 gün müddətində 1400 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2800 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə törədilmiş cinayət əməlinə görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında qeyd olunur: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur.” Göründüyü kimi, Təqsirləndirilən şəxs verilən ittiham üzrə birinci cinayət əməli 2019-cu ilin iyul-avqust aylarında baş verdiyindən və həmin əməl özü-özlüyündə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, həmçinin həmin cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçdiyindən, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə törədilmiş cinayət əməlinə görə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əmirağa qızı və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Zərərçəkmiş şəxs1 beyin iflici keçirməklə hərəkət qabiliyyətini itirmiş azyaşlı qızı, xx.xx.2012-ci il təvəllüdlü X8 guya müalicə edərək gəzməsinə nail olub sağaldacağı ilə bağlı yalan vədlər verərək vahid niyyətlə 2019-cu ilin iyul ayı ərzində Quba şəhəri, Qələbə küçəsində 20 gün müddətində 1400 manat, 2019-cu ilin avqust ayı ərzində Quba şəhəri, Köhnə avtovağzal dairəsi yaxınlığında 20 gün müddətində 1400 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2800 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə törədilmiş cinayət əməlinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Əmirağa qızı və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-6/2025
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-6/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver