Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-60/2021 23.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəklili X7 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Quba rayonu, Qələdüz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə Təqsirləndirilən şəxs 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək faktiki olaraq “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru vəzifəsində işləyərkən həmin şirkətlə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsinə və vəzifə təlimatına əsasən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, anbarın əksiksiz olmasına və kassa əməliyyatlarına nəzarət etmək, qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndələrinə və inkassatorlara təhvil verənədək vəsaitləri qorumaq, sayım zamanı əksik gələn satış məhsullarına görə məsuliyyət daşımaq və digər vəzifələrə malik tam maddi məsul şəxs olmaqla təhvil-təslim ilə 19870,09 (on doqquz min səkkiz yüz yetmiş manat doqquz qəpik) manat məbləğində, 15.11.2018-ci il tarixdən 07.05.2019-ci il tarixədək isə **********059319, **********061055, **********061964, **********063441, **********064057, **********067007, **********069292, **********069381, **********072317, **********072669, **********072817, **********151261, **********151272, **********153396, **********158770, **********160738, **********168742, **********170053, **********170480, **********170479, **********174607, **********183499, **********183504, **********186304, **********193046, **********193238, **********193533, **********197143, **********201451, **********201607, **********201660, **********201683, **********201714, **********203028, **********206810, **********2113290, **********215293, **********217393, **********217470, **********217614, **********217631, **********217645, **********217658, **********156979, **********156989, **********218255, **********218288, **********218313, **********221043, **********221674, **********228644, **********2241581, **********246821, **********247174, **********252329, **********252648, **********253602, **********254650, **********254651, **********254652, **********254653, **********254654, **********254655, **********254656 nömrəli və s. qaimə-fakturalar əsasında və 060856, 294185, 022708, 147021, 061774, , 061800, 061817, 731818, 452186, 655858, 072656, 064929, 069555, 111790, 292697, 389998, 355647, 013518, 658658, 082355, 111761, 058699, 533929, 111841, 111773, 199078, 144534, 015604, 033980, 278390, 312944, 003722, 250732, 214948, 198511, 025252, 239452, 143700, 036474, 035224, 061802, 040729, 042151, 041031, 042623, 257510, 233742, 809430, 062625, 474434, 22198, 038679, 064871, 318293, 519929, 303666, 072670, nömrəli və s. malların təhvil-qəbul aktlarına əsasən 146934,11 (yüz qırx altı min doqquz yüz otuz dörd manat on bir qəpik) manat məbləğində olmaqla ümumilikdə 166804,20 (yüz altmış altı min səkkiz yüz dörd manat iyirmi qəpik) məbləğində müxtəlif məhsulları təhvil alaraq şirkətin xəzinəsinə 133014,55 manat (yüz otuz üç min on dörd manat əlli beş qəpik) manat ödəmiş, nəticədə filialda olmalı olan 33789,65 (otuz üç min yeddi yüz səksən doqquz manat altmış beş qəpik) manat məbləğində məhsuldan inventarizasiya zamanı 19657,68 (on doqquz min altı yüz əlli yeddi manat altmış səkkiz qəpik) manat məbləğində mal aşkar olunmasını nəzərə alaraq “xxxx” MMC-yə məxsus 14131,97 (on dörd yüz otuz bir manat doxsan yeddi qəpik) manat məbləğində məhsulu və ya həmin məbləğdə məhsulun satışından əldə olunan pul vəsaitini şirkətin xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2018-ci ilin mart ayında “xxxx” MMC-nin Quba şəhərində yerləşən 1 saylı filialında satıcı kimi işə başlamışdır. İşlədiyi vaxt “xxxx” MMC-nin Quba şəhərində 10 müxtəlif yerdə filialı olmuşdur. Hər filiala “xxxx” MMC ilə tam maddi məsul şəxs olması barədə müqavilə bağlamış administratorlar nəzarət etmişdir. Mağazaların gündəlik gəlirləri “xxxx” MMC-nin inkassatorları tərəfindən yığılmış və kassaya təhvil verilmişdir. Hər bir filialın inkassatorlara ödədiyi gündəlik gəlirlərlə əlaqədar administratorlara kassa qəbzləri verilmiş, həmin qəbzlər həftə sonunda administratorlar tərəfindən bölgə müdirlərinə təhvil verilmişdir. Hər bir filiala bölgə müdiri və mühafizə rəisi tərəfindən mütəmadi nəzarət olunmuş, kassalar və videomüşahidə kameraları, mədaxilməxaric və sair mütəmadi yoxlanılmışdır. O, 2018-ci ilin mart ayından noyabr ayına kimi “xxxx” MMC-nin Quba şəhərində yerləşən 1 saylı filialında satıcı işləmiş, 15.11.2018-ci ildən etibarən isə “xxxx” MMC-nin Quba şəhəri, Əzizbəyov küçəsində yerləşən 3 saylı filialına administrator təyin edilmişdir. Onunla “xxxx” MMC arasında satıcı vəzifəsindən administrator vəzifəsinə keçirilməsi, 3 saylı filialla əlaqədar tam maddi məsul şəxs olması barədə müqavilə imzalanmışdır. O, bu vəzifəyə təyin olunduğu vaxtdan etibarən tam maddi məsul şəxs olmasını, mağazada yaranacaq əskiklərə görə məsuliyyət daşımasını dərk etmişdir. Şahid13 “xxxx” MMC-nin 3 saylı filialının sabiq administratoru olmuşdur. Onunla 15.11.2018-ci il tarixdə aralarında MMC-nin rəhbər işçilərinin iştirakı ilə təhviltəslim keçirilmiş və o, Şahid13 3 saylı filialda olan 18880,83 kq həcmində və ya 19936,33 manat məbləğində “xxxx” MMC-yə məxsus malları təhvil almışdır. Adminstrator kimi öhdəliklərinə gündəlik dövriyyəni idarə etmək, malları qəbul etmək və satışa nəzarət etmək, malların satılmasını təmin edərək toplanmış məbləği kassirdən götürərək mağazadakı seyfə yerləşdirmək və növbəti gün səhər inkassatorlara təhvil vermək olmuşdur. “xxxx” MMC-nin 3 saylı filialına mallar “xxxx” MMC-nin öz anbarından və “xxxx” MMC-nin müqavilə bağladığı şirkətlərdən xüsusi avtomobillərlə gətirilmişdir. “xxxx” MMCnin öz anbarından gələn mallar gəlməmişdən 1 gün qabaq mağazanın elektron hesabına, yəni sistemə oturmuş, növbəti gün isə gəldikdə o həmin elektron sistemə oturmuş siyahıya uyğun olaraq malları təhvil almışdır. Malları təhvil alan zaman “xxxx” MMC-nin qaiməfakturalarına “təhvil aldı” qrafasının qarşısında bu barədə imza çəkmiş, əskik olduğu təqdirdə isə həmin malı qeyd etməklə imza çəkmiş, bundan başqa, bəzən geri qaytarılan mallar da olmuş, belə olan halda qaimə-fakturada “mənfi” işarəsi qoyaraq qaiməni imzalamışdır. “xxxx” MMC-nin müqavilə bağladığı digər şirkətlərdən (Siyəzən Broyler, Pak nur və sair) gələn malları təhvil alan zaman isə onların təqdim etdiyi qaimə-fakturalara bu barədə imza çəkmiş, həmin qaimə-fakturaların bir nüsxəsi onda, digəri isə təhvil verən şəxsdə qalmışdır. O, qaimələri filialında seyfində saxlamış və həftədə 1 dəfə apararaq MMC-yə təhvil vermişdir. Bundan başqa, “xxxx” MMC-nin elektron sistemi olmuş, bütün filiallara baş ofis tərəfindən həmin elektron sistem vasitəsilə nəzarət olunmuşdur. Filialda təhvil aldığı hər bir mal elektron sistemə-hesaba yüklənmiş, satılan zaman isə həmin hesabdan çıxılmışdır. Ona görə də, hər malın hərəkətinə baş ofis tərəfindən rahat nəzarət etmək mümkün olmuşdur. O, təyin olunduğu ilk vaxtlar “xxxx” MMC-nin 3 saylı filialında satışda hər hansı bir problem, hər hansı bir əskiklik və ya gecikmə olmamışdır. Bölgə müdirləri və mühafizə rəisi tərəfindən mütəmadi yoxlama və təftiş keçirilməsinə baxmayaraq nöqsan tutulmamış, əskik olmamışdır. 2018-ci ilin noyabr ayından etibarən 2019-cu ilin mart ayına qədər bölgə müdiri Şahid12, 2019-cu ilin mart ayından işdən çıxarıldığı tarixədək isə bölgə müdiri Şahid1 olmuşdur. 2019-cu ilin aprel ayında anası xəstələndiyi üçün Xaçmaz şəhərində yaşayan Zaur adlı şəxsdən 1000 manat borca pul almışdır. Zaurla aralarında olan razılığa əsasən 1 ay ərzində həmin pulu qaytaracağı barədə söz vermişdir. Ancaq həmin pulu qaytarmaqda çətinlik çəkmişdir. Ona görə də, 2019-cu ilin aprel ayından etibarən iş qurtardıqdan sonra bütün işçilərin getməsindən sonra mağazada heç kəsin olmamasından arxayın olaraq mağazadan malları çıxarmağa başlamışdır. Mağazanın hər bir yerində, xüsusilə də, mağazanın anbarında video müşahidə kameraları olmuşdur. Mağazadan mal çıxaran zaman video müşahidə kameralarını söndürmüşdür. Həmin malları çıxarmaqda məqsədi, çıxardığı malları Qəçrəş yolunda yerləşən “Mənzərə” istirahət mərkəzinə sataraq əldə etdiyi pulu borcu olduğu Zaura vermək olmuşdur. Bu yolla 2 dəfə iş vaxtı bitdikdən sonra işçilərin getməsindən istifadə edərək mağazadan mal götürüb Qəçrəş yolunda yerləşən “Mənzərə” istirahət mərkəzinə satmışdır. Malların əvəzində istirahət mərkəzindən aldığı pulu Zaur adlı şəxsə borcunu qaytarmaq üçün istifadə etmişdir. O, “xxxx” MMC-nin 3 saylı filialından satmaq üçün daha çox spirtli içki olan araq və əridilmiş bitki yağı götürmüşdür. Ümumilikdə bu yolla 830 manat dəyərində mal götürmüşdür. 2019-cu ilin may ayında bölgə müdirləri Şahid1 və Zaur Hüseynov “xxxx” MMC-nin 3 saylı filialında yoxlama keçirən zaman seyfdə əskik olmasını aşkar etmişlər. Bununla bağlı ona irad tutan zaman o, işdən çıxmaq istədiyini bildirmişdir. Seyfin və qapının açarları ondan alınaraq bölgə müdiri Şahid1 verilmişdir. Həmin vaxt mağazada mallar sayılmadan, heç-bir təhvil-təslim aparılmadan mağaza onun idarəetməsindən götürülmüşdür. Ona izah edilmişdir ki, sayım aparılanadək və onun barəsində qərar verilənədək mağazaya gəlib gedə bilər, lakin mağazanın fəaliyyətinə müdaxilə etmədən. Həmin tarixdən 12 gün müddətində o, mağazaya ara-bir gəlib getsə də, nə mal alışında, nə satışında iştirak etməmiş, mədaxilə qarışmamış, müəyyən vaxtlarda isə onu digər marketlərə rəflərə mal yığmağa göndərmişlər. Həmin 12 gün ərzində mağaza tam rejimdə fəaliyyət göstərmişdir. Açarlar ondan alınandan 12 gün sonra baş ofisdən sayım qrupu gəlmiş və mağazada olan malları saymağa başlamışlar. Sayım qrupunda bir neçə nəfər olmuş və onlar eyni vaxtda ayrı-ayrı şöbələrdə, anbarda sayım aparmışlar. Daha sonra sayımın nəticələri kompüter vasitəsi ilə çap olunmuş və ona təqdim olunmuşdur. Sayım qrupu ona təklif etmişdir ki, özü yenidən siyahı ilə malları yoxlaya bilər. Lakin artıq gecə yarısı olduğundan, o bunu etməmişdir. Bundan bir neçə gün sonra onu baş ofisə çağırmışlar. Burada bölgə müdiri Zaur Hüseynov onu qəbul edərək administrator olduğu dövrün yoxlanılmasını, 2019-cu ilin mart ayından may ayına qədər 14131,97 manat məbləğində əskik olmasını demişdir. Ona “iltizam yaz, biz bilək ki, pulu sən götürmüsən, bilək ki, bizə borclusan, az-az qaytararsan” deyilmişdir. İlk olaraq o, bu rəqəmlə razılaşmamış, lakin onu hüquq mühafizə orqanlarına verib tutduracaqları ilə təhdid etdikdə və bu barədə xəstə anasının xəbər tutacağından narahat olduğundan, bir aya 8000 manat ödəyəcəyi barədə iltizam yazmışdır. Bir neçə gün sonra (tarixi dəqiq xatırlamır) Quba avtovağzalının yanından keçərkən, xxxx MMC-nin işçiləri Şahid13, Emin və Qurban onunla rastlaşmış və onlar oradakı kafedə oturmuşlar. Emin və Qurban ona və Zaminə ona yoxlama aktını və Ceyhunla güya aralarında olmuş təhvil-təslim aktını təqdim etmiş və imzalamasını tələb etmişdir. O, narazılığını bildirsə də, onu arxayin etmişlər ki, bu boş şeydir, borcunu az-az qaytarar. O, da inanıb sənədlərə imza etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, barəsində prokurorluğa şikayət edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, o, administrator vəzifəsinə işə götürülən zaman mağazada mallar olmuş, hansılar ki, ondan əvvəl işləyən administrator Zamin tərəfindən akt əsasında ona təhvil verilmişdir. O, mağazada cəmi 6 ay işləmişdir. Bu müddət ərzində əmək haqqı almasına baxmayaraq, maddi sıxıntıları olmuş, bu səbəbdən mağazada olan məhsullardan satıb 830 manat pul əldə etmişdir. Belə ki, onun vəzifələrindən biri yararsız və yaxud vaxtının bitməsinə az qalmış mallar barədə bölgə rəhbərinə məlumat vermək olmuşdur. Bölgə müdiri həmin malların öz maşını ilə daşınmasını həyata keçirmişdir. Adətən belə qayda nəzərdə tutulsa da, çox vaxt o, özü malları taksi ilə daşıyıb ərazi filiallarına təhvil vermişdir. Həmin vaxt taksi haqqını da öz cibindən vermişdir. Son vaxtlar maddi sıxıntı çəkdiyi üçün iki dəfə mağazadan mal çıxararaq özü üçün satmışdır. Belə ki, o, mağazadan gizli çıxardığı malları taksi işləyən Aydına məxsus “Mercedes” markalı avtomobillə yükləyərək Quba- Qəçrəş yolunda yerləşən “Mənzərə” adlı istirahət mərkəzinə aparmış və orada tanışı Elşənə satmışdır. O, Elşənə cəmi iki dəfə ümumi dəyəri 830 manat olan mal satmışdır. Bölgə müdirləri mağazada olan kamera görüntülərinə baxış keçirən zaman işığın söndüyünü müşahidə etmişlər. Mağazada audit yoxlaması keçiriləndən sonra çatışmamazlıq aşkar edildiyi üçün o, işdən azad edilmişdir. O, 14131,97 manat məbləğində pulun mənimsənilməsi barədə deyilənlərlə razı deyil, çünki administrator işlədiyi müddətdə “xxxx”dən cəmi 830 manat məbləğində mal mənimsəmişdir. Əksiyin olması barədə etirafedici iltizamlar imzalasa da, bunu qorxudan etmişdir. Belə ki, öz xətti ilə izahat yazan zaman hər hansı şəxs tərəfindən ona fiziki zor və ya digər təzyiqlər edilməsə də, ona etibar edilmiş əmlakın mənimsənilməsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğu üçün 14000 manat məbləğində malın mənimsənilməsi barədə izahatlar vermiş və iltizamlarda imza çəkmişdir. Sərbəst auditor tərəfindən administrator işlədiyi dövr audit edildikdə öhdəsində 14131,97 manat pul çatışmazlığının olması müəyyən edilmişdir. Lakin, o cəmi 830 manat məbləğində MMC-nin məhsullarını mənimsəmişdir. Həmçinin, administrator işlədiyi dövrün, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış edilmişdir. Hər bir administrator işə başladığı zaman təhvil-təslim aktı ilə müəyyən həcmdə və məbləğdə mal almışdır. Həmin məbləğ elektron sistemə yüklənmişdir. Sonradan təhvil aldığı mallar qaimələr əsasında elektron sistemə yüklənmiş, satdığı mallar isə kassa qəbzləri əsasında elektron sistemdən silinmişdir. Həmin hesabatdan çıxarışa əsasən də onun 14131,97 manat məbləğində mal çatışmazlığı olması müəyyən edilmişdir. Lakin, o, həmin əskiyin necə yaranmasını bilməmişdir. İltizamlarda və izahatda olan “İmza Təqsirləndirilən şəxs” qrafasının qarşısında olan imzalar ona məxsusdur. Həmin iltizamlarda “oğurladığım 14000 manatın 8000 manatını qaytaracağıma söz verirəm, əks halda cinayət məsuliyyətinə cəlb olunacağıma razıyam” cümlələrini özü yazmışdır. Lakin, həmin iltizamları və izahatı cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğu üçün yazmışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etdi ki, o, açarlar ondan alındıqdan 12 gün sonra mağazaya dəvət edilmiş və yoxlama komissiyasının iştirakı ilə yoxlamada iştirak etmişdir. Həmin vaxt onun iştirakı ilə mağazada olan malların siyahısı tərtib edilmiş, təhvil-təslim hərəkətləri həyata keçirilmişdir. Yoxlamada şəxsən iştirak etsə də, malların siyahısında yazılanlarla maraqlanmamış, ona təqdim edilən təhvil-təslim aktına və digər sənədlərə baxmadan imza etmişdir. Yoxlamanın nəticəsinə dair aktla maraqlanmamış, sadəcə aktı imzalamışdır. Adətən plandankənar sayım yoxlaması zamanı maddi məsul şəxs (özü) və bölgə müdiri şəxsən iştirak edirlər. Sayım zamanı əksik aşkarlandığı zaman bu barədə daxili nəzarət xidmətinə məlumat verilir, maddi məsul şəxs müvəqqəti olaraq işdən kənarlaşdırır, elə həmin vaxt açarlar maddi məsul şəxsdən alınır. Lakin sayım (inventarizasiya) yoxlaması keçirilən zaman açarlar təqsirləndirilən şəxsdə olmamış, sayımdan 12 gün əvvəl bölgə müdiri Ceyhun tərəfindən təhvil alınmışdır. O, işdən çıxandan təqribən 1 ay sonra Quba şəhərində yerləşən avtovağzal ərazisində gəzən zaman təsadüfən Emin və Qurban adlı bölgə müdirləri onu görmüş və yanına çağırmışlar. Həmin vaxt orada ondan əvvəl “xxxx”in 3 saylı filialında administrator işləyən Şahid13 da olmuşdur. Emin və Qurban ona və Zaminə sənədlər təqdim edərək imza etmələrini təklif etmiş və bildirmişlər ki, həmin sənədlər “xxxx”in 3 saylı filialında aparılan təhvil-təslim aktına dair sənədlərdir. O sənədlərə səthi baxıb imza etmişdir. Bildiyinə görə həmin sənədlərdə malların siyahısı olmuşdur. İşdən kənarlaşdırıldıqdan sonra sayım zamanı təhvil-təslim aktlarını imzalamışdır. İkinci dəfə həmin sənədlərin imzalamasının səbəbini bilmir. Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi ondan irəli gəlir ki, o, xeyli miqdarda deyil, cəmi 830 manat məbləğində malları mənimsəmişdir. Bunula da mağazaya cəmi 830 manat ziyan vurmuş və həmin məbləği ödəməyə hazırdır. “xxxx” MMC-nin 3 saylı filialında müxtəlif məhsulları götürərək satan zaman etdiyi hərəkətlərin mahiyyətini və hüquqi nəticələrini dərk etmiş, ona etibar edilmiş əmlakı mənimsəməsini başa düşmüşdür. Sadəcə, ehtiyacı olduğundan belə hərəkətə yol vermişdir. Bu yolla borcunu qaytaracağını və daha sonra yerinə qoyacağını düşünmüşdür. Lakin, yoxlama zamanı əksik aşkar edildiyindən və maddi durumu yol vermədiyindən həmin məbləği vaxtında yerinə qoya bilməmişdir. Bu səbəbdən də mülki iddianı həmin həcmdə qəbul edir. Sonda təqsirləndirilən şəxs etdiyi əməldən peşiman olduğunu bildirərək, ona həbslə bağlı olmayan cəza təyin edilməsini və mülki iddianın qismən, 830 manat məbləğində təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, o, “xxxx” MMC-nin Hüquq Şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında administrator işləmişdir. Sonuncu administrator kimi MMC-nin 3 saylı filialında olan maddi vəsaitə nəzarət etmiş, onun məsuliyyətini daşımış, şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımışdır. Təqsirləndirilən şəxslə MMC arasında tam maddi məsuliyyət daşıma haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC-yə məxsus olmaqla Sərvərə tapşırılmış əmlakın salamatlığını təmin etmək, vurulmuş ziyana görə tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəmək Sərvərin öhdəliyi olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs vəzifə təlimatına əsasən MMC-nin məhsullarının filialda satışını təşkil etmək, maddi vəsaitə nəzarət etmək, onun məsuliyyətini daşımaq Sərvərin vəzifəsi olmuşdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs administrator olduğu dövrdə əskiklərin olmasına şübhə yaranmış və onun administrator olduğu dövrün auditi aparılmışdır. Həmçinin, sabiq bölgə müdiri Şahid1 filialda seyfdə və kassada əskik olmasını görüb video müşahidə kameralarına baxış keçirən zaman Sərvərin MMC-yə məxsus məhsulları gizli şəkildə filialdan çıxarmasını müəyyən etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs administrator olduğu 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan dövrün auditi aparılmış və aktivlər üzrə inventarizasiya zamanı müəyyən edilmişdir ki, audit olunan dövrün əvvəlinə, yəni 15.11.2018-ci il tarixə Təqsirləndirilən şəxs 18880,83 kq həcmində və ya 19870,09 manat məbləğində mal qalığı qalmışdır. Yəni, Təqsirləndirilən şəxs administrator təyin olunduğu dövrdə maddi məsul şəxs kimi əvvəlki adminstatordan 18880,83 kq miqdarında və ya 19870,09 manat məbləğində mal təhvil almış və fəaliyyətə həmin məbləğdə mal öhdəliyi ilə başlamışdır. Audit olunan dövrdə, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixə kimi olan dövrdə Təqsirləndirilən şəxs 213011,09 kq miqdarında və ya 146934,11 manat məbləğində olan malları öhdəsinə qəbul etmiş, 202174,28 kq miqdarında və ya 133014,55 manat məbləğində olan malları məxaric etmiş, yəni sataraq pulunu xəzinəyə ödəmişdir. Audit olunan dövrün sonuna Təqsirləndirilən şəxs öhdəsində cəmi 33789,65 manat məbləğində məhsul olmuş, həmin məhsulların 19657,68 manat dəyərində olan hissəsinin faktiki mövcud olması, yəni yerində olması müəyyən edilmişdir. Dövrün sonunda artıq gəlmələr əskik gəlmələrlə əvəzləşdirildikdən sonra ümumilikdə Təqsirləndirilən şəxs öhdəliyində 14131,97 manat dəyərində mal çatışmazlığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də inventarizasiya da iştirak etmiş və inventarizasiyanın nəticələrini, yəni öhdəsində mal çatışmazlığının olmasını öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs MMC-yə verdiyi öz xətti ilə yazdığı izahatında və öz xətti ilə yazdığı iltizamlarda MMC-yə vurduğu zərəri etiraf etmiş və həmin zərəri yaxın vaxtlarda ödəməsinə söz verməsinə baxmayaraq bu günə qədər MMC-yə hər hansı ödəniş etməmişdir. Ona görə də, şirkət rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilərək iş materialları göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirdi ki, Təqsirləndirilən şəxs mağazaya administrator vəzifəsinə işə götürülmüşdür. Sərvər işə götürülən zaman mağaza boş olmamış, orada kifayət qədər mal olmuşdur. Hansılar ki, Sərvər işə götürülən zaman təhvil-təslim edilmişdir. Mağazada audit yoxlaması keçirilən zaman əksik aşkar edilmiş və Təqsirləndirilən şəxs işdən kənarlaşdırılmışdır. Geniş yoxlama zamanı mağazada 14131,97 manat çatışmamazlığın olması aşkar edilmiş və həmin çatışmamazlıq Sərvərin administrator kimi fəaliyyət göstərdiyi dövrdə yarandığı müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq “xxxx” MMC-də administrator vəzifəsində çalışmış maddi-məsul şəxs Təqsirləndirilən şəxs Sadiq oğlunuun hesabında çatışmazlığın aşkar edilməsi nəticəsində “xxxx” MMC-yə 14131,97 manat məbləğində dəymiş ziyanın sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs 15.11.2018-ci ildə “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs administrator təyin edilməsi ilə əlaqədar olaraq mərkəzi inventarizasiya komissiyasının iştirakı ilə “xxxx” MMC-nin 3 saylı filialının adminstatoru olmuş Şahid13 ilə yeni təyin edilmiş administrator – maddi məsul şəxs Təqsirləndirilən şəxs arasında təhvil-təslim aparılmış və 18880,83 kq miqdarında məhsul və ya 19936,33 manat məbləğində məhsul Təqsirləndirilən şəxs təhvil verilmişdir. Sərvərlə Şahid13 arasında olan 15.11.2018-ci il tarixli təhvil-təslim aktında müvafiq olaraq “Şahid2Y” qrafasının qarşısında olan imza ona məxsusdur. Həmin təhvil-təslimdə iştirak etmiş və həqiqətən də həmin miqdar və ya məbləğdə mal Təqsirləndirilən şəxs təhvil verilmişdir. Həmin məbləğdə malın faktiki olaraq Sərvərə təhvil verilməsi həm yerində filiala baxış keçirilməsi ilə, həm də MMC-nin elektron proqramlaşdırılmış sisteminə əsasən müəyyən edilmişdir. Sərvər komissiyanın iştirakı ilə malı həqiqətən də təhvil almış və öhdəliyində həmin miqdarda və məbləğdə mal ilə administrator – maddi məsul şəxs kimi fəaliyyətə başlamışdır. Təqsirləndirilən şəxs 07.05.2019-cu ilədək administrator işləmiş, sonradan onun administrator işlədiyi dövrün auditi aparılmışdır. 07.05.2019-cu il tarixə Təqsirləndirilən şəxs adına sistemdə ümumilikdə 33964,03 manat məbləğdə mal olmuşdur. İnventarizasiya zamanı müəyyən edilmişdir ki, 19801,65 manat məbləğində mal faktiki olaraq MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialındadır. Bundan başqa, inventarizasiya zamanı artıq gəlmələr əskik gəlmələrlə üzləşdirilmiş, nəticə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində 33964,03 manat məbləğdə mal olmalı olduğu halda, cəmi 19801,65 manat məbləğində mal olmuşdur. Artıq gəlmələr əskik gəlmələrlə üzləşdirildikdən sonra 14131,97 manat məbləğində malın isə ümumiyyətlə olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü də həmin inventarizasiya da iştirak etmiş və inventarizasiyasının nəticəsi ilə tanış olaraq tərtib olunmuş aktda “Təqsirləndirilən şəxsS” qrafasının qarşısında imza çəkmişdir. Təqsirləndirilən şəxs inventarizasiyasının nəticəsi ilə tanış olmuş, həmin məbləğdə malın çatışmazlığını qəbul etmiş və yaxın vaxtlarda çatışmayan malın dəyərini ödəyəcəyinə söz vermişdir. Lakin, bu günə qədər Təqsirləndirilən şəxs hər hansı məbləğdə ödəniş etməmişdir. 07.05.2019-cu il tarixdə “xxxx” MMC-nin sabiq direktoru Vüsal Əmrahovun göstərişi əsasında aktivlər və öhdəliklərin inventarizasiyası ilə əlaqədar MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru Təqsirləndirilən şəxs administrator işlədiyi dövrdə, yəni 15.11.2018ci il tarixdən 07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış edilmişdir. Həmin hesabat “xxxx” MMC-nin ümumi elektron sistemində olmuş və çıxarış da həmin sistemdən edilmişdir. Həmin hesabatdan çıxarışı xərclər üzrə mühasib Şahid6 və MMC-nin uçot əməliyyatları bölmə müdiri Şahid5 tərtib etmişdir. Hesabatdan çıxarış Təqsirləndirilən şəxs administrator işlədiyi dövrünün əvvəlinə qalıq, mədaxil, məxaric, dövrün sonuna qalıq və yoxlama dövrünə faktiki qalıq məbləğlərini üzləşdirməklə tərtib edilmişdir. Həmin hesabatdan çıxarışdan da göründüyü kimi, Təqsirləndirilən şəxs administrator kimi işə başladığı dövrdə yəni, 15.11.2018-ci il tarixdə təhvil-təslim ilə 18880,83 kq həcmində və ya 19870,09 manat dəyərində MMC-yə məxsus məhsulları təhvil almışdır. Ona görə də, yoxlanılan dövrün əvvəlinə, yəni 15.11.2018-ci il tarixə Təqsirləndirilən şəxs öhdəsində 19870,09 manat dəyərində MMC-yə məxsus məhsul olmuş və Təqsirləndirilən şəxs fəaliyyətə həmin öhdəliklə birlikdə başlamışdır. Təqsirləndirilən şəxs işlədiyi dövrdə ümumilikdə 146934,11 manat dəyərində MMC-yə məxsus məhsul təhvil almış, xəzinəyə ümumilikdə 133014,55 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs öhdəsində ümumilikdə 33789,65 manat dəyərində mal qalmışdır. Lakin, mühasibat uçotunun 205 və 207-ci balan hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış zamanı müəyyən edilmişdir ki, faktiki olaraq MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında 19657,68 manat dəyərində mal mövcuddur. Ona görə də, yoxlama dövrünün sonuna, yəni 07.05.2019-cu il tarixə Təqsirləndirilən şəxs administrator olduğu 3 saylı filialda 19657,68 manat dəyərində faktiki qalıq olması tərtib edilmiş hesabatdan çıxarışda göstərilmişdir. Faktiki olaraq qalıq qalan malın dəyəri, yəni 19657,68 manat Təqsirləndirilən şəxs tərəfindən öhdəliyə qəbul edilmiş ümumi məbləğdən, yəni 33789,65 manatdan çıxıldıqda onun öhdəsində 14131,97 manat pul çatışmazlığın olması müəyyən edilmişdir. Aparılan inventarizasiya zamanı əskik kimi 14162,38 manat qeyd edilsə də, hesabatdan çıxarış zamanı 14131,97 manat olmasının səbəbi bəzi malların məbləğində 1 və ya 2 qəpik fərq etməsi olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs öhdəsində əskik mal çatışmazlığı audit aktlarında 14131,97 manat qeyd edilmişdir. “xxxx” MMC-nin hər bir filialında administratorların öhdəsinə qəbul etdiyi, yəni mədaxil etdiyi və məxaric etdiyi malların hərəkətini müəyyən etmək üçün MMC-də ümumi proqramlaşdırılmış elektron sistem olmuş və yoxlama zamanı həmin sistemə əsasən üzləşdirmə keçirilmişdir. Həmin sistem hər bir administratorun qəbul etdiyi malların təhvil-qəbul aktı, qaimə-fakturalarına əsasən müəyyən edilmiş və filialda hər hansı mal kassaya vurularaq satıldığı zaman avtomatik sistemdə xəzinəyə ödəniş kimi qeyd edilmişdir. Hər iki sənəd ümumi proqramlaşdırılmış elektron sistem və işçi qrupun filiala faktiki baxış keçirməsi ilə əlaqədar tərtib olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, 2018-2019cu il tarix aralığı “xxxx” MMC-nin inventarizasiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. Onun fəaliyyəti mağazalarda inventarizasiya keçirilməsindən ibarət olmuşdur. Belə ki, adətən yoxlama iki şəkildə: planlı və plandan kənar keçirilmişdir. Planlı ildə bir dəfə olduğu halda, plandan kənar yoxlama mağazada fəaliyyət göstərən işçinin iş yerinin dəyişdirilməsi və yaxud çatışmamazlığının aşkar olunması nəticəsində istənilən vaxt aparılmışdır. O, “xxxx” MMC-nin inventarizasiya şöbəsinin müdiri vəzifəsində işlədiyi zaman komissiya üzvləri ilə birlikdə gün ərzində bir neçə mağazada yoxlama keçirmişdir. Adətən yoxlama zamanı mağazada hər hansı kənarlaşma (əksik və ya artıq ola bilər) aşkar edildiyi halda akt tərtib edilmiş və sonradan iş digər şöbəyə, araşdırma qrupunda yoxlanılmışdır. Belə ki, təqsirləndirilən şəxsin işlədiyi mağazanın rəhbərliyinin göstərişinə əsasən mağazada yoxlama (inventarizasiya) aparılmışdır. Qaydalara əsasən yoxlama tərəflərin (təslim edən şəxs təhvil alan şəxs) iştirakı ilə aparılmış, mallar bir-bir sayılmış və yoxlama zamanı əksik aşkar edildiyi üçün müvafiq akt tərtib edilərək iş araşdırma qrupuna həvalə edilmişdir. Onun iştirakı ilə keçirilmiş yoxlamada Sərvər şəxsən iştirak etmiş, inventarizasiyasının nəticəsi ilə tanış olmuş, malın çatışmazlığını qəbul etmiş və malın dəyərini ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da analoji ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, bölgə müdiri tərəfindən yoxlama zamanı mağazada çatışmamazlıq aşkar edilmiş və bu barədə müvafiq şöbəyə, daha sonra isə ona məlumat verilmişdir. Tərəfindən keçirilən yoxlama zamanı mağazaya müəyyən qədər malın mədaxil olunması, lakin malların siyahısı aparılan zaman nə həmin mallar nə də ki, satışdan əldə olunan vəsait xəzinədə aşkar edilməmişdir. Sorgu əsnasında təqsirləndirilən şəxs malları mağazadan çıxarıb satdığını və pulu öz şəxsi ehtiyaclarına ödəyinini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, əvvəllər “xxxx” MMC-nin Təftiş şöbəsinin müdiri işləmişdir. Hazırda isə “xxxx” MMC-nin inventarizasiya şöbəsinin müdiri vəzifəsində işləyir. O, təftiş şöbəsinin müdiri işlədiyi dövrdə MMC-nin inventarizasiya şöbəsinin müdiri Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının adminstratoru işləməsini bilmişdir. Onunla hər hansı ədavəti, düşmənçiliyi və problemi olmamışdır. 15.11.2018-ci il tarixdə Təqsirləndirilən şəxs “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının adminstratoru təyin edilmişdir. MMC ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə olmuş, həmçinin yeni vəzifəyə keçirilmə ilə əlaqədar vəzifə təlimatında Təqsirləndirilən şəxs maddi məsul şəxs olması izah edilmişdir. 15.11.2018-ci il tarixdə Təqsirləndirilən şəxs adminstrator təyin edilməsi ilə əlaqədar olaraq mərkəzi inventarizasiya komissiyasının iştirakı ilə xxxx” MMC-nin 3 saylı filialının adminstatoru olmuş Şahid13 ilə yeni təyin edilmiş adminstrator - maddi məsul şəxs Təqsirləndirilən şəxs arasında təhvil-təslim aparılmışdır. Lakin, o, həmin inventarizasiya komissiyasında iştirak etməmişdir. MMC-nin digər əməkdaşları həmin təhvil-təslimdə ştirak etmiş və akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs 07.05.2019-cu il tarixə inventarizasiya zamanı isə o da iştirak etmiş və müəyyən etmişdir ki, 07.05.2019-cu il tarixə Təqsirləndirilən şəxs adına sistemdə ümumilikdə 33964,03 manat məbləğdə mal olmuşdur. İnventarizasiya zamanı müəyyən edilmişdir ki, 19801,65 manat məbləğində mal faktiki olaraq MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialındadır. Bundan başqa, inventarizasiya zamanı artıq gəlmələr əskik gəlmələrlə üzləşdirilmiş, nəticə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öhdəsində 33964,03 manat məbləğdə mal olmalı olduğu halda, cəmi 19801,65 manat məbləğində mal Təqsirləndirilən şəxs öhdəsində olmaqla MMC-nin 3 saylı filialındadır. Artıq gəlmələr əskik gəlmələrlə üzləşdirildikdən sonra 14162,38 manat məbləğində malın isə ümumiyyətlə olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü də həmin inventarizasiya da iştirak etmiş və inventarizasiyasının nəticəsi ilə tanış olaraq tərtib olunmuş aktda “Təqsirləndirilən şəxsS” qrafasının qarşısında imza çəkmişdir. Təqsirləndirilən şəxs inventarizasiyasının nəticəsi ilə tanış olmuş və həmin məbləğdə malın çatışmazlığını qəbullənmışdır və yaxın vaxtlarda həmin məbləğdə malın dəyərini ödəyəcəyinə söz vermişdir. Lakin, bu günə qədər Təqsirləndirilən şəxs hər hansı məbləğdə ödəniş etməmişdir. 07.05.2019-cu il tarixdə “xxxx” MMC-nin sabiq direktoru Vüsal Əmrahovun göstərişi əsasında aktivlər və öhdəliklərin inventarizasiyası ilə əlaqədar MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının adminstratoru Təqsirləndirilən şəxs adminstrator işlədiyi dövrdə, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış edilmişdir. Həmin hesabat “xxxx” MMC-nin ümumi elektron sistemində olmuş və çıxarış da həmin sistemdən edilmişdir. Həmin hesabatdan çıxarışı xərclər üzrə mühasib Şahid6 və MMC-nin uçot əməliyyatları bölmə müdiri Şahid5 tərtib etmişdir. Hesabatdan çıxarış Təqsirləndirilən şəxs adminstrator işlədiyi dövrünün əvvəlinə qalıq, mədaxil, məxaric, dövrün sonuna qalıq və yoxlama dövrünə faktiki qalıq məbləğlərini üzləşdirməklə tərtib edilmişdir. Faktiki olaraq qalıq qalan malın dəyəri, yəni 19657,68 manat Təqsirləndirilən şəxs tərəfindən öhdəliyə qəbul edilmiş ümumi məbləğdən, yəni 33789,65 manatdan çıxıldıqda onun öhdəsində 14131,97 manat pul çatışmazlığın olması müəyyən edilir. Məhkəmədə verlən suallara cavab olaraq şahid bildirdi ki, “xxxx” MMC-nin hər bir filialında adminstratorların öhdəsinə qəbul etdiyi, yəni mədaxil etdiyi və məxaric etdiyi malların hərəkətini müəyyən etmək üçün MMC-də ümumi proqramlaşdırılmış elektron sistem olur və yoxlama zamanı həmin sistemə əsasən üzləşdirmə keçirilir. Həmin sistem qaimə-fakturalar və kassa ödənişləri əsasında müəyyənləşdirilir. Həmin sistem hər bir adminstratorun qəbul etdiyi malların təhvil-qəbul aktı, qaimə və fakturalarına əsasən müəyyən edilir və filialda hər hansı mal kassaya vurularaq satıldığı zaman avtomatik sistemdə xəzinəyə ödəniş kimi qeyd edilir. Hər iki sənəd ümumi proqramlaşdırılmış elektron sistem və işçi qrupunun filiala faktiki baxış keçirməsi ilə əlaqədar tərtib olunmuşdur. Satış komandasından “xxxx” Quba 3 mağazasından oğurluq baş verməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı yoxlama keçirilmiş və çatışmamazlıq aşkar edilmişdir. İnventarizasiyada birbaşa iştirak etməsə də, sonradan materiallarla tanış olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsi təsdiq edərək, bildirdi ki, “xxxx” MMC-də mühasib işləyir. Xidməti öhdəlikləri anbar uçotunda olan sənədlərə nəzarət etməkdir. MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ilə hər hansı şəxsi tanışlığı, qohumluq münasibəti, həmçinin hər hansı ədavəti, düşmənçiliyi və problemi olmamışdır. 07.05.2019-cu il tarixdə aktivlər və öhdəliklərin inventarizasiyası ilə əlaqədar MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru Təqsirləndirilən şəxs administrator işlədiyi dövrdə, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış edilmişdir. Həmin hesabat “xxxx” MMC-nin ümumi elektron sistemində olmuş və çıxarış da həmin sistemdən edilmişdir. Həmin hesabatdan çıxarışı MMC-nin uçot əməliyyatları bölmə müdiri kimi özü və xərclər üzrə mühasib Şahid6 etmişdir. Təqsirləndirilən şəxs 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixə kimi olan dövrdə mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında çıxarışda olan “Şahid5” qrafasının qarşısında olan imza ona məxsusdur. Həmin imzanı şəxsən özü çəkmişdir. Hesabatdan çıxarış Təqsirləndirilən şəxs administrator işlədiyi dövrünün əvvəlinə qalıq, mədaxil, məxaric, dövrün sonuna qalıq və yoxlama dövrünə faktiki qalıq məbləğlərini üzləşdirməklə tərtib edilmişdir. Həmin hesabatdan çıxarışa əsasən Təqsirləndirilən şəxs administrator kimi işə başladığı dövrdə yəni, 15.11.2018-ci il tarixdə təhvil-təslim ilə 18880,83 kq həcmində və ya 19870,09 manat dəyərində MMC-yə məxsus məhsulları təhvil almışdır. Ona görə də, yoxlanılan dövrün əvvəlinə, yəni 15.11.2018-ci il tarixə Təqsirləndirilən şəxs öhdəsində 19870,09 manat dəyərində MMC-yə məxsus məhsul olmuş və Təqsirləndirilən şəxs fəaliyyətə həmin öhdəliklə birlikdə başlamışdır. Təqsirləndirilən şəxs işlədiyi dövrdə ümumilikdə 146934,11 manat dəyərində MMC-yə məxsus məhsul təhvil almış, işlədiyi dövrdə xəzinəyə ümumilikdə 133014,55 manat ödəniş etmişdir. Nəticədə Təqsirləndirilən şəxs öhdəsində ümumilikdə 33789,65 manat dəyərində mal qalmışdır. Lakin, mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış zamanı müəyyən edilmişdir ki, faktiki olaraq MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında 19657,68 manat dəyərində mal mövcuddur. Ona görə də, yoxlama dövrünün sonuna, yəni 07.05.2019-cu il tarixə Təqsirləndirilən şəxs administrator olduğu 3 saylı filialda 19657,68 manat dəyərində faktiki qalıq olması tərtib edilən hesabatdan çıxarışda göstərilmişdir. Faktiki olaraq qalıq qalan malın dəyəri, yəni 19657,68 manat Təqsirləndirilən şəxs tərəfindən öhdəliyə qəbul edilmiş ümumi məbləğdən, yəni 33789,65 manatdan çıxıldıqda onun öhdəsində 14131,97 manat pul çatışmazlığın olması müəyyən edilmişdir. Bundan başqa, MMC ilə müqavilə əsasında sərbəst auditor Şahid7 tərəfindən Təqsirləndirilən şəxs administrator işlədiyi dövr, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019cu il tarixə kimi olan dövrün auditi aparılmış və Təqsirləndirilən şəxs öhdəliyində 14131,97 manat dəyərində mal çatışmazlığı aşkar olunmuşdur. Ona görə də, Şahid7 bu məzmunda 20.12.2019-cu il tarixli akt tərtib etmiş və o da iştirakçı kimi həmin akta imza etmişdir. 20.12.2019-cu il tarixli audit aktında “Şahid5” qrafasının qarşısında olan imza da ona məxsusdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, digər mühasib Şahid6lə birlikdə əmtəə hesabatı çıxarmışlar. Həmin hesabatda onların adları qeyd olunsa da, yoxlamada birbaşa iştirak etməmişlər. Hesabat sistemə daxil edilən məlumatlara əsasən çıxarılmışdır. Həmin məlumatlar proqram təminatının özündə mövcuddur. İnvertarizasıya adətən altı aydan bir keçirilir. X9 iştirakı ilə keçirilmiş və təhvil alınan gündən sayım gününədək mədaxil və məxaric edilən malların qarşılaşdırımasına istinadən nəticə çıxarılmışdır. Sayım zamanı çatışmamazlıq aşkarlandığı üçün yoxlanış digər müvafiq şöbəyə keçirilmişdir. Daxil olan malların təhvil-təslimi ümumi aktla qeydiyyata alınır və sənədləşmə aparılır. Təhvil verən maddi məsul şəxs, təhvil alan isə bölgə müdiri olur. Yararsız və yaxud vaxtının bitməsinə az qalmış mallar barədə maddi məsul şəxs tərəfindən bölgə rəhbərinə məlumat verilir. Sonuncu isə həmin malların daşınmasını həyata keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaqa verdiyi ifadəsini təsdiq edərək, Şahid5 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, o, “xxxx” MMC-nin Maliyyə Nəzarət şöbə müdirinin müavini işləyir. Audit dövründə isə MMC-nin baş mühasibi işləmişdir. MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının adminstratoru Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs adminstrator işlədiyi dövr, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixə kimi olan dövrün auditi aparılmış və müəyyən edilmişdir ki, audit olunan dövrün əvvəlinə, yəni 15.11.2018-ci il tarixə Təqsirləndirilən şəxs 18880,83 kq həcmində və ya 19870,09 manat məbləğində mal qalığı qalmışdır. Təqsirləndirilən şəxs adminstrator təyin olunduğu dövrdə maddi məsul şəxs kimi əvvəlki adminstatordan 18880,83 kq miqdarında və ya 19870,09 manat məbləğində mal təhvil almış və fəaliyyətə həmin məbləğdə mal öhdəliyi ilə başlamışdır. 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixə kimi olan dövrdə Təqsirləndirilən şəxs 213011,09 kq miqdarında və ya 146934,11 manat məbləğində olan malları öhdəsinə qəbul etmiş, 202174,28 kq miqdarında və ya 133014,55 manat məbləğində olan malları sataraq pulunu xəzinəyə ödəmişdir. Audit olunan dövrün sonuna Təqsirləndirilən şəxs öhdəsində cəmi 33789,65 manat məbləğində məhsul olmuş, həmin məhsulların 19657,68 manat dəyərində olan hissəsinin faktiki mövcud olması, yəni yerində olması müəyyən edilmişdir. Dövrün sonunda artıq gəlmələr əskik gəlmələrlə əvəzləşdirildikdən sonra ümumilikdə Təqsirləndirilən şəxs öhdəliyində 14131,97 manat dəyərində mal çatışmazlığı aşkar olunmuşdur. Ona görə Şahid7 bu məzmunda 20.12.2019-cu il tarixli akt tərtib etmiş və o da iştirakçı kimi həmin akta imza etmişdir. "Şahid8" qrafasının qarşısında olan imza ona məxsusdur. Məhkəmədə verilən suallara cavab olaraq, şahid bildirdi ki, təqsirləndirilən şəxsin yoxlamasında birbaşa iştirak etməmişdir. Mağazada iki kassa sistemi var. Bütün satış müştəri kassası vasitəsilə həyata keçirilir. Həmin kassa ilə həyata keçirilən əməliyyatlar birbaşa sistemə oturur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, özünəməxsus “Mercedes” markalı avtomobillə Quba rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Adətən, Quba şəhərində “xxxx” KB ASC yanında yerləşən “xxxx”in yaxınlığında dayanaraq müştəri gözləyir. Təqsirləndirilən şəxslə, sonuncu “xxxx”də satıcı işləyən zaman, tanış olmuşdur. Sonradan Sərvər “xxxx”in digər filialına administrator təyin edilmişdir. 2019-cu ilin əvvəllərində Sərvər ona zəng edərək taksi lazım olmasını, filialda bəzi malları Quba-Qəçrəş yolunda yerləşən istirahət mərkəzinə aparmalı olduğunu bildirmişdir. Təqribən 2 dəfə Sərvərin işlədiyi “xxxx”in 3 saylı filialına getmiş, Sərvər özü filialdan müxtəlif malları avtomobilin baqajına yükləmiş, həmin malları Quba-Qəçrəş yolunda yerləşən istirahət mərkəzinə aparmışdır. O, həmin malların nə olmasını bilməmiş və hansı məqsədlə istirahət mərkəzinə aparılmasından xəbəri olmamışdır. Sərvər sadəcə həmin malları aparmaq üçün taksi kimi ona müraciət etmiş, o da müştəri kimi Sərvəri aparmışdır. Həmin istirahət mərkəzində malları kimə və hansı qiymətə satmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2018-ci ilin yaz aylarından etibarən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Mənzərə” istirahət mərkəzində kababçı işləmişdir. Tanışı Təqsirləndirilən şəxs iki dəfə iş vaxtından sonra axşam radələrində nömrəsini xatırlamadığı “Mercedes” markalı taksi avtomobilə ilə işlədiyi “Mənzərə” istirahət mərkəzinə gəlmiş və mal almağı təklif etmişdir. Sərvər ona bildirmişdir ki, işlədiyi “xxxx”də endirim kompaniyasıdı və müdriyyətin göstərişinə əsasən endirimdə olan malları restoran, kafe obyektlərinə satır. O, istirahət mərkəzində kababçı olsa da, bazarlıq işlərini də görmüşdür. Sərvəri tanıdığı üçün və sonuncu malları digər topdan və pərakəndə satış mərkəzlərindən daha ucuz qiymətə verdiyinə görə malları ondan almışdır. Sərf etdiyi üçün ikinci dəfə də malı Sərvərdən almışdır. O, Sərvərdən cəmi iki dəfə mal almışdır. Birinci dəfə Sərvər ona 20 dənə “Go” markalı energetik içki, 5 qab əridilmiş bitki yağı və 2 blok, hər birində 10 ədəd olmaqla “Magna” siqareti satmış və ondan ümumilikdə təxmini 80 manat almışdır. İkinci dəfə aldığı malları və həmin mallara görə ödədiyi ödənişi isə dəqiq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, “xxxx” MMC-də bölgə müdiri işləmişdir. Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamışdır, onu sadəcə MMC-nin işçisi kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında administrator işləmişdir. Həmin vaxt “xxxx” MMC-nin Quba şəhərində 10 müxtəlif yerdə filialı olmuşdur. Hər filiala “xxxx” MMC ilə tam maddi məsul şəxs olması barədə müqavilə bağlamış administratorlar nəzarət etmişdir. Mağazaların gündəlik gəlirləri “xxxx” MMC-nin inkassatorları tərəfindən yığılmış və kassaya təhvil verilmişdir. Hər bir filialın inkassatorlara ödədiyi gündəlik gəlirlərlə əlaqədar administratorlara kassa qəbzləri verilmiş, həmin qəbzlər həftə sonunda administratorlar tərəfindən bölgə müdirlərinə təhvil verilmişdir. Hər bir filiala bölgə müdiri və mühafizə rəisi tərəfindən mütəmadi nəzarət olunmuş, kassalar, seyf və videomüşahidə kameraları, mədaxil-məxaric və sair mütəmadi yoxlanılmışdır. Sərvər 15 noyabr 2018-ci il tarixdən 7 may 2019-cu il tarixədək 3 saylı filialın administratoru olmuşdur. O, 2019-cu ilin mart ayının əvvəllərindən bölgə müdiri təyin olunduğundan həmin vaxtdan Sərvərin fəaliyyətinə nəzarət etmişdir. Sərvərlə “xxxx” MMC arasında 3 saylı filialla əlaqədar tam maddi məsul şəxs olması barədə müqavilə imzalanmışdır. Adminstrator kimi Sərvərin öhdəliklərinə gündəlik dövriyyəni idarə etmək, malları qəbul etmək və satışa nəzarət etmək, malların satılmasını təmin edərək toplanmış məbləği kassirdən götürərək mağazadakı seyfə yerləşdirmək və növbəti gün səhər inkassatorlara təhvil vermək olmuşdur. “xxxx” MMC-nin 3 saylı filialına mallar “xxxx” MMCnin öz anbarından və “xxxx” MMC-nin müqavilə bağladığı şirkətlərdən xüsusi avtomobillərlə gətirilmişdir. “xxxx” MMC-nin öz anbarından gələn mallar gəlməmişdən 1 gün qabaq mağazanın elektron hesabına, yəni sistemə oturmuş, növbəti gün isə gəldikdə həmin elektron sistemə oturmuş siyahıya uyğun olaraq mallar administratora təhvil verilmişdir. Malları təhvil alan zaman “xxxx” MMC-nin qaimə-fakturalarına “təhvil aldı” qrafasının qarşısında administratorlar bu barədə imza çəkmiş, əskik olduğu təqdirdə isə həmin malı qeyd etməklə imza çəkmişlər. Bundan başqa, bəzən geri qaytarılan mallar da olmuş, belə olan halda qaimə-fakturada “mənfi” işarəsi qoyularaq qaimə imzalanmışdır. Bundan başqa, “xxxx” MMC-nin elektron sistemi olmuş və bütün filiallara baş ofis tərəfindən həmin elektron sistem vasitəsilə nəzarət olunmuşdur. Belə ki, filialda təhvil alınan hər bir mal elektron sistemə-hesaba yüklənmiş, satılan zaman isə həmin hesabdan çıxılmışdır. Ona görə də, hər malın hərəkətinə baş ofis tərəfindən rahat nəzarət etmək mümkün olmuşdur. 2019-cu ilin may ayında bölgə müdiri kimi “xxxx” MMC-nin 3 saylı filialında yoxlama keçirən zaman seyfdə 100 manat civarında əskik olmasını müşahidə etmişdir. Buna görə irad tutduqda, Sərvər işdən çıxmaq istəməsini demişdir. O, bu vəziyyətdən şübhələnmiş və filialında video müşahidə kameralarına baxış keçirmişdir. Bu zaman Sərvərin filialın anbarından malları götürməsini müşahidə etmişdir. MMC-də aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin yoxlanılmasını təmin etmək məqsədilə MMC rəhbərinin əmrinə əsasən 10 yanvar 2018-ci il tarixdə MMC-nin tərkibində mərkəzi inventarizasiya komissiyası yaradılmış, 01 avqust 2018-ci il tarixdə isə komissiya yeni tərkibdə formalaşdırılmışdır. Lakin, o inventarizasiya komissiyasının tərkibində olmamış və hər hansı inventarizasiyada iştirak etməmişdir. Ona görə də, Sərvərin mütəmadi olaraq filialın mallarını mənimsəməsi şübhəsinə əsasən administrator işlədiyi dövrün yoxlanılması üçün MMC rəhbərliyinə müraciət etmiş və komissiya tərəfindən Sərvərin administrator olduğu dövr yoxlanılmışdır. Sonradan fəaliyyət dövrü sərbəst auditor tərəfindən yoxlanılmış və 14131,97 manat məbləğində öhdəsində mal çatışmazlığının olması müəyyən edilmişdir. Sərvərin həmin malları necə mənimsəməsi barədə hər hansı məlumatı olmamışdır. Sadəcə mövcud vəziyyəti aşkar etmiş və bu barədə rəhbərliyə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, sayım yoxlaması onun bölgə müdiri işlədiyi dövrdə olmuşdur. Həmin vaxt o, kamera görüntülərinə baxmış, baxış zamanı işığın söndüyünü müşahidə etmiş və o zaman depoda oğurluq olduğunu aşkarlamışdır. Belə ki, işıq sönməmişdən əvvəl depoda malların sayı işıq sönüb yandıqdan sonra xeyli azalmışdır. O, əməkdaşlarla birgə bu barədə daxili nəzarət xidmətinə məlumat vermişdir. Yoxlama zamanı mağazada çatışmamazlığın olması müəyyən edilmişdir. Sayımda Sərvər iştirak etmiş və yoxlamanın nəticələri ilə tanış olmuşdur. O, özü həmin vaxt mağazada olsa da, bilavasitə sayımda iştirak etməmişdir. Sərvər sayımdan sonra malları yenidən özü saya bilərdi, lakin bunu etmədi. Sayım zamanı əskiklik müəyyən edilmir. Nəticəsi sonradan bilinir. Sayımdan sonra mağaza başqa şəxsə təhvil verilmiş, Sərvər işdən müvəqqəti kənarlaşdırılmış və açarları o özü təhvil alınmışdır. Mağazanın kimə təhvil verilməsini xatırlamır. Təhvil alacağı şəxs baş ofisdən təyin olunur və bu barədə şifahi göstəriş verilir. Sayım bitən kimi mağaza həmin şəxsə təhvil verilir. Təhvil-təslimdən sonra Sərvər artıq satışda iştirak etməyib, belə hüququ yoxdur. Mağazanın açarları adətən sayımdan dərhal sonra alınır, lakin Sərvərdən açarların nə vaxt alındığını xatırlamır, bunu daha dəqiq təhvil alan Fuad deyə bilər. Müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə dindirilmiş Şahid14 bildirdi ki, Qusarda yerləşən “xxxx”də əvvəl mağaza müdiri, sonra bölgə müdiri işləmiş, hazırda isə heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Sonuncu Qubada yerləşən “xxxx”də əvvəl satıcı-kassir işləmiş, daha sonra mağaza müdiri vəzifəsinə keçirilmişdir. Mahiyyəti üzrə verilən suallara cavab olaraq bildirdi ki, Sərvərin administrator işlədiyi dönəmdə mağazada çatışmamazlıq aşkar edilmiş və plandankənar sayım (inventarizasiya) yoxlaması keçirilmişdir. Adətən plandankənar sayım yoxlaması 4-5 nəfər tərkibdən ibarət qrup tərəfindən aparılır. Sayım zamanı maddi məsul şəxs (hazırki dövr üçün Təqsirləndirilən şəxs) və bölgə müdiri şəxsən iştirak edirlər. Sayım zamanı əksik aşkarlandığı zaman bu barədə daxili nəzarət xidmətinə məlumat verilir, maddi məsul şəxs müvəqqəti olaraq işdən kənarlaşdırır, elə həmin vaxt açarlar maddi məsul şəxsdən alınır. Lakin onda olan məlumata görə, sayım (inventarizasiya) yoxlaması keçirilən zaman açarlar Təqsirləndirilən şəxs olmamış, bir həftə əvvəl Sərvərdən alınmışdır. Bildiyinə görə həmin vaxt açarlar bölgə müdiri Ceyhunda olmuşdur. Mağazada olan çatışmazlıqla bağlı keçirilmiş sayım yoxlamasında özü iştirak etməsə də, həmin vaxt Quba ərazisində olduğundan bu barədə bir qədər məlumatlı olmuşdur. Sayım yoxlamasından sonra o, bölgə müdiri kimi fəaliyyətə başlamışdır. Sərvərə təhvil-təslim aktına özü imza etdirmişdir. Belə ki, o, iş yoldaşı Qurbanla birlikdə Quba şəhərində yerləşən avtovağzal ərazisində təsadüfən Sərvərlə rastlaşmış və rəhbərliyin tapşırığına əsasən sonuncunun imza etməsi üçün ona həvalə olunmuş sənədləri Sərvərə təqdim etmişdir. Sərvər sənədləri könüllü şəkildə imzalamış, sonuncunu imza etməyə kimsə məcbur etməmişdir. Lakin sənədləri imzalayan zaman Sərvərin sənədlərlə tanış olubolmamasını xatırlamır. Bu proses inventarizasiyadan bir qədər sonra, yay aylarında olmuşdur. Müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə dindirilmiş Şahid12 məhkəmədə bildirdi ki, “xxxx”də əmlak mütəxəssisi vəzifəsində işləyir. Hadisə dönəmində isə bölgə müdiri işləmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o bölgə müdiri vəzifəsində olan zaman Sərvər satıcı-kassir işləmiş, sonradan isə administrator vəzifəsinə təyin olunmuşdur. Həmin ərəfədə Sərvərin işlədiyi mağazada bölgə müdiri Ceyhun olmuşdur. O özü isə başqa mağazaya bölgə müdiri təyin olunmuşdur. Mahiyyəti üzrə verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs administrator kimi fəaliyyət göstərdiyi dönəmdə mağazada çatışmamazlıq aşkar edilmiş və plandankənar sayım (inventarizasiya) yoxlaması keçirilmişdir. Bir qayda olaraq mağazada əksik aşkarlandığı zaman bu barədə daxili nəzarət xidmətinə məlumat verilir, maddi məsul şəxs müvəqqəti olaraq işdən kənarlaşdırır və açarlar maddi məsul şəxsdən alınır. O, şəxsən yoxlamada iştirak etməsə də, onda olan məlumata görə sayım yoxlaması zamanı maddi məsul şəxs Təqsirləndirilən şəxs şəxsən iştirak etmiş, çatışmamazlığın miqdarı barədə məlumatlı olmuşdur. Müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəmədə dindirilmiş Şahid13 Etibar oğlu məhkəmədə bildirdi ki, hazırda Azərbaycan avtomobil yolları Dövlət agentliyində işləyir. Hadisə ərəfəsində bazarda satıcı, hadisədən əvvəl isə Qubada yerləşən “xxxx”də administrator işləmişdir. Təqsirləndirilən şəxs “xxxx”də işlədiyi vaxtdan tanıyır. Belə ki, Sərvər ondan sonra “xxxx”də administrator vəzifəsinə keçirilmiş və məhz onunla Sərvərin arasında təhvil-təslim aparılmışdır. Sayım zamanı sayım qupunun üzvlərindən başqa o və Sərvər iştirak etmişlər. Sayım elektron cihaz vasitəsilə aparılmış və təxmini 4-5 saat davam etmişdir. Əslində sayımdan sonra o, və Sərvər aktla tanış olmalı və imzalamalı olmasına baxmayaraq, yoxlama gecə saatlarında yekunlaşdığı üçün onlar sənədlərə baxmadan, ətraflı tanış olmadan imza etmişlər. Bir neçə ay sonra bazarda işləyən zaman Emin və Qurban adlı bölgə müdirləri ona zəng edərək, təhvil-təslim aktlarının arasında imzalanmamış sənədlərin qaldığını bildirərək görüşməyi təklif etmişlər. Onlar köhnə avtovağzal ərazisində yerləşən çayxanada görüşmüşlər. Bu vaxt ora Sərvər də gəlmişdir. Emin və Qurban onlara qeyd olunan sənədləri təqdim edərək imza etmələrini təklif etmişlər. O və Sərvər sənədlərə səthi baxıb imza etmişlər. Bildiyinə görə həmin sənədlər onunla Sərvərin arasında olan təhvil-təslim aktı, aktda isə siyahıya alınmış malların miqdarı qeyd olunmuşdur. Şahid qeyd etdi ki, iki dəfə təhvil-təslim aktına imza etmişdir. İlk dəfə Sərvər onun yerinə administrator vəzifəsinə keçən zaman, ikinci dəfə isə bir neçə ay sonra avtovğzalda imzalamışdır. İkinci dəfə təhvil-təslim aktının imzalamasının səbəbini tam olaraq bilmir. Ona verilən məlumata görə, ilk dəfə sənədlər tərtib edilərkən imzalanmamış bir neçə sənəd qalıbmış, həmin boşluğun doldurulması məqsədilə bölgə müdirləri ona və Sərvərə sənədləri imzalatmışlar. Müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. O da “xxxx”in 3 saylı filialında işləmişdir. Belə ki, Sərvər “xxxx”in 3 saylı filialında administrator işlədiyi dönəmdə o, başqa mağazada işləmişdir. Tarix yadında deyil, sayım yoxlamasından təxminən 10 gün əvvəl bölgə müdiri Şahid1 onu mağazaya çağırmış və mağazanın açarlarını təqdim etmişdir. 10 gün sonra mağazada sayım aparılmış, təhvil-təslim edilmiş və o, mağazanın müdiri kimi rəsmi fəaliyyətə başlamışdır. Bu 10 gün ərzində açalar onda olduğu üçün mağazanı o, açıbbağlamışdır. Təhvil-təslim açarlar ona verildikdən 10 gün sonra həyata keçirilmişdir. 10 gün ərzində mağazada əksik olmamışdır. Açarlar onda olmuş, lakin hələ də vəzifədən kənarlaşdırılmadığı üçün, Sərvər mağazaya gəlib-getmiş və mağaza üçün sifarişləri özü vermiş, lakin pul məsələsinə qarışmamışdır. Açarlar onda olduğundan mağazaya hamı ilə birlikdə səhər gəlib axşam bağlayıb çıxmışdır. O, 10 gün ərzində kassada hər hansı əskik müşahidə etməmişdir. İş üzrə şahid qismində tanınan Şahid9 ərizə ilə məhkəməyə müraciət edərək, iş yükü ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmiş, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid9 ibtidai istintaqa vermiş olduğu ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, o, digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid əlavə olaraq bildirmişdir ki, Komissiya tərəfindən Sərvərin öhdəsində 14149 manat mal çatışmazlığının olması müəyyən edilən zaman Sərvəri izahatının alınmasından ötrü “xxxx” MMC-nin baş ofisinə dəvət etmişdir. Həmin vaxt Sərvərdən həmin mal çatışmazlığının yaranmasının səbəbi barədə soruşduqda sonuncu həmin məbləğdə malları mənimsəməsini etiraf etmiş və toplanmış materialları hüquqmühafizə orqanlarına göndərməmələrini, 1-2 ay ərzində MMC-yə vurduğu zərəri ödəyəcinə dair söz vermişdir. Ona görə də, Sərvərə həmin məzmunda izahat yazmasını təklif etmiş və ondan yazılı iltizam almışdır. Cinayət işinin materiallarında olan 13.05.2019cu il və 20.05.2019-cu il tarixli yazılı iltizam və yazılı izahat Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq öz xətti ilə onun yanında yazılmış və imzalanmışdır. Sərvər həmin vaxt izahat yazaraq və iltizam verərək 14000 manatın 8000 manatını 20 may və 24 may 2019cu il tarixdə qədər ödəyəcəyinə dair söz vermiş, lakin həmin məbləği ödəyə bilməmişdir. Ona görə də, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Sərvərin guya həmin iltizamları və izahatı onun təklifi ilə yazması barədə ifadəsində göstərdiyi xüsusatlar yalandır. Belə ki, Sərvəri mövcud çatışmazlıqla bağlı izahat almağa çağıran zaman Sərvər hər şeyi etiraf etmiş və yaranmış çatışmazlığın səbəbi kimi həmin malları mənimsəməsini göstərmişdir. Sərvər həmin vaxt malları filialın anbarından götürməsini, taksi vasitəsilə apararaq 10 ayrı-ayrı mağazalara satmasını, ehtiyacı olduğundan belə etməsini bildirmişdir. Eyni zamanda, Sərvər malların pulunu tez bir zamanda geri qaytarağına dair söz vermiş, materialları hüquq-mühafizə orqanlarına göndərməmələrini xahiş etmişdir. İş üzrə şahid qismində tanınan Şahid7 ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmiş, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, 15 yanvar 1997-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür və sərbəst auditor kimi fəaliyyət göstərir. “xxxx” MMC-nin direktoru Vüsal Əmrahov ilə aralarında bağlanmış 04 mart 2019cu il tarixli 074/27 saylı müqaviləyə əsasən MMC-nin baş mühasibi Şahid8 və uçot əməliyyatları üzrə bölmə müdiri Şahid5 iştirakı ilə həmin MMC-də işləmiş Təqsirləndirilən şəxs 15 noyabr 2018-ci il tarixdən 07 may 2019-cu il tarixə kimi mal qalığının auditini aparmışdır. Ondan əvvəl isə “xxxx” MMC-nin direktorunun əmri ilə yaradılmış mərkəzi inventarizasiya komissiyası tərəfindən aktivlər üzrə inventarizasiya aparılmışdır. Həmçinin, MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru Təqsirləndirilən şəxs administrator işlədiyi dövrdə, yəni 15 noyabr 2018-ci il tarixdən 07 may 2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarış edilmişdir. Audit aparılan zaman MMC tərəfindən təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, X4 ilə MMC-nin rəhbərliyi arasında qanunamüvafiq əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Bu müqavilələr hər iki tərəfin imzası ilə imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. MMC-nin daxili qaydalarına uyğun olaraq toplanılan satış pulları inkassator vasitəsilə cəmiyyətə təhvil verilməli olmuşdur. Bu qaydalara uyğun olaraq Təqsirləndirilən şəxs mal dövriyyəsi audit olunarkən müəyyən edilmişdir ki, audit olunan dövrün əvvəlinə, yəni 15.11.2018-ci il tarixə Təqsirləndirilən şəxs 18880,83 kq həcmində və ya 19870,09 manat məbləğində mal qalığı qalmışdır. Yəni, Təqsirləndirilən şəxs administrator təyin olunduğu dövrdə maddi məsul şəxs kimi əvvəlki adminstatordan 18880,83 kq miqdarında və ya 19870,09 manat məbləğində mal təhvil almış və fəaliyyətə həmin məbləğdə mal öhdəliyi ilə başlamışdır. Audit olunan dövrdə, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixə kimi olan dövrdə Təqsirləndirilən şəxs 213011,09 kq miqdarında və ya 146934,11 manat məbləğində olan malları öhdəsinə qəbul etmiş, 202174,28 kq miqdarında və ya 133014,55 manat məbləğində olan malları məxaric etmiş, yəni sataraq pulunu xəzinəyə ödəmişdir. Audit olunan dövrün sonuna Təqsirləndirilən şəxs öhdəsində cəmi 33789,65 manat məbləğində məhsul olmuş, həmin məhsulların 19657,68 manat dəyərində olan hissəsinin faktiki mövcud olması, yəni yerində olması müəyyən edilmişdir. Dövrün sonunda artıq gəlmələr əskik gəlmələrlə əvəzləşdirildikdən sonra ümumilikdə Təqsirləndirilən şəxs öhdəliyində 14131,97 manat dəyərində mal çatışmazlığı aşkar olunmuşdur. Ona görə də, bu məzmunda 20 dekabr 2019-cu il tarixli akt tərtib etmiş və müqaviləyə əsasən MMC-nin rəhbərliyinə təqdim etmişdir. Cinayət işinin materiallarında olan və ona təqdim edilən 20 dekabr 2019-cu il tarixli akt onun tərəfindən tərtib edilmişdir. Həmin aktda “Şahid7” qrafasının qarşısında olan imza və “X13.Respub. X6 Şərif Miri oğlu SƏRBƏST AUDİTOR dairəvi möhür əksi” ona məxsusdur. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən edildi ki, 05.02.2019-cu il tarixdə saat 21:20-də mağazanın girişində olan 2 ayrıca qabda siqaretlərin kamera söndürüldükdən sonra saat 21:51-də kamera yandırıldıqda yerində olmaması müşahidə edilir. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən edildi ki, həmin video görüntünün çəkildiyi 28.04.2019-cu il tarixdə saat 11:22-də anbarda bir ədəd ağ rəngli “Azerçay” qutusu vardır. Bir qədər sonra kamera söndürülmüş və yandırıldıqda həmin qutunun yerində olmaması müəyyən edilir. İş materiallarında olan: “X18” MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 30.03.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə “X18” MMC arasında satıcı-kassir kimi işə başlamaq ilə əlaqədar müqavilə bağlanmışdır (cild 1, iş vər.: 66-70); əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000102 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs administrator vəzifəsinə keçirilmişdir (cild 1, iş vər.: 78); “tam maddi məsuliyyət daşınması haqqında müqavilədən” görünür ki, “X18” MMC ilə Təqsirləndirilən şəxs arasında həm satıcı-kassir işləyərkən, həm də administrator vəzifəsində keçirildikdən sonra tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və Təqsirləndirilən şəxs MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlilərin qorunub saxlanılmasını öhdəlik kimi qəbul etmişdir (cild 1, iş vər.: 71, 79); “administratorun vəzifə təlimatı”ndan görünür ki, həmin təlimatda anbarın əksiksiz olmasına və kassa əməliyyatlarına nəzarət etmək, qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndələrinə və inkassatorlara təhvil verənədək vəsaitləri qorumaq, sayım zamanı əksik gələn satış məhsullarına görə məsuliyyət daşımaq administratora, yəni Təqsirləndirilən şəxs üzərinə öhdəlik kimi qoyulmuşdur (cild 1, iş vər.: 80,81); 28.01.2021-ci il tarixli, HX-57 №-lu məktubdan görünür ki, 03.06.2020-ci il tarixdə “X18” MMC-nin adı “xxxx” MMC olaraq dəyişdirilmişdir (cild 4, iş vər.: 86-88); 15.11.2018-ci il tarixli “Aktivlər və öhdəliklərin inventarizasiya qaydalarına 1 nömrəli əlavə inventarizasiya siyahısı №” adlı sənəddən görünür ki, “X18” MMC-nin 3 saylı filialında Təqsirləndirilən şəxs ilə sabiq administrator Şahid13 arasında təhvil-təslim keçirilmiş və Təqsirləndirilən şəxs 18880,83 kq və ya 19936,33 manat məbləğində məhsul təhvil almışdır (cild 1, iş vər.: 95-100); 07.05.2019-cu il tarixli “aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt”dan görünür ki, Təqsirləndirilən şəxs administrator işlədiyi dövrün sonuna öhdəsində 14162,38 manat məbləğində pul çatışmazlığı yaranmışdır (cild 1, iş vər.: 102-110); 15.11.2018-07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə mal materialların hərəkəti haqqında hesabatdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs administrator kimi işə başladığı 15.11.2018-ci il tarixdə təhvil-təslim ilə 18880,83 kq həcmində və ya 19870,09 manat dəyərində MMC-yə məxsus məhsulları təhvil almış, işlədiyi dövrdə qaimə-faktura əsasında ümumilikdə 146934,11 manat dəyərində MMC-yə məxsus məhsul təhvil almış, işlədiyi dövrdə xəzinəyə ümumilikdə 133014,55 manat ödəniş etmiş, nəticədə, Təqsirləndirilən şəxs öhdəsində ümumilikdə 33789,65 manat dəyərində mal qalmış, lakin, çıxarış zamanı faktiki olaraq MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında 19657,68 manat dəyərində mal mövcud olması, ona görə də, yoxlama dövrünün sonuna, yəni 07.05.2019-cu il tarixə Təqsirləndirilən şəxs öhdəsində 14131,97 manat pul çatışmazlığın olması müəyyən edilmişdir (cild 1, iş vər.: 112-124); 20.12.2019-cu il tarixli audit aktından və sərbəst auditor Şahid7 tərəfindən verilmiş 27/12 №-li auditor rəyindən görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 28.12.2016-cı il tarixli 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor Şahid7 “X18” MMC ilə bağlanmış 04.03.2019-cu il tarixli 074/27 saylı müqaviləyə əsasan Təqsirləndirilən şəxs 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış və maddi məsul şəxs Təqsirləndirilən şəxs 07.05.2019-cu il tarixə öhdəsində 14131,97 manat məbləğində mal çatışmazlığının olması müəyyən edilmişdir (cild 4, iş vər.: 1-3); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.03.2020-ci il tarixli 4432 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materialın 1-ci cildinin 132-317-ci vərəqələrində olan 15.11.2018-ci il tarixli “Aktivlər və öhdəliklərin inventarizasiyası qaydalarına 1 nömrəli əlavə”nin 1-9-cu vərəqələrində soldan sağ ikinci imzalar, 11-ci vərəqəsində “Təhvil aldı” və “Maddi – məsul şəxs” qrafalarında “Təqsirləndirilən şəxsS” yazılarının qarşılarında olan imzalar; 01.03.2019-cu il tarixli 060856 saylı, 01.03.2019-cu il tarixli 294185 saylı, 05.03.2019-cu il tarixli 022708 saylı, 06.03.2019-cu il tarixli 147021 saylı, 07.03.2019-cu il tarixli 061774 saylı, 07.03.2019-cu il tarixli 005299 saylı, 09.03.2019-cu il tarixli 061800 saylı, 12.03.2019-cu il tarixli 061817 saylı, 14.03.2019-cu il tarixli 731818 saylı, 14.03.2019-cu il tarixli 452186 saylı, 14.03.2019-cu il tarixli 655858 saylı, 28.03.2019-cu il tarixli 072656 saylı, 28.03.2019-cu il tarixli 064929 saylı, 02.04.2019-cu il tarixli 069555 saylı, 05.04.2019-cu il tarixli 111790 saylı, 09.04.2019-cu il tarixli 292697 saylı, 09.04.2019-cu il tarixli 389998 saylı, 09.04.2019-cu il tarixli 355647 saylı, 10.04.2019-cu il tarixli 013518 saylı, 10.04.2019-cu il tarixli 658658 saylı, 16.04.2019-cu il tarixli 082355 saylı, 16.04.2019-cu il tarixli 111761 saylı, 20.04.2019-cu il tarixli 058699 saylı, 20.04.2019-cu il tarixli 533929 saylı, 26.04.2019-cu il tarixli 111841 saylı, 02.05.2019-cu il tarixli 111773 saylı, 04.02.2019-cu il tarixli 199078 saylı, 06.02.2019-cu il tarixli 144534 saylı, 07.02.2019-cu il tarixli 015604 saylı, 12.02.2019-cu il tarixli 033980 saylı, 12.02.2019-cu il tarixli 278390 saylı, 23.02.2019-cu il tarixli 312944 saylı, 27.02.2019-cu il tarixli 003722 saylı, 27.02.2019-cu il tarixli 250732 saylı, 27.02.2019-cu il tarixli 214948 saylı, 27.02.2019-cu il tarixli 198511 saylı, 27.02.2019-cu il tarixli 025252 saylı, 28.02.2019-cu il tarixli 239452 saylı, 26.02.2019-cu il tarixli 143700 saylı “Malların təhvil qəbul akt”larında olan imzalar; (əksləri ekspertizayatəqdim olunmuş) 05.03.2019-cu il tarixli 036474 saylı, 05.03.2019-cu il tarixli 035224 saylı, 08.03.2019-cu il tarixli 061802 saylı, 04.03.2019-cu il tarixli 040729 saylı, 04.03.2019-cu il tarixli 042151 saylı, 04.03.2019-cu il tarixli 041031 saylı, 04.03.2019-cu il tarixli 042623 saylı, 11.03.2019-cu il tarixli 257510 saylı, 13.03.2019-cu il tarixli 233742 saylı, 13.03.2019-cu il tarixli 809430 saylı, 16.03.2019-cu il tarixli 062625 saylı, 16.03.2019-cu il tarixli 474434 saylı, 16.03.2019-cu il tarixli -22198 saylı, 17.03.2019-cu il tarixli 038679 saylı, 19.03.2019-cu il tarixli 064871 saylı, 18.03.2019-cu il tarixli 318293 saylı, 30.03.2019-cu il tarixli 519929 saylı, 30.03.2019-cu il tarixli 303666 saylı, 01.04.2019-cu il tarixli 072670 saylı, 05.04.2019-cu il tarixli 146965 saylı, 10.04.2019-cu il tarixli 811310 saylı, 10.04.2019-cu il tarixli 072692 saylı, 12.04.2019-cu il tarixli 069621 saylı, 20.04.2019-cu il tarixli 098083 saylı, 23.04.2019-cu il tarixli 576566 saylı, 25.02.2019-cu il tarixli 035673 saylı, 23.04.2019-cu il tarixli 082385 saylı, 27.02.2019-cu il tarixli 035922 saylı “Malların təhvil-qəbul akt”larında olan imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 4, iş vər.: 19-22); 13.05.2019-cu il tarixli və 20.05.2019-cu il tarixli iltizamlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “oğurladığım 14000 manatın 8000 manatını qaytaracağıma söz verirəm, əks halda cinayət məsuliyyətinə cəlb olunacağıma razıyam” yazmışdır (cild 1, iş vər.: 19-20); “sübutların qiymətləndirilməsi haqqında” 09.03.2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə alınmış şahidlərin dindirilməsi protokolları, zərərçəkmiş şəxsin nümayəndəsinin dindirilməsi protokolu, DVD diskə baxış keçirilməsi haqqında protokollar, 13.05.2019-cu il tarixli və 20.05.2019-cu il tarixli iltizamlar, Təqsirləndirilən şəxs “xxxx” MMC-də yazdığı izahat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2020-ci il tarixli 4483, 13.03.2020-ci il tarixli 4432 saylı, 07.12.2020-ci il tarixli 9/4950 nömrəli 15.11.2018-ci il tarixli “Aktivlər və öhdəliklərin inventarizasiya qaydalarına 1 nömrəli əlavə inventarizasiya siyahısı №” adlı sənəd, 07.05.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt”, Təqsirləndirilən şəxs administrator işlədiyi dövrün, yəni 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək olan mühasibat uçotunun 205 və 207-ci balans hesabatları üzrə malların təhvil-qəbul aktları və toplanmış digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs 15.11.2018-ci il tarixdə sabiq administrator Şahid13 təhvil aldığı məhsulların məbləğinin 19936,33 manat deyil, 19870,09 manat olması nəzərə alınmışdır. “X18” MMC-nin adı sonradan dəyişdirilərək “xxxx” MMC edildiyindən cinayət işinin materiallarında olan “X18” MMC-nin “xxxx” MMC olması nəzərə alınışdır (cild 4, iş vər.: 145-168); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.12.2020-ci il tarixli 9/4950 saylı ekspertiza rəyindən görünür ki, 20.12.2019-cu il tarixli audit aktının düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Təqsirləndirilən şəxs “X18” MMC-yə olan çatışmazlığının 14131,97 manat məbləğində olması müəyyən edilir (cild 4, iş vər.: 39-43); Beləliklə məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, məhkəmədə tədqiq edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə şəxsin həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham ona görə verilmişdir ki, o, “xxxx” MMC-yə məxsus 14131,97 (on dörd yüz otuz bir manat doxsan yeddi qəpik) manat məbləğində məhsulu və ya həmin məbləğdə məhsulun satışından əldə olunan pul vəsaitini şirkətin xəzinəsinə təhvil verməyib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməmişdir. Məhkəmə hesab edir ki, bununla ibtidai istintaq orqanı düzgün nəticəyə gəlməmişdir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmədə ifadə vermiş şahidlərin ifadədələrindən məlum olduğu kimi, “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialında sayım (inventarizasiya) aparılmazdan 10-12 gün əvvəl həmin mağazanın açarları administrator vəzifəsində işləyən Təqsirləndirilən şəxs alınmış və o, faktiki olaraq öz vəzifəsinin icrasından kənarlaşdırılmışdır. Həmin xüsusatlar təqsirləndirilən şəxsin, şahidlərin və bilavasitə mağazanı və açarları təhvil almış Fuad Cəfərovun məhkəmədə vermiş olduqları ifadələri ilə tam təsdiqini tapır. Beləliklə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs mağazanın açarlarını təhvil verdikdən sonra mağazanın qapıları bağlanıb möhürlənməmiş (surğuclanmamış), əksinə mağaza 10-12 gün ərzində gündəlik rejim qaydasında fəaliyyət göstərmiş, mədaxil və məxaric əməliyyatları həyata keçirmiş, təqsirləndirilən şəxs isə bu proseslərdən kənarlaşdırılmışdır. X14 təhvil verildikdən 10-12 gün sonra isə orada sayım aparılarkən, Təqsirləndirilən şəxs kənarlaşdırıldığı tarixə deyil, artıq həmin günə mövcud olan vəziyyət qiymətləndirilmiş və nəticələr müvafiq aktda öz əksini tapmışdır. Bununla da, keçirilmiş inventarizasiyanın nəticələri təqsirləndirilən şəxsin fəaliyyətinə münasibətdə şübhə altına qoyulur və sübut kimi qəbul edilməsini yolverilməz edir. Eyni xüsusatlar (yəni inventarizasiyanın aparılması qaydalarının pozulması) Məhkəmə Ekspertizası Mərkəzinin rəylərində də öz əksini tapmışdır. İbtidai istintaq orqanı ilk dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etdikdə, MEM-nin eksperti “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun olmadığından eləcə də mühasibatlıq sənədləri tam şəkildə olmadığından hazırki tədqiqatla Təqsirləndirilən şəxs “X18” MMC-yə olan çatışmazlığının olub-olmamasını müəyyən etmək mümkün olmadı” kimi nəticəyə gəlmiş və 4483 saylı 02.04.2020-ci il tarixli rəy tərtib etmişdir. Həmin rəyin tədqiqi hissəsində göstərilir: Tədqiqat zamanı iş materiallarında olan sənədlərlə və təqdim olunmuş əlavə sənədlərlə tanışlıq zamanı 07 may 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”ı mövcuddur. Həmin aktda çatışmazlıq 14.162,38 manat göstərilmişdir. Lakin 07 may 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”da aşağıda göstərilən qaydalara uyğun olaraq aparılmalı idi. Yəni ki, “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt Malların inventarizasiyası Qaydaların 12-ci bölməsi ilə tənzimlənir. Həmin bölmədə aşağıdakılar göstərilmişdir: 12.1. İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan ehtiyatların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir: 12.1.1. əmlakın (qiymətlilərin) uçot kartları; 12.1.2. aktivlər üzrə uçot kitabı; 12.1.3. ehtiyatların məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər. 12.2. Mühasibat uçotu subyekti tərəfindən ehtiyatların inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır: 12.2.1. material ehtiyatlarının; 12.2.2. məsrəflərin; 12.2.3. tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin; 12.2.4. hazır məhsulun; 12.2.5. malların; 12.2.6 satış məqsədi ilə saxlanılan digər aktivlərin; 12.2.7. digər ehtiyatların. 12.3. Ehtiyatların inventarizasiyası onların yerləşdiyi otaqlarda aparılır. 12.4. Ehtiyatlar inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, növünü, qrupunu, miqdarını, məbləğini qeyd etməlidir. 12.5. Ehtiyatların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır. 12.6. Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. 12.7. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən ehtiyatlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. 12.8. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən ehtiyatlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. 12.9. Ehtiyatların (material ehtiyatlarının, hazır məhsulun, malların, satış məqsədi ilə saxlanılan digər aktivlərin və digər ehtiyatların) inventarizasiyası zamanı aşağıdakıları müəyyən etmək lazımdır: 12.9.1. Bir maddi-məsul şəxsin öhdəsində olub müxtəlif qapalı otaqlarda saxlanılan ehtiyatların inventarizasiyası ardıcıl olaraq onların saxlanıldığı yerlər üzrə aparılır. Ehtiyatların saxlanıldığı otaqda yoxlama qurtardıqdan sonra həmin otağa giriş qadağan edilir, otağın qapısı qıfıllanır, surquçla, plombla, imzalı kağızla mühafizəsi möhkəmləndirilir (surquçla möhürlənir) və komissiya işini davam etdirmək üçün sonrakı otağa keçir; 12.9.2. Komissiya maddi-məsul şəxslərin iştirakı ilə ehtiyatların qalıqlarını məcburi qaydada saymaq, çəkmək və ölçməklə yoxlayır. Maddi-məsul şəxslərin şifahi sözünə görə və yaxud ehtiyatların mövcud qalığını yoxlamadan hər hansı bir məlumatın siyahıya daxil edilməsinə yol verilmir; 12.9.3. İnventarizasiya aparılan zaman daxil olan ehtiyatlar maddi-məsul şəxsin və inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə qəbul olunur və inventarizasiyadan sonrakı hesabata daxil edilir; 12.9.4. Bu kimi ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı daxil olmuş ehtiyatlar» adı ilə ayrıca göstərilir. Siyahıda daxilolma tarixi, malgöndərənin adı, mədaxil sənədinin tarixi və nömrəsi, ehtiyatların adı, miqdarı, qiyməti və məbləği göstərilir. Eyni zamanda inventarizasiya komissiyası sədrinin (və yaxud onun tapşırığı ilə komissiya üzvünün) imzası ilə mədaxil sənədində siyahının tarixi göstərilməklə «inventarizasiyadan sonra» sözü qeyd edilir; 12.9.5. Təşkilatda inventarizasiya uzun müddət davam etdikdə, istifadə üçün tələb olunan ehtiyatlar, qanunvericiliyə uyğun rəsmiləşdirilərək anbardan maddi-məsul şəxslərə inventarizasiya komissiyasının iştirakı ilə buraxılır və inventarizasiyadan sonrakı hesabata daxil edilir; 12.9.6. Bu cür ehtiyatlar inventarizasiya siyahısında «İnventarizasiya zamanı buraxılmış ehtiyatlar» adı ilə ayrıca göstərilir. Həmin siyahılar analoji qaydada inventarizasiya zamanı daxil olan ehtiyatlar üzrə də tərtib edilir. İnventarizasiya komissiyası sədrinin və yaxud onun tapşırığı ilə komissiya üzvünün birinin imzası ilə məxaric sənədlərində qeydlər aparılır; 12.9.7. Yolda olan, yüklənmiş, lakin alıcılar tərəfindən vaxtında ödənilməyən, başqa təşkilatların anbarında saxlanılan ehtiyatların inventarizasiyası, onların mühasibat uçotunun müvafiq hesablarındakı uçot məlumatlarının məbləğlərinin düzgünlüyünün yoxlanılması ilə həyata keçirilir; 12.9.8. İnventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və sair) ehtiyatların məbləği uçot registrlərində yalnız təsdiq edilmiş sənədlərlə göstərilməlidir: yolda olanlar üzrə — malgöndərənlərin hesablaşma sənədləri ilə və yaxud digər əvəzedici sənədlərlə; yüklənmiş mallar üzrə — alıcılar tərəfindən təqdim olunmuş sənədlərin surətləri ilə (ödəniş tapşırığı, veksellər və sair); ödəniş vaxtı keçmiş sənədlər üzrə — bank idarələrinin təsdiq etdiyi öhdəliklərlə; kənar təşkilatların anbarında saxlanılan qiymətlilər üzrə — inventarizasiyanın aparıldığı tarixə yaxın tərtib edilmiş saxlanma izahatnaməsi ilə; 12.9.9. İnventarizasiya aparılmamışdan əvvəl hesabların digər qarşılıqlı hesablarla üzləşdirilməsi yoxlanılmalıdır. Məsələn, başqa hesablarda əks olunası ödənilmiş məbləğin ehtiyatlar hesabının müvafiq subhesabında uçota alınıb-alınmaması müəyyən edilməlidir; 12.9.10. Alıcılar tərəfindən vaxtında ödənilməyib yolda olan, yüklənmiş və başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinə ayrıca siyahılar tərtib edilir; 12.9.11. Yolda olan ehtiyatların siyahısında hər bir sətir üzrə aşağıdakılar ayrıca yazılır: adı, miqdarı və dəyəri, yüklənmə tarixi, həmçinin mühasibat uçotu hesablarında bu aktivlərin uçota alınmasına əsas verən müvafiq sənədlərin (ilkin uçot sənədlərinin, uçot registrlərinin) adı, tarixi və nömrələri; 12.9.12. Yüklənmiş və dəyəri alıcılar tərəfindən vaxtında ödənilməmiş ehtiyatların siyahısında hər bir yüklənmiş mallar üzrə alıcıların adı, ehtiyatların adı, məbləği, yüklənmə tarixi, çıxarışın və hesablaşma sənədinin tarixi qeyd edilir; 12.9.13. Başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinin siyahısı onların məsuliyyətli mühafizəyə verilməsinə dair təsdiqedici sənədlərin əsasında tərtib edilir. Bu siyahıda ehtiyatların adı, miqdarı, növü, dəyəri (uçot məlumatları üzrə), həmçinin yüklərin mühafizəyə qəbul olunma tarixi, mühafizə yeri, sənədlərin nömrəsi və tarixi göstərilir. 12.9.14. Təkrar emal üçün başqa təşkilata verilmiş mal-material qiymətlilərinin siyahısında təkrar emalı həyata keçirən müəssisənin adı, qiymətlinin adı, miqdarı, uçot məlumatları üzrə faktiki dəyəri, ehtiyatların təkrar emala verilmə tarixi, sənədlərin nömrəsi və tarixi göstərilir. 12.9.15. Yuyulmağa və təmirə göndərilmiş xüsusi geyimlər, yeməkxana və yataq ləvazimatları və digər yumşaq inventarlar inventarizasiya siyahısında göstərilən xidmətlərin həyata keçirilməsinə dair mövcud olan sənədlər əsasında yazılır. 12.10. Məsrəflərin inventarizasıyası zamanı aşağıdakılar müəyyən edilir: 12.10.1. Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları əsasında müxtəlif sahələrin istehsalat spesifikasına uyğun xərclərin tərkibinə və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilməklə işçilərin qarşıdakı məzuniyyətlərinin ödənilməsi, mükafatların verilməsi, əsas vəsaitlərin təmiri xərcləri, sənayenin mövsümi sahələrində hazırlıq işləri üzrə istehsal məsrəfləri, kirayə edilmiş əşyaların təmiri üzrə qarşıdakı məsrəflər və sair məqsədlərə görə yaradılmış ehtiyatlar düzgünlüyü və əsaslılığı yoxlanılır; 12.10.2. Müəssisədə müəyyən olunmuş normalar üzrə buraxılmış məhsulun faktiki maya dəyərinə daxil edilən, sənayenin mövsümi xarakterli istehsalı ilə əlaqədar istehsalat və idarə xərcləri məbləği faktiki xərclərdən artıq olan hallarda əmələ gəlmiş fərq qarşıdakı xərclərə yaradılmış ehtiyatlara aid edilir. İnventarizasiya komissiyası hesabatların əsaslılığını yoxlayır və lazım olan hallarda xərc normalarının düzəlişi barədə təkliflər verir; 12.10.3. Mallar yükləndikcə (yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər) və hesablaşma sənədləri alıcılara (sifarişçilərə) təqdim edildikcə məhsul (işin, xidmətin) satışından daxilolmaların hesablaşma metodunu tətbiq edən təşkilatlarda şübhəli borclar üzrə yaradılmış ehtiyatların inventarizasiyası zamanı müqavilələrlə müəyyən edilmiş, lakin müvafiq zəmanətlərlə təmin olunmayıb vaxtında ödənilməyən məbləğlər yoxlanılır; 12.10.4. İnventarizasiya komissiyası müəyyən olunmuş qaydada yaranmış ehtiyatların hesabat ilinin axırına ehtimal olunan bu və ya digər məsrəflərin və itkilərin bağlanmasına yönəldilən hesabat sənədlərinin düzgünlüyünü və əsaslılğını yoxlayır; 12.10.5. istehsalatda olan artıq məhsulun (hissə, aqreqat, qovşaq və sair) və hazırlanması (yığılması) qurtarmamış məmulatların faktiki mövcudluğunu; 12.10.6. faktiki komplektləşdirilməsi başa çatmamış istehsalın (artıq məhsulun) mövcudluğunu; 12.10.7. ləğv olunmuş sifarişlər, həmçinin icrası dayandırılmış sifarişlər üzrə başa çatmamış istehsalın qalığını; 12.10.8. İstehsalın spesifikasından və xüsusiyyətindən asılı olaraq inventarizasiya başlamazdan əvvəl sexlərə lazım olmayan materiallar, alınmış hissələr və yarımfabrikatlar, həmçinin hal-hazırki mərhələdə hazırlanması qurtarmış bütün hissələr, aqreqatlar, qovşaqlar və s. anbara təhvil verilir; 12.10.9. Başa çatmamış istehsalın artıq məhsullarının yoxlanması faktiki olaraq sayılmaq, çəkilmək və ölçülmək üsulu ilə həyata keçirilir; 12.10.10. İşlər tam başa çatandan sonra hər bir ayrı-ayrı struktur bölmələr (sex, sahə) üzrə — məhsulların adlarını, hazırlanma mərhələsini və ya dərəcəsini, miqdarını və ya həcmini; tikintiquraşdırma işləri üzrə — işlərin həcmini; qurtarmamış obyektlər üzrə — növbəliyini, buraxılış kompleksini, işlərin növlərini göstərməklə siyahılar tərtib edilir. 12.10.11. Təkrar emala verilməyən istehsalatda olan xammal, material və alınmış yarımfabrikatlar başa çatmamış istehsalat siyahısına daxil edilmir, onların inventarizasiyası ayrıca aparılır. 12.10.12. Zay hissələr (məhsullar) başa çatmamış istehsal siyahısına daxil edilmir və onlar üçün ayrıca siyahı tərtib edilir. 12.10.13. Müvafiq sənaye sahələrində eynicinsli olmayan kütlələrin və ya qarışıqların inventarizasiyası həmin sahələrin qəbul olunmuş uçot siyasətinə əsasən həyata keçirilir. Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan əmlakın inventarizasiyası həmin baş (yuxarı) idarəetmə orqanının normativ sənədlərinə (qaydalarına, təlimatlarına və s.) əsasən həyata keçirilir. 12.11. Başa çatmamış əsaslı tikinti siyahılarında obyektin adı, bu obyekt üzrə yerinə yetirilmiş işin həcmi, konstruktiv elementlər, avadanlıqlar, hər bir iş növü ayrıca göstərilir və bu zaman aşağıdakıları yoxlamaq lazımdır: 12.11.1. başa çatmamış əsaslı tikintinin tərkibində quraşdırılmağa verilmiş, lakin quraşdırılmamış avadanlığın olub-olmamasını; 12.11.2. konservasiya olunmuş və tikintisi müvəqqəti dayandırılmış obyektin vəziyyətini; 12.11.3. Bu obyektlərin konservasiya olunması üçün əsas amilləri və səbəbləri qismən də olsa aşkar edilməsini; 12.11.4. Tikintisi qurtarıb tam və ya qismən istismara verilmiş obyektlərin istismara verilməsinə və qəbuluna dair lazımi rəsmi sənədlər tərtib edilmədiyi hallarda ayrıca siyahı yazılır. Tikintisi qurtarmış, lakin bu və yaxud başqa səbəblərdən istismara verilməmiş obyektlərə də ayrıca siyahı tərtib edilir. Siyahılarda obyektlərin istismara verilməməsinin səbəblərinin izah edilməsi; 12.11.5. Tikintisi dayandırılmış obyektlərə, həmçinin tikintisi həyata keçirilməmiş layihə-axtarış işlərinə siyahı tərtib edilərkən tikintinin dayandırılması səbəbləri göstərilməklə tikintinin dəyəri və yerinə yetirilmiş işlərin xarakteri haqqında məlumatlar verilməlidir. Bunun üçün müvafiq texniki sənədlərdən (çertyojlar, smeta, maliyyə-smeta hesablamaları), işlərin təhvilinə dair aktlardan, tikinti obyektində yerinə yetirilmiş işlərin uçotu jurnalından və başqa sənədlərdən istifadə edilməsi; 12.11.6. İnventarizasiya komissiyası müəssisə tərəfindən hazırlanmış hesabatlara və uçot siyasətinə uyğun olaraq sənədlə əsaslandırılmış müddət ərzində gələcək dövr xərcləri hesabında əks etdiriləsi istehsalat, yaxud tədavül xərclərinə aid ediləsi məbləğinin müəyyən olunması. Bu səbəbdən ibtidai istintaq orqanı təkrar ekspertiza təyin edərək ekspert qarşısında “Yaranmış pul vəsaiti çatışmazlığı ekspertizaya təqdim edilmiş maliyyə - mühasibatlıq sənədləri ilə (auditor rəyi və s.) təsdiq edilirmi?” sualını da qoymuşdur. Ekspert 07.12.2020-ci il tarixli 9/4950 saylı rəyində bir daha qeyd etmişdir: “Tədqiqat zamanı iş materiallarında olan sənədlərlə və təqdim olunmuş əlavə sənədlərlə tanışlıq zamanı 07 may 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya dair yekun Akt”ı mövcuddur. Həmin aktda çatışmazlıq 14162,38 manat göstərilmişdir. İş materiallarından göründüyü kimi 07 may 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Bundan başqa iş materiallarında yaranmış çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri də tam şəkildə mövcud deyildir. Lakin buna baxmayaraq iş materiallarında olan mövcud sənədlərə əsasən tədqiqat aparılır”. Ekspert gəldiyi nəticədə 20.12.2019-cu il tarixli audit aktının düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Təqsirləndirilən şəxs “X18” MMC-yə olan çatışmazlığının 14131,97 manat məbləğində olması müəyyən edilməsini qeyd etmişdir. Göründüyü kimi, təkrar ekspertiza tədqiqatını aparan ekspert özü 20.12.2019-cu il tarixli audit aktının düzgünlüyünü qəbul etməmiş və buna qiymət verilməsini istintaq orqanının üzərinə qoymuşdur. Beləliklə, məhkəmə hesab edir ki, 02.04.2020-ci il tarixli 4483 saylı ekspert rəyi daha mötəbər və qərəzsiz sübut kimi qəbul edilərək təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməlidir. Ekspert rəyində qeyd olunan əsas məqamlardan digəri yaranmış çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədlərin tam şəkildə mövcud olmamasıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxsə verilən ittihamda da bu məqam öz əksini tapmışdır. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs verilən ittihamda 15.11.2018-ci il tarixdən 07.05.2019-ci il tarixədək aparılan əməliyyatların bir sıra nömrəli və s. qaimə-fakturalar əsasında və bir sıra nömrəli və s. malların təhvil-qəbul aktlarına əsasən həyata keçirildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamın məzmununda həmin sənədlərin rekvizitlərinin göstərilməməsi, onların sayı, tarixi, seriya nömrəsi bəlli olmadan, qeyri-müəyyən adda və sayda sənədlərin “və s.” adlandırılması yolverilməzdir. Bu da öz növbəsində həmin sönədlərin mövcudluğunu və onların söykəndiyi əməliyyatları şübhə altına qoymuş olur. Digər qiymət verilməli məqam təqsirləndirilən şəxsə sənədlərin imzalatma şəraitidir. Təqsirləndirilən şəxs sayım və auditin nəticələri və sair sənədlərlə tanış olmaq üçün baş ofisə dəvət edilmir, bir sıra sənədlər ona Quba avtovağzalının yaxınlığında küçədə təqdim edilir. Onu da qeyd etmək lazımdır ki, həmin sənədlərin sırasında Şahid13 ilə Təqsirləndirilən şəxs arasında olan təhvil-təslim aktı da olmuşdur. Şahid13 məhkəmədə göstərir ki, “Bildiyinə görə həmin sənədlər onunla Sərvərin arasında olan təhvil-təslim aktı, aktda isə siyahıya alınmış malların miqdarı qeyd olunmuşdur”. Şahid qeyd etdi ki, iki dəfə təhvil-təslim aktına imza etmişdir. İlk dəfə Sərvər onun yerinə administrator vəzifəsinə keçən zaman, ikinci dəfə isə bir neçə ay sonra avtovağzalda imzalamışdır. İkinci dəfə təhvil-təslim aktının imzalamasının səbəbini tam olaraq bilmir. Göründüyü kimi, vaxtilə mağazanı Şahid13 təhvil alarkən müvafiq təhvil-təslim aktı imzalansa da, məhkəməyə məlum olmayan səbəblərdən bu adda başqa sənəd artıq Təqsirləndirilən şəxs vəzifəsindən kənarlaşdırıldıqdan sonra onların hər birinə təkrarən imzalamaq üçün təqdim edilir. Eyni zamanda, təqsirləndirilən şəxsin MMC-nin baş ofisində 8000 manat ödəyəcəyi barədə iltizam yazması ilə bağlı məhkəmə qeyd edir ki, həmin iltizam sübut kimi qəbul edilə bilməz. Birincisi, təqsirləndirilən şəxsin deməsinə görə, o, həmin iltizamı psixoloji təsir altında, cinayət məsuliyyətinə cəlb ediləcəyi və nəticədə həbs ediləcəyi qorxusu altında, bundan azad olmaq üçün iltizamı imzalayıb hissə-hissə ödəmək şərti müqabilində imzaladığını bildirir. Digər tərəfdən, Sərvər Fəzrzəliyev maddi məsul şəxs kimi MMC-nin rəsmi işçisi olduğundan və onun fəaliyyəti iltizamla deyil, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanun və normativ hüquqi aktlarla tənzimləndiyindən, məhkəmə qeyri-müəyyən şəraitdə tərtib edilən həmin iltizamın iş üçün əhəmiyyət kəsb etməməsi qənaətinə gəlir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs CM-nın 179.2.4-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, zərərçəkmişə məxsus xeyli miqdarda, yəni 14131,97 manat məbləğində əmlakı mənimsəmişdir. Lakin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bu məbləğdə ziyan vurması məhkəmə istintaqı zamanı sübuta yetmir. Belə ki, qeyd olunan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinin tələbinə görə, Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən, hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 124-cü maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 126.6-cı maddəsi tələb edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 318.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq vəədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Oğur Türkiyəyə qarşı" iş üzrə 1999-cu il tarixli Qərarında qeyd edir ki, istintaqın səmərəli olması o demıəkdir ki, onun nəticəsində cinayəti törədən şəxslərin müəyyən edilməsi və cəzalandırılması mümkün olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilr. Belə ki, Təqsirləndirilən şəxs özü iki dəfə cəmi 830 manat məbləğində ərzaq mallarını götürüb mənimsədiyini etiraf edir. Həmin xüsusatlar iş materiallarında olan videogörüntülərlə, şahid ifadələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi)”. Məhkəmə hesab edir ki, “xxxx”-in 3 saylı filialında 14131,97 manat dəyərində olan malların Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsinə dair əsaslı şübhələr olduğundan, lakin həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, qeyd olunan şübhə Təqsirləndirilən şəxs xeyrinə həll edilməli və ona verilən ittihamdan CM-nın 179.2.4-cü maddəsinə aid müddəalar xaric edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs 15.11.2018-ci il tarixdən 07.05.2019-cu il tarixədək faktiki olaraq “xxxx” MMC-nin Quba şəhərində yerləşən 3 saylı filialının administratoru vəzifəsində işləyərkən həmin şirkətlə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə, əmək müqaviləsinə və vəzifə təlimatına əsasən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, anbarın əksiksiz olmasına və kassa əməliyyatlarına nəzarət etmək, qəbul edilmiş nağd pul vəsaitlərini rəhbərliyin nümayəndələrinə və inkassatorlara təhvil verənədək vəsaitləri qorumaq, sayım zamanı əksik gələn satış məhsullarına görə məsuliyyət daşımaq və digər vəzifələrə malik tam maddi məsul şəxs olmaqla “xxxx” MMC-yə məxsus 830 (səkkiz yüz otuz) manat məbləğində məhsulu və ya həmin məbləğdə məhsulun satışından əldə olunan pul vəsaitini şirkətin xəzinəsinə təhvil verməyib ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə prosess iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 179.2.3-cü maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur (cild 4, iş vər.: 169,170); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10.03.2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 4, iş vər.: 213-215); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir (iş cild 4, iş vər: 91); AA1894804 və AA1894810 nömrəli şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.01.2015-ci il təvəllüdlü İlkin Fərzəliyev adlı, 03.10.2017-ci il təvəllüdlü İnci Fərzəliyeva adlı iki azyaşlı uşağı vardır (iş cild 4, iş vər: 121); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 05.02.2021-ci il tarixli 13008-124 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına və onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 4, iş vər.: 123); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10.02.2021-ci il tarixli **********53 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Quba rayonu, Qələdüz kəndində dörd nəfər ailə üzvü olmaqla 1,12 ha torpaq sahəsinə verilmiş JN-0089 KOD 30318038 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” aşkar edilmişdir (cild 4, iş vər.: 125); “Quba rayon Mərkəzi xəstəxanası” X15 10.03.2021-ci il tarixli, 398 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur (cild 4, iş vər.: 216); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 10.03.2021-ci il tarixli 999 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır (iş cild 4, iş vər: 217); Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 10.03.2021-ci il tarixli 1000 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhər İƏD üzrə nümayəndəliyinin ərazisində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət və narazıçılıq daxil olmamışdır (iş cild 4, iş vər: 218). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, vurduğu zərəri ödəməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxs və mülki cavabdehin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci il maddəsinə əsasən rəhbər vəzifəsi tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq “xxxx” MMC-də administrator vəzifəsində çalışmış maddi-məsul şəxs Təqsirləndirilən şəxs Sadiq oğlunuun hesabında çatışmazlığın aşkar edilməsi nəticəsində “xxxx” MMC-yə 14131,97 manat məbləğində dəymiş ziyanın sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, məhkəmə mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçıya vurduğu zərərin 830 manat olduğunu müəyyən edir. Azərbaycan Respublikası CPM-nin: 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 830 (səkkiz yüz otuz) manat mülki iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 432 (dörd yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X8 istintaq orqanında və məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-ni 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan olunan ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona 01 (bir) il müddətinə rəhbər vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 432 (dörd yüz otuz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. “xxxx” MMC-nin mülki iddiası qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş maddi ziyan 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs “xxxx” MMC-nin xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-60/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-60/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver