Məhkəmə qərarları › İş №1(027)-61/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-61/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-61/2020 26.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə Xaçmaz rayonu, Hacıəlibəy kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, Xaçmaz rayonu Hacıəlibəy kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Quba rayonu Barlı kəndinin ərazisində Quba rayonu 2-ci Nügədi kənd sakini Şahid baş etibarnamə əsasında idarə etdiyi «Vaz-2106 markalı», **-BG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşərək Quba şəhərinə gələrkən həmin avtomobildə sərnişin qismində gələn Zərərçəkmiş şəxs ona iş verən olması və camaatın avtomobilinə nəşə qoymasını deməsi ilə bağlı aralarında yaranmış mübahisəyə görə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl” şadlıq sarayının yaxınlığında avtomobildən düşən Zərərçəkmiş şəxs arxasınca gedərək həmin şadlıq sarayının qarşısında yumruqla sifət nahiyəsindən iki dəfə vuraraq ona sol qaşın üzərində əzilmiş-cırılmış yara və sol göz orbiti ətrafında qançır-hemotomasından ibarət olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki,Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər Zaur ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2 il bundan əvvəl o, Quba-Xaçmaz rayonlararası taksi kimi fəaliyyət göstərərkən Zaur onu Hacıhüseynli kəndindən Xaçmaz şəhərinə, oradan isə Xaçmaz rayonunun bir neçə kəndinə avtomobilini sürdürərək 50 manat pul borclu qalmışdır. Lakin o, sonradan Bakı şəhərinə getdiyindən və Zauru görə bilmədiyindən ondan pulunu ala bilməmişdir. xx xxxx 2020-ci il tarixdə o, Novruz bayramı ilə əlaqədar olaraq Bakı şəhərindən Xaçmaz rayonu Hacıəlibəy kəndinə gəlmiş və yaşadığı ünvanda spirtli içki qəbul etdikdən sonra həmin günü saat 21 radələrində ünvan 2ində qayınatasının yaşadığı ünvana getmək üçün Xaçmaz-Quba yoluna çıxmışdır. Yolda dayanarkən ağ rəngli «Vaz 2106» markalı avtomobil onun qarşısında saxlamış və o, həmin avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobil Quba şəhəri istiqamətinə doğru hərəkət edərkən sürücü ilə söhbət etməyə başlamış, onların söhbətlərinə qarşı tərəfdə oturan bir nəfər şəxsdə qoşularaq söhbət etmişdir. Həmin vaxt o, qarşıda oturan şəxsin səsindən tanımış və həmkəndlisi Zaur olduğunu və onun söhbət edərəkən danışığından sərxoş olduğunu bilmişdir. Bir qədər sonra o, Zaurdan borclu qaldığı 50 manat pulunu istəmiş, Zaur ona pulu olmadığından 50 manat pulu verməyəcəyini demiş və buna görə onunla aralarında mübahisə yaranmışdır. Zaur həmin vaxt onun ünvanına avtomobildə nalayıq söyüşlər söymüş və avtomobili “Üç-Gözəl” şadlıq sarayı ilə üz-üzə saxlamasını sürücüdən xahiş etmişdir. Sürücü avtomobili saxladıqdan sonra Zaur avtomobildən düşüb getmiş və Zaur yolu keçdikdən sonra o, avtomobildən aşağı düşüb Zaurun arxasınca getmiş, sürücüyə onu avtomobildə gözləməsini demişdir. O, Zaura “Üç-Gözəl” şadlıq sarayının qarşısında yaxınlaşmış və ona niyə ünvanına nalayiq söyüşlərlə söyməsini deyərək onunla mübahisə etmiş,sonra Zaurla əlbəyxa olmuş və həmin vaxt yumruqla Zaurun sifət nahiyəsinə iki dəfə zərbə vurmuş, sonra avtomobil sürücüsü onu yolun kənarında gözlədiyi üçün oradan qaçıb avtomobilə oturmuş və Quba şəhərində «Köhnə avtovağzal» adlanan dairədə düşdükdən sonra ünvan 2inə getmişdir. O, Zaurla əlbəyaxa olsa da həmin vaxt Zaur onu vurmamış və ona hər hansi bədən xəsarəti yetirməmişdir. Həmin vaxt yaxınlığda heç kim olmamış və hadisəni kənar şəxslər görməmişdir. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Xaçmaz rayonu Hacıəlibəy kəndindən Xaçmaz şəhərinə getmiş və həmin günü saat 18 radələrində Xaçmaz şəhərində tanışı Qalib adlı şəxslə Xaçmaz-Quba yolunun kənarında yerləşən kafelərin birindəçörək yeyib spirtli içki qəbul etmişdir. Həmin günü saat 21 radələrində kafedən yolun kənarına çıxmış və Quba şəhərinə ailəsinin yanına gəlmək üçün Xaçmaz dairəsində«Vaz-2106 markalı», 40-BG 241 dövlət qeydiyyat nişanlıtaksi avtomobilinə oturub Quba şəhərinə gəlmişdir. Yolda gələrkən «Vaz-2106» markalı, 40-BG 241 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Quba rayonu Barlı kəndindəyolun kənarında dayanmış və sonradan tanıdığı Təqsirləndirilən şəxsda götürmüş və Quba istiqamətinə doğru gələrkən həmin şəxslə avtomobilin içərisində aralarında mübahisə yaranmışdır. Quba şəhərində yerləşən “Üç Gözəl” şadlıq sarayının qarşısına çatdıqda sürücüdən avtomobili saxlamasını demiş və sürücü avtomobili “Üç- gözəl” şadlıq sarayı ilə üz-üzə yolun kənarında saxlamışdır. Həmin vaxt arxada oturan Təqsirləndirilən şəxs onu tanıdığını və camaatın avtomobilinə nəşə atıb tutduran adam olmasını demişdir. O, həmin vaxt sürücüyə Elnuru götürüb getməsini deyərək avtomobildən düşüb yolu keçərək “Üç Gözəl” şadlq sarayının qarşısına çatanda sonuncu xəbərsiz arxasınca gələrək arxadan yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə vurmuş və oradan qaçıb uzaqlaşmışdır. O, bu barədəDİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, sonradan onu vuran şəxsin Xaçmaz rayonu Hacıəlibəy kənd sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Elnur onu vurarkən həmin vaxt orada kənar şəxslər olmamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 300 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- sol qaşın üzərində əzilmişcırılmış yara, sol göz orbiti ətrafında qançır-hemotoma küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materialarında olan DİN-nin Baş Əməliyyat və X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmişcinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Quba rayonu Barlı kəndinin ərazisində Quba rayonu 2-ci Nügədi kənd sakini Şahid baş etibarnamə əsasında idarə etdiyi «Vaz-2106 markalı», **-BG-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşərək Quba şəhərinə gələrkən həmin avtomobildə sərnişin qismində gələn Zərərçəkmiş şəxs ona iş verən olması və camaatın avtomobilinə nəşə qoymasını deməsi ilə bağlı aralarında yaranmış mübahisəyə görə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Üç Gözəl» şadlıq sarayının yaxınlığında avtomobildən düşən Zərərçəkmiş şəxs arxasınca gedərək həmin şadlıq sarayının qarşısında yumruqla sifət nahiyəsindən iki dəfə vuraraq ona sol qaşın üzərində əzilmiş-cırılmış yara və sol göz orbiti ətrafında qançır-hemotomasından ibarət olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var vəiş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə tətbiq olunan islah işləri cəzası qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində hər ay qazancından 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. İslah işləri cəzasının əvvəli əmək haqqından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə xərcinin, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar