Məhkəmə qərarları › İş №1(027)-62/2021

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-62/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-62/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X10, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1996-cı ildə Quba rayonunun Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu Üçgün kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2000-ci ildə Quba rayonunun Üçgün kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu Üçgün kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2000-ci ildə Quba rayonunun Üçgün kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu Üçgün kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2003-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Quba rayonu Üçgün kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyi planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində həmin şəxslərlə birlikdə mağazanın yanma gələrək, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 mağazanın yanında dayanıb ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun özü ilə gətirdiyi vintaçanla həmin mağazanın pəncərəsini açmaqla saxlanc yeri hesab olunan mağazaya daxil olmuş, orada dolabın içərisindən 800 manat pul, 8 manatlıq danışıq kartı, 5 manat 40 qəpik dəyərində LD markalı siqaret, ümumilikdə Zərərçəkmiş şəxs 813 manat 40 qəpik dəyərində əmlakım gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə danışıb razılaşaraq Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyi planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində həmin şəxslərlə birlikdə mağazanın yanma gələrək, o və Təqsirləndirilən şəxs3 mağazanın yanında dayanıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə isə birlikdə sonuncunun özü ilə gətirdiyi vintaçanla həmin mağazanın pəncərəsini açmaqla saxlanc yeri hesab olunan mağazaya daxil olmuş, orada dolabın içərisindən 800 manat pul, 8 manatlıq danışıq kartı, 5 manat 40 qəpik dəyərində LD markalı siqaret, ümumilikdə Zərərçəkmiş şəxs 813 manat 40 qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da cinayət işi üzrə ibtidai araşdırma bitmiş hesab edilməklə iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 290.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyi planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində həmin şəxslərlə birlikdə mağazanın yanma gələrək, o və Təqsirləndirilən şəxs4 mağazanın yanında dayanıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun özü ilə gətirdiyi vintaçanla həmin mağazanın pəncərəsini açmaqla saxlanc yeri hesab olunan mağazaya daxil olmuş, orada dolabın içərisindən 800 manat pul, 8 manatlıq danışıq kartı, 5 manat 40 qəpik dəyərində LD markalı siqaret, ümumilikdə Zərərçəkmiş şəxs 813 manat 40 qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakım gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakım gizli olaraq talamaq məqsədilə həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə danışıb razılaşaraq Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməyi planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində həmin şəxslərlə birlikdə mağazanın yanma gələrək, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 mağazanın yanında dayanıb ətrafı müşahidə etmiş, o, isə Təqsirləndirilən şəxs1 ilə birlikdə onun özü ilə gətirdiyi vintaçanla həmin mağazanın pəncərəsini açmaqla saxlanc yeri hesab olunan mağazaya daxil olmuş, orada dolabın içərisindən 800 manat pul, 8 manatlıq danışıq kartı, 5 manat 40 qəpik dəyərində LD markalı siqaret, ümumilikdə Zərərçəkmiş şəxs 813 manat 40 qəpik dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı kənddə Adilin evinin yaxınlığında Adil, Cəmil və Teyyub ilə görüşmüş. Öz aralarında söhbət edən zaman Adil Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret oğurluq etməyi təklif etmişdir. Onlar da bu təkliflə razılaşmışdır. Hamı razılaşdıqdan sonra hər biri evinə getmiş, təxminən saat 23:30 radələrində evdən çıxıb Adilin evinin yaxınlığına gəlib uşaqlarla görüşmüşdür. Adilin evinin yaxınlığına gələn zaman Adil küçədə dayanıb gözləmiş və əlində vintaçan olmuşdur. Küçədə 5-10 dəqiqə gözləmişlər, Cəmil və Teyyub yanların gəlmişlər. Birlikdə Üçgün kəndindən körpüdən keçməklə Qəçrəş kəndinə gəlmişlər və mağazanın qarşısına çatan zaman təxminən saat 00:30 radələri olmuşdur. Adil və o, Cəmil ilə Teyyuba mağazanın ətrafında gözləmələrini və kiminsə gələcəyini gördükləri halda xəbər etmələrini tapşırmışlar. Cəmil və Teyyub razılaşmış və ətrafa nəzarət etmək üçün hər biri mağazanın ayrı tərəflərində dayanmışdır. Adil də gətirdiyi vintaçanla mağazanın giriş qapısının yanındakı plastik pəncərəni açmış və o, mağazaya daxil olmuş, ardınca da Adil mağazaya daxil olmuşdur. Onların məqsədi mağazadan siqaret oğurlayıb dördünün arasında bölüşdürmək olmuşdur. Mağazaya daxil olduqdan sonra o, piştaxtanın arxa hissəsinə keçmiş və oradan 2 qutu LD markalı siqaret götürüb cibinə qoymuşdur. Siqaret qutularının yanında açıq siyirmə olduğunu görmüş və içərisinə baxdıqda orada pullar olduğunu Adilə demiş. Adil də yanma gəlmiş və siyirmədə 1,5, 10, 20 və 50 manatlıq əskinaslar olmuşdur. O, ilk olaraq üzəri rezin ilə bağlanmış 1 manatlıq əskinaslar olan bağlamanı götürmüş və Adilə vermişdir, Adil də verdiyi pulları əynində olan gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra siyirmədə olan qalan pulları da götürüb Adilə vermiş, o da bu dəfə verdiyi pulları əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur. O, siyirmədə olan danışıq kartlarını da götürüb Adilə vermiş, Adil də danışıq kartlarını götürüb əynində olan şalvarın arxa cibinə qoymuşdur. Mağazadan çıxdıqdan sonra yaşadıqları Üçgün kəndinə gələrək oğurladıqları 800 manat pulu, danışıq kartlarını və siqareti aralarınfda bölərək yaşadıqları evə getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı kənddə Adilin evinin yaxınlığında Adil, Şəmsir və Teyyub ilə görüşmüş, aralarında söhbət edən zaman Adil Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret oğurluq etməyi təklif etmişdir. Onlar da bu təkliflə razılaşmışdır. Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret oğurlmaq qərarına gəlmişlər. Bu məqsədlə təxminən saat 23:30 radələrində Adilin evinin yaxınlığında görüşmüşlər. Adilin əlində vintaçan olmuşdur. Birlikdə Üçgün kəndindən körpüdən keçməklə Qəçrəş kəndinə gəlib və mağazanın qarşısına çatan zaman təxminən saat 00:30 radələri olmuş, Adil və Şəmşir ona və Teyyuba mağazanın ətrafında gözləməyi, kiminsə gələcəyini gördükləri halda xəbərdar etməyi tapşırmışdır. O və Teyyub hər birimiz ayrı istiqamətlərə getmiş, o, mağazadan qəbirstanlıq istiqamətində bir qədər getdikdən sonra yoldan gəlib-gedən olmasına nəzarət etmək üçün dayanmışdır. Şəmsir və Adilin mağazaya daxil olmalarını görməmişdir. Bir qədər küçədə gözləmiş və ətrafa nəzarət etməyə başlamış, mağazaya tərəf baxan zaman Şəmsirin və Adilin mağazanın pəncərəsindən çıxdıqlarını görmüş, onlar mağazadan çıxdıqdan sonra ona tərəfə gəlmişlər, ardıncada Teyyub gəlib çıxmışdır. Dördü birlikdə yaşadıqları Üçgün kəndinə gəlmişlər. Üçgün kəndi ərazisində Adilin və Şəmsirin mağazadan götürdükləri 800 manat pulu, danışıq kartlarını və 2 qutu siqareti öz aralarında bölüb evlərinə getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs4 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı kənddə Adil, Şəmsir və Cəmil ilə görüşmüş, söhbət zamanı Adil Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret oğurluq etməyi təklif etmişdir. Onlar da bu təkliflə razılaşmışdır. Bu məqsədlə təxminən saat 23:30 radələrində Adilin evinin yaxınlığına görüşmüşlər, birlikdə Üçgün kəndindən körpüdən keçməklə Qəçrəş kəndinə gəlib mağazanın qarşısına çatan zaman təxminən saat 00:30 radələri olmuşdur. Adil və Şəmsir ona və Cəmilə mağazanın ətrafında gözləməyi və kiminsə gələcəyini gördükləri halda onları xəbərdar etməyi tapşırmışlar. O və Cəmil onlarla razılaşmış və hər biri ayrı istiqamətlərə getmişlər, o, mağazadan məktəb istiqamətində bir qədər getdikdən sonra yoldan gəlib-gedən olmasına nəzarət etmək üçün dayanmışdır. Şəmsir və Adilin mağazaya daxil olmalarını görməmiş, bir qədər küçədə gözləmiş və ətrafa nəzarət etməyə başlamış, mağazaya tərəf baxan zaman Adil və Şəmsir mağazanın pəncərəsindən çıxaraq onların yanma gəlmişlər. Bundan sonra onlar yaşadıqları Üçgün kəndinə gələrək Adil və Şəmsirin mağazadan oğurladıqları 800 manat pulu, danışıq kartlarını və 2 qutu siqareti öz aralarında bölüb yaşadıqları evə getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı kənddə evinin yaxınlığında Şəmsir, Cəmil və Teyyub ilə görüşmüş, aralarında söhbət edən zaman o, Quba rayonu Qəçrəş kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret oğurluq etməyi təklif etdikdə uşaqlar onun təklifi ilə razılaşmışlar. Bundan sonra, həmin gün saat 23:30 radələrində yaşadığı evdən 1 ədəd vintaçan götürərək uşaqlarla görüşmək üçün evdən küçəyə çıxmışdır. Küçədə 5-10 dəqiqə gözlədikdən sonra Şəmsir, Cəmil və Teyyubla görüşüb birlikdə Üçgün kəndindən körpüdən keçməklə Qəçrəş kəndinə getmişlər. Mağazanın qarşısına çatan zaman təxminən saat 00:30 radələri olmuş, Şəmsir və o, Cəmil ilə Teyyuba mağazanın ətrafında gözləmələrini və kiminsə gələcəyini gördükləri halda onlara xəbər etmələrini demişlər. Cəmil və Teyyub onlrala razılaşdıqdan sonra, hər biri mağazanın ayrı tərəflərində dayanıb ətrafa nəzarət etməyə başlamışlar. O da özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısının yanındakı plastik pəncərəni açmış və Şəmsir ilə birlikdə mağazaya daxil olmuşlar.Onların məqsədi mağazadan siqaret oğurlayıb dördünün arasında bölüşdürmək olmuşdur. Mağazaya daxil olduqdan sonra, Şəmsir piştaxtanın arxa hissəsinə keçmiş və oradan 2 qutu LD markalı siqaret götürüb cibinə qoymuş, siqaret qutularının yanında açıq siyirmə olduğunu görüb və içərisinə baxdıqda orada pullar olduğunu ona demişdir. O da Şəmsirin yanına gəlmiş və siyirmədə 1 manatlıq, 5 manatlıq, 10 manatlıq, 20 manatlıq və 50 manatlıq əskinaslar və danışıq kartları olmuşdur. Şəmsir pulları və danışıq kartlarını götürüb ona vermiş və onlar mağazaya daxil olquqları pəncərədən çıxaraq Cəmil və Teyyubun yanına gedərək oradan yaşadıqları Üçgün kəndinə gəlmişlər.Orada mağazadan götürdüklər 800 manat pulu, danışıq kartlarını və siqareti öz aralarında bölərək yaşadılaqrı evə getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, yetkinlik yaşına çatmayan şəxs olmasını bildirib məhkəmədən göstərilənləri nəzərə almağı xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu Qəçrəş kəndində yaşadığı evin qarşısında özünə məxsus ərzaq mağazası vardır. Həmin mağazanı təxminən 2 ildir ki, işlədir. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 23:30 radələrində mağazanın qapısını bağlayıb yaşadığı evə getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər-səhər saat 08 radələrində mağazanın qarşısına gələrək mağazanın qapısını açmaq istədikdə giriş qapısının yanındakı pəncərənin açıq olduğunu görmüşdür.Açarla qapını açıb mağazaya daxil olduqda ona məlum olmuşdur ki, alver pullarlını saxladığı siyirmədən 800 manat pul, 4 ədəd 1 manatlıq sim danışıq kartı, 2 ədəd 2 manatlıq danışıq kartı və hər biri 2,70 qəpik dəyərində olan 2 qutu LD markalı siqaret mağazadan oğurlanmışdır. Mağazadan baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermiş və polis əməkdaşları mağazaya gəlib baxış keçirmişdirlər. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 813 manat 40 qəpik ziyan dəymişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs oğl təqsirləndirilən şəxslər tərəfində ona vurulmuş ziyan tam ödənildiyini, onlara qarşı şikayət və tələbi olmadığını bildirib, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/621R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Quba rayonu Qəçrəş kəndində yerləşən vət. Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd əl barmaq və 02 ədəd ovuc izləri şəsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl barmaq izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Quba RPŞ-dən daxil olan) xx.xx.2003- cü il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 03 ədəd əl barmaq və 02 ədəd ovuc izləri ilə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əl barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətləini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 460 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Quba RMX-nın konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəsinin xx.xx.2020ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Bədəlov X2 yaşayır və onun 1964-cü il təvəllüdlü atası X18, 1966-cü il təvəllüdlü anası X14, 1991-ci il təvəllüdlü qardaşı X19 və 1993-cü il təvəllüdlü qardaşı X11 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəsinin xx.xx.2020ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Bədirov X4 yaşayır və onun 1972-ci il təvəllüdlü atası X20, 1976-cı il təvəllüdlü anası X12, 1995-ci il təvəllüdlü qardaşı X13 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəsinin xx.xx.2020ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Abdullayev X3 yaşayır və onun 1969-cu il təvəllüdlü atası X15, 1977-ci il təvəllüdlü anası X9, 2001-ci il təvəllüdlü qardaşı X6 ibarət ailə tərkibi vardır. Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəsinin xx.xx.2020ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Babayev X5 yaşayır və onun 1982-ci il təvəllüdlü anası X17, 2002-ci il təvəllüdlü bacısı X7 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri 4 saylı Peşə Litseyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin litseyində oxuyur və təhsil yeri üzrə müsbət xarakterizə olunur. İş materialında xx.xx.2020-ci il tarixli şəxsiyyət təsdiq edən sorğunun tərtibatından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2003-cü il tarixdə Quba rayonunda anadan olmuş və Quba rayonu Üçgün kəndində qeydiyyatdadır. İş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və buna görədə onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və cinayət əməlini törətməsini etiraf edib, bu əməlin törətməsindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının CM-nin 20.2-ci maddəsinə əsasən On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa,zorlamağa,seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məjəllənin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunan cinayət əməllərini xx xxxxxxx 2020-ci il tarixdə, yəni 16 yaşında törətmişdir. Hazırda Təqsirləndirilən şəxs2 oğlu 17 yaşında olmaqla yetkinlik yaşına çatmayan şəxsdir, onun törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir, o, ilk dəfə cinayət törətmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, zərər çəkmiş şəxslə barışıq əldə edilmiş, sonuncunun onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Mə Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, törədilmiş cinayət əməlinin ictimaitəhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam ödəmələrini, barışıq əldə etdiklərini, yaşayış yeri və təhsil adlığı yer üzrə müsbət xarakterizə olunmasını, onun gələcəkdə psixi, əxlaqi və mənəvi inkişafını və işin digər hallarını nəzərə alıb tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunmasını mümkün hesab edərək barəsində Azərbaycan Respublikasının CM-nin 88-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad olunmasını, həmin Məcəllənin 88.2.2-ci maddəsinə əsasən barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiq edilməsini və həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən valideynlərinin üzərinə Təqsirləndirilən şəxs2 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması növündə cəza əyin edildiyindən, onların barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunduğundan onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edillməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 aid hissədə Quba rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon İH başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və hüquqlarının müdafiəsi komissiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: 1).Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. 2). Təqsirləndirilən şəxs4 üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 3).Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayon İcra və probasiya şöbəsinə məlumat vermədən saat 24:00-dan 07:00-dək yaşadığı Quba rayonu Üçgün kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 4).xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsi tədbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikasının CM-nin 87.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 valideynlərinin üzərinə Təqsirləndirilən şəxs2 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 aid hissədə Quba rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə Quba rayon İH Başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və hüquqlarının müdafiəsi komissiyasına həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 78 (yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar