Məhkəmə qərarları › İş №1(027)-63/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-63/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-63/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1987- cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xx.xx.1982- ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində icarəyə götürərək işlətdiyi Quba şəhəri, Vaqif küçəsində yerləşən ictimai yer hesab olunan “Limon” çay evinə gələrək, onu nalayiq ifadələrlə təhqir edərək 30 manat borcunu tələb edən Təqsirləndirilən şəxs2 sakitləşdirməyə çalışaraq kafedə istirahət edən müştərilərin narahatçılığının pozulmasının qarşısını almaq məqsədi ilə çay evinin həyətinə apardıqdan sonra aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs2 ağız nahiyəsinə yumruqla bir zərbə vurmuş, bundan sonra yerdən götürdüyü dəmir alətlə baş və bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə endirməklə Təqsirləndirilən şəxs2 alt dodağın selikli qişasında qançır-qansızma və əzilmiş . yara, sol qulağın arxasında əzilmiş-cırılmış yara, sol əlin İ barmağının iç səthində yumşaq a toxumanın əziyi və qançırı, sol budun aşağı 1/3-nin ön iç səthində qançırdan ibarəti sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına, yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən ictimai yer hesab olunan “Limon" çay evinə müştəri qismində gəlib bir qədər spirtli içki qəbul etdikdən sonra alkogol sərxoşluğu vəziyyətində həmin çay evini işlədən tanışı Təqsirləndirilən şəxs1 ona 30 manat borclu qaldığını bildirərək Təqsirləndirilən şəxs1 ünvanına ucadan nalayiq ifadələr işlətməkə ətrafdakı şəxslərin narahatlığına və çay evinin normal iş fəaliyyətinin pozulmasına səbəb olmaqla oraya gələn Təqsirləndirilən şəxs1la mübahisə etmiş, sonuncunun çayxananın içərisində sakitliyi bərpa etmək məqsədilə onu heyətə çıxardıqdan sonra mübahisəni davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan münaqişəyə çevrilməsinə zəmin yaratmaqla cəmiyyət arasında formalaşmış birgəyaşayış və davranış qaydalarına etinasızlıq edərək özünü cəmiyyətin fövqündə qoyaraq öz “üstünlüyünü” nümayiş etdirmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağından silah qismində istifadə edərək Təqsirləndirilən şəxs1 üzərinə hücum etməklə ona zor tətbiq edəcəyi ilə hədələmiş, kənar şəxslərin, o cümlədən hadisə yerinə gələn Quba RPŞ-nin PPX-nin polis əməkdaşları Şahid4 və Şahid3 onları sakitləşdirmək cəhdlərinə baxmayaraq daha da azğınlaşaraq Təqsirləndirilən şəxs1 baş nahiyəsinə yumruqla vurmaqla fiziki zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və silah qismində istifadə olunan əşyadan istifadə etməklə belə zorun tətbiq ediləcəyi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Kamran ona zəng edərək, işlətdiyi “Limon" kafesinə gəlmək istədiyini bildirmiş və o Kamrana evdə olduğunu, kafeyə getməsini, özünün də yemək yeyib kafeyə gələcəyini bildirmişdir. Həmin vaxt Mahir ona zəng edərək, təhqiramiz ifadələr işlədərək borcunu tələb etməyə başlamışdır. O da Mahirə kafedə narahatçılıq yaratmamasını tezliklə kafeyə gələcəyini bildirmiş və evdən çıxaraq kafeyə getmişdir. Kafeyə daxil olanda Mahirin, tanışları Xalıq və Kamranla birlikdə olduğunu görmüşdür. Mahir orada pivə içmiş və sərxoş olmuşdur. O Mahirə yaxınlaşaraq bildirmişdir ki, “telefonla zəng edərək məni niyə təhqir etdin və burada səs-küy salaraq müştəriləri niyə narahat edirsən". Mahir üzərinə qışqıraraq “30 manat pulumu ver!” dediyi zaman, aralarında söz mübahisəsi yaranmışdır. Bu zaman Mahir ayağa qalxaraq təkrar-təkrar ətrafdakı şəxsləri narahat edəcək şəkildə nalayiq ifadələr işlətməklə ona “səndən borcumu tələb edirəm, borcumu ver.!" demiş və sonra da müştərilərə üzünü tutaraq “yeyin-için və gedin, hesabınız mənim tərəfimdən, ödənilibdir, çünki Sərraf özü mənə pul borcludur" deməyə başlamışdır. Buna görə o müştərilər narahat olmasın deyə Mahirə kafenin həyətində söhbət etməyi təklif etmiş və birlikdə kafenin həyətinə çıxmışlar. Onlarla birlikdə Natiq, Kamran və Xalıq da çölə çıxmışdır. O, Mahiri kafenin arxa tərəfinə aparmış, orada Mahirə “nə məsələdir dünən də gəlib kafedə hesabı ödəmədən getmisən və bu gündə gələrək burada problem yaradırsan, müştəriləri narahat edirsən” demişdir. Mahir sərxoş halda üzərinə gələrək onu söymüş, əl-qol atmağa başlamışdır. O Mahiri itələsə də, Mahir əl çəkməmiş və buna görə Mahirin ağız nahiyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. Mahir cibindən cib bıçağını çıxardıb hədə-qorxu gələrək üzərinə hücum edən zaman özünü müdafiə etmək üçün yerdən götürdüyü təxminən 40 sm uzunluqda dəmir karniz turbası ilə Mahirin başının sol tərəfindən bir dəfə, sol bud hisəsindən də bir dəfə zərbə endirmişdir, Mahir arxa tərəfdəki dəmir hasara toxunmuş, lakin yerə yıxılmamışdır. Bunu görən ətrafdakı şəxslər, Natiq, Xalıq, Kamran və baş ofisiant Aybəniz onları ayırmışdır. Xalıq, Aybəniz və Natiq onu kafenin içərisinə aparmışdır. O artıq sakitləşmişdir və mübahisəni davam etdirməmişdir. Kamran da Mahiri çöldə saxlayaraq sakitləşdirməsinə baxmayaraq, Mahir kafenin içərisinə girmək istəmiş və onu çölə çağırmış və yüksək səslə söymüşdür. Bıçaq da əlində olmuşdur. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gələrək, onu və Mahiri polis şöbəsinə aparan zaman Mahir, polis əməkdaşlarının gözü qarşısında yumruq zərbəsi ilə bir dəfə onun baş nahiyəsindən vurmuşdur. Polis əməkdaşları Mahiri sakitləşdirmişlər və onları Quba RPŞ-yə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu, Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etdiyini bildirib, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,xx.xx.2020-ci il tarixdə saat 18 radələrində tanışı Pərvizlə “Limon” kafesinə getmiş, orada əyləşib pivə içmiş, onlardan başqa orada başqa müştərilər də olmuşdur. Kafeni Aybəniz adlı xanım idarə etmişdir, Aybənizə demişdir ki, “pulum yoxdur, Sərrafın mənə olan 30 manat borcu dəyərində yeyib-içəcəyəm. Çünki Sərraf başqa cür borcunu ödəməkdən yayınır”. Aybəniz iki bakal pivə vermiş, o və Pərviz pivə içmişlər, daha sonra çay içmişlər. Onların stoluna yaxın stulda tanıdığı Xalıq adlı şəxs oturmuşdur. Pivə ona tez təsir etdiyindən sərxoş olmuşdur. Artıq saat 19 radələri olmuş, Sərrafa zəng etmiş və Sərrafdan borcunu tələb etmiş və ona “başqa vaxt söhbət edərik" deməsindən əsəbiləşib, Sərrafı söymüş və yenidən borcunu verməsini tələb etmişdir. Sərraf da əsəbi halda harada olmağını maraqlanmış, o da işlətdiyi “Limon" kafesində olduğunu bildirmiş, Sərraf da kafeyə tezliklə gələcəyini və onun orada gözləməsini bildirmişdir. O da həmin vaxt əsəblərini cilovlaya bilməmiş və kafedə oturan üzdən tanıdığı, lakin adını unutduğu müştərilərdən birinə pulunu ödədiyini, kafenin sahibinin ona borclu olduğunu demiş və pul ödəmədən getməsini bildirmişdir. Həmin şəxs də öz hesabını ödəyərək kafedən ayrılaraq getmişdir. Bir neçə dəqiqədən sonra kafeyə əvəllər tanıdığı, düşmənçilik və ədavətinin olmadığı Kamran və Natiq girmişlər, ardlarınca ilə də Sərraf kafeyə daxil olmuşdur. Sərraf onun əyləşdiyi stola yaxınlaşmış, yüksək səslə üzərinə qışqıraraq “dur çölə çıx, sənin başına oyun açacağam” demişdir. Bunu ətrafdakılar da eşitmiş və kafenin müştəriləri bir-bir kafeni tərk etməyə başlamışlar. O isə heç yerə getməyəcəyini, söhbəti burda etməsini bildirmiş və təkrar olaraq Sərrafdan borcunu istəmişdir. Sərraf qolundan tutmuş, onu dartaraq çölə çıxmağını, müştəriləri narahat etməməsini bildirmişdir. Bu zaman ətraflarına Kamran, Xalıq və Natiq də toplaşmışlar. Həmin vaxt Pərviz orada olmamışdır. Ətraflarına toplaşan şəxslər onları sakitləşdirməmişdir. O da söhbət etmək üçün Sərrafla getmiş, onlar kafedən çıxmışlar, Sərraf onu ardınca kafenin arxasına aparmışdır. Orada onu söymüş, o da Sərrafı söymüş və həmin vaxt aralarında mübahisə yaranmışdır, yuxarıda qeyd etdiyi şəxslər də hadisə yerinə gəlmişlər. Bu zaman Sərraf ağız nahiyəsinə yumruqla bir dəfə zərbə endirmiş və o geriyə getmişdir. Həmin vaxt Sərrafı qorxutmaq üçün cibindən bıçağı çıxardaraq üzərinə getmiş və Sərraf onu yerdən götürdüyü təxminən uzunluğu 1 metrə yaxın dəmir parçası ilə sol baş nahiyəsinə iki zərbə endirmiş, o əyilmiş və hasara dəyərək dayanmışdır. Sərraf təkrar dəmir parçası ilə onu vurmaq istəyərkən dəmir sol əlinə dəymiş və Sərraf vurmağı dayandırmış, həm də ətrafda olan şəxslər onları ayırmışlar. O hadisə yerindən uzaqlaşaraq kafeyi qayıtmışdır. Sərraf da arxasınca gəlmiş, əlində dəqiq bilmədiyi bıçaq görmüşdür. Lakin həmin bıçaqla isə Sərraf onu vurmamışdır, nə dəki ona qarşı hədə-qorxu gəlməmişdir! Bıçağı həmin vaxt Sərrafın əlindən Aybəniz götürmüşdür. Yenidən kafenin daxilində bir-birlərini nalayiq ifadələrlə söymüşlər. Sərraf ondan kafedən çıxmağını tələb ertmiş, o da Sərrafa “pulumu ödəməsən heç bir yerə getməyəcəyəm” demişdir. Sonda o hadisə yerinə gələn polis əməkdaşlarına şikayətini bildirmiş, onları polis əməkdaşları polis şöbəsinə dəvət edərkən qəzəbinin soyuması üçün hadisə yerində Sərrafı nalayiq ifadələrlə təqir edərək başından bir dəfə yumruqla vurmuşdur. Polis əməkdaşları onları sakitləşdirmişlər və polis şöbəsinə aparmışlar. Polis şöbəsində cibində saxladığı bıçağı təhqiqatçıya təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu, Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etdiyini bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən DİO-da xidmət etmiş və polis serjantıdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Quba şəhəri Vaqif küçəsində təhkim olunmuş dislokasiya üzrə Quba RPŞ-nin PPXB-nin manqa komandiri Şahid5 və PPXB-nin polis nəfəri Şahid4la xidməti avtomobillə marşurut üzrə xidmət apardıqları zaman Quba şəhəri Vaqif küçəsində yerləşən “Limon” kafesinin həyətində dava-dalaş olduğunu görmüşlər və hadisə yerinə yaxınlaşmışlar. Həmin vaxt Sərraf və Mahirin mübahisə etdiklərini görmüşlər, həmin şxsələrə özlərini təqdim etmişlər, hər birini nizam-intizama dəvət etmişlər. Hadisə yerinə tanımadıqları şəxslər toplaşmışdır və həmin şəxslər Sərraf və Mahirin mübahisəsini izləmişlər. Həmin vaxt Mahir sərxoş olmuş və Sərrafı nalayiq ifadələrlə təhqir etmişdir və əlində də bıçaq olmuşdur. Onlar Mahirin əlindən bıçağı dərhal almışlar və Sərraf və Mahiri polis şöbəsinə dəvət etmişlər, həmin vaxt Mahir sakitləşmək bilməyərək, Sərrafı nalayiq ifadələrlə təhqir etməklə qəflətən Sərrafın baş nahiyəsindən yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Onların müdaxiləsi nəticəsində hər biri xidməti avtomobilə əyləşdirilərək araşdırma aparılmasından ötrü Quba RPŞ-yə gətirilmişdir və hadisə barədə raportla rəhbərliyə məlumat vermişdir. Məhkəmədə Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin yanvar ayının əvəllərindən tanımışdır. Sərrafla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə əvəllər tanımamışdır. xx.xx.2020-ci il tarixdə Quba şəhərinə iş axtarmaq məqsədi ilə getdiyi zaman, Sərrafla tanış olmuş və Sərraf onu işlətdiyi Quba şəhəri Vaqif küçəsində yerləşən “Limon” kafesində baş ofisant olaraq gündəlik 20 manata işləməyə dəvət etmişdir. O da razılaşmış və xx.xx.2020-ci il tarixdən həmin kafedə baş ofisant olaraq işləməyə başlamışdır. Sərraf özü kafedə daimi olmamış, iki gündən bir kafeyə gələrək hesabat apardıqdan sonra getmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Mahir ardıcıl olaraq 3 dəfə kafeyə gələrək Sərrafın ona borcu olduğunu bildirməklə pulunu vermədən pivə içərək getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində həmin kafedə olmuş və 6-7 nəfərə yaxın tanımadığı müştərilərə xidmət göstərmişdir. Həmin vaxt Mahir sonradan tanıdığı Pərvizlə gələrək kafenin zalında əyləşmişlər, həmin vaxt Mahir pivə sifariş verərək 3 bakal pivə içmişdir. Mahir artıq sərxoş olmuşdur və davranışları ilə və yüksək səslə danışmaqla müştəriləri narahat etməyə başlamışdır. Kafeyə əvəllər tanıdığı Kamran, daha sonra Xalıq və Natiq gəlmişlər. Həmin vaxt Mahir hər kəsin eşidə biləcəyi yüksəs səs tonu ilə Sərrafın ona pul borclu olmasını, müştərilərə üzünü tutaraq pulsuz yeyib-içmələrini bildirmişdir. Daha sonra da Sərraf barəsində xoşagəlməz sözlər danışmağa başlamışdır. O da Mahirə yaxınlaşmış, sakit qalmasını bildirmişdir. Mahir isə ondan yenə də pivə tələb etməyə başlamış, əmrlə pivə gətirməyini tələb etmişdir. O da bu barədə Sərrafa zəng edərək məlumat vermişdir. 5-10 dəqiqədən sonra Sərraf kafeyə daxil olaraq Mahirə səs-küy salaraq müştəriləri narahat etməməsini bildirdikdə, Mahir Sərrafı nalayiq ifadələrlə söyməyə və borcunu söyüşlərlə tələb etməyə başlamışdır. Mahirin xoşagəlməz davranışlarına görə müştərilər narahat olaraq kafedən çıxmışlar. Sərraf Mahiri dilə tutaraq kafedən həyətə aparmış, ardınca da o, Xalıq, Natiq və Kamran getmişlər. Kafenin həyətində Sərraf Mahirlə söhbət edərək, evə getməsini xahiş edən zaman Mahir Sərrafı təkrar söyməyə başlamış və qarşılıqlı söyüşən zaman Sərraf Mahiri yumruq zərbəsi ilə vurmuş və Mahir cibindən bıçaq çıxardaraq Sərrafı uca səslə söyərək üzərinə gedən zaman Sərraf özünü müdafiə etmək üçün yerdən götürdüyü təxminən 40 sm uzunluqlu dəmir parçası ilə Mahirin başına və bədəninə vuraraq sonuncunu özündən uzaqlaşdırmışdır. O və oradakı şəxslər Sərrafı saxlamışlar, onları sakitləşdirrməyə çalışan zaman, Mahir yenə də əlində bıçaqla Sərrafın üzərinə gəlmək istəmişdir. O və oradakı şəxslər Sərrafı kafenin içərisinə aparmışlar, Mahir də yenə onların ardınca kafeyə daxil olmuşdur.Orada Sərrafı saxlamışlar və mübahisə dayanmışdır. Mahir isə Sərrafı qışqıraraq çağırmış, mübahisəni davam etdirmək istəmişdir. Daha sonra polis əməkdaşları gələrək Sərraf və Mahiri Quba RPŞ-yə aparmışlar. İş üzrə təyin olunmuş məhkəmə tibb ekspertizasının 21.01,2020-ci il tarixli 94 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər - alt dodağın selikli qişasında qançır-qansızma və əzilmiş yara, sol qulağın arxasında əzilmiş-cırılmış yara, sol əlin İ barmağının iç səthində yumşaq toxumanın əziyi və qançırı, sol budun aşağı 1/3nin ön iç səthində qançırdan küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, xx.xx.2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddət pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə təyin olunmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/57 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman istifadə etdiyi bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba rayon Mərkəzi xəstəxanasının sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2020-ci il tarixli 51 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkogol sərxoşluğu vardır. İş materiallarında Quba rayon Mərkəzi xəstəxanasının sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2020-ci il tarixli 52 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 alkogol sərxoşluğu yoxdur. İş materiallarında Quba Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2020-ci il tarixli 247 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Quba Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında Quba rayon İHB Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 24 saylı arayışında və 244 saylı xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2, ünvan 4 mən.24 ünvanında qeydiyyatdadır və barəsində icra nümayəndəliyinə hər-hası şikayət və narazıçılq daxil olmamışdır. İş materiallarında Quba rayon İHB Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 245 saylı arayışında və 246 saylı xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1, ünvan 5 ünvanında qeydiyyatdadır və barəsində icra nümayəndəliyinə hər-hası şikayət və narazıçılq daxil olmamışdır. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxüs qismində tulmuşdur. İş materialında olan xx.xx.2020-ci il tarixli polisin nəzarati altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarati altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxüs qismində tulmuşdur. İş materialında olan xx.xx.2020-ci il tarixli polisin nəzarati altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarati altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəndən həmin Məcəllənin 128-ci maddəsinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 cinayət əçəlini törətdiyi zaman istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinarlı, söyuq silah hesab edilməyən bir ədəd bıçağı maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməsi və saxlanması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmışıdr və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmışıdr və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi iləvə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı, şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinəəsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmişicraatmaterialıüzrəicraataCinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir.Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, tutduğu əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cüiltarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəzatəyinedilməsiməsələsinimüzakirəetməlidirlər. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadliqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasini mümkün sayirsa, həmin cəzanin şərti olaraq tətbiq edilməsi haqqinda qərar çixara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddətinin hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmasını, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilib, ona sınaq müddəti təyin edilməsini, həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasını, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiqhesabedir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan, müştərək qaydada 64 (altmış dörd) manat ekspertiza xərci tutulubAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan bir ədəd turist bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək, Təqsirləndirilən şəxs2na 1 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2barəsində seçilmişpolisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkdəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müştərək qaydada,64 (altmış dörd) manat ekspertiza xərci tutulubAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan bir ədəd turist bıçağı məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar