Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-63/2022 18.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qonşusu Şahid1 psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulmasından bir necə gün sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 bacısı Şahid3 xahişi ilə onların yaşadığı evə gedib Şahid1 şəxsi əşyalarına baxarkən sonuncuya məxsus 10,910 qram çəkidə psixotrop maddə metamfetaminın gizlədildiyini görüb qabaqcadan vəd etmədən Şahid1 məxsus psixotrop maddə metamfetamini gizlətmək məqsədilə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı evə daşıyaraq həyətində yerləşən yardımçı tikilidə saxlamış, 13 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ona məxsus həmin yardımçı tikilidə baxış keçirilərkən orada 01 ədəd “Magna” adlı siqaret qutusundakı 01 ədəd şəfaf selofan bükümdə təmiz çəkisi 10,910 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayında axşam vaxtı Quba şəhəri Nizami parkında gəzişərkən yerdən kağız parçasına bükülmüş bükülü tapmış və götürüb içərisinə baxdıqda orada qurudulmuş marixuana kütləsini görmüşdür. Həmin bükülünü yaşadığı ünvanda yerləşən yarımtikiliyə gətirərək orada ikinci mərtəbədə olan çarpayının üstündəki döşəkçənin altına qoymuşdur ki, nə vaxtsa istifadə etsin. O, Şahid1 şəxsən tanıyır. Allahmuradın bacısı Ayşənlə əvvəllər bir yerdə işləmişdir. Allahmurad və ailəsi onun yaşadığı binanın həyətində özünə məxsus anbar kimi istifadə etdiyi yarımtikili olduğunu bilmişlər, Allahmuradın bacıları onların evində təmir işləri getdiyini üçün Allahmurada və onun Peyman adlı dostuna məxsus əşyaları ona məxsus yarımtikili də saxlamasını xahiş etmişlər. O etiraz etməmişdir. 2021-ci ilin sentyabr ayının əvvələrində onların evinə getmiş və evin təmir olunan otağındakı saxlanılan əşyalarına baxmışdır. Bu zaman evin təmir olunan otağında ayrıca bir yerə yığılmış 01 ədəd sellofan torbada ağ rəngli “Magna” siqaret qutusu, telefon qutusu, alışqan və digər xırda əşyalar (məsələn maşın faraları, qara “plyonkarlar” və s.) görmüş, o həmin vaxtı “Magna” siqaret qutusunun içərisinə baxdıqda onun içərisində şəffaf rəngli sellofan parçasına bükülmüş bükülü olduğunu, bu bükülünü də açıb içərisinə baxan zaman orada psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal şəkilli kütlə olduğunu aşkar etmişdir. Bu zaman qərara gəlmişdir ki, metamfetamin olan bükümü götürüb özünə məxsus yarımtikiliyə aparsın. Həmin metamfetamini özünə məxsus yarımtikiliyə aparan zaman Sevil bir neçə dəfə ondan siqaret qutusunu nə üçün apardığını soruşduqda həmin bükülüdəki narkotik vasitə olduğunu demişdir. Sevil ondan narkotik vasitəni nə edəcəyini soruşduqda “həmin narkotik vasitə artıq yoxdur” deyə ona cavab vermiş və bununla da onların evindən aşkar etdiyi həmin kütləni məhv etmək istədiyini bildirmişdir. O, metamfetamini özünə məxsus yarımtikiliyə gətirib orada birinci mərtəbədə olan otaqdakı televizor altlığının içərisinə qoymuşdur. Metamfetamini götürməkdə məqsədi məhv etmək olmuşdur. Ondan heç kimə satmamış və verməmişdir. Sonradan başı şəxsi işlərə və problemlərə qarışdığı üçün metamfetamini məhv etmək yadından çıxmış və beləcə həmin bükülü yarımtikilinin birinci mərtəbəsində olan televizor altlığında qalmışdır. 13 oktyabr 2021-ci il tarixdə axşam saatlarında qonşusu X7 ilə birlikdə yarımtikiliyə gedib içki içən zaman yarımtikiliyə polis əməkdaşları gəlmiş və ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğuna görə üzərində şəxsi axtarış və ona məxsus yarımtikiliyə baxış keçiriləcəyini bildirmişlər. O bununla bağlı etirazı olmadığını bildirdikdən sonra, şübhəli şəxs kimi ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları tərəfindən ona məxsus yarımtikiliyə baxış keçirilməsinə başlanılmış, həmin vaxt polis əməkdaşları yarımtikilidə narkotik olub-olmamamasını soruşanda o, televizor altlığının içərisindən Allahmuradın evindən gətirdiyi 01 ədəd “Magna" markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim edərək onun içərisində psixotrop maddə metamfetamin olduğunu söyləmişdir. Polis əməkdaşları tərəfindən siqaret qutusu açılmış, qutunun içərisindən şəffaf sellofan parçasına bükülmüş bükülü və həmin bükülü açıldıqda içərisində kristal şəkilli metamfetamin kütləsinin olduğu aşkar edilmişdir O, həmin vaxt tutulmaqdan qorxduğu üçün polis əməkdaşlarına metamfetamin kütləsindən məlumatının olmadığını bildirmiş, kimə məxsus olması barədə heç nə deməmişdir. Aşkar edilmiş kristalşəkilli metamfetamin kütləsi elektron tərəzidə çəkilərək ayrıca kağız zərfdə qablaşdırılmışdır.. Bundan başqa baxış zamanı televizorun üstündəki dəmir qabın içərisində təxminən 06 ədəd boş iynələr aşkar edilmiş, o həmin iynələrin özünə məxsus olmasını və onlardan qapıları yağlamaq üçün istifadə etdiyini demişdir. Eləcə də baxış zamanı oradan 02 ədəd elektron tərəzi də aşkar edilərək götürülmüş, o polis əməkdaşlarına tərəzilərin Allahmurada məxsus olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən yarımtikilinin ikinci mərtəbəsinə baxış keçiriləndə isə orada olan çarpayının üstündəki döşəkçənin altından 01 ədəd kağız bükülüdə saxladığı qurudulmuş marixuana aşkar edilmişdir. O yenə polis əməkdaşlarına yalan söyləyib həmin kütlədən də məlumatı olmadığını bildirmişdir. Bu kütlədə elektron tərəzdə çəkilərək kağız zərfə qoyularaq qablaşdırılmışdır. O, psixotrop maddə metamfetamini ağ rəngli “Magna" siqaret qutusunun içərisində Allahmuradın evindən gətirmiş olsa da həmin kütləni ona nə Allahmurad, nə də Peyman verməmişdir. Bu barədə Allahmuradla və Peymanla qabaqcadan danışığı və razılaşması olmamışdır. Həmin metamfetamini yarımtikilidə televizorun altlığında taxta yeşiyinin içərisində qoyub saxlamışdır. Onu Allahmuradın evindən götürüb özünə məxsus yarımtikiliyə aparıb saxlamaqda məqsədi gələcəkdə onu məhv etmək olmuş, lakin bunu unutmuş və həmin büküm televizorun altlığında qalmışdır. Həmin metamfetamini özünün yarımtikili də saxlamaqda heç bir maddi marağı və mənfəəti olmamışdır. Qurudulmuş marixuananı isə 2021-ci ilin iyun ayında axşam vaxtı Quba şəhəri Nizami parkında gəzişərkən yerdən tapmış, həmin narkotik vasitəni yarımtikiliyə gətirib saxlamaqda məqsədi isə onu istifadə etmək istəyi olmuşdur. Lakin onu da istifadə edə bilməmişdir. Allahmuradın evində görüb götürdüyü həmin metamfetaminin qanunsuz olduğunu və onu saxlamağa görə məsuliyyət yaranacağını bilsə də onu məhv edəcəyini və onu saxladığını heç kimdə bilməyəcəyini düşünmüşdür. Tutulmaqdan qorxduğu üçün polis və digər rəsmi orqanlara həmin metamfetamini Allahmuradgildən aşkar etdiyini, eləcə də Allamurada məxsus olduğunu deməmişdir. Şahid2 isə tanımır. Onun Allahmuradın dostu olduğunu Allahmuradın bacılarından eşitmişdir. Allahmuradgildə saxlanılan əşyalardan yalnız maşın çexolu Peymana, yerdə qalan xırda əşyalar, o cümlədən taxta yeşikdə yığılmış əşyalar Allahmurada məxsusdur. Lakin Peymanın həmin yarımtikilidə saxladığı metamfetamin kütləsinə hər hansı aidiyyətinin olması, eləcə də bu metamfetaminin Peymana məxsus olması barədə onun məlumatı yoxdur. O Allahmuradgildə aşkar etdiyi metamfetamin bükümü də həmin “Mağna” siqaret qutusunda Allahmuradın öz əşyaları arasında olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və xəstə olamasını nəzərə alaraq məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında dostu Peyman onlara gələrək bir neçə dəst avtomobil çexolunu, kağız qutuda avtomobil farasını, starter avtomobil açarı üçün çanta, digər xatırlamadığı xırda əşyaları, eləcə də ağ rəngli “Magna” siqaret qutusunu ona saxlamağa vermişdir. Peyman ona “Magna” markalı siqaret qutusunun içərisində pşixotrop maddə metamfetamin olduğunu demiş və həmin metamfetamini evlərində saxlamasını ondan xahiş etmiş, münasib müştəri tapdıqda metamfetamini satıb pul əldə edəcəyini bildirmişdir. O, Peymanla razılaşmış və onun verdiyi pşixotrop maddə metamfetamini yaşadığı evdə saxlamışdır. Ona məxsus əşyaları götürüb bir hissəsini evin həyətinə, bir qismini, o cümlədən də içərisində pşixotrop maddə olan metamfetamini evlərinin təmir olunan otağına qoymuşdur. 23 avqust 2021-ci il tarixdə tutulduğunda həmin metamfetamin onun evdə qalmışdır. Peyman metamfetamini ona saxlamaq üçün verdikdə həmin metamfetamini satdıqdan sonra ona pul verəcəyini vəd etməmişdir. Metamfetamini saxlamaqda onun maddi marağı olmamışdır. O eləcə də Peymanın verdiyi pşixotrop maddə metamfetamindən istifadə də etməmişdir. Onun həmin metamfetamini evdə saxlamağını ailə üzvləri əvvəlcə bilməsə də, o tutulduqdan sonra qonşusu Elmarın vasitəsilə evdəki əşyaları daşıyanda onu aşkar edib evdə narkotik olmasından xəbər tutmuşlar. Onun evdə metamfetamin saxlaması ilə bağlı qonşusu Təqsirləndirilən şəxsla arasında qabaqcadan heç bir danışıq və razılaşma olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Sonuncu ilə şəxsi münasibəti və tanışlığı yoxdur. Şahid1 yaxın dostudur. O, birinci məhkumluğundan sonra maşın ustası kimi çalışdığı işini itirdiyi üçün yeni iş axtarıb tapana kimi özünə məxsus maşına aid əşyaları Allahmurada vermişdir ki, sonuncu onları iş tapana kimi saxlasın. Sonradan ikinci dəfə tutulması səbəbindən onun həmin əşyaları Allahmuradın evində qalmışdır. Lakin heç vaxt Allahmurada 01 ədəd siqaret qutusunda psixotrop maddə metamfetamin saxlamağa verməmiş, həmin metamfetamin üçün münasib müştəri tapdıqda onu satıb pul əldə edəcəyini deməmişdir. Onun bu barədə Allahmuradla qabaqcadan danışığı və ya razılaşması olmamışdır. Allahmurad özü tutulmamışdan qabaq həmişə metamfetamin qəbulu və saxlaması ilə məşğul olmuşdur. Onun Allahmuradın evindən aşkar olunmuş metamfetaminlə heç bir əlaqəsi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs isə onun qonşusudur. Elmarla onların ailəvi gediş-gəlişləri vardır. Qardaşı Allahmurad xx.xx.2021-ci il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxladığına görə həbs olunmamışdan təxminən 15-20 gün əvvəl o, yaşadıqları evdə olan əşyaları yığışdıran və qardaşı Allahmuradın əşyalarını səliqəyə salan zaman onların arasında siqaret qutusu görüb onun içərisinə baxarkən həmin qutunun içərisində şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünün olduğunu aşkar etmişdir. O, həmin bükülüdə kristal rəngli kütlələrin olduğunu görmüş olsa da onların nə olduğunu bilməyib yerinə qoymuşdur. Həmin bükülüdə olan kütlələrə əhəmiyyət vermədiyi üçün bu barədə Allahmuraddan da heç nə soruşmamışdır. Sonradan Allahmurad həbsdə saxlandığı dövrdə qonşusu Elmara bir neçə dəfə demişdir ki, Allahmurada məxsus əşyaların ortalıqda qalmaması üçün özünün yaşadığı binanın həyətindəki anbar kimi istifadə olunan yarimtikiliyə aparıb orada saxlasın. 2021-ci ilin sentyabr ayının əvvəllərində evdə tək olarkən Elmar yaşadıqları evə gəlmiş, Allahmuradın həyətdəki əşyalarına və evin təmir olunan otağında saxlanılan əşyalarına baxdıqda həmin siqaret qutusunun içərisinə baxıb qutunun içərisində şəffaf rəngli sellofan parçasına bükülmüş bükülünün olduğunu görüb onu özü ilə aparmışdır. O, Elmardan həmin siqaret qutusunun nə üçün apardığını soruşduqda sonuncu sənə aid deyil deyərək oradan uzaqlaşmışdır. O. bir qədər sonra Elmarın arxasınca gedib ondan həmin bükülüdə nə olduğunu soruşanda isə Elmar bildirmişdir ki, həmin bükülüdəki narkotikdir. O, həmin narkotik vasitəni nə edəcəyini soruşduqda Elmar demişdir ki, həmin narkotik vasitə artıq yoxdur. Bir neçə gündən sonra Elmar yenə də onlara gəlmiş. Allahmurada məxsus təmir olunan otaqdakı əşyaları və həyətdəki əşyaları əl arabasına yığaraq yaxınlıqdakı özünə məxsus yarımtikiliyə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma oğludur. Oğlu tutulmamışdan qabaq evlərində saxladığı əşyalara baxmamış, həmçinin Allahmuradın evdə psixotrop maddə metamfetamin saxlamasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Şahid1 isə şəxsən tanıyır. Allahmuradın ailəsi ilə münasibəti həmişə yaxşı olmuşdur. Allahmurad tutulmamışdan əvvəl o, tez-tez onların qapısına müxtəlif tanımadığı adamların gəlib getdiyini müşahidə etmişdir. Həmin adamların oraya gəlməsi onda həmişə şübhə doğurmuşdur. 2021-ci ilin avqust ayında o, Allahmuradın anası Tünzaləgildən öyrənmişdir ki, onu Peyman adlı oğlanla birlikdə Quba rayon Qəçreş kəndi ərazisində polislər tutulmuşlar. Allahmuradın anası və bacıları evlərində olan xırda ev əşyalarını saxlamaq üçün Əri Elmandan götürüb yaşadığı binanın həyətində yerləşən anbar kimi istifadə edilən yarımtikiliyə yerləşdirməsini xahiş etmişlər. Elmar onlara getməsə də, Allahmuradın bacıları qapılarına tez-tez gəlib Elmardan əşyaları götürməsini israr etmişlər. Onların bu hərəkətlərindən şübhələndiyi üçün Elmardan Tünzaləgildən heçnə anbara gətirməməsini istəsə də sonuncu ona qulaq asmamış və əşyaları gətirib anbara qoymuşdur. Bir müddətdən sonra həmin anbara polis əməkdaşları gəlmiş və baxış keçirən zaman narotik vasitə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində 13 oktyabr 2021-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitəni yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə edilən yarımtikilidə saxlaması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar həmin günü saat 20 radələrində keçirilən əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı binanın həyətində yerləşən, sonuncuya məxsus anbar kimi istifadə edilən yarımtikiliyə baxış zamanı yarımtkilidəki televizor altlığının içərisində 01 ədəd “Magna” markalı siqaret qutusu aşkar edilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs qutunun içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Siqaret qutusu açılarkən şəffaf sellofan parçasına bükülmüş bükülü və həmin bükülü açıldıqda içərisində kristal şəkilli metamfetamin kütləsinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kristalşəkilli həmin metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və ayrıca kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa baxış zamanı televizorun üstündəki dəmir qabın içərisindən 06 ədəd boş şprislər aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin şprislərin özünə məxsus olduğunu bildirərək şprisləri qapıları yağlamaq üçün istifadə etdiyini bildirmişdir. Baxış zamanı oradan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs sonradan həm tərəzilərin, həm də “Magna” siqaret qutusundakı metamfetamin olan bükülünü qonşusu Allahmuradın evindən gətirdiyini və sonuncuya məxsus olduğunu bildirmişdir. Bundan başqa yarımtikilinin ikinci mərtəbəsinə baxış zamanı orada olan çarpayının üstündəki döşəkçənin altından 01 ədəd kağız bükülüdə saxlanılan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə olan bükümdə elektron tərəzdə çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7, Şahid8, X5, Şahid6, Şahid11 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid10 ifadəsi ilə analoji ifadə vermişdir. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə nər saat 20:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında qeydiyyatda olan və Sahil küçəsi, mənzil 29-da yaşayan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan ünvanda yerləşən yarımtikilidə saxlanılmış, xx.xx.2021-ci il tarixdə, saat 20:30-da Quba şəhəri, Sahil küçəsində yerləşən yarımtikilidə vıdeo çəkilişlə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının arxa cibindən 6 manat pul, əynində olan qara rəngli gödəkçənin sol cibindən avtomobil açarı aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və ya ona bənzər vasitə aşkar edilməmişdir (iş vər.: 27); “baxış keşirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:45 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Fətəlixan küçəsi ev 135-də qeydiyyatda olan, Sahil küçəsi ev 29da yaşayan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxsov oğluna məxsus Quba şəhəri, Sahil küçəsində yerləşən yarımtikiliyə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs yarımtikilidə olan televizov altdığının içərisindəki bir ədəd “magna” markalı siqaret qutusunu təqdim etmiş, həmin qutunun içərisində şəffaf selofana bükülmüş kristal şəkilli metanfetaminə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə “CONSTANT 14192-33” markalı elektron tərəzidə keçilmiş və kütlənin ümumi kəçisi 11,9 qram olduğu müəyyən olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlədən xəbəri olmadığını bildirmişdir. Aşkar edilmiş bir ədəd şəffaf selofan bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən həmin kütlə 1 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı televizovun üzərindəki dəmir qabın içərisindəki boş iynələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin iynələri hansı məqsədlə istifadə etdiyini soruşduqda o, iynələrdən qapı petlələrini yağlamaq üçün istifadə etdiyini qeyd etmişdir. Baxış zamanı 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin elektron tərəzilərin də ona məxsus olmadığını, qonşusu Murad adlı şəxsə məxsus olduğunu bildirmişdir. Daha sonra yarımtikilinin ikinci mərtəbəsində baxış zamanı orada olan yatağın döşəyinin altında, taxtanın üzərində 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elekton tərəzidə ölküldüyü zaman kəçisinin 8,6 qram olması müəyyən edilmişdir (iş vər.: 29, 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 14 oktyabr 2021-ci il tarixli 7/1050 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N67” dairəvi möhür əksi“....Ələkbərovun yarım tikilisindən aşkar olunmuş marıxuanaya oxşar...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə tütün və təmiz çəkisi 1,850 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,850 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 1,800 qramdır (iş vər.: 40-43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (materialların məhkəmə ekspertizası üzrə) 14 oktyabr 2021-ci il tarixli 6/4561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N67” dairəvi möhür əksi “....Ələkbərovun yarım tikilisindən aşkar olunmuş metamfetaminə oxşar...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 10,910 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “....“....Təqsirləndirilən şəxs.....şpiristlər 6 ədəd” yazı və imzalar olan zərfdə 1 ədəd 5ml həcmli plastmas boruda və 5 ədəd 2ml həcmli şprisin içərisində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Metamfetarnin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxidir. Metamfetamin təmiz çəkisi 10,910 qram təşkil edir, tədqiqata sərf edildi - 0,05 qram, qalıq isə 10,860 qramdır (iş vər.: 44-49); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyəvi ekspertizası üzrə) 18 fevral 2022-ci il tarixli 6/708 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmaqla 02 ədəd kağız bükümdə olan 0,554 qram çəkidə qalıq qalmış pşixotrop maddə olan metamfetamin kütlələri ilə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus anbar kimi istifadə edilən yarımtikilidən aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmaqla 01 bükümdə olan 10,860 qram çəkidə qalıq qalmış pşixotrop maddə olan metamfetamin kütlələri xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Metamfetaminin təmiz çəkisi (Şahid1) 0,554 qram təşkil edir, tədqiqata sərf edildi - - 0,08 qram, qalıq isə 0,474 qramdır. Metamfetaminin təmiz çəkisi (Təqsirləndirilən şəxs) 10,860 qram təşkil edir, tədqiqata sərf edildi - 0,04 qram, qalıq isə 10,820 qramdır (iş vər.: 246-248); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 05 noyabr 2021-ci il tarixli 4320 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunmuşdur. O, narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vər.: 218, 219). Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus anbar kimi istifadə edilən yarımtikiliyə baxış zamanı aşkar edilərək götürülmüş və 01 ədəd zərfdə qablaşdırılmaqla 01 bükümdə olan 10,820 qram çəkidə qalıq qalmış psixotrop maddə olan metamfetamin kütləsi iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağında təhvil verilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, keçirilmiş əməliyyat tədbirlərinin görüntülərinin əks edildiyi 01 ədəd DVD diski və ona baxış protokolları, ələ keçirilmiş telefon danışıqlarına baxış keçirilməsi protokolu, maddi sübutlar, üzləşdirmə protokolları, məhkəmə-bioloji, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq hərəkəti protokolları, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir (iş vər.: 258-270); “Azərfon" MMC tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 01 ədəd CD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilmiş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (iş vər.: 175); "xxxx" MMC tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş 01 ədəd CD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilmiş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (iş vər.: 176). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə mütamfetamini əldə edib saxlamaqda təqsirli olması onun özünün etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə”: - 2-ci siyahının 67-ci bəndinə görə narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetaminin xalis çəkisi 10,910 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: - “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 9, 25); - “şübhəli şəxsin azad edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görnür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir (iş vər.: 61); - “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 96, 97); - “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (iş vər.: 250, 251); - “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 106); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 115); - Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 06 noyabr 2021- ci il tarixli 317 №-li məktubu əsasında alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri Fətəlixan küçəsi ev 135-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 178-180); - Quba rayon Mərkəzi xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur (iş vər.: 181); - Tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs kəskin koronar sindromu diaqnozu ilə müalicələr almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bunda başqa, iş üzrə maddi sübut kimi tanınmış Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,820 qram çəkidə qalıq qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 177,40 (bir yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,820 qram çəkidə qalıq qalmış psixotrop maddə olan metamfetamin məhv hökm qanuni qüvvəyə mindikdən sonra edilsin. İş üzrə məhkəmə xərci olan 177,40 (bir yüz yetmiş yeddi manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Məkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-63/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-63/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver