Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-64/2024 12.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət İttihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Quba rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məğlul olan, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində ailədaxili münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağ göz orbiti ətrafında qançır-hematoma, sol gözün altında, sol çiynində və belində solda hərəsində bir yerdə qançır, sağ kürəküstü sahədə isə sıyrıqdan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 09 fevral.2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı evin həyətində işləyən zaman evdən münaqişə səsi eşidib evə gəlmiş, anasının yerdə uzanıb qaldığını, arvadı Gülçinin onun saçlarını dartaraq təhqir etdiyini görmüşdür. O Gülçindən anasının saçlarını buraxmasını tələb etmiş, Gülçin ona qulaq asmadığından onun üz və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurmuşdur. Bu zaman atası gəlmiş və onları ayırmışdır. Baş vermiş hadisə zamanı onu heç kim döyməmişdir. Mübahisə yaşadıqları evdə təxminən 5- 10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 09 fevral 2024-cü il tarixdə, saat 13 radələrində, o, həyətə düşüb atasının evinə getmək istəyən zaman qaynanası onun saçlarımdan dartıb içəri otağa salmış və o yerə yıxılmışdır. Bu zaman əri Coşqun yumruqla onun üz nahiyyəsindən vurmuş və saçlarından dartaraq onu mətbəx otağına sürümüşdür. Həmin vaxt həyətdə olan qayınatası Böyükağa evə gəlib onları ayırmışdır. Aralarında mübahisə və dava-dalaş yaşadıqları evdə baş vermiş, həmin vaxt orada qayınanası və əri olmuşdur. Sonradan qaynatası Böyükağa onları ayırmışdır. Aralarında mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxə qarşı şikayət və tələbinin olmamasını bildirib, təqsirləndirilən şəxsin barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 09 fevral 2024-cü il tarixdə səhər saatlarında gəlini Gülçinlə aralarında uşaqlara görə söz mübahisəsi yaranmış, saat 13 radələrində gəlini Gülçin ata evinə çıxıb gedəcəyini demiş, o da qapını bağlayıb getməsinə icazə verməmişdir. Gülçin onu itələmiş, o da yerə yıxılmışdır. Oğlu Coşqun onların səsini eşidib həyətdən gəlmiş, Gülçinin onu yerə yıxıb saçlarını dartışdığını və nalayiq söyüşlərlə söydüyünü görüb onları ayırmaq istəmiş, Gülçin ondan əl çəkmədiyinə görə oğlu Coşqun Gülçinin baş və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurmuşdur. Həmin vaxt ora gələn əri Böyükağa onları ayırmışdır. Bir qədər sonra gəlinin valideynləri onlara gəlmiş, söz mübahisəsindən sonra Gülçini də özləri ilə aparmışlar. Mübahisə və dava-dalaş yaşadığları evdə baş vermiş, həmin vaxt orada gəlini Gülçin və oğlu Çoşqun olmuşdur. Sonra isə əri Böyükağa gəlmişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, 09 fevral 2024-cü il tarixdə, saat 13 radələrində bağ sahəsindən yaşadığı evə qayıdarkən evdən səs-küy gəldiyini eşitmiş, evə daxil olanda arvadı Azəndə ilə gəlini Gülçinin dalaşdığını, oğlu Coşqunun isə onları ayırmağa çalışdığını görmüşdür. Coşqunun Gülçini vurmasını görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Gülçin qayınanasını buraxmadığına görə oğlu Coşqun Gülçinin üz və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 fevral 2024-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər sağ göz orbiti ətrafında qançır-hematoma, sol gözün altında, sol çiynində, belində solda hərəsində bir yerdə qançır, sağ kürəküstü sahədə sıyrıq küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, ; yəni 09 fevral 2024-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən j vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba RİHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X6 Şəxs Quba Rayon X3 Hüquqi Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon X1 şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı təhqiq edilmiş digər subutlarla tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-64/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-64/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver