Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-65/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Quba şəhəri, C.Cabbarlı küçəsi küçəsi ev 102-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,317 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı Quba şəhəri, C.Cabbarlı küçəsi, ev 102 ünvanına gətirib həmin heroindən 0,120 qramından 0,4 ml narkotik vasitə heroin məhlulu hazırlamaqla birdəfəlik şprisə çəkdikdən sonra həmin məhlulu və qalan 0,197 qram heroini etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı **-BG-*** qeydiyyat nişanlı avtomobilə daşıyaraq qabaq sağ oturacağının alt hissəsindəki qutuya qoymaqla saxlamış, Quba RPŞnin əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci il tarixdə saat 18-30da Quba rayonu Digah kəndinin ərazisində “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının alt hissəsindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,197 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 ədəd birdəfəlik şprisin içərisində tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,120 qram olan 0,4 ml həcmində narkotik vasitə heroin məhlulu aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o, valideynləri ilə birlikdə Quba şəhəri, C.Cabbarlı küçəsində yaşayır və atası X4 məxsus olan “VAZ 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. Təxminən altı aya yaxındır ki, narkotik vasitə istifadə edir. 2020-ci ilin dekabr ayının sonlarında yaşadığı evin yaxınlığından yerdən içərisində heroin olan bir büküm tapıb özündə saxlamışdır. Narkotik vasitəni avtomobilində olan kağız telefon qutusuna qoymuş, əvvəlcədən isə iki ədəd şpris iynə, bir dənə valerian dərmanı şüşə qabı, iki dənə alışqan və limon duzu götürmüş, onları da həmin telefon qutusunun içinə qoymuşdur. Belə ki, heroini valerian qabının içində su və limon duzu ilə qarışdırıb alışqanla şüşə qabı qızdıraraq qabın işində olan mayeni qaynadıb sonra da şprisə çəkirb damarına vururmuş. xx xxxxxx 2021-ci il tarixdə evdə olarkən tapdığı heroindən bir hissəsini göstərdiyi qaydada hazırlayıb şprisə çəkib damarına vurmaq istəyərkən Elşən adlı tanışı zəng vurub onu maşını ilə Digah kəndinə aparmasını xahiş etmişdir. O, da hazırladığı şprisdə olan narkotik vasitəni avtomaşınında saxladığı narkotik vasitənin yanına qoyub Elşənlə görüşüb onu Digah kəndinə aparmışdır. Yolda onları Quba rayon polis şöbəsinin əməkdaşları saxllatmışlar. Polis əməkdaşlarını gördükdə yanında olan Elşən adlı şəxs maşından düşüb qaçmışdır. Polis əməkdaşları yaxınlaşaraq üzərində və yaxud avtomaşınında şübhəli hər-hansı bir əşyanın olub-olmamasını soruşduqda, narkotika qəbul etdiyini və avtomobilində narkotik vasitənin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ora əməliyyat qrupunu çağırmışlar. Sonra, müdafiəçinin iştirakı ilə üzərinə və avtomobilinə baxış keçirilmiş, üzərində narkotik vasitə aşkar edilməmiş avtomobilinə keçirilən baxış zamanı narkotik vasitəni saxladığı telefon qabını və içərisində heroin məhlulu olan şprisi polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə, heroin tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan əlavə telefon qutusunun içindən aşkar olunmuş boş şüşə dərman qabı, boş şpris və limon duzu da başqa zərfə qoyulmuş, hər iki zərfin üzərində imza etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, 2018-ci ildən Quba RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində işləyir. xx xxxxxx 2021-ci il tarixdə saat 17- 45-də şöbənin PPXB-nün bölük komandirinin müavini Şahid1 ilə birlikdə post-patrul xidmətinin patrul xidməti avtomobili ilə Quba-Qusar şosse yolunda xidmətdə olduqları vaxt Quba rayonu Digah kəndi ərazisində Qusar istiqamətində hərəkət etdikləri zaman yolun sağ kənarında üstündə “taksi” nişanı olan “VAZ-2106 minik” 40- BG-402 qeydiyyat nişanlı avtomobilin dayandığını görüb avtomaşınlarını həmin avtomobillin yanında saxlamışlar. Həmin avtomobildən iki nəfər cavan oğlan olmuşdur. Onlardan orada nə etdiklərini soruşduqda, sürücü özünü şübhəli aparmış, əvvəl cavab verə bilməmiş, həmin vaxtı onun yanında olan digər oğlan qaçıb uzaqlaşmağa başlamış, onun dalınca qaçsa da çata bilməmişdir. Sürücüdən həmin yoldaşının niyə qaçıdığını soruşduqda sonuncu səbəbini bilmədiyini bildirmişdir. Sürücünün sənədlərinə baxdıqda məlum olmuşdur ki o, Quba şəhəri, C.Cabbarlı küçəsi, ev 102 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğludur. Onunla aparılan söhbət zamanı Orxan narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Bundan sonra, həmin yerə əməliyyat qrupu dəvət olunmuşdur. Vəkilin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə və avtomaşınına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının qapı tərəfində döşəmə üzərində mobil telefon qutusunun içərisində olan əşyaları göstərən Təqsirləndirilən şəxs bu əşyaların içərisində “kakos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmiş, həmin telefon qutusuna baxış keçirildikdə içərisindən ağ kağız parçasına bükülü halda olan narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin kütlə tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan əlavə həmin qutunun içərisindən bir ədəd boş şüşə dərman qabı, bir ədəd şpris, bir ədəd selofan parçasının içində limon duzuna oxşar kütlə, iki ədəd alışqan və qabaq sağ oturacağın altından içində gəhveyi rəngli maye olan bir ədəd şpris də aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 6/ 17 saylı rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş üzərlərində “..Vət. Təqsirləndirilən şəxs avtomobilindən ..."sözləri olan 1 N-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,197 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 N-li zərfdəki bir ədəd birdəfəlik şprisin içərisindəki 0,4 ml həcmində məhlul narkotik vasitə - heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,120 qramdır. Bir ədəd şüşə flakonun içərisində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri və məhlullarla maddə nümumələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd içərisi boş birdəfəlik şprisin içərisində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. İş üzrə təyin edilib keçirilmiş Ambulator X1 ekspertizasının xx.xx.2021-ci il tarixli 355 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsl oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 05.01 2021-ci il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət/ xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və birdəfəlik şprisin içərisindəki çəkisi 0,2 ml həcmində heroin məhlulu, 1 ədəd şüşə dərman qabı, 1ədəd boş şpris və limon duzu məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin, çəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və birdəfəlik şprisin içərisindəki çəkisi 0,2 ml həcmində heroin məhlulu, 1 ədəd şüşə dərman qabı, 1ədəd boş şpris və limon duzu məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-65/2021
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-65/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver