Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-66/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər ) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Quba rayonu Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Quba rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı ilə Quba rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Quba rayonu Zizik kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə hər hansı səlahiyyətləri və imkanları olmadığı halda Quba rayon, Təngəaltı kəndində yerləşən 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********99 nömrəli reyestrindən 16.06.2020-ci il tarixli çıxarış əsasında X1 mülkiyyətində olan 0,18 ha torpaq sahəsini Zərərçəkmiş şəxs qardaşı X4 adına rəsmiləşdirəcəyini vəd edərək 2020-ci ilin iyul ayının sonlarında Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən Şahid hüquqi xidmət göstərdiyi üzərində “Vətəndaş Hüquq Bürosu” yazılmış ofisdə Zərərçəkmiş şəxs 1000 (min) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs onun əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə və həmin iş üzrə hələdə hökm çıxarılmadığına görə ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin iyul ayının sonlarında tanışı Şahid Quba şəhərində yerləşən ofisinə gəlmişdir. Ofisdə olan zaman Rzaqulu ilə söhbət etmiş, Rzaqulu ona Quba rayonu Təngəaltı kəndi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı məsələdə problemi olduğunu bildirmiş, o da tanışı olduğunu deyərək işini tez müddətdə həll edə biləcəyini bildirmişdir. Rzaqulu və o, bir-birindən telefon nömrələrini götürmüş, o, Rzaqulunun sənədlərinə baxmış və torpaq sahəsinin sənədləşməsinə köməklik edə biləcəyini vəd etmişdir. Daha sonra Rzaqulu ilə görüşən zaman sənədləşmə üçün 1300 manat pul lazım olacağını demiş, Rzaqulu da onunla razılaşmış və ona 1000 manat pul verəcəyini qalan pulu isə sonra verəcəyini demişdir. Bir neçə gündən sonra Natiqin ofisində Rzaqulu ilə görüşmüş, ofisdə Rzaqulu ona 1000 manat pul və torpaq sahəsinin sənədlərini vermişdir. Rzaquludan torpaq sahəsinin sənədlərini və 1000 manat pulu aldıqdan sonra tezliklə sənədləşməni həll edəcəyinə söz vermiş, Rzaqulu da ona inanmış və sənədləşməni edib qurtardıqdan sonra qalan 300 manat pulu da verəcəyini demişdir. Rzaqulunun torpaq sahəsinə dair sənədləşməsini həll edəcəyini öz öhdəsinə götürsə də, onun bu sənədləşməni etməyə heç bir səlahiyyəti olmamış və 1000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini bildirərək, barəsində olan cinayət işinin icraaata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Quba rayonu, Təngəaltı kəndində yerləşən X3 məxsus 0,54 ha pay torpaq sahəsinin 0,18 ha sahəsini 1999-cu ildə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq hazırki vaxtadək onu öz adına rəsmiləşdirə bilməmişdir. Həmin sənədləşmə işinin aparılmasını Cəllad Məmmədov rəsmi olaraq ona etibar etmişdir. Bununla bağlı bir neçə dəfə müvafiq dövlət orqanlarına müraciət etsə də, müsbət nəticə əldə etməmiş və həmin orqanlardan sənədlərinə düzəliş etmək üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu baxımdan 2020-ci ilin iyul ayının əvvəllərində Quba şəhərində olarkən Heydər Əliyev prospektində yerləşən “Vətəndaş hüquq bürosuna ”müraciət etmişdir. Ofisdə işləyən Şahid Abdüləziz oğlu sənədlərinə baxıb məhkəməyə müraciət etmək lazım olduğunu bildirmiş, lakin buna görə dəfələrlə məhkəməyə getməli olacağını və uzun müddətdə vaxt itirəcəyini deyib, bu işi daha tez bir müddətdə həyata keçirəcək tanışının olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, Şahid onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs torpağa dair sənədlərə baxıb tanış olduqdan sonra, əvvəlcə 1000 manat pul verəcəyini, qalan 300 manat pulu isə sənədlər düzəldikdən sonra verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra o, üzərində gətirdiyi 1000 manat pulu Məmmədə vermişdir. Məmməd onun sənədlərini düzəldib verə bilmədiyi üçün dəfələrlə ondan pulu istəsədə Məmməd pulu ona qaytarmamışdır. Bundan sonra o, ərizə ilə Quba rayon polis şöbəsinə müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materillarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin qərarından görünür ki, həmin məhkəmənin 11 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarxli hökmü ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zizik kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıdığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, təsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-16.3-cü maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbayacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irяли sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona hazirki ittihamın verilməsinə əsas olmuş əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuşdur. Ona görə də, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalı və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. CM-nin 73-1.1-ci maddəsində “barışdıqda” sözündən sonra “ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir” ifadəsi qeyd olunmuşdur. Hazırkı işdə zərər çəkmiş şəxs barışdığını bildirməklə yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı tələbinin olmadığını da bildirmişdir. Ona görə də belə hesab olunur ki, ziyanın ödənilməsi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı hər hansı tələb yoxdur, CM-nin 73-1.1-ci maddəsi onun barəsində tətbiq edilə bilər. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 09 fevral 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə məsrəfinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin və CM-in 73- 1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilsin. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, məhkəmə məsrəfinin, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-66/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-66/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver