Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-66/2022 10.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, himayəsində iki azyaşlı uşağı olan, Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Quba rayonu, İqriq kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə saat 21 radələrində arvadı Afət Balayeva ilə barışıb evlərinə qaytarmaq məqsədilə qaynatası X6 Quba rayonu, Alpan kəndində yaşadığı evə gedərək evin giriş qapısının önündə qaynı Zərərçəkmiş şəxs ilə rastlaşıb ailə münasibətləri zəminində mübahisə edib qarşılıqlı dalaşan zaman üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs iki dəfə qəsdən zərbə vuraraq sinəsində sağda döşyanı xətt üzrə beşinci qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş, sol əlin üçüncü barmağının iç səthində bir yerdə kəsilmiş yaradan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəl həyat yoldaşı və iki azyaşlı uşağı ilə kirayədə yaşamışdır. Sonradan o, ailəsini götürüb öz atasının evinə qayıtmaq istəmiş, lakin həyat yoldaşı buna razı olmadığı üçün uşaqları da götürüb atası Şaiqin evinə qayıtmışdır. İki ay sonra o, ailəsini götürmək üçün qayınatasının evinə getmiş, lakin qayınatası Şaiq onunla mübahisə edib ailəsini aparmasına mane olmuşdur. Bundan sonra o və anası dəfələrlə həyat yoldaşı Afəti gətirmək üçün getsə də, qaynı Aydın və qayınanası Hüriyyə buna imkan verməmişlər. 13.12.2021-ci il tarixdə təxminən saat 20 radələrində anası Maygül barışıq əldə etmək üçün Afətin atasının evinə getmişdir. O isə bir qədər sonra onları qarşılamaq üçün getmişdir. Həmin vaxt meşəyə getməyə hazırlaşdığı üçün mətbəx biçağı üstündə olmuşdur. O, Aydıngilin həyətlərinə girib anasıgili çağırmış, bu vaxt Aydının küçədə qışqırıq səsini eşidib həyətdən çıxmışdır. Bu zaman evlərinin giriş qapısının qarşısında Aydınla rastlaşmış və aralarında söz mübahisəsi yaranmışdır. Aydın onun sifət nahiyyəsindən yumruqla vurmuş və köynəyindən tutub dartmışdır. İkisi də yerə yıxılmış və Aydın üstünə çıxıb boğazından tutub sıxmışdır. O da Aydından canını qurtarmaq üçün cibində olan mətbəx bıçağını çıxarıb onun vurmağa çalışmışdır ki, bu vaxt Aydın əlini bıçağa atmış və bıçaq hər ikisinin əlini kəsmişdir. Daha sonra o bıçaqla Aydının sinə nahiyyəsindən bir dəfə vurmuşdur. Aydın isə cavabında onu yumruqla yenidən sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Sonra onlar bir-birindən aralanmış və Aydın yaşadığı evə getmişdir. O da ayağa qalxıb evinə doğru getmişdir. Yolda həmkəndlisi Maislə qarşılaşmış və sonuncuya hadisənin təfərrüatını danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, münaqişə təxminən 10 dəqiqə davam etmiş və həmin vaxt orada heç kim olmamışdır. Əvvəl Aydınla aralarında ciddi münaqişələr olmamışdır. O, qayınatasının evindən ailəsini götürərək evinə aparmaq istədiyi zaman qayınatası Şaiqlə aralarında baş vermiş münaqişədən sonra Aydınla münasibətləri pisləşmişdir. Belə ki, hadisədən təzminən 2-3 ay əvvəl həyat yoldaşı atası evinə getmişdir. Buna səbəb isə həyat yoldaşı Afətin onun bacısı Aydanla yola getməməsi olmuşdur. Afətin valideynləri və qardaşı ümumiyyətlə Afətin onunla barışmasının əleyhinə olmuşlar. O isə ailənin dağılmaması üçün səylər göstərmiş və hadisə olan gün həmin niyyətlə qaynının evinə getmişdir. Onun əvvəldən qaynı ilə dalaşmaq məqsədi olmamışdır. Evdən götürdüyü bıçaq mətbəx bıçağı olmuşdur. Həmin bıçağı üzərində saxlamaqda məqsədi Aydını vurmaq olmamışdır. O, özünü müdafiə etmək üçün Aydının sinə nahiyyəsinə bıçaqla vurmuşdur. Hazırda arvadı onunla bir evdə yaşayır. Zərərçəkmiş şəxslə barışmağa dəfələrlə cəhd etsədə, buna nail ola bilməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindın peşiman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısının yoldaşıdır. Bacısı ilə Elvinin arasında ailə daxili mübahisələr olduğu üçün, bacısı ailəsi ilə birgə kirayədə yaşamışdır. Hadisədən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs kirayədən çıxmış və ailəsini atası evinə aparmaq istəmişdir. Lakin Təqsirləndirilən şəxs ailə üzvləri Afətlə yola getmədiyi üçün, bacısı qayınatasının evinə getməkdən imtina etmiş və uşaqalrını götürüb öz atası evinə, yəni onun yaşadığı evə qayıtmı və həmin vaxtdan hadisə olan günədək onlarla birlikdə yaşamışdır. 13.12.2021-ci il tarixdə axşam saatlarında o telefonla danışaraq evinə qayıdan zaman bir nəfər şəxsin hasardan küçəyə atladığını görmüş və yaxınlaşanda Təqsirləndirilən şəxs olduğu bilmişdir. Təqsirləndirilən şəxs ailəsini aparmaq üçün gəldiyini, anası Maygülün isə evin içində olduğunu demişdir. O, Elvinə “həyat yoldaşının qədrini bilsəydin hazırda bizim yanımızda yox, elə sənin yanında olardı” demişdir. Bununla bağlı aralarında söz mübahisəsi yaranmış və bu vaxt Elvin üzərində olan bıçağı çıxarıb onun üstünə gəlmişdir. Elvin onu yumruqla vurub yerə yıxmış və üzərinə çıxmışdır. O Elvinin əlində olan bıçaqla onu vurmağa hazırlaşdığını görüb onu özündən kənarlaşdırmaq üçün yumruqla sifətindən bir dəfə vurmuşdur. Lakin Elvini özündən kənarlaşdıra bilməmiş və o əlində olan bıçaqla sinə nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Elvin təkrar bıçaqla sinə nahiyyəsindən vurmaq istədikdə o sol əli ilə bıçaqdan yapışmışdır. Elvin bıçağı geri dartmış və bıçaq onun sol əlinin 3-cü barmağını kəsmişdir. O da özünü qorumaq məqsədilə Elvini sifətindən sağ əli ilə yumruqla bir dəfə də vurmuşdur. Elvin geriyə doğru yıxılmış və o ayağa qalxmışdır. Bundan sonra Elvin qaçıb getmişdir. O da evə daxil olmuşdur. Evdə anası, bacısı Afət, Elvinin anası Maygül və həmkəndliləri Emin olmuşdur. Anası ondan nə baş verdiyini soruşduqda o da baş verənləri açıqlamışdır. Bundan sonra o DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən ərizəsi alınandan sonra onu X5 aparmışlar. Orada ziyarətinə gələn həmkəndlisi Maislə söhbətləşən zaman ona məlum olmuşdur ki, Elvin hadisədən sonra Mayisin yanına getmiş və onu bıçaqla vurduğunu Mayisə etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxslə mübahisə onun evinin qarşısında olmuş və təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan savayı Təqsirləndirilən şəxs mütəmadi spirtli içki içmiş və ailəsinə baxmamışdır. Sonuncu dəfə bacısı Afət olanlara dözməyərək ata evinə qayıtmışdır. Hazırda bacısı Afət Təqsirləndirilən şəxslə barışmış və sonuncunun yaşadığı evə qayıtmışdır. Hadisə olandan sonra Təqsirləndirilən şəxs onunla barışmaq üçün heç bir səy göstərməmiş, zəng etməmiş və səhhəti ilə maraqlanmamışdır. Sonda zərərçəkmiş şəxs barışmaq istəmədiyini bildirdi və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər ikisi onun həmkəndlisidir, Elvinlə qonşuluqda yaşayır. 13.12.2021-ci il tarixdə saat 19 radələrində Elvin ona zəng edərək anası Maygülü qayınatası Şaiqgilin evinə aparmağı xahiş etmişdir. Maygülün ora getməsində məqsədinin qohumları ilə barışıq əldə edib gəlini Afəti öz evinə qaytarmaq olduğunu bildirmişdir. Təxminən yarım saat sonra o idarə etdiyi avtomobillə Elvinin yaşadığı evə gedib Maygülü, sonra qonşuluqda yaşayan Cəmilə adlı qadını götürüb 13.12.2021-ci il tarixdə saat 20 radələrində Şaiqgilin evinə aparmışdır. Maygül Cəmilə ilə birlikdə evə daxil olmuş, bir qədər sonra onu da evə dəvət etmişlər. Həmin vaxt evdə Şaiqin həyat yoldaşı və qızı olmuşdur. Qohumlar barışıq əldə edərək öz aralarında razılığa gəlmişlər və bununla bağlı Afətin qardaşı Aydına da zəng edib onun fikrini öyrənmək istəmişlər. Aydınla telefonla danışıq zamanı, sonuncu Elvinin yanında olduğunu, bacısının aparılmasına etiraz etdiyini bildirmişdir. Bu vaxt o, Cəmilə adlı həmkəndlisini evinə aparmaq üçün evdən çıxan zaman Aydının evə gəldiyini və sonuncunun əlinin qanadığını görmüşdür. O, evdən çıxıb Cəmiləni yaşadığı evə aparmışdır. Daha sonra özü də yaşadığı evə getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmədə ifadə verməsi təklif olunsa da, sonuncu məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. İş üzrə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında elan olunan zaman müəyyən olundu ki, 2014-cü ildə oğlu Elvin həmkəndlisi X11 ilə rəsmi ailə həyatı qurmuşdur. Bu nikahdan onların 7 yaşlı Elgün və 5 yaşlı Mətləb adlı övladları olmuşdur. Hər bir ailədə olduğu kimi, onların da arasında ailədaxili mübahisələr baş vermişdir. 2021ci ilin oktyabr ayının əvvəllərində onlar kənd ərazisində qaldığı kirayə evdən çıxmış, gəlini Afət onun qızı Aydanla yola getmədiyi üçün onun evinə gəlməkdən imtina etmiş və atası Şaiqgilin evlərinə getmişdir. O bir neçə dəfə oğlu Elvinlə birlikdə Şaiqin evinə gedərək gəlinini və nəvəsini geri gətirmək istəmişdir. Lakin hər dəfə Afətin qardaşı Aydın və anası Hürriyə Afəti onlara gəlməyə mane olmuşlar. 2021-ci ilin noyabr ayının sonlarında Elvin nəvəsi Mətləbi Şaiqgildən götürüb yaşadıqları evə gətirmiş, lakin gəlini Afət geri gəlməmişdir. 13.12.2021-ci il tarixdə təxminən saat 20 radələrində o yenidən nəvələrini də götürüb gəlini Afətin yaşadığı ata ünvanına barışıq yaradıb Afəti öz evinə gətirmək niyyəti ilə getmişdir. O evin içərisinə daxil olmuş, evdə gəlini Afət və anası Hürriyə olmuşdur. Təxminən bir saat keçmiş, Afətin qardaşı Aydın üstü bulaşıq və qanlı şəkildə evə daxil olmuşdur. Aydından nə baş verdiyini soruşduqda ona, oğlu Elvinlə münaqişə edib dalaşdığını, Elvinin onu bıçaqla sinəsindən vurduğunu, həmçinin özünün də Elvini yumruqla vurduğunu demişdir. Bundan sonra o nəvələrini də götürüb yaşadığı evə qaytmışdır. Evə çatdıqda Elvinin də üstünün bulaşıq olduğunu və əynindəki köynəyin də cırıq olduğunu görmüşdür. Elvindən hadisənin necə baş verməsini soruşduqda Elvin ona bildirmişdir ki, saat 21 radələrində Afətin ata evinə onları çağırmaq üçün gəlmiş, evin həyətindən çölə çıxmaq istəyərkən giriş qapısının qarşısında Aydınla rastlaşmış, Aydın Elvinlə mübahisə edib Elvini yumruqla vuraraq yerə yıxmış, bundan sonra oğlu da üzərində olan mətbəx bıçağını çıxararaq Aydını qorxutmaq istəmiş, Aydın oğlunun boğazından yapışıb boğmağa başladıqda oğlu özünü qorumaq məqsədilə Aydının sinə nahiyyəsindən bıçaqla bir dəfə vurmuş, Aydın da oğlu Elvini yumruqla sifətindən vurmuşdur. Elvinin sifəti qaralmış, alt dodağı partlamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə məlumat verməmişdir. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında elan olunan zaman müəyyən olundu ki, 2021-ci ilin avqust ayında “VAZ 2106” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Hər ikisi həmkəndlisidir, Aydınla eyni məhəllədə yaşayır. 13.12.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşitmiş və qapıya çıxmışdır. Qapının önündə paltarları palçığa batmış və tənginəfəs vəziyyətdə olan Təqsirləndirilən şəxs görmüşdür. O, Elvinin xahişi ilə sonuncunu yaşadığı evə aparmışdır. Yolda olarkən Elvin ona qaynı Zərərçəkmiş şəxsla aralarında münaqişə baş verdiyini, Aydının Elvini döydüyünü və buna görə də Aydını bıçaqla vurduğunu ona demişdir. O Elvini yaşadığı evin qarşısında düşürüb öz yaşadığı evə qayıtmışdır. Daha sonra X1 öyrənmiş və ora getmişdir. Orada Aydınla söhbət etmiş və sorğu əsnasında Aydın ona Elvinlə aralarında münaqişə baş verdiyini, Elvini yumruqla vurduğunu, eyni zamanda Elvinin də Aydını sinə nahiyyəsindən bıçaqla vuraraq xəsarət yetirdiyini, hazırda səhhətinin qənaətbəxş olduğunu bildirmişdir. Bundan sonra o yaşadığı evə qayıtmışdır. Münaqişə baş verən zaman o orada olmamışdır. Yaşadığı ev Aydıngilin evindən bir qədər aralıda yerləşir, buna görə də münaqişə baş verməsini eşitməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı iş materialları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 15.12.2021-ci il tarixli 1192 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - sinəsində sağda döşyanı xətt üzrə beşinci qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın, sol əlin üçüncü barmağının iç səthində bir yerdə kəsilmiş yara kəsici əşyanın təsirindən törənməklə yetirilmə müddəti 13.12.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vər.: 22); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 29.12.2021-ci il tarixli 21/1878a nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vər.: 45-51); “maddi sübut kimi tanınma haqqında” 09.03.2022-ci il tarixli qərarından görünür ki, 01 ədəd möhürlənmiş zərfdə 01 ədəd zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (iş vər.: 83); “Sübutların qiymətləndirilməsi haqqında” 23.03.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş; Zərərçəkmiş şəxs yeznəsi Təqsirləndirilən şəxs iki dəfə yumruqla sifət nahiyyəsindən vuraraq üst dodağın selikli qişasında qançır-qansızma ilə nəticələnən sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xətasının tərkibini yaratdığından barəsində həmin maddə ilə inzibati qaydada tədbirin görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmiş; Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək ifadələrində 13.12.2021-ci il tarixdə saat 21 radələrində Quba rayonu, Alpan kəndində aralarında ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı qaynı Zərərçəkmiş şəxs onun üstünə çıxıb boğazından tutub sıxmağa başladığını, həmçinin o da Aydından canını qurtarmaq üçün cibində olan mətbəx bıçağını çıxarıb Aydını vurmağa çalışan zaman, Aydının əlini bıçağa atdığını və bıçağın hər ikisinin əlini kəsdiyini, daha sonra o bıçaqla Aydının sinə nahiyyəsindən bir dəfə vurduğunu, Aydının da onu yumruqla yenidən sifət nahiyyəsindən bir dəfə vurduğunu göstərməsi özünü müdafiə kimi qiymətləndirilib əsassız hesab edilməklə rədd edilmişdir. (iş vər.: 108-113). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında 13.12.2021-ci il tarixdə saat 21 radələrində mübahisəsin olması və təqsirləndirilən şəxsin mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli xəsarət yetirməsi hər iki tərəfin məhkəmədə verdikləri ifadələri, ekspert rəyi ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsini, iş üzrə əldə edilmiş məhkəmə-tibbi ekspertizasının rəyini daha mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 87, 88); “qətimkan tədbiri seçilməsi haqqında” 15.03.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 99); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (iş vər.: 102); Quba RİHB-nın Alpan İƏD üzrə nümayəndəliyinin 18.03.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Alpan kəndində yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı-1996-cı il təvəllüdlü X11, oğlu- 2015-ci il təvəllüdlü X8 və oğlu-2016-cı il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır (iş vər.: 103); Quba RİHB-nın Alpan İƏD üzrə nümayəndəliyinin 18.03.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 104); Azərbaycan Respublikası İcbar Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Quba rayon Mərkəzi xəstəxanası X15 18.12.2021-ci il tarixli 2640 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Mərkəzi xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur (iş vər.: 52); Electron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.01.2015-ci il təvəllüdlü X8 və 27.04.2016-cü il təvəllüdlü X7 uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir; Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 01 ədəd möhürlənmiş zərfdə 01 ədəd zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Quba rayonunun ərazisini tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 01 ədəd möhürlənmiş zərfdə 01 ədəd zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-66/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-66/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver