Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-66/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi X3 iştirakı ilə, 22 avqust 1970-ci ildə Quba rayonunun Mirzəqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, Quba rayonu, Mirzəqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 «X8» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, «X8» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda 04 iyul 2022- ci ildə, saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Quba rayonunun Nügədi Qazmaları kəndi ərazisindən keçən 157-ci kilometrində idarə etdiyi “Vaz-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dağıstan sərhədi istiqamətində hərəkətdə olarkən kəsib keçmək qadağan olunan 1.1 üfüqi nişanlanma xəttini (əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv üfüqi nişanlanma xətti) kəsərək «X8» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməmiş və əks hərəkət yolunda Bakı şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs1 oğlunun idarə etdiyi “Qaz-3302171 yük” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Vaz-21013” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. İş materallarına əlavə edilmiş akt qeydləri kitabında 0214 nömrə ilə qeyd edilmiş xx.xx.2023cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki Təqsirləndirilən şəxs2 08 mart 2023-cü il tarixdə kardiogen şokdan vəfat etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ifadəsindən göründüyü kimi, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ yoxdur və mülkiyyətində “Vaz-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 04 iyul 2022-ci il tarixdə yaşadığı evdə 4 şüşə spirtli içki pivə içdikdən sonra Quba şəhərinə getmək üçün qardaşı oğlu Zərərçəkmiş şəxs sərnişin qismində “Vaz- 21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 18:30 radələrində hərəkətə başlamışdır. Quba şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Quba- Dağıstan sərhədi yolunun Quba rayonunun Nügədi Qazmaları kəndi ərazisindən keçən hissəsində diqqəti ani olaraq yoldan yayındığı üçün əks istiqamətli hərəkət yoluna çıxmışdır. Bir az həmin yolla qabağa getdikdən sonra onunla qarşı-qarşıya gələn ağ rəngli «Qaz-el», yəni “Qaz-3302171 yük” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Öz hərəkət yoluna qayıtmaq istəsə də, avtomobil öz yoluna tam qayıtmamış idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə özü və Rəsul xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 04 iyul 2022-ci idə saat 18:15 radələrində yaşadığı kənddə əmisi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunda sərnişin qismində minib Quba şəhərinə yola düşdükdə, əmisi Pənahın sərxoş vəziyyətdə olduğunu görmüşdür. Əmisinin idarə etdiyi avtomobillə Bakı- Quba-Dağıstan sərhədi yolunun Quba rayonunun Nügədi Qazmaları kəndi ərazisindən keçən hissəsində Quba şəhəri istiqamətində hərəkətdə olarkən əmisi avtomobili əks yola çıxarmış, bu zaman Bakı şəhəri istiqamətində hərəkətdə olan «Qaz-el» markalı avtomobil qarşılarına çıxmış, «Qaz-el» onlarla toqquşmamaq üçün öz hərəkət istiqamətindən sola çıxmış və əmisi də öz yoluna qayıtmaq istəmiş, lakin onlar öz yoluna tam qayıda bilməyərək yolun Dağıstan istiqamətindəki hərəkət zolağında yolun ortasına yaxın olan yerdə avtomobillər toqquşmuş, nəticədə özü xəsarət almışdır. Qanuni nümayəndəsi X4 ifadəsinin dəymiş zərərin ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, özünə məxsus “Qaz 3302171” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Lakin sürücülük huququ olmadığından həmin yük avtomobilini qonşusu və tanışı olan Təqsirləndirilən şəxs1 oğluna idarə etməyə vermişdir. Birlikdə Qusar rayonu ərzaisindən metal qırıntıları yığıb Bakı şəhərində satmaqla məşqul olurlar. xx.xx.2022-ci ildə Orxanın idarə etdiyi həmin avtomobillə Qusar rayonundan təxminən 800 kq dəmir qırıntıları yığıb Bakı şəhərinə yola düşmüş, saat 18:30 radələrində Bakı şəhəri istiqamətində 60 km/saat sürəti hərəkətdə olarkən Bakı-Quba-Dağıstan sərhədi yolunun Quba rayonunun Nügədi Qazmaları kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə qarşıda təxminən 50-60 metr məsafədə yolun sağ hissəsində olan kafenin önündən sonradan markasına və qeydiyyat nişanına fikir verdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onların olduğu avtomobilin hərəkət yoluna çıxaraq üzərilərinə doğru gəldiyini görmüşdür. Orxan yolu boşaltması üçün çoxlu sayda səs və işıq siqnalları ilə xəbərdarlıq etsə də, həmin avtomobilin sürücüsü istiqaməti dəyişmədiyindən, Orxan onunla toqquşmamaq üçün idarə etdiyi avtomobili əks yola çıxarmış, əks hərəkət yoluna çıxan an “Vaz-21013” markalı avtomobil də əks hərəkət yoluna çıxmış və əks hərəkət yolunun ortasına yaxın olan yerdə avtomobillər qarşı-qarşıya toqquşmuşlar. Onlarla toqquşan “Vaz-21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa bir nəfər də sərnişin olmuşdur. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 805 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət- baş beyin silkələnməsi, sol bud sümüyünün orta 1/3-dən qapalı yerinidəyişən sınığı bərk küt əşyanın təsirindən 04,07.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 24 yanvar 2023-cü il tarixli 8/200 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Vaz-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X8» Azaybaycan Respublikası Qanununun 69-cu maddəsinin 1- ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8ci bəndlərinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli 016-100896-1222 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs2 sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 04 iyul 2022-ci il tarixli 52 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, sürücü Təqsirləndirilən şəxs2 yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 08 mart 2023-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Təqsirləndirilən şəxs2 yaxın qohumları olan hüquqi varisləri onların hüquqi varisi qismində tanınmaq istəkləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxs2 müdafiəçisi X6 ərizə təqdim edərək cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına razılıq ifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən,şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərədə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərədə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3.1 və 106-1.4-cü maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 46.5-ci maddəsinə əsasən cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 209.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı hallar müəyyən olunanadək aparılır: 46.5.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4-39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hal olduğundan, barəsində cinayət təqibinə xitam verilməlidir. AR CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə cinayət təqibi üzrə icraata cinayət təqibinin həyata keçirilməsinə mane olan hal olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci və 46.5-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam edilsin. Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-21013” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-66/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-66/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver