Məhkəmə qərarları › İş №1(027)-67/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-67/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-67/2020 13.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi küçəsi ev 36B-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,426 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,188 qram dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin əldə edib, heroini idarə etdiyi “Toyota Prius minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, psixotrop maddə olan metamfetamini isə həmin maddənin nə olduğunu bildirmədən saxlmaq üçün tanışı Şahid4 Mayıl qızına vermiş, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Quba RPŞ-nin əməkdaşlan tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba şəhəri, Kübra Hüseynova küçəsində idarə etdiyi “Toyota Prius minik" markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq, həmin yerdə avtomobilə baxış keçirilən zaman qanunsuz əldə edib daşımaqla saxladığı təmiz çəkisi 0,426 qram olan həmin heroin, avtomobilin salonundakı oturacaq arası barından aşkar edilərək götürülmüş, xx.xx.2020-ci il tarixdə keçirilmiş digər əməliyyat-axtanş tədbirləri nəticəsində isə Şahid4 yaşadığı Quba şəhəri, Kübra Hüseynova küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxlamaq üçün tanışı Nərminə lsmayılovaya verdiyi təmiz çəkisi 0,188 qram olan ağ rəngli kristal formada psixotrop maddə- metamfetamin yataq otağındakı paltar dolabından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki o,xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı evinin yaxınlığındakı ərazidə siqaret çəkərkən, yerdə iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bökülü aşkar edib həmin bükülüləri yerdən götürmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün bükümlərdəki maddələrin birinin heroin, digərinin metamfetamin olduğunu görüb, istifadə etmək üçün həmin narkotik vasitələri götürmüşdür. Yaşadığı ünvana gedərək heroinin kiçik bir hissəsini falqa adlanan kağızın üzərinə tökərək çəkmişdir. Qalan heroini gümüşü kağıza, metafetamini isə falqa kağızına bükmüşdür. Metafetamin olan kağızı bir manatlıq pul əskinasına bükmüş, siqaret qutusunun şəffaf sellofanı ilə bağlayıb əynindəki gödəkçənin cibinə, heroini isə göy rəngli “Vant” markalı siqaret qutusuna qoyaraq gödəkçəsinin digər içəri cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində işlədiyi Bakı şəhəri Suraxanı rayonunda yerəşən avtomobil boyası satışını həyata keçirdiyi mağzaya getmişdir. Axşam saatlarında mağazaya dostu Şahid3 gəlmişdir. Təbrizə Quba şəhərində yaşayan Nərminə adlı şəxsi görmək üçün Quba şəhərinə getməyi təklif etmişdir. Bundan sonra,Təbriz kürəkəninə məxsus “Toyata Prius minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş və onlar birlikdə Quba şəhərinə yola düşmüşlər. Təbrizin sürcülük vəsiqəsi olmadığını üçün avtomaşını o, idarə etmişdir. Yolda Təbrizin görməməsindən istifadə edib, içərisində bükülü şəkildə saxladığı heroin olan “Vant" markalı siqaret qutusunu oturacağın sağ qoltuqaltı barının içərisinə qoymuşdur.Təxminən saat 22 radələrində Quba şəhərinə çatıb Nərminin yaşadığı ünvüna getmişlər.Nərminlə geçə vaxtı onların evlərinin qarşısında dayanıb söhbət edərkən, ətrafda polis avtombilinin hərəkət etdiyini görüb qorxaraq, cibində bükülü formada saxladığı metafetamini nə olduğunu bildirmədən, sadəcə əmanət olduğunu deyərək saxlaması üçün Nərminəyə vermişdir. Özü isə, Nərminədən aralanaraq avtomobilə tərəf getmiş və Təbrizlə birlikdə həmin yerdən aralanaraq Quba şəhərində bir qədər gəzdikdən sonra, Quba rayonu Qəçrəş kəndi istiqamətinə gedərək orada avtomobildə gecələmişlər. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Təbrizlə birlikdə Quba şəhərinə qayıtmışlar, bir neçə saat orada gəzdikdən sonra, axşam saatlarında Nərminə ilə telefon əlaqəsi qurub razılaşaraq Nərminəni həmin yaşadığı evindən götürmüşlər, Nərminə avtomobilin arxa oturacağında əyləşmiş və birlikdə Quba şəhərində gəzmişlər. Həmin gün saat 22 radələrində Nərminəni evinin qarşısına gətirmiş, avtombildən düşərək sonuncunu evinə yola salarkən, Nərminəyə verdiyi “əmanəti” istəmiş, Nərminə də evdə saxladığını “əmanəti” gətirmək üçün evə getmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək vəkilin iştirakı ilə videogörüntü vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində olan əşyaları könüllü təqdim etməsini bildirmişlər. Həmin vaxt Təbriz də avtomobildən düşərək yanına gəlmişdir. Təbrizin üzərinə də baxış keçirəcəklərini demişlər. O, üzərində olan 7 manatı, ağ telefonununu, sürücülük vəsiqəsini və alışqanı avtomobilin motor örtüyünün üzərinə qoymuşdur. Sonra özünün istifadəsi üçün yol gələrkən idarə etdiyi həmin avtomobilin sürətlər qutusunun yanındakı oturacaqlar arası barında heroin saxladığını bildirmş, polis əməkdaşları avtombilə baxış keçirərəkən, heroini “Vant” markalı siqaret qutusu ilə birlikdə avtomobildə saxladığı yerdən götürərək könüllü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığındakı ərazidən tapdığını və bundan heç kimin xəbərinin olmadığını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Narkotik vasitə qablaşdırılmış, zərfə qoyulmuş və sonra polis əməkdaşları onları Quba rayon polis şöbəsinə aparmışlar. Quba RPŞ-də araşdırma aparılan zaman psixotrop maddə olan metafetamini də nə olduğunu bildirmədən əmanət kimi saxlaması üçün Nərminəyə verdiyini etiraf etmişdir. Videoçəkiliş zamanı həmin faktı deməməyinin səbəbi Nərminəyə əlavə problem yaratmamaq isəyi olmuşdur. Bundan sonra, polis əməkdaşları ilə Nərminənin yaşadığı evə gedib həmin narkotik vasitəni onun evindən götürmüşlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Quba RPŞ-nə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla hər-hansı düşmənçilik və ədavətim olmamışdır. Qeyd olunan əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar ondan və Quba RPŞ-nin TQ-nın təhqiqatçısı Xanlar Həsənlidən, CAB-ın əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumatda, Təqsirləndirilən şəxs Quba şəhəri Kübra Fərəcova küçəsində avtomobildə olması göstərilmişdir. Həmin gün saat 22:00 radələrində Quba şəhəri Kübra Fərəcova küçəsində Təqsirləndirilən şəxs “Toyota Prius minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşqul olmaqda şübhəli olduğu üçün üzərinə baxış keçiriləcəyini bildirib, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan, sağ cibindən 7 manat pul və mobil telefonu çıxardaraq təhvil verdi. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı oturacaq arası barında özünün istifadəsi üçün heroin saxladığının qeyd etdikdə, avtomobillə baxış keçirilərkən avtomobilin oturacaq arası barından siqaret qutusunun içərisində qəhvəyi rəngli şokalad kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs, həmin narktik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanının yaxınlığından tapdığını bildirdi, özü istifadə etmək üçün avtomobilində daşıdığını, satışı ilə məşğul olmadığını və həmin narkotik vasitədən onunla birlikdə Quba şəhərinə gələn tanışı Şahid3 və digər hər-hansı bir şəxsin məlumatının olmadığını qeyd etdi. Aşkar edilmiş narkotik vasitə olan heroin oradaca “Constant” markalı elektron tərəzidə çəkildikdən sonra, narkotik vasitə isə iş üçün əhəmiyyət kəsb etdiyindən şahidlərin iştirakı ilə ağ zərfə qoyularaq qablaşdırıldı. Araşdırmanın davam etdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Quba RPŞ-yə aparıldı, araşdırma zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitə olan heroindən əlavə, polislər tərəfindən saxlanılacağından şübhələnərək üzərində olan psixotrop maddə-metafetamini həmin küçədə yaşayan Şahid4 yaşdığı evin qarşısında nə olduğunu bildirmədən saxlaması üçün vermişdir. Buna görə də həmin gün Şahid4 yaşdığı Quba şəhəri Kübra Hüseynova küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilərkən ona verilən psixotrop maddə -metafetamin yataq otağındakı paltar dolabından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayından Bakı şəhəri Suraxanı rayonunda ATF Aramasının yaxınlığında yerləşən “Şərur Maxta” Servis xidmətinə məxsus sexi icarəyə götürməklə orada avtomobil rəngsazı işləyir. Bakı şəhəri Suraxanı rayonunda avtomobil boyası satışını heyata keçirən mağazada satıcı işləyən Təqsirləndirilən şəxs onun dostudur. Nicatla 2019-cu ilin əvəllərində tanış olmuşlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində kürəkəni Ramizə məxsus “Toyata Prius minik” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilinin bəzi yerlərini rəngləməkdən ötrü boya almaq üçün Nicatın işlədiyi mağazaya getmişdir. Həmin vaxt Nicat ona bildirmişdir ki, Quba şəhərində Nərminə adlı qız tanışı vardır, Nərminənin yanına getmək istəyir. Bunun üçün ondan sexdə saxlanılan kürəkəninin avtomobili ilə özü ilə birlikdə Quba şəhərinə getməyi xahiş etmiş, orada istirahət edəcəklərini bildirmişdir. O razılaşmış və Nicata sürcülük vəsiqəsinin olmadığından avtombili özünün sürməsini təklif etmişdir. Razılaşdıqları kimi kürəkəninə məxsus həmin avtombillə Quba şəhərinə yola düşmüşlər, avtomobili Nicat idarə etmişdir. Təxminən saat 22 radələrində Quba şəhərinə çatmışlar. Quba şəhərinin daxilində tanımadığı ara məhəlləyə girdikdən sonra, Nicat avtomobili saxlayıb Nərminə ilə görüşmək üçün oradan aralanmışdır. 15-20 dəqiqədən sonra Nicat geri qayıtmışdır. Onlar birlikdə Quba şəhərində bir qədər gəzdikdən sonra Quba rayonu Qəçrəş kəndi istiqamətinə gedərək yolun kənarında avtomobildə gecələmişlər. Növbəti gün yəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Nicatla birlikdə Quba şəhərinə qayıtmışlar, bir neçə saat orada gəzdikdən sonra, axşam saatlarında Nicat Nərminə ilə telefon əlaqəsi qurub razılaşaraq sonuncunu yaşadığı evin yanından götürmüşlər. Nərminə avtomobilin arxa oturacağında əyləşmiş və birlikdə Quba şəhərini gəzmişlər. Həmin gün saat 22 radələrində Nərminənin evinin qarşısına gəlmişlər, Nərminə ilə Nicat avtomobildən düşərək Nərminənin evinin qarşısında dayanmışlar, sonra Nərminə evin həyətinə girmiş, Nicat isə orada gözləmişdir. Bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşmışlar, avtomobilin yaxınlığında dayanan Nicata narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəfi olduğunu bildirmişlər və vəkilin iştirakı ilə videogörüntü vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində olan əşyaları könüllü təqdim etmələrini demişlər. O da avtomobildən düşmüş, onun üzərinə də razılığı ilə baxış keçirilmişdir. Lakin ona narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirməmişlər, üzərindən də hər-hansı narkotik vasitə aşkar edilməmişdir. Nicat isə üzərində olan 7 manatı, ağ telefonunu, sürücülük vəsiqəsini və alışqanı avtomobilin motor örtüyünün üzərinə qoymuşdur. Sonra özünün istifadəsi üçün üzərində saxladığı və yol gələrkən idarə etdiyi həmin avtomobilin sürətlər qutusunun yanındakı oturacaqlar arasında olan barda heroin saxladığını bildirmiş və polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zaman Nicat özü həmin heroini göy “Vant” markalı siqaret qutusunun içərisində gümüşü şokalad kağızına bükülmüş vəziyyətdə polislərə göstərərək könüllü təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitəni Bakı şəhərindən tapdığını və bundan heç kimin xəbərinin olmadığını, özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə avtombilin motor örtüyünün üzərinə qoyulmuş elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra polis əməkdaşları onları Quba RPŞ-nə aparmışlar. Polis şöbəsində məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə Nicat axşam saatlarında Nərminə ilə onun yaşadığı evin yanında görüşüb söhbət edərkən, polis maşını görüb qorxaraq cibində olan və içərisində narkotik vasitə metamfetamin olan bükülünü Nərminəyə vermişdir. Onun Nicatda olan narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən əvvəlcədən xəbəri olmamışdır və həmin maddələri tanımamış və onlardan heç bir zaman istifadə etməmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 4198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0,426 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi- 0,426 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,376 qramdır. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci İİ tarixli 4199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlndə "Vət. Şahid4” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,188 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.Metamfetaminin təmiz çəkisi-0,188 qram, tədqiqata sərf edildl-0,05 qram, qalıq- 0,138 qramdır. İş materialında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 627 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və pslxotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Toyota Prius minik" markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarışın və götürmənin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, “Toyota Prius minik" markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı oturacaq arası bardan bir ədəd göy rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,486 qram narkotik vasitə olan heroin, aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı X2 yaşadığı Quba şəhəri Kübra Hüseynova küçəsində yerləşən fərdi yaşayış evində axtarışın və götürmənin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs məxsus 0,188 qram psixotrop maddəmetamfetamin Şahid4 yaşadığı evin yataq otağındakı paltar dolabından aşkar edilərək gütürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materialında olan Bakı şəhəri, Suraxanı RlHB-nın Əmircan qəsəbə İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 588 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi ev 36B-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayı yeri üzrə müsbət xarakterizə olunur Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 02.06 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutularaq Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi subut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkiləri 0,376 qram heroin və 0,138 qram metamfetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səggiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin, çəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs130 (yüz otuz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,426 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və çəkisi 0,138 qram metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar