Məhkəmə qərarları › İş №1(027)-67/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-67/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-67/2022 18.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Quba rayon Vəkil bürosunun vəkili X6 xx.xx.1984-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Moskva şəhəri, Perov rayon məhkəməsinin 08 may 2013-cü il tarixli hökmü ilə Rusuya Federasiyasının CMnin 158-ci maddəsinin 4-cü bəndi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin hökm Bakı Ağır Cinayətlər Məhkəməsnin xx.xx.2017-ci il tarixli qərarı ilə tanınmaqla əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsinə tövsif edilməklə 05 il meddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 5 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 mənzilində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə ünvan 3ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 29; 177.2.1, 29; 177.2.2, 66.2 maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, ünvan 3ində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Zəngilan rayonu, Genlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Zəngilan rayonu, Genlik kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Həzi Aslanov küçəsi, 74 saylı evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə 08 noyabr 2021-ci il tarixdə, gecə saatlarında sonuncunun idarə etdiyi “Opel İnsignia” markalı **-OR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən ünvan 3inə gələrək həmin kənddə yaşayan digər tanışı Təqsirləndirilən şəxs3 ilə görüşmüşdükdən sonra, Təqsirləndirilən şəxs2 yaxınlıqda münasib yerlərdən oğurluq etməyi təklif etdikdə, Təqsirləndirilən şəxs3 yaşadığı kənddə yerləşən “X19” MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasından oğurluq edə biləcəklərini dedikdə, oradan birlikdə oğurluq etmək barədə aralarında razılıq əldə edilərək özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə, saat 06 radələrində Quba beton zavodu və qum-çınqıl karxanasının yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs3 və Şahid1 əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə yaxınlıqda pusquda dayanıb gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və o, dəmir torlu hasarın üstündən aşmaqla saxlanc yeri hesab edilən karxananın həyətinə qanunsuz daxil olmuş, həyətdə olan tikilinin açıq qapısından içəri keçmiş və içəridə yerləşən otağın qapısının üzərindəki qıfılı həyətdən götürdükləri armatur parçası ilə sındıraraq birlikdə içəri - anbara daxil olmuş, həmin otaqda saxlanılan 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd 4200 manat dəyərində su radiatoru, 01 ədəd 1650 manat dəyərində starter, 01 ədəd 1650 manat dəyərində dinamo, 01 ədəd 550 manat dəyərində podvesnoy, 01 ədəd 180 manat dəyərində trişotka və 01 ədəd 1450 manat dəyərində hidromuftanı götürüb ümumilikdə cəmiyyətə məxsus 9680 (doqquz min altı yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 08 noyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhərindən gələn tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 ilə yaşadığı Quba rayonunun Barlı kəndinə görüşmüşdükdən sonra, Təqsirləndirilən şəxs2 yaxınlıqda münasib yerlərdən oğurluq etməyi təklif etmiş, o, kəndlərində yerləşən “X19” MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasından oğurluq edə biləcəklərini dedikdə oradan birlikdə oğurluq etmək barədə aralarında razılıq əldə edilərək özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə, saat 06 radələrində Quba beton zavodu və qum-çınqıl karxanasının yaxınlığına gəlmiş, Şahid1 və o, əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə yaxınlıqda pusquda dayanıb gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəmir torlu hasarın üstündən aşmaqla saxlanc yeri hesab edilən karxananın həyətinə qanunsuz daxil olmuş, həyətdə olan tikilinin açıq qapısından içəri keçmiş və içəridə yerləşən otağın qapısının üzərindəki qıfılı həyətdən götürdükləri armatur parçası ilə sındıraraq birlikdə içəri - anbara daxil olmuş, həmin otaqda saxlanılan 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd 4200 manat dəyərində su radiatoru, 01 ədəd 1650 manat dəyərində starter, 01 ədəd 1650 manat dəyərində dinamo, 01 ədəd 550 manat dəyərində podvesnoy, 01 ədəd 180 manat dəyərində trişotka və 01 ədəd 1450 manat dəyərində hidromuftanı götürüb ümumilikdə cəmiyyətə məxsus 9680 (doqquz min altı yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə 08 noyabr 2021-ci il tarixdə, gecə saatlarında sonuncunun idarə etdiyi “Opel İnsignia” markalı **-OR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərindən ünvan 3inə gələrək həmin kənddə yaşayan digər tanışı Təqsirləndirilən şəxs3 ilə görüşmüşdükdən sonra, yaxınlıqda münasib yerlərdən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs3 yaşadığı kənddə yerləşən “X19” MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasından oğurluq edə biləcəklərini dedikdə oradan birlikdə oğurluq etmək barədə aralarında razılıq əldə edilərək özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan tarixdə, saat 06 radələrində Quba beton zavodu və qum-çınqıl karxanasının yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs3 və Şahid1 əvvəlcədən aralarında əldə edilmiş rolların bölgüsünə əsasən baş verəcək təhlükə barədə qabaqcadan məlumatlandırmaq məqsədilə yaxınlıqda pusquda dayanıb gözləyərək ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və o, dəmir torlu hasarın üstündən aşmaqla saxlanc yeri hesab edilən karxananın həyətinə qanunsuz daxil olmuş, həyətdə olan tikilinin açıq qapısından içəri keçmiş və içəridə yerləşən otağın qapısının üzərindəki qıfılı həyətdən götürdükləri armatur parçası ilə sındıraraq birlikdə içəri - anbara daxil olmuş və həmin otaqda saxlanılan 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd 4200 manat dəyərində su radiatoru, 01 ədəd 1650 manat dəyərində starter, 01 ədəd 1650 manat dəyərində dinamo, 01 ədəd 550 manat dəyərində podvesnoy, 01 ədəd 180 manat dəyərində trişotka və 01 ədəd 1450 manat dəyərində hidromuftanı götürüb ümumilikdə cəmiyyətə məxsus 9680 (doqquz min altı yüz səksən) manat dəyərində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33 ev 58-də arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq taksi kimi fəaliyyət göstərir. Birlikdə oğurluq etdiyi X8 4 ildir ki, tanıyır. Oğurluq etdiyi digər şəxsləri, yəni Bakı şəhər sakini Şahid1 2 il əvvəl Həsənalının işlədiyi Sumqayıt şəhərində yerləşən sexdə Həsənalının vasitəsilə tanımışdır. Həsənalının tanışı Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, oğurluq etdiyi gün Həsənalının vasitəsilə tanımışdır. 07 noyabr 2021-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhərində yerləşən Tovuz kafesində oturub çay içərkən fikrindən Qubada yaşayan qayınatasıgildə olan köhnə model televizorları Şamxalın avtomobili ilə gətirmək keçmişdir. Həmin vaxt onun avtomobili cərimə meydançasında olduğundan tanışı Şamxala zəng edib görüşmək istədiyini bildirmişdir. Şamxal kafeyə gəlmiş və o, Şamxala tanışları Həsənalını da götürüb üçü birlikdə Qubaya gedərək televizorları gətirmək barədə bildirmişdir. Şamxal razılıq verdikdən sonra, onlar Şamxalın idarə etdiyi Opel İnsignia markalı avtomobillə Həsənalıgilə getmişlər. Avtomobili Həsənalıgilin evinin yaxınlığında saxlamışlar ki, evlərinə gələn Həsənalı onları görüb avtomobilə əyləşmişdir. Qubaya gedib televizorları gətirmək barədə bildirdikdə Həsənalı razılaşmışdır. 08 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində üçü birlikdə Şamxalın idarə etdiyi avtomobillə Sumqayıt şəhərindən çıxaraq Quba rayonuna yola düşmüşlər. Saat 03 radələrində Həsənalı ünvan 3ində yaşayan tanışı Xəyyama zəng edib görüşmək istədiyini bildirmişdir. Xəyamla danışdıqdan sonra, onlar Quba rayonun Barlı kəndinə getmişlər. Təmir işləri getdiyindən Həsənalı Xəyyamgilin kəndinə gedən yolu səhv salmış və ona görə də onlar Xəyyamın yaşadığı ünvana 2-3 saat sonra, təxminən saat 05:30 radələrində çatmışlar. Xəyamla görüşdükdən sonra, Həsənalı Xəyyamdan oğurluq etmək üçün münasib bir yer soruşmuşdur. Xəyyam təxminən 200-300 metr yaxınlıqda yerləşən qum-çınqıl karxanasının olduğunu və oradan oğurlamaq üçün ələ nəsə keçə biləcəyini, amma həmin yerin kamera və mühafizəçilərlə mühafizə olunduğunu bildirmişdir. Həsənalı cavab vermişdir ki, "eybi yox, mən və Emin birlikdə ehtiyatla içəri girərik, ehtiyatlı olsaq, mühafizəçilər bizi görməz, sən Şamxalla yaxınlıqda gözləyib ətrafa baxarsız, kimsə gəlsə, tez bizə zəng edib xəbər edərsiz". Həmin karxanadan oğurluq etmək üçün dördünün arasında razılıq əldə ediləndən sonra Şamxal avtomobili Xəyyamın göstərdiyi istiqamətlə sürmüş və karxananın arxa tərəfinin yaxınlığına gələrək dayanmışlar. Xəyyam karxanaya bələd olduğu üçün avtomobildən düşərək ona və Həsənalıya karxanaya gedən piyada yolunu göstərmiş, karxananın həyətinin quruluşu barədə məlumat verərək, həyətdə oğurlamağa heç nə olmadığını, ancaq həyətdəki tikililərdə nəsə olacağını bildirmişdir. Xəyyam onlarla bir qədər piyada gedərək karxananın ərazisindən bayırda dayanıb həyətdəki tikililərin olduğu yeri göstərmiş və qayıdıb Şamxalın yanına getmişdir. Saat 06 radələri olarmış ki, o və Həsənalı dəmir torlu hasarın üstündən aşaraq karxananın ərazisində daxil olmuşlar, karxananın həyətindəki tikililərə və kanteynerə doğru getməyə başlamışlar. Əvvəlcə kanteynerin qapısını sındırıb içərisinə baxmış və boş olduğunu görmüşlər. Sonra isə həmin kanteynerin yaxınlığında yerləşən tikiliyə doğru getmiş və tikilinin qapısının açıq olduğunu görüb içəri keçmişlər. İçəridə olan otaqların hər ikisinin qapısının üzərində qıfıl açar olmaqla bağlı olmuşdur. O, həyətdən götürdüyü armatur parçası ilə qapının üzərində olan qıfıl açarın kilidini sındırmış və içəri baxanda otaqda paltarlar olduğunu görmüşdür. Sonra Həsənalı digər otağın qapısının üzərində olan qıfıl açarın kilidini həmin armatur parçası ilə sındırmış və onlar içəri daxil olduqda orada yük avtomobili ehtiyat hissələrinin olduğunu görmüşlər. O, həmin ehtiyat hissələrindən bir ədəd su radiatoru və bir ədəd hidromufta (yağ nasosu), Həsənalı isə bir ədəd starter, bir ədəd dinamo, bir ədəd podvesnoy və bir ədəd trişotka götürmüşdür. O, şalvarının kəmərini çıxarıb su radiatorunu bağlayaraq aşırıb kürəyinə atmış, hidromuftanı isə əllərində tutaraq qucağına almışdır. Həsənalı yerdə olan boş un kisəsinin içərisinə götürdüyü ehtiyat hissələrini yığaraq qucağına almışdır. Onlar karxanaya daxil olandan təxminən 2 saata yaxın vaxt keçdiyindən artıq hava açılmışdır. Ona görə də daxil olduqları yolla qayıtmamışlar ki, mühafizəçilər onları görə bilər. Digər istiqamətlə gedərək karxanadan dəmir torlu hasarı aşaraq çıxmışlar. O, qabaqda getmiş, Həsənalı arxasınca gəlmişdir. O, uzaqdan onları gözləyən Xəyyamı görərək səsləyib çağırmışdır ki, "gəl mənə kömək et, mənim yüküm ağırdı". Ona görə də Xəyyam kömək üçün qarşısına gəlmiş və su radiatorunu götürərək ona kömək etmişdir. Onlar oğurladıqları əşyaları Şamaxalın idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Xəyyamı yolüstü evinin yaxınlığında düşürərək Sumqayıta yola düşmüşlər. Sağollaşıb ayrılanda Həsənalı oğurlanmış əşyaları nəzərdə tutaraq Xəyyama demişdir ki, "satıb sənə zənglə xəbər edərik". O, əlavə edərək demişdir ki, "satandan sonra sənə çatacaq pulu ya göndərərik, ya da ki, hesab kartın varsa, pulu karta yükləyərik". Yolda gedərkən razılaşmışlar ki, oğurladıqları ehtiyat hissələrini üçü birlikdə Şamxalın bildiyi, göstərdiyi yerlərə satarlar və əldə etdikləri pulu öz aralarında bölərlər. Çünki Şamxal avtomobil mühərrik ustası olduğundan ehtiyat hissələrini satmalı yerlər barədə məlumatlıdır. Sumqayıta çatanda o, oğurladıqları ehtiyat hissələrinin şəkillərini öz mobil telefonu ilə çəkmişdir ki, şəkilləri göstərməklə onları satmaq üçün müştəri tapar. İki gün sonra Həsənalı ona zəng edərək Şamxalla birlikdə Şamxalın yaşadığı evin yaxınlığında olduğunu, Şamxalın dediyinə görə oğurladıqları ehtiyat hissələrinin Şamxalın avtomobilindən oğurlandığını demişdir. O, tez onların yanına getmiş və Həsənalı ilə birlikdə Şamxalı sorğu-sual edərək ehtiyat hissələrinin necə, hansı şəraitdə və kim tərəfindən oğurlanması barədə soruşmuşlar. Şamxal cavab vermişdir ki, avtomobilin yük yerinin üstündəki pəncərə şüşəsini gecə saatlarında sındırıb həmin ehtiyat hissələrini oğurlamışlar. Onlar avtomobilin həmin şüşəsinə baxıb görmüşlər ki, sındırılmış şüşənin çıxarılaraq yenisi ilə əvəz olunan şüşəyə oxşamır. Ona görə də Şamxala inanmayaraq demişlər ki, ya onlara çatacaq pulu versin, ya da ki, avtomobilindən oğurlanmış həmin əşyaları tapsın. Şamxal onlardan bir az vaxt istəmişdir. Etdikləri oğurluğun polis tərəfindən üstü açılanda məlum olmuşdur ki, həmin ehtiyat hissələri Şamxalın avtomobilindən oğurlanmamış, Şamxal yalan danışmış, Şamxal oğurladıqları əşyaları əvvəlcə öz evinə qoymuş, sonra isə satmaq məqsədilə Bakı şəhərində yaşayan qaynı Ruslana vermiş, Ruslana da əşyaların oğurluq olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq etdikləri daş-çınqıl karxanasının sahibi, eləcə də orada işləyən şəxslərdən hər hansı biri ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Oğurluğu tamah niyyətilə etmişlər. Bundan başqa tək və ya birlikdə oğurluq və digər bir cinayət törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3ində valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Birlikdə oğurluq etdiyi X8 uşaqlıqdan tanıyır. Həsənalı Sumqayıt şəhərində yaşayan onun ana nənəsigilin qonşusu olmuşdur. Biri-birini ailəliklə tanıyırlar.. Oğurluq etdiyi digər şəxsləri, yəni Təqsirləndirilən şəxs1 və Şahid1 əvvəllər tanımamış, oğurluq etdiyi gün Həsənalının vasitəsilə tanımışdır. Qeyd etdiyi şəxslərlə aralarında hər hansı düşmənçilik, ədavət, mübahisə və ya sözləşmə olmamışdır. 08 noyabr 2021-ci il tarixdə, saat 03 radələrində Həsənalı onun atasının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu soruşmuşdur. Həmin vaxt atası onu yuxudan oyadaraq demişdir ki, "Həsənalı zəng edib, səninlə danışmaq istəyir". Həsənalı ona telefon əlaqəsi zamanı Xaçmaza çatdığını, Xaçmazdan keçib Qubaya gələrək onunla görüşmək istədiyini bildirmişdir. Ona görə də o, atasının telefonunu özündə saxlayaraq Həsənalının zəngini gözləməyə başlamışdır. Yolu səhv salaraq tapa bilmədiyi üçün Həsənalı gec gəlmişdir. Saat 05:30 radələrində Həsənalı zəng edərək gəlib çatdığını və onların məhəlləsində olduğunu bildirmişdir. O, küçəyə çıxaraq Həsənalının gəldiyi boz metallik rəngli Opel markalı avtomobilin arxa oturacağında əyləşmişdir. Arxa oturacaqda Həsənalı, qabaq oturacaqda isə həmin vaxt tanıyaraq adını bildiyi Emin əyləşmişdir. Həmin vaxt tanış olduğu Şamxal avtomobili idarə etmişdir. Söhbət etdikləri zamanı Həsənalı ondan oğurluq etmək üçün münasib bir yer soruşmuşduqda o, təxminən 200-300 metr yaxınlıqda yerləşən qum-çınqıl karxanasının olduğunu və oradan oğurlamaq üçün ələ nəsə keçə biləcəyini, amma həmin yerin kamera və mühafizəçilərlə mühafizə olunduğunu bildirmişdir. Həsənalı cavab vermişdir ki, "eybi yox, mən Eminlə içəri girərəm, sən Şamxalla gözləyib ətrafa baxarsız, kimsə gəlsə, tez bizə zəng edib xəbər edərsiz". Həmin karxanadan oğurluq etmək üçün dördünün arasında razılıq əldə ediləndən sonra Şamxal avtomobili onun göstərdiyi istiqamətlə sürmüş və həmin karxananın arxa tərəfinin yaxınlığında dayanmışlar. O, əvvəllər karxananın həyətindəki arteziandan su götürdüyü üçün oranın ərazisinə müəyyən qədər bələd olmuşdur. Ona görə də avtomobildən düşərək Həsənalıya və Eminə karaxanaya gedən piyada yolunu göstərmiş, həyətinin quruluşu barədə bildiyi məlumatları deyərək, həyətdə oğurlamağa heç nə olmadığını, ancaq həyətdəki tikililərdə nəsə olacağını bildirmişdir. O, onlarla bir qədər piyada gedərək karxananın ərazisindən bayırda dayanıb həyətdəki tikililərin olduğu yeri göstərmiş və qayıdıb Şamxalın yanına gələrək avtomobilə əyləşmişdir. Şamxalla ikisi birlikdə piyada yolunun girişində avtomobillə dayanaraq ətrafa baxıb nəzarət etməklə onları gözləməyə başlamışlar. Saat 07:30 radələrində hava açılana yaxın Şamxal ona demişdir ki, "get bax gör, onlar harada qaldılar?". O, bir qədər sonra onların getdikləri istiqamətə gedərək baxmış, lakin onları görə bilməmişdir. Saat 08 radələrində hava tam açılanda görmüşdür ki, Həsənalı və Emin oğurladıqları əşyalar ilə qayıdırlar. Emin qabaqda, Həsənalı isə arxada gəlmişdir. Emin onu səsləyərək çağırmışdır ki, "Həsənalıya yox, mənə kömək et, mənim yüküm ağırdı". Ona görə də o, Eminə kömək edərək Emindən şalvarının kəmərini çıxarıb bağlayaraq aşırıb kürəyinə atdığı avtomobilə məxsus su raditorunu götürmüşdür. Eminin əlində avtmobilə məxsus digər ehtiyat hissəsi olmuşdur. Həsənalı oğurlanmış avtomobil ehtiyat hissələrini boş un kisəsinə yığaraq qucağında gətirmişdir. Onlar oğurladıqları əşyaları Şamaxalın idarə etdiyi avtomobilin yük yerinə yerləşdirmişlər. Bundan sonra onlar onu yaşadığı evin yaxınlığında düşürərək Sumqayıta getmişlər. Sağollaşıb ayrılanda Həsənalı oğurlanmış əşyaları nəzərdə tutaraq ona demişdir ki, "satıb sənə zənglə xəbər edərik". Emin də əlavə edərək demişdir ki, "hesab kartın varsa, satandan sonra pulu karta yükləməklə göndərərik". Oğurladıqları avtomobil ehtiyat hissələri satılmadığı üçün etdikləri oğurluğun polis tərəfindən üstü açılanda onların hamısı sahibinə, yəni oğurluq etdikləri karxanaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq etdikləri daş-çınqıl karxanasının sahibi, eləcə də orada işləyən şəxslərdən hər hansı biri ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Oğurluğu tamah niyyətilə etmişlər. Bundan başqa tək və ya birlikdə oğurluq və digər bir cinayət törətməmişlər. Şahid1 narkotik vasitlərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamış, Həsənalının dediyinə görə Şamxal avtomobil mühərriki ustasıdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 74-də anası, arvadı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq Sumqayıt şəhərində yerləşən "Əşya bazarı"nda avto-tüning ustası işləyir. Birlikdə oğurluq etdiyi Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyır. O, əvvəllər Xəyyamın Sumqayıt şəhərində yaşayan ana nənəsigilin qonşusu olmuş və həmin vaxtlarda tanışlıqları yaranmışdır. Biri-birini ailəliklə tanıyırlar. Oğurluq etdiyi digər şəxsləri, yəni Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 4 ildir ki, tanıyır. Avtomobil mühərriyi ustası işləyən Sumqayıt şəhər sakini Şahid1 10 ildir ki, tanıyır. Qeyd etdiyi şəxslərlə aralarında hər hansı düşmənçilik, ədavət, mübahisə və ya sözləşmə olmamışdır. 08 noyabr 2021-ci il tarixdə, saat 00:00 radələrində Emin ilə Şamxal sonuncunun idarə etdiyi Opel İnsignia markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin yaxınlığında gələrək onunla görüşmüşmüşlər. Söhbət zamanı Emin ona təklif etmişdir ki, birlikdə Quba rayonuna gedib qaynatamgildən televizoru götürüb gətirsinlər. Razılaşdıqdan sonra onlar 08 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində üçü birlikdə Şamxalın idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərindən çıxaraq Quba rayonuna yola düşmüşlər. Qabaq oturacaqda Emin əyləşmişdir. Yolda olarkən saat 03 radələrində Quba rayonunun Barlı kəndində yaşayan Xəyyama zəng etmiş, lakin onun telefonu işləmədiyi üçün atasına zəng edib Xəyyamı soruşdur. Xəyyamla danışaraq görüşmək istədiyini bildirmişdir. Şamxalın idarə etdiyi avtomobili Xəyyamın yaşadığı ünvan 3inə sürdürmüşdür. Təmir işləri getdiyindən yolu səhv salmış və ona görə də onlar Xəyyamın yaşadığı ünvana 2-3 saat sonra, təxminən saat 05:30 radələrində çatmışlar. Xəyyamı evinin yaxınlığından götürmüşlər və Xəyyam arxa oturcaqda onun yanında əyləşmişdir. Söhbət zamanı Xəyyamdan oğurluq etmək üçün münasib bir yer soruşmuşdur. Xəyyam kəndlərində yerləşən qum-çınqıl karxanasının olduğunu və oradan oğurlamaq üçün ələ nəsə keçə biləcəyini, amma həmin yerin kamera və mühafizəçilərlə mühafizə olunduğunu bildirmişdir. O, cavab vermişdir ki, "eybi yox, mən və Emin birlikdə ehtiyatla içəri girərik, ehtiyatlı olsaq, mühafizəçilər bizi görməz, sən Şamxalla yaxınlıqda gözləyib ətrafa baxarsız, kimsə gəlsə, tez bizə zəng edib xəbər edərsiz". Həmin karxanadan oğurluq etmək üçün dördünün arasında razılıq əldə ediləndən sonra Şamxal avtomobili Xəyyamın göstərdiyi istiqamətlə sürmüş və karxananın arxa tərəfinin yaxınlığına gələrək dayanmışlar. Xəyyam karxanaya bələd olduğu üçün avtomobildən düşərək ona və Eminə karxanaya gedən piyada yolunu göstərmiş, karxananın həyətinin quruluşu barədə məlumat verərək, həyətdə oğurlamağa heç nə olmadığını, ancaq həyətdəki tikililərdə nəsə olacağını bildirmişdir. Xəyyam onlarla bir qədər piyada gedərək karxananın ərazisindən bayırda dayanıb həyətdəki tikililərin olduğu yeri göstərmiş və qayıdıb Şamxalın yanına getmişdir. Saat 06 radələri olarmış ki, o və Emin dəmir torlu hasarın üstündən aşaraq karxananın ərazisində daxil olmuş, karxananın həyətindəki tikililərə və kanteynerə doğru getməyə başlamışlar. Əvvəlcə kanteynerin qapısını sındırıb içərisinə baxmış və boş olduğunu görmüşlər. Sonra isə həmin kanteynerin yaxınlığında yerləşən tikiliyə doğru getmiş və tikilinin qapısının açıq olduğunu görüb içəri keçmişlər. İçəridə olan otaqların hər ikisinin qapısı bağlı olmuşdur. O, həyətdən götürdüyü armatur parçası ilə qapının kilidini sındırmış və içəri baxanda otaqda paltarlar olduğunu görmüşdür. Sonra Həsənalı digər otağın qapısını həmin armatur parçası ilə sındırmış və onlar içəri daxil olduqda orada yük avtomobili ehtiyat hissələrinin olduğunu görmüşlər. O, həmin ehtiyat hissələrindən bir ədəd starter, bir ədəd dinamo, bir ədəd podvesnoy və bir ədəd trişotka, Emin isə bir ədəd su radiatoru və bir ədəd hidromufta (yağ nasosu) götürmüdür. O, yerdə olan boş un kisəsinin içərisinə götürdüyü ehtiyat hissələrini yığaraq qucağına almış ki, rahat şəkildə apara bilsin. Emin şalvarının kəmərini çıxarıb su radiatorunu bağlayaraq aşırıb kürəyinə atmış, hidromuftanı isə əllərində tutaraq qucağına almışdır. Onlar karxanaya daxil olandan təxminən 2 saata yaxın vaxt keçdiyindən artıq hava açılmışdır. Ona görə də daxil olduqları yolla qayıtmamışlar ki, mühafizəçilər onları görə bilər. Digər istiqamətlə gedərək karxanadan dəmir torlu hasarı aşaraq çıxmışlar. O, arxada, Emin qabaqda getmişdir. Emin uzaqdan Xəyyamı görərək səsləyib çağırmışdır ki, "gəl mənə kömək et, mənim yüküm ağırdı". Ona görə də Xəyyam kömək üçün Eminin qarşısına gəlmişdir. Onlar oğurladıqları əşyaları Şamaxalın idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Xəyyamı yolüstü evinin yaxınlığında düşürərək Sumqayıta yola düşmüşlər. Sağollaşıb ayrılanda o, oğurlanmış əşyaları nəzərdə tutaraq Xəyyama demişdir ki, "satıb sənə zənglə xəbər edərik". Yolda gedərkən razılaşmışlar ki, oğurladıqları ehtiyat hissələrini üçü birlikdə Şamxalın bildiyi, göstərdiyi yerlərə satar və əldə etdikləri pulu öz aralarında bölərlər. Şamxal avtomobil mühərrik ustası olduğundan ehtiyat hissələrini satmalı yerlər barədə məlumatlıdır. Sumqayıta çatanda Emin oğurladıqları ehtiyat hissələrinin şəkillərini öz mobil telefonu ilə çəkmişdir ki, şəkilləri göstərməklə onları satmaq üçün müştəri tapsın. İki gün sonra Şamxalla yaşadığı evin yaxınlığında görüşmüş, Şamxal oğurladıqları ehtiyat hissələrinin avtomobildən oğurlandığı üçün həmin əşyaları sata bilmədiyini demişdir. O, bu barədə Şamxalın yanında Eminə zəng edib məlumat vermişdir. Emin onların yanına gəlmiş və onlar ikisi birlikdə Şamxalı sorğu-sual edərək ehtiyat hissələrinin necə, hansı şəraitdə və kim tərəfindən oğurlanması barədə soruşmuşlar. Şamxal cavab vermişdir ki, avtomobilin yük yerinin üstündəki pəncərə şüşəsini gecə saatlarında sındırıb həmin ehtiyat hissələrini oğurlayıblar. Onlar Şamxala inanmayaraq demişlər ki, ya onlara çatacaq pulu versin, ya da ki, avtomobilindən oğurlanmış həmin əşyaları tapsın. Şamxal onlardan bir az vaxt istəmişdir. Etdikləri oğurluğun polis tərəfindən üstü açılanda məlum olmuşdur ki, həmin ehtiyat hissələri Şamxalın avtomobilindən oğurlanmamış, Şamxal onlara yalan danışmış, Şamxal oğurladıqları əşyaları əvvəlcə öz evinə qoymuş, sonra isə satmaq məqsədilə Bakı şəhərində yaşayan qaynı Ruslana vermiş, Ruslana əşyaların oğurluq olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, oğurluq etdikləri daş-çınqıl karxanasının sahibi, eləcə də orada işləyən şəxslərdən hər hansı biri ilə aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən oeşiman olduğunu, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 ynavar 2019-cu il tarixdən ünvan 3ində yerləşən “X19” MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasında baş nəzarətçi işləyir. Baş nəzarətçi kimi ümumi nəzarəti və rəhbərliyi həyata keçirir. Quba beton zavodu və qumçınqıl karxanasında beton və qum-çınqıl istehsal olunur, müxtəlif yük avtomobilləri və onlara aid ehtiyat hissələri saxlanılır. 2 ildir ki, istehsal dayansa da, karxana mühafizəçilər və video-müşahidə kameraları ilə mühafizə olunur. Ərazisi dəmir torla hasara alınıb. Ərazisi çox böyük olduğu üçün mühafizəçilər gəzərək nəzarət edirlər. 6 nəfər mühafizəçi işləyir. İş rejimi 24 saat olmaqla növbəli şəkildədir, hər növbədə 2 nəfər mühafizəçi olur və növbə hər gün saat 08-də təhvil götürülür. Növbədə olan mühafizəçilərdən biri 1-ci posta, yəni Quba beton zavodu və qum-çınqıl karxanasının qabaq tərəfinə, digər mühafizəçi isə 2-ci posta, yəni arxa tərəfinə nəzarət edir. 08 noyabr 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhərində olduğu vaxt 1-ci postun növbəsini təhvil alan mühafizəçi Şahid2 ona zəng edərək bildirmişdir ki, növbəni mühafizəçi X5 təhvil götürəndə karxananın həyətindəki anbar tikililərdən birinin qapsının qıfıl açarının sındırılaraq yük avtomobilinə aid ehtiyat hissələri oğurlanmasını aşkar etmişdir. O da öz növbəsində rəhbərliyə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Bakı şəhərindən çıxaraq Qubaya yol düşmüşdür. Karxanaya gələndə görmüşdür ki, həqiqətən də oğurluq baş verib. Mühafizəçi Fərrux bildirmişdir ki, gecə heç bir oğurluq halı aşkar etməmiş, kənar şəxs görməmiş və səs-küy eşitməmişdir. Fərruxla eyni vaxtda 2-ci posta işdə olmuş X16 da ərazidə heç bir kənar şəxs görmədiyini, səs-küy eşitmədiyini bildirmişdir. O, başa düşmüşdür ki, oğurluq hadisəsi Fərrux həmin gecə işdə ayıq-sayıq olmadığı üçün baş verib. Bundan sonra o, DİN-nin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, qapıları sındırılmış otaqlara polis əməkdaşları gələnə kimi daxil olub baxmamışdır ki, əl və ayaq izləri düşə bilər, ona görə də polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gələndən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı görmüşdür ki, karxananın həyətindəki kanteynerin qapısı sındırılaraq içərisinə baxılmaqla dağınıq hala salınmış, lakin içərindən heç nə götürülməmiş, kanteynerin yaxınlığında yerləşən anbar tikilinin açıq qapısından içəri daxil olaraq içəridə olan otaqların hər ikisinin qapısının üzərindəki qıfıl açarlar sındırılmış, içərisində işçilərə məxsus paltarların olduğu otağa baxılaraq dağınıq hala salınmış və otaqdan heç nə götürülməmiş, içərisində ehtiyat hissələrinin olduğu otaqdan isə 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilinə məxsus 01 ədəd su radiatoru, 01 ədəd starter, 01 ədəd dinamo, 01 ədəd podvesnoy, 01 ədəd trişotka və 01 ədəd hidromufta oğurlanmışdır. Hadisə yerindən əl-barmaq izləri, həmçinin oğurluq edən şəxslərin oğurladıqları ehtiyat hissələrini apararkən video-müşahidə kameraları ilə qeydə alınmış videogörüntüsü götürülmüşdür. O da daxil olmaqla karxananın işçiləri və polis əməkdaşları videogörüntüdəki şəxsləri tanımamışlar. Hadisə Fərruxun ayıq-sayıq olmaması səbəbindən baş verdiyi üçün bir neçə gün sonra Fərrux işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, oğurlanmış ehtiyat hissələrinin hamısı təzə olmuş, onların növü və qiymətləri barədə qaiməni etibarnamə ilə birlikdə təqdim etmişdir. Belə ki, 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd su radiatoru 4960,72 manat, 01 ədəd hidromufta 1801,86 manat, 01 ədəd starter 2011,9 manat, 01 ədəd dinamo 2011,9 manat, 01 ədəd podvesnoy 670,24 manat və 01 ədəd trişotka 225,38 manat olmaqla cəmi 11682 manat təşkil edir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən cəmiyyətə vurulmuş maddi ziyannın tam şəkildə ödənildiyi bildirərək onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/9377 nömrəli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Ford Cargo” markalı avtomobilə məxsus 01 ədəd su radiatoru 4200 manat, 01 ədəd starter 1650 manat, 01 ədəd dinamo 1650 manat, 01 ədəd podvesnoy 550 manat, 01 ədəd trişotka 180 manat və 01 ədəd hidromufta 1450 manat olmaqla cəmi 9680,0 manat müəyyən edilir. Азярбайъан Республикасы DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021ci il tarixli, 011-10561-1221 nömrəli məktubundan görünür ki, idarənin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə aparılmış müqayisəli tədqiqatı nəticəsində hadisə yerindən götürülmüş əl izlərindən bir ədədi Təqsirləndirilən şəxs1 sol əlinin adsız barmağının əksi ilə, digər iki ədədi isə Təqsirləndirilən şəxs2 sağ əlinin böyük və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istinaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. .Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən, hökmün surətindən və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Moskva şəhər, Perov rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 158-ci maddəsinin 4-cü bəndi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm tanınaraq onun əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinə tövsif edilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 05 ay 11 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş və xx.xx.2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olamaqla ünvan 1 ünvanında yaşayır. ünvan 2liyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 adında iki azyaşlı uşağı vardır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 29,177.2.1 və 29.177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 18 avqust 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə İƏDsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Quba rayonunun Barlı kəndində qeydiyyatda olamaqla həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Alı oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər mənzil kommunal təsərüfatı birliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Piriyev X7 rayonunun Genlik kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Həzi Aslanov küçəsi 74 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən görünür ki. Təqsirləndirilən şəxs2 Alı oğlunun himayəsində iki azyaşlı uşağı var. İş materiallarında olan “X19” MMC-nin Quba beton zavodu və qum-çınqıl karxanasının məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, oğurluq nəticəsində onlara vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşqalarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşqalarının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-in 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-in 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-in 62ci maddəsinə istinad edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, onun cinayət törətdikdən sonra davranışını, onun törətdiyi cinayətin məqsədini və motivi, göstərilən cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, CM-in 65.3-cü maddəsinə əsasən CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3an və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarına gəlmədiyinə görə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutularaq Quba rayon PŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyinə görə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutularaq Quba rayon PŞ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 3 ay 11 gün müddət və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 06 ay 03 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə onların barələrində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə iclas zalında həbsdən azad edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 azdlığın məhdufdlaşdırılması cəzası təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi olan 01 ədəd DVD disk və hadisə yerindən götürülmüş əl-barmaq izləri olan 01 ədəd zərf və eyniləşdirməyə dair 02 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılmalı, “Ford Carqo” markalı avtomobilə məxsus 01 ədəd su radiatoru, 01 ədəd starter, 01 ədəd dinamo. 01 ədəd podvisnoy, 01 ədəd trişotka və 01 ədəd hidromufta zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə yaşayış yeri Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs3 aid hissədə yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə yaşayış yeri Sumqayıt şəhər Probasiya İdarəsinə, tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 03 (üç) ay, 11 (on bir) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 06 (altı) ay, 22 (iyirmi iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 1 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad azad edilsin və barəsində hökm qanuni qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə ünvan 3 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 06 (altı) ay, 03 (üç) gün müddət nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 01 (bir) il, 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 4 ünvanında yaşadığı evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Sumqayıt şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad azad edilsin və barəsində hökm qanuni quvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Quba rayon Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait və Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi olan 01 ədəd DVD disk və hadisə yerindən götürülmüş əl-barmaq izləri olan 01 ədəd zərf və eyniləşdirməyə dair 02 vərəq çıxarış cinayət işinin materiallarında saxlanılsın, “Ford Carqo” markalı avtomobilə məxsus 01 ədəd su radiatoru, 01 ədəd starter, 01 ədəd dinamo. 01 ədəd podvisnoy, 01 ədəd trişotka və 01 ədəd hidromufta zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə yaşayış yeri Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə yaşayış yeri Sumqayıt şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs3 aid hissədə yaşayış yeri üzrə Quba rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar