Məhkəmə qərarları › İş №1(027)-67/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-67/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-67/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və onun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Quba rayonu Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” və “vəzifəsindən kənarlaşdırılma” növündə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Quba rayon Zərdabi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən sui- istifadə edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə müvafiq səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 istifadəsində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alacağı adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba rayonu Zərdabi qəsəbəsi ərazisində sonuncunun mərhum qardaşı X2 2020-ci ilin noyabr ayında 2000 manat, Zərərçəkmiş şəxs1 özündən isə 2021-ci ilin iyun ayında 500 manat və 2021ci ilin avqust ayında 700 manat olmaqla ümumilikdə 3200 manat pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Quba rayon Zərdabi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə müvafiq səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 adına Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 60 kv.m. torpaq sahəsinə çıxarış düzəldəcəyi adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba rayonu Zərdabi qəsəbəsi ərazisində olan bələdiyyə binasında sonuncudan 2021-ci ilin sentyabr ayında 300 manat, 2022-ci ilin oktyabr ayında 500 manat, 2022-ci ilin noyabr ayında 1500 manat, 2022-ci ilin dekabr ayında 3000 manat olmaqla ümumilikdə 5300 manat pulu vəsaitini vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Quba rayon Zərdabi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə müvafiq səlahiyyəti olmadığı halda sonuncunun ailəsinin istifadəsində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alacağı adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba rayonu Zərdabi qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayında 500 manat və 2021-ci ilin dekabr ayında 600 manat olmaqla ümumilikdə 1100 manat pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Quba rayon Zərdabi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə müvafiq səlahiyyəti olmadığı halda sonuncunun ailəsinin istifadəsində olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alacağı adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba rayonu Zərdabi qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs4 2023-cü ilin aprel ayında 1000 manat pul vəsaitini alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmənin ilk iclaslarında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən (Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aid epizodlarda) təqsirli bilərək ifadəsində göstərdi ki, o, 30 sentyabr 2020-ci il tarixdən 02 fevral 2024-cü il tarixə kimi Quba rayon Zərdabi qəsəbəsi Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2021ci ildə (ayın tarixini xatırlamır) Zərdabi Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə qəsəbənin sakini mərhum Barat Nadiri ona müraciət edərək Zərdabi qəsəbəsində üzərində 36 kv.m.-lik tikili obyekt olan torpaq sahəsinin bacısı Zərərçəkmiş şəxs1 adına keçirilməsi barədə çıxarış almaq istədiyini bildirdirmiş, o da sonuncuya kömək edə biləcəyini söyləyib ondan 3000 manat istəmişdir. Həmin il Barat iki dəfə onunla Zərdabi qəsəbəsində küçədə görüşərək hər dəfəsində 1000 manat olmaqla cəmisi 2000 manat vermişdir. 2022-ci ilin yay aylarında o, Baratın vəfat etdiyini bilmişdir. Bundan sonra əvvəldən razılaşdıqları torpaq sahəsinə çıxarış almaq sənədləri düzəltmək barədə mərhum Baratın bacısı Nazilə ilə danışmış və sonuncudan da 2022-ci ilin müxtəlif vaxtlarında Zərdabi qəsəbəsində bir dəfə 500 manat, ikinci dəfə 700 manat olmaqla 1200 manat almışdır. Bununla da o, mərhum Barat Nadiri və onun bacısı Zərərçəkmiş şəxs1 ümumilikdə 3200 manat almışdır. Lakin həmin pulları aldıqda onun əvvəldən torpaqla bağlı çıxarış düzəltmək niyyəti olmamış, Baratla Nazilədən aldığı 3200 manat puldan heç kimə verməmiş, heç kiminlə bölüşməmiş, onları yalnız öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 aid epizodla bağlı Təqsirləndirilən şəxs bildirdi ki, Quba rayonu Zərdabi qəsəbəsinin sakini Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs3 Zərdabi qəsəbəsində yerləşən evlərinin qonşuluğunda olan 2,5 sotluq torpaq sahəsini ailəsinin mülkiyyətinə keçirilməsi üçün ona müraciət etmişdir. Aralarında olan danışıq zamanı o, Raminə bu işin həllində köməklik etməyə söz vermiş və ondan 2021-ci ilin oktyabr ayında 500 manat və 2021-ci ilin dekabr ayında 600 manat olmaqla ümumilikdə 1100 manat pul almışdır. Zərərçəkmiş şəxs4 aid epizodla bağlı Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs4 Quba rayonu Zərdabi qəsəbəsinin sakinidir. Digər Zərərçəkmiş şəxs1 onun otağında olan zaman onun səs yazısını yazmışdır. Həmin səs yazısında “Zərərçəkmiş şəxs4 sənədi hazırdır” sözləri olmuş, həm səs yazısı istintaq zamanı incələnən zaman Zərərçəkmiş şəxs4 da adı çəkildiyindən, o da zərərçəkmiş şəxs qismində tanınmışdır. Halbuki o Zərərçəkmiş şəxs4 sənəd işləri üçün pul almamış, Zərərçəkmiş şəxs4 də bunu təsdiq etmiş və heç bir zaman ondan şikayətçi olmamışdır. Məhkəmənin ilk iclaslarında Zərərçəkmiş şəxs2 aid epizodla bağlı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, bildirdi ki, Quba rayonu Zərdabi qəsəbəsinin sakini Zərərçəkmiş şəxs2 sözügedən sahəni qəsəbə sakini Samirdən almışdır. Zərdabi qəsəbəsində yerləşən 60 kv.m. sahəsini Samir qanunsuz zəbt edib obyekt tikmiş və sonra Sehrinaza satmışdır. Belə ki, 2019-cu ildə Samir öz bağ sahəsini şifahi qaydada Sehrinaza satmış və Sehrinazdan pul almışdır. Sonradan həmin bağ sahəsini satmamaq fikrinə düşmüş və Sehrinazdan aldığı pulu qaytarmamaq üçün aralarında olan razılığa görə pulun əvəzində Sehrinaza öz yerini vermişdir. Sehrinaz da həmin torpaq sahəsində qanunsuz tikinti inşa etməyə başlamış, Samir isə tikintini sona çatdırmışdır. Həmin vaxt o, bələdiyyə sədri deyildir. xx.xx.2020-ci il tarixdə o bələdiyyə sədri seçilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyəninin balansındadır. 2022-ci ilin sentyabr ayında Sehrinaz ona müraciət edərək, Zərdabi qəsəbəsi ərazisində H.Əliyev küçəsində yerləşən yol kənarında ona obyektə çıxarış almağa köməklik etməsini xahiş etmiş, Sehrinazın müraciəti ilə bağlı sənədləşmə üçün xx.xx.2022-ci il tarixdə müvafiq instansiyala sorğular göndərmiş, lakin Sehrinazın istədiyi yer bələdiyyə torpağına aid olsa da həmin ərazidən dövlət əhəmiyyətli qaz xətti keçdiyindən oradakı torpaq sahələrini özəlləşdirmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə müvafiq olaraq imtina cavabı gəlmişdir. Bu səbəbdən Sehrinazın müraciətinə imtina edilmiş və ona rəsmi cavab da verilmişdir. Verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirdi ki, Sehrinaz ona pul verməmiş, Samirə vermişdir. Sehrinaz ona səs yazısı ataraq, “atamdan 2000 manat pul almısan” demiş, o da aydınlaşdırmaq məqsədilə Sehrinazın atasını çağırmış, sonunya “sən mənə pul vermisən” sualını vermiş, Sehrinazın atası “yox, verməmişəm” demişdir. Bu vaxt otağının qapısı açıq olmuş və digər otaqda olan işçisi Şahid5 bu danışıqların şahidi olmuşdur. Sehrinazdan pul almamışdır. Sehrinazın deməsinə görə ondan 2022-ci ilin noyabr dekabr ayında pul almış, lakin bu mümkün deyildir. Belə ki, Sehrinaz bələdiyyəyə 2022-ci ilin sentyabr ayında müraciət etmiş, xx.xx.2022-ci il tarixdə tərəfindən sorğular göndərilmiş və imtina cavabı alınmışdır. İmtina cavabından sonra Sehrinazdan sənədləşmə üçün pul istəməsi, hələ Zərdabi qəsəbəsində yerləşən 60 kv.m. sahəsinin sənədləşməsi üçün belə böyük məbləğdə pul istəməsi heç ağlabatan deyil. Hətta Sehrinaz ilk vaxtlar guya ondan 300 manat pul almasını deyib məlumat yaymışdır, sonradan ondan 5300 almasını iddia etmişdir. Sehrinazdan heç vaxt pul almamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etdiyini və onlara dəymiş ziyanı tamamilə ödədiyini, həmçinin onlara vurulmuş zərərin 25%-ni dövlət büdcəsinə ödədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 ilə bağlı hissədə özünü təqsirli bilməsə də, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 tələb etdiyi 5300 manatı verdiyini və ona dəymiş ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayında Quba rayonu Zərdabi qəsəbəsində yerləşən yol kənarındakı 60 kv.m. torpaq sahəsində obyekt tikib istifadə etmək istəmiş, həmin torpaq sahəsi Zərdabi Bələdiyyəsinin mülkiyyətində olduğundan Quba rayon Zərdabi bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Təqsirləndirilən şəxs onu adına Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 60 kv.m. torpaq sahəsinə çıxarış düzəldə biləcəyinə inandırmış, bu işin həll olunması müqabilində 2021-ci ilin sentyabr ayında 300 manat, 2021-ci ilin oktyabr-noyabr aylarında 2000 manat və 2021-ci ilin dekabr ayında 3000 manat pulunu almışdır. 2000 və 3000 manatı Rəşada verərkən atası da yanında olmuşdur. Lakin sonradan Rəşad müxtəlif bəhanələr gətirərək çıxarışın düzəlməyəcəyini bildirmiş və onun verdiyi pulları mənimsəmişdir. Rəşad ümumilikdə ona 5300 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5300 manat məbləğində ziyanın ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxs kimi göstərilməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs pul verməmiş, əksinə onun Təqsirləndirilən şəxs borcu olmuşdur. O, ancaq sənədləşmə üçün Təqsirləndirilən şəxs 1000 manat rüsum pulu vermiş, sənədləri də düzəlmişdir. 300 manat rüsum üçün qəbzləri vardır. Verilən suallara cavab olaraq, bildirdi ki, Təqsirləndirilən şəxs 1000 manat pulu çıxarış üçün vermişdir və sənədini almışdır. İstintaq orqanı ifadəsinin alınması üçün onu çağıranda sənədi hələ düzəlməmişdir. Ondan sonra sənədi düzəlmişdir. Təqsirləndirilən şəxs ondan pulu 2023-cü ilin aprel-may aylarında almış, sənədi isə həmin ilin sonu vermişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, barışdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Quba rayon Zərdabi qəsəbəsi ərazisində yerləşən 63 kv.m.-li torpaq sahəsi vardır. Həmin sahənin üzərində 36 kv.m.-lik tikili də mövcud olmuş, mərhum qardaşı Barat həmin sahəyə və yaşadıqları qəsəbə ərazisində onların ailənin istifadəsində olan ayrı-ayrı yerlərdəki torpaq sahələrinin çıxarış alınması üçün Zərdabi Bələdiyyəsinin sədri Rəşadın iş yerində olanda o da yanlarında olmuşdur. Həmin vaxtı Rəşad bu sahələrə çıxarış alınması üçün onlardan əvvəlcə 7000 manat pul istəmiş, axırda ona 3000 manat verməyə razılaşmışlar. Sonrakı dövrdə həmin sahələrin çıxarış sənədlərini düzəltmək adı ilə müxtəlif bəhanələr gətirməklə əvvəlcə 2020-ci ilin noyabr ayında işlədiyi bələdiyyənin xidməti otağında Rəşad, onun yanında mərhum qardaşı Baratdan 1000 manat almış, sonra həmin ayda Baratın istəyi ilə daha 1000 manat gedib Zərdabi qəsəbəsində bacıları Sumayənin işlədiyi mağazadan götürmüşdür. 25 avqust 2021-ci il tarixdə qardaşı Barat vəfat etmişdir. O, xəstə yataq şəraitində olduğu dövrdə torpağın çıxarışı ilə bağlı Rəşadla özü danışmış, əvvəlcə 2021-ci ilin iyun ayında Zərdabi qəsəbəsi ərazisində Rəşadla görüşərək ona bir dəfəsində 500 manat, diğər dəfəsində yəni 2021-ci ilin avqust ayında görüşərək isə 700 manat olmaqla ona daha 1200 manat vermişdir. Zərdabi Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onlardan cəmisi 3200 manat alıb sonradan onları aldatmışdır və torpaqlarına çıxarış alınması üçün heçnə etməmişdir. Onun və mərhum qardaşı Barat tərəfindən Rəşada xidməti otağında pul verilməsini kənar adamlardan yalnız Zərdabi Bələdiyyəsinin mühasibi işləyən Şahid4 görmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ № 190330 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25 avqust 2021-ci il tarixdə vəfat etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alınmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, 2021-ci ilin oktyabr ayında yaşadığı evlərinin qonşuluğundakı və uzun müddətdi atası Akifin istifadəsində olmuş Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış almaq istəyirdi. Həmin torpaq sahəsi əvvəllər Zərdabi Bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bu səbəbdən o, Quba rayon Zərdabi qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs qəbulunda olmuş və onunla torpağa çıxarış almaq barədə danışarkən sonuncu onun ailəsinə Quba rayonu Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alacağı barədə onu inandırmışdır. Lakin bu işin həlli müqabilində ondan 2021-ci ilin oktyabr ayında 500 manat, 2021-ci ilin dekabr ayında isə 600 manat olmaqla 1100 manat pul vəsaitini almışdır. Sonralar isə Rəşad onu aldadaraq pulunu mənimsəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs RPŞ-yə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun qızı Zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayında Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən yol kənarındakı 60 kv.m. torpaq sahəsində obyekt tikib istəmiş, həmin torpaq sahəsi Zərdabi Bələdiyyəsinin mülkiyyətində olduğundan Quba rayon Zərdabi bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs qızının adına Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 60 kv.m. torpaq sahəsinə çıxarış düzəldəcəyinə dair vədlər vermiş və bu işin həll olunması müqabilində 2021-ci ilin sentyabr ayında Sehrinazdan 300 manat almış, sonradan 5000 manat istəmişdir. O, bankdan götürdüyü puldan 2000 manat götürüb Sehrinazla birlikdə Rəşadın yanına getmişlər və həmin 2000 manatı Rəşada vermişlər. 2021-ci ilin dekabr ayında təsərrüfatında olan iri buynuzlu heyvanlardan satıb 3000 manat düzəltmiş və Sehrinazla birlikdə Rəşadın yanına getmişlər və həmin 3000 manatı Rəşada vermişlər. Verilən suallara cavab olaraq, şahid bildirdi ki, 300 mana pulu qızı Rəşada əvvəldən vermiş, qalan pulları Rəşada verəndə o Sehrinazın yanında olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 kənd sakini kimi tanıyır. Onlarla qohumluq münasibətləri yoxdur. Onun Quba rayonu, Zərdabi qəsəbəsində parkın yanında ət dükanı olmuş, park ətrafında aparılan abadlıq işləri ilə əlaqədar icra başçısının tapşırığı ilə onun dükanı sökülmüş və əvəzində ona qəsəbənin başqa yerində yer verilmişdir. Müəyyən müddət ərzində o, həmin yerdə dükan inşa etməyə başlamış, lakin yerin sənədlərini düzəldə bilmədiyi üçün tikintini dayandırmışdır. Zərərçəkmiş şəxs2 özünə dükan tikmək üçün ondan həmin yeri istəmiş, o da “sənəd işlərini həll elə, al yeri işlət, mən istəmirəm” demişdir. 2021-ci il tarixdə Sehrinaz ona dükan tikmək istədiyini, lakin sənəd işlərinin uzandığını demişdir. Həmin ərəfədə Rəşadla görüşmüş və sonuncu “pulla düzələn söhbətdir, Sehrinazdan pul alsam problem olmaz ki?” sualını vermiş, o isə cavabında “pulu alıb, sənədlərini düzəltməsən problem olar” demişdir. Həmin vaxt Rəşad ona “sən yazılı formada öz yerindən Sehrinazın xeyrinə imtina etdiyini yaz” demiş, o da yazıb Rəşada vermişdir. Öz yerindən Sehrinazın xeyrinə imtina etsə də, Rəşad ona “yer sənə verilib, tikinti zamanı orda olsan yaxşıdır” dediyi üçün tikinti başa çatanadək Sehrinazın adından dükanın inşasını həyata keçirmiş, lakin tikitiyə xərclənən pulu Sehrinaz özü vermişdir. Tikinti başa çatdıqdan sonra qanunsuz tikili kimi sökülməsi qərara alınmış və söküntü işlərinin aparılması üçün ona göstəriş verilmişdir. Eyni zamanda o, qanunsuz tikiliyə görə 500 manat cərimə edilmişdir. Halbuki o Rəşadın məsləhəti ilə sənəd üzərində öz yerini Sehrinaza vermişdir və həmin yerlə bağlı sərəmcanları Sehrinaz özü vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid1 və Şahid3 Ələsgər oğlu, Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər, Şahid4 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istindakı ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, Quba rayon Zərdabi qəsəbəsi ərazisində yerləşən 63 kv.m.-li torpaq sahəsi vardır. Həmin sahənin üzərində 36 kv.m.-lik tikili də mövcud olmuş, mərhum qardaşı Barat həmin sahəyə və yaşadıqları qəsəbə ərazisində onların ailənin istifadəsində olan ayrı-ayrı yerlərdəki torpaq sahələrinin çıxarış alınması üçün Zərdabi Bələdiyyəsinin sədri Rəşadın iş yerində olanda o da yanlarında olmuşdur. Həmin vaxtı Rəşad bu sahələrə çıxarış alınması üçün onlardan əvvəlcə 7000 manat pul istəmiş, axırda ona 3000 manat verməyə razılaşmışlar. Sonrakı dövrdə həmin sahələrin çıxarış sənədlərini düzəltmək adı ilə müxtəlif bəhanələr gətirməklə əvvəlcə 2020-ci ilin noyabr ayında işlədiyi bələdiyyənin xidməti otağında Rəşad, onun yanında mərhum qardaşı Baratdan 1000 manat almış, sonra həmin ayda Baratın istəyi ilə daha 1000 manat gedib Zərdabi qəsəbəsində onun işlədiyi mağazadan götürmüşdür. 25 avqust 2021-ci il tarixdə qardaşı Barat vəfat etmişdir. O, xəstə yataq şəraitində olduğu dövrdə torpağın çıxarışı ilə bağlı bacısı Nazilə Rəşadla danışmış, əvvəlcə 2021-ci ilin iyun ayında Zərdabi qəsəbəsi ərazisində Rəşadla görüşərək ona 500 manat, 2021-ci ilin avqust ayında 700 manat olmaqla 1200 manat vermişdir. Zərdabi Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onlardan cəmisi 3200 manat alıb sonradan onları aldatmışdır və torpaqlarına çıxarış alınması üçün heçnə etməmişdir. Şahid4 ibtidai istindakı ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, 2019-cu ilin dekabr ayından bugünə Quba rayonu Zərdabi bələdiyyəsində mühasib işləyir. 2020-ci ilin oktyabr ayından Təqsirləndirilən şəxs bələdiyyənin sədri vəzifəsində işləyir. 2020-ci ilin noyabr ayında Rəşadın otağında Zərərçəkmiş şəxs1 və Nadiri Barat söhbət edən zaman orada olmuş və Rəşadın onlarla torpaqların sənədləri ilə bağlı danışdıqlarını eşitmişdir. Rəşad Baratdan torpaqlara çıxarış almaq üçün 2000 manat istəmiş, Baratda üstündə cəmi 1000 manat olmasını bildirərək həmin pulu Rəşada vermiş, qalan 1000 manatı gedib Barata məxsus mağazadan almasını demişdir. Bundan 4-5 gün sonra Barat bacısı Nazilə ilə yenə bələdiyyəyə gəlmişlər. Onlardan öyrənmişdir ki, Rəşad onlardan əlavə 500 manat istəmişdir. Onun yanında Nazilə və Barat Rəşada sənədlərlə birlikdə əlavə 500 manat vermişlər. Barat öləndən 4 gün sonra Nazilə təkrar bələdiyyəyə gəlmiş və ona Rəşadın ondan əlavə 700 manat istədiyini demişdir. Nazilə həmin vaxt onun yanında Rəşada 700 manat vermişdir. Pulu alandan sonra Rəşad Naziləyə yaxın zamanda sənədlərinin düzələcəyini bildirmişdir. Ondan sonra o Naziləni görməmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki,ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.” Eyni Qərarın 36-cı bəndi izah edir ki, «dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir.» “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd edilir ki, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması.” Qərarda həmçinin qeyd edilir ki, CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə iqtidarında olmadığı işi görəcəyinə dair yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və xeyli miqdarda əmlaklarını ələ keçirərək, öz qulluq mövqeindən istifadə etməklə, təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxslərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur. Nəticədə o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aid epizodlarla bağlı özünü təqsirli bilsə də, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətində özünü ümumiyyətlə təqsirli bilməmişdir. Qeyd olunan üç epizodla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tam təsdiqi tapır. Bununla da məhkəmə belə qənaətə gəlir ki, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 5300 manat məbləğində pul almadığını iddia etsə də, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq üçün vermiş olduğunu hesab edir. Zərərçəkmiş şəxs2 qeyd olunan torpaq sahəsinin sənədləşməsi ilə bağlı həmin dövrdə Zərdabi bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müraciət etməsi, bununla bağlı həm Zərərçəkmiş şəxs2, həm iş üzrə Şahid6 ilə aralarında çoxsaylı danışıqların aparılması, Təqsirləndirilən şəxs tərəfindən müəyyən sorğuların verilməsi, məhz təqsirləndirilən şəxsin özünün verdiyi ifadəsilə də təsdiqini tapır. Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrı vaxtlarda 5300 manat pulun məhz bu məsələnin müsbət həll edilməsi ilə bağlı Təqsirləndirilən şəxs verilməsi iş üzrə Şahid2 göstərdiklərində öz əksini tapır. Məhkəmədə araşdırılan sübutlara bir daha qiymət verilərkən məlum olur ki, Təqsirləndirilən şəxs Zərdabi bələdiyəsinin sədri vəzifəsində işləyərkən həqiqətən də öz qulluq mövqeyindən istifadə edərək müxtəlif torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirmişdir. Bu da bir daha Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 adına torpaq sahəsinin sənədləşdirilməsinin, Təqsirləndirilən şəxs özü dediyi kimi təmənnasız şəkildə edəcəyini şübhə altına qoyur. Bunu da məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilən ittiham üzrə təqsirini tam etiraf etməsi kimi qiymətləndirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə axadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti tətbiq edilməklə, ona təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. 17 yanvar 2021-ci il tarixdə əsas cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Quba rayon məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 71.5 və 67.1-ci maddələrinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti tətbiq edilməklə, ona təyin olunan 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir.19 oktyabr 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına əsasən əvvəlki hökmdən verilmiş apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir; Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyindən alınmış 16 fevral 2024-cü il tarixli 161 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, subaydır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərn məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında, yəni xx.xx.2024-cü il tarixdə 250, 800 və 275 manat, xx.xx.2024-cü il tarixdə isə 1325 manat məbləğində pul vəsaitini hazırki cinayət işi ilə bağlı X1 hesabına ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəməsini və onlarla barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İbtidai istintaq zamanı 31 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(027)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Zərdabi Bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılması növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə və “vəzifəsindən kənarlaşdırılması” növündə qətimkan tədbirləri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifəsindən kənarlaşdırılması” növündə qətimkan tədbirləri ləğv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar