Məhkəmə qərarları › İş №1(027)-68/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-68/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-68/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi X7 və Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X12 müdafiəçilər X5 və Müdafiəçi2 iştirakları ilə xx.xx.2005-ci ildə Quba şəhərində anadanolmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, natamam orta təhsilli, Quba rayonu Dağlı kənd tam orta məktəbin şagirdi,Quba rayonu Dağlı kəndində qeydiyyatda olan və yaşayan barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə xx.xx.2005-ci ildə Quba şəhərində anadan olmuş, AzərbaycanRespublikasınınvətəndaşı, subay, natamam orta təhsilli, Quba rayonu Dağlı kənd tam orta məktəbin şagirdi,Quba rayonu Dağlı kəndində qeydiyyatda olan və yaşayan barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında olmaqla Quba rayonu Qələdüz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus evdə daimi yaşayış olmadığını və çox vaxt nəzarətsiz qaldığını bilib ev sahibinin kifayət qədər imkanlı şəxs olduğuna və evdə əhəmiyyətli məbləğdə pul və qiymətli əşyaların olmasına əmin olaraq həmkəndlisi Təqsirləndirilən şəxs1 həmin evdən oğurluq etmək təklifini qəbul edib danışıb razılaşaraq Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin evin həyətinə hasardan keçib əvvəlcə çay kənarına yaxın olan hissədə yerləşən evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub, evdə axtarış aparmalarına baxmayaraq pul və ya hər hansı bir qiymətli əşya tapmamış, bundan sonra həmin evdən çıxıb həyətdə yerləşən digər yaşayış sahəsinə qanunsuz daxil olmaq məqsədilə evin giriş qapısını özləri ilə gətirdikləri dəmir parçası ilə sındırıb açmaq istəyərkən həmin evə gözətçilik edən Şahid gəldiyini görüb dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq faktiki olaraq evdə saxlanılan 2500 manat pulu oğurlaya bilməyib qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında olmaqla Quba rayonu Qələdüz kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus evdə daimi yaşayış olmadığını və çox vaxt nəzarətsiz qaldığını bilib ev sahibinin kifayət qədər imkanlı şəxs olduğuna və evdə əhəmiyyətli məbləğdə pul və qiymətli əşyaların olmasına əmin olaraq həmkəndlisi Təqsirləndirilən şəxs1 həmin evdən oğurluq etmək təklifini qəbul edib danışıb razılaşaraq Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin evin həyətinə hasardan keçib əvvəlcə çay kənarına yaxın olan hissədə yerləşən evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub, evdə axtarış aparmalarına baxmayaraq pul və ya hər hansı bir qiymətli əşya tapmamış, bundan sonra həmin evdən çıxıb həyətdə yerləşən digər yaşayış sahəsinə qanunsuz daxil olmaq məqsədilə evin giriş qapısını özləri ilə gətirdikləri dəmir parçası ilə sındırıb açmaq istəyərkən həmin evə gözətçilik edən Şahid gəldiyini görüb dərhal hadisə yerindən qaçıb uzaqlaşaraq faktiki olaraq evdə saxlanılan 2500 manat pulu oğurlaya bilməyib qəsdən cinayət törətməyə yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Quba rayonu, Dağlı kəndində yerləşən tam orta məktəbin 8-d sinfində təhsil alır. Quba rayonu Dağlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə eyni məktəbdə oxuyur, lakin Ruslan 9-cu sinifdə oxuyur. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində Ruslan və sinif yoldaşı Şəhriyar ilə birlikdə taksi ilə Quba şəhərinə çay içmək məqsədilə gəlmişlər, Quba şəhərinə gəldikdən sonra “köhnə” avtovağzalın yaxınlığında yerləşən aptekdən Ruslan zökəm xəstəsi olduğu üçün 2 ədəd tibbi maska almış, Şəhriyar, Ruslan və o Quba şəhərində “Əli” ticarət mərkəzininin içərisində yerləşən “BMV klub” kafesində əyləşmiş və kafedə çay içib söhbət etmişlər. Təxminən saat 13 radələrində kafeni tərk edib küçəyə çıxmışlar və “Xalq Bank”ın yaxınlığında taksiyə əyləşib X23 kəndinə gəlmişlər. Qələdüz kədində stadionun yaxınlığında avtomobildən enmişlər və o taksiyə 4 manat 50 qəpik pul vermişdir. Qələdüz kəndində avtomobildən enmələrinə səbəb Şəhriyarın həmin kənddə yaşaması olmuşdur. Qələdüz kəndində taksidən endikdən sonra Ruslan və o, Şəhriyar ilə sağollaşmışlar və Şəhriyar evinə getmişdir. O da Ruslan ilə birlikdə piyada Dağlı kəndinə gedən asfalt yol ilə getməyə başlamışlar. Asfalt yol ilə gedən zaman Qələdüz kəndi ərazisindən keçən Qudyalçaya baxmaq istəmişlər və birlikdə çayın yaxınlığına gəlmişlər. Çayın kənarında dayanan zaman o, çayın yaxınlığında olan ikimərtəbəli evi göstərib, həmin evin kimə məxsus olması barədə Ruslandan soruşmuş, Ruslan da ikimərtəbəli evin Bakı şəhər sakinlərinə məxsus ola biləcəyini və evin hazırda boş olduğunu demişdir. O, çay kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus olan ikimərtəbəli evdə çoxlu pul ola biləcəyini və oğurluq etmək məqsədilə daxil olmaq istədiyini demiş və Ruslandan evə daxil olmaq istədiyini soruşmuş, Ruslan da onunla razılaşmış və onlar xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Qudyalçayın kənarından yuxan tərəfə qalxmış və evin yanma gəlmişlər. O, hasarın yanında boğazındakı şərf ilə ağız hissəsini bağlamış, həmçinin Ruslan da aptekdən aldığı tibbi maska ilə ağız hissəsini bağlamış və hasardan tullanıb həyətə daxil olmuşlar. Həyətə daxil olan zaman ayağını qoyaraq qalxdığı hasardan çıxan armatur parçası qırılmışdır. Həyətə daxil olduqdan sonra həyətin aşağı hissəsində olan evin yanına gəlmişlər və evin qapısını açmaq istədikdə qapının bağlı olduğunu görmüşlər. Onlar birlikdə evin qapısını açmaq məqsədilə hasarın yanındakı dəmir çıxıntılarından bir parçasını qoparmaq üçün hasardan tullanaraq girdikləri yerin yanındakı qapıya tərəf gəlmişlər və o dəmir qapmı içəridən açmış, birlikdə küçəyə çıxmışlar. O, hasardan çıxan zaman qırılıb yerə düşən dəmir armaturu götürmüş, yenidən həmin qapıdan həyətə daxil olmuş və qapını örtmüşlər. O və Ruslan həyətin aşağı hissəsindən birinci evin yanına gəlmiş, o, ikimərtəbəli evin birinci mərtəbəsinin çay tərəfdən olan pəncərəsini əlində olan dəmir parçası ilə açmış və pəncərədən evə daxil olmuşlar. Daxil olduqları evin birinci mərtəbəsi olmuş və həmin mərtəbədə yalnız idman avadanlıqları olduğundan birinci mərtəbədə qiymətli heç bir əşya tapa bilməmişlər. O, idman zalı olan mərtəbədə olan kabab şişlərinin yanında olan bıçağı özü ilə götürüb, qapı və ya pəncərə açmaq üçün lazım ola biləcəyini düşünmüşdür. Pəncərədən daxil olduqları idman zalından ikinci mərtəbəyə giriş olmadığından evə daxil olduqları pəncərədən həyətə çıxmışlar. Həyətə çıxdıqdan sonra evin arxa tərəfinə keçmiş və o evin arxa tərəfində birinci mərtəbədə yerləşən pəncərəni əlində olan bıçaq və dəmir parçası ilə aralamağa çalışmış, bu zaman Ruslan pəncərəni əli ilə itələmiş və pəncərəni açıb evə daxil olmuşlar. Açdıqları pəncərədən evin ikinci mərtəbəsinə pilləkənlərlə çıxmışlar, ikinci mərtəbədə 4 otaq olmuşdur. Ruslan və o, ikinci mərtəbədə olan otaqları axtarmış, lakin heç nə tapmamışdırlar. Ruslan ikinci mərtəbədə olan mətbəxdən bıçaq götürmüşdür ki, qapı və ya pəncərə açmaq istəyən zaman lazım olar. Evin ikinci mərtəbəsində də heç nə tapa bilmədiklərindən girdikləri pəncərədən həyətə çıxmışlar, həyətə çıxdıqdan sonra birinci evdə pul və qiymətli əşya tapa bilmədiklərindən həyətdə olan ikinci evə də daxil olmaq qərarına gəlmişlər və fikirləşmişlər ki, ikinci evdə pul olar və oğurlayacağı pulu Ruslanla yarıya bölərlər. Ruslan və o həyətdə yerləşən ikinci evin yanına gəlmişlər və həmin evin giriş qapısı açıq olmuş, o, açıq olan qapıdan içəri daxil olmuş, Ruslan da ətrafa göz gəzdirib həyətdə hər hansı müşahidə kamerası olub-olmaması üçün baxmış və daha sonra Ruslan da ardınca açıq olan qapıdan içəri daxil olmuşdur. O. əlində olan dəmir parçası və bıçaqla qapını açmağa çalışmış, Ruslan da kömək etmək üçün yanına gəlmişdir. O, əlində olan bıçağın ucu ilə qapının açar olan hissəsindəki yivləri açmağa çalışmış, lakin aça bilməmiş və birlikdə evdən həyətə çıxmışlar. Evin qarşısındakı müşahidə kamerasının yanına gəlmiş, ayağını divardan çıxan su borunun üzərinə qoyub qalxmaq istəyən zaman su borusu balaca olduğundan qırılmış və borunun qırıldığı yerdən su axmağa başlamış, o da hasarın yanında olan su motorunu söndürmüş və su kəsilmişdir. Onlar yenidən evə tərəf qayıtmaq istəyən zaman küçədən səs gəldiyini eşitmiş və həyətə daxil olduqları hissədəki giriş qapısına tərəf qaçaraq gəlmişlər, çay tərəfdən həyətə daxil olduqları darvazadan küçəyə baxmışlar və tanımadıqları bir avtomobilin oğurluq etmək üçün daxil olduqları evin yaxınlığında saxladığını, həmin avtomobildə adamlar olduğunu görmüşlər. Onlar həmin avtomobildə olan şəxslərin oğurluq etmək üçün daxil olduqları evin sakinləri olacağından qorxmuş və həyətin çay kənarıda olan hissəsindəki dəmir torlu hasara tərəf qaçmışlar. Dəmir torlu hasarın yarıq olan hissəsindən çıxıb çay kənarına doğru enmişlər və Qudyalçayın kənarı ilə Dağlı kəndinə doğru getmişlər. Dağlı kəndinə çatdıqdan sonra Ruslan ilə sağollaşıb yaşadığı evə gəlmişdir. Zərərçəkmiş şəxs məxsus olan evə daxil olan zaman onların niyyəti, həmin evdə 2000 manatdan çox pul ola biləcəyini düşünərək pulu oğurlamaq və həmin pulu Ruslan ilə aralarında bölüşmək olduğunu bildirmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını, törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmamasını, cəza verilərsə təhsilini davam etməyə zərər vura biləcəyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Quba rayonu, Dağlı kəndində yerləşən tam orta məktəbin 9-cu sinfində təhsil alır və Quba rayonu Dağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə eyni məktəbdə oxuyur, lakin Musa 8-d sinfində oxuyur. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində Musa və sinif yoldaşı Şəhriyar ilə birlikdə taksi ilə Quba şəhərinə çay içməkməqsədilə gəlmişlər. Quba şəhərinə gəldikdən sonra “köhnə” avtovağzalın yaxınlığında yerləşən aptekdən zökəm xəstəsi olduğu üçün özünə 2 ədəd tibbi maska almış və maskaların pulunu Musa vermişdir. Şəhriyar, Musa və o, Quba şəhərində “Əli” ticarətmərkəzinin içərisində yerləşən “BMV klub” kafesində əyləşmişlər və kafedə çay içib söhbət etmişlər. Təxminən saat 13 radələrində kafeni tərk edib küçəyə çıxmışlar və “Xalq Bank”ın yaxınlığında taksiyə əyləşmişlər. Taksi ilə Quba rayonu Qələdüz kəndinə gəlmişlər və stadionun yaxınlığında avtomobildən enmişlər. Musa taksiyə 4 manat 50 qəpik pul vermiş, Qələdüz kəndində taksidən enmələrinə səbəb Şəhriyarın həmin kənddə yaşaması olmuşdur. Qələdüz kəndində taksidən endikdən sonra Musa və o, Şəhriyar ilə sağollaşmış, Şəhriyar evinə getmiş, o da Musa ilə birlikdə piyada Dağlı kəndinə gedən asfalt yol ilə getməyə başlamışdır. Asfalt yol ilə gedən zaman Qələdüzkəndi ərazisindən keçən Qudyalçaya baxmaq istəmişlər, Musa ilə birlikdə çayın yaxınlığına gəlmişlər. Çayın kənarında dayanan zaman Musa çayın yaxınlığında olan ikimərtəbəli evi göstərib, hamin evin kimə məxsus olması barədə ondan soruşmuş, o da həmin evin yaxınlığından əvvəllər də gedib-gələn zaman evin qarşısında bahalı avtomobillər gördüyündən orada yaşayanların Bakı şəhər sakinləri olduğunu düşündüyündən, Musaya göstərdiyi ikimərtəbəli evin Bakı şəhər sakinlərinə məxsus ola biləcəyini və evin hazırda boş olduğunu demişdir. Musa çay kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus olan ikimərtəbəli evdə çoxlu pul ola biləcəyini və oğurluq etmək məqsədilə daxil olmaq istədiyini demiş və ondan evə daxil olmaq istəyib-istəmədiyini soruşmuş, o da Musa ilə razılaşmışdır. Musa və o xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Qudyalçayın kənarından yuxarı tərəfə qalxmış və evin yanına gəlmişlər.Musa hasarın yanına gəlmiş və boğazındakı şərf ilə ağız hissəsini bağlamış, həmçinin o da aptekdən aldığı tibbi maska ilə ağız hissəsini bağlamışdır. Onlar hasardan tullanıb həyətə daxil olmuş, həyətə daxil olan zaman Musa ayağını qoyaraq qalxdığı hasardan çıxan armatur parçası qırılmışdır. Həyətə daxil olduqdan sonra Musa ilə birlikdə həyətin aşağı hissəsində olan evin yanına gəlmişlər və Musa evin qapısını açmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Musa ilə birlikdə evin qapısını açmaq məqsədilə hasarın yanındakı dəmir çıxıntılarından bir parçasını qoparmaq üçün hasardan tullanaraq girdikləri yerin yanındakı qapıya tərəf gəlmişlər, Musa dəmir qapını içəridən açmış və küçəyə çıxmışlar. Musa onun yanında hasardan çıxan zaman qırılıb yera düşən dəmir armaturu götürmüş, onlar yenidən həmin qapıdan həyətə daxil olmuşlar və qapını örtmüşlər. O və Musa həyətin aşağı hissəsindən birinci evin yanında gəlmişlər, Musa ikimərtəbəli evin birinci mərtəbəsinin çay tərəfdən olan pəncərəsini əlində olan dəmir parçası ilə açmış və pəncərədən evə daxil olmuşlar. Daxil olduqları evin birinci mərtəbəsi imiş və həmin mərtəbədə yalnız idman avadanlıqları olduğundan, Musa ilə birlikdə birinci mərtəbədə qiymətli heç bir əşya tapa bilməmişlər. Musa idman izalı olan mərtəbədə olan kabab şişlərinin yanında olan bıçağı özü ilə götürüb qapı və ya pəncərə açmaq üçün lazım ola biləcəyini demişdir. Pəncərədən daxil olduqları idman zalından ikinci mərtəbəyə giriş olmadığından evə daxil olduqları pəncərədən həyətə çıxmışlar. Həyətə çıxdıqdan sonra evin arxa tərəfinə keçmişlər, Musa evin arxa tərəfində birinci mərtəbədə yerləşən pəncərəni əlində olan bıçaq və dəmir parçası ilə aralamağa çalışmış, bu zaman o da pəncərəni əli ilə itələyərək açmış, açdıqları pəncərədən evin ikinci mərtəbəsinə pilləkənlərlə çıxmışlar. İkinci mərtəbədə 4 otaq olduğunu görmüşlər, Musa və o, ikinci mərtəbədə olan otaqları axtarmışlar, lakin heç nə tapmamışlar. O, ikinci mərtəbədə olan mətbəxdən bıçaq götürərək qapı və ya pəncərə açmaq istəyən zaman lazım olacağını demişdir. Evin ikinci mərtəbəsində də heç nə tapa bilmədiklərindən, daxil olduqları pəncərədən həyətə çıxmışlar. Həyətə çıxdıqdan sonra birinci evdə pul və qiymətli əşya tapa bilmədiklərindən, həyətdə olan ikinci evə də daxil olmaq qərarına gəlmişlər. Fikirləşmişlər ki, ikinci evdə pul olar və oğurlayacaqları pulu Musa və o yarıya bölərlər. Musa və o, həyətdə yerləşən ikinci evin yanına gəlmişlər. Həmin evin giriş qapısı açıq olmuşdur. Musa açıq olan qapıdan içəri daxil olmuş, o da ətrafa göz gəzdirib həyətdə hər hansı müşahidə kamerası olub-olmaması üçün baxmışdır.Daha sonra o da Musanın ardınca açıq olan qapıdan içəri daxil olmuş və Musanı əlində olan dəmir parçası və bıçaqla qapını açmağa çalışarkən görmüşdür. O da Musaya kömək etmək üçün əlində olan bıçağı giriş qapısının yanındakı qarderobun yanına qoymuş və Musanın yanına gəlmişdir. Musa əlində olan bıçağın ucu ilə qapının açar olan hissəsindəki yivləri açmağa çalışmış, lakin aça bilməmişdir. Musa və o, evdən həyətə çıxmış, Musa evin qarşısındakı müşahidə kamerasını sındırmaq istəmiş və kameranın yanına gəlib, ayağını divardan çıxan su borusunun üzərinə qoyub qalxmaq istəyən zaman su borusu balaca olduğundan qırılmış və borunun qırıldığı yerdən su axmağa başlamışdır. Musa da hasarın yanında olan su motorunu söndürmüş və su kəsilmişdir.O da yenidən evə tərəf qayıtmaq istəyən zaman küçədən səs gəldiyini eşitmişlər, Musa və o, həyətə daxil olduqları hissədəki giriş qapışma tərəf qaçaraq gəlmiş və çay tərəfdən həyətə daxil olduqları darvazadan küçəyə baxmış və tanımadıqları bir avtomobilin oğurluq etmək üçün daxil olduqları evin yaxınlığında saxladığını, həmin avtomobildə adamlar olduğunu görmüşlər. Onlar həmin avtomobildə olan şəxslərin oğurluq etmək üçün daxil olduqları evin sakinləri olacağından qorxmuş və həyətin çay kənarında olan hissəsindəki dəmir torlu hasara tərəf qaçmış, dəmir torlu hasarın yarıq olan hissəsindən çıxıb çay kənarına doğru enmiş, Qudyalçayın kənarı ilə Dağlı kəndinə doğru getmişlər. Dağlı kəndinə çatdıqdan sonra Musa ilə sağollaşıb yaşadığı evə gəlmişdir. Zərərçəkmiş şəxs məxsus olan evə daxil olan zaman niyyətləri həmin evdə 2000 manatdan çox pul olacağından pulu oğurlamaq və həmin pulu Musa ilə aralarıda bölüşmək olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını,törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmamasını, cəza verilərsə təhsilini davam etməyə zərər vura biləcəyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu Qələdüz kəndi ərazisində özünə məxsus 35 sot torpaq sahəsində ev tikmiş və həmin evdə də yaşayır. Qələdüz kəndində yerləşən evində olmadığı hallarda evə nəzarət etməyi tanışı Nurlana tapşırmış, həmçinin evinin həyətində müşahidə kameraları da olmuşdur. xx.xx.2020-ci il tarixdə Nurlan ona zəng edərək Quba rayonu Qələdüz kəndində yerləşən evindən oğurluq olması barədə məlumat vermişdir. O da dərhal Qələdüz kədində yerləşən evinə gəlmişdir. Qələdüz kəndində yerləşən həyətyanı sahadə iki ev tikmiş, biri çay kənarına yaxın hissədə yerləşir, digəri isə yol kənarına yaxın hissədə yerləşir. Qələdüz kəndinə gəlmiş və Nurlandan nə baş verdiyini soruşmuşdur. Nurlan da çay kənarına yaxın hissədə yerləşən evin pəncərəsinin açıq olduğunu gördüyünü və evdən oğurluq edilməsini başa düşdüyünü demişdir. O da həmin evin pəncərəsinin açıq olduğunu görmüş və evin qapısını açarla açdıqdan sonra evə baxmış, lakin çay kənarına yaxın hissədə yerləşən evində heç bir əşya və predmetin oğurlanmadığını görmüşdür. Daha sonra evdən çıxıb yol kənarına yaxın hissədə yerləşən ikinci evinə gəlmiş və həmin evin giriş qapısını açarla açıb içəri daxil olmuşdur. Həmin mənzildə qonaq otağında olan televizor masasının altında qutuda saxladığı, özünə məxsus olan 2500 manat pulun yerində olub-olmamasını yoxlamış və aşkar etmişdir ki, ona məxsus olan 2500 manat pul oğurlanmamışdır. Daha sonra o, müşahidə kameralarından evindən oğurluq etmək istəyən şəxslərin kim olmasını öyrənmək məqsədilə baxmış, lakin kameralarda görünən şəxslərin kim olduğunu müəyyən edə bilməmişdir. Baş vermiş oğurluq hadisəsi barədə Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir.Hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbi olmadığını bildirb bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Quba rayonu Qələdüz kəndində yaşadığı üçün Zərərçəkmiş şəxs Qələdüz kəndində olan evinə nəzarət etməyi ona tapşırdığı üçün İskəndər evdə olmadığı zamanlarda həmin evə gəlib nəzarət edir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Dağlı kəndində yerləşən orta məktəbdə oxuyan övladları Tahir və Öməri gətirmək üçün getmiş, təxminən saat 14 radələrində övladları ilə birlikdə məktəbdən taksi ilə evə qayıtmışdır, övladlarını evə ötürdükdən sonra İskəndərin evinə baxmaq üçün gəlmiş, İskəndər ona həyət darvazasanın açarını verdiyindən darvazanı açarla açıb həyətə daxil olmuşdur. Həyət darvazasından daxil olduqdan sonra sol tərəfdə divarda olan su borusunun qırılıb yerə düşdüyünü görmüş, darvazanı örtüb həyəti gəzməyə başlamışdır. İlk olaraq evin istilik sistemlərinin yerləşdiyi otağın qapısının da açıq olduğunu görmüş və otağa daxil olan zaman istilik sistemlərinin elektrik mənbəyindən ayrıldıqlarını aşkar etmişdir. Daha sonra asfalt yol tərəfdən darvazanın yaxınlığında olan evə tərəf gəlmiş və evin qapısının açıq olduğunu görmüş, açıq qapıdan içəri daxil olmuş, evin birinci mərtəbəsinin giriş qapısının açarının yivlərinin açılıb yerə qoyulduğunu görmüşdür. Evdən çıxıb yenidən həyəti gəzməyə başlamış və çay kənarına yaxın hissədə olan evə tərəf gəlmiş, çay kənarına yaxın olan hissədə yerləşən evin ikinci mərtəbəsinə qalxan pilləkənin yanındakı pəncərənin açıq olduğunu görmüş və həmin evin digər tərəfinə keçmişdir. Bu zaman evin birinci mərtəbəsində yerləşən idman zalı kimi istifadə olunan otağın çay kənarına yaxın olan hissəsindəki pəncərənin də açıq olduğunu görmüşdür. Çay kənarına yaxın olan hissədə yerləşən evin yanındakı küçə qapısının açıq olmasını yoxlayan zaman həmin qapının da içəri tərəfdən qapını bağlayan dəmirin açılmış olduğunu aşkar etmiş, evdən oğurluq edildiyini düşünmüş və bu barədə İskəndərə zəng edərək məlumat vermişdir. İş materialında olan Daxili İşlər Nazirliyi X2 daxil olmuş məktubda göstərilmişdir ki, Zərərçəkmiş şəxs Quba rayonu Qələdüz kəndində yerləşən bağ evində baş vermiş oğurluğa cəhd faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİSin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində tədqiqat üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2005-d ildə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının və sağ əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir.Qalan 02 ədəd əl barmaq və 02 ədəd ovuc izləri ilə DİN-in KTİ-nin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və BədəlovRuslan Alik oğlunun əl barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Məhkəmə X4 xx.xx.2020-ci il tarixli 688 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Məhkəmə X4 xx.xx.2020-ci il tarixli 689 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş üzrə təyin olunmuş məhkəmə daktiloskopik ekspertizasının keçirilməsinə dair Daxili İşlər Nazirliyi X3 xx.xx.2020-ci il tarixli 20/233R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Quba rayonu Qələdüz kəndində yerləşən vət. Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar 06 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl barmaq və 03 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq və 01 ədəd ovuc izi ilə (ADİS-in məlumat bankına Quba RPŞ-dan daxil olan) xx.xx.2005-d il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının və sağ əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Qalan 02 ədəd əl barmaq və 02 ədəd ovuc izləri ilə DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, həmçinin tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. İş materialın olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materialında olan üzrə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materialında olan Quba RİHB-nm Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 1979-cu il təvəllüdlü atası X9, 1979-cu il təvəllüdlü anası X10, 2000-d il təvəllüdlü bacısı X8 ibarət ailə tərkibi vardır, Quba RİHB-nm Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Quba RİHB-nm Küpçal İƏD üzrə nümayəndəsinin xx.xx.2020-d il tarixli arayışmdan görünür ki, Təqsirləndirilən şəxs2 1979-cu il təvəllüdlü atası X17, 1985-ci il təvəllüdlü anası X14, 2009-cu il təvəllüdlü qardaşı X16 və 2020-ci il təvəllüdlü bacısı X11 ibarət ailə tərkibi vardır, Quba RİHB-nm Küpçal İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yen üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrəTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. AzərbaycanRespublikasının CM-nin 20.1-cimaddəsinəəsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. AzərbaycanRespublikasının CM-nin 20.2-cimaddəsinəəsasən On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məjəllənin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Göründüyü kimi təqsirləndirilən şəxslər xx xxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29, 177.2.3-cü maddələri ilə ittiham olunan cinayət əməllərini xx xxxxxx 2020-ci il tarixdə, yəni 14 yaşlarında törətmişlər. Hazırda Təqsirləndirilən şəxs1 15 yaşında, Təqsirləndirilən şəxs2 isə 14 yaşında olmaqla yetkinlik yaşına çatmayan şəxslərdir, onların törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir, onlar, ilk dəfə cinayət törətmişlər, oxuduğu yer üzrə müsbət xarakterizə olunurlar, zərər çəkmiş şəxslə barışıq əldə edilmiş, sonuncunun onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2,59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, və tutduğu əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmalarını, əməllərindən səmimi peşmançılıq hissi keçirmələrini, törədilmiş cinayət əməlinin ictimai-təhlükəlilik dərəcəsini, faktiki olaraq zərərçəkmiş şəxsə maddi zərər vurmadıqlarını, barışıq əldə etdiklərini, yaşayış yeri və təhsil adlığı məktəb üzrə müsbət xarakterizə olunmalarını, onların gələcəkdə psixi, əxlaqi və mənəvi inkişafını və işin digər hallarını nəzərə alıb tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onların islah olunmalarını mümkün hesab edərək barələrində Azərbaycan Respublikasının CM-nin 88-ci maddəsi tətbiq olunmaqla onların cinayət məsuliyyətindən azad olunmalarını, həmin Məcəllənin 88.2.2-ci maddəsinə əsasən barələrində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiq edilməsini və həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən valideynlərinin üzərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərbiyəvi təsir göstərmək və onların davranışına nəzarət etmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Qərarın icrası Quba rayon İH başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və hüquqlarının müdafiəsi komissiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 348. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: xx xxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsi tədbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbayjan Respublikasının CM-nin 87.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 valideynlərinin üzərinə Təqsirləndirilən şəxs1 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. xx xxxxxxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsi tədbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikasının CM-nin 87.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 valideynlərinin üzərinə Təqsirləndirilən şəxs2 tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərarın icrası Quba rayon İH başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və hüquqlarının müdafiəsi komissiyasına həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar