Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-68/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X7 və müdafiəçi X1 iştirakları ilə xx.xx.1973-cü ildə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə ümumi xalis çəkisi 1,052 qram narkotik vasitə heroini və ümumi xalis çəkisi 1,296 qram psixotrop maddə metamfetami şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 13 yanvar 2022-ci il tarixdə, saat 22:50 radələrində yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evinin qarşısında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret kağızı bükümündə xalis çəkisi 0,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin vaxt yaşadığı evə baxış keçirilərkən ikinci mərtəbədəki masanın üzərindən 9 ədəd bükümdə ayrıayrılıqda xalis çəkiləri 0,122 qram, 0,120 qram, 0,102 qram, 0,030 qram, 0,028 qram, 0,124 qram, 0,112 qram, 0,243 qram və 0,209 qram olmaqla ümumi xalis çəkisi 1,090 qram olan psixotrop maddə metamfetamin, həmin masanın üzərindən 3 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkisi 0,450 qram, 0,432 qram və 0,170 qram olmaqla ümumi xalis çəkisi 1,052 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü narkotik vasitələrin saxlanılmasında və istifadə edilməsində təqsirli bilərək göstərmişdir ki, ailəsindən ayrıldığı üçün Quba rayonu, Zizik kəndində yerləçən fərdi həyət evində tək yaşayır. Heç bir yerdə işləmir. 2 il olar ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və psixotrop maddələrdən inyeksiya yolu ilə və ya falqaya doldurub çəkmək yolu ilə istifadə edir. 15 yanvar 2022- ci il tarixdə, saat 22:50 radələrində yaşadığı evdə olarkən qapının döyülməsinə və çağırış səsinə çölə çıxmışdır. Yaşadığı həyət evinin qapısının qarşısında olan şəxs özünü Quba RPŞ-nin təhqiqatçısı Fərid Rəcəbov kimi təqdim edən polis əməkdaşı ona birlikdə gəldiyi mülki geyimdə olan Quba RPŞ-nin polis əməkdaşlarını təqdim edib, narkotiklərin istifadəsində, daşınmasında və saxlanmasında barəsində əməliyyat məlumatı olduğunu, məlumatın yoxlanılması üçün gəldiklərini izah etmişdir. Həmin vaxt o, polis əməkdaşlarına narkotik vasitələrin istifadəçisi olduğunu və bir az əvvəl yaşadığı evdə narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Bundan sonra, təhqiqatçı ona şübhəli şəxs qismində tutulduğunu, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdəv əvvək təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməsini təklif etmişdir. O, üzərindəki əşyalarını təqdim etmək məqsədilə cib dəsmalını çıxaran zaman əynindəki boz rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaret kağızı bükümü yerə düşmüşdür. Büküm açılarkən içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur ki, o, həmin maddənin “patı, şüşə” kimi tanıyaraq əsl adını bilmədiyi psixotrop maddə olduğunu etiraf edərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm tərəzidə çəkildikdən sonra, kağız zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və s. aşkar olunmamışdır. O, yaşadığı evdə də narkotik olmasını səmimi şəkildə bildirdiyi üçün şəxsi axtarış başa çatandan sonra, onun dəvəti ilə polis əməkdaşları tərəfindən evinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən evin ikinci mərtəbədəki otaqda olan masanın üzərində olan 9 ədəd siqaret kağızında bükülmüş psixotrop maddə metamfetamin, 1 ədəd sarı rəngli sellofanın içərisində üç büküm heroin, bir ədəd sellofan paketdə limon duzu, 9 ədəd şpris, 2 ədəd gümüşü rəngli falqa, 2 ədəd kağız borucuq, 1 ədəd göy rəngli izolent, 3 ədəd falqa və 1 ədəd dəmir qapaq və 2 ədəd sınıq şüşə ampula,aşkar edilmişdir. Həmin vaxt o, etiraf etmişdir ki, aşkar olunmuş narkotik vasitər özünə məxsusudur və həmin narkotik vasitələri 12 yanvar 2022-ci il tarixdə Bakı şəhərində Elbrus adında şəxsdən almışdır. Aşnkar edilən narkotik vasitəni və psixotrop maddəni bükümlərə özü ayırmamış, hazır büküm şəklində almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və baxış və götürmə barədə müvafiq protokol tərtib edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünü narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadə edilməsində təqsirli bildiyini göstərib məhkəmədən onun barəsində qanuna müvafiq qaydada hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki. Quba rayonu, Zizik kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, qəbul etməsi üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatını raportla rəhbərliyə məruzə etmişdir. Həmin məlumatın yoxlanılaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü ondan, şöbənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2, Cinayət- axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 və şöbənin baş inspektor kriminalisti Fuad İslamovdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu müəyyən etmiş və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsindən ötrü həmin ünvana şöbənin əməliyyat-istintaq qrupunun üzvi kimi növbədə olan təhqiqatçı Fərid Rəcəbovu dəvət etmişlər. 13 yanvar 2022-ci il tarixdə, saat 22:50 radələrində o, qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt təhqiqatçı X14 Rüstəmova özünü və onları təqdim edərək, narkotiklərin istifadəsində, daşınmasında və saxlanmasında barəsində məlumat olduğunu, bu məlumatın yoxlanılmasından ötrü gəldiklərini izah etmişdir. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu, bir az əvvəl narkotik qəbul etdiyini bildirmişdir. X14 Rüstəmova şübhəli şəxs qismində tutulmaqla hüquqlarının dövlət hesabına müdafiə olunması üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olanları təqdim edərək cib dəsmalını çıxaran zaman əynindəki boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret kağızı bükümü yerə düşmüşdür. Büküm açılarkən içərisindən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin maddənin “patı, şüşə” kimi tanımaqla əsl adını bilmədiyi psixotrop maddə olduğunu etiraf edərək öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümü tərəzidə çəkildikdən sonra ağ kağız zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və s. aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik olmasını səmimi şəkildə bildirdiyi üçün şəxsi axtarış başa çatandan sonra özünün dəvəti ilə evinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilərkən evin ikinci mərtəbəsində olan masanın üzərindəki 9 ədəd siqaret kağızı bükümünü açarkən ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin “patı, şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Masanın üzərindəki 2 ədəd gümüşü rəngli falqa bükümünün və 1 ədəd sarı rəngli sellofan bükümün içərisində olan qəhvəyi rəngli maddənin “kola, kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlərdən başqa masanın üzərindən 9 ədəd şpris, 2 ədəd sınıq şüşə ampula, 2 ədəd kağız borucuq, 1 ədəd göy rəngli izolent, bir büküm limon duzuna oxşar maddə, 3 ədəd falqa və 1 ədəd dəmir qapaq aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs bunlardan narkotik vasitə və psixitrop maddə qəbul edərkən istifadə etdiyini, hamısının özünə məxsus olmasını, hər gün narkotik istifadə etdiyini, bildirmişdir. Masanın üzərində olan narkotik maddə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildikdən sonra ayrı-ayrı ağ kağız zərflərə qoyulub qablaşdırılmışdır. Eləcədə aşkar olunmuş 9 ədəd şpris, 2 ədəd şüşə ampula, 2 ədəd kağız borucuq, 1 ədəd göy rəngli izolent, 3 ədəd falqa və 1 ədəd dəmir qapaq iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən müvafiq qaydada götürülərək ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 6/252 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №67” dairəvi möhür əksləri olan 5 ədəd zərflərdə: - üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,206 qram olan və üzərində “Vət. Təqsirləndirilən şəxs baxış zamanı evindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 (doqquz) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,122 qram, 0,120 qram, 0,102 qram, 0,030 qram, 0,028 qram, 0,124 qram, 0,112 qram, 0,243 qram, 0,209 qram, ümumi təmiz çəkisi 1,090 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,450 qram, 0,432 qram, 0,170 qram, ümumi təmiz çəkisi 1,052 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir Təqdim olunmuş 9 (doqquz) ədəd şprisdən, 2 (iki) ədəd sınıq ampuladan, 3 (üç) ədəd falqa kəsiyindən və 1 (bir) ədəd dəmir qapaqdan ekstraksiya olunmuş nümunələrdə narkotik vasitə olan heroinin izləri aşkar edildi. Təqdim olunmuş 2 (iki) ədəd kağız borucuğun və 1 (bir) ədəd göy rəngli izolentin üzərindən ekstraksiya olunmuş nümunələrdə psixotrop maddə olan metamfetaminin izləri aşkar edildi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəiəri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 1,296 qram, tədqiqata sərf edildi - 0,150 qram, qalıq - 1,146 qram. Heroinin ümumi təmiz çəkisi - 1,052 qram, tədqiqata sərf edildi - 0,150 qram, qalıq - 0,902 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 mart 2022-ci il tarixli, 1071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.08.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.02.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İşdə olan Quba Rayon İcra Hakimiyyəti başçısının Alekseyvka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonun Zizik kəndində yaşayır və yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Quba Rayon Məhkəməsinin 15.01 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13.01.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X6, 65,0 (altmış beş ) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 1,146 qram psixotrop maddə olan metamfetamin, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,902 qram narkotik vasitə olan heroin, 9 ədəd şpris, 2 ədəd şüşə ampula, 3 ədəd falqa kəsiyi, 2 ədəd kağız borucuq, 1 ədəd göy rəngli izolent və bir ədəd dəmir qapaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X9 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X6, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dğrd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə maddi subut hesab olunan və Quba rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra ümumi qalıq çəkisi 1,146 qram psixotrop maddə olan metamfetamin, ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,902 qram narkotik vasitə olan heroin, 9 ədəd şpris, 2 ədəd şüşə ampula, 3 ədəd falqa kəsiyi, 2 ədəd kağız borucuq, 1 ədəd göy rəngli izolent və bir ədəd dəmir qapaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-68/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-68/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver