Məhkəmə qərarları › İş №1(027)-69/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-69/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-69/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2020-ci il Quba şəhəri xx.xx.1968-ci ildə Quba rayonu, Tülər kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Tülər kəndində qeydiyyatda olan və yaşayan, xx xxxx 2020-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Quba rayonu, Tülər kəndində yerləşən, oğlu Zərərçəkmiş şəxs1 məxsus evdə yuxudan oyanarkən ailə üzvlərinin onun mütəmadi olaraq spirtli içki qəbul etməsinə etiraz olaraq evi tərk edib getmələrini öyrəndikdə arvadı və oğlundan qisas almaq niyyəti ilə özgənin əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlib həmin niyyətini həyata keçirmək üçün qonşuluqda yerləşən dükandan 5 manat müqabilində tez alışan maddə olan 5 litr həcmində benzin alıb evin ikinci mərtəbəsinə daxil olaraq orada olan əşyaların üzərinə səpərək kibritlə həmin hissələrə od vurub təxminən 16000 manat dəyərində olan evin ikinci mərtəbəsini, həmçinin orada olan Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2500 manat dəyərində 5 ədəd müxtəlif ölçülü xalçalar, 2 ədəd hər biri 500 manat olan 1000 manat dəyərində televizorlar, 5 ədəd müxtəlif ölçülü ümumi dəyəri 300 manat olan çilçıraqlar, bundan başqa Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 cehizlik əşyaları olan 1500 manat dəyərində qarderobu və içərisindəki 2000 manat dəyərində paltarları, 300 manat dəyərində palazlar, 1500 manat dəyərində 1 stol və 6 stuldan ibarət dəst, 2000 manat dəyərində qab-qacaq, 500 manat dəyərində yataq otağı üçün 1 ədəd soyunma masası (termo), 3000 manat dəyərində 1 ədəd divar mebeli, ümumilikdə 500 manat dəyərində 5 ədəd yataq dəsti, 1 ədəd içərisində 300 manat dəyərində paltarlar olan 100 manat dəyərində sandıq, 1 ədəd 300 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 200 manat dəyərində birnəfərlik çarpayı və 1 ədəd 2000 manat dəyərində ikinəfərlik çarpayını, ümumilikdə Zərərçəkmiş şəxs1 19800 manat dəyərində ev və əşyalarını və Zərərçəkmiş şəxs2 14200 manat dəyərində cehizlik əşyalarını yandırmaqla zərərçəkmiş şəxslərə ümumilikdə 34000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq qəsdən özgə əmlakını məhv etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, Qazaxıstan Respublikasında ümumilikdə 14 il məhkumluq həyatı yaşamış, sonuncu məhkumluğu 8 il müddətinə olmuş və həbsxanadan 2014-cü ildə azad olunmuşdur. Həbsxanadan çıxdıqdan sonra 2 il Qazaxıstan Respublikasının Almata şəhərində yaşamış, 2016-cı ildə Azərbaycan Respublikasına qayıtmış, Quba rayonu Tülər kəndində atası Əhmədpaşa Dadaşovun vəsiyyətnamə əsasında oğlu Mehraba verdiyi ikimərtəbəli evin birinci mərtəbəsində arvadı Səlmiyə ilə birlikdə yaşamış, həmin evin ikinci mərtəbəsində oğlu Mehrab, gəlini Səkinə, nəvələri Ayşən və Fəqan ilə birlikdə yaşamışdır. Təxminən 4 ildir ki, ailəsi ilə birlikdə Quba rayonu Tülər kəndində yaşamış, spirtli içkidən çox istifadə etdiyindən evdə daim bu barədə söz-söhbət olmuş, xx.xx.2020-ci il tarixdə arvadı Səlmiyə ilə Tülər kəndindən çıxıb Xaçmaz rayonu Yergüc kəndində yaşayan qayınının evinə getmiş, Səlmiyə qayınıgilə gəldikdən sonra evə qayıtmaq istəmədiyini bildirmiş və Səmədin yanında qalacağını demiş, özü isə evə qayıtmışdır. Oğlu Mehrab da, ailə üzvləri ilə birlikdə yaşamaq üçün Xaçmaz rayonu Yergüc kəndində yaşayan dayısı Səməd Rzayevin evinə köçmüş, özü isə evdə tək qalmışdır. Arvadının evə qayıtmasını istəmiş, ailə üzvlərinin evdən getməsinin səbəbi onun spirtli içkini qəbul etməyi ilə bağlı olmuşdur. xx.xx.2020ci il tarixdə Yergüc kəndinə gələrək arvadı ilə barışmaq istədiyini demiş və bir daha spirtli içki qəbul etməyəcəyinə dair söz vermişdir. Arvadı Səlmiyə onunla barışaraq birlikdə Tülər kəndinə qayıtmışlar. Həmin gün oğlu Mehrab da, evə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında arvadının və oğlunun evə qayıtmasından sevinib bir şüşə spirtli içki olan araq qəbul etmiş, arvadı onun spirtli içki içməyəcəyinə dair söz verdiyi halda yenidən spirtli içki qəbul etməyindən əsəbləşmiş və içkini tərgitməyini istəmişdir. O da, içdiyi arağın sonuncu olacağına söz vermiş və spirtli içki qəbul etməyə davam edərək bir qədər sonra yatmışdır. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində yuxudan oyandıqda Səlmiyə və Mehrabın evdə olmadıqlarını, çıxıb getdiklərini görmüş, evə qayıtmalarını xahiş etmək üçün telefonlarına zəng etsə də, cavab verən olmamış, onların telefon zənglərinə cavab verməmələri onu daha da, əsəbləşdirmiş və axşamdan aldığı arağı içməyə başlamışdır. Spirtli içkinin təsiri altında bir qədər də əsəbi halda evi yandırmaq qərarına gəlmişdir. Bu məqsədlə qonşusu Nigarın mağazasına getmiş və həyətdə olan odunları doğramaq məqsədilə odunkəsən mişarı işlətməyə görə benzin lazım olduğunu deyərək Nigarın oğlu Raminə 10 litr benzin almaq istədiyini bildirmişdir. Nigarın oğlu Ramin benzinin az olduğunu və 5 litr benzin verəcəyini dediyindən o, Raminə 5 manat pul verib 5 litrlik plasmas qabda 5 litr həcmində benzin alaraq evə qayıtmışdır. Evə gəldikdən sonra bir qədər də spirtli içki qəbul etmiş və mağazadan alıb gətirdiyi içərisində benzin olan plasmas qabı özü ilə götürüb yaşadığı evin ikinci mərtəbəsinə qalxmış, həmin mənzilin qapısını açıb içəri daxil olaraq gətirdiyi benzini oğlu Mehrabın ailəsi ilə birlikdə yaşadığı mənzildə olan əşyaların üzərinə səpmışdır. Benzini mənzilə səpələdikdən sonra cibində olan kibrit qutusundan kibrit çıxarıb yandırmış və yanan kibriti mənzilin giriş qapısının yanına atdıqdan sonra qapını örtərək həyətə düşmüşdür. Daha sonra həyət darvazasını açıb küçəyə çıxıb siqaret çəkməyə başlamışdır. Xatırladığı qədər bir müddət sonra yanğınsöndürənlər gələrək evin ikinci mərtəbəsində olan yanğını söndürməyə çalışmışlar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ondan yanğın baş vermiş evin kimə məxsus olması barədə soruşduqda həmin evin ona məxsus olması barədə səhv məlumat vermiş, Mehrabın yaşadığı evi yandırmağına səbəb Mehrabın onu arvadı ilə birlikdə yaşamağına imkan verməməsi olmuş, o da, bu səbəbdən Mehrabın evini qəsdən yandırıb ona ziyan vurmaq istəmişdir. Yanğın baş verən evi atası Əhmədpaşa oğlu Mehraba vəsiyyətnamə əsasında vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba rayonu Tülər kəndində babası Əhmədpaşa Dadaşovun vəsiyyətnamə əsasında ona verdiyi ikimərtəbəli evdə arvadı Zərərçəkmiş şəxs2, övladları Ayşən və Fəqan, anası Şahid2 ilə birlikdə yaşamış, atası Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, onlarla birlikdə yaşamış, 2000-ci ildən 2016-cı ilədək olan müddət ərzində atası Rusiya Federasiyasında olmuş, Rusiya Federasiyasından qayıtdıqdan sonra onlarla birlikdə yaşamış, atası spirtli içkidən çox istifadə etdiyindən aralarında daim bu barədə söz-söhbət olmuş, belə ki, Mehdi Əhmədpaşanın evi ona vəsiyyətnamə əsasında verməsinə daima etiraz etmiş və bununla razılaşmayaraq evin özünə məxsus olmasını iddia edərək, mübahisə yaratmış, xx.xx.2020-ci il tarixdə atası və anası Tülər kəndindən çıxıb Xaçmaz rayonu Yergüc kəndində yaşayan dayısı Səməd Rzayevin evinə getmiş, anası həmin gündən etibarən dayısıgildə qalmağa başlamış, atası isə evə qayıtmışdır. O, evdə davam edən söz-sözbətlərin nəticəsində ailə üzvləri ilə birlikdə yaşamaq üçün Xaçmaz rayonu Yergüc kəndində yaşayan dayısı Səməd Rzayevin evinə köçmüşdür. xx.xx.2020-ci il tarixdə atası Mehdi Yergüc kəndinə gələrək anası ilə barışmış və bir daha spirtli içki qəbul etməyəcəyinə dair söz vermişdir. Anası da, Mehdi ilə razılaşmış və atası Mehdi ilə birlikdə Tülər kəndinə qayıtmış, O, da, Yergüc kəndindəki evə gəldikdən sonra anasının Tülər kəndindəki evlərinə qayıtdığını öyrənmiş, xx.xx.2020-ci il tarixdə arvadı və uşaqlarını Quba rayonu Möhüc kəndinə qaynatasının evinə aparmış, özü isə Tülər kəndində anasının yanına gəlmişdir. xx.xx.2020-ci il tarixdə gecəni Tülər kəndində qalmış, xx.xx.2020-ci il tarixdə saat 08 radələrində anası Səlmiyə onu yuxudan oyadıb evdən getmək istədiyini və başqa yerdə yaşamaq istədiyini demişdir. O, da, anasından bunun səbəbini soruşduqda anası ona Mehdi tərəfindən hədələnərək ona xəsaərət yetirəcəyini dediyini bildirmişdir. Özünə məxsus olan VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anası ilə birlikdə Möhüc kəndinə gəlmiş, Möhüc kəndində qayanatasının evində olan ailə üzvlərini də, götürüb Quba şəhərinə gəlmişdir. O, Quba şəhəri H.Əliyev prospektində birja adlanan ərazinin yaxınlığında avtomobilini saxlamış və bu zaman ailə üzvləri ilə birlikdə avtomobildə qalmışlar. O, da, Tülər kəndində qonşusu olan Asif Muradov ilə görüşüb Quba şəhəri ərazisində kirayə yaşamaq üçün mənzil axtarmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində qonşusu Şahid1 ona zəng edərək, atası Mehdinin Tülər kəndində yerləşən evini yandırdığını bildirmişdir. O, Asif ilə birlikdə Tülər kəndinə gəlmiş, evin yaxınlığında avtomobildən enmiş və ətrafda camaatın toplaşdığını görüb evinə tərəf qaçmışdır. Tülər kəndində yerləşən evinin hər iki mərtəbəsində yaşayış olmuş, ailə üzvləri ilə birlikdə ikinci mərtəbədə anası, atası isə birinci mərtəbədə yaşamışlar. Hadisə baş verən yerə gəlib çatan zaman evin ikinci mərtəbəsinin içərisinin yandığını görmüşdür. Hadisə yerinin yaxınlığında atası Mehdinin sərxoş vəziyyətdə dayandığını görmüş, bir qədər sonra yanğın baş verən əraziyə yanğınsöndürmə avtomobilləri gələrək yanğının qarşısı almışlar. Yanğın söndürüldükdən sonra evin ikinci mərtəbəsinə qalxmış və evin ikinci mərətəbəsinin əşyalarla birlikdə yandığını görmüşdür. Baş vermiş hadisə ilə bağlı 102 məlumat ximətinə məlumat vermiş və Quba RPŞ-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Yanğın zamanı, vəsiyyətnamə əsasında ona verilən 2013-cü ildə 16000 manat dəyərində qiymətləndirilən evin ikinci mərtəbəsi onun aldığı təxminən 2500 manat dəyərində 5 ədəd müxtəlif ölçülü xalçalar, 2 ədəd hər biri 500 manat olan ümumlikdə 1000 manat dəyərində televizorlar, 5 ədəd müxtəlif ölçülü ümumi dəyəri 300 manat dəyərində çilçıraqlar, arvadı Zərərçəkmiş şəxs2 2011-ci ildə evlənən zaman gətirdiyi içərisində 2000 manat dəyərində paltarlar olan 1500 manat dəyərində şkaf, 300 manat dəyərində palazlar, 1500 manat dəyərində 1 stol və 6 stuldan ibarət dəst, 2000 manat dəyərində cehizlik qab-qacaqlar, 1 ədəd 500 manat dəyərində termo, 1 ədəd 3000 manat dəyərində servant, 500 manat dəyərində yastıq, yorğan–döşəkdən ibarət 5 dəst, 1 ədəd içərisində 300 manat dəyərində paltarlar olan 100 manat dəyərində sandıq, 1 ədəd 300 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 200 manat dəyərində çarpayı və 1 ədəd 2000 manat dəyərində taxt yanıb məhv olmuşdur. Yanğın baş vermiş evi vəsiyyətnamə əsasında babası Əhmədpaşa ona vermiş, yanğın baş vermiş evdə olan əşyalar ona və arvadı Səkinəyə məxsus olmuş, Mehdinin yaşadıqları evdə heç bir əşyası olmamış, baş vermiş yanğın nəticəsində vəsiyyətnamə əsasında ona verilən 2013-cü ildə 16000 manat qiymətləndirilən evin ikinci mərtəbəsi, onun aldığı təxminən ümumilikdə 2500 manat dəyərində 5 ədəd müxtəlif ölçülü xalçalar, 2 ədəd hər biri 500 manat olan ümumlikdə 1000 manat dəyərində televizorlar, 5 ədəd müxtəlif ölçülü ümumi dəyəri 300 manat olan çilçıraqlar yandığından, ona təxminən 20000 manat ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında evinin qarşı tərəfində olan ərzaq mağazasında anası Nigarla birlikdə oturan zaman mağzaya həmkəndlisi Təqsirləndirilən şəxs gələrək həyətində olan odunları doğramaq məqsədilə odunkəsən mişarı işlətməyə görə benzin lazım olduğunu deyərək 10 litr benzin almaq istədiyini bildirmiş, o, benzinin az olduğunu deyərək ona məxsus olan Vaz- 21011 markalı avtomobilinin benzin bakından 5 litr benzin verə biləcəyini demiş, o, benzini öz avtomobilinin bak hissəsindən şlanqla dartaraq plasmas qaba töküb Mehdiye vermiş, Mehdi də, həmin benzinə görə ona 5 manat pul vermişdir. Sonra Mehdi oradan çıxıb getmiş, bir neçə saatdan sonra Mehdinin oğlu Mehrabın yaşadığı evin şiferlərinin yanma səsini eşidib həmin yerə getmiş və həmin evin yandığını görmüşdür. Daha sonra evi yandıran şəxsin Mehdinin özü olması ona məlum olmuş, Təqsirləndirilən şəxs ondan benzin alan zaman evi yandıracağı barədə ona məlumat verməmiş, Mehdi əvvəllər də, odun doğramaq üçün ondan benzin almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Quba rayon Məhkəməsinin qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-yanacaq və sürtgü materiallarının tədqiqi ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in fiziki-kimyəvi ekspertizalar şöbəsinin xx xxxxx 2020ci il tarixli, 6/302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yanmış taxta qalıqlarının üzərində yüksək tempratura məruz qalan şəkili dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək tempratura məruz qaldığından tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 703 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, başqasının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq, tez özündən çıxmaq, qıcığa qarşı həssaslıq, kinlilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi əmək zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş üzrə təyin olunmuş məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in mühəndis-texniki ekspertizalar şöbəsinin xx xxx 2020-ci il tarixli, 5554 nömrəli rəyindən görünür ki, hadisə baş vermiş fərdi yaşayış evinin 2-ci mərtəbəsinin bağlı eyvanının və otaqların içərisində taxta döşəməsinin, eləcə də, bir otağın içərisindəki 2 nəfərlik çarpayın üzərində müstəqil, bir-biri ilə əlaqəsi olmayan yanğın mənbələri vardır. Həmin mənbələrdən yanğın yüksələn xətt üzrə otaqlara və evin dam hissəsinə yayılmışdır. Yanğın fərdi yaşayış evinin 2-ci mərtəbəsinin bağlı eyvanının və otaqların içərisində taxta döşəmələrində dəliklər əmələ gəlmiş yerlərə (yanğının mənbələrinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanar materialların alışmasından baş vermişdir. Yanğının inkişafının sürətləndirilməsi üçün tezalışan maddələrdən (neft məhsullarından) istifadə edilməsi istisna edilmir. İş materiallarında olan Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2020-ci il tarixli, 133 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya idarəsindən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və X2 adına Quba rayonu, Tülər kəndində ümumi birgə 1,78 ha torpaq sahəsinə verilmiş JN-00xx xxx 30325048 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”, həmin kənddə ümumi birgə 0,20 ha torpaq sahəsinə verilmiş JN-017A KOD 30325048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” qeydə alınmışdır. Bundan başqa X2 adına Quba rayonu, Tülər kəndində fərdi yaşayış evi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası daşınmaz əmlakın texniki qiymətləndirilməsi haqqında xx.xx.2013-cü il tarixli 00012465 nömrəli sənədə əlavə edilmiş qiymətləndirilmə cədvəlində Quba rayonu, Tülər kəndində yerləşən X3 məxsus yaşayış evinin 16000 (on altı min) manat olması müəyyən edilmişdir. İş materiallarında olan X2 ölümü haqqında şəhadətnamədən görünür ki, Əhmədpaşa Dadaşov xx.xx.2014-cü il tarixdə kardioqenşok səbəbindən Quba rayonu Tülər kəndində ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran İƏD üzrə icra nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnaməni surətindən görünür ki, Quba rayonu, Tülər kəndində yaşayan X6 özünə məxsus olan 1,78 ha pay torpağını, 0,18 ha həyətyanı sahəsini, Tülər düzü adlanan ünvanda yerləşən evini, evindəki bütün əmlakını və iki heyvanını nəvəsi Zərərçəkmiş şəxs1 vermişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1012/1 nömrəli məktubdan görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edə bilərlər. Həmçinin göstərilən maddədə həmin orqanların hansı notariat hərəkətləri edə biləcəyi qeyd edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərmanının 3.5-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin adında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 171 nömrəli arayışından görünür ki, Quba rayonu, Tülər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi, həyat yoldaşı-1968-ci il təvəllüdlü X1, oğlu-1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, gəlini-1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2, nəvəsi-2015-ci il təvəllüdlü X4 və digər nəvəsi-2016-cı il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tülər camaatı arasında özünü intizamlı aparır, heç bir inzibati cəza almayıb, evlidir, barəsində İƏD üzrə nümayəndəliyə heç bir yazılı şikayət daxil olmayıb. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətlərinin, maddi və mənəvi tələblərinin olmadığını və olmayacağını qeyd etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinin cinayət tərkibi var. Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Quba rayonu, Tülər kəndində yerləşən, oğlu Zərərçəkmiş şəxs1 məxsus evdə yuxudan oyanarkən ailə üzvlərinin onun mütəmadi olaraq spirtli içki qəbul etməsinə etiraz olaraq evi tərk edib getmələrini öyrəndikdə arvadı və oğlundan qisas almaq niyyəti ilə özgənin əmlakını yandırmaqla qəsdən məhv etmək qərarına gəlib həmin niyyətini həyata keçirmək üçün qonşuluqda yerləşən dükandan 5 manat müqabilində tez alışan maddə olan 5 litr həcmində benzin alıb evin ikinci mərtəbəsinə daxil olaraq orada olan əşyaların üzərinə səpərək kibritlə həmin hissələrə od vurub təxminən 16000 manat dəyərində olan evin ikinci mərtəbəsini, həmçinin orada olan Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2500 manat dəyərində 5 ədəd müxtəlif ölçülü xalçalar, 2 ədəd hər biri 500 manat olan 1000 manat dəyərində televizorlar, 5 ədəd müxtəlif ölçülü ümumi dəyəri 300 manat olan çilçıraqlar, bundan başqa Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 cehizlik əşyaları olan 1500 manat dəyərində qarderobu və içərisindəki 2000 manat dəyərində paltarları, 300 manat dəyərində palazlar, 1500 manat dəyərində 1 stol və 6 stuldan ibarət dəst, 2000 manat dəyərində qab-qacaq, 500 manat dəyərində yataq otağı üçün 1 ədəd soyunma masası (termo), 3000 manat dəyərində 1 ədəd divar mebeli, ümumilikdə 500 manat dəyərində 5 ədəd yataq dəsti, 1 ədəd içərisində 300 manat dəyərində paltarlar olan 100 manat dəyərində sandıq, 1 ədəd 300 manat dəyərində uşaq çarpayısı, 1 ədəd 200 manat dəyərində birnəfərlik çarpayı və 1 ədəd 2000 manat dəyərində ikinəfərlik çarpayını, ümumilikdə Zərərçəkmiş şəxs1 19800 manat dəyərində ev və əşyalarını və Zərərçəkmiş şəxs2 14200 manat dəyərində cehizlik əşyalarını yandırmaqla zərərçəkmiş şəxslərə ümumilikdə 34000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq qəsdən özgə əmlakını məhv etməsi sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanın aradan qaldırmasını, təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 264 manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan yanğından sonrakı qalıqlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 264 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan yanğından sonrakı qalıqlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar