Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-69/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Quba rayonu Zərqava kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu Zərqava kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakım gizli olaraq talamaq məqsədilə tanışı Şahid1 ilə öz aralarında danışıb razılaşaraq Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən Zərərçəkmiş şəxs oğluna məxsus əvvəllər restoran kimi istifadə olunan bir mərtəbəli obyektdə olan kondisioner mühərriklərini oğurlamağı planlaşdırıb, həmin niyyətlərini həyata keçirmək üçün 07.10.2021-ci il tarixdə saat 23 radələrində Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında restoranın yanına gəlib hasardan həyətə keçərək daxil olaraq, özü ilə gətirdiyi vintaçanla həmin restoranın yan divarına bitişik saxlanc yeri kimi istifadə olunan konstruksiyanın qapısını açıb qanunsuz daxil olmaqla oradan bir ədədinin qiyməti 400 manat olmaqla iki ədəd AUX markalı kondisioner mühərriklərini, ümumilikdə Zərərçəkmiş şəxs oğluna məxsus 800 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 07.10.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olan zaman tanışı Şahid1 onların evinə qonaq gəlmişdir. Hüseyn ilə söhbət edən zaman Hüseynə Quba rayonunun Mirzəməmmədkənd kəndində yerləşən və fəaliyyət göstərməyən restorandan kondisioner mühərriklərini oğurlamağı təklif etmişdir. Aralarndakı razılığa əsasən onlar həmin gün saat 23 radələrində Hüseyinin idarə etdiyi avtomaşınla Mirzəməmmədkənd kəndində olan restoranının yanına gəlmişlər. O, ətrafa baxıb heç bir kəsin olmadığına əmin olduqdan sonra, hasara çıxıb restoranın həyətə keçmiş, Hüseyn isə küçədə dayanıb gözləmişdir. Bir qədər sonra ,Hüseyn də hasardan keçib onun yanına gəlmişdir. Bundan sonra, onlar birlikdə, restoranın yan divarının yanında dəmir lövhələrdən düzəldilən və kondisionerlərin mühərriklərinin saxlanıldığı yerin qapısını sındıraraq iki ədəd kondisionerin mühərriklərinin kabellərini kəsib kondisionerləri divardan çıxarıb yerə qoymuşlar. Çıxardıqları iki ədəd kondisioner mühərrikini Hüseyn ilə birlikdə küçəyə çıxarıb Hüseynin avtomobilinə qoyub mühərriklərini onun yaşadığı evə aparmışlar. Evdə mühərriklərdən birini söküb içərisində olan misi çıxararaq bazarın arxasında olan metal qəbulu məntəqəsinə aparıb çıxardıqları misi 8 manata satmışlar. Digər mühərriki isə Qudyalçay çayının sahilinə apararaq mühərriki orada olan ağaclıq sahədə gizlətmişlər. Bir neçə gün sonra, Quba rayon polis şöbəsinin əməkdaşları onları oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə dəvət etmişlər. Sorğu sual zamanı onlar etdikləri oğurluğu etiraf etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərəri ödədiyini və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu Mirzəməmməd kəndində yol kənarında yerləşən “Çinar” restoranı ona məxsusdur. Restoran 2 ildir ki, fəaliyyət göstərmir. Restoranın həyətində 1metr eni, 2,5 metr uzunluğu və 2 metr hündürlüyü olan ağ dəmir lövhələrdən quraşdırılan yardımçı tikili vardır. Həmin tikilinin içərisində obyektin elektriklə təmin edilməsi üçün istifadə olunan transformator və iki ədəd kondisioner mühərriki olmuşdur. Rusiya Federasiyasında getdiyi üçün restoranın mühafizəsini Cəlal Məmməd adlı tanışına tapşırmışdır. 10.10.2021-ci il tarixdə Rusiya Federasiyasında olan zaman Cəlal zəng edəcək restoranından iki ədəd kondisioner mühərrikinin oğurlandığını bildirdikdə Cəlaldan xahiş etmişdir ki, baş vermiş hadisə barəsində Quba rayon polis şöbəsinə məlumat versin. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmışdir ki, Quba rayonunun Mirzəməmməd kəndində yol kənarında yerləşən “Çinar” restoranı tanışı Zərərçəkmiş şəxs məxsusdur. Həmin restoran iki ildir ki, fəaliyyət göstərmir. Zərərçəkmiş şəxs Rusiya Federasiyasın gedərkən retoranın mühafizəsini ona tapşırmışdır. Buna görədə o, vaxtaşırı restoranı gedib nəzarət edirmişdir. Restoranın əsas binasının yanında təxminən 1 metr eni, 2,5 metr uzunluğu və 2 metr hündürlüyü olan yardımçı tikili olmuşdur. Həmin tikilinin içərisində obyektin elektriklə təmin edilməsi üçün istifadə olunan transformator və iki ədəd kondisioner mühərrriki olmuşdur. Yardımçı tikilinin qapı hissəsi isə dəmir asma qıfılla bağlı olmuşdur . Sonuncu dəfə 07.10.2021-ci il tarixdə səhər saatlarında həmin restorana gəlib ətrafa baxıb nəzarət edib hər şeyin yerində olduğuna əmin olduqda sonra çıxıb getmişdir. 10.10.2021-ci il tarixdə səhər saatlarında restorana gəlib həyətdə olan yardımçı tikilinin qapısının sınmış vəziyyətdə olduğu görüb içəri daxil olub görmüşdür ki, orada olan iki ədəd kondisioner mühərriki yerində yoxdur.. Həmin vaxt Mixail Moskva şəhərində olduğu üçün telefonla ona zəng edərək baş vermiş oğurluq barəsində bildirmiş, Mixail də hazırda ölkəyə qayıda bilmədiyindən baş vermiş hadisə barəsində polisə onun məlumat verməsini xahiş etmişdir. Bundan sonra o, baş vermiş oğurluq Quba rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmışdir ki, 07.10.2021-ci il tarixdə tanışı Quba rayonunun Mirzəməmmədkənd kəndində yaşayan Təqsirləndirilən şəxs kirayə yaşadığı evə qonaq getmişdir. Sahil ilə söhbət edən zaman Sahil Mirzəməmmədkənd kəndində yerləşən və fəaliyyət göstərməyən restorandan kondisioner mühərriklərini oğurlamağı təklif etdikdə o, Sahilin fikri ilə razılaşara onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir..Bundan sonra, onlar birlikdə həmin gün saat 23 radələrində onun idarə etdiyi avtomaşınla Mirzəməmmədkənd kəndində yol kənarında olan restoranının yaxınlığına gəlmişlər. Maşını bir qədər kənarda saxlayıb restoranın hasarının yanına gəlib əvvəlcə Sahil sonra isə o, hasarı aşıb restoranın həyətinə keçmişlər. Həyətdə o, Sahil ilə birlikdə restoranın əsas binasının yanıda olan yardımçı tikilinin qapısının qıfılını sındıraraq həmin yardımçı tikiliyə girib oradan iki ədəd kondisioner mühərrikini kabeldən kəsib mühhərikkləri çölə çıxarmışlar. Sonra onlar həmin mühərrikləri götürb hasardan aşaraq yola çıxb mühərriklərii maşına qoyub onun yaşadığı ünvana getmişlər. Evdə Sahil ilə birlikdə mühərriklərdən birinin içərisində olan misi çıxarıb Quba şəhərində bazar ətrafında fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparıb həmin misi orada satmışlar. Digər mühərriki isə Qudyalçayın çayının sahilinə aparıb həmin mühərriki orada olan ağaclıq sahədə gizlətmişlər. Daha sonra o, mühərriki həmin yerdən götürüb avtomobilinə qoyub saxlamışdır. Bir neçə gündən sonra, baş vermiş oğurluq hadisə ilə əlaqədar onu və Sahili Quba rayon polis şöbəsinə çağırdıqda onlar törətdikləri oğurluq cinayəti etiraf edib, bir ədəd kondisioner mühərrikini polis əməkdaşlarına təqdim etmişlər. İşdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 12.11.2021-ci il tarixli 9/7481 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2019-cu il istehsallı, “AUX” markalı, “ASW-H24A4/FFR1” model, split kondisioner mühərrikinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilə olan orta bazar qiyməti təxminən 400,0 manat müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, məhkəmə əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş digər mötəbər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş arayışından və cinayət işinin materiallarına əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 08.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materialında olan Quba rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 22.02.2022-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materialında olan Quba RİHB-nın Zərqava İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.03.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Zərqava kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd 2019-cu il istehsallı, “AUX” markalı, “ASVV-H24A4/FFR1” model, split kondisioner mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Quba rayonu, Zərqava kəndində Quba Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Quba rayonu, Zərqava kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Hökmün icrası Quba Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd 2019-cu il istehsallı, “AUX” markalı, “ASVV-H24A4/FFR1” model, split kondisioner mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-69/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-69/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver