Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-69/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 3 iyul 1980-ci il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi təsərüfatçılıqla məşğul olan, Quba rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, Quba rayonu Rustov kəndində daimi pasport qeydiyyatında olmaqla hazırda Quba rayonu Qam-Qam kəndində yaşayan, 17 fevral 2024-cü il tarixdə barəsində “başqa yerdə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Quba rayonu Qam-qam kəndində yaşadığı evinin həyətyani sahəsinə borcunun ödənilməsi tələbi ilə gəlmiş və əvvəldən tanıdığı Quba rayonu Güləzi kənd sakini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən sonuncunu döyərək qəsdən ona baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə-alın nahiyəsində əzilmiş yara, alt çənədə sağda qançırdan ibarət olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla Quba rayonu Qam-qam kəndində yaşayır. Ailəlidir, iki övladı vardır. Hazırda fərdi təsərüfatçılıqla məşğul olur. O, Quba rayonu, Giləzi kənd sakini Zərərçəkmiş şəxs yaxşı tanıyır. Keçmişdə onunla birlikdə şərikli qoyun alveri ilə məşğul olmuşdur. Həmin dövrdə, ziyan etdikləri üçün Nəsib guya ona borclu olduğunu bildirdiyindən aralarındakı münasibətləri pozulmuşdur. 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Nəsib ondan icazəsiz həyətinə gəlib onunla borc üstündə mübahisə edib dalaşmışdır. Bu zaman o, Nəsibi həyətyanı sahəsindən itələyib çıxartdıqda sonuncunun başı dəmir darvazanın tininə dəydiyindən baş nahiyəsindən xəsarət almışdır. Nəsib onun qapısına icazəsiz gəlməsə idi, bu hadisə də olmazdı. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ona 800 manat borcu vardır. Lakin dəfələrlə Rəşadın qapısına gedib gəlsə də Rəşad onun borcunu qaytarmamışdır. 16 dekabr 2023cü il tarixdə saat 10 radələrində idarə etdiyi UAZ markalı maşınla Qam-qam kəndi ərazisindən keçdikdə Rəşadın həyətyanı darvaza qapısının açıq olduğunu görüb ondan borcunu nə vaxt qaytaracağını soruşmaq üçün onun həyətinə daxil olmuşdur. Bu zaman Rəşad ondan niyə icazəsiz həyətinə girməsini bəhanə gətirib onunla münaqişə etmiş və həmin anda onun baş nahiyəsinə əli ilə zərbə vurub ona xəsarətlər yetirmişdir. Rəşad tərəfindən ona xəsarətlər yetirilməsini Elşən adlı onun maşında sərnişin olmuş şəxs də görmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışmaq istəmədiyini bildiərək ona cəza verilməsini xahiş etmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 18 dekabr 2023-cü il tarixli 1014 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə-alın nahiyəsində əzilmiş yara, alt çənədə sağda qançırdan ibarət olub, 16 dekabr 2023-cü il tarixdə döyülmə nəticəsində törədilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Quba rayonu Qam-qam kəndində yaşadığı evinin həyətyani sahəsinə borcunun ödənilməsi tələbi ilə gəlmiş və əvvəldən tanıdığı Quba rayonu Güləzi kənd sakini Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən sonuncunu döyərək qəsdən ona baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə-alın nahiyəsində əzilmiş yara, alt çənədə sağda qançırdan ibarət olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin cinayət tərkibi var və iş üzrə toplanmış sübutların həcmi ona istinad olunan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Quba rayonu, Rustov kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Qam-Qam kəndində yaşayır, ailəlidir, iki övladı vardır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin 23 dekabr 2022-ci il tarixli, PHŞ/6.56-2-2022-1226 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Poliklinika Şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 hissəsindən Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilsədə hazırki iş üzrə onun törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aid olduğu üçün Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cəza təyin edilərkən residiv nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləçək cəzasının həddini və növünü müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini, eyni zamanda onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluluğunu şərtləndirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təsqirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildikdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə islah işləri cəzasının təyin edilməsinə maneə deyildir, belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə əsasən işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. İş materiaalarınsda olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 17 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerdə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən onun barəsində seçilmiş başqa yerdə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 5 saat üçün 30 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinisin və aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli onun qazancından faktiki tutulmanın başlanıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerdə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən iyirmi gün müddətində Quba rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-69/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-69/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver