Məhkəmə qərarları › İş №1(027)-7/2022

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-7/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-7/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3, müdafiəçilər: “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1964-cü il tarixdə Quba rayonu, Susay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-nin Şimal X12 və Satışı İdarəsinin X10 baş mühəndisi vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 314.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Şimal X12 və Satışı İdarəsinin X10 baş mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq “Azərişıq ASC-nin RETSİ-nin elektrik şəbəkələri əməkdaşlarının vəzifə təlimatı Rayon elektrik şəbəkəsinin baş mühəndisinin vəzifə təlimatı"nın tələblərinə əsasən eletrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək və vaxtında nasazlıq aktları tərtib etmək kimi vəzifələrin ona həvalə edilməsinə baxmayaraq texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına əməl etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasızlıq edib 25 may 2001-ci il tarixli “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9-cu bəndinin, yəni yanğın təhlükəsizliyi təmin edilərkən yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsi, elektrik ötürücü xətlərin və xarici (çöl) elektrik naqillərinin yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların üzəri ilə çəkilməsinə icazə verilməməsi barədə, 20 fevral 1989-cu il tarixli “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının” 5.7.1, 5.7.16, 5.7.19-cu bəndlərinin, yəni elektrik ötürmə hava xətlərini istismar edərkən onların etibarlı işinin təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətetmə aparılması, hava xətlərinin istismarında onlara vaxtaşırı və növbədənkənar baxışlar təşkil edilməsi, hava xəttinin bütün uzunluğu üzrə ildə 1 dəfədən az olmamaqla baxış keçirilməsi, bundan əlavə olaraq ildə 1 dəfədən az olmayaraq əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılması, baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıqları istismar sənədlərində qeyd edərək onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya hava xəttinin əsaslı təmirində aradan qaldırılması barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.5.14.6-cı bəndinin, yəni binaların və tikililərin üstündən bir qayda olaraq hava xəttinin keçməsinə icazə verilməməsi barədə tələblərini pozaraq Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən icarəyə götürülmüş 55 saylı mağazanın üzərindən çəkilmiş X10 balansında olan 6 kV-luq 11 saylı şəhər hava xəttinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsini təmin etməyib işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən 6 kV-luq 11 saylı şəhər hava xəttinin naqili 26 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində qırılaraq həmin mağazananın damının kənarına vurulmuş dəmir təbəqənin üzərinə düşmüş, bu zaman əmələ gəlmiş qapanmanın təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) mağazanın içərisində yanğının mənbəyi olan sol tərəfdə yerləşən yanar materialların üzərinə düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş vermiş yanğın zamanı 55 saylı mağaza və içərisində ərzaq məhsulları tamamilə yanmasına görə Quba Rayon İstehsal-İstehlak Kooperativinə 18120 manat məbləğində, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə 75935 manat məbləğində ziyan dəymiş, bununla da, o, səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Lakin məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Tərəflərin arqumentləri. Təqsirləndirilən şəxsin və ittiham tərəfinin şahidlərinin ifadələri, iş üzrə ittiham və müdafiə tərəfindən təqdim olunmuş digər sübutlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 1990-cı ildən Quba EŞ-də müxtəlif vəzifələrdə, 2015-ci ildən etibarən isə baş mühəndis vəzifəsində işləyir. Baş mühəndis kimi vəzifələrim enerji sistemindən alınan elektrik enerjisinin ötürücü xətlər və transformatorlar vasitəsilə tələbatçılara çatdırmaq, 6, 10 və 4 kv-luq elektrik enerjisi xətlərinin dayanıqlı işləməsini təmin etmək, xətlərin əsaslı və cari təmirlərini yerinə yetirmək və texniki istismar və təhlükəsizlik qaydalarına ciddi əməl etmək, təbii fəlakətlər nəticəsində baş verən qəzaların operativ aradan qaldırmaq, eletrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, hava xətlərinə baxış keçirilməsini və normal vəziyyətdə olmasını, texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etməkdir. 26 dekabr 2020-ci il tarixdə axşam saatlarında Quba Rayon X4 Elektrik Şəbəkəsinə yanğın olması barədə məlumat daxil olmuşdur. O, dərhal mağazaların üstündən keçən yüksək gərginlikli 6 kV-luq elektrik xəttindən elektrik verilişini dayandırılması barədə göstəriş vermiş və qəza xidməti ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerində olarkən təxminən 30 il əvvəl tikilərək sovet dövründə “Raypo” deyilən Azərittifaqın balansında olan taxta və dəmir konstruksiyalı mağazalardan biri yanmasını müəyyən etmişdir. İlk olaraq ərazidəki bir neçə mağazaya gedən elektrik xətlərini enerji mənbəyindən ayırmış, yanğının söndürüldükdən sonra isə mağazının üstündən keçən qırılmış yüksək gərginlikli xətti bərpa etmişdir. Yanğın tam söndürüldükdən sonra həmin xətdə elektrik enerjisi verilişi bərpa olunmuşdur. Həmin xəttin qırılmasını yanğın zamanı alovun təsirindən olmasını güman etmişdir. Belə ki, xəttin qırılmasına başqa səbəb olmamışdır. Yanğının baş verməsinə səbəb mağazanın daxili elektrik xəttində baş vermiş qısaqapanma olmuşdur. Yanğın nəticəsində cəmi 1 naqil qırılmış və həmin naqili də yanğından sonra bərpa edilmiş, yəni yenisi ilə əvəz edilmişdir. Həmin yüksək gərginlikli elektrik xətlərinin konkret mühafizə zolağı vardır və həmin hədlər gözlənilməklə ətrafında tikinti işləri aparılmalıdır. Qeyd olunan elektrik xəttinin 1964-cü ildə çəkilməsini nəzərə alsaq, həmin xəttin altında tikinti quraşdırma işlərinin aparılması tamamilə qanunsuz olmuşdur. Elektrik şəbəkəsi olaraq bu barədə aidiyyəti orqanla dəfələrlə müraciət edib həmin tikintilərin təhlükəli olması barədə xəbərdarlıq etmişlər. 6-10 kv-luq elektrik verilişi xəttlərinin mühafizə zonası xəttin kənar naqillərindən hər iki tərəfə 10 (on) metr məsafə saxlanılmaqla müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı 10 iyun tarixli qərarına əsasən mühafizə zonasında ot, odun, yanacaq anbarları quraşdırmaq , binalar tikmək və sair qəti qadağandır. Ayrı-ayrı şəxslər tərəfindən mühafizə zonası kobud surətdə pozulmuşdur. Quba şəhəri, 22-ci məhəllə ərazisindən keçən 6 kV-luq elektrik veriliş xətti 1964-cü ildə tikilib istismara verilmiş, sonradan ayrı-ayrı şəxslər tərəfindən xəttin mühafizə zonası kobud surətdə pozularaq orada köşk və mağazalar inşa edilmişdir. Həmin mağaza və yanındakı sıra mağazalar (ümumilikdə 22 mağaza) 1990-cı illərdə “Raypo” adlanan təşkilatın tabeçiliyində olmuş və həmin vaxt tikilmişdir. Xəttin 1964-cü ildə tikilməsini nəzərə aldıqda sonradan binanın tikilməsi pozuntudur. O, 6 kV-luq 11 saylı şəhər hava xəttinin mağazanın üzərindən keçməsini bilmişdir və bu barədə məlumatı olmuşdur. Həmin əraziyə dəfələrlə baxış keçirmişdir. Həqiqətən də həmin xətt mağazanın üzərindən keçmişdir. Həmin ərazi Quba bazarının içərisidir və hər yer demək olar ki, mağaza və piştaxtalardır. Ona görə də, xətti başqa formada aparmaq və əlavə dayaq yaratmaq mümkün olmamışdır. Bu səbəbdən xəttin yerini dəyişə bilməmişlər. Həmin hava xətti yanğın baş verən tikilidən əvvəl mövcud olmuş və lazım olduğu vaxtlarda texniki xidmət aparılmışdır. Xəttin bir neçə il əvvəl yerinin dəyişdirilməsi düzgün deyil. Həmin xətt əvvəldən həmin vəziyyətdə olmuşdur. Həmin xətt tikildiyi gündən bu günə kimi dəyişdirilməmişdir. Mağazalar xətdən sonra tikilmişdir. Elektrik xətlərinə mütəmadi baxış keçirilərək onlara lazımi texniki xidmət göstərmək birbaşa onun vəzifə öhdəliyidir. O, xətlərə vaxtında baxış keçirərək onlara lazımi xidmət göstərməli və bütün elektrik xətlərinin etibarlı işləməsini təmin etməlidir. Lakin, həmin ərazidə mağazaların tikilməsi və piştaxtaların olması səbəbindən xətti başqa yerə keçirə bilməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və X30 bildirmişlər ki, ittiham tərəfinin sübut qismində yuxarıda qeyd olunanlar iş materiallarında göstərməsinə baxmayaraq onların heç biri təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dəlalət etmir. Belə ki, şahid inspektor X13 münasibətdə: 01 mart 2022-ci il məhkəmə istintaqı dövründə ifadə verən X11 Xidmətinin Quba rayon şöbəsinin X23 Hissəsinin inspektoru X21 qeyd etmişdir ki, hadisə yerinə 1 gün sonra baxış həyata keçirilib. Şahid10la birlikdə vətəndaşları idarəyə çağırıb izahatlarını alıblar. Onların hadisə ilə bağlı verdikləri rəylər ehtimallara əsaslanır və hadisə yerindən heçbir nümunə götürməyiblər. Şahid10 münasibətdə: Məhkəmə istintaqı dövründə ifadə verən X11 Xidmətinin Quba rayon şöbəsinin X23 Hissəsinin inspektoru Şahid10 da Dadaşov Paşa ilə eyni məzmunlu ifadə verərək rəylər ehtimallar əsasında tərtib olunub. Qeyd olunanlardan başqa ittiham tərəfinin dəvət etdiyi şahidlərin heçbiri 3 ədəd elektrik xətlərindən birinin qirilmasının şahidi olmamışlar və verdikləri ifadələr onların ehtimallarına əsaslnaır və şəxsi təxəyyüllərinin məhsullarıdır. Zərərçəkmiş şəxslərin ifadələri: Hər üç zərərçəkmiş şəxs bilvasitə hadisə baş verən zaman onun nədən qaynaqlandığını görməmişlər və ifadələri öz maraqları üzərində qurulmaqla ehtimallara əsaslanır yəni konkret olaraq yanğının hardan başladığını görməmişlər. iş üzrə istər məhkəmə dövründə, istərsə də istintaq zamanı ekspert rəyləri mövcuddur. (11 mart 2021-ci il tarixli, 10/131 nömrəli ekspert rəyi, 19 mart 2021-ci il tarixli, 9/531 nömrəli ekspert rəyi, 12 aprel 2021-ci il tarixli, 6/1367 nömrəli ekspert rəyi, 15 aprel 2021-ci il tarixli, 10/130 nömrəli ekspert rəyi, 23 sentyabr 2021-ci il tarixli, 10/3953 nömrəli ekspert rəyi, 16 iyun 2022-ci il tarixli, 10/2318 nömrəli ekspert rəyi və 23 avqust 2022-ci il tarixli 10/5026 nömrəli ekspert rəyi). İstər məhkəmə istintaqı zamanı, istərsə də DYMX-nin Quba rayon şöbəsi şöbəsinin əməkdaşlarının ifadələrinə görə ekspert rəyi kifayət qədər əsaslı olmamış, şübhə doğurmuş ona görə də qeyd olunan qüsurlar ibarətdir. Belə ki, hadisə yerinin dəyişdirilmədən qorunub saxlanılması təmin edilməmişdir. Ekspert rəyi əsasən zərərçəkmiş şəxsin ifadələri əsasında tərtib olunmuşdur. Ekspert rəyi vaxtında tərtib olunmamışdır. Nümunələrin mötərəbərliyi şübhə doğurur çünki ilkin nümunələr götürə bilməyiblər və konkret mənbə yoxdur. DYMX-nin Quba rayon şöbəsinin inspektorlarının ifadəsinə görə ehtimala əsasən öz versiyalarımızı göndəriblər. Ümumiyyətlə, mövcud qanunvericiliyin tələbinə əsasən yalnızca şahid ifadələri əsasında ekspert rəyinin tərtib olunmasını istisna edir və ekspertizanın aparılması üçün tədqiqat obyektləri təqdim edilməlidir. Belə ki, Yanğından əvvəl hadisə yerinin vəziyyəti, hadisə yeriniə baxış protokolu; X24 Müfəttişliyi əməkdaşının rəhbərliyi ilə tərtib edilmiş yanğın haqqında akt; obyektin miqyasda layihəsi, planı, sxemi, hadisədən sonrakı (əgər mümkündürsə, hadisədən əvvəlki) fotoşəkilləri, obyektdə istismar olunan mühəndis qurğularının (o cümlədən, elektrik, su, qaz xətlərinin) yerləşmə sxemi və qurulma layihələri; İstilik ixrac edən maşın, qurğu avadanlıq və cihazlar haqda məlumatlar; Hadisədən bilavasitə əvvəl və hadisə zamanı mövcud olan hava şəraiti haqda hidrometeorologiya idarəsinin (stansiyasının) arayışı; Yanğının şahidlərinin izahatları (dindirmə protokolları). Mövcud qanunvericiliyə əsasən ekspert rəyinə olan tələblər əsasən qeyd olunan prinsiplər üzərində qurulur. Müəyyənlilik prinsipi-Ekspert rəyində müxtəlif cür başa düşülmə ehtimalı olan, qeyri-müəyyən nəticələrin verilməsi yolverilməzdir. Ekspert rəyində və iş üzrə şahid qismində iştirak edən DYMX-nin Quba rayon şöbəsi şöbəsinin əməkdaşlarının ifadələrinə görə ekspert rəyi zərərçəkmiş şəxsin ifadələri əsasında tərtib olunmuşdur yəni bu da ekspert rəyinin mötəbər sübut qsimində çıxış etməsini istisna edir. Qeyd olunanlardan başqa ekspert rəyində göstərildiyi kimi baş vermiş hadisə yerinin dəyişdirilmədən qorunub saxlanılması təmin edilmədiyinə və ilkin vəziyyət saxlanılmadığına görə ekspert rəyi müəyyənlik prinsipinə cavab verməmişdir. Anlaşıqlılıq prinsipi-Ekspertin rəyi müstəntiq, hakim və məhkəmə prosesinin digər iştirakçıları üçün öz məzmunu və ifadə üslubuna görə anlaşılan olmalıdır. Rəyin başa düşülməsi üçün hər hansı xüsusi biliyə ehtiyac duyulmamalıdır. Hər bir yanğının baş verməsi, onun bilavasitə (texniki) səbəbi olan yanmanı əmələ gətirən alışdırıcı mənbənin mövcudluğu (məsələn: elektrik qurğularında qısa qapanma, müxtəlif təbiətli qığılcımlar, maddə və materialların öz-özünə alışması, kibritin alovu və s.) ilə bağlıdır. Bununla əlaqədar məhkəmə yanğın-texniki ekspertizasının ən ümdə məsələsi - yanğının bilavasitə (texniki) səbəbini müəyyən etməkdən ibarətdir lakin təəüüf ki, iş materiallarında olan ekspertiza rəylərində qeyd olunan məsələlər öz həlllini tapmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin arayışı - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin Quba rayon məhkəməsinin 2 mart tarixli sorğusuna əsasən verdiyi 18 mart 2022-ci il tarixli arayışına görə yanğının baş verdiyi gün yəni 26 dekabr 2020-ci il tarixində havanın vəziyyəti aydın, buludsuz, küləksiz olmuş və yağıntı qeydə alınmamışdır. Aydındır ki, naqillərinin bir-birinə dəyməsi üçün gərək hava güclü , aramsız küləkli olmalı və güclü, aramsız külək nəticəsində naqilllər bir-birinə dəyərək obyektlərin üzərinə düşməlidir lakin araışdan da göründüyü kimi ittiham tərəfinin ssenarısı baş verməyib. X25 -iş materiallarına əlavə olunan X25ndan da göründüyü kimi X26 tərəfindən qeyd olunan obyektdə olan elektrik şəbəkəsinə 2020-ci ilin sentyabr və oktyabr ayında dövri baxışlar keçirilmişdir. AZƏRİŞİQ ASC-nin arayışı – "xxxx" ASC tərəfindən verilən cavaba görə qısa qapanma və ya xətt qırıldığı zaman artıq yüklənmə zamanı eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən ayırır yəni elektrik xəttində qırılma olacağı zamanı eleqaz açarlarının reaksiya verməməsi və gərginliyin axımının dayandırmaması ehtimalı yoxdur. Bir sözlə əgər hadisə elektrik xəttində qırılma nəticəsində baş versəydi o zaman eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən ayıracaqdı. İttiham aktında istinad olunan sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, təqsirləndirilən şəxs səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hadisənin baş verməsində təqsirli olması qənaətinə gəlməyə əsas versin.Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsiləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində səhlənkarlıq edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan hadisənin baş verməsinə rəvac verən hərəkətlərin etməsini etiraf etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şahidlər verdikləri ifadələrində hadisə obyektin daxilində başlamişdır çünki əksi olsaydı eleqaz açarı öz-özünə atardı. Yekunda əməlin tövsifi ilə bağlı qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsi niyə AR CM-in 314.2-ci maddəsi ilə təqsirləndirildiyini heçbir halda əsaslandıra bilməmişdir və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlmək olarki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Qeyd olunan hallar təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsiri sübuta yetirilmədiyindən və həmin cinayətə aidiyyatı olmadığından barəsində bəraət hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 55 saylı mağaza onun icarəsindədir. Həmin mağazanı 2009-cu ildə Quba rayonu, Nərimanabad kənd sakini Şahid1 icarəyə götürmüşdür. Şahid1la rəsmi olaraq icarə müqaviləsi bağlamışdır. İcarəyə götürdüyü vaxtdan etibarən həmin mağazanı şərik olaraq Zərərçəkmiş şəxs2 ilə birlikdə işlətmişdir. Həmin mağaza təxminən 30 il əvvəl, 1988-1990cı illərdə tikilərək sovet dövründə “Raypo” deyilən Azərittifaqın balansına verilmişdir. Həmin mağaza ilə yanaşı sıra halında təqribən 10-a yaxın mağaza vardır. Həmin mağazada Zərərçəkmiş şəxs2la birlikdə ərzaq mallarının satışı ilə məşğul olmuşdur. VÖEN onun adına olmuşdur. Su, işıq və sair ödənişlər Şahid1 adına olsa da, ödənişləri vaxtlı-vaxtında onlar etmişlər. Həmçinin, sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergilərini də vaxtlı-vaxtında ödəmişlər. Mağazaya satıcı Elman Xanbabayev nəzarət etsə də, bəzən qardaşı Oruc da mağazada satıcılıq etmişdir. Mağazada cəmi 1 ədəd elektrik yuvacığı olmuşdur, lakin hadisənin baş verdiyi yerdə, yəni mağazanın yanğının baş verdiyi hissəsində isə ümumiyyətlə elektrik yuvacığı və sair elektrik xətti olmamışdır. Mağazanın üzərindən 6 kV-luq elektrik hava xətti keçmişdir. Həmin hava xətti mağazanın üzərindən təqribən 2 metr məsafədədir, lakin, çox səliqəsiz ziqzaqvari formadadır. 26 dekabr 2020-ci il tarixdə saat 16 radələrinədək mağaza işləmişdir. O, saat 13 radələrində yaşadığı evə getmişdir. Həmin vaxt mağazada qardaşı Oruc olmuşdur. Pandemiya ilə əlaqədar alver həddən artıq zəif olduğundan mağazada əlavə adama ehtiyac olmamışdır. Satıcı Elman həmin gün işdə olsa da, günorta o da çıxıb getmişdir. Oruc isə mağazada qalmışdır. Oruc saat 16.00-da mağazanı bağlayaraq çıxmış, çıxarkən də həmişə olduğu kimi mağazanın elektrik xəttini ayırıcıdan ayırmaqla çıxmışdır. Həmin gün saat 20 radələrində evdə olarkən Elçin ona zəng edərək qonşu mağazanın, yəni Muxtarın mağazanın yanmasını, yanğının onların mağazasına da keçə biləcəyini demişdir. Ona görə də, o tez mağazanın qarşısına gəlmişdir. Bu zaman Muxtarın deyil, onların mağazasının yanmasını, yanğının mağazaları ilə Muxtarın mağazasının bitişik olduğu yerdə olmasını və get-gedə artmasını görmüşdür. Mağazanın həmin hissəsində duru yağlar olduğundan yanğın get-gedə artmışdır. Həmin vaxt mağazanın Muxtarın dükanına tərəf olan hissəsi, yəni duru yağlar olan hissəsini alov bürümüşdür. Bir qədər sonra isə yanğın yağ məhsullarına keçdiyindən bütün mağazanı bürümüşdür. O, oraya gələn zaman artıq yanğınsöndürən maşınlar hadisə yerinə yenicə gəlmiş, ancaq mağazanın ətrafındakı köşklərin sıx yerləşməsi səbəbindən yanğınsöndürənlər mağazaya yaxınlaşa bilməmişdir. Yanğını söndürmək demək olar ki, mümkün olmamış və 15-20 dəqiqə ərzində mağaza tam yandıqdan sonra kül olmuşdur. Mağaza metal və taxta konstruksiyadan olduğu üçün və içərisində də əsasən yağ məhsulları satıldığı üçün yanğın daha şiddətli olmuş və mağaza tez yanıb kül olmuşdur. Mağazaların üstündən çox aşağı səviyyədən elektrik xətti keçmiş, hətta bəzən yağışlı havada içəridə hər hansı yerə toxunduqda elektrik hiss olunmuşdur. Yanğın zamanı X10 baş mühəndisi Kamranı hadisə yerində görmüş, Kamran və əlavə tanımadığı iki nəfər qırılmış elektrik xəttini bərpa etmiş, Kamrandan orada nə etdiyini soruşduqda Kamran ona yanğının işıqdan olacağını iddia edəcəyini demişdir. Həmin an o başa düşmüşdür ki, mağazanın üstündəki elektrik xətti qırılıb mağazanın üstünə düşmüş və nəticədə yanğın baş vermişdir. O, Kamran və Quba EŞ-in işçilərinin mağazanın üzərindən keçən qırılmış elektrik naqilini tələsik bərpa etmələrini görmüşdür. Mağazada yanğının baş verməsi üçün hər hansı yanar material olmamış, elektrik ayırıcı elektrikdən çıxarıldıqdan sonra mağaza bağlanmışdır. Mağazanın içərisində yanğının baş verməsi qeyri-mümkündür. Yanğın mağazanın üzərindən keçən elektrik naqilinin qırılması nəticəsində baş vermişdir. Mağazanın üzərində elektrik hava xətləri 35-lik metal profilə bərkidilmişdir. Orada həmin hava xəttindən 3 ədəd elektrik naqili keçməkdədir. Yanğın zamanı da həmin 3 naqildən 2si yerində olmuş, 1-i qırılaraq mağazanın üzərinə düşmüş və yanğın da bu səbəbdən baş vermişdir. Əgər yanğın nəticəsində elektrik naqili qırılsaydı, digər naqillər də qırılıb düşərdi. Həmin 3 ədəd elektrik naqili çox səliqəsiz formada, ziqzaqvari şəkildə quraşdırılmış, metal profilə bərkidilmişdir. Möhkəm olmadığından naqillərin hər an qırılaraq yenidən mağazalara düşməsi an məsələsidir. Hal-hazırda da mağazaların üzərindən elektrik hava xətti keçməkdədir və dükanın divarına bağlanmış dəmir künclüyə bərkidilmişdir. Hazırda da həmin xətt orada olan mağazalara təhlükə mənbəyi olaraq qalır. Digər tərəfdən, həmin elektrik naqillərinə vaxtlı-vaxtında baxış keçirilməmişdir. Belə ki, təqribən 3 il əvvəl Kamran mağazanın üzərindən keçən həmin xətti ustalarla metal profilə bərkitmişdir. Əvvəllər həmin xətlər mağazanın üzərindən getməmişdir. Son 3 ildə həmin xətlər mağazanın üzərindən getmişdir. Əvvəllər isə avtovağzalın içi ilə getmişdir. Həmin xəttə də nəzarəti "xxxx" ASCnin Quba EŞ-in vəzifəli şəxsləri etməli olmuşdur. Lakin, həmin xəttə lazımi nəzarət edilməmişdir. X10 hər hansı şəxsi tərəfindən ona dükanın elektrik hava xəttinin mühafizə zonasında tikilməsi ilə əlaqədar xəbərdarlıq edilməmişdir. İfadəsinin sonunda, mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 da analoji ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Quba Rayon İstehsal İstehlak Kooperativinin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarəsində olmuş mağaza Quba Rayon İstehsal İstehlak Kooperativinə məxsusdur. Mağazanın torpaq sahəsi dövlət mülkiyyətindədir, mağazanın özü isə Kooperativin mülkiyyətindədir. SSRİ dövründə mövcud olmuş “Raypo” adlanan Azərittifaqın balansına 1990-cu ildə torpaq sahəsi ayrılmış və qeyd edilən mağaza 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Sonradan qurumun adı dəyişərək Quba Rayon İstehsal İstehlak Kooperativi adlanmışdır. O, 2012-ci ildən Kooperativin İdarə heyətinin sədridir. Həmin mağaza Kooperativin balansındadır və mülkiyyətindədir. Həmin mağaza ilk dəfə Quba rayon sakini X17 tərəfindən icarəyə verilmişdir. Abas Bağırov vəfat etdikdən sonra həmin mağaza onun ailə üzvlərinin icarəsinə, sənədlə arvadı Südabə Bağırovaya icarəyə verilmişdir. Faktiki olaraq oğlu Şahid1 həmin mağazanı icarə əsasında istifadə etmişdir. Sonradan Şahid1 həmin mağazanı Zərərçəkmiş şəxs1 icarəyə vermişdir. Həmin mağaza ərzaq mallarının satışını həyata keçirməkdədir. Həmin mağazanın torpaq sahəsi 1990-cı ildə ayrılmış və 1991-ci ildə həmin mağaza tikilmişdir. Həmin mağaza SSRİ dövründə tikilmiş, həmin vaxt ətrafda heç bir mağaza olmamışdır. Həmçinin, hazırda mağazanın üzərindən keçən və Quba EŞin balansında olan elektrik xətləri və dirəkləri həmin vaxt mağazanın yaxınlığında olmamışdır. Belə ki, mağaza tikilən zaman Rayon İcraiyyə Komitəsi tərəfindən və memarlıq şöbəsinin əməkdaşları tərəfindən bütün ölçü-plan işləri tam şəkildə aparılmış və mağazanın yeri elektrik dirəklərinin mühafizə zolağına düşməmişdir. Əgər, mağaza elektrik xəttinin mühafizə zolağına düşsə idi, təbii ki, SSRİ dövründə buna icazə verilməzdi. Mağaza tikilən zaman müvafiq rəylər verilmiş və SSRİ dövründə belə bir halın baş verməsi mümkün deyildir. Lakin, müvafiq rəylər onda və arxivdə qalmamışdır. Ola bilər ki, həmin xətt mağazadan kənarda mövcud olmuşdur. Lakin, mağaza tikilən vaxt elektrik xətləri hazırki vəziyyətdəki kimi olmamışdır. Mağaza tikildikdən sonra X26 tərəfindən həmin xəttin yeri dəyişdirilərək mağazanın üzərindən keçmişdir. Həmin xətt mağazanın üzərindən təqribən 1,5-2 m məsafədədir və çox səliqəsiz formada çəkilmişdir. Həmin xətt mağazanın üzərində metal profilə bərkidilmişdir. 26 dekabr 2020-ci il tarixdə ona gecə vaxtı həmin mağazada yanğın baş verməsi barədə məlumat verilmişdir. O, hadisə baş vermiş yerə gəldikdə FHN-nin əməkdaşları tərəfindən yanğının söndürülməsini görmüşdür. O, hadisə yerinə gəldikdə artıq naqillərdən biri qırılmış vəziyyətdə olmuş və mağazanın üzərində olmuşdur. X10 əməkdaşları yanğın gedə-gedə həmin xətti bərpa etmişlər. Fikrincə, yanğının baş vermə səbəbi həmin elektrik naqillərindən qırılaraq mağazanın üzərinə düşmüş elektrik naqili olmuşdur. Belə ki, əgər yanğının təsiri nəticəsində elektrik naqili qırılsa idi, hər 3 naqil qırılmalı idi. Digər tərəfdən mağazanın içərisində yanğına səbəb ola biləcək avadanlıq və material olmamışdır. Yanğının mağazanın üst tərəfindən başlamasını nəzərə alsaq, elektrik naqilinin təsiri nəticəsində yanğının baş verməsi realdır. Həmçinin, hadisə şahidlərinin sözlərinə görə mağazada yanğın mağazanın damının sol yuxarı hissəsindən başlamışdır. Mağazanın dam hissəsi isə dəmir avadanlıqlarla və şiferlə örtülmüşdür. Bu da bir daha onu göstərir ki, elektrik naqili qırılaraq dəmirdən olan dam örtüyünün üzərinə düşmüş və yanğın baş vermişdir. Həmin xətlər hazırda da çox bərbad vəziyyətdədir, onlara vaxtlı-vaxtında baxış keçirilməmiş, xətlərin möhkəm olması üçün tədbir görülməmişdir. O, həmin xəttin vəziyyətinə əsasən bildirmişdir ki, xəttə lazımi nəzarət yoxdur. Belə ki, xəttin adi dəmir profilə bərkidilməsi də bunu bir daha sübut etmişdir. Həmçinin, xətt mağazanın üzərindən çox yaxın məsafədə keçir ki, bu da normativə uyğun deyildir. Hadisədən əvvəl də dəfələrlə şifahi olaraq Quba EŞ-ə xəttin yerinin dəyişdirilməsi barədə deyilmişdir. Lakin, bir tədbir görülməmişdir. Hazırda da həmin xətt hadisədən əvvəlki formada olduğu kimi qalmaqdadır. Yanğının baş verməsinin yeganə səbəbi mağazanın üzərindən keçən elektrik hava xətti olmuşdur. Həmin xəttə də nəzarəti "xxxx" ASC-nin X26 etməli idi. İfadəsinin sonunda, mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən yanğın baş verən mağaza atasına məxsus olmuşdur. O, ailəsi ilə birlikdə Quba rayonu, Nərmanovka kəndində yaşayır. 26 dekabr 2020-ci il tarixdə saat 21 radələrində mağaza qonşusu Ağahüseyn ona zəng edərək mağazanın yanmasını demiş, o dərhal mağazaya getmiş, oraya gəldikdə mağazanın tam yanaraq kül olmasını görmüşdür. Mağaza tam yanmış və kül olmuşdur. Mağazanın üstündən 3 fazalı yüksək gərginlik elektrik naqilləri keçir. 30 ildən yuxarıdır ki, o və ailəsi həmin mağazanın icarəyə götürməklə idarə edirlər. Mağazanın içərsində ərzaq malları, yəni, konfet, yağ və s. olmuşdur. Mağazada yağ məhsulları satıldığı üçün yanğın daha şiddətli olub-olmamasını isə o, deyə bilməz. Çünki, yanğın söndükdən sonra o, hadisə yerinə gəlmişdir. Yanğın baş verməmişdən öncə mağazanın arxasından obyektlərin elektrik naqilləri topa şəklində keçdiyindən o, bir dəfə ərizə ilə "xxxx" ASC-nin Quba üzrə idarəsinə müraciət etmişdir. Lakin, bu məsələ ilə bağlı o yanğından öncə Təqsirləndirilən şəxs müraciət etməmişdir. Yanğından sonra mağazanın üstündən naqillər çox səliqəsiz şəkildə ziqzaqvari formada plansız formada keçdiyindən o, Təqsirləndirilən şəxs bununla bağlı müraciət etmişdir. Naqilin qırılıb düşməsi nəticəsində yanğının baş verməsini və ya yanğın zamanı naqilin qırılıb düşməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qardaşı Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü mağazada satıcı işləmişdir. Həmin mağazanı qardaşı Mövlud və dostu Elçin şərik işlətmişlər. 26 dekabr 2020-ci il tarixdə səhər saatlarında mağazaya gələrək işə başlamışdır. Karantin rejimi və hava şəraitinin soyuq olması ilə əlaqədar mağazanı hər gün olduğu kimi saat 16.30-da bağlayaraq işlədiyi mağazanın cərgəsində geyim əşyalarının satışı mağazası işlədən tanışı Şahid3la birlikdə mağazadan çıxaraq evə getmişdir. Mağazanı tərk etməmişdən əvvəl mağazanın giriş hissəsində sağ tərəfdə, yəni mağazanın daxilində, divarda bərkidilmiş elektrik lövhəsində yerləşən dövrə kəsicidən (rubilnikdən) mağazanın ümumi işıqlarını söndürərək mağazanın qapılarını bağlamışdır. Mağazada ümumi elektriki tənzimləyən cəmi bir ədəd dövrə kəsici (rubilnik) olmuş və o da oradan bütün elektrik avadanlıqlarını elektrikdən ayırmışdır. Saat 20.05 radələrində mağazada onunla birlikdə satıcı işləyən bacısı oğlu Elman onun mobil telefonuna zəng edərək mağazada yanğın hadisəsinin baş verməsi barədə məlumat vermişdir. O, dərhal yaşadığı evdən çıxaraq mağazanın yerləşdiyi ünvana gəlmiş, çatdıqda mağazanın yandığını, hadisə yerində olan FHN əməkdaşlarının yanğını söndürməyə çalışdıqlarını görmüşdür. Qardaşı Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü mağazanın üzəri ilə 3 ədəd yüksək gərginlikli aliminium materialdan olan tros şəkilində toxunulmuş elektrik xəttləri keçmişdir. O, yanğın hadisəsi ilə əlaqədar mağazaya gəldikdə artıq mağazanın üzəri ilə çəkilmiş 3 ədəd naqillərdən birinin qırılaraq mağazanın damına düşdüyünü görmüşdür. Yanğın söndürənlər yanğını söndürməklə məşğul olduqları vaxt hadisə yerinə Quba EŞnin qəza xidmətinin əməkdaşları gəlmiş, onlardan biri mağazanın sol tərəfində yerləşən, mağazanın divar hissəsinə bərkidilmiş dirəyə qalxaraq mağazanın üzəri ilə keçən 3 ədəd yüksək gərginlikli elektrik xətlərindən qırılaraq mağazanın damına düşmüş 1 ədəd naqilini yeniləmişdir. Mağazanın arxasında fərdi yaşayış evi olmuşdur. Fərdi yaşayış evi tikildikdən sonra elektrik naqillərinin dəyişdirilməsinin şahidi olmamışdır. Həmin gün mağazada balıq məhsulları olmamışdır. Mağazada süt məhsullarının satışı ilə çox məşğul olmamışlar. Yanğının elektrik naqilinin qırılıb düşməsi nəticəsində baş verməsini isə öz gözləri ilə şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında sıra mağazalar içərisində onun geyim mağazası vardır. Təqribən 2 ildir ki, həmin mağazada fərdi olaraq sahibkarlıqla məşğuldur. Yanğın baş verən zaman evdə olmuşdur. Ona zəng edərək, Mövludun mağazasında yanğın hadisəsi baş verdiyini demişlər. Mağazalar eyni cərgədə yerləşdiyindın o da, yanğının onun mağazasına keçməsindən narahat olaraq hadisə yerinə getmişdir. O, hadisə yerinə gedən zaman yanğın söndürənlərin orada olduğunu görmüşdür. Hadisədən əvvəl o, Oruc ilə birlikdə mağazalarını birlikdə bağlayıb evə getmişlər. Yanğın söndürənlər yanğını söndürən zaman mağazanın üzərindən keçən 3 naqildən birinin qırıq olduğunu görmüşdür. Həmin vaxt "xxxx" ASC-nin Quba üzrə idarəsinin əməkdaşları tərəfindən qırılmış naqili dəyişdirirdilər. Müəyyən vaxt keçdiyindən hansı naqilin qırıldığını xatırlamır. Orucun yanğından öncə evə gedərkən ümumi dövrə kəsicidən (rubilnikdən) işığı söndüyməyini görməmişdir. Lakin, bu barədə soruşduqda, Oruc işığı ümumi dövrə kəsicidən (rubilnikdən) söndürdüyünü demişdir. Mağazanın işıqları sönülü olduğundan Orucunun ümumi dövrə kəsicidən (rubilnikdən) işığı söndürdüyünü düşünmüşdür. Yanğın zamanı alovun miqyasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 Xidmətinin Quba rayon şöbəsinin X23 Hissəsinin Yanğınsöndürmə növbəsinin rəisi Şahid4 ifadəsində göstərmişdir ki, əsas xidməti öhdəliyi rayonun yanğından mühafizəsini təşkil etməkdir. Adətən, növbə rəisi baş vermiş yanğın hadisələrində yanğının qısa müddət söndürülməsini təşkil etməyə çalışmışdır. 26 dekabr 2020-ci il tarixdə növbədə olarkən hissənin rabitə qovşağına Quba şəhəri, 22-ci məhəllə ünvanında yanğının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal növbənin şəxsi heyəti ilə birlikdə ümumilikdə 14 nəfər olmaqla – 2 xidməti avtomobillə hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatdıqda yanğın mağazanın ətrafını bürümüşdür. Belə ki, bəzən mağaza və ya digər obyektin bir hissəsində yanğın olduqda yanğının baş vermə səbəbini müəyyən etmək rahat olmuşdur. Lakin, Quba şəhəri, 22-ci məhəllə ünvanında baş vermiş yanğın zamanı hadisə yerinə çatdıqda artıq mağazanın hər bir tərəfini yanğın bürümüşdür. Ona görə də, yanğının baş vermə səbəbini ilk baxışla müəyyən etmək qeyri-mümkündür. Yanğının mağazanın içərisindən baş vermə ehtimalını və mağazanın içərisində yanar materialların ola bilmə ehtimalını nəzərə alaraq balta ilə mağazanın giriş qapısı sındırılmış və mağazanın içərisinə daxil olunmuşdur. Mağazanın içərisində olan elektrik yuvalarının və elektrik yuvalarına hər hansı predmet qoşulu olubolmadığını görməmişdir. Çünki, yanğın nəticəsində hər şey yanıb kül olmuşdur. O, həmin zaman elektrik yuvalarına taxılı naqil və ya partlayışa səbəb olacaq heç bir predmet görməmişdir. Hadisə yerinə gələn zaman dispeçerə zəng edərək, qeyd olunan ərazinin işıqlarını söndürtmüşlər. Yanğın aktını o tərtib etmişdir. Yanğın aktının “səbəb” hissəsini yanğının baş vermə səbəbi müəyyən olunmadığından qeyd etməmişdir. Ümumi dövrə kəsicinin (rubilnikin) mağazanın daxilində və ya xaricində olmasını isə görməmişdir. Yanğının üç elektrik naqildən birinin qırılıb düşməsi nəticəsində baş verməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 Xidmətinin Quba rayon şöbəsinin X23 Hissəsinin 2-ci yanğın növbəsinin manqa komandiri Şahid5 bildirmişdir ki, 26 dekabr 2020-ci il tarixdə növbədə olarkən hissənin rabitə qovşağına Quba şəhəri, 22-ci məhəllə ünvanında yanğının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal növbənin şəxsi heyəti ilə birlikdə ümumilikdə 14 nəfər olmaqla – 2 xidməti avtomobillə hadisə yerinə yollanmışdır. Hadisə yerinə çatdıqda yanğın mağazanın ətrafını bürümüşdür. Belə ki, bəzən mağaza və ya digər obyektin bir hissəsində yanğın olduqda yanğının baş vermə səbəbini müəyyən etmək rahat olmuşdur. Lakin, Quba şəhəri, 22-ci məhəllə ünvanında baş vermiş yanğın zamanı hadisə yerinə çatdıqda artıq mağazanın hər bir tərəfini yanğın bürümüşdür. Ona görə də, yanğının baş vermə səbəbini ilk baxışla müəyyən etmək qeyri-mümkündür. Yanğının mağazanın içərisindən baş vermə ehtimalını və mağazanın içərisində yanar materialların ola bilmə ehtimalını nəzərə alaraq balta ilə mağazanın giriş qapısı sındırılmış və mağazanın içərisinə daxil olunmuşdur. Mağazanın içərisində olan elektrik yuvalarının və elektrik yuvalarına hər hansı predmet qoşulu olubolmadığını görməmişdir. Çünki, yanğın nəticəsində hər şey yanıb kül olmuşdur. O, həmin zaman elektrik yuvalarına taxılı naqil və ya partlayışa səbəb olacaq heç bir predmet görməmişdir. Hadisə yerinə gələn zaman dispeçerə zəng edərək, qeyd olunan ərazinin işıqlarını söndürtmüşlər. Yanğının üç elektrik naqildən birinin qırılıb düşməsi nəticəsində baş verməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında sıra mağazalar içərisində onun da mağazası vardır. Hadisə baş verən gün saat 18:00-dan sonra mağazası yerləşən ərazisində yanğın hadisəsi baş verdiyini öyrənmişdir. O, yanğının onun mağazasına keçməsindən narahat olaraq hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman yanğınsöndürmə xidmətinin əməkdaşları hadisə yerinə gəlməmişlər. Yanğın mağazanın sol hissəsindən başlamışdır. X26 tərəfindən həmin mağazanın mühafizə zolağında tikilməsi barədə xəbərdarlıq edilibedilməməsindən xəbəri olmamışdır. Ona ibtidai istintaq zamanı elə bir sual verilməmişdir. O, heç qeyd olunan sualın mahiyyətini başa düşməmişdir. O, hadisə yerinə gələn zaman naqil qırılıb düşmüş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında sıra mağazalar içərisində onun da mağazası vardır. Hadisə baş verən zaman Quba şəhəridə mağaza yaxınlığında kirayədə yaşamışdır. Hadisə baş verən zaman mağazası yerləşən ərazisində yanğın hadisəsi baş verdiyini öyrənmişdir. O, yanğının onun mağazasına keçməsindən narahat olaraq hadisə yerinə getmişdir. Hadisə baş verməzdən əvvəl onlar mağazada olan zaman onun mağazasında işıq olmadığından telefonunun enerji yığması üçün Mövludgilin mağazasında qoymuşdur. Evə gedərkən telefonunu Orucdan almış, Oruc isə ümumi dövrə kəsicidən (rubilnikdən) işığı söndürüb evə getmişdir. Bu zaman Orucun yanında mağazanın işçisi Elman olmuşdur. Vüqarın isə ümumiyyətlə ətrafda olmasını görməmişdir. Yanğın hadisəsi baş verən mağazanın ümumi dövrə kəsicisi (rubilnik) mağazanın çölündə yerləşmişdir. Yanğının üç elektrik naqildən birinin qırılıb düşməsi nəticəsində baş verməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 sabiq rəisi Şahid8 ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək X10 rəisi işləmişdir. 26 dekabr 2020-ci il tarixdə axşam saatlarında Quba rayon X4 X18 yanğın olması barədə məlumat daxil olmuşdur. Bu barədə Quba EŞ-in baş mühəndisi Təqsirləndirilən şəxs zəng edərək ona məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mağazaların üstündən keçən yüksək gərginlikli 6 kV-luq elektrik xəttindən elektrik verilişinin dayandırılması barədə göstəriş vermiş və baş mühəndis Təqsirləndirilən şəxs qəza xidməti ilə birlikdə hadisə yerinə getmişdir. Yanğın söndükdən sonra o özü də əraziyə gedərək baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, təxminən 30 il əvvəl tikilərək sovet dövründə “Raypo” deyilən Azərittifaqın balansında olan taxta və dəmir konstruksiyalı mağazalardan biri yanaraq kül olmuşdur. Onda olan məlumata görə yanğın mağazanın içərisindən başlamış və yanğının təsiri nəticəsində mağazanın üzərindən keçən 3 ədəd elektrik naqilindən biri qırılaraq mağazanın üzərinə düşmüşdür. O, əraziyə baxış keçirməyə getdikdə baş mühəndis Təqsirləndirilən şəxs Qəza Xidməti ilə birlikdə qırılmış xətti bərpa etmişlər. 3 elektrik naqilindən 1-nin qırılmasının səbəbi naqillərdən birinə yükün çox düşməsi ilə bağlı olmuşdur. Ola bilsin ki, qırılan naqilə digərlərindən nisbətən daha çox yük düşmüşdür. Yaxud qırılan naqil birbaşa yanğının təmasında olmuş və ona görə də, tez qırılaraq mağazanın üzərinə düşmüşdür. Ona yanğın baş verən mağazanın üzərindən keçən elektrik xətləri və onların yerinin dəyişdirilməsi barədə nə yazılı, nə də şifahi heç kim müraciət etməmişdir. 6-10 kV-luq elektrik verilişi xəttlərinin mühafizə zonası xəttin kənar naqillərindən hər iki tərəfə 10 (on) metr məsafə saxlanılmaqla müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı 10 iyun tarixli qərarına əsasən mühafizə zonasında ot, odun, yanacaq anbarları quraşdırmaq , binalar tikmək və sair qəti qadağandır. Quba şəhəri, 22-ci məhəllə ərazisindən keçən 6 kV-luq elektrik veriliş xətti 1964-cü ildə tikilib istismara verilmiş, sonradan ayrı-ayrı şəxslər tərəfindən xəttin mühafizə zonası kobud surətdə pozularaq orada köşk və dükanlar inşa edilmişdir. Xəttin 1964-cü ildə tikilməsini nəzərə alsaq, sonradan orada 55 saylı mağazanın tikilməsi pozuntudur. İfadəsinin sonunda bildirmişdir ki, yanğın mağazanın daxilində baş vermişdir. Əminliklə deyə bilər ki, naqilin orta hissəsindən qırılaraq düşməsi və yanğına səbəb olması mümkün deyil. Naqil yanğının istiliyindən qırılaraq düşmüşdür. Yanğın zamanı idarəyə, qısaqapanma və ya gərginlik göstəricisi ilə bağlı məlumat daxil olmamışdır. Naqilin izolyatorlardan külək zamanı qırılması mümkündür, lakin ortadan qırılması yalnızca fiziki güc və ya yanğının istiliyi zamanı ola bilər. Hadisə zamanı məlumat verilmiş ki, yanğın baş vermiş və ona görə elektrik xətti təhlükəsizliyin təmin edilməsi üçün açılmışdır. Eleqaz açarı o, işlədiyi vaxtdan Quba şəhərində olmuşdur. Eleqaz açarının məqsədi xəttin avtomatik olaraq açılıb-bağlanmasını təmin etmək üçündür. Eleqaz açarı xətt, yəni naqil qırılıb yerə düşən zaman 1 saniyə ərzində avtomatik olaraq açılır. Yanğın naqilin qırılıb düşməsi səbəbindən baş vermədiyi üçün eleqaz açarı avtomatik işə düşməmişdir. Mağazanın üstündən keçən üç naqildən birinin qırılıb düşməsi isə həmin naqildə gərginliyin çox olduğunu və yanğın baş verən zaman istilik nəticəsində qılıb düşdüyünü düşünür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 bildirmişdir ki, 2003-cü ildən Quba EŞ-də müxtəlif vəzifələrdə 2015-ci ildən etibarən isə aparıcı mühəndis vəzifəsində işləyir. Xidməti ərazisinə bütün Quba rayonu ərazisi daxildir. Hadisə zamanı işdə olmuşdur. Bu zaman Bazar ətrafında yanğın hadisəsi baş verməsi barədə idarəyə məlumat daxil olmuş və o, Azər Aslanovla birlikdə növbətçi hissəyə gedərək, 6 Kv-luq şəhər xəttini ayırmaq istəyən zaman görmüşlər ki, xətt hələ də, avtomatik olaraq açılmamışdır. Belə ki, naqil qırılan zaman eleqaz açarı özü avtomatik olaraq açılır. Lakin, onlar vakum açarını özləri açmışlar. Daha sonra hadisə yerinə getmişlər. Yanğının söndürülməsini gözləmiş və yanğın söndükdən sonra qırılmış naqili bərpa etmişlər. Mağazanın üzərindən keçən üç naqil 6 sm aralıqla yerləşdirilmişdir. Aşağı sol hissədə yerləşən naqil qırılmışdır. Belə ki, yanğın zamanı alov həmin qırılan xəttin altında olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 Sahib Yusif oğlu ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, Azərbaycan Respublikası FHN-nin X2 Mərkəzində baş zabit olaraq işləyir. Hadisə baş verən zaman Quba şəhərində FHN-nin inspektoru vəzifəsində işləmişdir. Onun vəzifəsi hadisə yerinə ilkin baxışın keçirilməsi və ilkin aktın tərtib edilməsindən ibarət olmuşdur. Hadisə zamanı ona yanğın baş verməsi ilə bağlı məlumat verilmiş, o da, dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatan zaman yanğının çox hissəsi söndürülmüşdür. Bu zaman "xxxx" ASC-nin əməkdaşları qırılmış naqili bərpa edirdilər. Baş vermiş yanğın hadisəsinin səhəri günü hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxslərdən izahalarını almış, bu zaman onlar hadisənin yüksək elektrik gərginliyi nəticəsində baş verdiyini iddia etmişlər. O da, akt tərtib etmiş, aktda yanğının səbəbini yüksək gərginlik elektrik xəttinin qırılıb düşməsi ehtimalı olaraq qeyd etmiş və araşdırmanın aparılması üçün Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinə göndərmişdir. Hadisə yerinə ilkin baxış keçirən zaman hadisə yerindən nümunə götürmək istəsə də, mənbəni müəyyən edə bilməmiş və bütün nümunələr yanıb kül olduğundan heç bir nümunə götürə bilməmişdir. Hazırda cinayət işində qeyd olunan nümunələri isə FHN-nin əməkdaşı götürmüşdür. Nümunə - naqil qalıqları, kül, elektriklə bağlı baş vermiş yanğın hadisələrində isə yanğına səbəb olan elektrik naqilinin yanmayan hissəsindən bir parça kəsilib götürülməsi deməkdir. Mağazanın tavanı tamamilə yanmışdır və mağazanın üstü açıq qalmışdır. O, mağazaya daxil olanda içərdə ümumi dövrə kəsici (rubilnik) olmamışdır. Hadisə baş verən gün hadisə yerini 10 dəqiqə müayinə etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə akt yalnız zərərçəkmişlərin izahatları nəticəsində tərtib olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, Quba şəhərində FHN-nin inspektoru vəzifəsində işləyir. Yanğının səhəri günü Orxanla birlikdə hadisə yerinə gedib zərərçəkmiş şəxslərdən ərizə və izahatlar almışlar. Hadisə yerinə baxış keçirən zaman görmüşdür ki, mağazada hər bir predmet yanmışdır. Yanğının isə nədən baş verdiyini baxış zamanı müəyyən edə bilməmişlər. Ehtimallara əsasən yanğın aktını hazırlayıb Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinə göndərmişlər. Yanğının elektrik naqilinin qırılıb düşməsindən və ya başqa haldan baş verdiyini bilmir. Hadisə baş verən zaman Orxanın hadisə yerinə gedib-getməməsini bilməmişdir. İş materiallarında olan 26 dekabr 2020-ci il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, yanğın hadisəsinin baş verdiyi mağaza Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ərzaq mağazasıdır. Yanğın hadisəsinin baş verməsi barədə məlumat X11 Xidmətinin Quba rayon şöbəsinə 26 dekabr 2020-ci il tarixdə, saat 20.01-də daxil olmuş, DYMX-nin Quba rayon şöbəsinin əməkdaşları yanğın avtomobili ilə saat 20.08-də hadisə yerinə çatmış, 20.26-da yanğın tam söndürülmüşdür. İş materiallarında olan 27 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X24 Xidməti tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, yanğın hadisəsi Quba şəhəri mərkəzindən 2 km aralıda yerləşən Quba şəhəri, 22-ci məhəllə ünvanında olan Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü ərzaq mağazasında baş vermişdir. Ərzaq mağazası taxta konstruksiyalardan ibarətdir. Yanğın hadisəsi baş vermiş obyekt oda davamlı dərəcəsidir. Obyekt sağ, sol və arxa tərəfdən qonşu obyektlərlə, qarşı tərəfdən isə yol ilə həmsərhəddir. Obyektin 7 pəncərəsi, 2 qapısı vardır. Müayinə zamanı obyektin üzərindən yüksək gərginlik elektrik xəttinin keçdiyi, elektrik xəttinin qırılaraq düşdüyü yer açıq-aşkar görünmüşdür. hadisənin yerinin müayinəsi və baxış zamanı qeyd edilənlərə əsasən yanğın hadisəsinə səbəb kimi yüksək gərginlikli elektrik xəttinin qırılaraq mağazanın üzərinə düşməsindən baş verməsi ehtimal olunmuşdur. İş materiallarında olan 28 dekabr 2020-ci il tarixli yanğın haqqında aktdan görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən və yanğın baş verdiyi mağaza birmərtəbəli olub, taxta konstruksiyadan ibarətdir. Obyektin 2 qapısı, 7 pəncərəsi vardır. Obyektin işıqlandırılması 220 voltluq elektrik enerjisi ilə həyata keçirilir. Yanğının söndürülməsində ilkin olaraq əl vasitəsilə suyun daşınaraq yanğın yerinə verilməsi metodundan istifadə edilmişdir. Yanğın baş verməzdən əvvəl obyektin yaxınlığında odla heç bir iş aparılmamış, kənar şəxslərin obyektə yaxınlaşması müşahidə olunmamışdır. Yanğın 19.56-da baş vermiş, hadisə ilə əlaqədar məlumat X11 Xidmətinin Quba rayon şöbəsinə 20.01-də daxil olmuş, 20.08-də yanğın avtomobilləri yanğın yerinə çatmış, 20.19-da yanğın hadisəsi məhdudlaşdırılmış, 20.26-da tamamilə söndürülmüşdür. Alınmış izahatlar və hadisə yerinin müayinə əsasən yanğın hadisəsinin baş verməsinə səbəb mağazanın üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin qırılaraq mağazanın üzərinə düşməsi ehtimal olunur. İş materiallarında olan 29 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Zərərçəkmiş şəxs1 tərəfindən icarəyə götürülmüş ərzaq mağazasıdır. Mağaza əsasən dəmir kontruksiyalardan inşa edilmiş, yan və arxa tərəfləri qonşuluqla yerləşən digər obyektlərin mişar daşından inşa edilmiş divarları ilə əhatə olunmuşdur. Mağazanın divarları çöl tərəfdən dəmir təbəqələrlə üzlənmiş, içəri tərəfdən taxta reykaların üzərinə vurulmuş nazik taxta, dik təbəqlərdən ibarət olmuşdur. Dam örtüyü damın dəmir fermalarının üzərinə bərkidilmiş reykalarına mismarlarla bağlanmış azbes şifer təbəqələrdəndir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mağazanın tavanı dik təbəqələrdə olmuş işıqlandırma led tipli lampalarla aparılmışdır. Elektrik xəttləri mis naqil və kabellərlə çəkilmişdir. Həmin xəttlər tavan və divarların üzəri ilə çəkilmişdir. Mağazanın sağ uzaq küncündə arxa divarın üstündə elektrik lövhəsi olmuşdur. Zərərçəkmiş şəxs1 bildirdiyinə görə elektrik lövhəsinin içərisində 4 ədəd “Siemens” tipli elektrik avtomat açarları olmuşdur. Mağazanın uzunluğu 14,40 metr, eni 10,50 metrdir. Fermalardan döşəməyə qədər olan hündürlük 2,6 metrdir. Mağazanın ön tərəfində vitrinə oxşar şüşəli pəncərələr və iki ədəd qapı vardır. Baxış zamanı müəyyən olunmuşdur ki, pəncərələrin şüşələri yanğının və istinin təsirindən qırılaraq tökülmüşdür. Mağazanın uzunu boyunca təxminən orta hissədə taxta arakəsmə qalıqları müşahidə edilir. Sağ tərəfində həmin arakəsmənin üzərində quraşdırılmış rəflərin və rəflərin üzərində quraşdırılmış qalıqları vardır. Mağazanın ön tərəfindəki satış zalının döşəməsi mərmər pilitələrdən, arxa tərəfdəki anbar (yardımçı otağın) döşəməsi metlax pilitələrdəndir. Yanğının termiki təsirindən mağazanın içərisindəki yanar materiallardan olan tikinti konstruksiyalarının əksəriyyəti yanaraq dağılmış, tavan, dam hissəsinin yanar konstruktiv elementləri tam yanmış, asbes şifer təbəqələri dağılaraq içəri tökülmüşdür. Damın metal fermaları mağazaya daxil olduqda sol tərəfdəkilər yanğının termiki təsirindən daha məruz qaldığından digər hissələrdəki fermalardan fərqli olaraq əyilmiş, deformasiyaya məruz qalmış haldadırlar. Mağazanın həmin sol hissəsində divarlara vurulmuş taxta konstruksiyalar demək olar ki, tam yanmış, həmin yerlərdə qonşu obyektlərin mişar daşından olan divarların rəngi dəyişilmiş, qızarmış şəkildədir. Qeyd olunan sahədə yəni mağazanın sol tərəfində taxta arakəsmənində aşağıdan yuxarıya qədər yanmaya məruz qalaraq dağılmış haldadır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirməsinə görə mağazanın sol uzaq künc hissəsinə yaxın ərzaq məhsullarından olan müxtəlif növ, marka və çeşiddə yağlar yığılmışdır. Mağazanın anbar kimi istifadə olunmuş hissəsinin orta və sağ tərəfində topa şəkildə səliqəsiz, dağılmış vəziyyətdə ərzaq məhsullarının qalıqları vardır. Mağazanın ticarət zalı kimi istifadə edilmiş hissəsində müxtəlif tipli soyuducuların yanğının termiki təsirinə məruz qalmış dəmir gövdələri vardır. Həmin soyuducuların qalıqları aşıldılmış, yerdəyişmiş vəziyyətdədirlər. Baxış zamanı mağazanın elektrik xəttlərinin və digər elektrik cərəyan keçirici hissələrinin eləcə də, mağazanın uzaq sağ küncündə olmuş elektrik lövhənin qalıqları aşkar edilməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisədən sonra hadisə yerindən dəmir yığımı ilə məşğul olan şəxslər tərəfindən əlvan metaldan olan hissələri həmçinin elektrik naqilləri və soyuducuların elektrik mühərrik və naqilləri sökülüb aparılmışdır. Mağazanın elektrik enerjisi ilə təchiz edilmiş transformator məntəqəsinə baxış keçirildikdə müəyyən edilmişdir ki, hadisə zamanı elektrik enerjisi ilə mağazanı təmin etmiş transformator məntəqəsi sökülmüş və əvəzinə yeni transformator məntəqəsi quraşdırılmışdır. Baxış zamanı mağazanın üzərindən yəni, yaxın sol künc hissəsindən uzaq sağ künc hissəsinə doğru üç ədəd izoliyasiya örtüyü olmayan naqillər çəkilmişdir. Baxış zamanı mağazanın sol yaxın küncündə, qonşu obyektin daş divarının yuxarı hissəsinə bərkidilmiş, yağış sularından qorunması üçün nəzərdə tutulmuş dəmir təbəqənin üzərində ərimiş aliminium metalının damcılarının izləri müşahidə edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin təbəqə sökülərək müvafiq qaydada qablaşdırılaraq hadisə yerindən götürülmüşdür. Mağazanın içərisindən 4 ayrı nöqtədən olmaqla, 4 sellofan bağlamada qablaşdırılaraq yanğından sonrakı kül nümunələri fiziki-kimyəvi ekspertizaya təqdim olunması üçün götürülmüşdür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus və Zərərçəkmiş şəxs1 tərəfindən icarəyə götürülmüş Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 55 saylı mağazadır. Həmin mağaza təmir olunmuşdur, qarşısında dəmir materialdan dirəklər vardır, yanğının izləri hazırda yoxdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 əli ilə həmin mağazanı göstərərək mağazanın onun tərəfindən icarəyə götürülməsini və yanğının məhz həmin mağazada baş verməsini, hadisədən sonra mağazanın təmir etdirilməsini bildirmişdir. Mağazanın sağ və sol tərəfində ona bitişik mağazalar vardır. Mağazaya bitişik fərdi sahibkar Muxtar adlı şəxsə məxsus mağazanın dam hissəsinə üç çıxıntılı dəmir təbəqə vurulmuş və elektrik hava xəttinin 3 ədəd elektrik naqili həmin dəmir təbəqənin 3 çıxıntısına ayrılıqda bərkidilmişdir. Elektrik hava xəttinin 2 naqili eyni, 1 naqili isə görünüşcə fərqlidir və yeni olması hiss olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 əli ilə həmin dəmir təbəqəni göstərərək elektrik xətlərinin hadisədən əvvəl də eynilə həmin formada mağazanın üzərindən keçməsini və məhz mağazanın dam hissəsinə bərkidilmiş dəmir təbəqəyə bərkidilməsini, fərqli elektrik naqilinin qırılaraq onun mağazasının üzərinə düşməsini və yanğının bu səbəbdən baş verməsini, hadisədən sonra həmin naqilin dəyişdirilməsi səbəbindən fərqli olmasını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın üzərindən elektrik hava xəttinin 3 ədəd elektrik naqili digər mağazanın dam hissəsinə bərkidilmiş üç çıxıntısı olan dəmir təbəqənin çıxıntılarına bərkidilmişdir. Yəni, həmin dəmir təbəqənin quraşdırılması və elektrik hava xəttinin 3 ədəd elektrik naqilinin həmin dəmir təbəqəyə bərkidilməsi mağazanın tikilməsindən sonra baş vermişdir. Belə ki, dəmir təbəqənin özü mağazanın dam hissəsinə bərkidilmişdir. Belə olan halda, mağaza tikilmədiyi halda elektrik hava xətlərinin hazırki formada mağazanın dam hissəsindəki dəmir təbəqəyə quraşdırılması mümkün deyildir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək əlavə hala rast gəlinməmişdir. İş materiallarında olan Quba EŞ-nin Operativ jurnalına baxış keçirilməsi haqqında 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, jurnalda hər hansı hadisə baş verməsi barədə qeydiyyat aparılmamışdır. 26 dekabr 2020-ci il tarixdə, saat 19:55-də 11 nömrəli hava xətti baş vermiş yanğın hadisəsi ilə əlaqədar açılmış, 22.10-da isə hava xəttinin qoşulması qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2021-ci il tarixli, 10/131 nömrəli ekspert rəyindən görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Zərərçəkmiş şəxs1 tərəfindən icarəyə götürülmüş, ərzaq mağazasında baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılması təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18120,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli, 9/531 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş məlumatda göstərilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 75935,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 6/1367 nömrəli ekspert rəyindən görünür ki, təhqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş yanmış, kömürləşmiş oduncaq hissələrinin, kül və kömür nümunələrinin üzərlərində tezalışan neft məhsullarına məxsus izlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli, 10/130 nömrəli ekspert rəyindən görünür ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşmiş və həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılmışdır. Yanğının mağazanın içərisində, sol tərəfdə (yanğının mənbəyində) yerləşən yanar materialların üzərinə damın kənarına vurulmuş dəmir təbəqəsinə yüksək gərginlikli elektrik hava xəttinin naqilinin qırılaraq düşməsindən əmələ gəlmiş qapanmanın (gövsün) təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş verməsinə xarakterikdir. Hadisə baş vermiş mağazanın üzərindən 6 kVluq “11 saylı şəhər” hava xətti çəkildiyinə, həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1 bəndlərinin, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12-ci bəndinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri "xxxx" ASC-nin Quba Rayon Elektrik Şəbəkəsinin vəzifəli şəxslər (konkret şəxslər şəbəkənin strukturu və tutduğu vəzifəyə görə araşdırmalarla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2021-ci il tarixli, 10/3953 nömrəli ekspert rəyindən görünür ki, əlavə ekspertizaya təqdim olunmuş cinayət işinin materiallarında olan faktiki hallar (yanğın baş vermiş mağazanın memarlıq-tikinti xüsusiyyətləri, şahidlərin izahatlarında göstərildiyi halları, mağazanın daxili elektrik şəbəkəsinin söndürülmüş vəziyyətdə olduğunu, mağazada kənar müdaxilə izlərinin olmasının müşahidə edilmədiyini, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlarının üzərlərində tezalışan neft məhsullarına məxsus izlərin olmaması, hadisə zamanı mağazanın üzərindən çəkilmiş yüksək gərginlikli elektrik hava xəttininbir naqilinin qırılaraq onun üzərinə düşməsini, mağazanın damın kənarına vurulmuş dəmir təbəqənin üzərində elektrik təbiətdi qəza halının (qapanmanın) izlərinin olması və yanğının termiki təsirindən mağazanın tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin) əsasında aparılmış təhqiqatla belə nəticəyə gəlmək olar ki, yanğının mənbəyi mağazanın içərisində, sol tərəfdə yerləşmiş və həmin sahədən yüksələn xətt üzrə digər sahələrə yayılmışdır. Yanğının mağazanın içərisində, sol tərəfdə (yanğının mənbəyində) yerləşən yanar materialların üzərinə damın kənarına vurulmuş dəmir təbəqəsinə yüksək gərginlikli elektrik hava xəttinin naqilinin qırılaraq düşməsindən əmələ gəlmiş qapanmanın (gövsün) təsirindən yaranan ərimiş metal hissəciklərinin (qığılcımlarının) düşməsi və həmin ərimiş metal hissəciklərinin təsirindən alışması nəticəsində baş verməsinə xarakterikdir. Əlavə ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, hadisə baş vermiş mağazanın üzərindən 6 kV-luq “11 saylı şəhər” hava xətti çəkildiyinə, həmin hava xəttinin bu hissəsinə vaxtaşırı texniki baxış və xidmətlər göstərməklə onun etibarlı işləməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9 bəndlərinin, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5.7.1, 5.7.16, 5.7.19 bəndlərinin və “Elektrik qurğularının quraşdırılması qaydaları”nın 2.5.14.6, 2.5.14.7 bəndlərinin tələbləri "xxxx" ASC-nin X10 baş mühəndisi tərəfindən pozulmuşdur. İş materiallarında olan X28 filialının 30 avqust 2012-ci il tarixli, 870 №-li arxiv çıxarışına əsasən Quba Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli 245 №-li qərarına əsasən Quba şəhərinin istifadəsiz ərazisində 150 m2 sahə ayrılmışdır. İş materiallarında olan Quba Rayon İstehsal İstehlak Kooperativinin 04 avqust 2021-ci il tarixli, 37 №-li arayışına əsasən Quba Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 noyabr 1990-cı il tarixli 245 №-li qərarına əsasən Quba şəhəri, 22-ci kvartalda inşa edilmiş mağazaya Quba Rayon İstehsal X5 heyətinin 05 avqust 1991-ci il tarixli, 376/2 №-li sərəncamı ilə 55 saylı nömrə verilmiş, X9 mağazaya müdir təyin edilmişdir. İdarə heyətinin 30 dekabr 1994-cü il tarixli 315 №-li sərəncamı ilə 55 saylı mağaza Abas Bağırova icarəyə verilmiş, Abas Bağırov vəfat etdikdən sonra mağaza yanğın baş verənədək ailəsinin adında icarədə olmuşdur. İş materiallarında olan 07 yanvar 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Quba Rayon İstehsal İstehlak Kooperativi adından Zərərçəkmiş şəxs3 ilə X20 arasında icarə müqaviləsi bağlanmış və Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Kooperativə məxsus 55 saylı mağaza X8 icarəsinə verilmişdir. İş materiallarında olan 15 may 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə X20 arasında icarə müqaviləsi bağlanmış və Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən mağaza 25 il müddətinə Zərərçəkmiş şəxs1 icarəsinə verilmişdir. İş materiallarında olan 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 21 may 2010-cu il tarixdə sahibkar kimi ********** №-i X3 Nömrəsi (VÖEN) ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin “Şimal” RETSİ-nin X10 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, şəbəkənin balansında olan 6-10-35 kv EVX-nin mühafizə zonalarında fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri mövcuddur, bu gün də tikilməkdə davam edir ki, bu da Nazirlər Kabinetinin 103 saylı xx.xx.2005-ci il tarixli qərarına ziddir. Elektrik verilişi xəttlərinin mühafizə zonasında tikinti işləri aparmaq, ot, odun yanacaq anbarları quraşdırmaq, hündürlüyü 3 metrdən yüksək ola biləcək ağaclar əkmək və s. qəti qadağandır. Gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisə ilə əlaqədar məsuliyyət torpaq sahəsini fərdi istifadə üçün ayırmış hüquqi şəxsin üzərinə düşür və elektrik şəbəkəsi məsuliyyət daşımır. İş materiallarında olan “Şimal” X12 və Satışı İdarəsi X10 xx.xx.2021-ci il tarixli xidməti məlumatından görünür ki, xx.xx.2020-ci il tarixində saat 19:56 radələrində Quba şəhərinin 22-ci məhəlləsində Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü ərzaq mağazasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar şəbəkəyə növbətçi hissədən zəng daxil olmuş və yanğın baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırılmışdır. “Şimal” X12 və Satışı İdarəsi X10 əməkdaşları hadisə yerinə getmiş, yanğın söndürüldükdən sonra mağazaya gedən yanıb sıradan çıxmış 0.4 kv kabellər şəbəkədən ayrılaraq əraziyə elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Həmin vaxtda şəbəkədə heç bir qəza halı qeydə alınmamışdır. Şəbəkənin balansında olan və 35/6 kv Quba YS-dan çıxan 6 kv-luq 11 saylı “Şəhər” hava elektrik verilişi xətti 1964-cü ildə tikilib istismara verilmişdir, təxminən 2007- 2010-cu illər ərzində ("xxxx" ASC) 6 kv-luq Şəhər HX-nin mühafizə zonası (AR NK-nin 103 saylı xx.xx.2005-ci il tarixli qərarı) ayrı-ayrı fiziki şəxslər tərəfindən kobud surətdə pozularaq, orada kommersiya məqsədi ilə ticarət obyektləri inşa olunmuşdur ki, bu da qeyd olunan qərarın tələblərinə ziddir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Quba aqrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 2-10 km.havanınorta temperaturu 2.6°C, minimal temperaturu 1.3°C, maksimal temperaturu 5.5°C təşkil etmişdir. Hava sakit- küləksiz olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 2210-dan başlayan yağış saat 2223-dək, xx.xx.2020-ci il tarixdə saat 1455-də başlayan yağış isə saat 19°°-dək davam etmişdir. Yağıntının ümumi miqdarı 1.1 mm təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 200m- 2 km, havanın orta temperaturu -0.6°C, minimal temperaturu -4.3°C, maksimaltemperaturu 2.7°C, saat 16°°-da maksimal temperaturu -1.4°C, Şimal-Şimal- Qərb istiqamətli küləyin maksimal sürəti 9 m/san (5 bal) olmuşdur. Axşam saatlarında duman müşahidə edilmiş, dumanda meteoroloji görünüş məsafəsi 200 metr olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam 1 900-dan başlayan yağış saat 1950-dək davam etmiş, xx.xx.2020-ci il tarixdə saat 0235-dən başlayan qar isə saat 19°°-dək davam etmişdir. Yağıntının ümumi miqdarı 4.6 mm, qarın orta hündürlüyü 1 sm təşkil etmişdir. xx.xx.2020ci il tarixdə hava dağınıq buludlu (6/5), meteoroloji görünüş məsafəsi 200m- 50 km, havanın orta temperaturu -3.8°C, minimal temperaturu -7.7°C, maksimal temperaturu - 0.3°C, Qərb istiqamətli küləyin maksimal sürəti 3 m/san (2 bal) olmuşdur.Gecə və səhər saatlarında duman müşahidə edilmiş, dumanda meteoroloji görünüş məsafəsi 200 metr olmuşdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarından yağan qar saat 2215-dək davam etmişdir. Yağıntının miqdarı 0.3 mm, qarın orta hündürlüyü 4 sm təşkil etmişdir. xx.xx.2020-ci il tarixdə hava aydın, buludsuz (0/0), meteoroloji görünüş məsafəsi 2-50 km, havanın orta temperaturu -1.8°C, minimal temperaturu -6.8°C, maksimal temperaturu 6.3°C təşkil etmişdir. Qərb istiqamətli küləyin maksimal sürəti 3 m/san (2 bal) olmuşdur. Qarın orta hündürlüyü 1 sm təşkil etmişdir. Yağıntı qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X24 Xidməti Şimal regional X24 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən, Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 icarədarı olduğu mağazada "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2015-2019-cu illərdə yanğın-texniki müayinə keçirilməmişdir. Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nin Çıxarış’ına əsasən xx.xx.2020-11 02.2020-ci il tarixlərinə nəzərdə tutulmuş planlı yanğın-texniki müayinənin keçirilməsi, mağazanın fəaliyyət göstərməməsi səbəbindən mümkün olmamışdır. Mağazada sonuncu yanğın-texniki müayinə xx.xx.2014cü il tarixində keçirilmiş və obyektin avtomatik yanğın xəbərverici qurğusu və odsündürən balonlarla təmin olunması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş təkrar “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”nın 10/2318 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Qərarın birinci, ikinci və dördüncü sualları üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərarın 1-ci, 2-ci və 4-cü suallarında göstərilən məsələlər üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qərarın üçüncü sualı üzrə: Təqdim edilən elektrik naqilinin üzərində elektrik təbiətli qəza halına (qısa qapanma və s.) xas olan izlər aşkar edilməmişdir. Qərarın beşinci sualı üzrə: Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 icarədarı olduğu mağazanın hadisə ərəfəsindəki yanğın-texniki inventarları haqqında məlumatlar təqdim edilmədiyi üçün, qərarın 5-ci sualı üzrə tədqiqat aparılmamışdır. Qərarın altıncı sualı üzrə: Metal materialların üzərində qaynaq işlərinin aparılması mümkündür. Lakin materialların üzərində qaynaq işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətlərindən kənardır, həmin məsələ araşdırılmalarla məhkəmə tərəfindən müəyyən edilə bilər. İş üzrə təyin edilmiş və keçirilmiş kompleks “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”nın 10/5026 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarın birinci, ikinci, dördüncü, yeddinci, səkkizinci və doqquzuncu sualları üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərarın 1-ci, 2-ci, 4-cü, 7-ci, 8-ci və 9-cu suallarında göstərilən məsələlər üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qərarın üçüncü və on birinci sualları üzrə: Təqdim edilən elektrik naqilinin üzərində elektrik təbiətli qəza halına (qısa qapanma və s.) xas olan izlər aşkar edilməmişdir. Qərarın beşinci sualı üzrə: Təqdim edilmiş iş materiallarında Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 icarədarı olduğu mağazanın hadisə ərəfəsindəki yanğın-texniki inventarları haqqında məlumatlar olmadığı üçün, qərarın 5-ci sualı üzrə tədqiqat aparılmamışdır. Qərarın altıncı sualı üzrə: Təqdim edilən metal materialın üzərində yaranan izlər həm qaynaq işlərinin aparılması, həm də elektrik hava xəttinin qırılaraq üzərinə düşməsi nəticəsində yarana bilər. Dəmir listin üzərində olan izlərin konkret yaranma səbəbinin müəyyən edilməsi məhkəmə istintaqı aparılmaqla aydınlaşdırıla bilər. İş materiallarında olan "xxxx" ASC-nin 6-xx/xx/5359 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba şəhərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 2x10 MVA gücündə “Quba” yarımstansiyası 2016-cı ildə köhnə “Quba” yarımstansiyasının əvəzinə tikilib istismara verilmişdir. Hadisə baş verən tarixə, yəni xx.xx.2020-ci il tarixində 6 kV-luq 11 saylı şəhər HEVX “Quba” yarımstansiyasında eleqaz açarına qoşulmuş vəziyyətdə olmuşdur. Eleqaz açarları müasir tipli açarlardır və paylayıcı elektrik şəbəkələrində, o cümlədən "xxxx" ASC-də geniş istifadə olunur. Eleqaz açarının xüsusiyyətləri və üstünlükləri: istismarı asandır; böyük Kommutasiya resursu; qısa qapanmalara həssasdır, yüksək açılma qabiliyyətinə malikdir. istismar müddəti böyükdür; açarın içində olan eleqaz insan üçün təhlükəli deyil, ekoloji təmizdir. Qısa qapanma və ya xətt qırıldığı zaman artıq yüklənmə zamanı eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən açır. Elektrik xəttində qırılma olacağı zamanı eleqaz açarlarının reaksiya verməməsi və gərginliyin axımın dayandırmaması ehtimalı yoxdur. Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ, İİİ və İV hissələrinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz: …c) yarımbəndi: hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması… Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər həs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (Azərbaycan Respublikası CPM). Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 14.2-ci maddəsinə əsasən Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1 və 19.4.2-ci maddələrinə əsasən tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.2-ci maddələrinə əsasən Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, Azərbaycan Respublikası CPMnin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların qiymətləndirməsi və məhkəmənin gəldiyi nəticə. Birincisi, iş materiallarında olan 27 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X24 Xidməti tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, yanğın hadisəsi Quba şəhəri mərkəzindən 2 km aralıda yerləşən Quba şəhəri, 22-ci məhəllə ünvanında olan Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü ərzaq mağazasında baş vermişdir. Ərzaq mağazası taxta konstruksiyalardan ibarətdir. Yanğın hadisəsi baş vermiş obyekt oda davamlı dərəcəsidir. Obyekt sağ, sol və arxa tərəfdən qonşu obyektlərlə, qarşı tərəfdən isə yol ilə həmsərhəddir. Obyektin 7 pəncərəsi, 2 qapısı vardır. Müayinə zamanı obyektin üzərindən yüksək gərginlik elektrik xəttinin keçdiyi, elektrik xəttinin qırılaraq düşdüyü yer açıq-aşkar görünmüşdür. Hadisənin yerinin müayinəsi və baxış zamanı qeyd edilənlərə əsasən yanğın hadisəsinə səbəb kimi yüksək gərginlikli elektrik xəttinin qırılaraq mağazanın üzərinə düşməsindən baş verməsi ehtimal olunmuşdur. Qeyd olunan baxış protokolunda yanğın hadisəsinə səbəb kimi yüksək gərginlikli elektrik xəttinin qırılaraq mağazanın üzərinə düşməsindən baş verməsinin ehtimal olunmasının qeyd edilməsinə baxmayaraq, ittiham tərəfinin təqdim etdiyi mötəbər olmayan və əsaslı şübhə yaradan sübutlara söykəndiyindən və işdəki mötəbər sübutlarla təkzib olunduğundan, 27 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış protokolu Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi və ittiham olunduğu əməldə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki ehtimallar və zərərçəkmiş şəxslərin ifadəsi əsasında tərtib edilmiş akt Təqsirləndirilən şəxs təqsirliliyini sübut etmək üçün sübut etmə predmetinin müəyyən olunması üçün yekun nəticəyə gəlməyə imkan vermir. İkincisi, ibtidai istintaq zamanı təyin edilmiş ekspertizalar zamanı ekspert qarşısına qoyulmuş sullar iş üzrə mühüm əhəmiyyətə malik olan faktiki halların araşdırılması və müəyyən olunması üçün yetərli olmamışdır. Belə ki, ibtidai istintaq zamanı ekspertizanın keçirilməsi üçün qəbul edilmiş Azərbaycan Respublikası FHN-nin Əməliyyat İstintaq İdarəsinin məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında üç sual (yanğının mənbəyi harada olmuşdur? yanğın hansı səbəbdən baş vermişdir? Baş vermiş yanğınla əlaqədar qüvvədə olan hansı normativ aktların tələbləri və kimlər tərəfdən pozulmuşdur?) və Quba rayon Prokurorluğunun əlavə məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında üç sual (baş vermiş yanğın hadisəsi ilə əlaqədar qüvvədə olan normativ aktların tələbləri konkret olaraq hansı vəzifəli şəxslər tərəfindən pozulmuşdur? Baş vermiş yanğının mənbəyi harada olmuşdur və yanğın konkret olaraq hansı səbəbdən baş vermişdir? Baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişin özü tərəfindən qüvvədə olan normativ aktların tələbləri pozulmuşdurmu?) qoyulmuşdur. Ona görə də, təqdim edilmiş ekspert rəyləri kifayət qədər dolğun olmamış və yalnız ehtimallar əsasında yekun nəticəyə gəlinmişdir. Halbuki, ekspert qarşısında yanğının baş vermə səbəbi və mənbəyindən başqa yanğının yayılma ardıcıllığı, yanğının xüsusiyyətləri, qurğular üzərində qısaqapanma hallarının olub-olmaması, nümunələrin təqdim olunması, yanğının prosesi, yanğın baş verən yerin inventarları, hava şəraiti və s. hallar ətraflı araşdırılmalı idi. Məhkəmə 15 aprel 2021-ci il tarixli 10/130 və 23 sentyabr 2021-ci il tarixli, 10/3953 nömrəli ekspert rəylərinə tənqidi yanaşaraq, onların fərziyyə xarakteri daşıdığından həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəylərdə gəlinən nəticə heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Rəylərin nəticə hissəsində ekspertin “şahidlərin izahatlarında göstərildiyi halları, mağazanın daxili elektrik şəbəkəsinin söndürülmüş vəziyyətdə olduğunu, mağazada kənar müdaxilə izlərinin olmasının müşahidə edilmədiyini, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlarının üzərlərində tezalışan neft məhsullarına məxsus izlərin olmaması, hadisə zamanı mağazanın üzərindən çəkilmiş yüksək gərginlikli elektrik hava xəttinin bir naqilinin qırılaraq onun üzərinə düşməsini, mağazanın damın kənarına vurulmuş dəmir təbəqənin üzərində elektrik təbiətdi qəza halının (qapanmanın) izlərinin olması və yanğının termiki təsirindən mağazanın tikinti konstruksiyalarında əmələ gəlmiş yanma və dağılma izlərinin) əsasında” kimi fikirlər ifadə etməsi onun gəldiyi nəticənin ehtimal xarakteri daşımasını göstərir. Heç bir tədqiqat metoduna, sübutlara əsaslanmayan, işdəki digər sübutlarla təkzib olunan ehtimal xarakterli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 15 aprel 2021-ci il tarixli 10/130 və 23 sentyabr 2021-ci il tarixli, 10/3953 nömrəli ekspert rəyləri təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz və qəbul olunmur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 127.1, 127.1.1 və 127.1.2-ci maddələrinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış; cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələrdir; bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. Azərbaycan Respublikası CPM-nin 127.2-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi o cümlədən məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 271.3-cü maddəsinə əsasən ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir. Məhkəmə işin hallarını ziddiyyətsiz olaraq əlaqəli şəkildə, birmənalı nəticəyə gəlməyə əsas verən formada təsdiq etdiyi üçün 10/2318 saylı, xx.xx.2022-ci il tarixli və 10/5026 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəylərini mötəbər sübutlar kimi qəbul edir. Belə ki, iş üzrə təyin edilmiş və keçirilmiş təkrar “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”nın 10/2318 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, yanğının baş vermə səbəbini, mənbəyini və yanğının baş vermə ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilən elektrik naqilinin üzərində elektrik təbiətli qəza halına (qısa qapanma və s.) xas olan izlər aşkar edilməmişdir. Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 icarədarı olduğu mağazanın hadisə ərəfəsindəki yanğın-texniki inventarları haqqında məlumatlar təqdim edilmədiyi üçün, qərarın 5-ci sualı üzrə tədqiqat aparılmamışdır. Qərarın altıncı sualı üzrə: Metal materialların üzərində qaynaq işlərinin aparılması mümkündür. Lakin materialların üzərində qaynaq işlərinin aparılıbaparılmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətlərindən kənardır, həmin məsələ araşdırılmalarla məhkəmə tərəfindən müəyyən edilə bilməsi göstərilmişdir. Bundan başqa, iş üzrə təyin edilmiş və keçirilmiş kompleks “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası”nın 10/5026 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarın birinci, ikinci, dördüncü, yeddinci, səkkizinci və doqquzuncu sualları üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərarın 1-ci, 2-ci, 4-cü, 7-ci, 8-ci və 9-cu suallarında göstərilən məsələlər üzrə tədqiqat aparılması mümkün olmamışdır. Yəni, yanğının mənbəyini, yanğının yayılma ardıcıllığını, yanğının baş vermə səbəbini, məkan və zamanda yanğının mənbəyini, yanma prosesini, yanmanın əmələgəlmə mexanizimini, yanğının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qərarın üçüncü və on birinci sualları üzrə: Təqdim edilən elektrik naqilinin üzərində elektrik təbiətli qəza halına (qısa qapanma və s.) xas olan izlər aşkar edilməmişdir. Qərarın beşinci sualı üzrə: Təqdim edilmiş iş materiallarında Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Quba Rayon İstehsal-İstehlak Kooperativinə məxsus olmaqla Zərərçəkmiş şəxs1 icarədarı olduğu mağazanın hadisə ərəfəsindəki yanğın-texniki inventarları haqqında məlumatlar olmadığı üçün, qərarın 5-ci sualı üzrə tədqiqat aparılmamışdır. Qərarın altıncı sualı üzrə: Təqdim edilən metal materialın üzərində yaranan izlər həm qaynaq işlərinin aparılması, həm də elektrik hava xəttinin qırılaraq üzərinə düşməsi nəticəsində yarana bilər. Dəmir listin üzərində olan izlərin konkret yaranma səbəbinin müəyyən edilməsi məhkəmə istintaqı aparılmaqla aydınlaşdırıla bilər. Göründüyü kimi, qeyd edilən ərazidə yanğının baş vermə səbəbi və mənbəyi əvvəlki iki ekspert rəyində (15 aprel 2021-ci il tarixli 10/130 və 23 sentyabr 2021-ci il tarixli, 10/3953 nömrəli ekspert rəyləri) ehtimallar əsasında müəyyən edilirdisə, xx.xx.2022-ci il tarixli 10/2318 saylı və xx.xx.2022-ci il tarixli 10/5026 saylı ekspert rəylərində yanğının baş vermə səbəbi, mənbəyi və ümumiyyətlə yanğın hadisəsi ilə bağlı mühüm əhəmiyyət daşıyan halların müəyyən edilməsi mümkün olmamışdır. Üçüncüsü, "xxxx" ASC-nin 6-xx/xx/5359 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba şəhərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 2x10 MVA gücündə “Quba” yarımstansiyası 2016-cı ildə köhnə “Quba” yarımstansiyasının əvəzinə tikilib istismara verilmişdir. Hadisə baş verən tarixə, yəni xx.xx.2020-ci il tarixində 6 kV-luq 11 saylı şəhər HEVX “Quba” yarımstansiyasında eleqaz açarına qoşulmuş vəziyyətdə olmuşdur. Eleqaz açarları müasir tipli açarlardır və paylayıcı elektrik şəbəkələrində, o cümlədən "xxxx" ASC-də geniş istifadə olunur. Eleqaz açarının xüsusiyyətləri və üstünlükləri: istismarı asandır; böyük Kommutasiya resursu; qısa qapanmalara həssasdır, yüksək açılma qabiliyyətinə malikdir. istismar müddəti böyükdür; açarın içində olan eleqaz insan üçün təhlükəli deyil, ekoloji təmizdir. Qısa qapanma və ya xətt qırıldığı zaman artıq yüklənmə zamanı eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən açır. Elektrik xəttində qırılma olacağı zamanı eleqaz açarlarının reaksiya verməməsi və gərginliyin axımın dayandırmaması ehtimalı yoxdur. Belə olan halda, qısa qapanma və ya xətt qırıldığı zaman artıq yüklənmə zamanı eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən ayırır yəni elektrik xəttində qırılma olacağı zamanı eleqaz açarlarının reaksiya verməməsi və gərginliyin axımının dayandırmaması ehtimalı yoxdur. Yəni, hadisə elektrik xəttində qırılma nəticəsində baş versəydi o zaman eleqaz açarları avtomatik olaraq xətti şəbəkədən ayıracaqdı. Lakin məhkəmə araşdırması zamanı eleqaz açarının açılması faktı müəyyən edilməmişdir. Dördüncüsü, istintaq orqanı tərəfindən dindirilmiş şahidlər olan Şahid1, Şahid2, Şahid3, Şahid7 və Şahid6 ifadələrindən aydın olur ki, onlar hadisədən sonra hadisə yerinə gəlmişlər. Onlar hadisə vaxtı naqilin qırılıb mağazanın tavanına düşməsini görmədiklərindən, Şahid1, Şahid2, Şahid3, Şahid7 və Şahid6 ifadələri Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut kimi istifadə edilə bilməz. Məhkəmənin gəldiyi yekun nəticə. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs isə ona verilən ittihamda öz təqsirini etiraf etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu xüsusda məhkəmə İnsan Hüquqları Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) «Smirnova Rusiya Federasiyasına qarşı» iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Yuxarıda göstərilənlər, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kolnstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azəbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxstəqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 314.2 maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirninin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən o cümlədən qətimkan tədbirinin ləğv edilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə qarşı “cinayət mühakimə icraatı zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” mülki iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 75.935 manat məbləğində pul vəsaitinin mülki iddiaçıların xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə qarşı “cinayət mühakimə icraatı zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı iş üzrə keçirilmiş ekspertiza xərci ümumilikdə 780 manat təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs bəraət verilməsi nəticəsinə gəlindiy üçün, həmçinin hesab edir ki, iş üzrə 780 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “cinayət mühakimə icraatı zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” barədə mülki iddiaları baxılmamış saxlansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Təqsirləndirilən şəxs məhkəmə məsrəfindən azad olunsun, məhkəmə məsrəfi olan 780 (yeddi yüz səksən) manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar