Məhkəmə qərarları › İş №1(027)-7/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-7/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-7/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş hüquqi şəxsin nümayəndəsi X14 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Vəliyev Azad Heybət oğlu, 16 avqust 1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Gənzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Quba rayonu ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Quba Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş cəza şərti hesab edilmiş və 2 (iki) il sınaq müddəti təyin olunmuş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Gənzə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki o, tamah niyyəti ilə Quba rayonu ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağından qarışıq süxur emal etmək üçün oğlu Şahid1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38, mənzil 9 olmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış 2018-ci ilin avqust ayından etibarən Quba rayonu ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında istehsalata hazır vəziyyətə gətirdiyi qum-çınqıl karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar kimi «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici, inzibatitəsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs, habelə «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, 2018-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək oğlu Şahid1 adına Quba rayon İcra Hakimiyyəti başçısının 07 sentyabr 2017-ci il tarixli 154 saylı sərəncamı ilə Quba rayonu Qudyal çayının “Qudyalçay” qum-çınqıl yatağında 15 il müddətinə icarəyə verilmiş 11 hektar torpaq sahəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 24 avqust 2018-ci il tarixli 01070 saylı “X23”na əsasən istismar işlərini həyata keçirərkən icazə şərtlərini pozaraq, ayrılmış ərazidən kənarda dövlət mülkiyyətinə məxsus ümumilikdə 1,4553 hektar torpaq sahəsini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində qarışıq süxur xammalının istismarı işlərini həyata keçirməklə gəlir əldə etmək məqsədilə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağ-mədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, o cümlədən, oğlu Şahid1 adına rəsmiləşdirilmiş “Dağ-mədən ayrıması” Aktından özü istifadə edərək qeyd olunan Qanunun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz kimi tələbinə, eləcə də, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 22ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyəti ilə qəsdən əməl etməyib, qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisində sahibkarlıq fəaliyyətinə başlayıb, 2018-ci ilin avqust ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda X295793.71, Y4584494.11; X295817.95, Y4584520.19; X295840.83, Y4584528.65; X295858.94, Y4584554.68; X295860.31, Y4584589.72; X295819.50, Y4584698.65; X295823.38 Y4584705.61; X295819.99, Y4584711.88; X295815.84, Y4584712.84; X295777.72, Y4584846.46; X295771.04, Y4584912.52; X295678.36, Y4584872.70; X295632.59 Y4584848.46; X295629.28 Y4584804.73; X295548.59 Y4584743.33; X295522.78, Y4584713.93; X2953995.33 Y4584647.08 koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus 1,4553 hektar torpaq sahələrini tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutaraq orta istismar dərinliyi 1 metr dərinlikdə qazıntı və qanunsuz istismar işləri aparmaqla, sənaye və digər obyektlərin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla çay hövzəsinin səviyyəsindən 4 metrədək dərinlikdə faydalı qazıntı hasilatı aparmaqla, özbaşına tutulmuş ərazilərdə 42 ay ərzində 6.151,32 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə 20.065,02 manat (iyirmi min altmış beş manat sıfır iki qəpik) məbləğində və “Dağ-mədən ayırması” Aktının xx.xx.2021-ci il tarixdə ləğvindən sonra ayrılmış ərazi daxilində 7 ay ərzində 3.606,05 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal etməklə dövlətə və təbiətə 12.621,17 manat (on iki min altı yüz iyirmi bir manat on yeddi qəpik) məbləğində, ümumilikdə isə 9.757,37 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib vahid niyyətlə dövlətə və təbiətə cəmi 32.686,19 (otuz iki min altı yüz səksən altı manat on doqquz qəpik) məbləğində maddi ziyan vurmuş, həmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Quba rayonunda «Qudyalçay» qum-çınqıl yatağında çayın yatağının genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin eroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Quba rayonunun Zizik kəndi ərazisindən keçən “Qudyalçay” çayının yatağında olan qum-çınqıl karxanası oğlu Şahid1 adına rəsmiləşdirilsədə faktiki olaraq həmin karxanaya rəhbərliği özü həyata keçirmişdir. Belə ki, 07 sentyabr 2017-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Timiryazev Bələdiyyəsinin ərazisində “Qudyalçay” qum-çınqıl yatağında yerləşən 11 hektar torpaq sahəsini 15 il müddətinə oğlu Şahid1 adına rəsmişləşdirməklə istifadəyə götürmüş, bundan sonra “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün oğlu Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Agentliyi tərəfindən 24 avqust 2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Aktı verilmiş, həmin akta əsasən oğlu Şahid1 icarə müqaviləsi əsasında ayrılmış 11 hektar torpaq sahəsində 5 il müddətinə qum-çınqıl hasilatı aparılması hüququ verilmişdir. Oğlu Şahid1 2017-ci ildə Dövlət Vergi Xidmətində fiziki şəxsin sahibkarlıq uçotuna düşməklə qeydiyyata alınmışdır. Həmin karxananı o, X9 almışdır. Vergi orqanlarında qeydiyyata alındıqdan sonra, “Dağ-Mədən Ayırması” Aktını alaraq fəaliyyətə başlamış, bir neçə ay fəaliyyət göstərdikdən sonra. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən karxanada yoxlama aparılmış və barəsində olan materiallar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişdir. Həmin materiallar 2018-ci ildə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı onun işlətdiyi karxana tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 21.471 kub metr qum-çınqıl hasilatı aparıldığı və aparılmış hasilat nəticəsində 136.936,80 manat məbləğində dövlətə ziyan vurduğu müəyyən olunmuşdur. Həmin məbləği tam şəkildə odədiyi üçün Quba rayon məhkəməsində baxılan cinayət işi üzrə CM-nin 192, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə çəzasına məkkum edilməklə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaya 2 il sınaq müddəti müəyyən edilmələ şəri məhkum edilmişdir. Rəhbəri olduğu qum-çınqıl karxanasının “Dağ-Mədən Ayırması” Aktına əlavə olunmuş künc nöqtələrinin koordinatları üzrə ərazidə qum-çınqıl hasilatını aparmış, koordinatlar üzrə ərazisinin kənar şəxslər tərəfindən müəyyən olunmasını bildirmək üçün künc nöqtələrinə borular yerləşdirmiş, ərazisi daxilində başqa heç bir şəxs hasilat aparmamışdır. Lakin 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri ekskovator vasitəsi ilə onun işlətdiyi karxananaın yaxınlığında hasilat aparılmışdır, O, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı İlqar adlı şəxsə bir neçə dəfə zəng edib məlumat vermişdir. Onun işlətdiyi qum-çınqıl karxanasında gündəlik təxminən 100-120 kub metr həcmdə qum-çınqıl hasilatı aparılmış, həmin hasilatın təxminən 100 kub metri çınqıl, təxminən 20 kub metri isə qum olmuşdur. Hasilat hər gün aparılmamış, çınqıl hasilatı aparıldıqdan sonra karxananın tikilisində qırıcı adlandırdığı qurğu ilə hasil edilmiş çınqıl hissələrə bölünərək istifadəyə yararlı vəziyyətə gətirilmiş, yararlı olduqdan sonra isə çınqılın kub metrini 3.50 manata, qumun kub metrini isə 5 manata satmışdır. Ay ərzində cəmi 17-18 gün hasilat aparmış, qalan günlərdə isə təmirə ehtiyac olduğundan hasilat dayanmış, yalnız hasil edilmiş məhsulları satılmışdır. İşlətdiyi qum-çınqıl karxanasının faktiki sahibi özü olmuş, sadəcə olaraq karxananı oğlu Şahid1 adına rəsmiləşdirmiş, faktiki rəhbəri olduğu qum-çınqıl karxanası tərəfindən ayrılmış sahədən 3 fərqli kənar sahələrdə cəmi 68.405 kub metr həcmdə qum-çınqıl hasilatı aparmamış, kənar ərazilərdə hasilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri aparmışlar. 2020-ci ilin oktyabr və 2021-ci ilin may aylnda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 əməkdaşları tərəfindən işlətdiyi karxanada yoxlama aparılmışdır. Ağentliyin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı karxanada qeyri qanuni fəaliyyət göstərmələri və onlara ayrılmış ərazidən kənara çıxma müəyyən edildiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 idarə heyətinin xx.xx.2021-ci il tarixli 86 nömrəli qərarı ilə 24 avqust 2018-ci il tarixli “Dağ-mədən ayırması” aktı ilə oğlu Şahid1 verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Bundan sonra, materiallar yoxlanılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İşlətdiyi qum-çınqıl karxanasının fəaliyyətinin dayandırılması barədə göndərilmiş bildiriş nə ona, nə də oğlu Şahid1 çatmamışdır. Belə ki, oğlu Uğur qeydiyytda olduğu ünvan 3 ünvanında yaşamamışdır. Həmin ünvanda qohumları yaşamış, həmin ünvana da heç bir bildiriş və ya qərar daxil olmamışdır. “Dağ-Mədən Ayırması” Aktının ləğv olunmasını 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma zamanı bilmiş, bundan sonra da X27 X3 müraciət edib, həmin qərarın surətini almış, qərarı aldıqdan sonra vəkili məhkəməyə “Dağ-Mədən Ayırması” Aktının ləğv olunmasına dair qərarın ləğvi ilə bağlı müraciət etmişdir. Rəhbəri olduğu karxana kənar ərazilərdə hasilat aparmamış, “Dağ- Mədən Ayırması” Aktının ləğvindən xəbərsiz olmuşdur. İfadəsinin sonnda X11 2018-ci ilin avqust aından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində işlətdiyi qum-çınqıl karxanasının qanunsuz fəaliyyəti nəticəsində dövlətə vurulmuş 32, 686, 19 (otuz iki min altı yüz səksən altı manat on doqquz qəpik) min manat məbləğində maddi ziyanı tam şəkildə ödədiyini bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərşəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə X27 X2 xidmətə qəbul olunmuş, həmin tarixdən etibarən X27 X1 Hüquqi təminat şöbəsinin baş hüquqşünası vəzifəsində çalışır, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərərçəkmiş hüquqi şəxs qismində tanındığından, etibarnamə əsasında xidmət etdiyi qurumun müvəkkil edilmiş şəxsi təyin olunmuşdur. “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Aktı təqdim olunmuşdur. Həmin akta əsasən Şahid1 icarə müqaviləsi əsasında Quba rayonunun Zizik kəndi ərazisindən keçən Qudyalçay çayının yatağında ayrılmış 11 hektar torpaq sahəsində 5 il müddətinə qumçınqıl hasilatı aparması hüququ verilmişdir. “Dağ-Mədən Ayırması” Aktı əsasında fiziki şəxs Şahid1 Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında markşeyder planına uyğun olaraq X295787,28, Y4584829,07, X295848,91, Y4584578,83, X295771,76, Y4584472,24, X295563,47, Y4584348,56, X295519,22, Y4584454,39, X295408,77, Y4584645,41 künc nöqtələrinin koordinatlarında ərazi ayrılmışdır. X27 X1 əməkdaşları tərəfindən xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixdə fiziki şəxs Şahid1 məxsus qum-çınqıl karxanasına baxış keçirilməklə aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən markşeyder planına uyğun olaraq müəyyən edilmiş sahədən kənarda, üç fərqli koordinatlar üzrə sahələrdə müvafiq olaraq 37.836 kub metr, 4.000 kub metr və 26.569 kub metr həcmdə qum-çınqıl hasilatının, yəni, özbaşına tutulmuş ərazilərdə cəmi 68.405 kub metr həcmdə qum-çınqıl hasilatının qanunsuz olaraq aparıldığı müəyyən olunmuş, eyni zamanda X27 X1 İdarə heyətinin xx.xx.2021-ci il tarixli 86 nömrəli qərarı ilə “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 yerin təkindən istifadə üçün verilmiş hüququ ləğv edilmişdir. İcazə aktı ləğv edildikdən sonra, həmin ərazidə yerləşən qum-çınqıl karxanası tərəfindən 88.851 kub metr həcmdə qumçınqıl hasilatının qanunsuz aparıldığı müəyyən edilmişdir. Bununla da, fiziki şəxs Şahid1 tərəfindən qanunsuz olaraq 157.256 kub metr həcmdə qum-çınqıl hasilatı aparıldığı müəyyən olunmuş, həmin karxananın faktiki rəhbəri Şahid1 atası Təqsirləndirilən şəxs olmuşdur. Toplanmış materiallar aidiyyəti üzrə araşdırılması üçün Baş Prokurorluğa göndərilmişdir. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə məhkum olunmuş, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə rəhbəri olduğu karxananın qanunsuz fəaliyyəti nəticəsində apardığı hasilata görə dövlətə vurduğu 136.936,80 manat məbləğində ziyan tam şəkildə büdcəyə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 10/1659 nömrəli ekspertiza rəyi ilə xidmət etdiyi Agentliyin əməkdaşlarının tərtib etdikləri aktlar arasında fərq hasilatın 2013cü ilin oktyabr ayından hesablanmasına görə olmuş, həqiqətən də həmin ərazilərdə hasilat 2013-cü ilin oktyabr ayından hesablanmış, sadəcə olaraq Agentliyin əməkdaşları yerində peyk görüntülərini tədqiq etmədiklərindən hasilatın hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamış, qeyd olunan ərazilərdə hasilatın 2013-cü ilin oktyabr ayında aparılması peyk görüntüləri ilə öz təsdiqini tapmışdır. İfadəsinin sonunda Nümayəndə1 Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qum-çınqıl karxanasının qanunsuz fəaliyyəti nəticəsində dövlətə vurulmuş 32, 686, 19 (otuz iki min altı yüz səksən altı manat on doqquz qəpik) min manat məbləğində maddi ziyanın tam ödənildiyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X20 göstərmişdir ki o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işləyir. 07 sentyabr 2017-ci il tarixdə Quba rayonunun Zizik kəndi ərazisindən keçən “Qudyalçay” çayının yatağında 11 hektar torpaq sahəsi Quba rayon icra başçısının sərəncamı ilə Şahid1 15 il müddətinə icarəyə verilmişdir. Həmin vaxtdan da həmin ərazidə qum-çınqıl karxanası fəaliyyət göstərmişdir. 2020-ci ilin oktyabr və 2021-ci ilin may ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 əməkdaşları tərəfindən qeyd olunan karxanada yoxlama aparılarkən müəyyən olunmuşdur ki, Şahid1 adına rəsmiləşdirilmiş karxanada aparılan hasilat zamanı “Qudyalçay” qum-çınqıl yatağında yerləşən dövlət su fonduna aid torpaq sahələri zəbt edilmiş, həmin torpaq sahələrində istismar işləri aparılaraq dövlətə ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən dövlət su fondu torpaqları dövlət mülkiyyətində olmaqla dövlət mülkiyyətində olan torpaqlara dair bütün hüquqlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olmuşdur. “Qudyalçay” qum-çınqıl yatağında X295793.71, Y4584494.11; X295817.95, Y4584520.19; X295840.83, Y4584528.65; X295858.94, Y4584554.68; X295860.31, Y4584589.72; X295819.50, Y4584698.65; X295823.38 Y4584705.61; X295819.99, Y4584711.88; X295815.84, Y4584712.84; X295777.72, Y4584846.46; X295771.04, Y4584912.52; X295678.36, Y4584872.70; X295632.59 Y4584848.46; X295629.28 Y4584804.73; X295548.59 Y4584743.33; X295522.78, Y4584713.93; X2953995.33 Y4584647.08 koordinatlarda yerləşən 1,4553 hektar torpaq sahələri dövlət mülkiyyətinə aid edilmiş, həmin torpaq sahələrinin özbaşına tutulması ilə dövlətə zərər vurulmuşdur. İfadəsinin sonunda X8 Şirməmmədovun rəhbərlik etdiyi qum-çınqıl karxanasının qanunsuz fəaliyyəti nəticəsində dövlətə vurulmuş 32, 686, 19 (otuz iki min altı yüz səksən altı manat on doqquz qəpik) min manat məbləğində maddi ziyanın tam ödənildiyini bildirərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs göstərdikləri xususatları təsdiq edərək, Quba rayonunun Zizik kəndi ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağında olan karxananın onun adına rəsmiləşdirilməsinə baxmayaraq karxananın bütün fəaliyyətinə faktiki olaraq atası Təqsirləndirilən şəxs rəhbərlik etdiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 Monitorinq və nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində işləyir. X27 X5 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində 2020-ci ildən başlayaraq fəaliyyət göstərir və nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir. İşlədiyi şöbədə vəzifəsi karxana istismar sahələrinə baxış keçirilməsi, monitorinqlərin aparılması, maarifləndirmə işlərinin aparılmasından ibarət olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 məxsus qum-çınqıl karxanasına xx.xx.2020-ci il tarixdə işlədiyi Agentliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin baxışda Agentliyin əməkdaşları Zaur Səidi və Əli Vəliyev iştirak etmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Aktı verilmiş, həmin akta əsasən Şahid1 icarə müqaviləsi əsasında ona ayrılmış 11 hektar torpaq sahəsində 5 il müddətinə qum-çınqıl hasilatı aparması hüququ verilmişdir. “Dağ-Mədən Ayırması” Aktı əsasında fiziki şəxs Şahid1 Quba rayonu ərazisində “Qudyalçay” qum-çınqıl yatağında markşeyder planına uyğun olaraq X295787,28, Y4584829,07, X295848,91, Y4584578,83, X295771,76, Y4584472,24, X295563,47, Y4584348,56, X295519,22, Y4584454,39, X295408,77, Y4584645,41 künc nöqtələrinin koordinatlarında ərazi ayrılmışdır. xx.xx.2020-ci il tarixli baxış zamanı Şahid1 tərəfindən sonuncuya ayrılmış qeyd olunan koordinatlar üzrə sahədə 215.900 kub metr həcmdə qum-çınqıl hasilatı aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı Şahid1 tərəfindən ayrılmış sahədən kənarda da qum-çınqıl hasilatı aparıldığı aşkar edilmişdir. Şahid1 adına rəsmiləşdirilmiş karxananın fəaliyyəti nəticəsində ayrılmış sahədən kənarda olan ərazinin, yəni X295779, Y4584843, X295681, Y4584868, X295599, Y4584770, X295555, Y4584749, X295521, Y4584707, X295485, Y4584689, X295475, Y4584694, X295444, Y4584681, X295399, Y4584658, X295409, Y4584646, X295783, Y4584827 künc nöqtələrinin koordinatları üzrə 1.1 hektar ərazinin özbaşına tutduğu və qeyd olunan 1.1 hektar ərazidə 34.100 kub metr həcmdə qum-çınqıl hasilatı apardığı aşkar edilmişdir. Qeyd olunan sahədə çayda olan orta istismar dərinliyi 3.1 metr olmuşdur. Bundan başqa xx.xx.2020-ci il tarixdə aparılmış yoxlama zamanı Şahid1 tərəfindən ayrılmış sahədən kənarda olan digər ərazinin, yəni X295842, Y4584569, X295846, Y4584556, X295800, Y4584498, X295790, Y4584499 künc nöqtələrinin koordinatları üzrə 0.1 hektar 2-ci ərazinin də özbaşına tutduğu və qeyd olunan 0.1 hektar ərazidə 4.000 kub metr həcmdə qum-çınqıl hasilatı apardığı aşkar edilmiş, 0.1 hektar sahədə çayda olan orta istismar dərinliyi 4 metr olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 nizamnaməsinə əsasən, “Dağ-Mədən Ayırması” Aktı ilə müəyyən edilmiş sahədən kənarda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin yerin təkindən istifadə hüququ dayandırılır, fiziki və ya hüquqi şəxsin yerin təkindən istifadə hüququ Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanununun 18 və 19-cu maddələri, Agentliyin nizamnaməsinin 4.5.21-ci bəndinə uyğun olaraq məhdudlaşdırılır. Aşkar edilmiş fakt əsasında fiziki şəxs Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanasının fəaliyyətinin 3 ay müddətinə dayandırılması barədə sonuncuya xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 idarə heyətinin xx.xx.2021-ci il tarixli 86 nömrəli qərarı ilə “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 yerin təkindən istifadə üçün verilmiş hüququ ləğv edilmiş, yəni, xx.xx.2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Akt ləğv olunmuşdur. Həmin Akt ləğv olunmamışdan öncə xx.xx.2021-ci il tarixdə Agentliyin əməkdaşları Rəşad Hüseynli və Zaur Tağıyev tərəfindən Şahid1 məxsus qum-çınqıl karxanasına təkrar baxış keçirilməklə akt tərtib olunmuş, həmin baxış zamanı Şahid1 tərəfindən markşeyder planına uyğun olaraq ayrılmış sahə daxilində 215.900 kub metr hasilatdan əlavə də 3.615 kub metr qum çınqıl hasilatı da apardığı da müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı özbaşına tutulmuş 1-ci sahə daxilində Şahid1 tərəfindən 34.100 kub metr hasilatdan əlavə 3.736 kub metr həcmdə də hasilat apardığı aşkar edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə onun və Agentliyin əməkdaşı Samir Mustafayevin, o cümlədən, prokurorluq əməkdaşının iştirakı ilə “Qudyalçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 məxsus qum-çınqıl karxanasına təkrar yekun baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixdə “Dağ-Mədən Ayırması” Aktı ləğv olunduqdan sonra Şahid1 tərəfindən həmin akta əsasən ayrılmış sahə daxilində aktın ləğv olunmasına baxmayaraq 88.851 kub metr həcmdə qum-çınqıl hasilatı aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanasının fəaliyyəti nəticəsində müqavilə əsasında onlara ayrılmış sahədən X295790, Y4584829, X295772, Y4584913, X295750, Y4584911, X295749, Y4584904, X295752, Y4584895, X295633, Y4584846, X295624, Y4584828, X295617, Y4584810, X295629, Y4584799, X295599, Y4584770, X295679, Y4584836, X295779, Y4584842, X295782, Y4584827, X295833, Y4584648, X295867, Y4584576, X295843, Y4584528, X295834, Y4584539, X295846, Y4584555 künc nöqtələrinin koordinatları üzrə 3-cü ərazinin də özbaşına tutulduğu və qeyd olunan ərazidə 26.569 kub metr həcmdə qum-çınqıl hasilatı aparıldığı aşkar edilmişdir. Beləliklə də, fiziki şəxs Şahid1 məxsus qum-çınqıl karxanası tərəfindən “Dağ-Mədən Ayırması” Aktına əlavə olunmuş markşeyder planına uyğun olaraq müəyyən edilmiş sahədən kənarda, üç fərqli koordinatlar üzrə sahələrdə müvafiq olaraq 37.836 kub metr, 4.000 kub metr və 26.569 kub metr həcmdə qum-çınqıl hasilatının, yəni, özbaşına tutulmuş ərazilərdə cəmi 68.405 kub metr həcmdə qum-çınqıl hasilatının qanunsuz olaraq aparıldığı müəyyən olunmuşdur. Eyni zamanda fiziki şəxs Şahid1 məxsus qum-çınqıl karxanası tərəfindən “Dağ-Mədən Ayırması” Aktının xx.xx.2021-ci il tarixdə ləğvindən sonra 88.851 kub metr həcmdə qum-çınqıl hasilatının qanunsuz aparıldığı aşkar edilmiş, bununla da, fiziki şəxs Şahid1 tərəfindən qanunsuz olaraq 157.256 kub metr həcmdə qum-çınqıl hasilatı aparıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 2018-ci ilin iyul ayından etibarən Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanasında nəzarətçi vəzifəsində işləyir. Vəzifəsi işçilərin işə gəlib getməsinə nəzarət etməkdən, yüklənmə üçün gələn yük maşınlarına yüklənmiş malın çəkilməsindən, qaimələrin yazılmasından, həmçinin nağd şəkildə qum və çınqıl satışından əldə olunmuş pulların toplanmasından ibarət olmuşdur. İşlədiyi karxanada ekskovatorların işləyə biləcəyi istismar sahəsini karxananın rəhbəri Təqsirləndirilən şəxs müəyyən etmiş, sonuncu ay ərzində 3-4 dəfə əraziyə gəlib öz tapşırıqlarını vermiş, öz növbəsində həmin tapşırıqlara əsasən iş prosesini həyata keçirmiş, karxanada iki ədəd ekskovator olmuş, ekskovator gün ərzində ən az 1-2 saat, ən çox isə 4-5 saat istismar sahəsində işlədilmiş, ümumiyyətlə ekskovatorlar vasitəsi ilə xammal qazılıb, yerindəcə yük avtomobilinə yığılmış, yük avtomobilinə istismar sahəsində yığılmış xammal gətirilib, bunkerə tökülmüş, bunkerdən həmin xammal hissə-hissə ələk qurğusuna tökülməklə yuyulmaqla qum ayrılmış, bundan sonra isə yuyulmuş xammal xırdalayıb-doğrayan qurğuya ötürülmüş, həmin qurğuda daş hissələrə bölünmüş, ardınca isə qırılmış daş hissələri qırıcı qurğuya ötürülmüş, qırıcıda daş hissələri xırdalanaraq çınqıl halına gətirilmişdir. Əldə edilmiş çınqıl isə lent vasitəsi ilə ikinci ələyə ötürülmüş, həmin ələkdə də çınqıl bir neçə ölçülər üzrə çeşidlənilərək, satışa hazır vəziyyətə gətirilmişdir. Bunkerə təxminən 10 kub metr xammal yerləşdirildikdən sonra, keçən proseslər nəticəsində 6-7 kub metr təmiz satış malı əldə olunmuş, qalan hissə itki hesab olunmuş, çünki çıxarılan xammalın tərkibində torpaq, gil, lil və digər süxurlar da olmuş, əldə edilmiş çınqıl tam hazır vəziyyətə gətirildikdən sonra toplanıb satılmış, ümumiyyətlə satışın 80 faizini çınqıl, 10 faizini qum, 10 faizini isə otsep təşkil etmişdir. Çınqılın hər kub metrinin satış qiyməti 2 manat 50 qəpik, qumun hər kub metrinin satış qiyməti 5 manat 50 qəpik, otsepin hər kub metrinin 4 manat məbləğində olmuşdur. Qiymətlər 2022-ci ilin əvvəllərinə qədər olan qiymətlər olmuş, 2022-ci il ərzində karxana işləməmiş, karxana fəaliyyətini 2022-ci ilin yanvar ayında dayandırmışdır. İşlədiyi qumçınqıl karxanasının qum-çınqıl hasilatı aparılması üçün yerin təkindən istifadə hüququ verən “Dağ-Mədən Ayırması” Aktı olmuş, həmin Akta əlavə olunmuş marşeyder planına uyğun olaraq sahədə istismar işləri aparılmış, Aktın ləğv olunduğunu prokurorluqda izahat verərkən bilmişdir. 2018-ci ilin iyul ayından etibarən gündəlik olaraq orta hesabla ən çox 7- 8 yük maşını çınqıl, 3-4 yük maşını otsep və 1-2 yük maşını qum satılmış, hər yük avtomobilinə ən az 10 kub metr mal yerləşdirilmişdir. İşlədiyi qum-çınqıl karxanasında mərz nişanları olmuş, karxanaya aid olan bütün ərazi qırmızı rəngli borularla işarələnmiş, Təqsirləndirilən şəxs işlədiyi karxananı 2018-ci ildən etibarən işlətmiş, 2018-ci ilə qədər də həmin istismar sahəsində təxminən 7-8 il qazıntı işləri aparılmış, qum-çınqıl karxanasında qum və çınqıl çay hövzəsindən təxminən 4-5 metr arası dərinlikdən çıxarılmışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Məmmədrəsul oğlu, Şahid8, Şahid7 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 ifadəsindən görünür ki o, 1986-cı ildən etibarən məhkəmə yanğıntexniki, dəmiryol-texniki və təhlükəsizlik-texnikası ekspertizalar üzrə ekspertdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mühəndistexniki ekspertizalar şöbəsinin böyük eksperti, İ dərəcəli ədliyyə qulluqçusu rütbəsində xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 10/1659 nömrəli ekspertiza rəyinə əsasən, müəyyən olunan 203.942,2 manat məbləğində ziyan 2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddəti tam əhatə etmişik. 2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər müəyyən olunan 203.942,2 manat dəyərində olan hasilata fiziki şəxs Şahid1 adına olan qum-çınqıl karxanasının həm daxildə, həm də kənarda apardığı hasilat daxil olmuşdur. Həmin hasilatdan 2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər yalnız daxildə olan hasilat 51.000 kub metr olmuş, həmin hasilatın dəyəri isə 158.666,2 manat təşkil etmişdir. Peyk görüntülərinə əsasən, həmin karxanada qeyd olunan ərazidə ilkin hasilat 2013-cü ilin oktyabr ayına təsadüf etmiş, bu səbəbdən hasilat həmin dövrdən hesablanmalı olduğundan, 99 ay hesablanmış və aylıq həcm daxildə 515.15 kub metr olmuşdur. Nazirlər Kabinetinin 2020-ci il tarixli müvafiq qərarına əsasən ziyan 5 manatdan və 0.7 əmsalı ilə, həmin dövrə qədər isə 3 manatdan hesablanmış, nəticədə markşeyder planında əks olunmuş ərazi daxilində cəmi 158.666,2 manat ziyan müəyyən olunmuşdur. Fiziki şəxs Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanası tərəfindən markşeyder planı ilə ayrılmış ərazi daxilində aylıq 515.15 kub metr həcmdə hasilat aparıldığından, həmin həcm xx.xx.2021-ci il tarixdən sonrakı dövrə vurulmalı olmuş, yəni, 515.15 kub metr həcm 7 ay daxildəki aparılmış hasilata vurulduqda cəmi 3.606,05 kub metr həcmdə hasilat aparıldığı müəyyən edilmişdir. Həmin həcmdə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 5 manata və 0.7 əmsalına vurulduqda ziyan 12.621,175 manat məbləğində təşkil etmişdir. Bundan başqa 2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər daxildə olan hasilat 203.942,2 manat dəyərində olan ziyanın daxilində olan, yəni, 65.553 kub metr həcmin 14.500 kub metr həcmi kənarda olan hasilat olmuş, sadəcə olaraq həmin hasilat 2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddətdəki kənarda olan hasilat olmuş, yəni 99 ay ərzində kənarda olan hasilat olmuşdur. Müəyyən olunan kənardakı olan həcm 99 aya böldükdə aylıq kənardakı hasilatın 146.46 kub olduğu müəyyən edilmişdir. Fiziki şəxs Şahid1 “Dağ-Mədən Ayırması” Aktını 2018-ci ilin avqust ayında əldə etdiyini və həmin dövrdən etibarən fəaliyyət göstərdiyini nəzərə alınsa kənarda 42 ay ərzində hasilat aparıldığı müəyyən olunur. Nazirlər Kabinetinin müvafiq qərarlarını nəzərə alaraq, 42 ay ərzində kənarda olan hasilat cəmi 20.065,02 manat məbləğində (146.46 x 22 x 5 x 0.7 = 11.277,42; 146.46 x 20 x 3 = 8.787,6; 11.277,42 + 8.787,6 = 20.065,02) müəyyən olunur. İş üzrə təyin edilib keşirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 13 iyun 2022-ci il tarixli 10/1659 nömrəli rəyindən görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş qumçınqıl karxanası tərəfindən ayrılmış ərazi daxilində, eyni zamanda kənarda özbaşına tutulmuş ərazilərdə ümumilikdə 99 ay ərzində (2013-cü ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər) ümumi hasil edilmiş qum-çınqıl qarışığının həcmi 65.553 m3, bir ayda isə hasil edilmiş qum-çınqıl qarışığının həcmi 662.15 kub metr olmaqla, istehsal edilmiş qum-çınqıl qarışığının dəyəri 203.942,2 manat təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti Başçısının 07 sentyabr 2017-ci il tarixli 154 nömrəli sərəncamından görünür ki, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə Qudyalçay çayının yatağından 11 hektar torpaq sahəsi 15 il müddətinə Şahid1 istifadəsinə verilmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Aktından görünür ki, yer təki sahəsindən açıq (yeraltı) üsulla “Qudyalçay” qumçınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə fiziki şəxs Şahid1 verilən dağ-mədən ayırması Quba rayonunun inzibati ərazisində yerləşir, topoqrafik planın surətinin, həmçinin markşeyder planı üzərində 1, 2, 3, 4, 5 və 6 künc nöqtələri ilə nömrələnmişdir, dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 11 hektarda yerləşir, dağ-mədən ayırmasının müddəti 5 ildir, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır, markşeyder planına uyğun olaraq 1. X295787,28, Y4584829,07, 2. X295848,91, Y4584578,83, 3. X295771,76, Y4584472,24, 4. X295563,47, Y4584348,56, 5. X295519,22, Y4584454,39,

6. X295408,77, Y4584645,41 künc nöqtələrinin koordinatlarında ərazi ayrılmışdır. İş materiallarına əlavə edilmiş X27 X1 xx.xx.2020-ci il tarixli aktından görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanası tərəfindən “Qudyalçay” qum-çınqıl yatağında marlşeyder planına uyğun ayrılmış sahədə 215.900 kub metr həcmdə qumçınqıl hasilatı aparıldığı müəyyən olunmuş, qum-çınqıl karxanası tərəfindən ayrılmış sahədən kənarda da qum-çınqıl hasilatı aparıldığı aşkar edilmiş, ayrılmış sahədən kənarda olan birinci ərazinin, yəni X295779, Y4584843, X295681, Y4584868, X295599, Y4584770, X295555, Y4584749, X295521, Y4584707, X295485, Y4584689, X295475, Y4584694, X295444, Y4584681, X295399, Y4584658, X295409, Y4584646, X295783, Y4584827 künc nöqtələrinin koordinatları üzrə 1.1 hektar ərazinin özbaşına tutulduğu və qeyd olunan 1.1 hektar ərazidə 34.100 kub metr həcmdə qum-çınqıl hasilatının aparıldığı aşkar edilmiş, son qeyd olunan sahədə çayda olan orta istismar dərinliyi 3.1 metr olmuşdur. Bundan başqa ayrılmış sahədən kənarda olan ikinci ərazinin, yəni X295842, Y4584569, X295846, Y4584556, X295800, Y4584498, X295790, Y4584499 künc nöqtələrinin koordinatları üzrə 0.1 hektar ərazinin də özbaşına tutulduğu və qeyd olunan 0.1 hektar ərazidə 4.000 kub metr həcmdə qum-çınqıl hasilatının aparıldığı aşkar edilmiş, 0.1 hektar sahədə çayda olan orta istismar dərinliyi 4 metr olmuşdur. İş materiallarına əlavə edilmiş X27 X1 xx.xx.2021-ci il tarixli aktından görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanası tərəfindən “Qudyalçay” qum-çınqıl yatağında marlşeyder planına uyğun ayrılmış sahədə 215.900 kub metr həcmdə qumçınqıl hasilatından əlavə də 3.615 kub metr qum çınqıl hasilatının aparıldığı müəyyən olunmuş, bundan başqa özbaşına tutulmuş 1-ci sahə daxilində 34.100 kub metr hasilatdan əlavə də 3.736 kub metr həcmdə hasilat aparıldığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş X27 X1 xx.xx.2022-ci il tarixli aktından görünür ki, xx.xx.2021-ci il tarixdə “Dağ-Mədən Ayırması” Aktı ləğv olunduqdan sonra, Şahid1 adına rəsmiləşdirilmiş qum-çınqıl karxanası tərəfindən həmin akta əsasən ayrılmış sahə daxilində Aktın ləğv olunmasına baxmayaraq 88.851 kub metr həcmdə qum-çınqıl hasilatının aparıldığı müəyyən olunmuş, bundan başqa karxana tərəfindən ayrılmış sahədən kənarda 3-cü ərazinin, yəni, X295790, Y4584829, X295772, Y4584913, X295750, Y4584911, X295749, Y4584904, X295752, Y4584895, X295633, Y4584846, X295624, Y4584828, X295617, Y4584810, X295629, Y4584799, X295599, Y4584770, X295679, Y4584836, X295779, Y4584842, X295782, Y4584827, X295833, Y4584648, X295867, Y4584576, X295843, Y4584528, X295834, Y4584539, X295846, Y4584555 künc nöqtələrinin koordinatları üzrə ərazinin də özbaşına tutulduğu və qeyd olunan ərazidə 26.569 kub metr həcmdə qum-çınqıl hasilatının aparıldığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X27 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli 86 nömrəli qərarından görünür ki, xx.xx.2018-ci il tarixli 01070 nömrəli “Dağ-Mədən Ayırması” Aktı ilə Şahid1 verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yer təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə imzalandığı gündən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq pozuntusu haqqında 22 dekabr 2021-ci il tarixli 4/3648-02-19 nömrəli məktubundan görünür ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Quba və Xaçmaz rayonları ərazisində çay məcralarında fəaliyyət göstərən qum-çınqıl karxanalarına monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması ilə, ayrılmış sahədən kənarda faydalı qazıntı hasil edən şəxslər aşkar edilmişdir. Qanunsuz hasilatın aparılması ilə ətraf mühitə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 mart 2022-ci il tarixli **********13 nömrəli məktubundan görünür ki, X295793.71, Y4584494.11; X295817.95, Y4584520.19; X295840.83, Y4584528.65; X295858.94, Y4584554.68; X295860.31, Y4584589.72; X295819.50, Y4584698.65; X295823.38 Y4584705.61; X295819.99, Y4584711.88; X295815.84, Y4584712.84; X295777.72, Y4584846.46; X295771.04, Y4584912.52; X295678.36, Y4584872.70; X295632.59 Y4584848.46; X295629.28 Y4584804.73; X295548.59 Y4584743.33; X295522.78, Y4584713.93; X2953995.33 Y4584647.08 künc nöqtələri üzrə müəyyən olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla, su fondu kateqoriyalı torpaq sahələrində yerləşmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X27 X1 08 iyul 2022-ci il tarixli 19/807 nömrəli məktubuna əlavə edilmiş karxana fəaliyyətinin çayların hidrogeoekoloji şəraitinə mənfi təsiri haqqında arayışdan görünür ki, fiziki şəxs Şahid1 adına rəsmiləşdirilmiş qumçınqıl karxanasının Qudyalçayın məcrasında “Qudyalçay” qum-çınqıl yatağında fəaliyyəti nəticəsində çay dərəsi həmin hissədə 6-8 metrə qədər dərinləşmiş, göl əmələ gəlmiş çay məcrasına mənfi təsir edilmiş, həmçinin “Qudyalçay” qum-çınqıl yatağının ehtiyatlarından qanunsuz şəkildə istifadə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarala tam subuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.1-ci maddələri ilə tövsif olunmuş və ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüquqndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş və 2 (iki) il sınaq müddəti təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 25 saylı evin 157 saylı mənzilində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli ödəniş tapşırığından və ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 10.000 (on min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli ödəniş tapşırığından və ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 10.000 (on min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 23 iyul 2022-ci il tarixli ödəniş tapşırığından və ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi 62.10 manat (altmış iki manat on qəpik) məbləğində pul vəsaitlərini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli ödəniş tapşırığından və ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 12624 manat (on iki min altı yüz iyirmi dörd) məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respubklikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X27 X4 nümayəndəsinin məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlətə vurulmuş 32686, 19 manat ( otuz iki min altı yüz səksən altı manat on doqquz qərik) məbləğində maddi ziyan tam şəkildə ödənldiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında X26 Xidmətinin nümayəndəsinin məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X10 qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı ödəməsini, və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını çəkib qutarmamış yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətmiş olduğu cinayət əməlini sınaq müddətində törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 71.5 və 67.1-ci maddələrinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azdlıqdan məhrum etmə cəzası, CM-nin 247-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlməklə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmя növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqыnda qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzalarını çəkərək islah olunmaqdansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli cəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməkdən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seıilmişdir. Azərbaycan Respublikası Məcəllənin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 200 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X21 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında və komersiya təşkilatlarında maddi-məsul və rəhbər vəzifə tutma hüquqndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında və komersiya təşkilatlarında maddi-məsul və rəhbər vəzifə tutma hüquqndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş 02 il müddətinə şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında və komersiya təşkilatlarınnda maddi-məsul və rəhbər vəzifə tutma hüquqndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 03 müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və onun üzərində qəti olaraq 02 (iki) il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında və komersiya təşkilatlarında madd-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il 06 (alt) ay snaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs, 200 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X7 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ**********9350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar