Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-7/2024 10.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Quba şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Quba rayon məhkəməsinin xx/xx/2023-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Abdulrəhmanov Təqsirləndirilən şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abdulrəhmanov Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından, yəni 5 qramdan artıq miqdarda təmiz çəkisi 6,468 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamış, 06 mart 2023-cü il tarixdə, saat 02:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol qoltuq cibindən bir ədəd sellofan parçasının içərisində təmiz çəkisi 6,468 qram qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Abdulrəhmanov Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan marixuanadan bir neçə müddətdir ki, istifadə edir. 05 mart 2023-cü il tarixdə saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Şabran şəhərinə getmişdir. Dövlət qeydiyyat nişanını xatırlamadığı avtobusla Quba şəhərinə qayıdarkən, avtobusun arxa oturacağının üstündə bir ədəd sellofan parçasına bükülmüş bükülü olduğunu görmüşdür. O həmin bükülünü götürüb içərisinə baxdıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün sellofan torbanı əynindəki tünd yaşıl rəngli gödəkçənin sol qotluq cibinə qoymuşdur. 06 mart 2023-cü il tarixdə, saat 02 radələrində evdən çıxıb Quba şəhəri M.Ə.Rəsulzadə küçəsindəki Meydan ərazisinə gəlmişdir. Orada olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. O polis əməkdaşlarına özünü təqdim edərək, Abdulrəhmanov Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin saxlamasında şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirmişlər. Daha sonra polis əməkdaşları Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini bidirmişlər. O əynində olan tünd yaşıl rəngli gödəkçənin sol qoltuq cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 05 mart 2023-cü il tarixdə Şabran şəhərində olarkən avtobusun arxa oturcağından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. İfadəsinin sonunda Abdulrəhmanov Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərərk, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba şəhər sakini Abdulrəhmanov Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2023-cü il tarixdə təxminən saat 02:30 radələrində Təqsirləndirilən şəxs Abdulrəhmanov Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanmışdır. Abdulrəhmanov Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirərək, hüquq və vəzifələri izah olunmaqla vəkil Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs Abdulrəhmanovdan üzərində narkotik vasitə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan tünd yaşıl rəngli gödəkcənin sol qoltuq cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Abdulrəhmanov həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 05 mart 2023-cü il tarixdə Şabran şəhərində olarkən avtobusun arxa oturcağından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd bükülü elektron tərəziyə qoyulub çəkildikdən sonra, kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, Təqsirləndirilən şəxs Abdulrəhmanov və vəkili həmin zərfi imzalamışdır. Təqsirləndirilən şəxs Abdulrəhmanovun üzərindən başqa qanunla gəzdirilməsi və ya daşınması qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən müvafiq protokollar tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarışın aparılması Quba RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov tərəfindən videokamera ilə qeydə alınmışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid X1 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji ekspertizasının 06 mart 2023-cü il tarixli 7/338 nömrəli rəyindən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 6,468 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,468 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 6,418 qram. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli 2870 saylı rəyindən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs opioidlərin, Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş komisyon kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 may 2023-cü il tarixli 1308 saylı rəyindən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Abdulrəhmanov Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxsAbdulrəhmanov ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Abdulrəhmanov Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Abdulrəhmanov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Abdulrəhmanov Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Abdulrəhmanov Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. İş üzrə təyin edilib keçirilmiş komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 24 may 2024-cü il tarixli 80 saylı rəyindən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Abdulrəhmanov Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxsAbdulrəhmanov təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxsAbdulrəhmanov hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsAbdulrəhmanovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci və 22.2-ci maddələrinin təsiri altına düşmür. Yəni, Təqsirləndirilən şəxsAbdulrəhmanov cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində deyil, anlaqlı olmuşdur. Hal-hazırkı psixi vəziyyətinə görə Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Abdulrəhmanov Təqsirləndirilən şəxs öz prosessual fəaliyyət qabiliyyətli şəxs hesab edilir. Təqsirləndirilən şəxsAbdulrəhmanov öz prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirə bilmək iqtidarındadır. İş materiallarında olan Quba RMX-dan daxil olmuş 29 mart 2023-cü il tarixli PHŞ-6- 56/2-446/2023 nömrəli məktubdan görünür ki, Quba şəhəri, M.Ə,Rəsulzadə küçəsu ev 9da qeydiyyatda olmaqla yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Abdulrəhmanov Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən “F60.3, X.78, F91, şəxsiyyətin emosional davamsız pozğunluğu, davranış pozğunluqları, özünü kəsmələrlə” diaqnozu İlə Quba RMX-nın psixiatrik kabinetində qeydiyyatdadır, narkoloji kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə istintaqı zamanı Abdulrəhmanov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 06 mart 2023-cü il tarixdə saat 02:00 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol qoltuq cibindən bir ədəd sellofan parçasının içərisində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökm və qərarın surətindən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə Quba rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründyü kimi, Abdulrəhmanov Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya məhkəməsinin 05 mart 2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 19 may 2021-ci il tarixdə çəkib qurtarmış və o, hazırki iş üzrə cinayət əməlini 06 mart 2023-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, Az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Abdulrəhmanov Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Abdulrəhmanov Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hisəssinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)- 112/2023 saylı qərarından görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba Rayon Məhkəməsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə iclaslarına gəlmədiyi üçün Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Abdulrəhmanov Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Abdulrəhmanov Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Abdulrəhmanov Təqsirləndirilən şəxs 72 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 10 saat üçün 60 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,418 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işi materialında saxlanılmalıdır. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Abdulrəhmanov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Abdulrəhmanov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Abdulrəhmanov Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abdulrəhmanov Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abdulrəhmanov Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,418 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza xərci olan 72 (yetmiş iki) manat təqsirləndirilən şəxs Abdulrəhmanov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod: 210005, VÖEN **********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Quba Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-7/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-7/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver