Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-7/2025 10.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Sumqayıt şəhəri 29 №-li tam orta məktəbində informatika müəlliməsi işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 6-cı mikrorayon ev 35K, mənzil 41-də pasport qeydiyyatında olsa da hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 11, mənzil 42-də yaşayan, 14 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəldən tanıdığı X2 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Təhsil Nazirliyində işləyən vəzifəli tanışı olmasına inandırıb həmin vəzifəli şəxsin vasitəsilə Təhsil Nazirliyi tərəfindən təşkil edilən sertifikasiya imtahanından sonuncunu keçirəcəyi adı ilə yalan vədlər verməklə 04 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Quba rayonu Vladimirovka kəndində yaşadığı evinə gəlib ondan 7500 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs aldadaraq ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 29 №-li tam orta məktəbində riyaziyyat-informatika müəlliməsi işləyir və həmçinin Elm və Təhsil Nazirliyinin xətti ilə keçirilən təlim kurslarında da təmilçi olaraq çalışır. Quba rayonu Vladimirovka kənd sakini Zərərçəkmiş şəxs Mehbalı qızı ilə 2014-cü ildə həmin nazirliyin keçirdiyi regional təlim kurslarında tanış olmuşdur. Aralarında səmimi münasibət yarandığından 2014-cü ilin avqust ayında Günelgildə qonaqda olmuşdur. Günel 2022-ci ildə keçirilən sertifikasiya imtahandan kəsildikdən sonra ona zəng edərək köməklik etməsini xahiş etmişdir. Günel imtahanların nəticəsini dəyişdirmək və özünü imtahandan keçən kimi qeydə aldırmaq üçün ona pul müqabilində adam tapmasını istəmişdir. Lakin o, Günelə bu barədə kömək etmək niyyətindən imtina etmişdir. Bu danışıqlarından təxminən bir il sonra, yəni 2023-cü ilin iyul-avqust aylarında Günel təkrar ona kömək etməsi üçün xahiş edərək pul təklif etmişdir. Onda Günelə kömək edə biləcəyini, imtahanda düşə biləcək mümkün çərçivə suallarını və onların düzgün cavablarını ona verəcəyinə bildirmişdir. Ona görə də, bunun müqabilində o Güneldən müəyyən məbəğdə pul almışdır. Pulu alıb başqa birinə verəcəyini, Güneli imtahandan keçirəcəyini vəd etməmişdir. O, aldığı pulu Günelə göstərəcəyi xidmətləri müqabilində xidmət haqqı olaraq almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəyərək onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildən Vladimirovka kəndində yerləşən İbrahim Hümmətov adına tam orta məktəbində ibtidai sinif müəlliməsi olaraq işləmişdir. 2022-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanlarından kəsildiyi vaxtdan onu müəllim kimi işdən kənarlaşdırmışlar. 2023-cü ilin avqust ayında bütün orta məktəb müəllimələri üçün sertifikasiya imtahanları keçirilirdi. Həmin imtahanların nəticəsindən asılı olaraq gələcəkdə müəllim kimi işləyib işləməmək məsələsinə baxılırdı. O həmin intahanlardan keçməklə öz işinə bərpa olunmaq arzusunda olmuşdur. O, Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə 2017-ci ildə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ildə Quba rayon Təhsil şöbəsində təlim kursu alanda ona dərs demişdir. Həmin vaxtdan onunla arasında etibarlı münasibət yaranmışdı. Gülnarə Quba rayonuna gələndə onun evində qonaq da olmuşdur. Təxminən 2023-cü ilin iyul ayında Gülnarə ilə mobil telefonda danışdıqda söhbətləri sertifikasiya imtahanlarından düşmüş, həmin vaxtı ona yeni imtahanlarda iştirak edib təzədən öz işinə bərpa olunmaq niyyətində olduğunu dedikdə Gülnarə bu məsələdə ona köməklik edə biləcəyini söyləmişdir. Bu zaman Gülnarə onun Təhsil Nazirliyində vəzifəli adamı olduğunu, həmin adamın əli ilə sertifikasiya imtahanlarının suallarını və düzgün cavablarını götürüb gizlicə ona verə biləcəyini, bu yolla onun da imtahandan keçmiş olmasına köməklik etmiş olacağını bildirmişdir. Gülnarənin sözlərinə cox inanmış və kömək eləməsini ondan xahiş etmişdir. Onda Gülnarə imtahan suallarını və onların düzgün cavablarını verməsi müqabilində 10000 manat məbləğində pul ilə “hörmət” etməyini istəmiş, həmin pulun böyük hissəsini imtahan suallarını və onların cavablarını götürəcəyi Təhsil Nazirliyinin vəzifəli şəxsinə verəcəyini, özünə də qalan puldan götürəcəyini söyləmişdir. Gülnarə Təhsil Nazirliyinin həmin vəzifəli şəxsinin adını, familyasını və hansı vəzifədə işləməsini deməmişdir. Eləcə də həmin şəxsə nə qədər məbləğdə pul verəcəyini və özünə də nə qədər pul götürəcəyini bildirməmişdir. Gülnarə ondan istədiyi 10000 manat puldan 7500 manatını yazılı sertifikasiya imtahanına, 2500 manatını isə axırda olacaq müsabiqə imtahanına veriləcəyini bildirmişdir. Həmin vaxt Gülnarə ona bildirmişdir ki, əgər hər hansı səbəbdən suallara cavabları düzgün yazmamış olsa belə imtihanın keçirilməsinə nəzarət edən “proqramistə” tapşıracaqdır ki, istənilən halda onu imtahandan keçmiş kimi qeydə alsın. Belə olub o, Gülnarənin sözlərindən arxayın olub ona 10000 manat düzəldib verməyə razılıq vermişdir. Bundan sonra Gülnarə ilə növbətin telefon danışığı zamanı sonuncu ona 7500 manatı məbləğində pulu hazır etməsini tapşırmışdır.Gülnarə ona bildirmişdir ki, Qubaya gələndə özü onlara gəlib pulu ondan götürəcək. Bundan sonra o, Gülnarənin tələb etdiyi 7500 manat məbləğində pulu toplayıb hazırlamışdır. 04 avqust 2023-cü il tarixdə axşam saatlarında Gülnarə onun yaşadığı evə gəlmişdir. Gülnarəni evə dəvət edib onun üçün süfrə açmaq istədikdə Gülnarə demişdir ki, “mən tələsirəm, çöldə məni taksi maşını gözləyir”. Həmin vaxt o, Gülnarəyə demişdir ki, “zəng et taksi sürücüsünə o, da gəlib bizlə otursun”. Lakin Gülnarə bildirmişdir ki, “o üstündə telefon götürməmişdir. Taksi də onu küçənin başında gözləyir, indi mütləq getməlidir. Pulun dalınca gəlmişdir. Hazırdırsa pulu versin”. Bundan sonra, o da toplayıb evdə saxladığı 7500 manat pulu Gülnarəyə sayıb vermişdir. O pulu Gülnarəyə verərkən evdə anası Şahid1 və keçmiş iş yoldaşı Şahid2 da olmuşdur. Gülnarəyə 7500 manat pulu verməyini onlar görmüşlər. Gülnarə pulu sayıb götürəndə imtahana iki gün qalmış yəni 27 avqust 2023-cü il tarixdə ona sertifikasiya imtahanı suallarını və onun düzgün cavablarını telefona “Vatsap” vasitəsilə atacağını demişdir. Beləcə Gülnarə pulu götürüb onlarla vidalaşıb çıxıb getmişdir. O, pulu aldıqdan sonra Gülnarənin çıxıb hansı istiqamətə getməsinə və hansı markalı, yaxud nömrə maşına minib getməsinə fikir verməmişdir. Sonrakı dövrdə 27 avqust 2023-cü il tarixdə Gülnarə həqiqətəndə onun mobil telefona “vatsap” vasitəsilə “PDF’lə imtahan suallarını və onların düzgün cavablarını atmışdır. Bundan sonra daha da arxayın olmuşdur ki, Gülnarənin verdiyi həmin cavablarla setifikasiya imtahanından keçəcəkdir. 29 avqust 2023-cü il tarixdə o, Sumqayıt şəhərində yerləşən məktəblərin birinin inzibati binasında keçirilən sertifikasiya imtanında iştirak etmişdir. Lakin həmin imtahanda Gülnarənin verdiyi sual və cavablarla, həmin imtihan sualları uyğun gəlməmişdir. Nəticədə o, imtihandan yenə keçə bilməyib kəsilmişdir. İmtahandan çıxandan sonra Gülnarənin mobil telefonuna zəng edərək ona demişdir ki, “sənin verdiyin sual-cavablarla imtahan sualları uyğun gəlmədi. Sən məni niyə aldatdın?” Cavabında Gülanərə də bildirmişdir ki, “onun pulunu verdiyi Təhsil Nazirliyinin əməkdaşı ona düz sual və cavabları verməyibmiş. Həmin əməkdaş, onu da aldatmışdır. Həmdə son məqamda sualları kimsə dəyişdirmişdir”. O, Gülnarəyə bildirmişdir ki, bu danışdıqların ona heç bir aiddiyyəti yoxdur. Həmin vaxt o, Gülnarəyə aldığı 7500 manat pulu qaytarmasını tələb etmişdir. Bundan sonra Gülnarə bəhanə gətirmişdir ki, “pulu verdiyi Təhsil Nazirliyinin həmin əməkdaşı hansısa xarici ölkədə yeyib içərək verdiyi pulları istirahət gedəndə xərcləmişdir. Buna görə ona qaytaracağı pul yoxdur”. O cavabında Gülnarəyə demişdir ki, “əgər pulları qaytarmasa ondan şikayət edəcək”. Cavabında Gülnarə isə demişdir ki, “haraya istəyirsənsə get şikayət elə. Mənim sənə verəsi pulumda yoxdur. Mənim arxamda sağlamdır. Məni himayə edən çoxlu vəzifəli adamlar vardır. Əgər sənin şikayətinlə məni polisə çağırsalarda ümumiyyətlə deyəcəm ki, səni tanımıram”. Bundan sonra pulunu qaytarmadığına görə o, Gülnarədən Quba rayon polis şöbəsinə şikayət etmişdir. İfadəsinin sonunda X3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X6 qəzə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, törətdiyi cinayət əməlini qismən etiraf etdiyini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, habelə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir.. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini (əməllərini) törətmiş, şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda., məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci tarixli 16735 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanın iyirmi beş faizi miqdarında, yəni 1875 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən, qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal Sahəsindən alınmış 27 iyun 2024-cü il tarixli 591 №-li arayışdan və Sumqayıt şəhəri T.İsmayılov adına 29 №-li orta məktəbin direktorluğundan alınmış 27 yun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon ev 35K, mənzil 41- də pasport qeydiyyatında olsa da hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon ev 11, mənzil 42-də yaşayır və Sumqayıt şəhəri 29 №-li tam orta məktəbində riyaziyyat- informatika müəlliməsi işləyir. O, iş yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-nin 156.4-cü maddəsinin cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur müddəasını rəhbər tutub hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə xərci və müsadirə ediləsi əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73- 1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-7/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-7/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver