Məhkəmə qərarları › İş №1(027)-70/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-70/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-70/2020 23.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixd Quba rayonunun İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədəksadələşdirilmiş icraat materialınaaçıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 may 2020-ci il tarixdə, saat 18 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən “Çənlibel gölü” restoranının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs onun arxasınca düşərək izlədiyini güman edərək, Zərərçəkmiş şəxs öz iradını bildirdikdə, aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə vuraraq ona alnında solda və burunun üstündə solda əzilmiş-cırılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 14 may 2020-ci il tarixdə saat təxminən 15 radələrində o, özünə məxsus atı Quba rayonu İİ Nügədi kəndində yerləşən “Çənlibel gölü” adlanan yerin yağınlığında otlamaq üçün bağladıqdan sonra, kəndin mərkəzinə gəlmiş və orada olan mağazaların birindən 2 ədəd “GO” adlı spirtli içki aldıqdan sonra atın yerini dəyişmək üçün “Çənlibel gölü” adlanan yerin yaxınlığına gəlmişdir. Orada mağazadan aldığı iki ədəd “GO” adlı spirtli içkini içdikdən sonra, gölün yaxınlığında fəhlə işləyən tanımadığı şəxslərlə bir şüşə də pivə içmişdir. Sonra kəndin mərkəzinə tərəf gələrkən, həmkəndlisi Övsətin arxasınca gəldiyini görüb dayanmış və Övsət ona yaxınlaşandan sonra Övsətə “sən niyə məni güdürsən, niyə mənim arxamca gəlirsən” deyə bildirmişdir. Həmin vaxt Övsət ona “yaxşı edirəm” deyərək ünvanına nalayiq söyüş söyməyə başlamış və buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, başı ilə Övsətin sifət nahiyəsindən bir zərbə vurmuş və həmin vaxt Övsət yerə yıxılmışdır. Bu zaman “Çənlibel gölü” adlanan yerin yaxınlığında restoranda işləyən həmkəndliləri Elçin və Üzeyir adlı şəxslər onların yanına gəlib onları ayırmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 14 may 2020-ci il tarixdə saat təxminən 10 radələrində o, evdən çıxıb özünə məxsus torpaq sahəsinə getmiş və torpaq sahəsində iş gördükdən sonra saat 18 radələrində yaşadığı ünvana getmək üçün yola çıxmışdır. Quba rayonu İİ Nügədi kəndində yerləşən Çənlibel gölü adlanan ərazinin yaxınlığı ilə piyada gələrkən həmkəndlisi Şamil ona yaxınlaşıb ünvanına nalayiq söyüşlərlə söyərək “niyə mənim arxamca düşürsən” deyə bildirmişdir. O, Şamilə “mən niyə sənin arxanca düşməliyəm” dedikdən sonra aralarında mübahisə yaranmışdır. Şamil onun üzərinə gələrək başı ilə sifət nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt yaxınlıqda olan həmkəndliləri Üzeyir və Elçin onların olduğu yerə gələrək Şamili ondan ayırmışlar. Daha sonra o, yaşadığı ünvana gəlmiş və özünə məxsus mobil telefonla 102 xidmətinə zəng vuraraq məlumat vermişdir.İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını bildirib, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən “Çenlibel Gölü” adlanan restoranı icarəyə əsasında işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, əvvəllər onlarla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 14 may 2020-ci il tarixdə saat təxminən 18 radələrində o, icarə əsasında işlədiyi restoranda təmizlik işləri apararkən həmkənliləri Şamil və Övsətin restoranın yaxınlığında mübahisə etdiklərini görmüşdür. Sonra, Övsətlə Şamilin əlbəyaxa olduğunu görüb Üzeyirlə birlikdə onların olduğu yerə gedərək onları ayırmışlar. Övsətin alın nahiyəsindən qan gəldiyini görüb onu yaxınlıqda olan bulağın yanına aparmışdır. Övsət bulaqda üzünün qanını yuyub evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 Şahid2 göstərdiyi xususatları təsdiq etmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15 may 2020-ci il tarixli, 456 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-alnında solda və burunun üstündə solda hərəsində bir yerdə əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 14 may 2020-ci il tarixə və şəraitdə, yəni baş zərbəsi nəticəsində yetirilməsi istisna edilmir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Quba RMX-nin tərtib etdiyi 14 may 2020-ci il tarixli 269 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqəsdilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan Quba RMX-nin 18 may 2020-ci il tarixli, 1465 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İşdə olan Quba rayon lHB-nin İİ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2020-cu il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİl-dən verilmiş 25 may 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindəngörünürki o,təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar